Press "Enter" to skip to content

Həsən Səfəri

Kəndli islahatı ilə eyni vaxtda Azərbaycanda başqa islahatlar daməhkəmə, şəhər və inzibati idarə islahatları də həyata keçirilmişdi. Məhkəmə islahatı ilə keçmiş silki məhkəmələr ləğv edilmiş və məhkəmələr bütün silkər üçün eyniləşdirilmişdi. Arzu edən şəxslər məhkəmə iclasında iştirak edə bilərdilər. Rusiyada hakimlər seçildiyi halda ucqarlarda təyin olunur, həm də yalnız ruslar olurdu. Xalqın dili, adət-ənənəsi ilə tanış olmayan hakimlərin fəaliyyətinə özbaşınalıq hökm sürürdü.

Sumbatzad xix-xx srlrind azrbaycan tarixşünaslığı

XIX əsrin 50-60-cı illəri Aərbaycanda feodal sosial-iqtisadi münasibətlərinin süquta uğraması və yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. Təhkimçilik hüququnun ləğvi barədə 1861-ci il islahatı Rusiyada kapitalizmin inkişafı üçün əlverişlm şərait yaratmışdı. Lakin bu əsasnamə Azərbaycana və ümumiyyətlə Qafqaza aid edilməmişdi. Gürcüstanda təhkimçilik hüququnun ləğvi barədə qanın 1864-cü ildə veriləndən sonra Azərbaycanda və ermənistanda kəndli islahatı keçirmək üçün bəy komissiyaları yaradıldı. Nəhayət, 1870-cı il mayın 14-də cənubi qafqaz quberniyaları : Yelizavetpol, Bakı, İrəvan və qizmən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında “Əsasnamə” yerildi. Əslində o, 1847-ci il kəndli əsasnamələrindən o qədər də fərqlənmirdi. Yeni “Əsasnamə”də də 15 yaşına çatmış kəndliyə (kişiyə) 5 destatin pay torpağı verilməsi nəzərdə tutulmuşdu. Əslində isə 5 desyatindən az torpaq sahəsi olan kəndliyə əlavə torpaq payı verilmədi. Kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də həmçinin əkin üçün yararsız torpaqlar da həmin 5 desyatinə aid edilirdi. Bu “Əsasnamə”ni 1847-ci ilinkindən fərqləndirən cəhət o idi ki, kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən alınırdı. Kəndlilərə verilən torpaqlar onun mülkiyyətinə keçirdi. Amma Azərbaycan kəndlisinə borc pul verilməmişdi və onun torpağı satın alması məcburi deyildi. Ona yalnız sərbəst surətdə bir yerdən başqa yerə köçmək hüququ verilirdi. Vergilər əvvəlki kimi qalırdı. 1870-ci il islahatı yarımçıq olsa da feodal istehsal münasibətlərinə ciddi zərbə vuraraq, kapializmin inkişafına şərait yaratdı.

Kəndli islahatı ilə eyni vaxtda Azərbaycanda başqa islahatlar daməhkəmə, şəhər və inzibati idarə islahatları də həyata keçirilmişdi. Məhkəmə islahatı ilə keçmiş silki məhkəmələr ləğv edilmiş və məhkəmələr bütün silkər üçün eyniləşdirilmişdi. Arzu edən şəxslər məhkəmə iclasında iştirak edə bilərdilər. Rusiyada hakimlər seçildiyi halda ucqarlarda təyin olunur, həm də yalnız ruslar olurdu. Xalqın dili, adət-ənənəsi ilə tanış olmayan hakimlərin fəaliyyətinə özbaşınalıq hökm sürürdü.

Şəhər idarəsi islahatı 8 il sonra-1878-ci ildə Azərbaycana gəlub çatsa da, yalnız Bakıya aid edildi. Əgər əvvəllər şəhər dumalarına yalnız imtiyazlı silkə mənsub şəxslərin seçilmək hüququ var idisə, yeni “Əsasnamə”yə görə hamı, yəni şəhərdə yaşayıb, vergi verən əhalinin hər bir seçkidə iştirak edə bilərdi. Seçkilərdə 25 yaşəna çatmayanlar iştirak edə bilməzdilər. Şəhər dumalarının hüququ da məhdud idi : onların yalnız kiçik təsərrüfat işlərilə məşgul olmaq hüququ vardı. Görülən bütün işlərə qubernator nəzarət edirdi. Yüksək vəzifəli çar məmurları şəhər başçısı təyin edilirdilər. XIX əsrin sonunda şəhər “Əsasnamə”si məhdud şəkildə olsa da Yelizavetpol, Nuxa, Naxçıvan, Şuşa və Orudbad şəhərlərinə də aid edildi.

