Press "Enter" to skip to content

Reallığı yazan sənətkar

Qriqori isə zərgərliyə doğma olan stomatologiya sənətində böyük nailiyyətlər əldə edib və qardaşına çox kömək etmişdir “ABAD” layihəsi Sofya’da “Azamet Örnekleri – Azerbaycan Halk Sanatı” sergisi açılacak ABAD – Eduard Şamaryayev Region Tv də sənətkar haqqında sujet Sənətkarın Bakı İdarəetmə və Texnologiya Kollecində sərgisi

sənətkar в словаре азербайджанский

Примеры предложений с ” sənətkar

Adının mənasına uyğun olaraq, Yehova Nuhun gəmi düzəldən, Bəsalilin sənətkar, Cədunun igid döyüşçü, Bulusun digər xalqlara göndərilmiş həvari olmasına səbəb oldu.

Ola bilsin, onun şah əsərlərindən heç birinin əslini görməmisiniz, ancaq bu italyan dahisini «böyük və əvəzolunmaz sənətkar» adlandıran incəsənət mütəxəssisi ilə, çox güman ki, razılaşacaqsınız.

Ona görə də mərhum sənətkar həmişə tələbələrinə deyirmiş ki, “Vaqif” tamaşasına Bakıda yox, gedin Göyçayda baxın.

WikiMatrix

Onun hazırlanması zamanı sənətkar papaların daşınması zamanı istifadə edilmiş baldaxin və ya kanapenin dizaynından ilhamlanmışdır.

WikiMatrix
16 Sənətkar işə başlamazdan əvvəl, lazım olacaq alətləri yanına qoyur.

Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əminin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var.

WikiMatrix
Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü.
WikiMatrix

Sərəyahın Yuab adında oğlu oldu. Yuab Cəhərşimin* atası idi. Onlar sənətkar olduqlarından şəhər belə adlanırdı.

Səməndər millətini, xalqını sevən sənətkar idi.
WikiMatrix

7 Mənə qızıl, gümüş, mis,+ dəmir, bənövşəyi yun, tünd-qırmızı, göy ipliklə işləməyi bacaran, həkkaklıq sənətindən başı çıxan sənətkar göndər.

Çünki Məşədi Zeynal həm yaxşı sənətkar, həm də yaxşı insan idi.
WikiMatrix
Aşığın sənətkar kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol oynamışdır.
WikiMatrix
Realist və humanist sənətkar.
WikiMatrix
Sənətkar” jurnalı.
WikiMatrix

Qriqori isə zərgərliyə doğma olan stomatologiya sənətində böyük nailiyyətlər əldə edib və qardaşına çox kömək etmişdir “ABAD” layihəsi Sofya’da “Azamet Örnekleri – Azerbaycan Halk Sanatı” sergisi açılacak ABAD – Eduard Şamaryayev Region Tv də sənətkar haqqında sujet Sənətkarın Bakı İdarəetmə və Texnologiya Kollecində sərgisi

Reallığı yazan sənətkar

Mən İsi Məlikzadəni həyatda görməmişəm. Amma mənə elə gəlir ki, onu heç də pis tanımıram. Ən azından “pinəçi Dadaşov” yazıçını təkcə mənə deyil, hamıya tanımaqda kömək edib. Yəqin ki, “Qatarda” adlı hekayəsi əsasında çəkilmiş televiziya tamaşasında mərhum Yaşar Nurinin oynadığı Dadaşov obrazını siz də xatırladınız. Və yaxud digər əsərləri: “Kişi sözü”ndəki Qasımı, “Küçələrə su səpmişəm”dəki Xəlili, “Gümüşgöl əfsanəsi”ndəki gənc sənətşünas Fəridi xatırladıdca İsi Məlikzadənin həssas qəlbə malik, xüsusi istedadla cəmiyyətimizdəki yaşantılarımızın gerçəklərini yazan böyük yazıçı olmasını bir daha dərk edirsən.

İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Bəzi nasir həmkarlarından fərqli olaraq ədəbiyyata azacıq gec, otuz yaşından sonra gəlmişdi. O vaxtadək Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyasının) məzunu olduğundan “Əzizbəyovneft” mədənlər idarəsində operator, Azərbaycan Kommunal Təsərrüfat Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini işlərində çalışmışdı. 1966-cı ildən 1973-cü ilədək “Ulduz” jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib vəzifələrində işləməsi onun ədəbi fəaliyyətində ən uzunmüddətli iş dövrü olmuşdur. O, bundan sonrakı işlədiyi vəzifələrin hərəsində bir-neçə il olmaqla tez-tez iş yerini dəyişmişdir: Azərbaycan Dövlət Nəşriyyatı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azərbaycan” jurnalı, ikinci dəfə “Ulduz” jurnalı, ikinci dəfə “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Akademik Dram Teatrı, nəhayət sonuncu iş yeri – ikinci dəfə “Azərbaycan” jurnalı…

