Press "Enter" to skip to content

DÖVLƏT DİLİ: AZƏRBAYCAN CÜMHURİYYƏTİ KONTEKSTİNDƏ

qabiliyyətini maraqlı faktlarla şərh edir.

Sahib sailov zəkanın gücü (1954-2013) Bakı

bunu aşkar hiss edirəm… Budur Əlövsətin amalı-qayəsi.

Onun Allaha inamı bir çox məqamlarda təsdiqini tapır. “Allah

səbirli bəndəsini sevir, zəhmətini itirmir. Bunu aldığım qızıl

medal bir daha sübut edir. Qızıl medala təqdim olununların,

kimsəlilərin, güclü adamı və pulu olanların təqdimatı geri

qayıtdı. Mənim isə Cəfər Cabbarlının “Almas” dramı haqqın –

da yazım “Azərbaycan məktəbi” jurnalının “Azərbaycan dili

və ədəbiyyatının tədrisi metodikası” məcmuəsində çap olundu.

O, yazır ki, bəxtimdən istər orta, istərsə də ali məktəbdə

yaxşı müəllimlərim olub.

Ali məktəbdə ona dərs demiş akademiklər Həmid Araslı,

Zəkanın gücü

Cəfər Cəfərov, professorlardan Mir Cəlal, Səlim Cəfərov,

Yusif Seyidov, Hadı Mirzəzadə, jurnalistika kafedrasının

müdiri Həsən Şahgəldiyev, tanınmış jurnalistlər Nurəddin

Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov kimi

müəllimlərini ehtiramla xatırlayır.

Kitabın “Qoşa qanad” bölməsində Əlövsətin Dilarə ilə ailə

həyatının qurulmasından bəhs olunur.

Müəllif dostu İlyas Adıgözəllinin “Əzizim Vətən yaxşı”

kitabından gətirdiyi iqtibası oxuyanda İlyasın bir dost kimi

göstərdiyi yolun düzgünlüyünü təsdiq etməyə bilməzsən. Bu

düzgün yolu həyat özü sübut edib. Lakin insan həyatının acı

faciəli günləri də olur. Onların hər ikisinin bu faciəli günü Ata-

nur 1970-ci ildə dünyasını dəyişəndə olub. Məhz həmin

vaxtdan Dilarənin qara-şəvə saçlarına dən düşüb. Bu da

qismətdir. Qaçılmaz olan fəlakət ailənin ilk sevincini alt-üst etsə

də, Züleyxanın, Aynurun, Səmədin, Pakizənin yeni dünyası,

üstü qaysaqlanmamış yaralarına məlhəm oldu. Artıq bu ailənin

sevinci-nailiyyətləri sərhədləri, dənizləri, okeanları keçdi.

Kitabın növbəti bölmələrindən biri “Yaxşılıq” adlanır. Bu,

təsadüfi bir deyim deyildir, iyirmi il rayonlarda redaktor,

raykom katibi işləyən Əlövsət 1989-cu ildə yenidən Bakıya

qayıdır. O, əvvəl respublika Jurnalistlər İttifaqının “Açıq Söz”

jurnalında baş redaktorun müavini, “Bilik” cəmiyyətinin şöbə

müdiri, Qızlar Seminariyasında prorektor, “Mədəni maarif”

jurnalının baş redaktoru vəzifələrində işləyir.

Hamıya “Anamın sirri” bölməsində anaların sirr saxlamaq

qabiliyyətini maraqlı faktlarla şərh edir.

Salyan torpağının yetirdiyi şairlər Əliağa Kürçaylı, Ağa –

cavad Əlizadə, Xəlil Rza Ulutürk, Oktay Rza və başqalarını

Sahib Sailov

özünə müəllim hesab edən müəllif çox incəliklə şair

Əliağanın xeyirxahlığını qələmə almışdır.

Lakin yaddan çıxarmadığı Yusif Səmədoğlu, Fərman

Kərimzadə, Əlibala Hacızadə, Nahid Hacızadə kimi qəlb

sahiblərinə yer verilməsi kitabın ziynətini artırır.

