Sosiologiya kitablari
Elmi cəhətdən düzgün təşkil olunmuş anketin köməyi ilə sosioloq
«Sosiologiya» Fənni Üzrə Kollokvium Suallarının Cavabları Sıra №
həyat dəyişdikdə onu öyrənən elm də inkişaf etməli və dəyişməlidir.
Sosioloji tədqiqatlarda əsas nəzəri prosedurlar
Proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) bölmələri
fərqləndirmək olar. Bunlardan birincisinə problemin qoyuluşundan tutmuş
respondentlərin seçilməsinə qədər olan cəhətlər, ikincisinə isə
məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci bölmə
sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi
təhlilə məruz qoymağı bacarmalıdır.
Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması
metodlarının səciyyəsini müəyyən edir.
İctimai rəyin sosiologiyası
Hələ ən qədim zamanlardan başlayaraq mütəfəkkirlər «ictimai rəy»
anlayışını diqqət mərkəzində saxlayırlar. İctimai rəyin gücü, tarixi prosesin
subyektlərinin fəaliyyətinə onun fəal təsiri heç kimdə şubhə doğurmur.
Məsələn, İntibah dövrünün görkəmli mütəfəkkiri N.Makiavelli (1469-1527)
özünün məşhur «Hökmdar» adlı əsərində bu fenomenin son dərəcə
əhəmiyyətli xarakter daşıdığını göstərmişdir. Lakin bizim hazırda nəzərdə
tütdüğümüz mənada bu anlayışa ingilis dövlət xadimi C.Solsberinin
əsərlərində rast gəlinir. 1159-cu ildə Solsberinin çıxışlarının birində bu söz
birləşməsi irəli sürüldükdən az sonra digər ölkələrə də keçərək ictimai
fikrin mərkəzində dayanır. XVIII əsrin sonlarından etibarən isə ictimai rəy
hamı tərəfindən qəbul edilən anlayışa çevrilir.
Cəmiyyət, sivilizasiya və sosial münasibətlər anlayışlarının qarşılıqlı
Geniş mənada cəmiyyət bəşəriyyət deməkdir, yəni onun
yaranmasından bu günə qədər insan təbiətində gedən proseslər deməkdir.
İnsanlar çoxmüddətli birliklər, kollektivlər yaratmasalar yaşaya bilməzlər.
Bu geniş mənada cəmiyyət məkan və zaman anlayışında bütöv
münasibətlərin sosial məcmusudur.
Cəmiyyət – bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan insanların özləridirlər;
dövlət – onları idarəedən hakimiyyət orqanıdır və nəhayət, ölkə – insanların
yaşadığı, ümumi tarixi və mədəniyyəti olan müəyyən ərazidir.
O.Kont hesab edirdi ki, cəmiyyət ümumiyyətlə insanları özünə məxsus
qayda və bənzərinə görə formalaşdırır.
İnkişafı əks etdirən proseslərin qanunauyğun nəticəsi olaraq
sivilizasiya yaranmışdır. Sivilizasiya cəmiyyətin maddi və mədəni inkişafı
nəticəsində yaranan ictimai inkişafın səviyyəsi və pillələrinin
göstəricisidir. O, latın sözü olub «civis» – vətəndaş, «civitas» – cəmiyyət,
«civilis» – mədəni, sivilizasiyalı deməkdir.
Hər bir cəmiyyət ictimai münasibətlərin müəyyən tipi ilə səciyyələnir.
İctimai münasibətlər yalnız cəmiyyətdə mövcud olan insanların sosial
fəaliyyəti, yəni istehsalat, siyasət, mənəvi həyat və digər sahələrdəki
fəaliyyəti prosesində meydana gələn xüsusi növ əlaqələr və qarşılıqlı
təsirlərdir. Bu münasibətlər ictimai münasibətlər adlandırılır. Onlar böyük
insan kütlələri, sosial qrupları və siniflərin qarşılıqlı təsirindən meydana
Sosioloji tədqiqatların proqramı
Sosioloji tədqiqatların hazırlanması bəzilərinin düşündükləri kimi
anketin tərtibindən deyil, proqramın tərtibindən başlanır. Tədqiqat
proqramının elmi surətdə tərtibi böyük əhəmiyyət kəsb edir. Çünki
tədqiqatın nəticələri xeyli dərəcədə bu sənədin səviyyəsindən asılıdır.
Proqram sosioloqun həyata keçirdiyi prosedurların (informasiyanın
toplanması, işlənməsi və təhlili) nəzəri-metodoloji əsasını təşkil edir.
Sosioloji tədqiqat proqramı özündə aşağıdakı cəhətləri birləşdirir:
Problemin, tədqiqat obyektinin və predmetinin müəyyən
Tədqiqatın xarakterinin, məqsəd və vəzifələrinin müəyyən
Əsas anlayışların irəli sürülərək izahının verilməsi.
Əməli fərziyyələrin irəli sürülməsi.
Tədqiqatın strateji planının hazırlanması.
Respondentlərin seçilməsi planının tərtibi.
Məlumatların toplanması metodlarının təsviri.
Məlumatların təhlili sxeminin təsviri.
Proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) bölmələri
fərqləndirmək olar. Bunlardan birincisinə problemin qoyuluşundan tutmuş
respondentlərin seçilməsinə qədər olan cəhətlər, ikincisinə isə
məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci bölmə
sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi
təhlilə məruz qoymağı bacarmalıdır.
Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması
metodlarının səciyyəsini müəyyən edir.
Qərbi Avropa ölkələrinə sosioloji fikir (Kont.Spenser, Şteyn və s.)
yaradıcılarından biri olan fransız filosofu Ogüst Kont (1798-1857) hesab
edilir. İlk dəfə məhz O.Kont kapitalizm cəmiyyətinin səciyyəvi
xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə
etmişdir. Kontun təlimi mövcudluq qanunlarını öyrənən sosial statika və
hadisələrin inkişaf ardıcıllığını şərh edən sosial dinamika adlı iki hissədən
ibarət olub «sosial fizika» adlanırdı. Lakin 1839-cu ildə belçikalı statistik
Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda Kont yeni
termin – «sosiologiya» anlayışını irəli sürdü.
Kontun ideyaları, cəmiyyətin bütöv sosial orqanizm kimi fəaliyyəti
haqqında fikirləri ingilis filosofu Herbert Spenser (1820-1903) tərəfindən
daha da inkişaf etdirilmişdir. Spenserin «Sintetik fəlsəfə sistemi», «Elmi,
siyasi və fəlsəfi təcrübələr», «Əsas mənbələr» kimi əsərlərində cəmiyyət
bioloji və sosial amillərin qarşılıqlı təsirində olan vahid sistem kimi
qiymətləndirilir. Bu nəzəriyyəyə görə ictimai həyatın bütün tərəfləri üzvi
surətdə bir-biri ilə bağlıdır və bu əlaqələrsiz fəaliyyət gösətərə bilməz.
