Press "Enter" to skip to content

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi bir daha koronavirus pandemiyasının səmərəli dövlət idarəçiliyi qarşısında əlacsız olduğunu görsətdi.

Səmərəli dövlət idarəçiliyi

Müasir Azərbaycan Respublikası dövlət müstəqilliyinin yenidən bərpasından ötən dövr ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. XX əsr Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixində mühüm mərhələ olmuşdur. Bu əsrdə çar mütləqiyyət quruluşu, 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikası yaradılması ilə Şərqdə ilk demokratik idarəetmə formasının əsasının qoyulması, habelə sovet kommunist rejimi kimi üç ictimai-siyasi quruluşdan keçmiş Azərbaycan, nəhayət ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini bərpa etdi. Bu baxımdan, yeni bir tarixi şans kimi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusıya Aktının qəbulu Azərbaycan Respublikasında dövlət quruluşunun, milli siyasət və innovativ idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etdi. Azərbaycanın müasir siyasi sisteminin Prezident İlham Əliyev tərəfindən iqtisadi və sosial tərəqqiyə, demokratiyaya və insan kapitalının hərtərəfli inkişafına istiqamətləndirilən yeni dizaynı siyasi sistemin bütün arxitekturasına xüsusi innovasiya təkanı verən sabitliyə və perspektivli, dinamik transformasiyaya dəlalət edir [4] .
Keçid dövrü Azərbaycanda yeni tipli dövlət hakimiyyətinin formalaşması, həm ölkəmizin tarixi təcrübəsinə, həm də demokratik dövlətçiliyin təşəkkülü və inkişafı sahəsində dünya təcrübəsinə əsaslanan dövlət qurulması məsələsini bütün kəskinliyi və zəruriliyi ilə qarşıya qoymuşdur.Müasir şəraitdə əsrlər boyu qazanılmış təcrübəni sadəcə bərpa etmək kifayət deyil, bu təcrübəni qarşılıqlı surətdə əlaqəli və asılı olan dünyanın reallıqlarına uyğunlaşdırmaq lazımdır. Həyata keçirilən yenilikçi dövlət siyasətinin səmərəliliyi Prezident İlham Əliyevin siyasi liderliyinin səciyyəvi əlamətinə çevrilmişdir. Prezident İlham Əliyev müasir siyasi və iqtisadi dəyişikliklərin paralel şəkildə həyata keçirilməsinin əhəmiyyətini ön plana çəkməklə dəfələrlə vurğulamışdır ki, hər sahədə islahatlar bir-birini tamamlamalı və siyasi sistemə yeni impulslar verməklə dövlətin və cəmiyyətin daha da inkişaf etməsinə şərait yaratmalıdır. Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatdı. Konstitusiya ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında siyasi sistemində innovativ prosedur kimi 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur. Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur. [1] Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.
Azərbaycan Respublikasında dövlət hakimiy­yətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan Respublikası dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur [1] .
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunverici hakimiyyət səlahiyyətlərini həyata keçirən Milli Məclis, icra hakimiyyətini həyata keçirən prezident və məhkəmə hakimiyyəti. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Azərbaycan Respublikasının Kons­titusiya ilə müəyyən edilmiş unitarçılığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir [1] . Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir. Dövlətin təşkilati-hakimiyyət praktikasında vəzifə borcunun hamı üçün məcburiliyi ideyasını demokratik hüquqi dövlətin təşəkkülü və inkişafı şəraitində vətəndaş cəmiyyətinin subyektlərinin geniş ictimai-hüquqi kommunikasiyaları ilə əlaqədə irəli sürür. Hüquqi dövlətin iqtisadi və sosial əsası humanizm və ədalət, bərabərlik və şəxsiyyətin azadlığı kimi ümumbəşəri prinsipləri qəbul edən mədəniyyətin və mənəviyyatın müəyyən tipini formalaşdırır. Bu, konkret olaraq, yeni dövlət idarəçiliyinin demokratik metodlarında, ədalətlilik və ədalət mühakiməsində, dövlət ilə qarşılıqlı münasibətlərdə şəxsiyyətin hüquq və azadlıqlarının prioritetində ifadə olunur. İnnovativ dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdəndir [2, s.34].
