Press "Enter" to skip to content

Sössür ümumi dilçilik

Ferdinand de Sössür (fr. Ferdinand de Saussure; 26 noyabr 1857 ( 1857-11-26 ) [1] [2] [3] […] , Cenevrə [4] – 22 fevral 1913 ( 1913-02-22 ) [5] [1] [2] […] , Vufflens-le-Château [d] , Vo kantonu ) – tanınmış İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi. XX əsrin dilçiliyinin “atası” adlandırılan F. de Sössürün ideyaları XX əsr humanitar fikrə böyük təsir göstərmiş və strukturalizmin yaranmasına səbəb olmuşdur. Əsas əsəri – F.de Sössür “Ümumi dilçilik kursu” (fr) “Cours de linguistique générale”

Ferdinand de Sössürün müqayisələri haqqında akademik Nizami Cəfərov yazır.

Ümumən dil haqqındakı elmin – ümumi dilçiliyin tarixində Vilhelm fon Humboldt istisna olunmaqla, ikinci elə bir dahi təsəvvür etmək mümkün deyil ki, Ferdinand de Sössürlə müqayisəyə gələ bilsin. Ancaq onu da nəzərə alsaq ki, alman mütəfəkkiri (V. fon Humboldt) öz dilçilik təlimində “klassik alman fəlsəfəsi”ndən tamamilə ayrılıb bilavasitə dilçi statusuna hələ tam yiyələnməmişdi, onda F. de Sössürə bir az da üstünlük vermək lazım gəlir. Çünki o, təpədən-dırnağa dilçi idi. Və heç şübhəsiz, dil haqqındakı elm müasir səviyyəsinə görə ilk növbədə onun dühasına minnətdar olmalıdır.
F. de Sössür yalnız öz kəşflərinin miqyası ilə müqayisəedilməz deyil, həm də bu kəşflərin metodoloji əsasında məhz müqayisələr dayanır ki, həmin müqayisələr “Ümumi dilçilik kursu”nu, demək olar, əvvəldən axıra qədər müşayiət etməklə onun daxili strukturunu müəyyənləşdirərək mühüm üslubi vasitəyə çevrilir.
“Kurs”un girişində deyilir:
“Gənc elmin səhvləri həmişə müəyyən dərəcədə elmi axtarışlara yeni başlayan insanın səhvlərini xatırladır”.
F. de Sössür bu fikirdə idi ki, XIX əsrin əvvəllərində müqayisəli-tarixi dilçiliyi yaradanlar yeni metoda həddindən artıq aludə olduqlarından elə bir eyforiyaya qapılmışdılar ki, məşğul olduqları hadisənin (dilin!) mahiyyəti (və nəticə etibarilə, dil haqqındakı elmin predmeti!) tədqiqatdan kənarda qalmışdı.
Müqayisəli-tarixi dilçiliyin həmin “gənclik səhvi”ni XIX əsrin 70-ci illərindən etibarən məhz “gənc qrammatiklər” düzəltməyə başlasalar da, növbəti səhvlərə yol verməkdən yaxa qurtara bilmədilər.
“Elə metaforalar var ki, onlardan qaçmaq olmaz. Yalnız dilin real hadisələrinə cavab verən terminlərdən istifadə edilməsini tələb etmək belə bir iddiada olmaq deməkdir ki, guya həmin hadisələrdə artıq bizim üçün məlum olmayan heç nə yoxdur. Buna isə hələ çox var. Ona görə də biz gənc qrammatiklərin rədd etdikləri bu cür ifadələrə hər hansı halda müraciət etməkdən çəkinməyəcəyik”.
F. de Sössür əmindir ki, dili izah etməkdə ehtirassız terminlər, mühakimələr heç də həmişə kəsərli olmur. Nə dediyini anlatmaq üçün öz mülahizələrinin fövqünə qalxmaq nəinki lazımdır, hətta bu fövqəlsəviyyəni fəth etməyə elə bir ehtiyac duyulur ki, fikrini qarşısındakına bütün miqyası ilə çatdıra biləsən. Və burada ən münasib (və etibarlı) vasitə, yəqin ki, yerinə düşən müqayisədir.
“. Heç də sübut edilməmişdir ki, nitq fəaliyyəti təzahür etdiyi formada, dediyimiz kimi, nə isə tamamilə təbiidir – başqa sözlə, bizim ayaqlarımızın vəzifəsi yerimək olduğu kimi, nitq orqanlarının vəzifəsi də danışmaqdır”.
F. de Sössür öz dahiyanə kəşfini bu cür çox sadə (və silsilə) müqayisələrlə şərh etməkdə, doğrudan da, yalnız dilçi-alim ustalığı nümayiş etdirməklə qalmır, həm də çox kamil bir müəllim-pedaqoq məharəti göstərir. Və yada salsaq ki, onun fundamental kəşflərinin demək olar ki, hamısı məhz tələbələrinin qeydləri əsasında ölümündən sonra 1916-cı ildə nəşr etdirilmiş kitabı ilə elm aləminə məlum olmuşdur, onda təsəvvür etmək çətin deyil ki, cəmisi iki-üç il ərzində oxuduğu mühazirələr tələbələrinin təfəkküründə nə qədər dərin (və sistemli) izlər qoya bilmiş və həmin mənbə (“Kurs”) vasitəsilə dil haqqındakı elmi məhz öz həqiqi obyekti üzərində bərqərar etməyə nail olmuşdu. Tələbələri isə yazırdılar ki, “de Sössür çatdığı səviyyə ilə kifayətlənməyən insanlardan idi. Onun düşüncələri öz-özlüyündə ziddiyyət yaratmadan müxtəlif istiqamətlərdə sərbəst şəkildə inkişaf edirdi”.
“Morze əlifbasının simvollarını ötürməyə xidmət edən elektrik aparatlarının həmin əlifbaya münasibəti nə qədər yaddırsa, bütün nitq orqanlarının dilə münasibəti də o qədər yaddır. Fonasiya, yəni akustik obrazların reallaşması heç cür onların sisteminə toxunmur. Bu baxımdan dili reallığı ifa üsulundan asılı olmayan simfoniya ilə müqayisə etmək olar: onu ifa edən musiqiçilərin edə biləcəyi səhvlər həmin reallığa heç cür xələl gətirmir”.
Və dilin sistem olması barədəki olduqca mürəkkəb məsələni bütün dərinliyi (və təfsilatı) ilə anlatmaq üçün nitq fəaliyyəti kimi mücərrəd hadisədən daha asan anlaşıla biləcək şahmat oyununu misal gətirir. Qeyd etmək lazımdır ki, bu müqayisə müasir dilçiliyə dilin mahiyyətini anladan ən klassik müddəalardan biri kimi daxil olmuşdur:
“Dil yalnız özünəməxsus qaydalara tabe olan sistemdir. Nəyin xarici, nəyin isə daxili olduğunu izah etmək üçün kifayət qədər asan anlaşılan şahmat oyunu ilə müqayisə aparmaq olar. Həmin oyunun Avropaya İrandan (əslində, Hindistandan- N.C.) keçməsi dilxarici faktdır, əksinə, oyunun sisteminə və qaydalarına dəxli olan nə varsa, daxilidir. Əgər mən ağacdan olan fiqurları fil sümüyündən olan fiqurlarla dəyişsəm, həmin dəyişiklik oyunun sisteminə heç bir təsir göstərməyəcəkdir. Lakin əgər fiqurların sayını azaltsam, bu cür dəyişiklik oyunun “qrammatika”sını dərindən sarsıdacaqdır”.
F. de Sössür müqayisələrinin texnoloji zənginliyinin göstəricisidir ki, “Kurs” müəllifi a) nitq fəaliyyəti, b) dil və c) nitq arasındakı münasibətləri, məsələn, öz dahi sələfi V. fon Humboldtdan daha dəqiq izah etmək üçün bir yox, bir neçə müqayisə təqdim edir.
