Press "Enter" to skip to content

Sərdarov.m qloballaşma və miqrasiya siyasəti

Şərq və Qərb ara­sın­da münaqişənin sonu

Sərdarov.m qloballaşma və miqrasiya siyasəti

“Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki,

bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin

iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var.

Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar məsələlər xüsusi yer tutur. Belə bir tarixi dönəmdə dünyanın 140-dan çox ölkəsinin təmsil olunduğu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edildi. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılmışdı.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıq, dözümlülükdür. Ölkəmiz isə tolerantlığın məkanıdır. “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Çünki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Tarixi faktlardan da göründüyü kimi, uzun tarixi dövrdə bu hadisə özü artıq mövcud olsa da “multikulturalizm” termini siyasi leksikona ilk dəfə ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində gətirilib. Bu termindən vahid mədəni məkanı ifadə etmək üçün istifadə edilir və multikulturalizm mədəniyyətlərin assimilyasiya olmadan inteqrasiyasını təklif edir. Həqiqət budur ki, ötən əsr boyunca assimilyasiya Avropanın bəzi dövlətləri tərəfindən immiqrant mədəniyyətlərə münasibətdə istifadə edilən strategiya kimi bir çox hallarda özünü doğrultmadı və bu gün də belə əngəllər qalmaqdadır. Məsələn, minarələrin tikilməsinə, müxtəlif geyim növlərinə, dini simvollara qoyulan qadağalar, etnik əlamətə görə dövri təqiblər və s. Bu məqam da onu göstərir ki, bir çox Avropa ölkələri multikultiralizm prinsiplərindən imtina ediblər və hətta bu gün multikulturalizmin iflasa uğradığını qəbul və bəyan edirlər. Həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəf seçən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan qüvvələr buna səbəb kimi mürəkkəb kulturoloji vəziyyəti göstərirlər.

Belə bir dönəmdə Prezident İlham Əliyevin “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib” fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini dərk etmək baxımından bütün məqamlara geniş spektrdə işıq salır. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Cənab Prezidentin imzaladığı Sərəncama əsasən 2016-cı ilin Azərbaycanda “Multikultiralizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.

Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq qürurverici bir haldır. Multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə hər zaman öz töhfələrini verməkdədir.

BMT QAK-ın təşkilatçılığı ilə Cenevrə şəhərində keçirilən “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusuna həsr edilmiş növbəti 8-ci yüksək səviyyəli dialoq da çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli imkanlar açmışdır.

Bu gün həqiqət budur ki, dünyada daha çox baş verən miqrant böhranından danışılır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.

Məlum olduğu kimi, Azərbaycan da 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdir. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən-yuvasından didərgin düşmüşdür. Azərbaycan o böhranın öhdəsindən, demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçmüşdür.

Әminliklә demәk olar ki, 2015-ci ildə Azәrbaycan birinci Avropa Oyunlarını uğurla keçirmәklә dünya idman tarixindә yeni bir sәhifә açdı. Azәrbaycana gәlәn qonaqlar vә idmançılar ölkәmizdәki qonaqpәrvәrliyә, Bakının gözәlliyinә, zәngin tarixinә vә müasir inkişafına, qısa dövr әrzindә әldә edilmiş uğurlara heyran oldular. Artıq Bakı 2017-­ci ildә İslam Hәmrәylik Oyunlarını qәbul etmәyә hazırlaşır. Bu da, Azәrbaycanın dünyada necә nadir bir missiya daşımasının әyani ifadәsidir: Azәrbaycan artıq mәdәniyyәtlәrin, dinlәrin, fәrqli geosiyasi qütblәrin әmәkdaşlıq mәkanı kimi qәbul olunur.

Ümumbəşər varlığının inkişafının əsaslarından biri olan multikulturalizm siyasətinin əsasında vətəndaş cəmiyyətinin ən mühüm xarakteristikası hesab olunan dövlətin mədəni plüralizmi qəbul etməsi dayanır ki, respublikamızda bu prinsip çox yüksək səviyyədədir və bunun sübuta ehtiyacı yoxdur. Azərbaycan dövləti müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafını dəstəkləməklə yanaşı, mədəni qrupların sosiallaşmasına geniş imkanlar açıb. Təkcə Bakıda neçə-neçə müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların arasında: rusların, ukrainlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda da belə icmalar mövcuddur. Bunlar onu deməyə əsas verir ki, hazırda dünyanın müxtəlif bölgələrində ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycanda dünyanın bir çox ölkələri, beynəlxalq ictimaiyyət üçün xüsusi nümunə olan özünəxas dinlərarası dialoq və tolerantlıq modeli qurulub. Multikulturalizmi inkişaf etdirmək üçün həm maddi, həm də qeyri-maddi mədəni irs olmalıdır fikri isə inkarolunmazdır.