Qafqazda ail hakimiyyət car canişininin əlində çəmlənmişdi. Qubrniyaları bütün mülki və hərbi hakimiyyəti əllərində çəmləşdirmiş qubernatorlar idarə edirdilər. Quberniyalar qəzalara bölünürdü, qəzalara qəza rəisləri başçılıq edirdilər. Şimali Azərbaycan ərazisinin demək olar ki, hamısı mərkəzi Şamaxı şəhəri olan Şamaxı quberniyasına daxil idi. 1859-cu ildə şiddətli zəlzələ nəticəsində Şamaxı şəhəri dağılandan sonra quberniya mərkəzi Bakı şəhərinə köçürüldü. Əvvəl Dağıstan vilayətinə qatılmış Quba qəzası da Bakı quberniyasına daxil edildi.

1867-ci ilin sonunda Bakı, Tiflis və İrəvan quberniyaları hesabına mərkəzi Yelizavetpol şəhəri olan yelizavetpol quberniyası yaradılmış və Şuşa, Yelizavetpol, Zəngəzur qəzaları həmin quberniyaların tabeliyinə verilmişdi. Bakı quberniyası isə Bakı, Quba, Şamaxı və Lənkəran qəzalarından təşkil olunmuşdu. sonralar yeni yaradılmış Cavad və Göyçay qəzaları da Bakı quberniyası tərkininə daxil olunmuşdu. 1882-cü ildə Yelizavetpol quberniyası tərkibində daha 2 qəza Cəbrayıl və Cavanşirr qəzaları yaradılmışdı. Qəza mərkəzlərinin hamısında polis idarələri yaradılmış, Qafqaz canişinliyi ləğv olunmuş və Qafqazın idarəsi buradakı baş hərbi rəisə tapşırılmışdı.

Bu dövrdə Azərbaycan iqtisadiyyatı Rusiya sənayesi və bazarının tələbinə tabə edilmişdi. Rusiya burada mərkəzi quberniyalardakı sənayə müəssisələri yaratmır və Azərbaycanı özünün xammal əlavəsinə çevirməyə çalışırdı. Lakin o bu müstəmləkəçilik siyasətini tam həyata keçirə bilmədi. XIX əsrin II yarısında Azərbaycanın kənd təsərrüfatında və sənayesində kapitalist münasibətləri inkişaf etməkdə idi.

Əmtəə-pul münasibətlərinin inkişafı və təsərrüfat qapalılığının ləğvi üçün şosse yollarının salınmasının, xüsusən də dəmir yollarının çəkilməsinin böyük əhəmiyyəti olmuşdu. 1883-cü ildə Qafqaz dəmir yolunun Bakı ilə Tiflisi birləşdirən hissəsinin və 1900-cu ildə Bakının Rusiyanın mərkəzi quberniyaları ilə birləşdirən Bakı_Vladiqafqaz dəmir yolunun istismara başlanması heç şübhəsiz ki, ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyətə malik idi. Şəhərlərin genişlənməsi, əhalinin saynın artması, ixrac üçün əlverişli şəraitin olması burada taşılçılığın inkişafına güclü təkan verdi. Baramaçılığın, ümumiyyətlə ipəkçiliyin əsas rayonları yenə də Nuxa və Şamaxı qəzaları idi. Şuşa və quba qəzalarında, Zaqatala dairəsində, Naxçıvan və Ordubadda da barama yetişdirirdilər. İldə 200-250 min puda qədər istehsal olunan barama Rusiyaya həmçınin xarici ölkələrə ixrac olunurdu.