“Nitq üzvlərinin hər bir akustik təəssüratın istehsalı üçün vacib olan bütün hərəkətlərini izah edərkən biz bununla qətiyyən dil problemlərini aydınlaşdırmırıq. Rəngbərəng ilmələrin görüntü vasitəsilə qarşılaşdırılması yolu ilə yaradılmış bədii xalça sənət əsəri olduğu kimi, dil də akustik təəssüratların psixi qarşılaşdırılmasına əsaslanan sistemdir. Və bu cür bədii əsərin analizi üçün hər bir rəngin alınması üsulları deyil, həmin qarşılaşdırmaların oyunları əhəmiyyətlidir”.
Və bu cür müqayisə rəngarəngliyi, bir tərəfdən, F. de Sössürün hər cəhətdən geniş dünyagörüşünün, həyat hadisələrinə hərtərəfli əqli-zehni nüfuzunun nəticəsidirsə, digər tərəfdən, fitri semioloji-struktural idrakının, məntiqi ümumiləşdirmə qabiliyyətini səciyyələndirən mükəmməlliyin, sistemliliyin və hər cür əlaqələri duymaqda, aşkarlamaqda təzahür edən müşahidə çevikliyinin məhsuludur.
“Kurs”un elə hissləri var ki, bütövlükdə müqayisə üzərində qurulmuşdur; məsələn, “Sinxroniya və diaxroniyanın müqayisələrdə göstərilən fərqləri” buna nümunə ola bilər.
F. de Sössür burada deyir:
“Düşünülüb tapılması mümkün olan bütün müqayisələrdən daha səciyyəvi olanı dilin funksiyası ilə şahmat oyunu arasında aparılan müqayisələrdir. Burada da, orada da dəyərlər sistemi və onların müşahidə olunan dəyişmələri göz qabağındadır. Şahmat partiyası, sanki dildə təbii formada olanın süni gerçəkləşməsidir”.
Və müqayisənin təfərrüatına varır:
“Hər şeydən əvvəl, əksər halda şahmat oyununda mövqe anlayışı dildə vəziyyət anlayışına uyğun gəlir. Fiqurların uyğun dəyəri onların hər bir müəyyən məqamda taxta üzərindəki vəziyyətindən asılıdır. Eynilə dildə də hər bir elementin dəyəri onun yalnız bütün başqa elementlərlə qarşılaşmasından asılı olur.
Sonra. Sistem həmişə anidir: mövqedən mövqeyə şəklini dəyişir. Doğrudur, fiqurların dəyəri eyni zamanda, hətta başlıca olaraq dəyişməz razılaşmadan – hələ partiya başlayana qədər mövcud olub hər gedişdən sonra da öz gücünü saxlayan oyun qaydalarından da asılıdır. Lakin həmişəlik qəbul edilmiş bu cür qaydalar dil sahəsində də mövcuddur: bu, semiologiyanın dəyişməz prinsipləridir.
Nəhayət, bir tarazlıq vəziyyətindən başqasına, bizim qəbul etdiyimiz terminologiya ilə bir sinxronluqdan başqasına keçmək üçün bircə fiqurla gediş etmək kifayətdir. Bütün fiqurların eyni zamanda yerindən tərpədilməsinə ehtiyac yoxdur”.
F. de Sössürün şahmat müqayisələri, etiraf etmək lazımdır ki, onun istər dil-nitq, istərsə də sinxroniya-diaxroniya dixotomiyalarını (və nəticə etibarilə, vaxtilə sinkretik və ya qeyri-diferensial şəkildə “dil” adlandırılmış hadisənin mahiyyətini) başa düşmək üçün o dərəcədə mühüm vasitədir ki, bunlarsız F. de Sössür təlimi hər halda çox darıxdırıcı olar, eyni zamanda dil digər semioloji sistemlər arasında (əslində, bizi əhatə edən müxtəlif sistemli hadisələrdən ibarət dünyada!) tək qalardı.
“Yeri gəlmişkən. bütün partiyanı əvvəldən izləyən adam partiyanın kritik anında ona nəzər yetirən adamdan heç bir cəhətdən üstünlüyə malik deyil. Konkret şahmat partiyasını qiymətləndirmək üçün taxta üzərində on dəqiqə əvvəl nə baş verdiyini bilməyə heç bir ehtiyac yoxdur. Bütün bu mülahizələr dilə də tətbiq edilə bilər və diaxroniya ilə sinxroniya arasında bizim apardığımız əsaslı fərqləndirməni bir daha təsdiq edər”.
F. de Sössürün müqayisələri öz mənbəyini kütləvi idrak üçün mümkün qədər aydın, populyar hadisələrdən alsa da, öz məzmun-mündərəcəsi etibarilə qətiyyən təsadüfi və ya yayğın olmayıb son dərəcədə dəqiq, mükəmməl məntiqə əsaslanır:
“Təsəvvür edək ki, royalda bir dil səhv çalır. Hər dəfə melodiyanı ifa edərkən ona toxunulsa, saxta not səslənəcək. Yaxşı, bu falş özünü harada göstərir? Melodiyadamı? Əlbəttə, yox. Məsələnin melodiyaya dəxli yoxdur, royalın özü xarab olmuşdur. Fonetikada da tamamilə eyni şey baş verir. Bizim fonemlər sistemi dilin sözlərini ifadə etməklə çaldığımız aləti xatırladır: sistemin elementlərindən biri şəklini dəyişərsə, müxtəlif hadisələr baş verə bilər, lakin dəyişmələr faktının özü bizim repertuarımızın, necə deyərlər, yalnız melodiyası olan sözə toxunmur”.
Dahi dilçi bir sıra hallarda müqayisəni o məqsədlə aparır ki, hansısa çox mühüm anlayış-termini öz təliminin (eləcə də ümumən dilçiliyin) metodoloji mənafeyi naminə yerində işlətməyə nail olsun. Və onun təfəkkürü üçün olduqca səciyyəvidir ki, həmin bu “termini yerində işlətmək təşəbbüsü”, adətən çoxsaylı müqayisələrdən keçir.
“Tarixçilərin hamısı Antonilər dövrü, xaç yürüşləri dövrü barədə danışmış və müvafiq zaman ərzində qorunmuş əlamətlər məcmusunu nəzərdə tutmuşlar. Demək olar ki, statik dilçilik də dövrlə məşğul olur, lakin hər halda “vəziyyət” termininə daha çox üstünlük verir. İstənilən dövrün əvvəli ilə sonu, adətən, hadisələrin müəyyənləşmiş qaydalarının dəyişməsinə istiqamətlənmiş çox və ya az dərəcədə kəskin hansısa çevrilişlərlə qeyd olunur. “Vəziyyət” terminini işlətməklə biz belə bir təsəvvürü kənara qoyuruq ki, guya dildə də nə isə buna bənzər şeylər baş verir. Bunun fövqündə, “dövr” termini məhz tarix elmindən alındığına görə dilin özü barədə düşünməkdən daha çox onu əhatə edən, şərtləndirən vəziyyətlər barədə düşünməyə təhrik etmiş olur”.
F. de Sössürün müqayisələri bir çox hallarda məntiqi silsilə təşkil etməklə, izah olunan dil hadisəsinin, yaxud qanunauyğunluğunun elə bir əyani (və miqyaslı) panoramını təqdim edir ki, bunun akademik- elmi təhkiyə ilə bu dərəcədə aydın verilə biləcəyi təsəvvürə belə gəlmir.
Məsələn, belə bir müqayisə gətirilir:
“Dilin bütün mexanizmi istisnasız olaraq eyniliyə və fərqliliyə əsaslanır. Və yeri gəlmişkən, bu sonuncular birincilərin yalnız əks tərəfidir. Məsələn, biz axşam saat 8:45-də biri digərindən 24 saat fasilə ilə yola düşən iki Cenevrə-Paris sürət qatarının eyniliyindən danışırıq. Bizə elə gəlir ki, bunlar eyni sürət qatarıdır, bununla belə həm parovoz, həm vaqonlar, həm qatar briqadası – onda nə varsa, hamısı, görünür, fərqlidir”.
