Süd vəzinin xərçəngi tibb
– spirtli içkilərdən və nikotindən uzaq olun;
Süd vəzinin xərçəngi
Süd vəzisinin xərçəngi – qadınlarda çox təsadüf edilən bədxassəli şiş növüdür.
Süd vəzisinin xərçəngi təsadüf edilən şəxslərin əksəriyyəti isə menopauza və menopauzadan sonrakı yaş qrupuna daxil olan qadınlardır (klimaks və klimaksdan sonrakı dövr).
Süd vəzinin xərçəngi vaxtında müalicə edilmədikdə, şiş artaraq dəriyə və döş qəfəsinə də sirayət edir (yayılır). Limfatik damarlar vasitəsilə bədxassəli hüceyrələr yaxınlıqdakı limfa düyünlərinə və digər orqanlara da (ağ ciyərlər, qara ciyər, sümüklər, baş beyini) yayıla bilər.
Səhiyyənin və tibbin yüksək dərəcədə inkişaf etmiş ölkələrdə süd vəzinin xərçəngi ilkin dövrlərində aşkar edilir və müvəffəqiyyətlə müalicə olunur.
İndiyə qədər süd vəzisi xərçənginin əmələ gəlməsi səbəbləri tam şəkildə müəyyən edilməmişdir. Buna görə də süd vəzisin xərçənginin bu və ya digər qadında inkişaf etmə səbəbini dəqiq demək olmaz. Bu halda yalnız xəstəliyin yaranması və inkişaf etməsində bir sıra risk (təhlükə) faktorlarını qeyd edə bilərik:
– yaş faktoru (yaşın 50-55-dən artıq olması);
– irsiyyət faktoru (yaxın qadın qohumlarında bu xəstəliyin olması həmin qadında da süd vəzisi xərçənginin əmələ gəlmə təhlükəsini bir neçə dəfə artırmış olur);
– aybaşının erkən başlanması (13 yaşından əvvəl);
– ilkin hamiləliyin gecikməsi (30 yaşından sonra baş verməsi);
– menopauzanın (aybaşının kəsilməsi) gecikməsi (55 yaşından sonra baş verməsi);
– müxtəlif hormonal pozğunluqlar;
– endometriumun (uşaqlığın daxili qatı), yumurtalıqların xərçəng xəstəliyi;
– zərərli adətlərin olması (spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi);
– piylənmə və maddələr mübadiləsinin pozulması.
Əfsuslar olsun ki, xəstəliyin açıq-aşkar əlamətləri əksər hallarda şişin çox gec dövrlərində üzə çıxır. Bu zaman artıq süd vəzisində bərkimiş, ağrısız düyün əmələ gəlir. Döş qəfəsinə sirayət etdiyi halda, həm şiş və həm də süd vəzisi hərəkətsiz olur. Şişin süd vəzisi sahəsindəki dəriyə sirayət etməsi dərinin deformasiya olunmasına, bir qədər içəriyə tərəf çəkilməsinə, xoralaşmasına, dərinin bəzi sahələrində limon qabığına bənzər sahələrin əmələ gəlməsinə (dəri şişkinləşir, üzərindəki xırda dəliklər genişlənmiş olur), vəzi giləsinin içəri tərəfə çəkilməsinə səbəb olur. Xəstəliyin digər əlamətlərindən biri də süd vəzisi giləsindən qan qarışıqlı ifrazatın olmasıdır. Xəstəlik zamanı limfatik düyünlərin də zədələndiyi halda, onların ölçülərinin böyüməsi səbəbindən qoltuqaltı nahiyədə ağrının baş verməsinə səbəb olur. Əlbəttə ki, xəstəlik bu dövrdə aşkar edilibsə, onun tam müalicə oluna biləcəyi ehtimalı olduqca azdır.
Süd vəzisi xərçənginin ilkin diaqnostikası üçün həkimlər 40 yaşından yuxarı olan qadınlara, ildə bir dəfə olmaqla, mammoqrafiya müayinəsi etməyi tövsiyə edirlər. Bu müayinə aybaşı dövrünün 5-ci günündən 12-ci gününədək olan müddətdə, menopauza dövründə isə istənilən gün aparıla bilər. Aparılan bu müayinələr şişin ən erkən dövrlərində aşkar edilməsinə imkan verir!
Mammoqrafiya – süd vəzisinin rentgen müayinəsidir. O, xüsusi – mammoqraf cihazı vasitəsilə aparılır. Süd vəzisini xüsusi altlıq üzərinə yerləşdirərək, üstündən xüsusi lövhə ilə sıxaraq rentgen şəkli çəkilir. Bu proses bəzən ağrılı da ola bilir.
Süd vəzisində hər hansı bir törəmə aşkar edilmiş olarsa, həkim tərəfindən biopsiya (şiş sahəsindən götürülmüş materialın hüceyrə səviyyəsində müayinəsi üçün) təyin olunur.
Süd vəzisi xərçənginin müalicə üsulunun seçilməsi onun mərhələsindən, qadının yaşından, şişin quruluşundan, onun inkişaf sürətindən, yumurtalıqların fəaliyyətindən asılı olaraq müəyyən edilir. Xəstəliyin müxtəlif dövrlərində mütəxəssislər tərəfindən cərrahi müdaxilə (xəstəliyin inkişaf mərhələsindən asılı olaraq süd vəzisi tam və ya hissəvi olaraq xaric edilir) üsulu, şüa və ya dərman müalicəsi (kimyəvi və hormonal) üsullarından istifadə edilir.
Xəstəlik nə qədər tez aşkar edilərsə, onun yayılması ehtimalı bir o qədər az, müalicəsi isə daha asan və effektli olur!
Bəs süd vəzisi xərçənginin profilaktikası necə olmalıdır?