Müəllif demək olar bir qələm sahiblərinin adını kitaba yaz-

maqla onlara olan məhəbbətini israr etmişdir.

Kitabın “Xəzinə” adlanan bölməsində müəllifin və onun

ailə üzvlərinin topladığı kitablardan təşkil olunmuş kitabx-

anadan bəhs olunur.

Bu xəzinənin davamçıları Züleyxa, Səməd, Aidə, Rövşən,

Pakizə və ailənin digər üzvləri valideyn xəzinəsini zəngiləş –

Müəllif “Oxunmamış nəğmələr” fəslini respublikanın

əməkdar jurnalisti, “Qızıl qələm” mükafatı laureatı Vaqif

Əliyevin xatirəsinə həsr etmişdir.

Kitabın maraqlı bir məqamı “Qitələrin, mədəniyyətlərin

qovşağında” bölməsidir. Burada Səməd Bəşirlinin Türkiyədə

təhsil almasından, Türkiyənin, Atatürk parkının, Mərmərə

dənizindəki bütün fəsillərin gözəlliyindən, əsrarəngiz, təkrar –

sız maddi və mənəvi nemətləri qorumaq hissindən yazır.

Müəllif “Ömrümün kitabı”nı məncə, tamamlamayıb, onun

ürəyində qalan sözü çoxdur. Onu da kitaba çevirməyi arzu

Artıq bu arzu yerinə yetirilib. Dilarə Vəkilova və Əlövsət

Bəşirlinin “Bizim dünya” adlı kitabı 2012-ci ildə Mütərcim

nəşriyyatında nəfis şəkildə çap olunub. Kitab haqqında

fikirlərimi təqdimat mərasimində demişəm.

Zəkanın gücü

ÖN SÖZ

Bəşəriyyətin yaratdığı maddi-mənəvi sərvətlər dünənimizi

öyrənməkdə, bu günümüzü tanımaqda və gələcəyimizi

düzgün müəyyənləşdirməkdə mühüm əhəmiyyət daşıyır. Bu

baxımdan kitab xüsusi mövqeyə malik fikir dəyərlərindəndir.

Bütün zamanlarda fəal, fikri fəaliyyətdə olan yaradıcı in-

sanlar öz dövrünün salnaməsini yazmağa çalışmış, yaxud

mövcud olanları bir sıraya düzüb, tərtib etməklə tarix

yaratmışlar. Burada əsas məqsəd müasirlərə və gələcək

nəsillərə örnək olan nümunələrlə, fakt və hadisələrlə, fikir və

düşüncələrlə, sağlam ideyalarla mənəvi, elmi-mədəni, sosial

inkişafa təkan verməkdir.

Tarix elmləri namizədi Sahib Sailovun “Muğanın

övladları” kitabı məhz belə bir mənəvi vəzifədən, xeyirxah

niyyətdən meydana çıxıb. Müəllif daha yaxşı bələd olduğu

bir regionda dünyaya göz açan insanlardan bir qrupunun

həyatını, fəaliyyətini öyrənmiş, örnək olası ömür yolu

keçənlər haqqında portret-oçerklər yazıb, küll halında

oxucularına təqdim etmişdir. Beləliklə, bu kitablar

yaranmışdır (Kitabın 1 hissəsi 1995-ci ildə nəşr edilmişdir).

Kitaba toplanmış hər bir portret-oçerkdə bir tale, bir

qismət, bir həyat yolu nümunəsi vardır. İstər görkəmli elm,

sənət xadimi, istər rəhbər vəzifə sahibi olmuş, istərsə də

təsərrüfat fəaliyyəti ilə ad-san qazanmış bu adamların hər biri

yaşanmış və yaşanan bir ömrün şərəfli daşıyıcılarıdır.