Qloballaşma şəraitində həyata keçirilən iri miqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Məlum olduğu kimi, ölkəmizdəki mövcud multikurturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriaxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: “Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir”. Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: “İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır”.

Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, bu gün respublikamızda məscidlərlə bərabər, kilsələr də, sinaqoqlar da fəaliyyət göstərir. Elə buna görə də bu gün hər kəsin bölüşdüyü bir fikir var ki, “dövlət və din münasibətləri sahəsində Azərbaycan modeli başqa ölkələrə də ixrac edilə bilər. Dini tolerantlıq və dözümlülük Azərbaycanın malik olduğu zənginliklərdir”.

Ulu öndər Heydər Əliyev başda olmaqla respublika hökuməti dinlərarası dialoq təşəbbüsünü nəzərə çatdıraraq, 2002-ci il mayın 23-də Roma Papası II İohann Pavelin ölkəmizə səfərini təşkil etmişdi. Papanın səfəri böyük əks-səda doğurmuşdu.

Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında daha bir nümunə, Roma Patriarxı I Varfolomey də 2003-cü ildə ölkəmizə səfər edərkən deyib: “Burada dini dözümlülüyün səviyyəsindən məmnun qaldım. Azərbaycanda hər kəs öz arzusuna görə dininə etiqad edə və ayinlərini keçirə bilər”.

Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin İlham Əliyev tərəfinən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçıləri, alimləri tərəfindən qəbul edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Dövlət müstəqilliyimizin ilk illərində bizə tolerantlıq və dözümlülük tövsiyə edən Qərbi Avropa bu gün etnik faciə, dini-etnik qarşıdurma ilə üzləşib. Müasir Qərb politoloqları etiraf edirlər ki, multikurturalizm burada iflasa uğrayıb. Onlar vəziyyətdən çıxış yolu kimi Azərbaycanın tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Çünki mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə, demək olar ki, yoxdur. Bunu 2012-ci il Londonda “ Avropa multikurturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan modeli haqqında səslənən fikirlər də təsdiq edir.

Bütün dövrlərdə tolerantlıq, etnik müxtəliflik Qərb dünyasına bağlı olan ölkəmizin tarixi, mədəni inkişafının göstəricisi olub. Təsadüfi deyil ki, Azərbaycanı Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırırlar.

Azərbaycanda multikulturalizm siyasəti müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənir. Bu model sivilizasiyalararası və mədəniyyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töfhəsidir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində demişdir: “Azərbaycan multikurturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikurturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikurturalizm iflasa uğrayıb. Bəlkə hardasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”. Bu baxımdan, Azərbaycan Respublikasında multikurturalizm milli azlıqların dominant xalq və mədəniyyət içərisində assimilyasiyasına deyil, inteqrasiyasına yönəldilən effektiv vasitə olmaqla yanaşı, ölkədə vətəndaş birliyinə, tolerantlığa, müxtəlif etnik və dini qruplar arasında birgəyaşayış prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir, daxili mədəni dinamikanı sürətləndirir, cəmiyyəti xarici təhdidlərə qarşı müqavimətdə səfərbər edir.

Respublika Prezidenti İlham Əliyev ötən ilin may ayının 18-də Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində dövlətimizin multikurturalizm siyasətinə, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm roluna, o cümlədən sülh və təhlükəsizliyin bərqərar olmasında əhəmiyyətinə toxunaraq demişdir: “Bizim ölkədə multikurturalizm ənənələri hər zaman güclü olub. Mutikurturalizmin alternativi yoxdur. Hesab edirəm ki, multikurturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcəkdir”.

Bütövlükdə, Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqları ilə bağlı olan təcrübəsinə əsaslanaraq deyə bilərik ki, xarici düşmən qüvvələr əsas hədəf kimi bu gün məhz xalqlarımız arasında tarixən formalaşmış milli birliyin pozulmasını, dini zəmində qarşıdurmalar yaradılmasını hədəf seçmişlər. Multikurturalizmin Azərbaycan modelinin tətbiqi və inkişaf etdirilməsi bu təhdidlərə ən rasional və səmərəli cavab, onların qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlər sistemidir.

Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan özünün multikurturalizm modelini dünyaya təqdim edir. 2014-cü il fevral ayının 28-də yeni təsisat – Azərbaycan Respublikasının millətlərarası, multikurturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təsis olunmuş, Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü il may ayının 15-də isə hələlik dünyada yeganə olan Bakı Beynəlxalq Multikurturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan ölkədə multikurturalizm mühitinin qorunması məqsədilə bir sıra nüfuzlu beynəlxalq qurumlarla – BMT, ATƏT, İƏT və Avropa ittifaqı ilə əməkdaşlığı da genişləndirməkdədir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci il noyabrın 3-də Xidmətin (www.miqration.gov.az) internet səhifəsi istifadəyə verilmişdir. Xidmətin rəsmi saytı bu il tamamilə yenilənmiş, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilmiş, zamanın tələbinə uyğunlaşdırılmışdır. 2008-ci il dekabrın 1-dən isə Dövlət Miqrasiya Xidmətinin 3 dildə – Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi yaradılmışdır. Bu Mərkəzin də fəaliyyəti yenidən qurulmuş, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilmişdir ki, təkcə ötən il Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olmuşdur.

