Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda
pilləsində “Türk dünyası tarixi” və “Regionşünas: Türkiyəşünaslıq” istiqamətləri üzrə magistr
Tarix və onun problemləri, №4 2014 17 ƏSMƏd muxtarova
“Türk və Qafqaz xalqları tarixi” (2012-ci ildən “Türk xalqları tarixi”) kafedrası yaradıldı.
Hazırda həmin kafedranın müdiri türk xalqlarının qədim dövr – orta əsrlər tarixi və dövlətçilik
tarixi problemləri üzrə araşdırmaçı, tarix elmləri doktoru, professor Əsməd Muxtarovadır.
Kafedranın 8 nəfərlik professor-müəllim heyəti tərəfindən türk xalqları tarixi dövrlər və
müxtəlif problemlər üzrə tədris edilir (4).
“Türk xalqları tarixi” fənni Tarix fakültəsində – “tarix”, “tarix müəllimi”,
“Qafqazşünaslıq”, “Amerikaşünaslıq” ixtisaslarında; Beynəlxalq Münasibətlər və İqtisadiyyat
fakültəsində “Beynəlxalq münasibətlər” ixtisasında; Kitabxanaçılıq və İnformatika
fakültəsində “Kitabxanaşünaslıq” ixtisasında tədris olunur.
Fənn çərçivəsində hazırda müstəqil olan türk dövlətləri (müstəqil fənn kimi tədris
olunan “Azərbaycan tarixi” istisna olmaqla) ilə bərabər, digər dövlətlərin türk subyektləri,
həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, başqa sözlə desək, bütünlükdə türk
dünyasının tarixi tədris edilir. Aşağıdakı məsələlərə xüsusi önəm verilir:
Müasir türk dünyası anlayışı – müstəqil türk dövlətləri (6+1: Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti);
Rusiya Federasiyası (Volqaboyu, Şimali Qafqaz və Sibirdə) və Çin Xalq Respublikasının
(Sintzyan Uyğur Muxtar Vilayəti) türk subyektləri; digər dövlətlərin tərkibində yaşayan
türk xalqları; türk diasporası. Türk dünyasının problemləri (krım tatarları, ahısxa
türkləri, uyğurların problemləri; mövcud münaqişələr, təhlükəsizlik problemləri və s.)
Türk xalqlarının dünya tarixində yeri və rolu – türk xalqlarının dünya tarixinə, elminə,
mədəniyyətinə verdiyi töhfələr; tarixi abidələri; tarixdə və günümüzdə tanınmış, gör-
kəmli insanların, elm xadimlərinin türklər haqda fikirləri, onlara verdikləri dəyər və s.
Tarix və onun problemləri, № 4 2014
Tarix elmində türk xalqlarının anayurdu ilə bağlı nəzəriyyələr; türk xalqlarının tarixini
saxtalaşdırmaq cəhdləri və onların ifşası; türk xalqlarının tarixi üzrə mənbələr;
Türk xalqlarının dövlətçilik tarixi; tarixdə mövcud olmuş türk dövlətləri; onlar arasında
əlaqələr, problemlər; türk dövlətlərinin qonşu dövlətlərlə münasibətləri;
Türk xalqlarının islamaqədərki dini inancları; İslamın türk xalqlarının ictimai-siyasi
həyatında yeri və rolu məsələləri;
Türk xalqlarının çar Rusiyasının və SSRİ-nin tərkibində olduğu dönəm tarixi;
Türk xalqlarının hərb tarixi; dünya müharibələrində iştirakları məsələləri;
Türk xalqlarında ictimai-siyasi fikrin inkişafı, milli mətbuat, milli ideologiyanın
formalaşması; milli hərəkat tarixi;
Türk xalqlarının mədəniyyət tarixi;
Türk xalqlarının postsovet dönəm durumu. Türk dünyasının müasir beynəlxalq
münasibətlər sistemində yeri, ümumdünya proseslərdə iştirakı və s.