Dəyərlilik burasındadır ki, bu ömür zəhmətlə, əzablarla,

qurub-yaratmaqla, kəşf və ixtiralarla keçən bir parça

Sahib Sailov

DÖVLƏT DİLİ: AZƏRBAYCAN CÜMHURİYYƏTİ KONTEKSTİNDƏ

Millətin min illərlə formalaşdırdığı dəyərlərin yaşadılması, bu dəyərlərin gənc nəsillərə ötürülməsi üçün də dil mühüm hadisədir. Deməli, dil təkcə ünsiyyət vasitəsitəsi deyil, eyni zamanda, dəyərlər sistemidir. Bu baxımdan S.Xəlilovun fikrilə “dilçilər çox vaxt sözlərin mənasından sərf-nəzər olunaraq an­caq formanı, strukturu öyrənməyə çalışırlar. Nəyin deyilməsi yox, necə deyilməsi, hansı qaydaya əməl edilməsi önə çəkilir. Doğrudan da, onla­rın əsas işi məhz formaların, qəliblərin öyrənilməsidir”. Lakin filosoflar dilçilərdən əsaslı şəkildə fərqli olaraq dilin məna yükünü, ideya və məzmun zənginliyini yaradır. Başqa sözlə dilçilər dilin tələffüzü ilə məşğul olursa, filosoflar dilin təfəkkürü ilə məşguldurlar. Dilin təfəkkürü ilə məşğul olmaq isə millətin, xalqın təfəkkür mədəniyyətinin zənginliyi ilə yanaşı həm də onun nitq mədəniyətinin yüksəlməsinə xidmətdir. Hegelin nəzərinə görə “öz dilində elmin bütün xəzinəsini ifadə etməyi bacarmayan xalq savadlı hesab oluna bilməz. . Başqa dildə çatdırılan biliklər öz dilimizdə nüfuz edə biləcəyimiz incəliklərdən məhrumdur. Onlar bizdən arakəsmə ilə ayrılaraq bizim ruhumuzla qaynayıb-qarışa bilmirlər!”

Qədim türk mənşəli Azərbaycan dili zəngin türk dili ailəsinin Oğuz qrupuna daxildir. IV-V əsrdən etibarən fəal ictimai ümumxalq canlı danışıq dili olan Azəri-türkcəsi Azərbaycan torpaqlarında yaşayan qədim türk əsili soyların və boyların düşüncəsindən və təfəkkür mədəniyyətindən qaynaqlanmışdır. –Ktabi Dədə Qorqud– dastanı buna əyani sübutdur. İctimai-siyasi nöqteyi-nəzərlə bütün dünya dilləri kimi Azərbaycan dili də tarixi təkamül prosesi keçmişdir. Bu istiqamtdə İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin və Seyyid Hüseyn İmadəddin Nəsiminin yaradıcılığı mühüm rol oynamışdır. Bu anadilli ədəbiyyat dünya poeziyasının tacı olan Məhəmməd Fizulinin yaradıcılığında daha aydın və dolğun bir istiqamət almışdır.

XVI əsr Azərbaycan dilinin tarixində siyasi və ədəbi cəhətdən ən əlamətdar və yüksəliş dövrdür. Beləki, 1501-ci ildən etibarən Şah İsmayıl Xətainin rəhbərliyi altında paytaxtı Təbriz olmaqla Səfəvi dövlətinin yaranması ilə Türk dilinin dövlət dili elan edilməsi və dövlət hakimiyyətinin bütün rəsmi qərarlarının, əmr və sərəncamlarının, xarici məktublarının hər birində öz əksini tapmışdır. Klassik ədəbiyyat nümayəndələrindən Füzulinin və Həbibinin yaradıcılığı Türk dilinin imkanlarının genişlənməsi və nüfuzunun yüksəlməsi üçün ciddi təsir göstərmişdir. Şah İsmayıl Xətainin lider olduğu Qızılbaşlar dövlətində siyasi sistemin, ordunun, ədəbiyyatın və elmin rəsmi dili kimi qəbul edilən Türk dili hakim olaraq siyasi cəhətdən tamamilə rəsmiləşdirildi. Burada bir məqama da diqqət yetirmək istərdim; Səfəvi dövlətinin xarci siyasəti kifayət qədər yüksək xətt ilə davam edirdi və xarici ölkələrdəki səfirliklər olduqca nüfuzlu fəaliyyət göstərirdi. Bu isə o deməkdir ki, həmin şəraitdə Türk dili inkişaf etmiş Avropa dilləri səviyyəsində, ədəbi abidələrinə görə bəlkədə onlardan daha nüfuzlu idi.

