Press "Enter" to skip to content

Sosial sahelerin iqtisadiyyati və idare edilməsi

Stalin (Çuqaşvili) İosif Vissarionoviç (1879-1953), Bolşeviklər partiyasının və Sovet dövlətinin siyasi xadimi. Qori ruhani məktəbini bitirib (1894). Tiflis pravoslav seminariyasına daxil olmuşdu. 1898-ci ildən ömrünü çarizmə qarşı mübarizəyə həsr etmişdi. 1902-1913-cü illərdə 7 dəfə həbs olunmuş, 6 dəfə sürgün edilmiş, 5 dəfə sürgündən qaçmışdı. Oktyabr çevrilişinin hazırlanmasında iştirak etmişdir. 1917-ci il oktyabrın 25-də təşkil olunmuş Sovet hökumətinin tərkibində Milli işlər üzrə komissarı, 1922-ci ildən 1953-cü ilə kimi bolşeviklər partiyası MK-nin baş katibi olmuşdur. Rusiyada totalitar sovet cəmiyyətinin təşəkkülündə aparıcı rol oynamış, onun avtoritar başçısı olmuşdur. 1953-cü ildə vəfat etmişdir.

Sosial sahelerin iqtisadiyyati və idare edilməsi

Bazar münasibətlərinə keçidin müvəffəqiyyətli, ardicil və kompleks şəkildə həyata keçirilməsi, bu gün sosial mədəni sahələrin fəaliyyətindəçox mühüm vəzifələr müəyyənləşdirir.

Sosial mədəni sahələr � xalq təsərrüfatının əsas sahələrindən biri olmaqla, insan həyatinin maddi və mənəvi şəraitinin yaxşilaşdırılmasına yönəldilmişdir.Odur ki, onun formalşması bir tərəfdən əhalinin yerləşdirilməsi prosesi ilə əlaqədar olmaqla, həm də onların həyat səviyyəsinidaha da (mənzil şəraiti, tibb xidməti, təhsil, mədəniyyət, incəsənət, ticarət və s.) yaxşlaşdırılmasına geniş imkanlar yaradır.

Onu da qeyd edək ki, Azrbaycan iqtisadiyyatının bu gün bazar iqtisadiyyatına kesməsi ilə əlaqədar qiymətlərin liberallaşdırılması, dövlət büdcəsinin ləng artması, sosial mədəni sahələrdə çox ciddi problemlər yaradır.

Bununla əlaqədar sosial yönümlü bazar iqtisadiyyatına keçidlə bağlı, sosial mədəni sahələrin iqtisadiyyatı nəzəri və praktiki əhəmiyyət kəsb edir. Burada əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ümumilikdə sosial müdafiəsi,insan hüquqlarının təmin edilməsi, ölkədə milli varlığın qorunması və s. kimi mühüm problemlər, tələblər dərindən öyrənilməlidir.

Sosial mədəni sahələrin idarə olunma mexanizminin makro və mikro səviyyələrdə öyrənilməsi, sosial bölmənin maliyyələşdirilməsi və idarə edilməsində, eləcə də dövlət və qeyri � dövlət bölmələrinin qarşılıqlı fəaliyyətinin optiallaşdırılmasını tələb edir.