Bunun üçün ilk növbədə aşağıdakılara riayət etmək vacib hesab edilir :
– ekoloji zərərli faktorlardan (şüalanma və s.) uzaq olun;
– yediyiniz qidalara diqqət yetirin; qidalandığınız məhsullara pomidor, kələm, meyvə və giləmeyvələr, soğan, paxlalar daxil etmək məsləhət görülür; bitki yağlarına daha çox üstünlük vermək də tövsiyə edilir;
– artıq çəki yığmamağa çalışın;
– spirtli içkilərdən və nikotindən uzaq olun;
– istənilən yaşda gücünüz yetərli olan qədər fiziki işlər görmək lazımdır;
– süd vəzisi sahələrinin ultrabənövşəyi şüalarla şüalanmasından qorunun;
– cinsiyyət üzvlərinin istənilən xəstəliklərini vaxtlı-vaxtında aşkar edərək müalicə edin;
– süd vəzilərinizin özünüz tərəfindən mütəmadi olaraq müayinə olunmasına, müəyyən yaşdan sonra isə, ildə bir dəfə olmaqla, mammoqrafiya müayinəsinin aparılmasına riayət edin.
Saglamolun.Az
Süd vəzinin xərçəngi tibb
Oktyabr “Süd vəzi xərçəngi” ilə mübarizə ayıdır. Aztibb.az xəbər verir ki, Xətai Tibb Mərkəzi “Facebook” sosial şəbəkəsində bu ay ərzində süd vəzi xərçəngi ilə bağlı bir çox məqamları bölüşməyi nəzərdə tutur. Onlardan birini təqdim edirik.
Süd vəzi xərçəngi nədir?
Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir. Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Belə ki, erkən mərhələdə aşkarlanan süd vəzi xərçənginə müalicə ilə sağalma şansı yüksəkdir. Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçmələri tövsiyə edilir.
Bu bölməyə aid digər xəbərlər
Sumqayıt Tibb Mərkəzi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışır
22.03.2023 | 08:23
Dərman almaq istəyən kişi qəfildən ölüb
21.03.2023 | 13:18
Ağacəkmə aksiyası: “Təbiəti də sağaldaq”
21.03.2023 | 13:09
ETTBİ-də Novruz bayramına həsr edilmiş tədbir keçirilib
20.03.2023 | 13:37
STM Sumqayıtda təşkil edilən Novruz bayramı tədbirində təmsil olunub
19.03.2023 | 13:27
Neftçala Rayon Mərkəzi Xəstəxanasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
19.03.2023 | 06:56
Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim və orta tibb heyəti üçün təlim keçirilib
18.03.2023 | 20:14
Türk immunoloqları yeni xəstəliyin müalicəsini ədəbiyyata gətirdilər
16.03.2023 | 12:11
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Üz-çənə cərrahiyyəsi şöbəsi istifadəyə verilib
15.03.2023 | 10:52
Türkiyənin Balıkəsir Universiteti Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə əməkdaşlığa başlayır
15.03.2023 | 10:26
ÇOX OXUNANLAR
Sumqayıt Tibb Mərkəzi şəhid ailələri və qazilərimizi daim diqqətdə saxlayır
16.03.2023 | 10:06
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası nın ərazisində ağacəkmə aksiyası keçirilib
12.03.2023 | 15:57
“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılışı
12.03.2023 | 17:08
“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılışı
14.03.2023 | 15:16
Həkim alma qabığını yeməyin niyə təhlükəli olduğunu izah etdi
16.03.2023 | 09:00
Son sutkada koronavirusdan ölən olmayıb
13.03.2023 | 21:39
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
17.03.2023 | 23:32
Daha 34 nəfər COVID-19-a yoluxub
15.03.2023 | 21:10
Son sutkada COVID-19-dan ölən olmayıb
21.03.2023 | 22:31
Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib
20.03.2023 | 04:24
Xəstəxanadaxili infeksiyalar və həmin infeksiyaların risk faktorlarına dair müzakirələr aparılıb
13.03.2023 | 16:46
Soğanın heyrətamiz xüsusiyyətlərinin yaponsayağı izahı
18.03.2023 | 17:58
Hər kəsə lazım olan 3 faydalı otaq bitkisi
12.03.2023 | 15:41
Göygöldə şəhid və qazi ailələrinə bayram sovqatları verilib
14.03.2023 | 12:47
Aytən Şərifova – “Həkimlərimizi tanıyaq!” rubrikası
18.03.2023 | 10:32
- Səhiyyə turizmi
- Mühüm hadisələr
- Gündəm
- Elanlar
- COVİD-19
- ÜST
- Regionlar
- Tibbdə İKT
- Maraqlı məlumatlar
- Elektron tibb
- Tibbi maarifləndirmə
- Tibbi təhsil
- Mükafatlar
- Nəşrlər
- Xaricdə yaşayan həkimlərimiz
- Konfranslar, görüşlər
- Rəsmi sənədlər
- Aksiyalar, kampaniyalar
- Müsahibələr
+994 55 888-52-42
+994 55 888-52-42
Aztibb.az xəbər portalının əsas məqsədi səhiyyə sahəsində ölkəmizdə və dünyada baş verən ən son yeniliklər, tibbi maarifləndirici məqalələr, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı xəbərləri ictimaiyyətə doğru və operativ şəkildə çatdırmaq, keyfiyyətli məzmun yaratmaqdır.
Saytda ölkənin tanınmış həkimləri ilə sizi maraqlandıran suallar ətrafında hazırlanmış müsahibələrə, ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin təşkil etdiyi kampaniyalar haqqında məlumatlara, eləcə də tibb üzrə dərsliklərə də rast gələ biləcəksiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.