XIX əsrin ortalarında alman dilli ölkələrdə sosioloji ideyaların
yayılmasında Lüdviq fon Şteynin (1815-1890) əsərlərinin mühüm rolu
olmuşdur. Onun 1842-ci ildə nəşr olunmuş «Müasir Fransada sosializm və
kommunizm» adlı əsəri Almaniyada sosioloji fikrin təməlini qoymuşdur.
Alman sosioloqu Zombart (1863-1911) iddia edirdi ki, «Karl Marks
sosializmə dair bütün ideyalarını məhz Lüdviq fon Şteyndən əxz etmişdir».
Sosioloji biliklərin səviyyəsi.
Sosioloji biliklər sistemi mürəkkəb struktura malik olub ictimai
gərçəkliyin tədqiqinin müxtəlif tiplərini və səviyyələrini əks etdirir. İctimai
həyatın öyrənilməsinin nəzəri və tətbiqi (praktiki, əməli) aspektləri burada
sıx vəhdətdə çıxış edir. Buna görə də ictimai həyatın müəyyən sahələrinin
tədqiqi ilə məşğul olan ixtisaslaşmış sahələri və müxtəlif sosioloji
nəzəriyyələri qeyd etmək zəruridir. Deməli sosiologiya sosial idrakın
aşağıdakı səviyyələrini özündə birləşdirir: ümumi nəzəriyyə, xüsusi
nəzəriyyələr və konkret (empirik) tədqiqatlar. İkinci və üçüncü səviyyələri
çox vaxt «tətbiqi sosiologiya» anlayışı ilə qeyd edirlər. Bu səviyyələrdən
hər biri ictimai həyatın öyrənilməsində özünəməxsus yanaşma üsuluna və
metodlarına malikdirlər. Ümumi sosioloji nəzəriyyənin əsas vəzifəsi
cəmiyyətin mövcudluğu və inkişafının ümumi qanunlarını tədqiq etməkdən
ibarət olduğu halda, tətbiqi sosiologiyanın vəzifəsi həmin qanunların
cəmiyyət həyatının müxtəlif sahələrində müxtəlif tarixi şəraitdə təzahür
etmə formalarını və fəaliyyət mexanizmini öyrənməkdən ibarətdir. Ümumi
sosioloji nəzəriyyə hər bir sosial hadisəyə bütöv ictimai tamın elementi
kimi baxır. Onun hüdudları daxilində xüsusi sosioloji nəzəriyyələr
səviyyəsində konkretləşən sosial hadisələrin və proseslərin öyrənilməsinin
əsas metodoloji şərtləri formalaşır. O, ayrı-ayrı sosial prosesləri və
hadisələri sosial tamla uyğunlaşdırmağa və bununla da onları elmi şəkildə
izah etməyə, əsil mənşələrini aşkara çıxarmağa, strukturunu və
funksiyalarını müəyyən etməyə imkan verir.
Tətbiqi sosiologiyanın məqsəd və vəzifələri
Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və tətbiqi hissələrdən
ibarətdir. Nəzəri hissə problemlərin ümumiləşdirilməsi və elmi nəticələr
çıxarılması ilə məşğul olduğu halda, tətbiqi hissə ictimai həyatın ən
müxtəlif sahələrində sosiologiyanın köməyini təklif edir. Buna müvafiq
olaraq sosioloji biliklərin səviyyəsi 3 yerə bölünür: ümumi sosioloji
nəzəriyyələr, xüsusi nəzəriyyələr, empirik tədqiqatlar.
O.Kont sosiologiya elminin banisidir.
Sosiologiyanın müstəqil elm sahəsi kimi meydana gəlməsi XIXəsrin
birinci yarısına təsadüf edir. Bu elmin yaranması cəmiyyətdə kəskinləşən
ictimai-siyasi mübarizə ilə bağlı olmuşdur. Yeni intellektual sintezə, insan
və cəmiyyət haqqında realist təhlilə tələbat daim artırdı. Sosial hadisələri və
prosesləri izah etmədən, ictimai həyatın müxtəlif tərəfləri barədə konkret
empirik informasiya almadan, bir sözlə sosioloji realizm mövqeyində
dayanmadan cəmiyyəti səmərəli idarə etmək mümkün deyildi.
yaradıcılarından biri olan fransız filosofu Ogüst Kont (1798-1857) hesab
edilir. İlk dəfə məhz O.Kont kapitalizm cəmiyyətinin səciyyəvi
xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə
etmişdir. Kontun təlimi mövcudluq qanunlarını öyrənən sosial statika və
hadisələrin inkişaf ardıcıllığını şərh edən sosial dinamika adlı iki hissədən
ibarət olub «sosial fizika» adlanırdı. Lakin 1839-cu ildə belçikalı statistik
Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda Kont yeni
termin – «sosiologiya» anlayışını irəli sürdü.
Kontun sosial-fəlsəfi baxışlarının mərkəzində özünün yazdığı kimi
«bəşəriyyətin intellektual təkamülünün böyük əsas qanunu» dayanır. Bu
qanuna görə insanların idrakı fəaliyyəti və ictimai şüuru aşağıdakı inkişaf
mərhələlərindən keçmişdir: teoloji, metafizik və pozitiv. Birinci mərhələdə
insan ağlı təbiətdə baş verən bütün hadisələri fövqəltəbii qüvvələrlə, ikinci
mərhələdə abstrakt anlayışlarla izah etdiyi halda, pozitiv mərhələdə insan
öz mühakimələrində elmi müşahidələrə əsaslanır. Kont cəmiyyətin
inkişafının qanunauyğun və mütərəqqi xarakter daşıdığını göstərirdi. O,
bunu sosial dinamika adlandırırdı.
O.Kontun əsas xidməti bundadır ki, o cəmiyyətə bütöv sosial orqanizm
XIX əsrin sonu – XX əsrin əvvəllərində sosiologiya elminin inkişaf
xüsusiyyətləri
Sosiologiya elminin banisi fəlsəfədə pozitivizm cərəyanının
yaradıcılarından biri olan fransız filosofu Ogüst Kont (1798-1857) hesab
edilir. İlk dəfə məhz O.Kont kapitalizm cəmiyyətinin səciyyəvi
xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə
etmişdir. Kontun təlimi mövcudluq qanunlarını öyrənən sosial statika və
hadisələrin inkişaf ardıcıllığını şərh edən sosial dinamika adlı iki hissədən
ibarət olub «sosial fizika» adlanırdı. Lakin 1839-cu ildə belçikalı statistik
Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda Kont yeni
termin – «sosiologiya» anlayışını irəli sürdü.
