Press "Enter" to skip to content

Sahibkar necə olmaq olar

7) Əgər hüquqi şəxslərlə işləyirsinizsə 5% mənfəət vergisi + 1% nəğdləşdirmə vergisi + 0.5% bank komissiyası ödəyəcəksiz.

Qaraciyərin piylənməsi. Səbəblər, fəsadlar, müalicə

Qaraciyərin piylənməsi zamanı qara ciyərdə artıq piy yığılır.

Nəticədə burada iltihab yaranır, qaraciyərin hüceyrələri tədricən birləşdirici toxuma ilə əvəz olunmağa başlayır (buna “fibroz” deyilir). Bütün bunlar qara ciyərin funksiyalarını pozur. Qaraciyər çox vacib orqandır. Bu orqanda olan istənilər pozulmalar bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.

Xoşbəxtlikdən, qaraciyər çox yüksək özünü bərpa etmək xüsusiyyətlərinə malikdir. Müəyyən pəhriz və müalicə tədbirləri qaraciyərin piylənməsini dayandıra bilər və qaraciyər öz funksiyalarını bərpa edə bilər. Lakin gecikmiş mərhələlərdə qaraciyərin piylənməsi fonunda xroniki hepatit (qaraciyərin iltihabı), sirroz və qaraciyərin xərçəngi inkişaf edə bilər.

Qaraciyərin piylənməsin çox yayılmış pozulmadır. Bu pozulmaya həm kişilərdə, həm də qadınlarda rast gəlinir.

Saglamolun.az bildirir ki, xəstəliyin əsas səbəblərindən biri spirtli içkilərin və yağlı, şirin qidaların həddindən artıq qəbulu sayılır.

Digər səbəblər arasında:

– natamam qidalanma (zülallar və ya vitaminlərin çatışmazlığı)

– mübadilə proseslərinin pozulması

– xroniki zəhərlənmələr (ziyanlı istehsalatlarda və s.)

– şəkərli diabet və tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olunan pozulma)

– dərman preparatların qəbulu

– qanda dəmirin yüksək olması (genetik pozulma)

– artıq çəki və piylənmə.

İlk mərhələlərdə xəstəlik özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əvvəl xəstəni bu kimi simptomlar narahat edə bilər: həzmin pozulması, ürəkbulanması, bəzən qusma, sağ qabırğaaltı nahiyəsində ağırlıq. Əksər hallarda insan buna fikir vermir və ya digər pozulmalarla əlaqələndirir (zəhərlənmə, qidanın həddən artıq qəbulu və s.). Xəstəlik inkişaf etdikcə zəiflik, səbəbsiz yorğunluq, əmək qabiliyyətinin azalması, sağ qabırğaaltı nahiyəsində ağrılar, boyun və qoltuğaltı nahiyələrində tünd ləkələrin əmələ gəlməsi kimi simptomlar meydana çıxır. Xəstənin qara ciyəri böyüyür.

Xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Xəstəliyin diaqnostikası və müalicəsi ilə hepatoloq məşğul olur.

Diaqnozun təsdiqləşdirilməsi üçün xəstəyə qan analizi və qarın boşluğunun USM-i təyin olunur. Bəzən xəstəyə qara ciyərin biopsiyası təyin oluna bilər. Biopsiya zamanı qara ciyərin mikroskopik toxuması nazik iynə ilə götürülür və mikroskop altında müayinə olunur.

Qara ciyərin piylənməsinin müalicəsi uzunmüddətli olur. Xəstə spirtli içkilərdən tam, xüsusi pəhriz saxlamalıdır. Qidalanmadan bütün yağlı, qızardılmış, çox şirin məhsullar, konservlər, ədviyyatlı qidalar, yağlı kremlər çıxarılmalıdır. Xəstə yağsız bişmiş ət, balıq, təzə meyvə-tərəvəz, süd məhsulları yeməlidir. Pəhrizdən əlavə xəstəyə müalicə təyin olunur – qara ciyərin bərpasına kömək edən preparatlar, vitaminlər, bəzi xalq təbabəti vasitələri (itburnu, qanqal, solmaz çiçəyi). Həmçinin xəstə fiziki aktiv olmalı, idmanla məşğul olmalıdır (lakin ağır fiziki yükləmələ əks-göstərişdir). Açıq havada gəzintilər, üzgüçülük xüsusilə xeyirlidir.

Saglamolun.Az

Sahibkar necə olmaq olar ?

Sahibkar olmaq və ya vöen açmaq o qədər də çətin bir iş deyil. İlkin olaraq siz fərdi sahibkar kimi 200000AZN dövriyyə və əməkdaş sayı səhv etmirəmsə 10 olana qədər fəaliyyət göstərə bilərsiniz.

Fərdi sahibkarlar üçün proseslər ardıcıllığı aşağıdakı kimidir:
1) Gedirsiz asan xidmətə VÖEN açırsız. Deyəcəklər səhəri gün gəlib götürün.

2) Səhəri gün ora getməmiş yaxınlığdakı mobil operator servis maqazininə girib orda nömrənizin asan imzalı versiyasın çıxardırsız. 25 manat + xidmət haqqı 2.5 manat olmalıdır.

