Press "Enter" to skip to content

Smart bal balansımı necə əldə edə bilərəm?

Cavab: Mənfiyə işləyir borc deməkdir. Verilən kredit məbləğidir. İstifadə olunmuş mənfi qaz sərfinin məbləğini abonent özü smart kartına tam şəkildə ödənişini təmin etməlidir.

Smart bal balansımı necə əldə edə bilərəm?

Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Starex şəxsi kabinetinizdə bəyannamə sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız.

Amerika və Çindən sifariş zamanı sifariş daxili kargoya verildiyi gündən xarici anbara çatdırıldığı günədək mütləq şəkildə həmin bağlamaya əsasən saytımızda bəyannamə yaradılmalıdır. Bəyannamə yaratmadılmadığı halda sifariş xarici anbara daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır. Sizə mail və sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra yalnız bəyannamədə “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız

Bəyannaməni Amerikadan və Çindən sifariş etdiyiniz bağlamanız mağaza tərəfindən kargoya verildikdən sonra əlavə etməlisiniz.

Mağaza – sifarişi hansı mağazadan etmisinizsə (sifariş hansı mağaza tərəfindən göndərilirsə) həmin mağazanın adını qeyd edirsiniz.
Məhsulun tipi – sifariş etdiyiniz məhsulun növünü qeyd edirsiniz.
Miqdar – bəyan etdiyiniz bağlamanın daxilində neçə ədəd məhsul olduğunu qeyd edirsiniz.
Məhsulun qiyməti – bəyan etdiyiniz bağlamanın ümumi qiymətini qeyd edirsiniz.
Sənəd – elektron poçt ünvanınıza sifarişinizin mağaza tərəfindən təsdiq edildiyinə dair göndərilən sənədi (faktura) PNG və PDF formatından biri şəklində daxil etməlisiniz.
Mağazanın izləmə kodu – mağaza tərəfindən sifariş(lər)iniz yola çıxması ilə bağlı göndərilən bildirişdə qeyd edilən “tracking number” məlumatını mütləq şəkildə əlavə etməlisiniz.

“Həvalə et”xidməti ilə göndərdiyiniz sifarişlər təsdiqləndikdən sonra əməkdaşlarımız bağlamalarınız üçün bəyannamə formalaşdırırlar. Bu bəyannamələr ilk öncə “Öncədən bəyan et” bölməsində qeyd edilir. Bağlamanız xarici anbara daxil olduqdan sonra bağlamanız “Xarici anbardadır” statusuna keçir.

Bəyannamə məhsulunuzun ölkə xaricindən çatdırılması üçün zəruri olan elektron sənəddir. Türkyə saytlardan aldığınız məhsulların hər hansı çətinlik olmadan ölkəmizə çatırılması və gömrük sisteminə əlavə olunması üçün bəyannamə yaratmağınız çox vacibdir.
Smartkargo şəxsi kabinetinizdən “Bəyannamə əlavə et” düyməsini sıxaraq müvafiq ölkə seçiminə uyğun bəyannamə əlavə edə bilərsiniz.

Balans haqqında

TRY balansı “Həvalə et” xidmətimizlə sifariş edilməsi üçün saytımıza yerləşdirdiyiniz linklərin ödənişinin edilməsi üçündür. USD balansı isə ölkələrarası çatdırılma və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Bu ödənişlərin bağlamanı təhvil aldığınız zaman nağd şəkildə də edilməsi mümkündür. Ölkələrarası çatdırılma və kuryer ödənişlərinin TRY balansı ilə ödənilməsi mümkün deyildir. Balanslararası dəyişiklik edilmir, məbləği USD balansından TL balansına və ya əksinə göndərmək mümkün deyil. Ancaq, balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala, E-manat və Milliön terminalları vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala bilərsiniz. Bunun üçün saytımızda “Onlayn müraciət et” bölməsinə daxil olursunuz və “Balansla bağlı” başlığı altında kartınıza geri qaytarılmalı olan məbləği və kartınızın son 4 rəqəmini qeyd edirsiniz. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 5-7 iş günü ərzində ödəniş etdiyiniz karta geri qaytarılır.