Mövcud olduğu 22 il ərzində kafedra əməkdaşları tərəfindən Azərbaycanda türk
xalqları tarixinin tədqiqi, təbliği və tədrisi istiqamətində bir sıra mühüm işlər görülmüş, bu
işlər nəticəsində kafedra sözün həqiqi mənasında Respublikada türk tarixinin tədqiqi və
tədrisinin mühüm mərkəzinə çevrilmişdir. Bunlardan əhəmiyyətinə görə xüsusi seçilən bir
neçəsini qeyd etməyi məqsədəuyğun hesab edirik.
Kafedranın professoru Əsməd Muxtarova 1999-cu ildə postsovet məkanda ilk olaraq
ümumiləşmiş “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyini hazırlayaraq nəşr
etdirmişdir (5). Sonrakı illərdə dərslik düzəliş, əlavə və dəyişikliklərlə təkrar nəşr edilmişdir.
Müəllif dərsliyin nəşrinə görə “Sara Xatun” mükafatına layiq görlmüşdür.
Tarix və onun problemləri, № 4 2014
2003-cü ildə kafedranın digər professoru Nisbət Mehdiyeva “Türk xalqlarının
tarixi.Yeni dövr (XIX – XX əsrin əvvəlləri)” dərsliyini hazırlayaraq nəşr etdirmişdir (6).
Professor N.Mehdiyevanın həmçinin Türkmənistan və Özbəkistanda türkmən, özbək,
rus və ingilis dillərində məqalələri nəşr olunmuşdur:
1.Достлук гатнашыклары. Совет эдебияты. Туркменистан Языжылар Союзынын
органы, 1988, №4, с.173-175 (türkmən dilində)
2.ХХ асрнинг 60-80-йилларида Озарбайджан-узбек маданий алокалари.
MOZİDAN SADO (Эхо истории). Daşkənd, 2010, №2-3, s.74-75 (özbək, rus, ingilis
Prof.N.Mehdiyeva 2011-ci ildə Bakıda “Türk dünyası: dünəni və bu günü”
mövzusunda keçirilən beynəlxalq konfransda “XIX əsrin birinci yarısında qazax xalqının
milli-azadlıq hərəkatı” adlı məruzə ilə iştirak edib:
XIX əsrin birinci yarısında qazax xalqının milli-azadlıq hərəkatı. “Türk dünyası:
dünəni və bu günü”. 23-24 may 2011-ci il. Beynəlxalq elmi konfransın materialları. I c. B.,
VİKTORİ, 2012, s.105-110.
Ümumilikdə, 1992-ci ildən bu günə qədər kafedra əməkdaşları tərəfindən türk xalqları
tarixinin müxtəlif istiqamətləri üzrə 13 proqram (7), 7 metodik vəsait (8), 3 dərs vəsaiti (9), 2
dərslik, 2 monoqrafiya (10) hazırlanaraq nəşr etdirilmişdir. (Diqqətə çatdıraq ki, qeyd
edilənlər kafedra əməkdaşlarının birbaşa türk xalqları tarixinə aid olan işləridir. Bunlardan
əlavə, kafedra əməkdaşları tərəfindən Azərbaycan tarixi ilə bağlı çoxsaylı məqalələr, dərslikvə
monoqrafiyalar hazırlanır – müəl. (11)).
Tədris, elmi-tədqiqat işləri ilə bərabər Türk xalqları tarixi kafedrasında gənc
mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görülür. Magistratura təhsil
pilləsində “Türk dünyası tarixi” və “Regionşünas: Türkiyəşünaslıq” istiqamətləri üzrə magistr
hazırlığı həyata keçirilir; fəlsəfə üzrə elmlər doktoru hazırlanması məqsədilə doktorantura və
dissertantura mərhələlərində iş davam etdirilir. Həmçinin tarix elmləri doktoru elmi dərəcəsi
almaq məqsədilə elmi tədqiqatlar davam etdirilir.