Sosial � mədəni sahələr öz mahiyyəti etibarı ilə sosial tələbatı ödəmək üçün fəaliyyət göstərən sahələdir. Sosial mədəni sahələrin məqsədi və vəzifəsi xidmət tələbatını ödəmək və onu təşkil etməkdən ibarətdir. Hər bir xidmət sahəsinin özünəməxsus obyektiv məqsədi, resursu, bütövlükdə mövcud imkanları mövcuddur. Bu imkanların səfərbər olunub istifadə olunması idarəetmənin əsas vəzifəsidir. Beləliklə, idarəetmənin məqsədi mövcud imkanlar daxilində maksimum səmərəli (effektli) fəaliyyət formasını təşkil etmək deməkdir. Idarəetmə prosesində olaraq hər bir sosial sahənin özünəməxsus məqsədi mövcuddur. Məsələn: mədəni xidmət sahələrindən, məişət obyektlərindən, kommunal sahələrindən, səhiyyə, təhsil, mədəniyyət və digərlərinin hər birinin konkret resursları daxilində məqsədi formalaşır. Bu məqsədə nail olmaq yolları axtarılır və bu yolların ən yaxşı variantı idarəetmənin optimal təşkilini müəyyən edir. Idarəetmənin məqsədinə uyğun olaraq idarəetmə obyektinin təşkilatı qurul uşu formalaşır. Məsələn; hər bir sahənin daxili strukturu ayrı-ayrı alt sistemlər, ayrı-ayrı resurslar, bu resurslardan istifadə mexanizmləri, bütövlükdə vahid idarəetmə strukturunu meydana gətirir. Onu da deyək ki, Azərbaycan iqtisadiyyatının makro iqtisadi- sosial vəzifələri bu gün hər bir sosial obyektin idarə olunmasınin yeni prinsiplərini müəyyənləşdirir. Idarəetmədə, az məsrəflərlə minimum vaxt ərzində məqsədə nail olmaq yolları arasdırılır. Idarəedilən sahələr və idarəetmə funksiyaları ahəngdaşlıq təşkil etməlidirlər.. Idarəetmə iqtisadi ədəbiyyatda və təcrübədə forma və məzmunca təsnifatlaşdırılır. Məsələn: idarəetmənin obyektləri funksional təyinatına görə təsnifatlaşdırılır. Ayrı-ayrı sahələr üzrə idarəetmənin təşkili, ərazilər üzrə idarəetmə və hər hansı konkret əşya, əmtəə və xidmətə görə idarəetmə sistemləri yaradılır. Ola bilsin ki, bunların hər birində konkret meyar göstəricilər sistemi mövcuddur. Lakin onların ümumi bir cəhəti həmin obyektlərə yanaşma prinsiplərindədir.Sosial mədəni sahə nin təşkili prinsipləri aşağdakılardır.

1.Məqsədyönlü strukturların təşkili prinsipi, Yəni idarəetmə funksiyası və vəzifəsi, onun əsas təşkilati quruluşu. Bu məqsədin ətrafında formalaşır. Hər bir obyektin ali fəaliyyət məqsədi formalaşdırılır. Bu məqsəd iqtisadi və sosial effekt baxımından qiymətləndirilir. Bütün mümkün variantlardan ən effektlisi tapılır.

2. Idareətmə prosesi effektli təşkil olunmalıdır. Həm iqtisadi cəhətdən, həm də sosial effekt baxımından. Iqtisadi cəhətdən daha ucuz strukturaya malik olunmalıdır, sosial cəhətdən isə daha dolğun, daha geniş tələbata, ehtiyyatlara uyğun olmalıdır. Buna görə də hər bir idarəetmə layihəsi tərtib olunarkən onun xərcləri smetası ilə idarəetmə nəticəsində alınan iqtisadi effekt müqayisə olunur, qiymətləndirilir. 3.Idarəetmə prosesində sosial sahələrin ərazi və sahə prinsipləri uyğunlaşdırılmalıdır. Yeni hər bir təşkil olunan idarəetmə obyekt həm ərazinin mənafeyini qorumalıdır, həm də sahənin inkişafına uyğun olmalıdır.

4.Idarəetmə müxtəlif variantlarda olmalıdır. Hər bir məqsəd variant eyni məqsədə nail olmağın müxtəlif resursların istifadəsi nəticəsində alınan effektin səmərəliliyini üstünülüklə qiymətləndirilir. Variant səmərəli olduqda son nəticə kimi qəbul olunub, real praktikada istifadə olunur. Müxtəlif variantların ən yaxşısı optimal variant hesab olunur. Optimal variant idarəetmə qərarlarının formalaşmasına deyilir. O iqtisadi cəhətdən daha səmərəlidir. Texniki, psixoloji forma və digər parametrlərinə görə başqa variantlarda müqayisədə sərfəlidir və sosial tələbat sisteminə uyğundur. Optimal idarəetmə prinsipləri kimi, həyatda bütün resurslar məhduddur. Onlardan səmərli istifadə etmək yollarının tamamlanması, əsaslandırılması həmişə tədqiqat obyektidir.

