Cəriməni necə öyrənim
E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (23 saat əvvəl)
Lügətlər və Müasir Tətbiqlər Vasitəsilə Söz Ehtiyatını Artırmaq
Hər bir dili öyrənmək üçün ilk əvvəl bu dildə ən çox istifadə olunan söz və ifadələri bilmək lazımdır. Buna görə də hər hansı bir dildə özünüzü sərbəst şəkildə ifadə etmək istəyirsinizsə, 3000-dən artıq söz və ifadə öyrənməyiniz məsləhətdir. Belə ki, ingilis dili beynəlxalq dil olduğu üçün hər gün demək olar ki, yeni ifadələr, sözlər yaranır. Bəs günü-gündən zənginləşən bu dili və onun lüğət tərkibini öyrənmək üçün nə etməliyik? Daha doğrusu hansı mənbələrdən yararlanmalıyıq? Bu bloqun əsas məqsədi söz ehtiyatını lüğətlər vasitəsilə artırmağın yolları barədə oxuculara məlumat verməkdir. Əgər artıq hansısa bir lüğətdən yararlanmağa başlamısınızsa, ancaq oxuduğunuz sözlərin əksəriyyətini uzun müddət yadda saxlamaq çətindirsə, o zaman həmin sözü qeyd dəftərinə yazaraq, tez-tez nəzər yetirə bilərsiniz. Bu cür sözlərin işlək dil lüğətinizdə yer alması sizin üstünlüyünüzdür. Qeydlər etməklə müəyyən sözləri daha yaxşı vurğulamış olursunuz və bununla da beyniniz üçün həmin sözləri yadda saxlamaq daha rahat olur. Lakin çalışmaq lazımdır ki, öyrəndiyiniz bu yeni söz və birləşmələri gündəlik həyatınızda daha çox istifadə edəsiniz ki, işlək hala çevrilsin. Ən yaxşı yol isə köhnə söz ehtiyatını yeniləri ilə əvəz etməkdir. Bununla da bir növ əvvəlki söz bazanızı demək olar ki, unudaraq onları yeniləri ilə əvəz edirsiniz. Bu da öz növbəsində sizə peşəkar səviyyədə dili qavramaqda kömək edir. Söz ehtiyatını artırmaq üçün hansı lüğətlər daha perspektivlidir? İnternet və texnoloji yeniliklərin günü-gündən inkişaf etdiyini nəzərə alsaq, hər bir şəxsin özəl smartfonu var. Bu smartfonlara onlayn lüğətləri rahat şəkildə yükləmək mümkündür. Bununla da harda olmağınızdan asılı olmayaraq istənilən zaman lüğətlərdən istifadə edərək yeni sözlər öyrənə bilərsiniz. İndi isə söz ehtiyatınızı zənginləşdirəcək bir sıra faydalı lüğət saytlarını sizlərə təqdim edirəm.
Vocabulary.com
- Bu vebsayt vasitəsilə tələbələr asanlıqla istənilən sözün mənasını, izahını tapa bilərlər. Bu sayta daxil olaraq istənilən birləşmənin ingilis dilindəki izahını əldə edə bilərsiniz. Xüsusilə də burada öyrəndiyiniz yeni sözlərlə bağlı testdən də keçə bilərsiniz. Bu halda siz müəyyən məbləğdə ödəniş etməlisiniz (40$). Lüğət (dictionary) bölməsindəki sözlərin geniş izahı ilə yanaşı, həmçinin, düzgün tələffüzü də verilmişdir. Siz bu vebsaytdan iki cür qeydiyyatdan keçib yararlana bilərsiniz. Birinci yol öyrənənlər üçündür. Bu zaman heç bir ödəniş etmədən sadəcə qeydiyyatı tamamlamaq lazımdır. Burada yazılışları və tələffüzləri bənzər olan sözlərin fərqlərini izahlı şəkildə göstərirlər. Həqiqətən bu vebsaytdan qeydiyyatdan keçərək yeni sözlər öyrənmək sizlər üçün möhtəşəm bir təcrübə olacaq.
BBC Learning English
- Həqiqətən də inanılmaz dərəcədə geniş imkanları daxilində bu vebsayt istifadəçilər üçün ingilis dilini daha maraqlı və jurnalistik mövqedə sevdirməyə çalışır. Müxtəlif mövzularla bağlı xəbərləri,məqalələri buradan əldə edə bilərsiniz. Vebsaytın “Grammar, Vocabulary & Pronunciation” bölməsindən müxtəlif mövzuları əhatə edən məqalə və videolar vasitəsilə bir çox yeni söz və ifadələr öyrənə bilərsiniz.