1992-ci ildən bu günə qədər kafedrada yerinə yetirilərək müdafiə edilmiş bir neçə
namizədlik və doktorluq dissertasiyalarının adlarını qeyd etmək istərdik:
1.“Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində Heydər
Əliyevin rolu” – İ.M.Hüseynova (2004, doktorluq dissertasiyası)
2.“XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı” –
Q.Ə.Əliyev (2003, doktorluq dissertasiyası)
3.“Orta Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələr
(XX əsrin 90-cı illəri)” – N.A.Məmmədli (2005, namizədlik dissertasiyası)
4.“Skif problemi rus və sovet tarixşünaslığında (tarixi-arxeoloji tədqiqat)” –
A.Q.Hüseynova (2005, namizədlik dissertasiyası)
5.“Azərbaycanın müstəqil türk dövlətləri ilə siyasi münasibətləri (XX əsrin 90-cı
illəri)” – S.F.Ruintən (2007, namizədlik dissertasiyası)
6.“XX əsrin sonu – XXI əsrin əvvəllərində Cənubi Qafqazda separatizm” –
R.Ş.Hüseynov (2009, namizədlik dissertasiyası)
7.“Türkiyə – ABŞ münasidətləri (1991-2007-ci illər)”- G.S.Əliyeva-Məmmədova
(2009, namizədlik dissertasiyası)
8.“Azərbaycan – Türkiyə idman-turizm əlaqələri (1991-2008-ci illər)” – E.C.İsmayılova
(2014, namizədlik dissertasiyası)
Tarix və onun problemləri, № 4 2014
Kafedra əməkdaşları tərəfindən həmçinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb
olunması istiqamətində mühüm işlər görülür. Tələbələr elmi-təqiqat işlərinə cəlb edilir,
məqalələr yazır, məruzələrlə Universitet, Respublika və beynəlxalq səviyyəli konfranslarda
çıxış edirlər. Kafedrada magistrantlarin açıq elmi seminarlari keçirilir. Eyni zamanda kafedra
əməkdaşlarının tələbələrlə birlikdə tarixi yerlərə ekskursiyaları təşkil olunur.
Kafedra əməkdaşları müxtəlif səviyyəli beynəlxalq konfrans, simpozium, seminar,
proqram və layihələrdə iştirak edirlər. Dosent A.R.Göyüşov müxtəlif proqram və layihələrdə
fəal iştirak edir: 2001-2004-cü illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən
həyata keçirilən «SSRİ və MDB-də İslam maarifçiliyi tarixi» adlı proqramın Azərbaycan üzrə
tədqiqat qrupunun rəhbəri, 2005-2007-ci illərdə Fransız Anadolu Araşdırmalar Mərkəzinin
Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və
Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi “Mərkəzi Avrasiya
Xrestomatiyası” adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya
Komitəsinin üzvüdür. Jurnalın baş redaktoru məşhur fransız alimi Stefan Dudoignondur.
2008-2011-ci illərdə Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-
a ezam olunmuşdur və burada “Qonaq Professor” vəzifəsində çalışaraq “Azərbaycan dili,
ədəbiyyatı, tarixi” və həmçinin “Türk xalqlarının müasir dövr tarixi” fənlərindən mühazirələr
Kafedranın digər dosenti S.Ruintən 2012/2013-cü tədris ilində Türkiyənin Uludağ
Universitetində (Bursa) stajkeçmədə olub. Həmin vaxt ərzində Uludağ Universitetinin İqtisadi
və İdari Bilimlər Fakültəsi Beynəlxalq münasibətlər bölümünun “Siyasi tarix” kafedrası ilə
Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası arasında əməkdaşlığa başlanmışdır.
Uludağ Universitetinin “Siyasi tarix” kafedrasının müdiri dosent Barış Özdal2013/2014-cü
tədris ilində Türk xalqları tarixi kafedrasının dəvəti ilə Bakı Dövlət Universitetində olmuş,
Tarix fakültəsinin bakalavr və magistratura təhsil pilləsinin tələbələri üçün mühazirələr
oxumuşdur. Hazırda kafedralar arasında əməkdaşlıq davam etdirilir.
Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda
LƏMAN ƏSƏDZADƏ
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, I kurs tələbəsi
E-mail: lamanasadzadeh@mail.ru
TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR ƏSMƏD
MUXTAROVA VƏ ONUN TÜRK XALQLARININ
TARİXİNƏ DAİR ARAŞDIRMALARI
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Xatirə AĞAYEVA
Bakı Dövlət Universiteti
Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi kafedrası,
Əsməd Muxtarova, türk xalqlarının dövlətçilik tarixi, Tarix və onun
problemləri jurnalı
Qədim türklərin (hunlar, uyğurlar, karluklar, avarlar, bulqar-
lar, xəzərlər, balkarlar, səlcuqlar, qıpçaqlar, xakaslar və b.) tarixi
qeyri-adi zənginliyə malikdir. Bu səbəbdən türklərin tarixinin də-
rindən tədqiqi həllini tapmayan vacib məsələlərdən biridir. Azər-
baycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bir sıra ali
məktəblərdə “Türk xalqlarının tarixi” adlı yeni kurs tədris olunma-
ğa başladı. “Türk xalqlarının tarixi” kursunun başlıca vəzifəsi dün-
yanın bir çox ölkələrində əsrlər boyu yaşayıb-yaradan, dünyaya elm
və mədəniyyət xəzinəsini zənginləşdirən bu xalqin tarixini sistemli
şəkildə ümumiləşdirmək və şərh etməkdən ibarətdir.
Türk xalqları tarixinin öyrənilməsində və tədris olunmasında
məqsəd tələbələrə bu qədim xalqın tarixinə aid məlumat verməkdən
ibarətdir. Bu xalqın tarixinin öyrənilməsinin bir sıra səbəbləri də
vardır. Türkləri bir-birindən təcrid etmək, onların qədim dövlətə
mədəniyyətə malik olduğunu göstərməmək, yeni nəslin dünyagörü-
şündə bu xalqın qədimliyinin formalaşmasına yol verməmək sovet
milli siyasətinin başlıca məqsədi idi. Vaxtilə çox böyük ərazidə ya-
şayan və əsrlər boyu bu ərazilərdə türk mədəniyyəti və tarixinin qa-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
173
lıqlarını sübüt edən xalqın böyüklüyünü mənəvi zənginliyini qəbul
etmək Sovet milli siyasətinə qətiyyən uyğun gəlmirdi.
Başqa xalqların tarixi yaxşı tədqiq olunduğu və dünyaya qə-
dim bir xalq kimi tanıdıldığı halda türk xalqlarını öz kökündən
uzaqlaşdırmaq üçün onların ümumi tarixi arasında qəsdən uçurum-
lar yaradılır, bir-birindən təcrid edilmiş halda tədqiqata cəlb edilir-
di. Türk xalqları tarixinin öyrənilməsi bir sıra çətinliklərlə bağlıdır.
Qədim və erkən orta əsrlər dövründə türk xalqlarının tarixinin daha
dərindən öyrənilməsi üçün kifayət qədər mənbə yoxdur. Mövcud
olan tarixi faktların müxtəlif dillərdə olması, mənbələrin pərakən-
dəliyi çətinliklər yaradıb.
Buna baxmayaraq, türk xalqları tarixini araşdıran professorlar
olmuşdur. Bunlardan biri Əsməd xanım Muxtarovadır. Əsməd
İmamməmməd qızı Muxtarova Bakı şəhərinin Buzovna qəsəbəsin-
də anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti-
nin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1967-1970-ci illərdə tarix fakültəsinin əyani as-
pirantı olub. 1971-ci ildən həmin fakültədə işləyir. 1974-cü ildə na-
mizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
1993-cü ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin pro-
fessorudur türk xalqlarının qədim dövr və orta əsrlər tarixi tədris
edir. 1999-cu ildən “Türk xalqları tarixi” kafedrasının (2004-cü ilə
qədər “Türk və Qafqaz xalqları tarixi” kafedrası) müdiri vəzifəsin-
də çalışır.
