Press "Enter" to skip to content

Sovet təhsil sistemi

A.Əlizadə vurğulayıb ki, dövlət idarəçilik təcrübəsini Azərbaycana SSRİ qazandırıb: “Bir növ onlar bizə tilov veriblər ki, balıq tuta bilək. Yəni, təhsil verilib ki, biz dövlət idarəçiliyini bilək. Azərbaycan Xalq Cəbhəsinin liderləri də Sovet təhsili görmüşdülər. Ancaq onlar idarəçiliyi bilmirdilər. Ümummilli lider Heydər Əliyev isə dövlət idarəçiliyini yaxşı bilirdi. O, dövlət idarəçiliyini Sovet İttifaqı sistemində öyrənmişdi, “KQB” və partiya məktəbi keçmişdi. Ona görə də Azərbaycanı idarə etməyi bacardı. Ümumiyyətlə, bizim görkəmli dövlət xadimlərinin hamısı bu mərhələləri keçmişdilər.

Deputat: Azərbaycanda təhsil sistemi SSRİ təhsilinə çata bilmir

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə deputat həmkarı Arif Rəhimzadənin rus dili və Rusiyanın Azərbaycan dövlətinin yaradılmasında böyük rolunun olması barədə fikirlərinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, A.Əlizadə “Ölkə.Az”-a açıqlamasında deyib ki, Arif Rəhimzadə bu fikirlərində haqlıdır: “Mən bu məsələdə Arif Rəhimzadə ilə tamamilə razıyam. Doğrudan da, Sovet təhsil sistemi bizə dövlət idarəçiliyində çox böyük yardım edib. Hər bir dövlətin formalaşması o xalqın təhsil və mədəniyyət səviyyəsi ilə ölçülür. Azərbaycanda isə Sovet İttifaqından əvvəl bütövlükdə cəmi 25-28 nəfər ali təhsilli şəxs olub. SSRİ dağıldıqda isə Azərbaycanın bütün əhalisi artıq savadlı idi.

Azərbaycanda vəziyyət o səviyyəyə çatmışdı ki, bizdə ali təhsilli adamlar işsiz idilər. Özü də SSRİ dövrünün təhsil səviyyəsini indiki ilə müqayisə etmək olmazdı. İndi deyirlər ki, Sovet təhsil sistemi və sairə. Sovet təhsil sistemi təkmilləşmiş baloniya təhsil sistemi idi. İndiki baloniya təhsil sistemi əhəmiyyətsizdir. Ona görə də əgər biz Azərbaycanın təhsil sisteminin inkişafını istəyiriksə, o zaman SSRİ dövründəki təhsil sisteminə qayıtmalıyıq. Doğrudur, SSRİ dövründə də bəzi çatışmazlıqlar var idi. Ancaq bütövlükdə o təhsil sistemi indikindən daha yaxşı olub. Bilirsiniz, quş qoymaqla təhsil olmaz. Ola bilsin ki, hansısa təbəqə nəyisə bilmir.

Ancaq müəllim onunla söhbət əsnasında görəcək ki, həmin tələbənin başı işləyir, yoxsa işləmir! Ancaq quş və digər işarələr qoymaq düzgün deyil. Bununla şagirdin, tələbənin təhsil səviyyəsini öyrənmək dəqiq mümkün deyil”.

Deputat qeyd edib ki, Azərbaycanda repititorlar əzbərçiliklə məşğul olur: “Təsəvvür edin ki, Azərbaycanda illərdir ki, test sistemi mövcuddur. Ancaq təhsil sistemi SSRİ təhsilinə çata bilmir.

Test suallarının da əksəriyyəti bir-birinə bənzəyir. Repititorlar şagirdlərə harada quş qoymaq lazım olub-olmamasını öyrədir. Universitetlərdə də eyni sistem tətbiq olunur. Deyirlər ki, bununla rüşvətxorluğun qarşısı alınır. Ancaq bununla həm də təhsilimizin qarşısı alınır”.