Ardınca ikinci müqayisəyə keçilir:
“Küçəni dağıtdılar, oradakı bütün evləri götürdülər, sonra onu yenidən qurdular. Biz deyirik ki, bu, bütövlüklə həmin küçədir. Halbuki köhnə materiallardan, ola bilər ki, heç nə qalmamışdır. Nəyə görə küçəni son daşına qədər yenidən qururuq, sonra isə hesab edirik ki, o, eyni olmaqdan çıxmamışdır? Çünki onu qurub-yaradan nə varsa, o, tam maddi deyil, onun mahiyyəti bir sıra elə şərtlərlə müəyyən olunur ki, onlar təsadüfi materiala laqeyddir. Məsələn, onun başqa küçələrlə münasibətdə vəziyyəti həmin şərtlərdəndir”.
Və bu iki müqayisə tamamilə başqa bir müqayisə ilə qarşılaşdırılır:
“Mən oğurlanmış kostyumumu təsadüfi əlamətlərə görə alverçidə tapıram. Burada söhbət parça materialı, astar, yarlıq və s. kimi istisnasız olaraq inert substansiyada birləşən mahiyyətin maddi səciyyəsindən gedir. Alverçidə gördüyüm, yəni özümün hesab etdiyim kostyumdan başqa kostyum artıq mənim olmayacaq, yəni onu özümünkü hesab etməyəcəyəm”.
Nəhayət, müqayisələr özləri də müqayisə olunaraq belə bir yekun nəticə çıxarılır ki, “dildəki eynilik kostyumun deyil, sürət qatarının və küçənin eyniliyi ilə oxşardır”.
F. de Sössür yenidən sevimli şahmat oyununa qayıdır:
“Atı götürək. O, öz-özlüyündə oyunun elementidirmi? Əlbəttə, yox. Ona görə ki, taxta üzərində tutduğu yerdən qıraqda öz materialı, eləcə də oyunun digər şərtləri baxımından oyunçuya heç nə vermir. Oyunda yalnız o halda gerçək və konkret elementə çevrilir ki, dəyərlilik alır və onunla qırılmaz surətdə bağlanır. Təsəvvür edək ki, oyun zamanı həmin fiqur sınır, yaxud itir. Onu eyni əhəmiyyətli başqası ilə əvəz etmək olarmı? Əlbəttə, olar. Atı təsvir edən başqa fiqur yox, onunla heç bir oxşarlığı olmayan istənilən predmet, əgər ona həmin dəyərlilik verilərsə, at fiquru ilə eyniləşdirilə bilər. Beləliklə, biz görürük ki, semioloji sistemlərdə, eləcə də dildə müəyyən qaydalara uyğun tarazlıq yaradan bütün elementlər bir- biri ilə əlaqədardır: eynilik anlayışı dəyərlilik anlayışı ilə qovuşur və əksinə”.
Dil işarəsinin dəyərliliyi anlayışından bəhs edərkən həmin anlayışın ən çox əsaslana biləcəyi hadisəni (pulu!) müqayisəyə cəlb etməklə “dəyərlilik” barədə ən aydın (və universal) təsəvvürü yaratmış olur:
“Maddi element olan səs öz-özlüyündə dilə mənsub ola bilməz. Dil üçün o, nəsə ikinci dərəcəlidir, yalnız dilin istifadə etdiyi xammaldır. Deyək ki, dəmir pulun qiymətliliyini heç də metal müəyyən etmir: nominal qiyməti beş frank olan gümüş ekü yalnız həmin qiymətin yarısı dəyərində gümüşə malikdir. Üzərində həkk edilmiş təsvirdən, tədavüldə olduğu siyasi hüdudlardan asılı olaraq o, bir qədər çox, yaxud az dəyərə də malik ola bilər. Eyni şeyi daha böyük israrla dildəki öz mahiyyəti etibarilə heç də nəsə səsli olmayan işarələyən barəsində demək mümkündür: işarələyən dildə qeyri-cismanidir, onu yaradan maddi substansiya deyil, istisnasız olaraq, onun akustik obrazını başqa akustik obrazlardan ayıran fərqlərdir”.
F. de Sössür sintaqmatik münasibətlərlə assosiativ (paradiqmatik) münasibətləri fərqləndirərkən belə bir müqayisə aparır:
“Bir tərəfdən, sütun onun saxladığı arxitravla müəyyən münasibətdədir: məkanda eyni cür iştirak edən iki vahidlik – bu qarşılıqlı yerləşmə sintaqmatik münasibəti xatırladır; başqa tərəfdən, əgər bu sütun Dori orderindəndirsə, təfəkkürdə başqa orderlərlə (ionik, Korinf və s.), yəni hazırkı məkanda mövcud olmayan elementlərlə müqayisə yaradır ki, bu assosiativ münasibətdir”.
“Ümumi dilçilik kursu”nun müəllifinin müqayisələri bəzən metaforik məzmun kəsb edir:
“Dil öz materialından kəsilib hazırlanmış yamaqla örtülü bir paltarı xatırladır. Əgər fransızca nitqin substansiyasına nəzər salsaq, deyə bilərik ki, onun beşdədördü hind-Avropa kökündən gəlir, lakin ulu dildən saf şəkildə, analogiya ilə dəyişmədən müasir fransız dilinə gəlib çıxmış bütün sözlər bircə səhifəyə yerləşdirilə bilər”.
Bu cür metaforiklik, əslində, elmi üslub üçün “yad” hesab edilsə də, “Kurs”un müəllifinin özünəməxsus üslubu elədir ki, bu və ya digər dərəcədə bədii (metaforik) münasibətdə son dərəcədə dəqiq elmi məntiq aşkarlamaqla həmin “yad”lığı çox rahatlıqla aradan qaldırmış olur.
“Dil faktlarının yayılması hər hansı vərdişin, məsələn, dəbin yayılması ilə eyni qanunlara tabedir” qənaətinə gələn F. de Sössür göstərir ki, “hər bir insan kollektivində iki qüvvə iki müxtəlif istiqamətdə arası kəsilmədən və eyni zamanda hərəkət edir: bir tərəfdən, lokal məhdudluq ruhu, necə deyərlər, “doğma zənglərin ruhu”, başqa tərəfdən, insanlar arasında əlaqə yaradan qarşılıqlı ünsiyyət qüvvəsi”.
Və izah verir:
“Əgər “doğma zənglərin ruhu” insanları evdə oturdursa, qarşılıqlı ünsiyyət qüvvəsi onları məcbur edir ki, öz aralarında müxtəlif münasibətlərə girsinlər: qarşılıqlı ünsiyyət qıraq kəndlərə başqa yerlərdən insanlar gətirir, əhalinin bir hissəsini bayramlar və ya yarmarkalarla əlaqədar bir yerdən başqa yerə atır, müxtəlif əyalətlərdən insanları ordu sıralarında birləşdirir və s. Qarşılıqlı ünsiyyət qüvvələri fəaliyyətinin bu ikinci növü dialekt hadisələrinin coğrafi hüdudlarına tətbiqdə dalğa terminini işlətməyə haqq qazandırır: izoqlossem xətti özünü elə bir kənar xətt kimi təqdim edir ki, sanki su son həddinə çatıb hər an daşa bilər”.
Bir sözlə, F. de Sössürün müqayisələri həm elmi-məntiqi interpretasiya gücünə, həm də bədii-estetik siqlətinə görə həmin müqayisələrin müəllifinin yaradıcı təfəkkürünün dil haqqındakı elə təzahürləridir ki, dil haqqındakı elm “özünün əsl və yeganə obyektinin nə olduğunu dərk etmək”də, həmçinin bu nüfuzedici təzahürlərə minnətdardır.

