Press "Enter" to skip to content

Kimlər sürücülük vəsiqəsi ala bilməz

Uzun illərdir ki, “Təlim” avtomobilləri ilə “praktiki” sürücülük kursu keçən Səyyar İbadovun sözlərinə görə, bu gün qadınlar kişilərdən daha çox sürücülüyə meyllidir. Dediyinə görə, maşın sürməyi öyrənmək üçün kursa gələn hər 30 nəfərdən 20-si qadın olur: “Son zamanlar qadınlar daha çox sürücülüyə maraq göstərir. Onların götürmə qabiliyyətləri də daha güclüdür. Qadın sükan arxasında daha diqqətli olur, risklərdən qaçır və qaydalara riayət etməyə çalışır. Mənim bu illər ərzində yüzlərlə qadın tələbəm olub və bu günə kimi hansısa birinin qəza etdiyini eşitməmişəm”.

Sürücülük vəsiqəsi üzrə qaydalar dəyişdi – Yeni kateqoriyalar və yaş məhdudiyyəti

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edilib.

Trend-i buradan izləyin

Bakı. Samir Əli – Trend:

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.

Bununla yanaşı, sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə – 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə – 19 yaşdan, “CE” kateqoriyası üzrə – 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə – 23 yaşdan, “D1E” altkateqoriyası üzrə – 25 yaşdan veriləcək.

Kimlər sürücülük vəsiqəsi ala bilməz?

Avtomobil sahibi olmaq, idarəetməni öyrənmək hər kəsin arzusudur. Gündən-günə artan sürücülük kursları sürücü olmaq istəyənlərə müxtəlif qiymətlərlə təlimlər keçir. Hətta zərif cinsin nümayəndələrinə qadınların dərslər keçdiyi xüsusi sürücülük kursları da var.

Uzun illərdir ki, “Təlim” avtomobilləri ilə “praktiki” sürücülük kursu keçən Səyyar İbadovun sözlərinə görə, bu gün qadınlar kişilərdən daha çox sürücülüyə meyllidir. Dediyinə görə, maşın sürməyi öyrənmək üçün kursa gələn hər 30 nəfərdən 20-si qadın olur: “Son zamanlar qadınlar daha çox sürücülüyə maraq göstərir. Onların götürmə qabiliyyətləri də daha güclüdür. Qadın sükan arxasında daha diqqətli olur, risklərdən qaçır və qaydalara riayət etməyə çalışır. Mənim bu illər ərzində yüzlərlə qadın tələbəm olub və bu günə kimi hansısa birinin qəza etdiyini eşitməmişəm”.

Müsahibimiz bildirir ki, Bakıda avtomobil idarə etmək üçün güclü əsəblərə sahib olmaq lazımdır. Çünki şəhər qayda- qanuna əməl etməyən sürücü və piyadalarla doludur. “Əsəblərin zəifdirsə, tez əsəbiləşirsənsə, güzəştə getməyi bacarmırsansa, ən yaxşısı sürücülüyü öyrənməyə çalışma. Sürücülük əsəbləri möhkəm, bir az da səbirli insanlar üçündür”.

Təlim müəlliminin dediyinə görə, birinci dəfə sürücülük vəsiqəsi alanda həkimdən arayış mütləqdir: “Sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, ginekoloq, terapevt yoxlanışından keçməlidir. Sürücülük vəsiqəsi almaq istəyənlər narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidirlər”.

İbadov qeyd edib ki, hansısa bir həkimin psixi vəziyyəti yaxşı olmayan xəstəyə sağlamlıq arayışı verməsi birbaşa cinayət məsuliyyəti daşıyır. Sabah o sürücünün kimisə öldürməsi (maşınla vurub) və ya qəza törətməsi həkimin məsuliyyətindədir. “Amma təəssüf ki, belə hallar baş verən zaman həkim yada düşmür”.

Həmsöhbətimizin sözlərinə görə, şəkər xəstəliyi olan istər qadın, istərsə də kişilərə sürücülük vəsiqəsi verilmir. “Terapevtin müayinəsindən keçən zaman təzyiqi yüksək olan kəslər isə narahat olmamalıdır. Çünki müəyyən müalicə kursundan sonra onlar yenidən sağlamlıq haqqında arayış üçün müraciət edə bilərlər”.

S.İbadovun bildirdiyinə görə, təlim avtomobilləri ilə saatı 20 manata praktiki sürücülüyü öyrədirlər. “Praktika sürücülükdə böyük əhəmiyyət daşıyır. Çünki şəxs kitabdan ancaq nəzəriyyə olaraq öyrənir. Sürə-sürə isə yolları, işarələri daha yaxşı öyrənir. Məncə, yaxşı sürücü olmaq üçün nəzəriyyə və praktika eyni zamanda keçirilməlidir”.

Həkim Bəsti Əlməmmədovanın sözlərinə görə, hər bir vətəndaş sürücülük vəsiqəsi almamışdan öncə mütləq həkim müayinəsindən keçməlidir. “Bir ara bu arayışların ləğv ediləcəyi barədə söz-söhbət gəzirdi. Ancaq bu arayışlar ləğv edilərsə, küçələrdə nə qədər xəstə insanın avtomobil sürəcəyinə heç kim zəmanət verə bilməz. Buna görə də arayış mütləqdir”.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.