A.Əlizadə vurğulayıb ki, dövlət idarəçilik təcrübəsini Azərbaycana SSRİ qazandırıb: “Bir növ onlar bizə tilov veriblər ki, balıq tuta bilək. Yəni, təhsil verilib ki, biz dövlət idarəçiliyini bilək. Azərbaycan Xalq Cəbhəsinin liderləri də Sovet təhsili görmüşdülər. Ancaq onlar idarəçiliyi bilmirdilər. Ümummilli lider Heydər Əliyev isə dövlət idarəçiliyini yaxşı bilirdi. O, dövlət idarəçiliyini Sovet İttifaqı sistemində öyrənmişdi, “KQB” və partiya məktəbi keçmişdi. Ona görə də Azərbaycanı idarə etməyi bacardı. Ümumiyyətlə, bizim görkəmli dövlət xadimlərinin hamısı bu mərhələləri keçmişdilər.

Ancaq Xalq Cəbhəsinin liderləri hakimiyyətə gələndən sonra öz təcrübəsizliklərini və bacarıqsızlıqlarını açıq-aşkar nümayiş etdirdilər. Bilirsiniz, bu ona bənzəyir ki, bir körpə uşağı aparıb “Kamaz” maşınının sükanı arxasında otuzdurub deyirsən ki, bunu idarə et! Təbii ki, körpə uşaq “Kamaz”ı sürməyi bacarmayacaq. Xalq Cəbhəsi də dövləti idarə edə bilmirdi. Ona görə mən də hesab edirəm ki, Azərbaycanda dövlət quruculuğunun təməli Sovet İttifaqı dövründə qoyulub. Tarixə nəzər salsaq, görərik ki, SSRİ-nin ilk rəhbərlərindən biri Nəriman Nərimanov olub.

Baxmayaraq ki, ermənilər daha çox SSRİ-də yüksək vəzifələrdə yer tutublar. Bunun da əsas səbəbi ermənilərin yaltaq və hiyləgər olması ilə bağlıdır. Çünki istədikləri adamın qılığına girməyi bacarıblar. Ancaq SSRİ-də yaxşı vəzifələr tutmuş azərbaycanlılar da var idi. Bütün bunlar da Sovet təhsil sisteminə görə olub. Əgər sənin təhsilin yoxdursa, həyatda heç nəyə nail ola bilməzsən”.

Xankəndi

“Sovet təhsil sistemi öz dövrü, öz sosial iqtisadi konteksti üçün fundamental və irəlidə gedən təhsil sistemi olub. Həmin sosial iqtisadi kontekst mövcud deyil. Buna görə də sovet təhsil sistemini yaratmaq qeyri-mümkündür”.

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil.TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkədə təhsil sistemi müasir rəqabətə əsaslanır: “Bazar iqtisadiyyatına uyğun təhsil sistemi qurmaq bir zərurətdir və bunu olduğu kimi qəbul edirik. Əmək bazarında nüfuzlu peşəyə sahib olmağın yolları təkcə ali təhsil müəssiəni bitirmək deyil. Bundan öncə peşə təhsil seçimi “akademik nailiyyətləri zəif olan uşaqların” aqibəti kimi təqdim olunurdu. Peşə təhsil sistemi həm ölkə iqtisadiyyatının durumunun dəstəklənməsi, həm digər təhsil pillərinə nisbətən şəxsin əmək bazarına buraxılması üçün daha qısa müddət tələb edir”.