Akademik Nizami Cəfərov

Daxil olundu: 22.01.2020 » Oxundu: 1663
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!
Bu bölmənin digər xəbərləri
Kriteri – İctimai-siyasi, hüquq qəzetinin onlayn saytı.

  • Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz. info@kriteri.az

Sayt rəhbərliyi

  • Baş redaktor: C. Aqil
  • Redaktor: G. Cəfərov
  • Redaktor müavini: K.Röya

Bəyəndin? Paylaş!

Kriteri.az © 2008-2023.

İctimai-siyasi, hüquq qəzetinin onlayn saytı. Müəllif hüquqları qorunur.

Ferdinand de Sossür

Ferdinand de Sössür (fr. Ferdinand de Saussure; 26 noyabr 1857 ( 1857-11-26 ) [1] [2] [3] […] , Cenevrə [4] – 22 fevral 1913 ( 1913-02-22 ) [5] [1] [2] […] , Vufflens-le-Château [d] , Vo kantonu ) – tanınmış İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi. XX əsrin dilçiliyinin “atası” adlandırılan F. de Sössürün ideyaları XX əsr humanitar fikrə böyük təsir göstərmiş və strukturalizmin yaranmasına səbəb olmuşdur. Əsas əsəri – F.de Sössür “Ümumi dilçilik kursu” (fr) “Cours de linguistique générale”

Mündəricat

  • 1 Həyatı
  • 2 Sössürün dilçilik konsepsiyası
  • 3 Dilçiliyin inkişafında Sössürün yeri
  • 4 F. de Sössürün əsərləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Ferdinand-Monjen de Sössür (Saussure, 1857-1913) 26 noyabr 1857-ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olmuşdur. Sössürlər ailəsi mənşəcə fransızdır. Sössürün ulu babası XVI əsrdə dini müharibələr zamanı Lotaringiyanın Sössür-sür Mozelot şəhərindən İsveçrəyə köçmüşdür. F. de Sössür bu ailədən çıxmış ilk dilçi deyildir. Onun ulu babası Nikola de Sössür (1709-1791) Deni Didronun ensiklopediyasında əməkdaşlıq etmişdi. Ulu babası Oras-Benedikt de Sössür (1740-1799) təsviri geologiyanın banisi Cenevrə universitetində naturfəlsəfi kafedranın professoru olmuşdur. Minerologiyada iki termin – sössürit və sössüritləşmə onun adı ilə adlandırılmışdır. Sössürün babası Nikola-Teodor de Sössür (1767-1845) məşhur kimyaçı, fizik, geoloq və fizioloq olmuşdur; bitkilərin karbon qazını udub oksigen buraxmalarını o kəşf etmişdir. Nikola-Teodorun bacısı Albertina-Adriyenna de Sössür (1766-1841) fransız yazıçısı de Stal və məşhur dilçi Adolf Pikte ilə dostluq etmiş, “Mütərəqqi tərbiyə” adlı əsər yazmışdır. F.de Sössürün böyük əmisi Teodor de Sössür (1824-1903) artilleriya polkovniki və məşhur ictimai xadim olmuş, dilçilik məsələləri ilə də maraqlanmış, fransız dili və xüsusi adların orfoqrafiya haqqında iki əsər yazmışdır. F.de Sössürün atası Anri de Sössür (1929-1905) bütün ömrünü geologiyaya həsr etmişdir. F.de Sössürün qardaşları elm aləmində tanınmış sima olmuşlar. Leopold de Sössür (1866-1932) vyetnam və Çin dilləri, habelə qədim Çin astronomiyası üzrə mütəxəssis, Rene de Sössür (1868-1932) riyaziyyat üzrə mütəxəssis olmuş, habelə təbii və süni dillər problemi haqqında bir sıra əsərlər yazmışdır. Onun qardaşlarından təkcə biri – Oras de Sössür (1859-1926) elmlə maraqlanmamış, portretist və peyzajist rəssam olmuşdur; onun F.de Sössürün yağlı boya ilə çəkdiyi şəkli indi də durur.

F.de Sössürün elmi təxəyyülünün müəyyənləşməsində A.Piktenin böyük rolu olmuşdur. Sössürün uşaqlıq illərində Pixte Cenevrə yaxınlığından yaşayırdı. Sössürün qoca dilçi ilə söhbətləri onda dilçiliyə həvəs oyatmışdı (Pixte dilçilik palentologiyasının banisidir). Pikte Sössürün təkcə dilçilik görüşlərinin deyil, həm də fəlsəfi görüşlərinin formalaşmasında böyük rolu oynamışdır (Pikte Hegelin dosur olmuşdur). Sössürün antinomiyalarının formalaşmasında Hegelin görüşlərinin (Pikte vasitəsilə) təsiri az olmamışdır.

F.de Sössür 14 yaşında intellectual qabiliyyətini göstərmişdir [6] . 1872-ci ildə 15 yaşlı Sössür dilin ümumi sisteminin tədqiqinə həsr edilmiş bir əsər yazır: müəllif öz xatirələrində bir yerdə onu “Dillər haqqında tərbiyə”, başqa yerdə “Dilin ümumi sistemi” adlandırır. Əsər bizə çatmamışdır, lakin Ş.Balli onu əlində tutmuş və iki dəfə (Sössür haqqında nekroloqda və “Dil və həyat” əsərində) ondan sitat gətirmişdir. Məktəb illərində Sössür yunan və latın dillərindən əlavə sankrit dilini də öyrənir. 1873-cü ildə 16 yaşlı gimnazist Sössür hind-Avropa dillərində burun sonantı haqqında fərziyyə irəli sürür, lakin bunu uşaq əyləncəsi sayıb elan etmir; üç il sonra Bruqman analoji kəşfini elan edir.

1875-ci ildə Sössür Cenevrə universitetinə daxil olur, fizika və kimya üzrə mütəxəssis olmağa hazırlaşır; dilçilik və hind-Avropa dilləri ilə məşğul olmağa, demək olar ki, vaxtı qalmır. O, 1877-ci ildə “Hind-Avropa (ulu) dilində müxtəlif a haqqında” adlı əsər yazır; bu əsərdə burun sonantı haqqında bir söz belə yoxdur. “Memuar”da Sössür yazır ki, Boppun qrammatikasını oxuduqdan sonra o, burun sonantı fikrindən əl çəkmişdi. Bruqmanın kəşfindən sonra buna heyifsilənmişdi. Ümumiyyətlə, Sössürdə öz yazdıqlarına laqeyd qalmaq xasiyyəti var idi: gəncliyində o, burun sonantı fərziyyəsindən əl çəkmiş, yaşlı vaxtında “Ümumi dilçilik kursu”nu çap etməkdən imtina etmişdi, onun arxivində anaqramlar haqqında 99 dəftər, “Kurs” haqqında üç nazik dəftər vardır.

1876-cı ilin oktyabr ayında Sössür Cenevrəni tərk edib Leypsiq şəhərinə gəlir. Sössürün təhsilini davam etdirməsi üçün Leypsiq universiteti təsadüfi seçilmişdi. Ancaq məhz bu dövrdə Leypsiq şəhərində dilçilərin güclü özəyi formalaşmaqda idi. Bopp məktəbinin son nümayəndəsi Georq Kursius öz yaradıcılığını başa vurmaqda idi, yeni cərəyanın ilk nümayəndəsi Avqust Leskin (1840-1916) Leypsiq universitetində slavyan filologiyası kafedrasına rəhbərlik edirdi. Məhz burada 1878-ci ildə Bruqman və Osthoq yeni qrammatiklərin manifestini elan edir. 1878-ci ilin dekabrında Sössür “Hind-Avropa dillərində saitlərin ilkin sistemi haqqında memuar” adlı əsərini yazır. Sössür bu əsərdə bütöv bir sistemi – saitlər sistemini tədqiq edir. “Memuar” Sössürü dilçilik klassikləri ilə bir sıraya keçirdi. Bu əsər öz dövrünü 50 il qabaqladı. Sössürün bu əsərdə irəli sürdüyü sonant koeffisienti (əmsalı) 1927-ci ildə Y.Kuriloviç tərəfindən parlaq surətdə sübut edildi və “larinqal nəzəriyyəsi” adını aldı.