2010-cu ildə isə Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən ilk mətbu nəşri – “Miqrasiya” jurnalı işıq üzü görmüşdür və jurnal mütəmadi olaraq nəşr olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.

Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat sistemi haqqında Əsasnamə”yə uyğun olaraq miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) və onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır.

Bir məsələni də xatırlatmaq yerinə düşər. 2008-ci ilin dekabr ayında Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Bu mötəbər tədbirdə dünyanın 48 ölkəsinin, o cümlədən 10 islam dövlətinin, 8 beynəlxalq təşkilatın, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Azərbaycan tərəfinin təşəbbüsü ilə ilk dəfə olaraq, “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyənnaməsi” qəbul edilmiş, sivilizasiyalar arasında dialoqun əldə oliunması və inkişafına yönəldilən “Bakı prosesi”nin təməli qoyulmuşdur. 2015-ci il yanvar ayının 30-da isə Nyu-Yorkda – BMT mənzil-qərargahında “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçirilmişdir. “Tarixi hadisə” adlandırılan həmin mərasimdə “Bakı prosesi”nin və forumun mühüm missiyası – dünyada sülh və əməkdaşlığın qorunması, qarşılıqlı faydalı dialoqun yaradılması prinsiplərinə xidmət edəcəyi xüsusi vurğulanmış, Azərbaycanın qlobal təşəbbüsü və dialoq yaratma təcrübəsi yüksək qiymətləndirilmişdir.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyev multikurturalizmin Azərbaycan modelinin missiyası və məqsədlərini bir daha açıqlayaraq demişdir: “Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir”.

Bu gün ölkə başçısı tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsirlik mədəni yaşam şərtlərindən doğan multikurturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağrışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Çünki Azərbaycan bütün etnosların dövlət ideologiyası olan, tolerantlıq və multikurturalizm kimi dövlət səviyyəsində möhkəmləndirilən elementlərə sahib olan güclü – milli ideologiyaya malikdir.

Yuxarıda qeyd olunanların məntiqi nəticəisdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik, təhlükəsizlik xaricdə Azərbaycana marağı ildən-ilə artırmaqdadır. Bunun əyani nümunəsi respublikamıza səfərə gələnlərin, burada yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayındakı müsbət saldonun yaranmasıdır.