Quba və Dərbənddə qızılboya istehsalı inkişaf etmişdi. Pambıqçılığın əsas rayonları Göyçay və Cavad qəzaları idi. Zaqatala dairəsi Şuxa və quba qəzalarında tütün becərilirdi. Bağçılıq və üzümçülük də əhalinin əsas məşguliyyətlərindən biri idi. Hacı Zeynalabdin Tağıyev Mərdəkanda bağçılıq məktəbi də açmışdı. Əkinciliklə yanaşı maldarlıq da geniş inkişaf etmişdi. Qoyunçuluğun inkişafı yun istehsalına və ixracına səbəb olmuşdu. Qarabağ atları hər yerdə məşhur idi.

Azərbaycanda üzümçülüyün inkişafı burada spirt çəkən və şərabçılıq müəssisələrinin meydana çıxmasına səbəb oldu. Bakı, Şəki, Şamaxıda tütün fabirkləri var idi.

Bakıda qəza mərkəzlərində bank-kredit təşkilatları yaradıldı. sənayenin inkişafı Xəzər dənizində gəmiçiliyin inkişafı üçün də şərait yaratdı. Xəzər dənizində dünyada ilk neft tutmlu gəmilər meydana çıxdı. Aşurov, Hüseynovlar, Zeynalov və b. 5-6 gəmisi var idi. XIX əsrin sonunda Bakı limanı yük dövriyyəsinə görə Rusiyada I yeri tuturdu. 80-ci illərdə Bakıda ilk telefon rabitəsi yaradıldı.

Sənətkarlığın xalçaçılıq, toxuculuq, boyaqçılıq, dəmirçilik, xarratlıq və s. sahələri mövcüd idi. Daxili ticarətdə həftə bazarları mühüm rol oynayırdı. Şəhərlərdə yarmarkalar təşkil olunurdu. Ən böyük şəhərlər olan Bakı, Gəncə, Şuşa, Nuxa və Şamaxının əhalisi artır, siması dəyişirdi.

XIX əsrin II yarısında kapitalist sənayesinin inkişafı cəmiyyətin tərkibində əsaslı dəyişikliklərin baş verməsi yeni kapitalist münasibətlərinin, burjuaziya və fəhlə sinfinin təşəkkül tapmasın şərait yaratdı. Azərbaycan burjuaziyası neft sənayeçilərindən, fabrik, zavod və manufaktura səviyyəsində olan sənətkar emalatxanalarının sahiblərindən, tacirlərdən, qolçomaqlardan, təsərrüfatlarını muzdlu əmək üzərində quraraq kapitalistə çevrilmiş bəylərdən və b. ibarət idi. Azərbaycan burjuaziyasının XIX ərsin II yarısında başlamış təşəkkül prosesi XX əsrin əvvəllərində də davam etmişdi. Azərbaycanlı sahibkarlar əsasən Bakının yüngül sənaye, neft emalı sahələrində, gəmiçilikdə, Azərbaycan qəzalarındakı sənaye müəssisələrində üstünlük təşkil edirdi. XX əsrin ilk illərində neft sənayesində olan 167 şirkətdən 49-u milli kapital nümayəndələrinə məxsus idi. Azərbaycan milli burjuaziyası nümayəndələri arasında çox varlı, sənaye və ticarətdə yüksək xüsusi çəkili kapitalistlər də var idi. Öz kapitalını xalqın maariflənməsinə və xeyriyyə işlərinə sərf edən Hacı Zeynalabdin Tağıyevi sözün əsl mənasında el atası adlandırdılar. O, bənna şagirdi ola-ola öz fəraəsti, əməksevərliyi ilə müəyyən məbləğ yığaraq, 1872-ci ildə neftverən torpaq sahəsini uzunmüddətli icarəyə götürmüş və neft buruğunun fəvvarə vurması nəticəsində Bakının ən böyük milyonçusuna cevrilmişdi. O, Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuraraq sındıran yeganə kapitalist idi. Belə ki, Tağıyev uzun illərin mübarizəsindən sonra toxuculuq fabriki açmaqla Azərbaycan iqtisadiyyatının bir qolunun inkişafını başqa istiqamətə yönəldə bilmişdi. H.Z.Tağıyevlə yanaşı Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov, Manafov, A.Quliyev, S.Kərimov, A.K.Vahaboğlu, A.Ə.Rəhimov, Muradov kapitalizmin inkişafı burjuaziya ilə yanaşı fəhlə sinfinin də təşəkkül tapmasına səbəb oldu. Sənaye ocaqları yarandıqca, var-yoxdan çıxmış kəndlilər bir parça çörək dalınca bu şəhərlərə axışırdı. Lakin onların hamısı daimi olaraq Bakıda və digər şəhərlərdə qalmır, fəhlə sinfinin təşəkkülündə iştirak etmirdi. Onların bir qismi torpağı az olduğundan, təsərrüfat işləri sənayedə kəsbkarlığa gəlir, pul qazanıb geri qayıdırdılar. Onlara mövsümi fəhlərlər deyirdilər. Bakıya gələnlərin digər qismi isə təsərrüfatla əlaqəni kəsərək sənayə müəssisələrində muzdla işləyən daimi fəhləyə çevrilirdi. Məhz onların hesabına Azərbaycan fəhlə sinfi təşəkkül tapırdı.