Ona görə də əsaslandırılan məqsədə nail olmaq üçün bu resurslardan istifadənin ən səmərəli yolu tapılır. Məs: bütün resursların tərkibində neçə faiz canlı əmək, cansız əmək, yeni texnologiya, yeni keyfiyyətli son məhsul və digər tərkib elementlər tapılır. Beləliklə, üstünlüklə qiymətləndirilir. Variant səmərəli olduqda son nəticə kimi qəbul olunub real praktikada istifadə olunur. Müxtəlif variantların ən yaxşısı optimal variant hesab olunur. Optimal variant idarəetmə qərarlarının formalaşmasına deyilir. O iqtisadi cəhətdən daha səmərəlidir. Texniki, psixoloji forma və digər parametrlərinə görə başqa variantlarla müqayisədə sərfəlidir və sosial tələbat sistmeminə uyğundur. Optimal idarəetmə prinsipləri optimallıq meyarı və resursları çərçivəsində axtarılır. Bildiyimiz kimi, həyatda bütün resurslar məhduddur. Onlardan səmərəli istifadə etmək yollarının tapılması, əsaslandırılması həmişə tədqiqat obyektidir. Ona görə də əsaslandırılan məqsədə nail olmaq üçün bu resursl ardan istifadənin ən səmərəli yolu tapılır. Məs: bütün resursların tərkibində neçə faiz canlı əmək, cansız əmək, yeni texnologiya, yeni keyfiyyətli son məhsul və digər tərkib elementlər tapılır. Beləliklə, optimallıq bütün mümkün halların idarəetmə obyektində qoyulan kriteriya baxımından uyğunluğu, əlverişliliyi deməkdir.

5. Idarəetmədə tarixilik və varislik prinsipləri gözlənilməlidir. Yeni hər bir sosial obyekt uzun tarixi bir prosesdən müəyyən formalaşma meyllərinə malikdir. Bu meylləri davam etdirmək, saxlamaq və aktiv olaraq dəyişdirmək ehtiyatla həll olunmalıdır. Hər iki halda idarəetmə meyarlarına uyğun olaraq götür � qoy etmək lazımdır. Buna görə də uzun müddət formalaşmış təcrübəni inqilabi yolla yox, təkamül nəticəsində inkişaf etdirmək lazımdır. Formalaşmış iqtisadi sistem, tələbat sistemini, ənənə, milli xüsusiyyətləri, demoqrafik inkişafı nəzərə alaraq idarəetmə strukturları formalaşdırılır. Idarəetmədə varislik hər bir sonrakı qərar qəbulunda əldə olunan keçmiş nəticələri nəzərə almaqla reallaşdırılır. Idarəetmənin inkişafı dinamikası onun strukturu təkmilləşdirmə obyektidir.

Həm vasitələr, həm də obyektlər müəyyən dövr ərzində kəmiyyət və keyfiyyət etibarı ilə dəyişilir. Ona görə də idarəetmə perspektiv istiqamətlər deməkdir. Forma etibarı ilə idarəetmə funksional xətti və qarışıq idarəetmə sistemləri formalaşır. Belə ki, hər bir konkret sahərin funksional təyinatına görə idarəetmə məsələri qoyulur, inkişaf etdirilir, dəyişdirilir və s. Səhiyyənin funksiyası olan tələbatı ödərək və kommunal xidməti təşkil etməkdir. Idarətmə obyekti məhsullar üzrə və texnologiya üzrə formalaşir, bu zaman eyni cins məhsulların istehsalının və xidmətin ixtisaslaşdırılması, kombinələşdirilməsi və təsərrüfat əlaqələri idarə olunur. Eyni texnologiyaya əsaslandırılan idarəetmədə isə oxşar texnologiya meydana çıxır.