Qızılbaşlar dövründə Türk dilinin daha da cilalanması məsələsində klassik ədəbiyyala yanaşı şifahi xalq ədəbiyyatinın da müstəsna rolu olmuşdur. Məhz, şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Qurbani də həmin ədəbi mühitdə formalaşmış və dilin inkişafında, təbliğində boyükböyük rol oynamışdı. Eyni zamanda klassik ədəbiyyat nümayəndələrindən Füzulinin və Həbibinin yaradıcılığı Türk dilinin imkanlarının genişlənməsi və nüfuzunun yüksəlməsi üçün ciddi təsir göstərmişdir. Başqa sözlə, Türkdili şifahi xalq ədəbiyyatı Qurbaninin, xalq şer dilinin yazılı forması Şah İsmayıl Xətainin, Məhəmməd Əmaninin və Həbibinin əsərləri ilə təmsil olunurdusa, Məhəmməd Fizulinin dolğun dili elmi-fəlsəfi tutumu ilə Türk millətinin elmi-ədəbi intellektini təmsil və nümayiş etdirir, dilin özünə yeni-yeni üfüqlər açırdı. Məhəmməd Əmin Rəsulzadə qeyd edir ki, “Füzuliyə böylə bir əzm təqlin edən eyni zamanda, müasiri bulunan Şah İsmayıl Xətaini türkcə şerlər yazmağa sövq eyləmişdir. Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şer yazmaq “sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və təqlid edənlər çoxaldı. (Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı” Rəsulzadə M.Ə. “Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 s).

XIX-əsr Azərbaycan dilinin taleyində faciəli siyasi hadisələrin baş verdiyi dövr kimi yadda qalmışdır. Belə ki, 1828-ci ildə Azərbaycan ərazisinin parçalanması ilə dili də əsarət altına düşmüşdür. Cənub Azərbaycan fars şovinizmi, Şimal Azərbaycan da isə rus çarizmi şüurlarda və ictimai-siyasi həyatda öz siyasi manipuliyasiyasını və diktaturasını möhkəmləndirmək üçün Türk dilinə mütamadi zərbələr vurmuşlar. Lakin dahilərin ədəbi irsi, xüsusən həmin dövrə müasir hesab edilən böyük sənətkarlar Vidadinin, Vaqifin, Nəbatinin duru və canlı dili ictimai mühitin hakimi idi.

Türk dilinin dərsliklər zəminində işlənib hazırlanmasında və ictimai-siyasi həyatın ifadəsinə çevrilməsində XIX-XX əsrin görkəmli ziyalılarından Mirzə Kazım bəy, Seyid Əzim Şirvani, Mirzə Əli Əkbər Sabir, Mirzə Şəfi Vazeh, , Mirzə Əbdülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd Tağı Sidqi, Seyyid Həsən Tağızadə, Mirzəbala Məhəmmədzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyr bəy Hacıbəyli, Abdulla Şaiq, , Əhməd Cavad, Abbas Səhhət, Səməd Vurğun, və başqa ictimai-siyasi xadimlərin adını qeyd etmək olar. Bu məqamda xüsusi qeyd edilməlidir ki, Güney Azərbaycanda milyonlarla qan qardşımızın ruhunu, qəlbini ifadə edən Məhəmməd Hüseyin Şəhriyarın müstəsna yeri var.

Ədəbi dilinin normalarının müəyyənləşməsi və nəzəri dilçilik istiqamətində realist üslubla diqqətə çarpan Mirzə Fətəli Axundov yaradılıcığı dilin inkişafına müsbət təsir göstərmişdir. Bu istiqamətlə də mətbuat dilinin formalaşması başlamış Həsən bəy Zərdabinin fəaliyyəti ilə (baxmayaraq ki, cəmi 56 nömrə nəşr edilən) milli mətbuatın və sivil ictimai münasibətlərin, xüsusən, yazılı ictimai rəyin bünövrəsi olan “ƏKİNÇİ” qəzeti ərsəyə gəlmişdir. Xalqın milli taleyində elə hadisələr olur ki, onun inkişafına ağır zərbə vurur. Ürək ağrısı ilə qeyd edilməlidir ki, Azərbaycan türkünün şüuru üzərində psixi terror və mənəvi işğal aktı olaraq onun millətinin adı, dilinin adı və əlifbası bir əsrdə beş dəfə dəyişdirilmişdir. Bədbəxlikdən bu bizim milli-mənəvi taleyimizdə çox dərin iz buraxmışdır. Qeyd etdiyim kimi, (ilk növbədə vətəndaş olaraq gələcək ictimai-siyasi risqləri nəzərə alaraq) bu həqiqəti bilməliyik ki, XX yüz ildə Azərbaycan türkünün milliyyət və dil adı beş dəfə dəyişdirilib:

Bununla belə hazırda Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən dövlət dilinin adı –Azərbaycan dili-dir. Bu məqamda, milli dilin dövlət dili kimi Azərbaycan Cümhuriyyəti kontekstində təkamülündən və rəsmi qərarlaşmasından bəhs etmək istərdim. Yuxarıda göstərilən tarixi reallığa rəğmən XX əsr Azərbaycan dilinin ən yüksək səviyyəyədə inkişaf etdiyi dövrdür. Bu dövrdə dilimiz sözün həqiqi mənasında çiçəklənmiş və tərəqqi etmişdir. Ədəbi dil məsələsi əsrin əvvəllərində çarizmə qarşı aparılan milli ictimai-siyasi mübarizə prinsipinin önündə dururdu. Bu prosesdə 1905-ci ildən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə tərəfindən təsis edilən “HƏYAT”, “İRŞAD”, “AÇIQ SÖZ” qəzaetləri və “FÜYUZAT” məcmuəsi milli dil və milli mətbuat uğrunda edilən əməli, davamlı mücadilə idi.

Həmin illər milli dildə kitabların hazırlanması, dərsliklərin buraxılması, müntəxabatların tərtib edilməsi ilə çox səciyyəvidir. Bu baxımdan Bakıda “Nicat”, “Nəşri-məaarif”“Səfa” kimi nəşryatlar fəaliyyət göstərirdi. Həmçinin ictimai xalq dilinin qaynağı olan “Molla Nəsirəddin” -in meydana gəlməsi ilə səhnə mədəni nitqi və milli mədəni özünü ifadə təfəkkür tərzi formalaşmışdır. Dilin duruluğu və saflığı məsələsi də həmin illərədə aktual olmuşdur. Bu istiqamətdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyr bəy Hacıbəyov, Ömər Faiq Nemanzadə və digər ictimai xadimlər ana dilində canlı əsərlər yazmaqla bu missiyanı əməli olaraq layiqli şəkildə həyata keçirirdilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dilin siyasi nüfuzunu özünə qaytardı. Qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi hakimiyyəti tərəfindən 1918-ci il iyunun 27- də dövlət dili haqqınada qərar qəbul olunur və Türk dili dövlət dili olaraq elan edilir. Milli dilin dövlət dili elan edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri sırasında milli istiqlala təminatçı kimi meydana gəlmişdi və şəxsiyyət-cəmiyyət-dövlət suverenliyinə əsaslanan dövlət quruculuğuna zəmin yaratmışdır. Həmin vaxtdan təhsil sisteminin də milli dildə formalaşması əsas vəzifə olmuşdur. Bununla bağlı qəbul edilən qərar sənədləri aşağıdakı kimi tərtib edilmişdir.

Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı*

(28 avqust 1918)

Əlbəttə bu mövzu bir sıra tədqiqatçılar və alimlər tərəfindən araşdırılmış, müəyyən qənaətlər əldə edilmişdir. Ə.Z.Abdullayevin fikrinə görə “Cümhuriyyət öz dil siyasətini həyata keçilmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi, belə ki, 28 avqust 1918- ci ildə hökumət ibtidai və orta təhsil müəsisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Qərarda göstərilir ki, 1) bütün ibtidai təhsil müəsisələrində tədris ana dilində aparılmalıdır: 2) dövlət dili icbari qaydada tədris olunur. 27 dekabr 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov ordu dilinin Türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə dili öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddətdə heç olmasa komandaları milli dildə verə bilməyən zabitlər ordudan xaric ediləcəklər”.