Confusing Words
- Adından da göründüyü kimi bu vebsayt sayəsində sizə qaranlıq olan və çətin hesab etdiyiniz sözlərin izahlarını görə bilərsiniz. Qarışıq sözlər oxucular və yazarlar üçün narahatlıq doğuran 3210 sözdən ibarətdir. Burada ən çox yayılmış və səhv salınan, yaxud yanlış istifadə edilən sözlər qruplaşdırılır. Bir sıra bölmələrdən ibarət olan bu sayt da demək olar ki, digərləri kimi eyni formatda işləyir. Həmçinin uşaqlar üçün də ayrıca dil öyrənmək üçün fürsət yaradılıb.
Just The Word
- İndi isə sizlərə esse yazarkən ən çox lazım olacaq onlayn lüğət vebsaytından danışacağam. Bəli, düz eşitdiniz. Bu saytda siz yazılarınızda istifadə etməli olduğunuz düzgün söz və ifadələri görə bilərsiniz. Sadəcə sözü, yaxud ifadəni daxil edərək onun barədə hər cür məlumatı tapa bilərsiniz.
Wordnik
- Vebsaytın bir hissəsi Century Dictionary, American Heritage Dictionary, WordNet və GCIDE kimi geniş çeşidli lüğətlərə əsaslanır. Wordnik bir sözün tam izahını vermək üçün mümkün qədər real nümunələrdən istifadə edir.
Yuxarıda sadaladıqlarımın hər biri ingilis dili söz bazanızı artırmaq üçün faydalı ola biləcək ən yaxşı onlayn lüğətlər hesab olunur. İndi isə digər dillər üçün söz ehtiyatını artırmaqda sizlərə faydalı ola biləcək bir neçə saytdan danışacağam. Beləliklə, gəlin digər işlək dillərə məxsus bir neçə faydalı lüğətlərə nəzər salaq.
Babbel
- Babbel 2008-ci ilin yanvar ayından etibarən müxtəlif dillərdə mövcud olan alman əsaslı dil öyrənmə proqramı və e-öyrənmə platformasıdır. Hal-hazırda burada 14 dil təklif olunur: holland, danimarka, ingilis, fransız, alman, , italyan, norveç, polyak, portuqal, rus, ispan, türk və s.
RAE
- RAE platformasında siz ispan dilində olan sözlərlə tanış ola bilərsiniz. Onu da unutmayın ki, bu vebsayt birdillidir.
DİLLBİLL
- DillBill platformasında siz 700-ə yaxın mövzu və həmin mövzuların sözlərini oxuya bilərsiniz.
Lüğətlərdən öyrəndiklərimizi necə yadda saxlayaq?
Məlum olduğu kimi bəzi söz və ifadələri yadda saxlamaq hədsiz çətin bir prosesdir. Lakin bu cür yeni sözləri özümüzə uyğun bir şəkildə yadda saxlaya bilərik. Yeni öyrəndiyimiz sözləri gündəlik həyatımızda istifadə etmək, yaxud telefonun qeyd dəftərinə yazmaqla hər zaman nəzər yetirərək diqqət mərkəzində saxlamalıyıq. Nəticədə bir müddətdən sonra yadda qalır. Lüğətlərdə öyrəndiyiniz sözləri daha yaddaqalan etmək üçün müəyyən məqalə və kitablar da oxuya bilərsiniz. Tutaq ki, biologiyaya aid sözlər öyrənmisiniz, lakin çətin olduqları üçün yadınızdan tez çıxır. Bunun qarşısını almaq üçün təbii ki, həmin mövzuya aid məqalə və kitab oxusanız sizin üçün daha rahat yaddaqalan olar. Hətta öyrəndiyiniz yeni sözləri kiçik bir kağız parçasına yazaraq masanıza, yaxud soyuducunuza yapışdıra bilərsiniz. Təbii ki, hər dəfə bu sözləri görəcək və artıq bu hal davamlı baş verdiyindən sözlər yadınızdan çıxmayacaq.
Ümid edirəm ki, bu mövzuya toxunmağım sizin üçün də faydalı oldu. Əgər bloqu bəyəndinizsə, rəy bildirməyi unutmayın.[:]
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
cəriməni necə öyrənim?
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (23 saat əvvəl)
123589 cavab verdi – PC üçün tövsiyə (4 gün əvvəl)
Valeh Abishov cavab verdi – Aliexpress telefon (6 gün əvvəl)
Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (6 gün əvvəl)
Valeh Abishov cavab verdi – Poçta əlavə pul (6 gün əvvəl)
gul56 cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (11 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (11 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (19 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (29 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (33 gün əvvəl)
Qibləni necə təyin etmək olar?
Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır.
Day.Az zikr.az-a istinadən bildirir ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 14:00 radələrində, yay mövsümündə isə 14:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.