Sosial mədəni sahələrin təşkili elmi məqsədyönlü fəaliyyətin elmi nəzəri və praktiki aspektlərini öyrəndiyinə görə geniş bir elmdir. Onun nəzəri əsasını mülkiyyət münasibətləri təşkil edir. Uzun müddət mərkəzləşdirilmiş idarəetmə formaları ümumxalq dövlət mülkiyyətinin olması ilə səciyyələnirdi. Indiki şəraitdə mülkiyyətin yeni formaları, yarandığına görə idarəetmənin funksiyaları və vəzifələri formaca və məzmunca geniş vüsət alır. Hər bir mənafe idarəetmə elminin məqsədi olmalıdır. Əvvəlki vaxtlardan fərqli olaraq, demokratik prinsiplər əsas götürülməlidir. Bu zaman eyni bir vəzifəni, funksiyanı yerinə yetirə bilən müxtəlif alternativ şərtlər, o cümlədən sosial tələbatlar nəzərə alınmalıdır. Idarəetmə obyektinin və skbyektinin maraqlı təmin olunmalıdır. Belə subyektlərə daxildir: sahələr, insanlar, kapital qoyanlar. Ona görə də idarəetmədə kapitalistik, sistemlilik prinsipləri və metodları meydana gəlir. Sosial sahələr yuxarıda göstərilən obyekt və subyektlərinə gör ə daha müxtəlifdir. Insan faktoru sosial idarəetmənin əsas məqsədidir. Nəhayət idarəetmə elmi iqtisadi elmdir, iqtisadiyyatin bütün sahələri ilə bağlıdır.

Sosialist islahatları, onların sosial-iqtisadi və siyasi nəticələri

Yeni iqtisadi siyasət Vətəndaş müharibəsi bitdikdən sonra Sovet siyasət Rusiyasında vəziyyət sabitləşmədi. Müharibənin ağır nəticələrindən və həm də davam etdirilən «Hərbi kommunizm» siyasətindən narazılıqlar ölkəni bürüdü. Tarix ədəbiyyatında çox vaxt «Kiçik vətəndaş müharibəsi» adlandırılan Tambov üsyanı (1920) və Kronştadt qiyamı (1921) sözügedən narazılıqların təzahürlərindən idi.
İqtisadi tənəzzülü və siyasi narazılıqları aradan qaldırmaq üçün bolşeviklər, sovet hökuməti 1921-ci ildə yeni iqtisadi siyasətə keçdi. Birinci növbədə sapalağı ərzaq vergisi ilə əvəz etdi. Vergidə kəndli artıq məhsulun sahibi olurdu, onu bazarda satmaq imkanı qazanırdı. Bu da kəndlinin təsərrüfatçılıq marağını artırırdı.
Yeni iqtisadi siyasətin ən mühüm cəhətlərindən biri də ticarət azadlığının verilməsi idi. Yeni iqtisadi siyasətdə maliyyə-kredit, icarə, təsərrüfat hesablı müştərək müəssisələrin yaradılması, kooperasiyanın inkişafı, azad rəqabət və s. tədbirlər də nəzərdə tutulurdu. Bütün bunlar dövlət nəzarəti şəraitində iqtisadiyyatın demokratikləşməsinə, bazar iqtisadiyyatının inkişafına imkan yaradırdı.
Yeni iqtisadi siyasət çox tezliklə öz bəhrələrini verdi. 1921-1924-cü illərdə sənaye məhsulunun həcmi 2 dəfədən çox artdı.Əvvəllər onu geri çəkilmə, sonradan isə uzun müddətə nəzərdə tutulmuş siyasət, Rusiyada sosializm cəmiyyətini qurmağı təmin edəcək keçid siyasəti kimi qiymətləndirirdilər.
Bu dövrün ən mühüm cəhətlərindən biri də vahid partiyalı siyasi sistemin formalaşması idi. Bu proses hələ vətəndaş müharibəsi dövründə başlamışdı, 20-ci illərdə o, tamam və qəti olaraq başa çatdırıldı. Bu sahədə RK(b)P-nın 1921-ci ildə toplanmış onuncu qurultayının «Partiyanın birliyi barədə» qərarının müstəsna əhəmiyyəti olmuşdur. O, partiyada hər cür fraksiyaçılığı dözülməz saydı, ona qarşı mübarizəni partiya həyatının sarsılmaz prinsipi hesab etdi. Bu qərar Sovet cəmiyyətində partiya diktaturasının bərqərar olması üçün zəmin yaratdı.