1878-ci ildə Sössür universiteti bitirir və Berlinə gedir. 1979-ilin sonunda Leypsiqə qayıdır. 1880-ci ilin fevralında “Sanskrit dilində mütləq yiyəlik hal” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 1880-ci ilin dekabrında Parisə gedir və Paris dilçilik cəmiyyətinin işində fəal iştirak edir. 1882-ci il dekabrın 16-da cəmiyyətin katibinin müavini seçilir. 1881-ci ilin 30 oktyabrında Ali təhsil məktəbinə işə qəbul olunur və noyabrın 5-dən mühazirələrə başlayır. 1881-87-ci illərdə qot və quxarı alman dillərindən, 1887-88-ci illərdə yunan və latın dillərinin müqayisəli qrammatikasında, 1888-89-cu illərdə litva dilindən kurslar aparır. 1889-1890-cı illərdə xəstəliyi ilə əlaqədar olaraq məzuniyyət götürüb Cenevrəyə qayıdır. Fransa qanunlarına görə xarici təbəələr kafedra müdiri ola bilməzdilər. Buna görə də ona Fransaya qayıtdıqdan sonra vətəndaşlığı qəbul etməyi təklif etdilər, o, bu təklifi rədd edir və 1891-ci ildə həmişəlik Cenevrəyə qayıdır [7] .

Sössür Cenevrəyə qayıtdıqda onun 34 yaşı vardı. O, Cenevrədə xüsusi olaraq onun üçün təşkil edilmiş hind-Avropa dillərinin və sanskrit dilinin tarixi və müqayisəli qrammatikası kafedrasında ekstraordinar professor vəzifəsini tutur, 1896-cı ildə ordinar professor olur. Onun mühazirə oxuduğu fənləri saysaq, böyük bir siyahı alınar. Bunu da qeyd etmək lazımdır ki, bu fənlər hər dərs ili dəyişirdi. Bundan əlavə o, german dillərindən və sanskrit dilində mühazirələr oxumuşdur. Bu dövrdə o, heç bir əsər yazmamışdır.

1906-cı ildə Vertqeymer ölür. 1907-ci ilin fevralında Sössür onun yerini tutur, universitetdə ümumi dilçilik kafedrasına rəhbərlik edir və bu fəndən mühazirə deməyə başlayır. Məzh bu mühazirələr Seşe və Balli tərəfindən onun ölümündən sonra çap edilmişdir.

Sössür 1912-ci ildə xəstələnir və dərs ilini başa vura bilmir, o yeni dərs ilində də mühazirələrə başlamır. 1913-cü ilin 22 fevralında vəfat etmişdir. Ölümündən sonra onun ardıcılları Ş.Balli və A.Seşe onun mühazirələri əsasında “Ümumi dilçilik kursu” adlı əsərini nəşr edirlər. Sössür bütün ömrü boyu belə bir əsər yazmaq arzusunda olmuş, lakin bunu gücü çatmayan bir iş hesab etmiş, hətta tələbələrinə demişdi ki, belə bir əsər yazmaq üçün özünü hələ hazır saymır.

“Ümumi dilçilik kursu” müəllifinə dünya şöhrəti qazandırdı. Bu əsər dilçilik elmində XX əsrin daxil olduğunu elan etdi. Bu əsər dünyanın bir sıra dillərinə tərcümə edilmişdir. Mübaliğəsiz demək olar ki, müasir dilçilikdə elə bir cərəyan yoxdur ki, onun yaranmasında Sössürün “Ümumi dilçilik kursu”əsərinin təsiri hiss edilməsin.

Sössürün dilçilik konsepsiyası

Sössürün dilçilik konsepsiyasında mühüm yeri dil və nitqi qarşılaşdırması, bir-birindən fərqləndirməsi tutur. Dil və nitqin münasibəti problemini ilk dəfə Sössür irəli sürmüşdü. Sössür dil, nitq və dil fəaliyyətini fərqləndirmək üçün üç fransız terminini – la langue, la parole, la langage terminlərini dilçiliyə daxil edir. Sössür insanın danışmaq qabiliyyətini, bacarığını bütövlükdə nitq fəaliyyəti (langage) adlandırır. Ümumi fenomen olan nitq fəaliyyəti daxilən dil (langue) və nitq (parole) deyə iki yerə ayrılır. Müəllif nitq aktını nitq hesab edir. Dil anlayışı (langue) ümumiyyətlə dil fəaliyyəti anlayışı (langage) ilə uyğun gəlir. Dil dil fəaliyyətinin yalnız müəyyən bir hissəsidir.

Sössürün dili nitq fəaliyyətindən ayırması onun insan haqqında biliklər sistemində yerini müəyyənləşdirməyə gətirdi. Sössür dili işarə sistemi hesab edir. Dil fikir ifadə edən işarələr sistemidir, həm də semiotik sistemlərdən ən mühümüdür. Sössür birinci dilçidir ki, semiologiya haqqında məsələ qaldırdı. Semiologiya cəmiyyətin həyatında işarələrin fəaliyyətini öyrənir. Semiotika sosial psixologiyanın və ümumi psixologiyanın bir hissəsi olmalıdır.

Sössür yazır ki, dili başqa ictimai hadisələrdən onun işarəvi səciyyəsi fərqləndirir, “dil fikir ifadə edən işarələr sistemidir” [8] . İşarə sözünün ikimənalı dərk edilməsini aradan qaldırmaq üçün Sössür bir-birini nəzərdə tutan və eyni zamanda qarşılıqlı şəkildə qarşılaşdıran hər üç məfhumu öz adları ilə adlandırmağı təklif edir. O, təklif edir ki, işarə (signe) sözü bütövlükdə ifadə etmək üçün saxlansın, məfhum və akustik obraz terminləri isə uyğun olaraq işarələnən (signifie) və işarələyən (sifnificant) terminləri ilə əvəz edilsin. Sössür yazır ki, sonuncu iki terminin üstünlüyü ondadır ki, o, həm öz aralarında mövcud olan qarşılaşdırmanı, həm də bütöv və bütövün hissələri arasındakı qarşılaşdırmanı nəzərə çarpdırır, qeyd edir [9] . Dil işarəsinin ixtiyariliyindən danışarkən Sössür işarənin fasiləsizliyi və dəyişkənliyi prinsipi ilə yanaşı işarənin dəyişməzliyi, sabitliyi prinsipi də şərh edir. O yazır ki, əgər ifadə etdiyi məfhuma münasibətdə işarələyən seçimdə sərbəstdirsə, ondan istifadə edən dil kollektivinə münasibətdə azad deyildir [10] . Bu kollektivdən fikrini soruşmadan, dilin seçdiyi işarələyən başqası ilə əvəz edilə bilməz. Ziddiyyətli görünə bilən bu faktı, “məcburi gediş” adlandırmaq olar. Elə bir dilə deyirlər: “Seç!”, elə buradaca əlavə edirlər: “. o, işarəni yox, bax, bu işarəni!” Sössür dildə qəfil dəyişikliyin baş verməməsinin dörd səbəbini göstərir: 1. İşarənin ixtiyariliyi. 2. İşarənin çoxluğu. 3. Sistemin olduqca mürəkkəb səciyyəsi. 4. Hər handı dil innovasiyasına kollektiv ətalətin müqaviməti [11] . Sössürün dilçilik təliminin ana xətti olan dil işarəsi problemi təbii şəkildə dil sisteminin ünsürləri məsələsi ilə əlaqələnir. Dil sisteminin ilkin ünsürlərini o, entite “mahiyyət”, fakt, hadisə” və unite “vahid, hissə” terminləri ilə adlandırır. O, vahid termini ilə real şəkildə müşahidə edilən nitq zənciri seqmentləriniə, fakt termini ilə dil fəaliyyəti hadisələrini adlandırır.