Əsməd xanım 1997-ci ildən nəşrinə başlanmış və artıq 80 sa-
yı nəşr olunmuş “Tarix və onun problemləri” elmi, nəzəri, metodik
jurnalın təsisçisi və baş redaktorudur. Jurnalda bir çox professorla-
rımızın, eləcə də Əsməd xanımın elmi məqalələri dərc olunmuşdur.
Təkcə yerli alim və professorlarımızla yanaşı xarici ölkələrdə də bu
jurnala isti münasibət vardır. Jurnal vasitəsilə bir çox xarici ölkələr-
lə əlaqə yaradılmışdır. 45-dən çox elmi məqalənin, proqram, dərslik
və dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi bir çox nəşrlərin elmi
redaktorudur. “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)”
dərsliyinə görə “Sara xatun” diplomuna layiq görülmüşdür. 2002-ci
ildə nəşr olunmuş “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
174
və orta əsrlər)” adlı dərs vəsaitinin müəllifidir. Azərbaycan Respub-
likası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Bakı
Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvüdür (1, səh.446).
Yuxarıda qeyd edildiyi kimi Əsməd Muxtarova dərslik və
dərs vəsaitinin müəllifidir. “Türk xalqlarının tarixi” dərsliyi Ali
məktəblərdə Türk xalqları tarixi fənninin tədrisi üçün qiymətli və-
saitdir. Dərs vəsaitində Əsməd xanım türk xalqlarının tarixinə dair
mübahisəli məsələlərə konkret olaraq bir aydınlıq gətirmiş və türk-
lərin qədim dövrdən bəri qaranlıq qalan tarixi işıqlanmışdır. Bizə
məlumdur ki, qədim türklərin soykökü məsələsi tarixçilər tərəfin-
dən birmənalı qarşılanmamışdır. Türklərin soykökü ilə bağlı əsassız
konsepsiyalar mövcud idi. Bəzi rus və Avropa tarixçiləri skif, sak,
kimmer tayfalarının iran mənşəli olması ilə bağlı fikirlər irəli sürə-
rək türkləri soykökündən uzaqlaşdırmağa çalışırdı. Lakin Əsməd
xanım tutarlı dəlillər və faktlarla bu tayfaların türk tayfaları olma-
sını təsdiqləyir. Dərslikdə maraq doğuran hissədən biri də eradan
əvvəl Mərkəzi Asiyadakı etnosiyasi durumdur. Dərsliyin bu hissə-
sində Əsməd xanım türklərin soykökü və mənşəyi məsələsinə to-
xunmuş, tutarlı dəlillər və faktlarla eradan əvvəl Mərkəzi Asiyada
türklərin yaşadığını və təqdirə layiq bir mədəniyyət yaratdıqlarını
sübut etmişdir. Bu faktlar və dəlillər türklərin hələ qədim dövrlər-
dən bəri dövlətçilik ənənələrinə malik və erkən sivlizasiyanın yara-
dıcıları olduqlarını təsdiqləyir. Əsməd xanım dərsliyə ilk dəfə ola-
raq Şimali Qafqazın türk xalqları olan kumıklar, noqaylar, qara-
çaylar, balkarlar haqqında elmi araşdırmalarını əlavə etmişdir.
Əsməd Muxtarova “Türk xalqlarının dövlətçilik tarixi (qədim
dövr və orta əsrlər)” adlı dərs vəsaitində türk xalqlarının tarixinə
dair gizli qalan tarixi həqiqətləri danilmaz bir fakt kimi aydınlaşdır-
mışdır. Professor dərslikdə e.ə.I minilliyin əvvəllərindən etibarən
kimmerlərin, skiflərin, sarmatların Cənub-Şərqi Avropaya gəlmələ-
rini və bu dövrdə onların dövlətçilik tarixini tədqiq edib. Əsməd xa-
nım qədim dövrdə türk xalqlarının dövlət qurumlarını iki yerə ayı-
rıb. 1.Sırf köçəri maldar ellərin (kimmerlər skiflər saklar masaqetlər
sarmatlar şərqi hunlar) hərbi demokratiyaya əsaslanan qurumları;
Comments are closed, but trackbacks and pingbacks are open.