XIX əsrin sonu – XX əsrin əvvələrində sosioloji pozitivizm
cərəyanının ən görkəmli nümayəndələrindən biri kimi fransız sosioloqu
Emil Dyürkheym (1858-1917) çıxış edir. Kontun və Spenserin sosioloji
baxışlarını daha da inkişaf etdirən Dyürkheymin fikrincə bütöv sosial
orqanizmin elementləri öz aralarında harmonik əlaqələr yaratmaqla tamı
qoruyub saxlamağa borcludurlar. Dyürkheym sosiologizm cərəyanının
banisidir. Özünün «Sosiologiyanın metodu» adlı əsərində Dyürkheym
sosiologiyanın predmetinin fərdlərin iradəsindən asılı olmayaraq mövcud
olan və onlara təsir gösətərən sosial faktlardan ibarət olduğunu iddia edirdi.
İtaliyada XIX yüzilliyin sonundan etibarən sosiologiyanın inkişafı Vilfredo
Paretonun (1848-1923) və Qaetano Moskanın (1858-1914) adları ilə
bağlıdır. V.Pareto sosial hadisələrə qiymət verərkən, həm sosioloq və həm
də iqtisadçı kimi təbii – elmi baxışlara əsaslanırdı. Onu cəmiyyət həyatında
daim təkrarlanan və ayrı-ayrı mənəvi sərvətlərdən asılı olmayaraq təhlil
edilə bilən sosial faktlar maraqlandırırdı. O, hər cür nəzəri tarixi yalana və
ya özünü aldatmağa əsaslanan ideologiya kimi rədd edirdi. Paretonun
fikrincə, tarix siyasi elitaların hakimiyyət uğrunda mübarizə meydanıdır.
İnsanlar yalnız şərti olaraq sosial mövcudat kimi nəzərdən keçirilə bilərlər,
əslində isə onlar təbiətin ümumi qanunları əsasında inkişaf edirlər. 2600
paraqrafdan ibarət olan «Ümumi sosiologiyaya dair traktat» əsərində Pareto
müəyyən mənada sosial mexanikanı inkişaf etdirir. O, insan fəallığını iki
əsas tipə: məntiqi və qeyri-məntiqi fəaliyyətə bölür. Real həyatda isə bu iki
tip qarışıq şəkildə çıxış edir. Paretonun fikrincə, insanların əksəriyyətinin
gündəlik fəaliyyətini məhz hisslər müəyyən edir. Pareto həm burjua
demokratiyasının ideallarına, həm də marksizm nəzəriyyəsinin
müddəalarına etinasızlıqla yanaşırdı.
Fenomenoloji sosiologiya nəzəriyyəsi və onun mahiyyəti
Fenomenoloji sosiologiya nəzəriyyəsinin nümayəndələri P.Berger,
A.Şyuts, T.Lukmann belə hesab edirlər ki, dünyanın dərk edilməsi, konkret
faktların qəbul edilməsi insanın bu və ya digər hadisələrə necə qiymət
verməsindən asılıdır. Şəraitə, hadisələrə qiymətvermə isə onun həyat
təcrübəsi ilə müəyyən olunur. Avstriya sosioloqu A.Şyutsun fikrincə,
sərvətlər və mənalar arasındakı fərqlər sosiallaşmanın spesifikası ilə
şərtlənir və fərdin hansı mədəniyyətə, sosial təbəqəyə, peşə qrupuna aid
Sosiologiyanın funksiyaları
Başqa elm sahələrində olduğu kimi, sosiologiya elmi də bir sıra
funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl o sosial inkişafın obyektiv
qanunauyğunluqları barədə dəqiq bilik verir. Bu sosiologiyanın idrakı
funksiyasıdır. İkincisi, sosiologiya ictimai həyatın müxtəlif sahələrinin
inkişafı prosesinin idarə olunmasına kömək üçün təkliflər irəli sürür ki, bu
da onun praktiki funksiyasıdır. Üçüncüsü, o kütlələrin ideya tərbiyəsi işinə
xidmət edir ki, bu da onun ideoloji funksiyasıdır.
İdrakı funksiya. Bu funksiya bir neçə aspektdə həyata keçir.
Birincisi, sosiologiya tədqiqatçını cəmiyyətin inkişafı və bu inkişafın
«Социологические исследования» журналы. 1974, №2, с.180.
Рабочая книга социолога. М., 1977, с. 39.
qanunauyğunluqları haqqında biliklərlə silahlandırır, bu inkişafın
mənbələrini və proseslər mexanizmini aşkara çıxarır.
qanunauyğunluqlarını açıb göstərməklə sosiologiya istər bütövlükdə
cəmiyyətin, isətərsə də onun ayrı-ayrı tərəflərinin və sahələrinin gələcək
inkişafı perspektivlərini başa düşməyə imkan verir.
Üçünçüsü, sosial qanunlar qanun-meyl kimi həyata keçirilir. Konkret
sosioloji tədqiqatların vəzifəsi adamların ictimai fəaliyyətində sosial
qrupların, şəxsiyyətin, peşə qrupunun və cəmiyyətin mənafelərinin
maksimum uzlaşmasına imkan verən konkret formanı müəyyən etməkdir.
Dördüncüsü, sosiologiya sosioloji və digər sosial tədqiqatlarda idrakı
fəaliyyətin nəzəri təhlilini verməli, sosial idrakın nəzəriyyəsini və
metodologiyasını işləyib hazırlamalıdır. Sosiologiya elminin idrakı
funksiyası imkan verir ki, sosial proseslərin təhlili əsasında cəmiyyətin
maddi, mənəvi yaxud siyasi həyat sferalarının inkişafına xidmət edən
proqnozlar irəli sürmək mümkün olsun.
Praktiki funksiya. Sosiologiya elminin bu funksiyası onun idrakı
funksiyası ilə sıx əlaqədardır. O, qabaqcadan görmə momentini özündə
birləşdirən elmi idrakın təbiətindən doğur. Cəmiyyətin və onun ayrı-ayrı
tərəflərinin hazırkı vəziyyətinin təhlilinə əsaslanaraq sosiologiya
cəmiyyətin yaxın və uzaq gələcək inkişaf perspektivlərini aşkara
İctimai münasibətlərin hazırkı vəziyyətini tədqiq etməklə sosiologiya
buna nail olur ki, insanlar öz ictimai münasibətlərini nəzarət altına ala və
ictimai tərəqqinin obyektiv tələbatına müvafiq olaraq onları tənzimləyə
İctimai inkişafın qanunauyğunluqları və meyllərinin dərindən dərk
edilməsinə əsaslanan proqnozlaşdırma cəmiyyətin elmi idarə olunmasının
başlıca şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika ilə uzlaşdırdıqda uzun
müddətli sosial proqnozlaşdırma proqram, qısamüddətli isə plan kimi
təfsir edilə bilər. Cari sosial proqnozlaşdırma isə plana düzəlişlər
verilməsini, yəni onda vaxtında dəyişikliklər aparılmasını nəzərdə tutur.
