Sığorta faliyyti haqqında qanun
“Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.
Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u
Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı,
sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan
fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin
müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan
təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı
risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə
müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər
sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək
üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan
sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən
olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin
tərəfi olan yerli hüquqi şəxs;
sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta
etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;
sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri
faydalanan şəxs – icbari sığorta qanunvericiliyinə və ya sığorta
müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;
təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası
olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya
təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri
təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf;
təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri
təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən)
sığortaçı və ya təkrarsığortaçı;
sığorta nəzarəti orqanı – sığorta sektorunda dövlət tənzimləməsi və
nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi
müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən
zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş
verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi
rtlərinin təsbit edildiyi razılaşma;
sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını
təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən
sığorta qaydaları – sığorta qanunvericiliyinə uyğun olaraq,
sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü
tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada
hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;
sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd
olmayan hər hansı əmlak mənafeyi;
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi
müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə
tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının
öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə
olunan son həddi;
qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə
vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul
sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak
mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya
zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması
ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə
sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə
ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində
baş verən hadisə və ya yaranan hal;
sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta
olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və
sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış
təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq
müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir;
sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə,
həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə
xsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən
sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi;
rikli sığorta – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta
risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi
barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi
və iqtisadi münasibətlər mexanizmi;
Sığorta faliyyti haqqında qanun
Prezident İlham Əliyev sığorta fəaliyyəti haqqında qunana dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, dəyəşikliklər qanunun 119-cu maddəsinə – Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyinə aiddir.
Qanunun 119.1.4-1-ci maddəyə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri və “kreditorların” sözündən sonra “bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş” sözləri əlavə edilsin.
Dəyişiklikdən sonra həmin maddə belədir:
119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir:
119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri.
Qanunun 119.3-cü maddəsində isə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri əlavə edilsin
Eləcə də, aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.
Dəyişiklikdən sonra həmin maddə belədir:
119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.
Comments are closed, but trackbacks and pingbacks are open.