Azərbaycan kəndliləri 2 qrupa : sahibkar və dövlət kəndlilərini bölünmüşdülər.. Dövlət kəndliləri torpaqlardan yenə də icmalıqla istifadə edirdilər. Torpaqların çoxu hər kəndin = ucmanın varlı üzvlərinin əllərində cəmləşmişdi. Kəndlilərin böyük əksəriyyəti ilə aztorpaqlı, yaxud torpaqsız idi. Bu dövrdə torpaqların xeyil hissəsini əlində cəmləşmiş kənd varlıları, öz təsərrüfatla məşğul olub muzdlu əmək tətbiq etməklə kapitalistə çevrilmiş bəylər idi.

1872-ci ildə neft sənayesinin inkişafına əngəl törədən və sanayedə kapiral axınına manə olan iltizam sistemi ləğv edildi. Neftverən torpaqlar qruplara bölünüb müzaidə yolu ilə ayrı-ayrı kapital sahiblərinə uzunmüddətli icarəyə verilirdi. Tezliklə neft istehsalı ilə məşğul olan şirkətlər yarandılırdı. Neft sənayesinə rus və xarici kapital axını başlandı. 1879-cu ildə “Nobel” qardaşları “birliyi”nin əsası qoyuldu. 80-ci illərdə Bakıya Rotşildin simasında fransız kapitalı müfuz etdi. Neft sənayesinə kapital axını neftin çıxarılması, emalı texnikasının yaxşılaşdırılmasına, neft məhsullarının daşıma vasitələrinin təkmilləşdirilməsinə səbəb oldu. 1971-ci ildə buruq üsulu ilə ilk neft quyusu qazıldı, nefti quyulardan jelankalarda çıxarmağa başladılar. Neft sənayesində əl əməyinin buxar mühərrikləri ilə əvəz edilməsi manufakturadan iri fabrik istehsalına keçilməsi demək idi. 1870-ci illərin sonunda Balaxanı mədən rayonu ilə neft emalı müəssisələri arasında ilk neft kəməri işə salındı. Əsrin sonunda onların sayı 26-ya çatdı. Nefti saxlamaq üçün çənlər quruldu, daşımaq üçün vaqon-sistərnlər yaradıldı. Azərbaycanda mahir neft ustaları onların arasında azərbaycanlı kapitalistlərdən H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, Ş.Əsədullayev və b. var idi.

Neft istehsalının sürətlə inkişafı neft emalı-neftayırma sənayesinin inkişafına səbəb oldu. 1890-cı ildə Bakıda 150-yə qədər neft emalı zavodu fəaliyyət göstərirdi. Ağ neft məhsullarının daşınmasını asanlaşıdomaq məqsədilə Bakı və Batum arasında 1897-ci ildə birbaşa ağ neft kəməri çəkilməsinə başlandı.