Firudin Nəbiyev,

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

Qloballaşma

Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual eli­taya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların isteh­sal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qo­vuş­ması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl­ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalı­ş­mışdır. M.Uters qloballaşmanı sosial proses kimi müəyyən­ləş­dir­miş­dir. Həmin sosial prosesin gedişində sosial və mədəni sistemlərin coğrafi sərhədləri silinir və əhali getdikcə daha çox bu fərqlərin aradan götürüldüyünü dərk edir. Eyni zamanda qloballaşma dedikdə planetin bütün ölkələrinə qərb inkişaf modelinin yayılması başa düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal) dünya qaydasının nəzəri cəhətdən əsaslandırılmasına xidmət edir.
Qərb modeli nümunəvi model kimi etiraf edilir. Daha dəqiq desək, hər bir digər inkişaf modellərindən fərqli olaraq yeganə mü­tərəqqi və yaradıcı model hesab olunur. Həqiqətən də digər sivil­izasiyaların 6– 8 min illik tarixindən fərqli olaraq müasir sivili­za­siyanın olduqca az zaman kəsiyində böyük tərəqqiyə nail olduğu göz qabağındadır. Ona görə də qloballaşmanın amerikanlaşma ilə eyni olduğu yaxud da onun bəşəriyyət tarixində keyfiyyətcə yeni bir proses olduğunu dəqiqləşdirmək olduqca vacibdir. Ümumiyyətlə, qloballaşma proseslərinin qarşılıqlı asılılıq və qarşılıqlı şərtlənməyə tabe olduğunu da qeyd etmək lazımdır. Lakin burada da bir sıra suallar meydana çıxır. Qloballaşma prosesi mərkəzi Afrika və cə­nubi Amerika tayfalarını da əhatə edirmi? Yəni qloballaşma prosesi yayılma baxımından məhdud hüdudlara malikdirmi? Əlbəttə, qloballaşma prosesi ümumbəşəri prosesdir və gec– tez bütün ölkələri və xalqları əhatə edəcəkdir.
XX əsrin sonunda qloballaşmanın o qədər də geniş ərazidə yayılmaması haqqında V.Ştolun fikirləri ilə razılaşmaq lazımdır. O yazırdı ki, faktiki olaraq real dünya iqtisadiyyatı XX əsrin 30– cu illərində olduğu səviyyədən o qədər də irəli getməmişdir. Bəşə­riy­yətin mühüm hissəsi (50 faizdən çoxu), mütəxəssislərin hesab­lan­masına görə qloballaşmadan kənarda qalmışdır.
Qlobalizm nədir? sualına tədqiqatçılar belə cavab verir: Qlo­balizm dünya bazarının siyasi fəaliyyəti sıxışdırması və yaxud də­yişdirməsi deməkdir. Bu dünya bazarının ağalığı ideologiyasıdır. O monokauzal olaraq fəaliyyət göstərir, sırf iqtisadi prinsipə sadiq qalır, çoxölçülü qloballaşmanı bir ölçüyə– təsərrüfat ölçüsünə mün­cər edir. Eyni zamanda qloballaşmanın digər aspektlərinin ekoloji, mədəni, siyasi, ictimai– sivilizasiyalı və s.– ni müzakirə edir və çox vaxt onları dünya bazarının başçılıq etdiyi ölçüyə tabe edir. Bu za­man qloballaşmanın mərkəzi rolunu, o cümlədən, təsərrüfat fəaliy­yətinin aktlarının qavrayışı və seçimi prinsipini inkar etmək və ya azaltmaq lazım deyildir. Qlobalizmin ideoloji nüvəsi siyasətlə iqtisadiyyatın arasındakı fərqlərin aradan götürülməsidir. Siyasətin başlıca vəzifəsi hüquqi, sosial və ekoloji hüdud şəraitini müəy­yən­ləşdirmək sayəsində ümumiyyətlə təsərrüfat həyatının mümkün və qanuni olmasını həll etməkdir. Qlobalizm mürəkkəb qurum olan dövləti, mədəniyyəti xarici siyasəti– sadə müəssisə kimə idarə et­məyə imkan verir.
Qara proteksionistlər dəyərlərin tənəzzülünün, milli başlan­ğıcın zəifləməsinin dərdini çəkir, lakin öz– özünə zidd olaraq, milli dövlətlərin neoliberal dağıdılmasında iştirak edir.
Yaşıl proteksionistlər milli dövlətdə dünya bazarının müdaxi­ləsi nəticəsində ekoloji standartları mühafizə edən milli dövlətdə ölməkdə olan siyasi biotopları görür, ona görə də milli dövlətin özünün müdafiəyə ehtiyacı olduğunu hiss edir.
Qırmızı proteksionistlər. Hər ehtimala qarşı öz paltarlarından sinfi mübarizinin tozlarını təmizləyir. Onlara görə qloballaşma ancaq öz fikirlərinin «doğruluğunu» sübut etmək üçün lazımdır. Sevinclə marksizmin intibahı bayramını qeyd etsələr də bu yalnız utopik, kor həqiqətlərdən başqa bir şey deyildir.
Qloballıq dedikdə bizim çoxdan dünya cəmiyyətində yaşa­mağımız başa düşülür. Yəni qapalı məkanlar fiksiyadan başqa heç nədir. Heç bir ölkə, yaxud ölkələr qrupu bir– birindən ayrılıqda mövcud ola bilməz. İqtisadi, mədəni, siyasi cəhətdən qarşılıqlı təsirə malik olan ölkələr bir– birilə mütləq əlaqədə olmalıdır. Bunun da sayəsində bir sıra qərb modelləri yenidən haqq qazanmağa başlayır. «Dünya cəmiyyəti» sosial münasibətlərin ümumiliyi ucbatından milli dövlət– siyasətinə inteqrasiya oluna bilmir.
«Dünya» «dünya cəmiyyəti» söz birləşməsində «müxtəliflik», «rəngarənglik» kimi başa düşülürsə, «cəmiyyət» isə inteqrasiyasızlıq kimi anlaşılır. Deməli, dünya cəmiyyəti vəhdətsiz müxtəliflik, rəngarənglik kimi başa dü­şül­­məlidir. Qloballaşma isə elə prosesləri irəli sürür ki, milli dövlətlər və onla­rın suverenliyi, transmilli aktların toruna çulğalaşır və onların hökm vermək imkanlarına oriyentasiya və identikliyi ilə razılaşmalı olur. Artıq ya­ran­­mış qloballığı aradan qaldırmaq qeyri– mümkündür. Bu onu sübut edir ki, bir– birilə yanaşı mədəni, ekoloji, iqtisadi, siyasi ictimai– vətəndaş qloballaşması baş verir. Onların hər birinin öz məntiqi vardır. Qloballığı aradan qal­dırmağın qeyri– mümükünlüyünü səkkiz səbəblə izah edən tədqiqatçılar da vardır:
1) Beynəlxalq ticarət sahəsində kontraktların və coğrafiyanın geniş­lənməsi, maliyyə bazarlarının çulğalaşması transmilli şirkət­lərin qüdrətinin getdikcə artması;
2) İnformasiya və komunikasiya– texnoloji inqilabın davam etməsi;
3) insan hüququnun qorunması tələbinin birgə irəli sürülməsi, daha dəqiq desək (sözdə) demokratiya prinsipi;
4) Dünyanı əhatə edən mədəniyyət industriyasının təsirinin yayıl­ması­nın genişlənməsi;
5) Postinternasional, polisentrik dünya siyasəti– hökumətlərlə yanaşı qüdrət və kəmiyyətcə daim artan transmilli aktlar, (şirkətlər, qeyri– hökumət təşkilatları, Birləşmiş Millətlər Təşkilatı);
6) Qlobal yoxsulluq və dilənçilik məsələləri
7) Ətraf mühitin qlobal dağıdılması problemləri;
8) Yerlərdə transmədəni münaqişələr problemləri .