Müasir dövrümüzdə dövlətlərin idarəetmə sisteminə də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşyönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Subyektivliyin aradan qaldırılması üçün sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq, yeni idarəetmə modelləri bunun üçün şəffaflığın artırılmasını ön plana çəkir. Sərt qaydaların deyil, optimal menecment metodlarının tətbiqi, insan kapitalı, ictimai rəy, hər bir kəs üçün əlçatan və səmərəli xidmətlə vətəndaş məmnunluğu arasındakı zəruri əlaqə müasir islahatların əsas qayəsi kimi çıxış edir.Müvafıq olaraq, respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq kadr potensialının formalaşdırılmasına xidmət edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış 1998-ci il 29 dekabr tarix­li 53 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində innovativ islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmişdir, nəticədə Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. Dövlət qulluğu aparatında təkmilləşdirmənin təmin oluması üçün aparılan islahatları miqyasına, dərinliyinə, xarakterinə və məqsədlərinə görə fərqləndirmək lazımdır. Bu fərqliliyin nəticələri də çox vaxt tarixi şəraitdən, iqtisadi və sosial amillərdən, hökumətin innovativ strategiyasından və fəaliyyət metodlarından asılı olur. Müasir dövrdə həyata keçirilən dövlət idarəçiliyi islahatlarını iki formada təsnifləşdirmək mümkündür.
1. Siyasi sistemin yenilikçilik sferasından dəyişdirilməsi ilə birlikdə aparılan islahatlar;
2. Sabit siyasi sistem çərçivəsində həyata keçirilən islahatlar. Birinci tip islahatlar ictimai quruluşun dəyişdirilməsi ilə nəticələnir, bununla bərabər yeni dövlət idarəetməsinin sisteminin yaradılmasını tələb edir. İkinci tip islahatların həyata keçirilməsi zamanı dövlət idarəetməsində əsaslı dəyişikliklər baş vermir və birbaşa sistemin modernləşdirilməsinə xidmət edir. Dövlət aparatının həm içərisində, həm də xarici institutlarla münasibətdə inteqrasiya, nəzarət və koordinasiyanın səviyyəsi hələ xeyli aşağıdır ki, bu da bir çox sahələrdə qeyri-rasional xərclərə və dövlət siyasətinin kifayət qədər reallaşdırılmamasına səbəb olur. Ümumilikdə dövlət aparatının idarəolunmasına nəzər saldıqda fəaliyyətin bütün sahəhərini səmərəli hesab etmək olmaz. Azərbaycanda dövlət qulluqçularının işinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı iki əsas tələb qeyd edilə bilir:
1. Dövlət hakimiyyət, həmçinin idarəetmə institutlarının boşluqlarının aradan qalxması; 2. Dövlət qulluqçularının hazırlıq və təlim səviyyəsinin müasir tələblərə çatdırılması. Müasir dövlət aparatının fəaliyyətinin gücləndirilməsini tələb edən istiqamətlər aşağıdakı kimi müəyyənləşir:
• Yüksək sürətlə dəyişən ətraf aləmə və cəmiyyətin tələbatlarına operativ uyğunlaşmaq;
• Qərar qəbulu mexanizmlərinin mükəmməl olması və peşəkar dövlət menecerlərinin yetişdirilməsi ilə bağlıdır [3, səh. 45] .
Beləliklə, dövlət idarəetməsi innovativ prosedurlar ilə mükəmməl silahlanmalıdır. Həmçinin, bu sahədə çalışan dövlət qulluqçuları dövlətin müasir cəmiyyətdəki, idarəetmə sistemindəki yerini düzgün qiymətləndirməli,cəmiyyətin xüsusiyyətlərini bilməli, onun yeni təşkilolunma metodlarını mənimsəməlidir. İnnovasiya siyasəti ilə bağlı bu faktorları nəzərə alsaq dövlət idarəçiliyinin təşkilində səmərəliliyə nail olmaq mümkündür.