Beləliklə, neft sənayesində səhmdar cəmiyyətlər yaranır, bu cəmiyyətlət neft istehsalı ilə ticarətin öz əllərində cəmləşdirirdilər. Bakı dünyanın ən böyük neft sənayesi mərkəzlərindən birinə çevrildi. Bakıda mexaniki zavodlar da fəaliyyət göstərirdilər. Azərbaycanda eyni zamanda gəmi təmiri emalatxanaları, buxar mühəriklərilə hərəkətə gətirilən dəyirmanlar, tütün fabrikləri və yüzlərdlə yeyinti, tikinti sənaye sahələri vardı.

Gədəbəy mis mədənlərində bağ-mədən sənayesi, Şəki, Şuşa və Ordubadda barama istehsalı, ipək emalı əsanayesinin, pambıqçılığın inkişafı pambıqtəmizləmə sənayesi kapitalist sənayesinə çevrilmişdilər.

Bakı və Naxçıvanda duz mədənlərində duzv istehsalı xeyli artmışdı. Balıqçılıq da genişlənərək 1880-ci ildə vətəqələrin icarəyə verilməsi ilə gücləndi. Balıq vətəqələri Tağıyev, Mayılov, Sianozov kimi neft maqnatlarının inhisarında idi. İpək emalı sənayesinin əsas mərkəzi olan Nuxa şəhərində buxar müərrikləri ilə hərəkətə gətirirən ipək emalı fabrikləri var idi. Cənubi Qafqazdan ixrac olunan ipəyin 90%-i Azərbaycanın prayına düşürdü.

Həsən Səfəri

“Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlərdə” adlanan kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat Şöbəsi tərəfindən çap edilib. İki cilddən ibarət, XIX-XX əsrləri əhatə edən tədqiqat əsəri bu sahədəki boşluğu doldura bilib. Əsərin ortaya çıxmasında layihənin və plan-prospektin müəllifi mərhum akademik Mirzə İbrahimovun rolu danılmazdır. Redaksiya heyəti akademik Mirzə İbrahimov, f.e.d. prof. Teymur Əhmədov və f.e.d. Rəhim Əliyevdən ibarətdir.

Əsərin birinci fəsli “XIX əsr Cənubi Azərbaycanda folklor” adlanır. Fəsil Hüseyn Kürdoğlu tərəfindən qələmə alınıb. Dastanlar və bayatılar hissəsindən ibarət olan fəsildə müəllif Azərbaycan folklorunun şah əsərlərindən olan “Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Aşıq Valeh”, “Qəndab”, “Qaçaq Nəbi” və s. məhəbbət və qəhrəmanlıq dastanlarımızı, eləcə də folklorun digər qollarını bayatı, nağıl, atalar sözləri, zərb-məsəllər və s. folklor nümunələrini araşdırmış, təhlili etmişdir.

Müəllif bir çox folklor tədqiqatçısının Azərbaycanın ikiyə parçalanmasından sonra Cənubda yaranan folklor nümunələrinə diqqət yetirə bilməmələrinə işarə edərək yazır: “Elmi tədqiqatçıların bir neçə nəslinin görkəmli nümayəndələri bu yönümdə dəyərli əsərlər yaratsalar da, Cənubda yaranan “Cənub folkloru” anlayışına daxil edilə bilən dastanlardan və ya dastan variantlarından tarixi imkansızlıqla əlaqədar bəhs edə bilməmişlər. Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, Məmmədhüseyn Təhmasib, Hümmət Əlizadə, Əhliman Axundov, Həmid Araslı kimi görkəmli tədqiqatçıların yaradıcılığında “Cənub folkloru”nun yeri boş qaldığına görə bu günün araşdırıcıları üzərinə daha ağır vəzifələr düşür”.