İdeoloji funksiya. Elmi-idrakı və praktiki funksiyalarla yanaşı sosiologiya
elmi eyni zamanda mühüm ideoloji funksiyanı da yerinə yetirir. 1974 – cü
ildə Toronto şəhərində keçirilən VIII Ümumdünya Sosiologiya
konqresində məşhur Qərbi Almaniya sosioloqu Renata Maynts
«Sosiologiya: mənəvi sərvətlərdən azadlıq və siyasi təkliflər problemi» adlı
məruzəsində qeyd edirdi ki, «sosiologiyanın ən aktual vəzifələrindən biri
siyasətə öz münasibətini müəyyən etməkdir. Axı sosiologiya çox vaxt siyasi
qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o da bu
. Məşhur amerikan alimi Rayt Millz isə «Sosioloji
təxəyyül» adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da sosiologiya
generalların, həbsxana rəislərinin, biznesmenlərin xidmətçisinə
Sosiologiya zəhmətkeşlərin siyasi şüur səviyyəsinin
yüksəldilməsində, onlarda fəal həyat mövqeyi tərbiyə edilməsində, onların
sosial fəallıqlarının gücləndirilməsində mühüm rol oynayır. Sadəcə olaraq
sosioloji sorğuda iştirakın özü belə adamlarda ictimai məsələlərə marağın
yüksəlməsinə, onların sosial fəallıqlarının artmasına səbəb olur. İdeoloji
funksiya, hər şeydən əvvəl təbii-tarixi prosesin dərk olunmasına və
cəmiyytəin inkişafının məqsədlərinin müəyyən edilməisnə xidmət göstərir,
ikincisi, digər konsepsiyalara qarşı elmi və ideoloji mübarizəni nəzərdə
tutur; üçüncüsü əhali arasında düzgün elmi ideologiyanın yayılması işinə
xidmət edir; nəhayət, dördüncüsü yüksək səviyyəli mütəxəssislərin
hazırlanması və onların elmi ideologiyanı mənimsəməsi işini həyata keçirir.
“Münaqişələrin sosiologiyası” cərəyanının mahiyyəti
Darendorf cəmiyyətdə münaqişə probleminə xüsusi diqqət yetirirlər.
Münaqişələrə təsir göstərmək, onu nizamlamaq mümkündür. Sosial
münaqişənin əsas funksiyaları isə aşağıdakılardır:
Sosial strukturun inteqrasiyası;
Qruplar daxilində həmrəyliyin qorunub saxlanması;
İnsanlararası münasibətlərin möhkəmlənməsi;
Sosial dəyişikliklərin idarə olunması.
Son 10-15 ildə münaqişələrin sosiologiysına maraq xeyli artmışdır.
Dünyanın müxtəlif ölkələrində və regionlarında baş verən müxtəlif tipli
münaqişələr məsələyə elmi yanaşma tələb edir.
“Simvolik interaksionizm” cərəyanının mahiyyəti.
Simvolik interaksionizm müasir Qərb sosiologiyasında ən çox diqqəti
cəlb edən cərəyanlardan biridir. Onun banisi, amerikan psixoloqu və
sosioloqu C.Mid (1863-1931) Darvinin ardınca insanın təkamülü
nəzəriyyəsini yaratmağa cəhd göstərir. Midin fikrincə, insan fəaliyyətinin
səciyyəvi cəhəti simvollardan istifadə olunmasıdır. O, sosial hərəkatın iki
formasını və ya pilləsini göstərir: jestlər vasitəsi ilə ünsiyyət və simvolların
vasitəsi ilə ünsiyyət. Sonuncunu o, funksional və antropoloji baxımlardan
izah edir. Funksional izah etibarlı instinktlərə malik olmadıqları üçün
insanların davranışını uzlaşdırmaq zərurəti ilə bağlıdır. Antropoloji izah isə,
insanların ünsiyyəti asanlaşdırmaq üçün simvollar yaradarıq onlardan
istifadə etmələrini nəzərdə tutur.
ABŞ sosioloqlarının sosioloji fikrin inkişafında rolu (R.M.Makayver,
R.K.Merton, T.Parsons, P.A.Sorokin, N.Smelzer).
XX yüzilliyin əvvələrindən etibarən sosiologiya elminin inkişaf
mərkəzi ABŞ universitetlərinə keçir. Buna görə də müxtəlif problemlər
üzərində elmi tədqiqatlar aparan alimlər içərisindən biz bəzilərinin
yaradıcılığının öyrənilməsini zəruri hesab edirik. Xüsusən amerikan
sosioloqlarından Robert Morison Mak -Ayver (1882-1970), Robert Kinq
Merton (1910-1987), Talkott Parsonsun (1902-1973) və Pitirim
Sorokinin(1889-1968) baxışları böyük elmi maraq doğurur.
universitetində siyasi elmlər professoru vəzifəsində çalışmışdır. Daha sonra
Nyu-Yorkun Kolumbiya universitetinə dəvət alan Mak-Ayver burada
əsasən dövlətin və istehsalın sosiologiyası ilə məşğul olmuşdur. O, 1940-cı
ildə Amerika Soiologiya Cəmiyyətinin 30-cu prezidenti seçilmişdir. Mak-
Ayverin sosiologiyasında morfologiya və etiologiya adlı təlimlər xüsusi yer
tutur. Morfologiyanı o, sosial formalar haqqında, etiologiyanı isə, sosial
səbəblər haqqında təlim kimi nəzərdən keçirirdi. Onun fikrincə, hər bir
sosial fakt müəyyən formaya, həmçinin onu doğuran, meydana gətirən və
inkişaf etdirən səbəbə malikdir. Sosiologiya elminin başlıca və əsas
məqsədi sosial faktların mahiyyətinə varmaqdan, onların səbəblərini və
formalarını aşkara çıxarmaqdan ibarətdir.
Robert Kinq Mertonu sosioloq kimi məşhurlaşdıran XX yüzilliyin 30-
cu illərində bürokratik struktur və şəxsiyyət problemini tədqiq etməsi
olmuşdur. Xüsusən o, bürokratik struktur daxilində münaqişə, sosial
fəaliyyətin sosial-psixoloji əsasda ortaya çıxardığı gözlənilməz nəticələr
probleminin təhlilinə daha çox diqqət yetirmişdir. O, bunu çoxlu sayda
mənafelərin və iradələrin qarşılıqlı mübarizəsi ilə əlaqələndirirdi. Bundan
əlavə Merton elmin sosioloji tədqiqi problemi ilə də məşğul olmuşdur.