E-manat və Milliön terminalı vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə məbləği ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Smartkargo balansınızı həm nağd, həm də onlayn şəkildə artıra bilərsiniz. Saytımız və mobil tətbiqlərimizə daxil olaraq onlayn ödənişlə balans artırmaq mümkündür. E-manat və Milliön terminalları vasitəsilə və ya ofislərimizə yaxınlaşaraq həm TRY, həm də USD balansınızı nağd şəkildə artıra bilərsiniz.

Smart bal balansımı necə əldə edə bilərəm?

Cavab:Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürdə bilərlər. Qeyd edək ki, köhnə sayğacda olan qalıq vəsaiti, sayğacın üzərində müvafiq düyməsini basmaqla, “credit back” proseduruna uyğun olaraq köhnə karta köçürülməsi vacibdir, əks halda qalıq vəsait köhnə kartda aşkarlanmasa yeni karta heç bir vəsait köçürmək mümkün olmayacaqdır.

2. Abonent kodunu addan ada necə və harada keçirmək olar?

Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin, mülkiyyəti təsdiq edən sənədlərin əsli və smart kartı təqdim etməklə abonent kodunu addan ada keçirə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

3. Smart sayğacın plombunun zədələnməsi, qırılması və üzərində olmaması aşkar edildikdə haraya müraciət etməli?

Cavab: • Abonent bu haqqda 104 və 185 nömrəli Qaynar Xəttlərə zəng vuraraq məlumat verməlidir.
4. Qaz sayğacının yerinin dəyişdirilməsi üçün haraya müraciət etməli ?
Cavab: “Asan komunal” mərkəzlərinə müraciət edə bilərsiniz.
5. Bildirişdə sayğac (mexaniki) göstəricilərinin səhv yazılması aşkar edildikdə nə etməli?

Cavab: Yerli rayon xidmət sahəsinə (abonent kodu və müraciət edənin şəxsiyyət vəsiqəsini təqdim etməklə) müraciət edilməlidir.

6. Borc saldosunu necə əldə edə bilərəm ?

Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş şəxsiyyət vəsiqəsinin əsli və sayğac/abonent kodu haqqında hər hansı bir məlumat ilə “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət etməklə borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

7. Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?

Cavab: Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi “Azəriqaz” İB və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTK-nın sifarişi ilə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə, “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə qaydalarının”, eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti – quraşdırma işləri aparılır və texniki – icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul kоmissiyаsının аktı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, “Azəriqaz” İB-nin müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdən və irad olmadıqda dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir.

8. Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?

Cavab: Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər. 1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir. 3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır. 4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

9. Smart sayğacın ekranında FO24 və OFF yazıldıqda nə etməli?

OFF vəziyyəti Cavab: Bu hal sayğaca kartın yüklənilməsi zamanı yumru, göy düymənin əvəzinə üç künc düymənin basılaraq saxlanılması zamanı yaranır. Bu zaman sayğaca yüklənilən bütün məbləğ (kub formasında) karta köçürülür (kredit back), sayğacın giriş klapanı bağlanır və qaz təchizatı dayandırılır. Bu halın aradan qaldırılması üçün abonentlər tərəfindən sayğacın 4 ədəd şəkilləri (menyu – 1, menyu – 2, mexaniki göstərici m3 və ekranda yazılan OFF və ya FO24) çəkilərək yerli rayon qaz xidmət sahəsinə müraciət edilməlidir. Bu zaman heç bir məbləğ itmir və əlavə ödəniş tələb olunmur. İlk öncə kart sayğaca daxil edilərək göy düymə basılmalı və OFF yazısının şəkili çəkilməli, sonra üç künc düymə 1 dəfə basılaraq açılan menyunun şəkili şəkilməli (Menyu – 1), yenidən üç künc düymə 3 dəfə və ya ekranda sol tərəfdə 2 yazılanadək basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu-2), son olaraq isə sayğacın mexaniki göstəricisi tam və oxunulması mümkün vəziyyətdə şəkili çəkilməlidir. Yerli rayon qaz xidmət sahəsi kartı bərpa etdikdən sonra kart sayğaca daxil edilməli və 3 siqnal səsi gələnədək gözlənilməlidir. Sonra sayğac OFF vəziyyətindən çıxacaqdır. Daha sonra yumru göy düyməni basıb saxlamaq lazımdır. Sayğacda OP 190 əməliyyatı gələcək və rəqəmlər 000 olandan sonra qaz təchizatı bərpa olunacaqdır. FO24 vəziyyəti Bu hal OFF vəziyyətinin digər halıdır. Lakin burda fərq ondan ibarətdir ki sayğac OFF vəziyyətinə düşməmişdən öncə digər (ALARM 2, 3, 5 və ya FO44) kodda olub. Bunun üçün yuxarıda OFF vəziyyəti üçün qeyd olunanlar təkrar edilməli və sayğac OFF vəziyyətindən çıxdıqdan sonra kartı yenidən sayğaca daxil edilməlidir. Sayğacın ekranında 0.00 yazısı göründükdən sonra istənilən ödəniş terminalında karta 1 manatdan yuxarı pul yükləyərək sayğaca yükləməli və koddan çıxarılmalıdır.