Çox ölçülü dünya faktiki olaraq özlüyündə məkan– zaman kontinu­umu­nu göstərir. Məkan lokal, regional, qlobal, mədəni, iqti­sadi, siyasi və s. ola bilər. Özü də hər bir məkanda onun öz qa­nun­ları işləyir. Zaman isə so­sial, texnoloji, mifoloji, fiziki və s. ola bilər. Şüur fiziki zamanda inkişaf edir. İn­sa­nın inkişafı arxaik və infantil şüurdan, təbiətə inteqrasiyadan inkişaf etmiş transendent şüura qə­dər tərəqqi mərhələlərini keçir. Burada isə zaman an­la­yışı yox olur. Zaman koordinatları nöqtələrə çevrilir. Kontiniumun bu nöq­tə­lərində keçmiş və gələcək görünür. Şüurun inkişafı vektor xa­rak­terinə ma­likdir və geriyə dönməzdir. Ona görə də canlı orqa­niz­min za­man etibarilə tərsinə hərəkəti qeyri– mümkündür. Təsadüfi deyil­dir ki, canlı orqanizm üçün keçmişə səyahət ağlabatan deyildir. Dünya çox ölçülü olduğundan onun öl­çü­ləri fiziki koordinatlarla de­yil, həm də mədəni– sosial və mənəvi ölçülərlə mü­əyyən edilir. Elə buna görə də dünyanın inteqral inkişafı bir çox hallarda məkan vektoru ilə qiymətləndirilməlidir. İnkişafın kriteriyası bütün məkan­la­rın qarşılıqlı təsirini kollektiv şüurun diferensasiya dərəcəsini nəzərə alan dünyanın inteqral mürəkkəblikləri kimi göstəricilər ola bilər. Bu göstəricilər dün­yanın həmin mürəkkəbliklərini fərqlən­dir­mək qabiliyyətinə malik olma­lıdır.
Belə bir şəraitdə sosiologiya mühüm rol oynamağa başlayır. Müasir dünyada insan həyatının təhlükəyə düşməsi ən böyük tədqi­q­at obyektinə çevrilir. Qloballıq elə bir vəziyyəti əks etdirir ki, bu gündən sonra planetdə baş verəcək nə varsa onu lokal sahəyə məhdudlaşdırılmış hadisələr sırasında daxil etmək olmaz. Yəni bütün ixtira və kəşflər qələbə və katastroflar bütün dünyaya aiddir. Deməli, bütün proseslər «lokal– qlobal» xətti üzrə getməlidir. Bu şəkildə başa düşülən qloballıq diqqəti doğrudan– doğruya cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi qloballıq anlayışından fərqli olaraq qlobal­laşma dialektik proses olub, transmilli sosial əlaqələr və məkan yaradır, lokal mədəniyyətləri dəyərsizləşdirir, yeni mədəniy­yətlərin yaranmasına imkan verir. Bu cür münasibətlərin mürəkkəb sistemində qloballaşmanın miqyası və sərhədləri haqqında məsələni qoymaq mümkündür. Hər şeydən əvvəl üç parametri nəzərə almaq lazımdır– birincisi, məkanda genişlənmə; ikincisi, zamanda sabitlik; üçüncüsü, transmilli əlaqə, münasibət və televiziya şəbəkələrinin sıxlığı; bu cür anlayış kontekstində digər bir məsələni də qoymaq olar. Hazırkı qloballaşmanın tarixi xüsusiyyətlərinin və onun paradokslarının mahiyyətini öyrənmək olduqca vacibdir. Müstəm­ləkəçilik dövründən inkişaf edən «dünya kapitalizm sistemindən» müasir qloballaşmanın fərqli və eyni cəhətlərinin təhlili də bura daxildir. Qlobal­laşmaya skeptik yanaşanlar adətən onda heç bir yeniliyin olmadığını qeyd edirlər. Lakin onlar nə tarixi, nə empirik, nə də nəzəri münasibətdə haqlı deyildirlər. Çünki müasir qlobal­laşmanı nə imperializm, nə də dünya kapi­talizm sistemi ilə müqayisə etmək olmaz. Çünki qloballaşmada o qədər yeni cəhətlər vardır ki, bu spesifik cəhətlər onlarda qətiyyən olmamışdır.
Qloballaşma ümumdünya dövlətinin olmamasını irəli sürür (hazırda qloballaşma dedikdə çox vaxt amerikanlaşma deyirlər ki, bu da qətiyyən düzgün deyldir). Dünya cəmiyyəti vardır– lakin bu cəmiyyət ümumdünya dövləti və ümumdünya hökumətini ağlına belə gətirə bilmir. Söhbət qlobal dezorqanizə edilmiş kapitalizmin ge­nişlənməsi haqqında gedir. Bir sözlə, qloballaşma XX əsrin so­nun­dan başlayaraq insan fəaliyyəti nəticəsində aradan qaldırılması müm­kün olmayan bir prosesdir. Ümumiyyətlə, qabaqcıl dünya alim­ləri və tədqiqatçılarının əsərlərində qloballaşmanın başlanması müxtəlif tarixi rəqəmlərlə göstərilir. Onların bəzilərini nəzərdən keçirək.
Qloballaşmanın başlanmasına göstərən müəllif, tarix və mövzular :