Talkott Parsons əvvəlcə təbiət elmlərini öyrənirdi və həkim olmaq
fikrində idi. Lakin 1924-cü ildə o, fikrini dəyişərək London İqtisadiyyat
Məktəbinə daxil olur. Daha sonra Parsons Almaniyanın Heydelberq
Universitetində «M.Veber və V.Zombartın kapitalizm anlayışı haqqında»
mövzusunda dissertasiya müdafiə etdi. 1944-cü ildən etibarən Harvard
Universitetində çalışmışdır. O, 1949-cu ildə Amerika Sosiologiya
Cəmiyyətinin 31-ci prezidenti seçilmişdir.
Sosiologiya elminin inkişafında XX yüzilliyin əvvəllərində Sankt-
P.A.Sorokinin böyük xidmətləri olmuşdur. 1922-ci ildə əvvəllcə Avropaya
mühacirətə gedən alim 1923-cü ildə ABŞ-a köçmüşdür. Onun əsas əsərləri
aşağıdakılardır: «İnqilabın sosiologiyası», «Müasir sosioloji nəzəriyyələr»,
«Sosial və mədəni mobillik», dörd cilddən ibarət olan «Sosial və mədəni
dinamika», «İnsan, sivilizasiya, cəmiyyət» və s.
Amerika sosiologiyasının gənc nəslinin nümayəndələri olan T.Mur və
N.Smelzer sosial sistemdə baş verən dəyişiklikləri sosial dəyişikliklərlə
bağlayırlar. Onlar hesab edirlər ki, məhz K.Marks sosial dəyişikliklər
nəzəriyyəsinin banisidir. Smelzer özünün «İqtisadi həyatın sosiologiyası»
əsərində iqtisadiyyatı sosial proseslərin dinamikasına həlledici təsir
göstərən amil hesab edir. Smelzerin fikrincə, tarixin sosial-iqtisadi
inkişafının əsas problemlərinin əsil elmi izahı K.Marksa və M.Veberə
XX əsr ABŞ sosiologiyası və onun mahiyyəti
XX əsrin əvvələrindən başlayaraq sosiologiyada milli məktəblərin
spesifikası özünü göstərməyə başlayır. Bu, onların formalaşması
xüsusiyyətləri ilə bağlı idi. Məsələn, Fransada sosiologiya tarixi-fəlsəfi
ənənələrdən, Almaniyada isə fəlsəfi-iqtisadi köklərdən, İtaliyada siyasi
elmlərdən, İngiltərədə idarəetmədən ayrılaraq tam müstəqillik əldə edir. Bu
dövr həmçinin sosioloji tədqiqatlar mərkəzinin Avropadan ABŞ-a keçməsi
ilə səciyyələnir. 1905-ci ildə ABŞ-da Sosiologiya cəmiyyəti təşkil
olunduqdan sonra çox qısa müddət ərzində bu elm geniş inkişaf yoluna
qədəm qoydu. Hazırda ABŞ-ın bütün universitetlərində və kolleclərində bu
fənn geniş tədris olunur.
Amerikada sosiologiyaya dair 300-dən çox jurnal nəşr olunur. Müasir
sosiologiyanın ən görkəmli nümayəndələrinin böyük əksəriyyəti ABŞ
universitetlərində çalışır. XX əsr amerikan sosiologiyasının aşağıdakı
görkəmli nümayəndələri vardır: A. İnkels, C.Devis, T.Milz, P.Braun,
M.Trou, A.Koen, E.Şillz, R.Mak-Ayver, R.K.Merton, T.Parsons və s.
Cəmiyyət sosioloji kateqoriya kimi.
Cəmiyyət sosioloji kateqoriya kimi – insanların birgə yaşamasını
həyata keçirən bütöv təşkilatdır. O, müəyyən məkan və zaman sərhədləri
olan özünəməxsus orqanizm və sistemdir. Cəmiyyət insanların birgə
fəaliyyətinin tarixən yaranmış formalarının məcmusudur.
Cəmiyyətin bərqərar olması mürəkkəb və uzun sürən prosesdir. O, bir
neçə millyon il sürüb və bu proses bir neçə on min il bundan əvvəl başa
çatıb. Marksizm nəzəriyyəsinə görə cəmiyyət iqtisadi, sosial, siyasi və
ideoloji münasibətlərin vahid sistemidir və burada əsas rolu səbəb və nəticə
əlaqələri oynayır. Hər bir cəmiyyətin özəyi (elementi) insandır. İnsanlar
qohumluq, təsərrüfat, etnik, dini, siyasi və digər əlaqələr əsasında
birləşirlər. K.Marksın fikrincə, cəmiyyət insanların birgə fəaliyyəti və
ünsiyyətinin məhsuludur, onun yaranmasının vacib ünsürü – əmək
olmuşdur. Cəmiyyətin maddi yaradıcıları insanlardır, həmçinin onların
birgə fəaliyyətidir, çünki insanlar çoxmüddətli kollektivlər yaratmasalar
yaşaya bilməzlər. Bu ünsüyyətin zərurililiyi prosesi cəmiyyətin
formalaşmasına təkan vermişdir.
Sosiologiyada “fəaliyyət nəzəriyyəsi” və onun mahiyyəti
Sosial fəaliyyət nəzəriyyəsinin meydana gəlməsi amerikalı tədqiqatçı
C.Homansın (1910-1989) adı ilə bağlıdır. O, empirik sosial elmin vəzifəsini
hadisələr arasında əlaqələrin təsviri və izahında görürdü. Homansın
fikrincə, təsvir yalnız müşahidə olunan əlaqə və münasibətlərin
ümumiləşdirilməsi sayəsində mümkündür. O, bu cür ümumiləşdirilmələri
fərziyyələr adlandırır. Sosial hadisələri izah etməni Homans yalnız
qanunauyğunluqlarını dərk etmək sosiologiyanın başlıca vəzifəsini həll
Sosioloji tədqiqatların təşkili və aparılması
Sosioloji tədqiqatların təşkili və aparılması dörd əsas mərhələdən keçir:
Birinci mərhələ tədqiqata hazırlığı nəzərdə tutur. Buraya məqsədin,
proqramın, planın düşünülməsi, tədqiqat müddətinin, informasiyanın təhlil
edilməsi üsullarının müəyyən edilməsi və s. daxildir.
İkinci mərhələ ilkin sosioloji məlumatların toplanması prosesindən
ibarətdir. Buraya müxtəlif mənbələrdən toplanmış məlumatlar (sənədlərdən
çıxarışlar, tədqiqatçının qeydləri, rəyi, soruşulanlardan bəzilərinin fikirləri
Üçüncü mərhələ soioloji tədqiqatların (anket sorğusu, müsahibə,
kontent-analiz və s.) gedişi prosesində toplanmış məlumatların EHM-də
işlənmə üçün proqramın hazırlanması və EHM-də işlənməsini nəzərdə
Dördüncü, sonuncu mərhələ işlənmiş materialın təhlili, tədqiqatın
yekunlarına həsr olunmuş hesabatın tərtibi, sifarişçi, yaxud idarəetmə
subyekti üçün nəticələrin və təkliflərin hazırlanması mərhələsidir.
Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə,
sosial proseslərin təhlilinin dərinliyi və s. ilə müəyyən olunur. Buna
müvafiq olaraq sosioloji tədqiqatların üç əsas növünü fərqləndirirlər:
axtarış, təsviri və analitik.
T.Parsons cəmiyyət tipləri haqqında
Parsonsun fikrincə, cəmiyyətin inkişafı təkamül xarakteri daşıyır. O,
üç cəmiyyət tipi göstərir:
Primitiv, burada differensiasiya güclüdür, cəmiyyətin ölkələr,
dövlətlərə, xalqlara parçalanması baş verir;
Ara cəmiyyət tipi. Bu tip yazının, sosial təbəqələşmənin
meydana gəlməsi və mədəniyyətin müstəqil fəaliyyət sahəsinə
çevrilməsi ilə əlamətdardır;
Müasir, bu tipin xarakterik cəhəti hüquqi sistemin dini
iqtisadiyyatının və demokratik seçki sisteminin formalaşmasından
T.Parsons 1937-ci ildə nəşr etdirdiyi «Sosial fəaliyyətin strukturu» adlı
əsərində irəli sürdüyü təfəkkür üsulunun struktur və funksional aspektləri
arasındakı fərqləri göstərmişdir. Onun fikrincə, struktur gec dəyişən
moment olub sabitliyi təmin edir, funksiya isə əksinə olaraq dinamikliyi,
mütəhərrikliyi əks etdirərək hadisələrin mahiyyətinə varmağa, onların
məzmunu və xarakterinin aşkara çıxarılmasına imkan verir.
Sosiologiya elminin tədqiqat metodları
Sosioloji tədqiqatların aparılması müəyyən metodlardan istifadə
olunmasını tələb edir. Həmin metodlar aşağıdakılardan ibarətdir: sənədlərin
təhlil edilməsi, müşahidə və sorğu. Sənədlərin təhlili sosioloji tədqiqatlar
üçün zəruri olan məlumatların əldə olunmasına kömək edir. Çünki, həmin
sənədlər bu və ya digər dərəcədə sosial prosesləri və hadisələri əks
etdirirlər. Sosioloq tədqiqat obyektinə aid olan sənədləri öyrənməklə elmi
problemi düzgün formulə edə, elmi fərziyyələr irəli sürə bilər. Sənədləri
təhlil edərkən əldə olunan məlumatların etibarlılığına, düzgünlüyünə və
dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. Sosioloji tədqiqatlarda müşahidə
metodu sosial gərçəkliyin bilavasitə, məqsədyönlü, planlı və şüurlu şəkildə
təşkil edilmiş inikasına xidmət edir. Əvvəlcədən tərtib edilmiş proqram
əsasında müşahidə vahidlərində (fərdlər, qruplar) baş verən dəyişikliklər
sistemli şəkildə təsvir olunur. Tədqiqatın xarakteri və məqsədindən asılı
olaraq müşahidə açıq və gizli şəkildə aparıla bilər.
Seçmə yolu ilə sorğu aparılması. Sorğu metodu əhalinin müxtəlif
təbəqələrinin bu və ya digər konkret məsələyə münasibətini öyrənmək
məqsədi ilə anket (yazılı), yaxud telefon (şifahi) vasitəsi ilə sorğu
keçirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, anket sorğusu
sosiologiyada ən geniş yayılmış və səmərəli fəaliyyət növüdür. Sosioloji
informasiyanın demək olar ki, 80 faizə qədəri onun köməyi ilə toplanır.
Elmi cəhətdən düzgün təşkil olunmuş anketin köməyi ilə sosioloq
adamların əmək, davranış, istirahət və s. motivlərini müəyyən edə ,
proqnozlar verə bilər.
Sosiologiya elmi digər ictimai elmlərlə sıx qarşılıqlı əlaqədə inkişaf
edir. Psixologiya, fəlsəfə, hüquq, tarix, iqtisadiyyat və s. elmlərin verdiyi
məlumatlar sosioloji tədqiqatları daha məqsədyönlü və məzmunlu edir.
T.Parsons və onun “struktur-funksional təhlil” nəzəriyyəsinin
Struktur-funksional təhlil anlayışı iki mənada işlənir:
1.Sistemdə baş verən dəyişiklikləri onun elementlərində baş verən
dəyişikliklərlə əlaqədə götürən metod kimi;
Əsası amerikan sosioloqu T.Parsons (1902-1979) tərəfindən
qoyulmuş sosioloji məktəbin adı kimi. T.Parsons tarazlıq
(müvazinət) kateqoriyasını ön plana çəkərək iddia edir ki, cəmiyyət
yalnız tarazlığa əsaslanmaqla özünü qoruyub saxlaya bilər. Buna
görə də sosiologiyanın vəzifəsi – cəmiyyətdə sabitliyin (tarazlığın)
qorunub saxlanılması üçün təkliflər verməkdir. Parsonsun fikrincə,
istər cəmiyyət, istər istehsal vahidi və istərsə də ayrılıqda
götürülmüş fərd aşağıdakı əsas problemləri həll etmədən mövcud
ətraf mühitə uyğunlaşma (adaptasiya);
məqsədlərin müəyyən edilməsi və onların əldə olunması üçün
bütün imkanların səfərbər edilməsi;
daxili vəhdətin və nizamın qorunması (inteqrasiya);
daxili sabitliyin, müvazinətin, sistemin özünəuyğunluğunun
təmin edilməsi (latentlik – nümunənin qorunub saxlanması).
Sosioloji tədqiqatların əsas növləri
Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə,
sosial proseslərin təhlilinin dərinliyi və s. ilə müəyyən olunur. Buna
müvafiq olaraq sosioloji tədqiqatların üç əsas növünü fərqləndirirlər:
axtarış, təsviri və analitik.
Axtarış sosioloji tədqiqatların ən sadə növü olub ən məhdud
dairəli vəzifələrin həlli yollarının toplanmasına yönəlmişdir. O,
adətən 20-100 nəfəri əhatə edən anket sorğusunu nəzərdə tutur.
Axtarış tədqiqatı zamanı əsasən problemin dərindən öyrənilməsi
baş verir. Bu işin gedişi zamanı məqsədlər dəqiqləşdirilir,
fərziyyələr irəli sürülür, vəzifələr formulə edilir. Bu tədqiqat o
zaman aparılır ki, problem ya az öyrənilmişdir, ya da ki,
ümumiyyətlə tədqiq olunmamışdır. Axtarış tədqiqatı operativ
sosial məlumatın əldə olunmasına imkan verir.
