Press "Enter" to skip to content

Cəfər cəfərov nitq hissələrində keçid prosesləri yüklə

Maşın sürətlə gedir. Biz sabah kəndə getməliyik. Təyyarə yuxarı qalxdı.

Zərf (nitq hissəsi)

Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s. suallarından birinə cavab olurlar.

Zərf sintaktik baxımdan müstəqil və pronominal olurlar. İşlənməsi baxımdan zərflər adverbial və predikativ olurlar . Bəzən də təyin kimi çıxış edirlər.

Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur. Məsələn:

Maşın sürətlə gedir. Biz sabah kəndə getməliyik. Təyyarə yuxarı qalxdı.

Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn:

Mən sakit danışmağı xoşlayıram. Kişi təəccüblə mənə baxaraq dedi. Ucadan danışan oğlan Turaldır.

Bu cümlələrdəki, sakit, təəccüblə və ucadan zərfləri felin təsriflənməyən formalarına – məsdər, feli bağlama və feli sifətə aiddir.

Zərfin quruluşca növləri

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə zərflər bir kökdən ibarət olur: tez, gec, axşam, yuxarı, aşağı və s.

Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:

  • ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca və s.
  • casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə və s.
  • yana², -anə: dostyana, dahiyanə, şairanə və s.
  • dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s.
  • la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s.
  • akı²: yanakı, çəpəki və s.
  • ən: daxilən, qəsdən, ruhən, qəlbən və s.
  • da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə və s.

Zərf düzəldən şəkilçilərdən -casına², -la², -ən vurğu qəbul etmir (vurğu altına düşmür). Məsələn: dostcasına, vüqarla, qəlbən və s.

-la² şəkilçisi -nan² şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – [ehtiyatnan], təəccüblə – [tə:ccübnən] və s.

Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir:

  1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, ağır-ağır, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s.
  2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s.
  3. Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, üst-üstə, birdən-birə, gündən-günə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s.
  4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s.
  5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. (Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir).
  6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s.
  7. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s.

Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.

Zərfin mənaca növləri

Zərfin mənaca dörd növü vardır:

  1. Tərzi-hərəkət zərfi
  2. Zaman zərfi
  3. Yer zərfi
  4. Kəmiyyət zərfi

Tərzi-hərəkət zərfi

Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.bezi zerfler isimin adliq halindan basqa yiyelik,yonluk,yerlik ve cixisliq kimi adlarla islene bilir buna gorede terzi-hereket zerfi hereketin icra terzini bildirir ve nece?.ne cur? sulallarindan birine cavab verir meselen:yaxsi oxumaq pis olmaq ve s. bezen terzi-hereket zerfi

Yer zərfi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

Miqdar zərfi

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur

Yer zərfliyi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Cəfər cəfərov nitq hissələrində keçid prosesləri yüklə

CƏFƏR CƏFƏROV Toggle navigation

Mənim Haqqımda

(filologiya elmləri doktoru, professor )

CƏFƏR CƏFƏROV

Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur. C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktə­bini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respubli­kasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar. C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dil­çi­liyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifə­lərində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında do­sent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafed­rasında professor vəzifəsində çalışır. C.Cəfərov 1965-ci ildə “Azərbaycan dilində inkarlığın ifadə vasitələri” mövzusunda namizədlik, 1992-ci ildə “Müasir Azərbaycan dilində keçid prosesləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, yüzdən artıq elmi məqalənin, “Nitq hissələrində keçid prosesləri” (1983), “Müasir Azərbaycan dilində inkarlığın ifadə vasi­tələri” (2000) adlı monoq­rafiyaların, “Müasir Azərbaycan dilinin mor­fologiyası” (N.Abdullayevlə birlikdə, 2004) dərsliyinin, “Linqvistik təh­lil nümunələri” (N.Abdullayevlə birlikdə, 2004) dərs vəsaitinin müəllifidir. C.Cəfərov dilçilik üzrə təşkil olunmuş müxtəlif konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı məruzələrlə çıxış etmişdir. Onun müəllim və dilçi kadrlarının yetişdirilmə­sində əməyini xüsusi qeyd etmək olar. C.Cəfərov BDU-nun nəzdində filologiya və jurnalistika elmləri doktoru və namizədlik alimlik dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

“Alim ömrü” kitabı çapdan çıxıb

Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Cəfər Cəfərovun həyat yolu və zəngin elmi yaradıcılığından bəhs edən “Alim ömrü” kitabı “Elm və təhsil” nəşriyyatının mətbəəsində çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, görkəmli alimin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, cəmiyyətdə qazandığı nüfuzundan da bəhs edən bu dəyərli və sanballı kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur. Nəşrin tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, məsləhətçiləri isə professorlar Mahirə Hüseynova və Məhərrəm Hüseynovdur.

Kitabda respublikamızın görkəmli ziyalıları və elm xadimlərinin Cəfər Cəfərov haqqında ürək sözləri toplanıb. Bundan başqa, alimin görkəmli şəxsiyyətlər haqqında fikirləri, elmi əsərlərə yazdığı resenziya və rəylər, eləcə də elmi əsərlərinin siyahısı, təltifləri verilib. Ailə fotolarında isə alimin ömrünün ən yaddaqalan məqamları əks olunub.

Professor Buludxan Xəlilov nəşrə yazdığı “Ön söz”də Cəfər Cəfərovu belə qiymətləndirir: “Alim ömrü” kitabında professor Cəfər Cəfərovun bir alim kimi xidmətlərini görməmək mümkün deyildir. Onun “Nitq hissələrində keçid prosesləri və konversiya” əsəri nəinki Azərbaycan dilçiliyində, həm də türkologiyada bir hadisədir. Bu mövzu leksikologiya, morfologiya və sintaksisin kəsişdiyi bir sahədir. Belə bir mövzunu tədqiq etmək üçün qeyd olunan sahələri dərindən bilmək lazımdır. Məhz professor Cəfər Cəfərov bu sahələri bütün incəliklərinə qədər bilən, məntiqi və fəlsəfi təfəkkürü olan, dilçilik sahəsində böyük təcrübəyə malik ustaddır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Comments are closed, but trackbacks and pingbacks are open.