Müəllif

Başlanma tarixi

Mövzu

Kapitalist dünya sistemi

Şərq və Qərb ara­sın­da münaqişənin sonu

1. Qlobal miqyasda özünü göstərən iqtisadiyyat– milli iqtisa­diyyatların və milli dövlətin əsaslarını darmadağın edir.
2. Əmək tarixin ehtiyat yoluna keçirilir.
3. Bu eyni zamanda K.Marksın «dövlət adlandırdığı ideal məcmuu kapitalizm»lə müqaviləni pozur.
4. Vergilər azaldıqca, işsizlik artır
5. Transmilli iqtisadiyyat
6. Ekoloji, həmkarlar, sosial– dövləti, vergi nizamlanması ləğv edilir.
7. Transmilli müəssisələr müasir milli dövlət qurumlarının maddi– hə­ya­t arteriyasına daxil olmaqla (bu isə inqilabsız, qanun­verici bazanın, kons­­titusiyanı dəyişdirmədən baş verir), ancaq adi inkişaf fəallığı sayəsində baş verir.
Birincisi, müəssisə iş yerlərini işçi qüvvəsinin ucuz, verginin aşağı olduğu yerlərə keçirə bilir.
İkincisi, onlar (planetin hər bir nöqtəsində informasiya– tex­niki yaxın­lıq və qanunçuluq əsasında) əmək bölgüsü sayəsində məh­sul istehsalını mər­kəz­ləşdirə və dünyanın müxtəlif yerlərində xidmət göstərə bilər. Firmaların milli mənsubiyyəti ancaq çaşqınlıq yarada bilər. Üçüncüsü onlar milli dövlətləri toqquşdurmaq və bununla da əlverişli infrastruktur və aşağı vergi olan yerlər axtarışı üçün qlobal alver imkanı əldə edə bilər. Onlar eyni zamanda həddən artıq «ba­ha», hesab etdikləri və «invenstisiya qoyuluşuna düşmən münasibəti bəsləyən» milli dövlətləri «cəzalandıra» bilərlər.
Dördüncüsü, özlərinin nəzarəti altında olan qlobal istehsalı əngin­liklərində müstəqil olaraq istehsal üçün, vergi ödənilməsi üçün və yaşamaq üçün invenstisiyalar qoyulası yerləri müəyyənləşdirir. Lazım olduqda isə onları qarşı– qarşıya qoyur. Nəticədə biznes kapitanları ən yaxşı yerlərdə yaşayır ən aşağı vergi qoyulan yerlərdə isə vergi ödəyir.
Müasir qloballaşma prosesinə kiçik ölkə olmasına baxma­ya­raq Azər­bay­canın da öz töhfəsi olmuşdur. Azərbaycan dünya miq­yasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehti­yatlarından və potens­ia­lından istifadə edərək, Şərq ilə Qərb ara­sın­da zəngin tarixi keçmişdən baş­lanan və gələcəyə istiqamətlənən kör­pü rolunu səmərəli surətdə həyata keçirir. Böyük ipək yolunun bər­pası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılması və Xə­zər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya ba­zar­larına nəqli üçün çox böyük səylər göstərilir. Dünyanın bir çox regionunun dövlətlərinin azad və mükəmməl inkişafı üçün bu lay­i­hə­­lərin həlledici əhəmiyyəti var, bunlar fövqəlmilli əməkdaşlığa t­ə­kan verəcək və qlobal şəraitin inkişafına müəyyən təsir göstərə­cəkdir.
Müasir bəşəriyyət sözün həqiqi mənasında dəyişmişdir. O həm sayca ar­tmış, həm də fərdlərin sadəcə məcmuu olmaq məh­dudiyyətindən xilas ol­muşdur. İndi istehsal texnologiyası ilə ida­rəçilik texnologiyası vəhdətdə fəa­liy­yət göstərirlər. Bütün bu deyi­lən­lər isə qloballaşma prosesinin tərkib his­s­əsi kimi özünü biruzə verir. Lakin qloballaşmanın mənfi aspektləri də üzə çıx­mağa başlayır. Hər şeydən əvvəl, qlobal cinayətkarlığın təsirinin artması göz­lənilir ikincisi, dövlət idarəçiliyi sistemində korrupsiyanın daha da güc­lən­məsi və üçüncüsü, milli suverenliyin itirilməsi prosesi daha da genişlənə bilər.