Nazir vurğulayıb ki, peşə təhsili və təlimi böyüklər üçün də aktualdır. Belə ki, iqtisadi struktur dəyişdiyi dövründə, bir sahənin başqa sahə ilə əvəzlənməsi dövründə insanlar 2-3 peşəyə sahib olur: “ Bir çox ölkələrdə imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir, yəni qəbul imtahanı olmur. Bu gün ölkədə qəbul imtahanları elə formada həyata keçirilir ki, qalib gələnlər bir çox şey əldə edir. Tələbə adını qazanmayanlar isə hər hansı imkan əldə edə bilmir. Bu gün ölkədə ali təhsil almaq istəyənlərin sayı ildən-ilə artır. Bilikli insanlar cəlbedici işləri tutmaq şansına daha çox sahib olurlar. Əgər ölkədə biliyin qiymətləndirilməsi sistemi işləyirsə, qəbul imtahanın mərkəzləşdirilməsi zəruriliyi çox aşağıdır. Hansı ölkədə bilikdən daha çox diploma üstünlük verilirsə, orada mərkəzləşdirilmiş qəbul imtahanının olması vacib və zəruridir”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda vahid imtahanın tətbiqinin kökündə duran səbəb təhsilin keyfiyyəti ilə bağlı olmayıb: “Biliyin qiymətləndirilməsinin keyfiyyəti ilə, yəni qəbul imtahanında yol verilən korrupsiya problemi ilə bağlı olub. Problemin aradan qaldırılması üçün belə alət təklif olunub ki, vahid imtahan keçirək. Müasir aparıcı təhsil sistemində yalnız müəyyən meyarlar olmalıdır ki, tələbə onların hansınasa cavab versin. Həmin minimal meyarlar toplanan balların sayı ola bilər. Yaxud məktəbdə neçə il təhsil alıbsan, o ola bilər”.

Nazir əlavə edib ki, bir ixtisasdan başqa ixtisasa olan köçürmədə baş verən pozuntu cəhdlərini görürük və bunun qarşısını alırıq: “Bizim ölkəmiz bu problemlə üz-üzə qalan yeganə dövlət deyil. Qonşu ölkələrin təhsil sistemində də eyni problem yaşanır. O ölkələrin təhsilində mərkəzləşdirilmiş imtahan olur ki, onların ali təhsil müəssisələri bu prosesi həyata keçirərkən pozuntulara yol verir”.

M. Cabbarov eyni zamanda qeyd edib ki, yeni məzmunun əsas fərqi mütləq biliyə əsaslanan tədris proqramının tədbiqi biliyə və tənqidi təfəkkürə əsaslan məzmun proqramı ilə əvəz olunmasıdır. O, əlavə edib ki, mütləq biliyin ölçülməsi alətləri ilə tədbiqi biliyin və tənqidi təfəkkürün ölçülməsi alətləri arasında fərq var. Bu məsələdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin baxışı eynidir: “Bir sıra bacarıq və biliklər var ki, onları son illər ərzində imtahan etməmişik və bunun acı nəticələrini bu gün də görürük. Misal olaraq, mətbuat sahəsində işləmək istəyənlərin yazı keyfiyyəti əsas şərtlərdən biridir ki, buraxılış və qəbul imtahanlarında inşa, esse yazmırıq. Bu biliyi ölçmədikdə şagird-valideyn, müəllim və direktor üçün ikinci məsələ olur. Bunu şəxsi inanca buraxırıq. Valideyn bilirmi ki, onun övladı bu sahədə hansı biliyə malikdir? Universitet tələbəsinə seçim qoymamışıq ki, esse yazsınlar. Bir çox valideyn öz borcunu övladını qəbul imtahanına hazırlamaq kimi başa düşür. Biz nəyi soruşacağıqca, onu da öyrənəcəklər. Sosial şəbəkələr oxumaq üçün bir maneədir. Bunu inkar etmirəm. Mütaliə və oxunu dəstəkləyən alətlərimiz də var. Bu il nəhayət ki, 9-cu sinifdə esse yazılacaq. Ancaq təbii ki, bu ilin keyfiyyəti ilə 20 il sonra yazılan esselərin keyfiyyəti çox fərqli olacaq. Önəmlisi odur ki, biz vərdişi geri qaytarırıq. Biz şagirdlərə imkan verməliyik ki, onlar bizə elə cavab versinlər ki, təəccüblənək. Buraxılış imtahanlarının keçirilməsi qaydasının dəyişməsi zəruri idi. Bu il bizim üçün yeni baza yaranır. 100 ballıq sistem tədbiq olunacaq. Bu daha şaxələndirilmiş şəkildə tədbiq olunacaq sistem olacaq”.

Comments are closed, but trackbacks and pingbacks are open.