Əsərin ikinci fəsli isə “XIX əsrin birinci yarısında ədəbi-mədəni proses” adlanır. Fəsli kitabın məsul redaktoru f.e.d. Rəhim Əliyev qələmə almışdır. Müəllif bu fəsildə ilk öncə XIX əsrin əvvəlində güneyli-quzeyli Azərbaycan da daxil olmaqla regionda yaranan ictimai-siyasi vəziyyəti təhlil edərək, Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə parçalanması və ümumiyyətlə Rusiya və xarici dövlətlərin Azərbaycanda gedən ədəbi proseslərə təsirindən söhbət açır. Daha sonra müəllif həmin dövrdə o taylı bu-taylı Azərbaycanda mövcud olan ədəbi bədii proseslə bağlı yazır: “Türkmənçay (1828) müqaviləsinə qədər Cənubi Azərbaycanla Şimalın ictimai-mədəni və ticarət əlaqələri hələ də öz ümumiliyini saxlayırdı. Hətta demək olar ki, XIX əsrin birinci yarısında ədəbi-mədəni prosesin ümumiliyi hələ xeyli dərəcədə qalırdı. Çarizm Şimalı Azərbaycanı ələ keçirəndən sonra burada xalq üsyanlarından ehtiyat edərək yeni müstəmləkə üsul-idarəsini çox ehtiyatla yaradırdı, yerli xüsusiyyətləri dağıtmağa tələsmirdi. Ancaq əsrin ortalarına yaxın Arazboyu sərhəd möhkəmləndirildi, Cənubla rabitə çətinləşdi, Şimalda yeni idarə quruluşu yaranmağa başladı”.

Müəllif Gülüstan müqaviləsindən sonrakı dövrdə Cənubi Azərbaycanda bir sıra xanlıqların mərkəzi hakimiyyət tərəfindən hakimiyyətini tanıması və bunun da xanlıqların ana dilinin və milli mədəniyyətin, xüsusilə ədəbiyyatın inkişafı üçün çox müsbət rol oynadığını vurğulayır.

Müəllif həmin fəsildə Cənubi Azərbaycanda baş verən ictimai-siyasi prosesləri şərh edərək, onun Cənubi Azərbaycanda yaranan ədəbiyyata təsirini təhlil edir. Şimali Azərbaycanın Cənubi Azərbaycandan ayrılması və Azərbaycanın hər iki hissəsində fərqli ictimai siyasi prosesin getdiyini vurğulayan Rəhim Əliyev Şimali Azərbaycanın Avropa burjua maarifinə üz qoyması, lakin Cənubda ənənəvi islam ideologiyasının hakim olduğunu qeyd edərək bunun təbii ki, fərqli çalarların meydana gətirdiyini vurğulayır.

Müəllif bu fəsildə Cənubi Azərbaycanda XIX əsrdə yaranan ədəbiyyatın müxtəlif forma və səpkilərini 7 ayrı hissədə təhlil etmiş, Cənubla Şimal arasında eyniliyin davam etməsi və yaranan cüzi fərqləri üzə çıxarmışdır.

Kitabın üçüncü fəsli ədəbi portretlər adlanır. Bu fəsildə üç görkəmli şairimiz Əndəlib Qaracadaği, Heyran Xanım və Seyid Əbülqasım Nəbatinin yaradıcılığı araşdırılıb.

Əndəlib Qaracadağinin portretini prof. Teymur Əhmədov incələyib. Müəllif Əndəlib Qaracadağinin həyatı haqqında yazır: “Əndəlib Qaracadağinin XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaşayıb-yaratması ehtimal olunur. Əslən Cənubi Azərbaycanın Qaracadağ mahalının Əhər qəsəbəsindən olan şair gənclik illərindən doğma vətənini tərk edib qürbətdə yaşamışdır”. Müəllif Əndəlib Qaracadağinin yaradıcılığı ilə bağlı yazır: “Əndəlib Qaracadaği açıq fikirli, istedadlı şair idi. Onun poetik yaradıcılığı zəngin xalq ədəbiyyatının, eləcə də Füzuli dühasının təsiri altında pərvəriş tapmışdır. Qoşma, gəraylı, heyratı, qəzəl, rübai, qəsidə, təxmis və digər janrlarda doğma dildə və farsca yazdığı şeirlər Əndəlib Qaracadağinin öz dövründə tanınmış şair olduğunu sübut edir”.

Heyran Xanımın həyatı və yaradıcılığını isə Rəfiqə Qasımova qələmə almışdır. Müəllif şairənin həyatı və yaradıcılığı ilə bağlı yazır: “XVIII əsrin axırı, XIX əsrin əvvəllərində yazıb yaradan, Füzuli ədəbi məktəbinin ənənələrini davam etdirən qadın şairələrimiz içərisində Heyran xanım öz orijinal yaradıcılıq xüsusiyyətləri ilə xüsusi yer tutur”. Müəllif Heyran xanımın hazırda üç əlyazmasının mövcud olması və həmin əlyazmaların Tehran Universitetində, Gürcüstan EA Əlyazmalar İnstitutunda və Azərbaycan EA-nın Respublika Əlyazmaları İnstitutunda saxlandığını qeyd edir.