Təsviri tədqiqatlar sosioloji təhlilin daha mürəkkəb növü kimi
çıxış edir. Onun köməyi ilə öyrənilən sosial obyekt haqqında
bütöv təsəvvür yaradan empirik məlumatlar əldə olunur. Bu cür
tədqiqatlar o zaman aparılır ki, təhlil obyekti böyük səciyyələrin
məcmusu olub müxtəlif peşədən, yaş qrupundan, peşə
səviyyəsindən olan insanları birləşdirən kollektiv olsun. Bu
tədqiqat zamanı empirik məlumatların toplanmasında bir və ya bir
neçə metodun köməyindən istifadə olunur. Bir neçə metoddan
istifadə sayəsində əldə olunan məlumatlar daha dolğun və
düzgün olur, daha dərin elmi nəticələr əldə olunması və
əsaslandırılmış təkliflər irəli sürülməsi üçün imkan yaranır.
Analitik tədqiqatlar sosioloji tədqiqatların ən ciddi növü hesab
olunur. O, təkcə öyrənilən hadisə və proseslərin elementlərinin
təsviri ilə kifayətlənməyərək həmçinin onların əsasında dayanan
səbəbləri də aşkara çıxarmağa imkan verir. Təsviri tədqiqatlar
öyrənilən hadisənin səciyyəvi cəhətləri arasında əlaqəni axtardığı
halda analitik tədqiqatlar bu əlaqələrin səbəblərini aşkara
Analitik tədqiqatlar bu və ya digər sosial hadisəni şərtləndirən
çoxlu amillərin məcmusunu öyrənir. Adətən bu amilləri əsas və
qeyri-əsas, daimi və müvəqqəti, nəzarət olunan və nəzarətdən
kənar və s. adlandırırlar.
Analitik tədqiqatlar kompleks xarakter daşıyır və özündən
əvvəlki tədqiqat növlərinin məntiqi yekunu kimi çıxış edir.
Cəmiyyətin tarixi tipləri və onların təsnifatı
Hal-hazırda sosiologiya elmində cəmiyyətin tarixi tipləri dörd növə
Ovçuluqla, yığıcılıqla məşğul olan cəmiyyət tipi. Onun
səciyyəvi cəhəti təbiətlə vəhdətdə olmaqdır. Məsələn, Cənubi – Qərbi
Afrikada buşmenlər, Mərkəzi Avstraliyada – aborigenlər. Onlar köçəri
həyat sürərək, ovçuluqla, giləmeyvə yığıcılığı ilə məşğuldurlar. Onların
olduqca primitiv əmək alətləri vardır, öz əmlaklarını özləri ilə gəzdirirlər.
Sosial həyatları qohumluq əlaqələri əsasında qurulur. Belə bir cəmiyyətdə
siyasi sistem mövcud deyildir, cəmiyyət isə ağsaqqallar tərəfindən idarə
Bağçılıq cəmiyyəti – ilk dəfə olaraq Yaxın Şərqdə təxminən
eramızdan əvvəl 4 min il əvvəl yaranmışdır (Babilistan). Getdikcə
insanların davranış üsulu dəyişilir və bu tipli cəmiyyətlər Çindən Avropaya
qədər yayılmışlar. Müasir dövrdə onlar əsasən Afrikada, Saharanın
cənubunda qalmaqdadırlar. Bu cəmiyyətlər izafi dəyər əldə etmirlər, burada
yüksək keyfiyyətli kənd təsərrüfatı sistemi yaradıla bilməz.
Aqrar cəmiyyətlər. Bu cəmiyyətlər Qədim Misirdə eramızdan
əvvəl birinci minillikdə yaranmışdır. Burada işçi qüvvəsi kimi heyvanlardan
istifadə edilmişdir. Bu da kənd təsərrüfatının məhsuldarlığını artırmış və
bu kimi cəmiyyətlər kənd əhalisinin tələb olunandan artıq məhsul əldə
etməsinə şərait yaratmışdır. Kənd təsərrüfatında izafi dəyərin əmələ gəlməsi
şəhərlərin, sənətkarlığın və ticarətin yaranmasına təkan verdi. Aqrar
cəmiyyəti əsasında dövlət, özünün bürokratik aparatı və ordusu ilə meydana
gəldi, ilk pul sistemi yarandı, yazı kəşf edildi, ticarət genişləndi. Aqrar
cəmiyyəti şəraitində, cəmiyyətin siyasi təşkilində daha mürəkkəb
formaların yaranması baş verdi. Qan qohumluğu əlaqələri cəmiyyətdə
yeni sosial struktur ilə tədricən əvəz edildi, lakin siyasi həyatda onlar bu
gün də vacib rol oynayırlar. Burada mühüm mülki və hərbi vəzifələr irsən
atadan oğula keçirdi. Lakin aqrar cəmiyyətlərdə əsas istehsal vahidini daim
ailə təşkil edirdi.
Sənaye cəmiyyəti. Bu tipli cəmiyyətlər İngiltərədə XVIII əsrin
sonunda sənayeləşmə prosesinin təsiri nəticəsində yaranmışlar. Bu proses
göstərdi ki, cəmiyyətin mövcud olduğu müddət ərzində məhsuldar qüvvələr
yüksək inkişafa çatmışlar və maşınlı istehsalın meydana gəlməsi üçün
şərait hazırlanmışdır. O zaman İngiltərədə birinci sənaye inqilabı baş
vermişdir və burada başlanan sənaye çevrilişi XIX əsrdə digər Avropa
ölkələrinə, Şimali Amerikaya yayılır. Müasir qabaqcıl sənaye cəmiyyətləri
Şimali Amerikada, Avropada, Şərqi Asiyanın Yaponiya, Tayvan, Honkonq,
Cənubi Koreya kimi ölkələrində XX əsrdə yaranmışlar. Digər ölkələrdə
sənayeləşmə prosesi bu gün də getməkdədir.
İctimai rəyin formalaşmasında KİV-in yeri və rolu
İctimai rəyin təşəkkülündə və formalaşmasında cəmiyyət həyatının
ayrılmaz elementlərindən birinə çevrilmiş olan kütləvi informasiya
vasitələri, yəni mətbuat, radio, televiziya, kino və s. çox böyük rola
malikdir. Onların sosial rolu hər şeydən əvvəl bununla müəyyən olunur ki,
şəxsiyyətin inkişafı və formalaşmasının bütün mərhələlərində iştirak edirlər.
Hələ XIX əsrdə KİV-in yalnız mətbuat forması geniş yayıldığı bir vaxtda
bu ictimai fenomenin əhəmiyyəti marksizm klassiklərri tərəfindən yüksək
qiymətləndirilmişdir. Onların fikrincə mətbuat ictimai rəyi formalaşdıran
çox kəskin bir silah olduğu üçün siniflər arasındakı mübarizədə geniş
istifadə olunur. Buna görə də hər bir partiya, xüsusən də fəhlə partiyası
özünün gündəlik qəzetini yaratmalıdır ki, düşməni ilə bərabər mübarizə
apara bilsin. Müasir dövrdə hər bir partiya siyasi mübarizə səhnəsinə
atılarkən məhz öz işini mətbuat orqanının yaradılmasından başlayır. Bundan
başqa müxtəlif hərəkatlar və təşkilatlar, dövlət orqanları və idarələri də öz
mətbuat orqanları vasitəsi ilə daha səmərəli fəaliyyət göstərirlər.