Açar sözlər: Azərbaycan Respublikası, dövlət hakimiyyəti, innovativ idarəetmə sistemi, dövlət idarəçiliyi, milli innovasiya sistemləri

ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı Qanun, 2016.
2. Allahyarova T. «Müasir Azərbaycanda Siyasi Sistemin Transformasiyası», SAM, Bakı-2013.
3. Qasımov F.H. “Azərbaycanda innovasiyanın vəziyyəti və onun inkişaf perspektivləri”, Bakı, 2009.
4. http://www.xalqqazeti.com/az/news/politics/45825 33. www.president.az

РЕЗЮМЕ
В статье автор, прежде всего, обращает внимание на процесс восстановления независимости Азербайджанской Республики и краткую историю развития государственности, широко анализируются важные шаги, предпринимаемые государством в этом направлении. В статье автор также обратил внимание на некоторые аспекты принципа разделения властей в Азербайджане, а именно на особый статус Нахчыванской Автономной Республики в соответствии с законодательством страны, и проанализировал некоторые теоретические вопросы в этой связи. Особое место в статье было уделено модернизации в развитии государственности в Азербайджанской Республике, инновационным технологиям, вытекающим из западного опыта.

Ключевые слова: Азербайджанская Республика, государственная власть, инновационная система управления, государственное управление, национальные инновационные системы.

SUMMARY
In the article, the author, first of all, draws attention to the process of restoration of independence of the Republic of Azerbaijan and a brief history of the development of statehood, widely analyzes the important steps taken by the state in this direction. It also analyzes the essence of successful reforms carried out by President Ilham Aliyev to develop Azerbaijani statehood, inherited from national leader Heydar Aliyev. In the article, the author also drew attention to some aspects of the principle of separation of powers in Azerbaijan, namely, the special status of the Nakhchivan Autonomous Republic in accordance with the legislation of the country, and analyzed some theoretical issues in this regard. A special place in the article was given to modernization in the development of statehood in the Azerbaijan Republic, innovative technologies arising from Western experience.

Keywords: Republic of Azerbaijan, state power, innovative management system, public administration, national innovation systems.

Azerbaycanlı deputat : Koronavirus pandemiyası səmərəli dövlət idarəçiliyi qarşısında əlacsızdır

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi bir daha koronavirus pandemiyasının səmərəli dövlət idarəçiliyi qarşısında əlacsız olduğunu görsətdi.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, ilk növbədə diqqətəlayiq məqam Azərbaycan hökümətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğunlaşması və islahatların ardıcıl formada davam etdirilməsidir: “Burada xüsusilə qürurverici məqam isə bir neçə gün öncə cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə nəinki milli, hətta regional və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istədiyindən və buna imkan verən potensialından irəli gəlir.
Müşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin dəyə biləcək zərərin minimuma endirilməsi kimi məsələlər də daxil olmaqla əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır. Bu məcrada xüsusilə son dövrlər inkişaf edən kənd təsərrüfatı sahəsində mümkün durğunluğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır”.

Deputat qeyd edib ki, xüsusilə bu sahədə məhsuldarlığın qorunması üçün həyati əhəmiyyətə malik suvarma suyu ilə təminatın yaxşılaşdırılması hökümət tərəfindən prioritetləşdirilən istiqamətlərdəndir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərə çıxışlarının asanlaşdırılması məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə otuz milyon manat ayrılmışdır: “Əhalimizin təmiz suya əlçatanlığının yaxşılaşdırılması nəticəsində ölkəmiz eyni zamanda 6-cı Davamlı İnkişaf Məqsədi istiqamətində böyük irəliləyiş əldə edəcək. Bütün bu tədbirlər bizi arxayın edir ki, cənab Prezidentin liderliyi altında hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf etməyə davam edəcək”.

Kafkassam Editör

Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.

Comments are closed, but trackbacks and pingbacks are open.