SSRİ-nin yaradılması Vətəndaş müharibəsi başa çatdıqdan sonra bolşeviklər siyasi islahatlar da həyata keçirdilər. Onlar keçmiş Rusiya imperiyasını bərpa etmək yolunu götürdülər. Bolşeviklər sovet rejimli respublikaların formal müstəqilliyinə son qoymağa və onları vahid ittifaqda birləşdirmək ideyasını həyata keçirməyə başladılar. Həmin müstəqil respublikalarda bolşevik rejiminin mövcudluğu bu işi daha da asanlaşdırırdı.
Bu barədə müxtəlif fikirlər və təkliflər mövcud idi. RK(b)P MK-nın siyasi bürosunun İ.Stalin başda olmaqla yaradılmış komissiyası «muxtariyyətləşmə», yəni bütün sovet respublikalarının RSFSR tərkibinə muxtariyyət hüququ ilə daxil olması ideyasını irəli sürürdü. Bu təklifə tərəfdar çıxmayan V.İ.Lenin isə Sovet Sosialist Respublikaları İttifaqı yaratmağı təklif edirdi. RK(b)P MK-si Lenin təklifini qəbul etmişdi.

Stalin (Çuqaşvili) İosif Vissarionoviç (1879-1953), Bolşeviklər partiyasının və Sovet dövlətinin siyasi xadimi. Qori ruhani məktəbini bitirib (1894). Tiflis pravoslav seminariyasına daxil olmuşdu. 1898-ci ildən ömrünü çarizmə qarşı mübarizəyə həsr etmişdi. 1902-1913-cü illərdə 7 dəfə həbs olunmuş, 6 dəfə sürgün edilmiş, 5 dəfə sürgündən qaçmışdı. Oktyabr çevrilişinin hazırlanmasında iştirak etmişdir. 1917-ci il oktyabrın 25-də təşkil olunmuş Sovet hökumətinin tərkibində Milli işlər üzrə komissarı, 1922-ci ildən 1953-cü ilə kimi bolşeviklər partiyası MK-nin baş katibi olmuşdur. Rusiyada totalitar sovet cəmiyyətinin təşəkkülündə aparıcı rol oynamış, onun avtoritar başçısı olmuşdur. 1953-cü ildə vəfat etmişdir.

SSRİ-nin yaradılmasında RSFSR, Ukrayna, Belorusiya və ZSFSR arasında 1922-ci il dekabrın 27-də bağlanmış müqavilə mühüm addım oldu. 1922-ci il dekabrın 30-da SSRİ-nin I Sovetlər qurultayı İttifaq dövləti yaratmaq barədə Müqavilə və Bəyannamə təsdiq etdi. Həmin sənədlərə əsasən respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə yenidən baxma, dövlət təhlükəsizliyi, xarici ticarət, büdcə, rabitə, pul dövriyyəsi kimi səlahiyyətləri mərkəzi orqanlara verildi. Bunlar, əslində müttəfiq respublikaların suveren hüquqlarının əlindən alınması, onların SSRİ adı altında Sovet imperiyası tərkibinə daxil edilməsi demək idi.
Ali hakimiyyət orqanı Ümumittifaq Sovetlər qurultayı, qurultaylar arasında Sovetlərin Mərkəzi İcraiyyə Komitəsi (MİK) elan olundu. O, iki palatadan İttifaq və Millətlər palatasından ibarət idi. Rəhbər orqanı isə MİK Rəyasət heyəti idi. Ali icra və inzibati orqanı SSRİ Xalq Komissarları Soveti hesab olunurdu. Bu struktura SSRİ-nin 1924-cü il yanvarın 31-də qəbul olunmuş Konstitusiyasında təsbit olundu. SSRİ-nin tərkibinə 1925-ci ildə Özbəkistan SSR və Türkmənistan SSR, 1929-cu ildə Tacikistan SSR daxil edildi. Artıq 30-cu illərin axırlarında SSRİ-nin tərkibində 11 müttəfiq və 22 muxtar respublika var idi.
1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. O, qalib gəlmiş sosializm cəmiyyətinin Konstitusiyası adlandırılırdı.

Comments are closed, but trackbacks and pingbacks are open.