Rəfiqə Qasımova Heyran xanımın həyat və yaradıcılığını təhlil etməklə yanaşı, həmin şairənin həyat və yaradıcılığını araşdıran ədəbiyyatçı alimlərin araşdırmalarını da diqqətdən kənarda saxlamamışdır.

Fəsildə araşdırılan üçüncü ədəbi portret – Seyd Əbülqasım Nəbatinin həyat və yaradıcılığı isə Əbülfəzl Hüseyni və Nazim Rizvan qələmə almışlar. Müəlliflər ilk öncə Nəbatinin həyatı və yaradıcılığı və ümumiyyətlə Nəbati irsinin tədqiqatçı və təzkirəçilərin əsərlərində əks etdirildiyini şərh edir və Nəbatinin bir sıra təxəllüslərlə, o cümlədən Nəbati, Xançobanı, Məcnun və başqa təxəllüslərlə şeir yazdığını vurğulayırlar. Nəbatinin yaradıcılığını araşdıran adını çəkdiyimiz alimlər o qənaətə gəlmişlər ki, şairin yaradıcılığında iki mənbəyin güclü təsiri görünür. Bunlardan biri klassik ədəbiyyat, digəri şifahi xalq ədəbiyyatıdır.

Əsərin dördüncü fəsli “XIX əsrin ikinci yarısında ədəbi-tarixi mühit, mədəniyyət və xalq sənəti” adlanır. Fəsli M. Müciri qələmə almışdır. Əsərin diqqətəlayiq cəhəti odur ki, burada təkcə Güney Azərbaycanda baş verən ədəbi-bədii proseslər haqqında deyil, həm də dövrün ictimai-siyasi mənzərəsi haqqında da müfəssəl məlumat verilir. Müəllif XIX əsrin ikinci yarısında Qacarlar sülaləsinin yanlış iqtisadi siyasəti və xarici kapitalın ağalığı şəraitində baş verən dərin iqtisadi böhranın ədəbi mühitdəki əksini ustalıqla oxucuya çatdıra bilmişdir. Xüsusilə taxıl möhtəkirliyinə qarşı Zeynəb paşanın üsyanı və Təbrizdə baş verən Tənbəki üsyanı haqqında ədəbiyyatımıza az bəlli olan şeirlərdən nümunələr verməklə oxucuda dövr barəsində dolğun təsəvvür yaratmağa çalışmışdır. Müciri eyni zamanda Güney Azərbaycanda maarifçilik sahəsində görülən işlər və dövrün görkəmli maarifçiləri barəsində də məlumat verir. Əsərdə “İran maarifinin atası” adlandırılan Mirzə Həsən Rüşdiyyənin maarifçilik sahəsində gördüyü tədbirlər sadalanmış və bunun Güney Azərbaycan ədəbi mühitinə təsiri şərh edilmişdir. Fəsildən məlum olur ki, Mirzə Əli Möcüz, Marağalı Zeynalabdin, Mirzə Mehdi Şükuhi kimi söz ustadlarının formalaşmasında Quzey Azərbaycan ədəbiyyatında gedən proseslərin danılmaz təsiri olmuşdur. XX əsrin sonu XX əsrin əvvəllərində bu tayda çap edilən ədəbi-bədii nəşrlərin rolu bu sahədə daha artıqdır. Xüsusilə “Əkinçi”, “Şərqi Rus”, “Molla Nəsrəddin” kimi qəzet və dərgilər Cənubda maraqla qarşılanırdı. Bu mətbu orqanlar M.Ə.Ləli, M.Ə.Talıbov kimi şəxsiyyətlərin yaradıcılıq istiqamətlərini müəyyənləşdirməyə böyük kömək etmişdir.