Dilçiliyin inkişafında Sössürün yeri

Müasir dilçilik elmində elə bir məktəb və cərəyan yoxdur ki, Sössürün ideyalarının təsirindən kənarda qalsın, sosiolinqvistika və struktur dilçilik cərəyanları isə Sössür ideyalarının tam nüfuzu altında yaranmış və formalaşmışdır. Ferdinand de Sössürün dilçilik elminin inkişafında xidmətlərini belə xülasə etmək olar: 1. Dilçilik tarixində Sössür dilin çoxüzvü olmasını dərk edən ilk tədqiqatçılarından biri olmuşdur. O, başa düşürdü ki, dil bir yox, bir neçə obyekti ehtiva edir. 2. F.de Sössür xarici və daxili dilçiliyi qarşılaşdırır. Sössür göstərirdi ki, dilin daxili quruluşu ilə onun xarici mövcudluğu şəraiti arasında heç bir üzvü, zəruri və bilavasitə əlaqə yoxdur. 3. Dilin sinxron və diaxron öyrənilməsi ideyası Sössür irəli sürmüşdür. O qeyd edir ki, dilin tarixini bilmədən onun daxili mexanizmini öyrənmək və izah etmək olar. 4. F.de Sössür nitq fəaliyyətini dil “langue” və nitqə “parole” ayırırdı. Nitq dilin işlədilməsi nəticəsidir, ayrıca danışma aktının nəticəsidir. Nitq fərdidir, xəttidir, fiziki səciyyələnir. Dil həmin dil kollektivinin bütün üzvləri üçün məcburi olan bir-biri ilə qarşılıqlı əlaqələnmiş işarələrin sistemidir. 5. F.de Sössür dil vahidləri arasında əlaqələrin iki şəklində göstərir: sintaqmatik və assosiativ əlaqələr. Birinci əlaqə dilin sintaqmatik oxunda, yəni nitq axınında vahidlərin bilavasitə yaxınlığına görə assosiasiyası nəticəsində, ikinci əlaqə dilin paradiqmatik oxunda vahidlərin assosiativ oxşarlığı nəticəsində təzahür edir.

F. de Sössürün əsərləri

  • Соссюр Ф. де. Труды по языкознанию / Пер. с франц. яз. под ред. А. А. Холодовича; Ред. М. А. Оборина; Предисл. проф. Н. С. Чемоданова. — М.: Прогресс, 1977. — 696, [2] с. — (Языковеды мира). — 15 000 экз. (в пер.)
  • Соссюр Ф. де. Заметки по общей лингвистике. — М.: Прогресс, 1990; 2001. (в пер.)
  • Соссюр Фердинанд де. Курс общей лингвистики / Пер. с французского А. М. Сухотина, под редакцией и с примечаниями Р. И. Шор. — М.: Едиториал УРСС, 2004. — 256 с. — (Лингвистическое наследие XX века). — ISBN 5-354-00556-6 (обл.)

İstinadlar

Həmçinin bax

  • де Соссюр Фердинанд 2006-12-09 at the Wayback Machine Г.Е. Кедрова, Е.Б. Омельянова, А.М. Егоров
  • Биография
  • Курс общей лингвистики. Извлечения
  • Бондарев А. П. (2011). “Соссюр и теория литературы”. Электронная энциклопедия «Современная французская литература». 2012-02-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2011-12-07 .

Avqust 12, 2021
Ən son məqalələr

Hüseyniyyə məscidi

Hüseyniyyə (şəhər)

Hüseyni (üzüm)

Hüseyni sülaləsi

Hüseynkənd

Hüseynqulu Ağaməmmədov

Hüseynqulu Bağırov

Hüseynqulu Sarabski

Hüseynqulu sultan Şamlı

Hüseynqulu xan

Ən çox oxunan

Buxta (körfəz)