Kütləfi informasiya vasitələri sistemi sosial institut olub informasiyanın
toplanması, işlənməsi və geniş miqyasda yayılmasına, kütlələrin şüuruna
sirayət etməsi işinə xidmət edir. KİV-in sosiologiyasının predmeti onun
elementlərinin insanların şüurunun formalaşmasına və sosial davranışına
ideoloji təsirinin qanunauyğunluqlarını öyrənməkdir.
1935-çi ildə C. Gellap tərəfindən yaradılmış olan Amerika İçtimai Rəy
İnstitutu müntəzəm olaraq əhali arasında daxili və beynəlxalq problemlər
üzrə rəy sorgusu keçirir. Bu institutun gəldiyi qənaətə görə dünyanın əksər
ölkələrində insanlar KİV –in sözünə inanır və etibar edirlər. Çünki öz
strukturuna görə monist olan içtimai rəy yalnız KİV –in köməyi sayəsində
plyuralist xarakter ala bilər. Xüsusən son illərdə İNTERNET şəbəkəsinin
daha da genişlənməsi və görünməmiş dərəçədə ünsiyyət sərhədlərini aradan
Sosiologiýa
Türkan hatyn. Bu zenan Horezmiň (Küneürgenç) üç hökümdarynyň ýakyn garyndaşydyr: Horezmşa Tekeşiň aýaly, Horezmşa, Muhammediň ejesi, Horezmşa Jelaleddiniň enesidir. Türkan hatyn Horezmşalaryň syýasatyna öz ýaşan döwri uly täsirini ýetiripdir. Ol akylly hem öz gadryny.
Awtor: Admin · Published 30.08.2021 · Last modified 29.08.2021
Jemil Meriç
Jemil Meriç 1916-njy ýylda Türkiýäniň Hataý welaýatynyň Reýhanly diýen ýerinde dünýä indi. Maşgalasy Balkan urşy döwründe Gresiýadan Türkiýä göçüp gelýär. Hataý welaýatynda fransuz bilim ulgamyna görä bilim berýän Antakýa Sultanysynda okaýar. Terjime bölüminde işleýär.
Awtor: Admin · Published 11.03.2021
Maşgala we jemgyyet-2
Maşgalanyň esasy wezipeleri. Maşgala – bu bir hojalyga degişli çagalar we ene-atalardyr. Her bir maşgala özboluşly, gaýtalanmaýan bir dünýädir. Şonuň üçinem her bir adam jemgyyetçilik durmuşynyň tejribesini, ilki bilen, hut öz maşgalasynda alyp başlaýar. Jemgyyetiň.
Awtor: Admin · Published 14.02.2021
Maşgala we jemgyyet
Maşgala we nika. Maşgala jemgyyetiň iň gadymy institutlarynyň biri bolup, özüniň peýda bolan döwründen başlap, adamlaryň jemgyyetçilik durmuşynda iňňän wajyp orny eýeläp gelýär. Hatda jemgyýetiň özüniň döremegi hem köp derejede hut maşgalanyň we onuň.
Awtor: Admin · Published 31.01.2021
XVIII-XIX asyrlarda Gündogarda we Ýewropada jemgyýet baradaky garaýyşlar
Jemgyýeti öwrenişiň (sosiologiýanyň) ylym hökmünde döremegi we ösmegi. O.Kontuň we K.Marksyň jemgyýet baradaky taglymatlar . XVIII-XIX asyrlarda ýa-da ylymda Täze döwür diýlip atlandyrylýan döwürde, jemgyýet baradaky filosofiki işler köpelip başlaýar. Dürli meseleler, babatynda Ýewropa.
Awtor: Admin · Published 18.01.2021 · Last modified 21.01.2021
Häzirki zaman ykdysadyýetinde bazar gatnaşyklary – 3
Bazar infrastrukturasy. Pul we onuň funksiýalary. Inflýasiýa (harytlaryň bahasynyň ýokarlanmagy). Häzirki zaman bazar ykdysadyýetiniň ösüşiniň aýratynlyklarynyň biri hem infrastrukturanyň ähmiýetiniň barha artýanlygydyr. Bazar ykdysadyýetinde infrastrukturanyň birnäçe görnüşleri bolýar. Olaryň esasylarynyň biri hem bazar infrastrukturasydyr.
Awtor: Admin · Published 03.01.2021
Häzirki zaman ykdysadyýetinde bazar gatnaşyklary – 2
Isleg we teklip. Isleg we teklip bazar gatnaşyklarynyň möhüm hem-de aýrylmaz bölekleridir. Satyn alyjynyň bazardaky haýsy hem bolsa bir haryda islegi bolan ýagdaýynda, ol şol harydy belli bir bahadan satyn alýar. Satyn alyjynyň belli.
Awtor: Admin · Published 20.12.2020
Häzirki zaman ykdysadyýetinde bazar gatnaşyklary
Bazar we onuň jemgyýetiň ykdysady durmuşyndaky orny. Bazarlaryň köpdürlüligi. Ykdysady bäsdeşlik we onuň görnüşleri. Bazaryň döremegi zähmetiň jemgyýetçilik bölünişigi bilen baglydyr. Zähmet bölünişiginiň ösmegi zähmet öndürijiliginiň ýokarlanmagynyň, önümçiligiň netijeliliginiň artmagynyň esasy şertleriniň biridir. Bu.
Awtor: Admin · Published 03.12.2020
Orta asyrlarda jemgyýet we jemgyýetçilik ösüşi baradaky garaýyşlar
Orta asyr akyldarlary jemgyýet barada: Al-Farabynyň we Ibn Sinanyň jemgyýet we adamyň jemgyýetdäki orny hakyndaky garaýyşlary. Italýan akyldary N.Makiawelliniň jemgyýet baradaky garaýyşlary. Orta asyrlaryň irki döwürlerinde jemgyýet hakyndaky düýpli pikirler, esasan, Gündogar akyldarlary tarapyndan.
Awtor: Admin · Published 11.11.2020
Jemgyýetiň sosial düzümi
Esasy sosial toparlar. Sosial gatnaşyklar. Şahsyýetiň sosial statusy. Jemgyýet diýlip atlandyrylýan umumylyk bolsa iňňän köp böleklerden, has takygy, adamlaryň dürli toparlaryndan we gatlaklaryndan ybarat umumylyk. Adamlaryň dürli toparlarynyň we gatlaklarynyň köplügi jemgyýetiň sosial strukturasyny.
Comments are closed, but trackbacks and pingbacks are open.