Bununla belə, Türk dilinin bütün dövlət strukturlarında öyrəniıməsinə tələb edilən vaxt daxilində yalnız müvəqqəti olaraq rus dilindən istifadə edilməsi məsələsi də nəzərdən keçirilmişdir. Həmin hadisə aşağıdakı kimi sənədləşdirilmişdir:

Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı

(27 iyun 1918)

Hökumət 27 iyun 1918-də qərar verdi:

Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin.

Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmei, №1, 15 təşrini-sani, 1919, s. 18;

Государственный Архив АР, ф. 100, оп. 2, д. 7, л. 9;

Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, c.201.

Xalq məktəblərinin kitabxanaları üçün türk dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında Parlament qanunu

(18 sentyabr 1919)

Закон Парламента об отпуске 1 млн. руб. на приобретение для библиотек народных училищ книг на тюркском языке

(18 cентября 1919)

ЗАКОН

За председателя Парламента старший его товарищ Г. А гаев

Секретарь А. Пепинов Начальник канцелярии М. Векилов (Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, c. 103.)

Rus bolşevizmi Azərbaycanı silah gücünə istila etsə də dilin inkişafına mane ola bilmədi. 1926-cı ildə Bakıda birinci -Türkoloji Qurultay- keçirildi. Türk dünyasında böyük əhəmiyyət kəsb edən bu qurultayın Bakıda keçirilməsi milli dil üçün böyük hadisə idi. Qurultayın həm də bir səciyyəvi cəhəti dilə verilən yüksək dəyərlə bağlı idi. Lakin təssüf ki, 30-cu illərdə dilin fədakar və görkəmli nümayəndələrindən bir çoxu terrora və represiyaya məruz qaldı.

1939 -cu ildə isə latın əlifbasından kiril əlifbasına keçid ictimai mühitdə xeyli dərəcədə durğunluq yaratmışdır. Məhz əlifba dəyişdirmək siyasətinin arxasındakı siyasi maraq xalqı nəşr edilmiş elmi-ədəbi məxəzindən uzaq salmaq və gənc nəsili özündən əvvəlki nəsilin irsindən məhrum etmək idi. Bu deyilənlərə subut olaraq onu da əlavə edim ki, Azərbaycan sovetlər birliyinə daxil edildikdən sonra 1937-ci ildə Azərbaycanda qəbul edilən Konstitusiyada dillə bağlı heç bir maddə də olmamışdır.

1945-ci ildə AMEA-da Dilçilik İnstitutunun yaranması dilin və dilçiliyin intellektual imkanlarının genişlənməsinə əhəmiyyətli təsir etmişdir. Həmin vaxtlarda Azərbaycan dilinin elmi tədqiqi ilə məşğul olan nümayəndələrdən Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Müxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər dilçi alimlər yetişmiş, dilin elmi inkişafına xidmət etmişlər. Xüsusi vurğulanmalıdır ki, dövlət dilinin inkişafında, ədəbi dilin mövcudluğu vacib amildir bu istiqamətdə şair və yazıçıların böyük xidmətləri var. Bu sırada çoxsaylı ziyalıların adını qeyd etmək olar. Lakin görkəmli Azərbaycan ziyalısı, milli dilin uğrunda (bir çox itgilərə hazır olmuş) mübariz, mərhum akademik Mirzə İbrahimovun misilsiz xidmətləri xüsusi olaraq daima etiramla anılmalıdır. Onun milli dilə, münasibəti bu gün də, gələcəkdə də mühüm əhəmiyyətli fikirləri onu göstərir ki, müəllif sovetlər dönəmində milli dilin bərqərar olması istiqamətində əməli mübarizə aparmışdır. Bu, hər bir Azərbaycan gəncinin əsas devizi olmalıdır.