10. Sayğac mənfiyə işləyir,yazılan pulu kim ödəməlidi?

Cavab: Mənfiyə işləyir borc deməkdir. Verilən kredit məbləğidir. İstifadə olunmuş mənfi qaz sərfinin məbləğini abonent özü smart kartına tam şəkildə ödənişini təmin etməlidir.

11. Mənim sayğacım Gulf tipli sayğacdı (kartı kapital bankda ödəniş olunan), dəyişdirmək istəyirəm.
Cavab: “Azəriqaz” İB-nə yaxınlaşıb ərizə yazılır.
12. Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?

Cavab: Əgər ödəniş səhvən özünə aid olan abonent koduna yüklənibsə, abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş dərhal “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin əslini, ödəniş qəbzini və smart kartı təqdim etməklə vəsaiti yenidən kartına yükləyə bilər.

13. Sayğac qutusu sınmışdır, yenisini hardan əldə edə bilərəm?

Cavab: • Abonent “Asan Kommunal” mərkəzlərinə gedib ərizə yazıb ödəniş etdikdən sonra yeni sayğac qutusu əldə edə bilər.

14. İtirilmiş və zədələnmiş smart kartı kimlər və hardan əldə edə bilər?

İtirilmiş və zədələnmiş smart kartları sayğac nömrəsi və ya kod və şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək, müvafiq dövlət rüsumunu ödəyərək istənilən şəxsələr “Asan Kommunal” mərkəzlərindən əldə edə bilərlər.

15. Qüsurlu ödənişin bərpa edilməsi

a) Qüsurlu ödənişlər müxtəlif sayğaclarda və müxtəlif səbəblərdən baş verə bilir. Bunun əsas səbəblərindən biri yazılım ( karta daxil edilmə ) zamanı sistemdə olan və baş verən informasiya itkiləridir. b) Əgər karta daxil edilmə hər hansı ödəmə terminalında aparılıbsa, sayğaca yükləmə zamanı kartda olan informasiya 0 (sıfır) olaraq göstərilirsə, bu zaman eyni tipli terminalda berpa etmək lazımdır və sonra yenidən sayğaca yükləmə aparılmalıdır. c) Eger karta yükləmə onlayn şəkildə aparılıbsa, bu zaman elə online şəkildə bərpa edilərək yenidən sayğaca yüklənmə aparılmalıdır. d) Əgər heç bir halda qüsurlu ödənişi bərpa etmək mümkün olmasa, bu zaman sayğacın 1-ci (qalıq kubmetr), 2-ci (ümumi yüklənilmiş kubmetr), 3-cü (istifade edilmiş ümumi kubmetr) menyular çəkilərək “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmaq lazımdır.

16. Ölkə ərazisində qazın bir kubmetri neçəyədir?

Bu proses Tarif Şurasının 2021- ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir və 01.11.2021-ci ildən qüvvədədir. Ölkə ərazisində qazın bir kubmetrinin minimal dəyəri 12 qəpikdir.

17. Əhali abonentləri üçün tarif necə hesablanır?

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin: • 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, • 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, • 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir

Comments are closed, but trackbacks and pingbacks are open.