Maraqlıdır, görəsən İsi Məlikzadəni iş yerlərini bu qədər dəyişməyə, işlədiyi kollektivlərə təkrar qayıdışlara nə vadar etmişdi? Niyə o, özünə axtardığı mənəvi rahatlığı heç yerdə tapa bilməmişdi? Onu sağlığında tanıyanlar yazıçının səmimi, mərd, tövəzökar, yaxşı insan olmasını dönə-dönə qeyd edirlər. Bəlkə onun istedadına olan qısqanclıqdandır ki, bir vəzifədə çox qərar tutmasına imkan verməyiblər? Ehtimalımın nə dərəcədə doğru olub olmamasını bilmirəm, ancaq vəfatından iyirmi ilə yaxın keçməsinə baxmayaraq öz ədəbi nəsli – altımışıncılar tərəfindən yazıçının yaradıcılığına qarşı göstərilən soyuqluq, yadlıq bu gün də davam etdirilir. Bu mənada gənc yazarlardan birinin İsi Məlikzadə haqqında yazdığı bir fikrə mən də şərikəm: “…heyf ki, övladlarından səlahiyyət sahibi olanı olmadı. Olsaydı vaxtlı-vaxtında xatırlanıb onun da kitabları nəşr olunardı…”

İsi Məlikzadə haqqında hələ sağlığında xalq şairi Bəxtiyar Vahabzadə belə demişdi: “Dünyada elə nəcib və təvazökar adamlar var ki, özünü gözə dürtmədən, haraysız-həşirsiz, səssiz – küysüz, başını aşağı dikib boynuna düşən vəzifəni namusla yerinə yetirir. Öz böyük əməllərinə görə heç kəsdən heç nə ummur. Tanıdığım və böyük hörmət bəslədiyim İsi Məlikzadə məhz bu cür alicənab qələm sahibidir”.

Qələm dostu, yazıçı Əlibala Hacızadə onun qəfil ölümündən sarsılarkən yazmışdı: “Gözlərimin qabağında müqəddəs ədəbiyyat aləminə gülə – gülə gələn, onun çətin, əzablı, ancaq şərəfli yollarından mətanətlə keçən, mehriban insan, ailəcanlı, mərd, şən, elədiklərindən qürrələnməyən bir dostum idi İsi Məlikzadə“…

Yazıçı əsərlərində ətrafımızdakı insanların mənəvi dünyasını, əxlaq və yaşayış tərzini necə varsa, eləcə də əks etdirmişdir. Yaratdığı qəhrəmanlar arasında sınsa da əyilməyən, insanlığını, mənəviyyatını saxlayanlar da var, başqalarının haqqını yeyib, vicdanı ağrımadan yaşayanlar da, cəmiyyətin eybəcərliyindən bezib təngə gələnlər də!

İsi Məlikzadə elə də çox yazmayıb: bir roman, onbeş povest, qırxdan çox hekayə, yeddi pyes… Lakin olduqca keyfiyyətli yazıb. Təəssüf ki, hekayələrinin, pyeslərinin bir çoxu bu günədək çap olunmayıb. Sağlığında iki kitabı Moskvada, on kitabı Bakıda nəşr edilib. Onun “Kövrək qanadlar”(bu kitabı on yaşımda məktəb kitabxanasından alıb oxumuşam), “Yaşıl gecə”, “Dədə palıd” adlı kitabları oxucular tərəfindən ən çox sevilənləridir. Əsərləri onbirdən artıq xarici dillərə tərcümə olunub. İyirmi yeddi bədii və sənədli televiziya filmlərinin çəkilişində redaktor və ya ssenarist kimi zəhməti var. Qaçaq Nəbi haqqındakı “Qanlı zəmi” filmində isə tacir rolunda çəkilib.

Yazdıqlarının maraqlı, aktual olması səbəbindəndir ki, vəfatından sonra da əsərləri əsasında bir-neçə bədii televiziya filmləri çəkilmişdir. Onlardan “Küçələrə su səpmişəm” və “Güllələnmə təxirə salınır” adlı filmlər daha çox uğur qazananlarıdır.

XX əsr Azərbaycan nəsrində realizmin ən parlaq sənətkarlarından olan İsi Məlikzadə sağlığında qiymət verilməyən, altmış bir illik ömrünündə heç bir mükafat (ən kiçik komsomol mükafatı da olsa), fəxri adlar almayan yazıçılarımızdandır.

Şübhəsiz, zaman keçdikcə haqq yerini tutacaq, onun ədəbi irsi layiqli dəyərini qazanacaqdır. Nə qədər ki, reallığı sevən, həyat həqiqətlərini bu ruhda əks etdirən əsərləri oxumaq istəyən insanlar var – İsi Məlikzadə özünəməxsus səmimiyyətlə dolu yaradıcılığı ilə daim diqqətdə qalacaq, hörmətlə anılacaqdır…

Comments are closed, but trackbacks and pingbacks are open.