1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə, 1937-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə əlavə edilmişdir. Buna baxmayaraq qərar həyata keçirilməmiş, yalnız 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili olmasını təsbit edən maddənin daxil edilməsi və onun həyata keçirilməsi reallaşmışdır. Yalnız bundan sonra ölkənin sosial-ictimai-siyasi həyatında milli dil öz layiqli yerini tapmışdır. Başqa sözlə, illərlə aparılan repressiv qadğalara, məhrumiyyətlərə, təcavüzlərə baxmayaraq xalqın beyninə, qəlbinə həkk olunan -Cümhuriyyət sevdası və onun dövlət dili milli genetik şüurda saxlanıldı mənəvi əmanət olaraq gələcəyə intiqal edildi.

1991-ci ildən Müstəqqil Azərbaycan Respublikası quruldu və 1995-ci il 12 noyabrda referendumla qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili olaraq təsbit edilmişdir.

18 iyun 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verilmışdir. Həmin fərmanda qeyd edilir ki, “Çox qəribə görünsə də Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir”.

Bu məsələ hazırkı illərdə daha da dözülməz vəziyyətdədir. Xüsusilə də dilin tətbiqi normaları baxımdan. Burada bir sıra neqativləri qeyd etmək olar. İstər mətbuat, istər ayrı-ayrı kütləvi infarmasiya vasitələri istərsə də dövlət qulluqçularının çıxış və müsahibələrində. Buraya sosial-ictimai təşkilat və qurumları, dini icmaları da əlavə etmək olar.

Əlbəttə, bu istiqamətdə olan problemlərin, reallıqların həlli və aradan qaldırılması baxımdan aşağıdakı kimi göstərilə biləcək bir sıra sərəncamlar imzalanmışdır.

Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (18 sentyabr 2008)

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 may 2012)

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı (9 aprel 2013) Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Lakin bununla belə həmin problemlər aradan qaldırılmadı. Aydınlıq üçün yuxarıda qeyd edilən, 18 iyun 2001-ci il tarixli fərmanın digər bir məqamı dilin dövlətin taleyində vacib olduğu diqqətə çatdırılaraq göstərilir ki, “Azərbaycan dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram: . ”

Burada milli dilin müstəqil dövlət rəmzlərindən biri kimi müqəddəs dəyər olaraq dərk edilməsi hər bir Azərbaycan vətəndaşının və dövlət məmurunun, xüsusən də alimlərin qarşısında olduqca məsuliyyətli və şərəfli vəzifələr qoyur. Reallıq belədir ki, hazırda gənc nəsil xarici dil marağı ilə öz dövlət dilinə müəyyən mənada laqeyd yanaşmaqdadır. Vacib vəzifə dedikdə ilk növbədə, xarici dil biliklərinə yiyələnmək istəyən gəncliyə, öz dövlət dilinə diqqətin artırılmasına, ictimai şüurda Azərbaycan dilinin zənginliyin qorunmasına çalışmaq nəzərdə tutulur. Əlbəttə bu mövzu hər hansı bir məqalə ilə ilə məhtudlaşmır, gələcəkdə də bu istiqamətdə araşdırmalar davam edəcəkdir.

Şərhlər

Dilsuz 2019-05-27 13:10:09

Dövlət dövlət qanununu tələb etmir. İndiki dilimiz Füzuli, Şirvani, Ordubadi, Sabir, Vidadi, Vaqif, Vurğun yazıları əsl ana dilimizə uyğun gəlir. Muasir Azərbaycan dili latın-rus önlük və quyruqları ilə üç qramanadan heç birinə də uzlaşmır və ana türk dilindən uzaq ibarəyə bənzəyir.

t.ədalət 2019-05-27 13:10:09

Təəssüf ki bu gün gənclər işə götürülərkən onlardan rus və ingilis dillərini bilməsi tələb olunur.Bu dilləri bilməyənlər,ancaq tikintidə fəhlə işləyə bilər.Əgər Azərbaycan dili dövlət dilidirsə,onda yad dillərin öyrənilməsi niyə şərt kimi ortaya qoyulur?Biz dilimizin müqəddəsliyini qorumaq üçün belə şərtlərin qarşısını almalıyıq!Tərcüməçilər vasitəsi ilə hansısa sənədləşməni aparmaq mümkün olduğu halda,görəsən,dövlət niyə xarici dil xəstəliyini aradan qaldırmır?

Comments are closed, but trackbacks and pingbacks are open.