3) Nömrəni çıxardıqdan sonra Asan xidmətə gedirsiz, orda deyirsiz nömrə ilə VÖEN – ə bağlasınlar. Həmçinin vöenlə bağlı sənədləri götürürsüz.

4) Mühasib xidmətləri göstərən çoxlu şirkət və şəxslər var. Onu artıq özünüz uyğun bildiyinizlə işləyirsiz. Rüblük qiymətləri ortalama 50 – 150 manat arası dəyişir.

5) Mühasibiniz olduqdan sonra sənədləri mühasibinizə aparırsız. O sizə hər hansı bir bankda multi hesab açmaq üçün vergilərə müraciət edir. 3 günə cavab gəlir. Siz ya onlayn , yada gedib bankda hesab açırsız. İstifadə etdiyimiz banklardan hələ ki, ən yaxşısı Kapitaldır.

6) Müqavilə üçün isə standart xidməti müqavilə və ya individual olaraq sahənizlə bağlı bir müqavilə hazırlada bilərsiniz.

7) Əgər hüquqi şəxslərlə işləyirsinizsə 5% mənfəət vergisi + 1% nəğdləşdirmə vergisi + 0.5% bank komissiyası ödəyəcəksiz.

8) DSMF üçün isə hər ay 62.5 sosial fonda + 10 manat icbari sığortaya ödəyəcəksiz.

9) Əgər hesabınıza pul daxil olmasa belə boş hesabatlar verilməlidir. Əgər verilməsə 40 manat cərimə yazacaqlar hər hesabat (DSMF və vergi) üçün.

10) VÖEN-ə bağlı Bank hesabı açmaq üçün Vergilər saytından seçdiyiniz bankı seçib Şəadətnamə Duplikartı göndərməlisiniz. 3-5 günə Banka yaxınlaşıb hesabı açırsınız

10) Post terminal lazım olsa icarə müqavilənizi göndərib obyekt kodu almalısınız, sonra banka obyekt odu sənədini təqdim edib Post terminal ala bilərsiniz.

Üzdə sızanaqdan yara izlərini necə çıxarmaq olar?

Şerlər, xüsusilə müalicə olmadıqda və ya düzgün yerinə yetirilmədikdə, sızanaq vulgarisin ümumi bir nəticəsidir. Beləliklə, hətta bir problemdən qurtulsanız, başqa birini ala bilərsiniz və bununla başa çatmaq daha çətindir.

Sızanaq yara növləri

Akneden sonra qalan yara üç növə bölünür:

  1. Atrofik – dəri üzərində depressiyalara bənzəyir, bağlayıcı toxuma çatışmazlığı ilə xarakterizə olunur.
  2. Hipertrofik – dərinin səthindən yuxarı qalxaraq tüberkül şəklindədir, çox sayda birləşdirici toxuma meydana gəlməsi nəticəsində meydana gəlir.
  3. Keloid – qırmızımsı rəngə malik düzbucaqlı forma yaranır .

Professional şəraitdə onların kosmetologları və dermatologları tərəfindən təklif olunduğu kimi üzündəki sızanaqdan yara izlərini necə aradan qaldıracağını və evdə hansı üsulları özləri istifadə edə biləcəyini düşünün.

Üzümdəki sivilcədən sonra yara izlərini necə çıxara bilərəm?

Salonlarda və kosmetologiya klinikalarında sızanaq üzündən yara izlərini tamamilə aradan qaldırmaq və ya azaltmaq üçün aşağıdakı proseduralar təklif olunur:

  • lazer terapiyası;
  • orta və ya dərin kimyəvi peeling;
  • mikrodermabraziya;
  • ozonoterapiya;
  • mezoterapiya;
  • cryomassage;
  • fototerapiya.

Hər bir spesifik vəziyyətdə ən uyğun və effektiv üsullardan biri dəri zədələnməsinin dərəcəsini qiymətləndirən bir mütəxəssis tərəfindən müəyyən edilə bilər. Müsbət nəticələr əldə etmək üçün bir prosedur kursuna keçməlisiniz – orta hesabla 7-10 seansdan ibarətdir, aralarından təxminən bir həftədən bir ilə yarım ay keçə bilər.

Üzdə sızanaq yaralarından kremlər və məlhəmlər

Evdə, müxtəlif kremlər və məlhəmlər vasitəsilə yara izlərini sızanaqlardan müalicə edə bilərsiniz. Lakin dəri çatışmazlığı ilə məşğul olmaq üçün bu yol yalnız yara izi kiçik və təzə olarsa, müsbət nəticə verə bilər. Köhnə izləri bu cür vasitələrlə yağlamaq yararsızdır.

Sızanaqdan sonra yara izlərini qurtarmağa kömək edən ən uyğun məlhəm və kremlər:

  • Contractubex;
  • ScarGuard;
  • Kelofibrase;
  • Zeraderm Ultra;
  • Fermenkol;
  • Dermatix Ultra.

Bu vasitələrlə ev müalicəsi digər prosedurlarla birləşdirilməlidir, məsələn:

  • peeling (mexaniki, kimyəvi);
  • Gil, bal, dəniz yosunu əsasında üz maskaları;
  • efir yağlarının tətbiqi (lavanta, gül, myrrh, mandarin, qaranlıq və s.);
  • kosmetik buz tətbiqi;
  • üz masajı və s.

Comments are closed, but trackbacks and pingbacks are open.