Buxurkolu

Buxurkolukimilər

Buy şəhəri

Buyabes

ferdinand, sossür, ferdinand, sössür, ferdinand, saussure, noyabr, 1857, 1857, cenevrə, fevral, 1913, 1913, vufflens, château, kantonu, tanınmış, isveçrə, alimi, dilçisi, semiologiya, struktur, dilçiliyin, banisi, əsrin, dilçiliyinin, atası, adlandırılan, söss. Ferdinand de Sossur fr Ferdinand de Saussure 26 noyabr 1857 1857 11 26 1 2 3 Cenevre 4 22 fevral 1913 1913 02 22 5 1 2 Vufflens le Chateau d Vo kantonu taninmis Isvecre alimi dilcisi semiologiya ve struktur dilciliyin banisi XX esrin dilciliyinin atasi adlandirilan F de Sossurun ideyalari XX esr humanitar fikre boyuk tesir gostermis ve strukturalizmin yaranmasina sebeb olmusdur Esas eseri F de Sossur Umumi dilcilik kursu fr Cours de linguistique generale Ferdinand de SossurFerdinand Monjen de SossurDogum tarixi 26 noyabr 1857Dogum yeri Isvecre Cenevre seheriVefat tarixi 22 fevral 1913 55 yasinda Vefat yeri Isvecre Cenevre seheriVetendasligi IsvecreMilliyyeti isvecElm sahesi dilcilikIs yeri Cenevre UniversitetiTehsili Cenevre Universiteti 1876 Leypsiq Universiteti 1880 Taninmis yetirmeleri A Sese S Balli Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 2 Sossurun dilcilik konsepsiyasi 3 Dilciliyin inkisafinda Sossurun yeri 4 F de Sossurun eserleri 5 Istinadlar 6 Hemcinin baxHeyati RedakteFerdinand Monjen de Sossur Saussure 1857 1913 26 noyabr 1857 ci ilde Isvecrenin Cenevre seherinde anadan olmusdur Sossurler ailesi mensece fransizdir Sossurun ulu babasi XVI esrde dini muharibeler zamani Lotaringiyanin Sossur sur Mozelot seherinden Isvecreye kocmusdur F de Sossur bu aileden cixmis ilk dilci deyildir Onun ulu babasi Nikola de Sossur 1709 1791 Deni Didronun ensiklopediyasinda emekdasliq etmisdi Ulu babasi Oras Benedikt de Sossur 1740 1799 tesviri geologiyanin banisi Cenevre universitetinde naturfelsefi kafedranin professoru olmusdur Minerologiyada iki termin sossurit ve sossuritlesme onun adi ile adlandirilmisdir Sossurun babasi Nikola Teodor de Sossur 1767 1845 meshur kimyaci fizik geoloq ve fizioloq olmusdur bitkilerin karbon qazini udub oksigen buraxmalarini o kesf etmisdir Nikola Teodorun bacisi Albertina Adriyenna de Sossur 1766 1841 fransiz yazicisi de Stal ve meshur dilci Adolf Pikte ile dostluq etmis Mutereqqi terbiye adli eser yazmisdir F de Sossurun boyuk emisi Teodor de Sossur 1824 1903 artilleriya polkovniki ve meshur ictimai xadim olmus dilcilik meseleleri ile de maraqlanmis fransiz dili ve xususi adlarin orfoqrafiya haqqinda iki eser yazmisdir F de Sossurun atasi Anri de Sossur 1929 1905 butun omrunu geologiyaya hesr etmisdir F de Sossurun qardaslari elm aleminde taninmis sima olmuslar Leopold de Sossur 1866 1932 vyetnam ve Cin dilleri habele qedim Cin astronomiyasi uzre mutexessis Rene de Sossur 1868 1932 riyaziyyat uzre mutexessis olmus habele tebii ve suni diller problemi haqqinda bir sira eserler yazmisdir Onun qardaslarindan tekce biri Oras de Sossur 1859 1926 elmle maraqlanmamis portretist ve peyzajist ressam olmusdur onun F de Sossurun yagli boya ile cekdiyi sekli indi de durur F de Sossurun elmi texeyyulunun mueyyenlesmesinde A Piktenin boyuk rolu olmusdur Sossurun usaqliq illerinde Pixte Cenevre yaxinligindan yasayirdi Sossurun qoca dilci ile sohbetleri onda dilciliye heves oyatmisdi Pixte dilcilik palentologiyasinin banisidir Pikte Sossurun tekce dilcilik goruslerinin deyil hem de felsefi goruslerinin formalasmasinda boyuk rolu oynamisdir Pikte Hegelin dosur olmusdur Sossurun antinomiyalarinin formalasmasinda Hegelin goruslerinin Pikte vasitesile tesiri az olmamisdir F de Sossur 14 yasinda intellectual qabiliyyetini gostermisdir 6 1872 ci ilde 15 yasli Sossur dilin umumi sisteminin tedqiqine hesr edilmis bir eser yazir muellif oz xatirelerinde bir yerde onu Diller haqqinda terbiye basqa yerde Dilin umumi sistemi adlandirir Eser bize catmamisdir lakin S Balli onu elinde tutmus ve iki defe Sossur haqqinda nekroloqda ve Dil ve heyat eserinde ondan sitat getirmisdir Mekteb illerinde Sossur yunan ve latin dillerinden elave sankrit dilini de oyrenir 1873 cu ilde 16 yasli gimnazist Sossur hind Avropa dillerinde burun sonanti haqqinda ferziyye ireli surur lakin bunu usaq eylencesi sayib elan etmir uc il sonra Bruqman analoji kesfini elan edir 1875 ci ilde Sossur Cenevre universitetine daxil olur fizika ve kimya uzre mutexessis olmaga hazirlasir dilcilik ve hind Avropa dilleri ile mesgul olmaga demek olar ki vaxti qalmir O 1877 ci ilde Hind Avropa ulu dilinde muxtelif a haqqinda adli eser yazir bu eserde burun sonanti haqqinda bir soz bele yoxdur Memuar da Sossur yazir ki Boppun qrammatikasini oxuduqdan sonra o burun sonanti fikrinden el cekmisdi Bruqmanin kesfinden sonra buna heyifsilenmisdi Umumiyyetle Sossurde oz yazdiqlarina laqeyd qalmaq xasiyyeti var idi gencliyinde o burun sonanti ferziyyesinden el cekmis yasli vaxtinda Umumi dilcilik kursu nu cap etmekden imtina etmisdi onun arxivinde anaqramlar haqqinda 99 defter Kurs haqqinda uc nazik defter vardir 1876 ci ilin oktyabr ayinda Sossur Cenevreni terk edib Leypsiq seherine gelir Sossurun tehsilini davam etdirmesi ucun Leypsiq universiteti tesadufi secilmisdi Ancaq mehz bu dovrde Leypsiq seherinde dilcilerin guclu ozeyi formalasmaqda idi Bopp mektebinin son numayendesi Georq Kursius oz yaradiciligini basa vurmaqda idi yeni cereyanin ilk numayendesi Avqust Leskin 1840 1916 Leypsiq universitetinde slavyan filologiyasi kafedrasina rehberlik edirdi Mehz burada 1878 ci ilde Bruqman ve Osthoq yeni qrammatiklerin manifestini elan edir 1878 ci ilin dekabrinda Sossur Hind Avropa dillerinde saitlerin ilkin sistemi haqqinda memuar adli eserini yazir Sossur bu eserde butov bir sistemi saitler sistemini tedqiq edir Memuar Sossuru dilcilik klassikleri ile bir siraya kecirdi Bu eser oz dovrunu 50 il qabaqladi Sossurun bu eserde ireli surduyu sonant koeffisienti emsali 1927 ci ilde Y Kurilovic terefinden parlaq suretde subut edildi ve larinqal nezeriyyesi adini aldi 1878 ci ilde Sossur universiteti bitirir ve Berline gedir 1979 ilin sonunda Leypsiqe qayidir 1880 ci ilin fevralinda Sanskrit dilinde mutleq yiyelik hal adli doktorluq dissertasiyasini muveffeqiyyetle mudafie edir 1880 ci ilin dekabrinda Parise gedir ve Paris dilcilik cemiyyetinin isinde feal istirak edir 1882 ci il dekabrin 16 da cemiyyetin katibinin muavini secilir 1881 ci ilin 30 oktyabrinda Ali tehsil mektebine ise qebul olunur ve noyabrin 5 den muhazirelere baslayir 1881 87 ci illerde qot ve quxari alman dillerinden 1887 88 ci illerde yunan ve latin dillerinin muqayiseli qrammatikasinda 1888 89 cu illerde litva dilinden kurslar aparir 1889 1890 ci illerde xesteliyi ile elaqedar olaraq mezuniyyet goturub Cenevreye qayidir Fransa qanunlarina gore xarici tebeeler kafedra mudiri ola bilmezdiler Buna gore de ona Fransaya qayitdiqdan sonra vetendasligi qebul etmeyi teklif etdiler o bu teklifi redd edir ve 1891 ci ilde hemiselik Cenevreye qayidir 7 Sossur Cenevreye qayitdiqda onun 34 yasi vardi O Cenevrede xususi olaraq onun ucun teskil edilmis hind Avropa dillerinin ve sanskrit dilinin tarixi ve muqayiseli qrammatikasi kafedrasinda ekstraordinar professor vezifesini tutur 1896 ci ilde ordinar professor olur Onun muhazire oxudugu fenleri saysaq boyuk bir siyahi alinar Bunu da qeyd etmek lazimdir ki bu fenler her ders ili deyisirdi Bundan elave o german dillerinden ve sanskrit dilinde muhazireler oxumusdur Bu dovrde o hec bir eser yazmamisdir 1906 ci ilde Vertqeymer olur 1907 ci ilin fevralinda Sossur onun yerini tutur universitetde umumi dilcilik kafedrasina rehberlik edir ve bu fenden muhazire demeye baslayir Mezh bu muhazireler Sese ve Balli terefinden onun olumunden sonra cap edilmisdir Sossur 1912 ci ilde xestelenir ve ders ilini basa vura bilmir o yeni ders ilinde de muhazirelere baslamir 1913 cu ilin 22 fevralinda vefat etmisdir Olumunden sonra onun ardicillari S Balli ve A Sese onun muhazireleri esasinda Umumi dilcilik kursu adli eserini nesr edirler Sossur butun omru boyu bele bir eser yazmaq arzusunda olmus lakin bunu gucu catmayan bir is hesab etmis hetta telebelerine demisdi ki bele bir eser yazmaq ucun ozunu hele hazir saymir Umumi