Kitabın beşinci fəsli Güney Azərbaycanın tanınmış ədəbi simaları Məhəmməd Bağır Xalxali, Mirzə Mehdi Şükuhi və Əbülhəsən Raciyə həsr edilmiş məqalələrdən ibarətdir. Xalxali yaradıcılığı barədə tədqiqat işinin müəllifi olan Xuraman Quliyeva, şairin həyat və yaradıcılığında mühüm yer tutan “Sələbiyyə” poemasına xüsusi yer ayırmışdır. Əsər barəsində ilk tənqidi təhlilin müəllifi olan Firidin bəy Köçərlinin fikirlərinə geniş yer verən müəllif, bu satirik şairin Azərbaycan ədəbiyyatındakı yerini və rolunu realist poeziyanın ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə etmişdir.

Bu fəsildə eyni zamanda Mirzə Mehdi Şükuhinin yaradıcılığından bəhs edən Məmmədəli Müsəddiqin araşdırması da maraqlı faktlarla zəngindir. Şükuhinin ədəbi yaradıcılığının müəyyən hissəsini tutan lirik şeirləri ilə yanaşı, onun folklor ruhlu şeirlərini də tədqiq edən müəllif onun türk dilinin zənginləşməsindəki xidmətlərini üzə çıxarmağa çalışmışdır.

XIX əsrdə Azərbaycan poeziyasının daha bir görkəmli nümayəndəsi olan Əbülhəsən Raci barədə Nazim Rizvan tərəfindən qələmə alınmış məqalədə şairin lirikası barədə müfəssəl məlumat almaq mümkündür.

Kitabın altıncı fəsli Teymur Əhmədovun qələmə aldığı Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisi, məşhur ədib Mirzə Fətəli Axundzadənin Güney Azərbaycan ədəbiyyatının formalaşmasında rolundan bəhs edən iki məqalə və Əbülfəzl Hüseyni ilə Nazim Rizvanın birgə qələmə aldıqları Mirzə Ağa Təbrizinin yaradıcılığından bəhs edən tədqiqat işindən ibarətdir.

Yeddinci fəsil isə Xeyrulla Məmmədov tərəfindən qələmə alınan “XIX əsrin sonlarında Cənubi Azərbaycanda maarifçi ədəbiyyat” məqaləsindən ibarətdir. Əsərdə Azərbaycan maarifçiliyini ifadə edən XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədərki mərhələdə yaranmış maarifçilik dövrünün bədii-estetik fikrin zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluqları ilə diqqəti cəlb edir. Məsələn, Azərbaycan maarifçiliyinin əsasını qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətlərinə, xüsusilə də Güney Azərbaycan ədəbiyyatına müsbət təsir göstərmiş M.F.Axundov yaradıcılığı timsalında biz bunun əyani şahidi ola bilərik. Məqalədə bu kimi cəhətlər dolğun əks etdirilib.

Kitabın ən maraqlı hissəsini təşkil edən səkkizinci fəsildə dövrün görkəmli şəxsiyyətləri Zeynalabdin Marağalının (Əflatun Məmmədov) və Mirzə Əbdürrəhim Talıbovun (Mirəli Mənafi) yaradıcılığından bəhs edən iki məqalə yer alıb. Talıbov haqqında məqalədə onun ilk orijinal bədii əsəri “Kitab yüklü eşşək” (1888) alleqorik romanında maarifçiliyin təbliği şərh edilib. Məlumdur ki, “Səfineyi-Talibi, ya Kitabi Əhməd” (“Talibin gəmisi, yaxud Əhmədin kitabı” iki cilddə, 1894-1895) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Məqalədə Talıbovun əsərləri maarifçilik aspektindən tədqiq edilib. Doqquzuncu fəsil isə Arif Hacıyevin Azərbaycan ədəbiyyatında “Ədəbi əlaqələr” məqaləsində Şimalla Cənubun qarşılıqlı əlaqəsi və bunun ədəbi proseslərə təsiri barəsində maraqlı araşdırma aparılmışdır.

Kitabda yer alan məqalələr, Güney Azərbaycanın ədəbi simaları haqqında aparılan qiymətli araşdırmalar Güney Azərbaycan ədəbiyyatının öyrənilməsi aspektindən diqqətəlayiq əhəmiyyət daşıyır.

Comments are closed, but trackbacks and pingbacks are open.