Davamlı inkişaf konsepsiyası, yeni sosial- iqtisadi paradiqmadır

«Davamlı inkişaf» termini ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987– ci ildən işlədilməyə başlanmışdır. Davamlı inkişaf hazırki dövrdə bütün tələbatları ödəməklə yanaşı gələcək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini də təhlükə altında qoymur.
BMT– nin Rio– 92 konfransında qəbul edilmiş və Davamlı İnkişaf üzrə öz milli strategiyasını hazırlamaq üçün «XXI əsrin gündəliyi» adlanan bu sənəd XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən Davamlı İnkişaf konsepsiyasını hazırlamaq üçün ümumi fəaliy­yət proqramıdır.
Davamlı inkişaf bir– birilə sıx bağlı olan iki mühüm anlayışı özünə daxil edir.
1) Tələbat anlayışını, o cümlədən əsas tələbat anlayışı (bu isə əhalinin yoxsul təbəqəsinin mövcudluğu üçün olduqca zəruridir).
2) Məhdudlaşdırma anlayışı (bu texnologiyanın vəziyyəti və cəmiyyətin təşkili ilə şərtlənir) eyni zamanda ətraf mühitin indiki və gələcək nəsillərinin tələbatını ödəyə bilmək qabiliyyəti ilə əlaqələndirilir. Davamlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur.
Qeyd etmək lazımdır ki, davamlı inkişaf bütün insanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsini tələb edir.
Davamlı inkişaf konsepsiyası beş əsas prinsipə əsaslanır.
1. Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xarakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin tələbat­larına cavab verər və eyni zamanda gələcək nəsillərin öz tələbatlarını ödəmək imkanları qorunub saxlanıla bilər.
2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterlidir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qabiliyyəti ilə əlaqədardır.
3. Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri– müm­kün­dür. Ekoloji və digər katastrofların yaranmasının başlıca səbəblərindən bi­ri– dünyada adi hadisəyə çevrilmiş səfillikdir.
4. Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini pla­­netin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır.
5. Əhali artımının sayı və tempi Yerin qlobal ekosisteminin dəyişmə­yə meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik xarakteri xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, davamlı inkişaf konsepsiyasına mövcud olan yanaşmanın tarixi Roma klubunun yaranması döv­rün­dən (1968) başlanır.
Roma klubunun işlərində «dinamik artım» konsepsiyası «üzvi artım» konsepsiyası və «dinamik tarazlıq» konsepsiyaları mühüm yer tutmuşdur. Bu istiqamətdə daha böyük səs– küy «Artım həddi» əsəri qlobal ekoloji problemlərə diqqəti artırmaqla yaratmışdır. Nə klassik iqtisad elmində, nə də marksist iqtisadiyyatda iqtisadi inkişafda ekoloji məhdudlaşdırılma məsələlərinə diqqət yetirilməmişdir. XX əsrin 70– ci illərindən başlayaraq ekoloji problemlər kəskin sürətdə gərginləşdi. Nəticədə ona diqqət artmağa başladı.
Mahiyyətcə davamlı inkişaf konsepsiyası mövcud prob­lem­lə­rə key­fiy­yətcə yeni yanaşmadır. R.Kostansa və K.Folke üç bir–bir­i­lə iyerarxik qar­şılıqlı əlaqədə olan problemi ayırır ki, onların həlli də davamlı inkişafla əlaqədardır.
1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sis­temi­nə müvafiq olmalıdır.
2) resursların və imkanların təkcə adamların indiki nəsli üçün deyil, həmçinin indiki və gələcək nəsillər arasında, həmçinin insanla digər bioloji növlər arasında ədalətli bölgüsü (distribution) aparılmalıdır.
3) Təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv bölgüsü (allocation) keçirilməlidir.
Bəziləri problemin siyasi həllini, digəri isə iqtisadi həllini ef­fek­tli he­sab edirlər. Əslində isə davamlı inkişaf konsepsiyası üç əsas baxışın bir­ləş­mə­si nəticəsində yaranmışdır. Bunlar iqtisadi, sosial və ekoloji baxışlardır. Bu­na müvafiq olaraq davamlı inkişafın üç əsas məqsədi haqqında danı­şır­lar: ekoloji tamlıq, ekoeffektlilik və eko­ədalətlilik.
Davamlı inkişaf konsepsiyası üzərində işin başa çatdığını qeyd etmək hələ tezdir. Hələ bu günə qədər davamlı inkişaf konsepsiyasının hamı tərə­fin­dən qəbul edilmiş bitkin tipləri hələ də yoxdur. Xüsusilə davamlı inkişaf konsepsiyasının praktiki tətbiqinin mürək­kəbliyi xüsusi qeyd edilir. Artıq dün­yanın əksər ölkələrinin davamlı inkişaf proqramları olsa da bu sahədə işlər davam etdirilməkdədir.