dilcilik kursu muellifine dunya sohreti qazandirdi Bu eser dilcilik elminde XX esrin daxil oldugunu elan etdi Bu eser dunyanin bir sira dillerine tercume edilmisdir Mubaligesiz demek olar ki muasir dilcilikde ele bir cereyan yoxdur ki onun yaranmasinda Sossurun Umumi dilcilik kursu eserinin tesiri hiss edilmesin Sossurun dilcilik konsepsiyasi RedakteSossurun dilcilik konsepsiyasinda muhum yeri dil ve nitqi qarsilasdirmasi bir birinden ferqlendirmesi tutur Dil ve nitqin munasibeti problemini ilk defe Sossur ireli surmusdu Sossur dil nitq ve dil fealiyyetini ferqlendirmek ucun uc fransiz terminini la langue la parole la langage terminlerini dilciliye daxil edir Sossur insanin danismaq qabiliyyetini bacarigini butovlukde nitq fealiyyeti langage adlandirir Umumi fenomen olan nitq fealiyyeti daxilen dil langue ve nitq parole deye iki yere ayrilir Muellif nitq aktini nitq hesab edir Dil anlayisi langue umumiyyetle dil fealiyyeti anlayisi langage ile uygun gelir Dil dil fealiyyetinin yalniz mueyyen bir hissesidir Sossurun dili nitq fealiyyetinden ayirmasi onun insan haqqinda bilikler sisteminde yerini mueyyenlesdirmeye getirdi Sossur dili isare sistemi hesab edir Dil fikir ifade eden isareler sistemidir hem de semiotik sistemlerden en muhumudur Sossur birinci dilcidir ki semiologiya haqqinda mesele qaldirdi Semiologiya cemiyyetin heyatinda isarelerin fealiyyetini oyrenir Semiotika sosial psixologiyanin ve umumi psixologiyanin bir hissesi olmalidir Sossur yazir ki dili basqa ictimai hadiselerden onun isarevi seciyyesi ferqlendirir dil fikir ifade eden isareler sistemidir 8 Isare sozunun ikimenali derk edilmesini aradan qaldirmaq ucun Sossur bir birini nezerde tutan ve eyni zamanda qarsiliqli sekilde qarsilasdiran her uc mefhumu oz adlari ile adlandirmagi teklif edir O teklif edir ki isare signe sozu butovlukde ifade etmek ucun saxlansin mefhum ve akustik obraz terminleri ise uygun olaraq isarelenen signifie ve isareleyen sifnificant terminleri ile evez edilsin Sossur yazir ki sonuncu iki terminin ustunluyu ondadir ki o hem oz aralarinda movcud olan qarsilasdirmani hem de butov ve butovun hisseleri arasindaki qarsilasdirmani nezere carpdirir qeyd edir 9 Dil isaresinin ixtiyariliyinden danisarken Sossur isarenin fasilesizliyi ve deyiskenliyi prinsipi ile yanasi isarenin deyismezliyi sabitliyi prinsipi de serh edir O yazir ki eger ifade etdiyi mefhuma munasibetde isareleyen secimde serbestdirse ondan istifade eden dil kollektivine munasibetde azad deyildir 10 Bu kollektivden fikrini sorusmadan dilin secdiyi isareleyen basqasi ile evez edile bilmez Ziddiyyetli gorune bilen bu fakti mecburi gedis adlandirmaq olar Ele bir dile deyirler Sec ele buradaca elave edirler o isareni yox bax bu isareni Sossur dilde qefil deyisikliyin bas vermemesinin dord sebebini gosterir 1 Isarenin ixtiyariliyi 2 Isarenin coxlugu 3 Sistemin olduqca murekkeb seciyyesi 4 Her handi dil innovasiyasina kollektiv etaletin muqavimeti 11 Sossurun dilcilik teliminin ana xetti olan dil isaresi problemi tebii sekilde dil sisteminin unsurleri meselesi ile elaqelenir Dil sisteminin ilkin unsurlerini o entite mahiyyet fakt hadise ve unite vahid hisse terminleri ile adlandirir O vahid termini ile real sekilde musahide edilen nitq zenciri seqmentlerinie fakt termini ile dil fealiyyeti hadiselerini adlandirir Dilciliyin inkisafinda Sossurun yeri RedakteMuasir dilcilik elminde ele bir mekteb ve cereyan yoxdur ki Sossurun ideyalarinin tesirinden kenarda qalsin sosiolinqvistika ve struktur dilcilik cereyanlari ise Sossur ideyalarinin tam nufuzu altinda yaranmis ve formalasmisdir Ferdinand de Sossurun dilcilik elminin inkisafinda xidmetlerini bele xulase etmek olar 1 Dilcilik tarixinde Sossur dilin coxuzvu olmasini derk eden ilk tedqiqatcilarindan biri olmusdur O basa dusurdu ki dil bir yox bir nece obyekti ehtiva edir 2 F de Sossur xarici ve daxili dilciliyi qarsilasdirir Sossur gosterirdi ki dilin daxili qurulusu ile onun xarici movcudlugu seraiti arasinda hec bir uzvu zeruri ve bilavasite elaqe yoxdur 3 Dilin sinxron ve diaxron oyrenilmesi ideyasi Sossur ireli surmusdur O qeyd edir ki dilin tarixini bilmeden onun daxili mexanizmini oyrenmek ve izah etmek olar 4 F de Sossur nitq fealiyyetini dil langue ve nitqe parole ayirirdi Nitq dilin isledilmesi neticesidir ayrica danisma aktinin neticesidir Nitq ferdidir xettidir fiziki seciyyelenir Dil hemin dil kollektivinin butun uzvleri ucun mecburi olan bir biri ile qarsiliqli elaqelenmis isarelerin sistemidir 5 F de Sossur dil vahidleri arasinda elaqelerin iki seklinde gosterir sintaqmatik ve assosiativ elaqeler Birinci elaqe dilin sintaqmatik oxunda yeni nitq axininda vahidlerin bilavasite yaxinligina gore assosiasiyasi neticesinde ikinci elaqe dilin paradiqmatik oxunda vahidlerin assosiativ oxsarligi neticesinde tezahur edir F de Sossurun eserleri RedakteSossyur F de Trudy po yazykoznaniyu Per s franc yaz pod red A A Holodovicha Red M A Oborina Predisl prof N S Chemodanova M Progress 1977 696 2 s Yazykovedy mira 15 000 ekz v per Sossyur F de Zametki po obshej lingvistike M Progress 1990 2001 v per Sossyur Ferdinand de Kurs obshej lingvistiki Per s francuzskogo A M Suhotina pod redakciej i s primechaniyami R I Shor M Editorial URSS 2004 256 s Lingvisticheskoe nasledie XX veka ISBN 5 354 00556 6 obl Istinadlar Redakte 1 2 3 4 Indiana Philosophy Ontology Project lt a href https wikidata org wiki Track Q6023365 gt lt a gt lt a href https wikidata org wiki Track P863 gt lt a gt 1 2 3 4 GeneaStar lt a href https wikidata org wiki Track P8094 gt lt a gt lt a href https wikidata org wiki Track Q3100478 gt lt a gt lt a href https wikidata org wiki Track Q98769076 gt lt a gt 1 2 Babelio 2007 lt a href https wikidata org wiki Track Q2877812 gt lt a gt lt a href https wikidata org wiki Track P3630 gt lt a gt lt a href https wikidata org wiki Track P3631 gt lt a gt Almaniya Milli Kitabxanasi Berlin Dovlet Kitabxanasi Bavariya Dovlet Kitabxanasi ve b Record 118605879 Umumi tenzimleme nezareti GND 2012 2016 lt a href https wikidata org wiki Track Q27302 gt lt a gt lt a href https wikidata org wiki Track Q304037 gt lt a gt lt a href https wikidata org wiki Track Q256507 gt lt a gt lt a href https wikidata org wiki Track Q170109 gt lt a gt lt a href https wikidata org wiki Track Q36578 gt lt a gt 1 2 Bibliotheque nationale de France BnF identifikatoru aciq melumat platformasi 2011 lt a href https wikidata org wiki Track Q193563 gt lt a gt lt a href https wikidata org wiki Track Q19938912 gt lt a gt lt a href https wikidata org wiki Track P268 gt lt a gt lt a href https wikidata org wiki Track Q54837 gt lt a gt Slyusareva Natalya Aleksandrovna Nekotorye poluzabytye stranicy iz istorii yazykoznaniya F de Sossyur i U Uitnej Obshee i romanskoe yazykoznanie K 60 letiyu R A Budagova Moskva 1972 E Recebli F de Sossurun dilcilik gorusleri Baki 2003 9 s Saussure s Third Course of Lectures in General Linguistics 1910 1911 Emile Constantin ders notlarindan Language and Communication series volume 12 trans and ed E Komatsu and R Harris Oxford p 16 Saussure s Third Course of Lectures in General Linguistics 1910 1911 Emile Constantin ders notlarindan Language and Communication series volume 12 trans and ed E Komatsu and R Harris Oxford p 66 Saussure s Third Course of Lectures in General Linguistics 1910 1911 Emile Constantin ders notlarindan Language and Communication series volume 12 trans and ed E Komatsu and R Harris Oxford p 71 Saussure s Third Course of Lectures in General Linguistics 1910 1911 Emile Constantin ders notlarindan Language and Communication series volume 12 trans and ed E Komatsu and R Harris Oxford p 73Hemcinin bax Redaktede Sossyur Ferdinand Arxivlesdirilib 2006 12 09 at the Wayback Machine G E Kedrova E B Omelyanova A M Egorov Biografiya Kurs obshej lingvistiki Izvlecheniya Bondarev A P 2011 Sossyur i teoriya literatury Elektronnaya enciklopediya Sovremennaya francuzskaya literatura 2012 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2011 12 07 Menbe https az wikipedia org w index php title Ferdinand de Sossur amp oldid 5727398, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.