Sinergetika

Sinergetika (yunanca-synpergetikos birgə razılaşdırılmış fəaliyyət göstərən) XX əsrin 70-ci illərində elmi tədqiqatların fənnlərarası istiqamətidir. Bu istiqamətin əsas vəzifəsi müxtəlif təbiətli: fiziki, bioloji, texniki, iqtisadi, sosial və s. sistemlərdə özünütəşkil proses­ləri əsasında duran ümumi qanunauyğunluqların və prinsiplərin dərk edilməsidir. Sinergetikada özünü təşkil altında tarazlıqdan uzaq vəziyyətdə olan mürəkkəb qeyri-xətti dinamik sistemlərdə mak­roskopik qaydaya salınmış zaman-məkan strukturlarının yaranması prosesidir. Bu proses bir daha sübut edir ki, xüsusi böhran nöqtələrinin (necə deyərlər bifurkasiya nöqtəsi) civarında sistemin davranışı qeyri-sabit olur. Axırıncı onu göstərir ki, bu nöqtələrdə sistem ən əhəmiyyətsiz təsirlərin altında, yaxud da fluktasiya (qərarsızlıq, dəyişkən) sayəsində öz vəziyyətini köklü surətdə, keyfiyyətcə dəyişə bilər. Bu keçid çox vaxt xaosdan nizamın yaradılması kimi səciyyələndirilir. Sinergetika müxtəlif nizamların (qaydaların) qeyri sabit iyerarxiyasını-onların ardıcıllığı ilə nəzərdən keçirir. Bu konteksdə sinergetika qeyri-sabitlik (qeyri-dayanıqlıq, qeyri-davamlılıq da demək olar), nizam parametrləri və tabeçilik prinsipi kimi anla­yış­ların köməyi ilə daha geniş sistem siniflərini onların təkamülünün xaosdan nizama və əksinə ssenarilərini əhatə edir. Bu zaman sinergetikada xaos anlayışının XX əsrin 60-cı illərindəki kəşflərlə şərtlənən əvvəlki fərqlərin konstruktiv surətdə dəyişdirilməsi baş vermişdir. XX əsrin 60-cı illərində baş verən kəşflər determinə edilmiş (yaxud dinamik) xaos müxtəlif səviyyəyə keçidin özünə də özünütəşkil prosesi kimi baxılmasını tələb edir. Hal-hazırda sinergetika öz əsas ideya və prinsiplərinin formalaşması dövrünü yaşayır. Lakin indinin özündə də məlum olur ki, sinergetika özünün keyfiyyətcə yeni dünya mənzərəsini irəli sürür. Bu təkcə klassik elmin əsasında duran dünya mənzərəsilə müqayisə olunmur, həm də XX əsrin I yarısında qeyri-klassik təbiətşünaslığın kvant-relyativist mənzərəsi kimi qəbul edi­lən mənzərəsi ilə də müqayisə oluna bilər. Bu mənada sinergetika gös­təricisi qeyri-klassikdir və fənnlərarası elmi istiqamət olmaqla metodoloji reduksionizm göstərişlərindən imtina edir. Bu­nunla bə­ra­bər sinergetika daxilən plüralistikdir, hətta onun nəzərdə tutduğu inteqral dünya obrazı kimi plüralistikdir. Sinergetika çox­saylı və müx­təlif yanaşma və formulirovkanı da özünə daxil edir. Onlardan biri də İ.Priqojinin adı ilə bağlıdır. Priqojinin yanaşması dissapativ struktur nəzəriyyəsi kimi məşhurdur. Digər yanaşma isə alman fiziki Q.Xakenin adı ilə bağlıdır və əslində «Sinergetika» sözünü də ilk dəfə Xaken təklif etmişdir. Priqojinin formuli­rov­ka­sın­da siner­geti­kanın yaranması XX əsrin 2-ci yarısında elmi baxışda olan dəyişik­liklərlə əlaqələndirilmişdir. Elmə, elmi rassionallığa yeni baxış «za­manın dirçəlişi»ni tələb edir müasir təbiətşünaslıqda və «insanın tə­biətlə yeni dialoqu»nda özünü daha aydın şəkildə göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.