Talış dili lüğəti
Alman iranisti V. Heyker 1895–1901-ci illərdə Strasburq şəhərində çap etdirdiyi “İran filologiyası” kompendiumunda xəzərsahili dialektlər haqqındakı oçerkində Berezinin əsərindəki talış dili materiallarından istifadə edir.
Talis Dili – Wikipedia
Talış dili (tal. tolışə zıvon, زبان تالشی ) — Hind-Avropa dil ailəsinin hind-iran qoluna daxil bir dil, talışların dili. [2] Talış dilindən İranda (əsasən Gilan və ərazisində) və Azərbaycanda (əsasən Azərbaycanın Lənkəran, Masallı, Astara, Lerik rayonlarında) yaşayan talışlar məişətdə istifadə edirlər. Morfologiyasında fletivlik əlamətlərinə də təsadüf edilir. Sintaktik əlaqələrdə qoşma və önlüklərindən geniş istifadə olunur. Təsirli fellərin keçmiş zaman formalarının çoxunda cümlə erqativ quruluşludur.
Talış ləhcələri
Talış dili hind-iran qrupunda irani dillər qolunun şimal-qərbi iran dil yarımqrupuna aid Kaspi dil qrupuna daxildir. Bu qrupa həmçinin talış dilinə yetərincə bənzər gilək dili və mazandaran dili, habelə simnan dilləri (simnani, biyabunaki, səngsəri, sorxeyi, əftəri, ləsgedri) və s. daxildirlər.
Talış dili ümumən digər irani dillərlə, yəni fars, tat, tati, kürd, zaza, lur, tacik, osetin, puştu, dəri, bəluc və s. dillərlə, biraz məsafəylə isə həmçinin hind, urdu, benqal, pəncabi, və s. hind dilləri ilə də uzaq-yaxın əlaqədardır.
Həmçinin hind-avropa dillərindən birisi olmasına görə bütün digər hind-avropa dilləri ilə, habelə slavyan (rus, belarus, ukrayna, çex, polyak, serb, və s.), baltik (litva, latış), yunan, german (ingilis, alman, niderland, isveç, norveç, island, və s.), latın/roman (fransız, italyan, rumın, ispan, portuqal, katalan, və s.) və s. dillər ilə uzaq qohumdur. [3]
Mündəricat
- 1 Tədqiqi
- 2 Qrammatikası
- 3 Dialektləri
- 4 Danışanların sayları
- 5 Həmçinin bax
- 6 Xarici keçidlər
- 7 İstinadlar
Bu dilə aid ilk əsər 1842-ci ildə Londonda nəşr edilib. Həmin ildə rus iranisti Aleksandr Xodzkonun “Specimens of the popular poetry of Persia”adlı əsəri çap edilib. Əsərdə İran dilləri qrupunun Xəzərboyu dillərindən — mazandaran, gilək (gilan) və talış dillərindən nəğmə nümunələri toplanıb. Bu nümunələr ərəb əlifbası ilə verilib. Bundan başqa, mazandaran və talış mətnlərinə dil izahatı, gilək mətnlərinə isə söz (lüğət) izahı verilmişdi. Kitabda on beş dördlük (bənd) təqdim edilir. Bu nəğmələrin dili fars ədəbi dili ilə talış danışıq dilinin qarışığından ibarətdir. [4]
Talış dili haqqında rusca ilk məlumata Straçevskinin 1848-ci ildə Peterburqda nəşr edilmiş “Ensiklopedik məlumat lüğəti”(“Справочный энциклопедический словарь”) əsərinin X cildində rast gəlinir. Əsərdə deyilir:
| Talış ləhcəsi fars dilinin altı əsas ləhcəsindən biridir, Talış xanlığında işlədilir və ola bilsin ki, buralar həmin dilin vətənidir. Özünün istər qrammatik, istərsə leksikoqrafık formalarına görə bu dil hissediləcək şəkildə başqa ləhcələrdən uzaqlaşır. Onun qrammatik formaları, fars dilinə məxsus “u” yaxud “un” cəm şəkilçisinin artırılması istisna edilərsə, özünəməxsusdur və nə pəhləvi, nə də hər hansı digər dildən törəməmişdir. Bu dil bütün nisbi əvəzlikləri isimdən əvvəl qoyur və əvəzliklərin özləri də onda orijinaldır [5] |
Talış dili haqqında ikinci hesab edilən məlumatı Rusiyada, lakin rus dilində deyil, fransız dilində, Kazan universitetinin professoru İlya Berezin verir. 1853-cü ildə Kazan şəhərində Berezinin fars dilinin qrammatikası kitabı nəşr edilir. Elə həmin il Kazanda onun “Recherches sur les dialectes persans”adlı kitabı nəşr edilir. Mütəxəssislər İran dialektologiyası sahəsində rus iranistlərinin ilk əsəri kimi hələ indiyədək bu əsərə müraciət edirlər. O, A. Xodzkonun əsərində verilmiş “talış”nəğmələrindən istifadə etmişdir. İ. N. Berezinin əsəri iki hissədən — qrammatik oçerk va A. Xodzkonun əsərindən götürülmüş nəğmələrdən ibarətdir. İ. N. Berezin yazır ki, İran dialektləri haqqında tədqiqatlarını özünün şəxsən topladığı, öyrəndiyi materiallar əsasında aparmışdır, lakin kiminlə, nə vaxt, hansı ərazidə topladığını heç yerdə yazmır. Əsərdə, talış sözləri təhrif edilir. İ. N. Berezin, A. Xodzkonun əsərindən götürdüyü dördlüklər haqqında yazır:
| Mən burada oxucuya talış, gilan və mazandaran nəğmələrinin yeni tərcüməsini təqdim edirəm və onları tənqidi qeydlərlə müşayiət edirəm; Xodzkoda olmayaq talış mətnləri onun transkripsiyası əsasında mənim tərəfimdən bərpa edilmişdir». Əsərin qrammatikaya aid hissəsində İ.N.Berezin talış dilinin qrammatikasından baş açmır. Qrammatikanın xüsusən fel bəhsi, demək olar ki, səhv işlənir. Lakin buna baxmayaraq müəllif yazır ki, “talış dilində qrammatik qaydalar ciddi şəkildə gözlənilmir, belə ki, adətən, felin xəbər şəklinin, demək olar ki, bütün zamanları qarışdırılır, yəni aorist preteritin yerində, gələcək zaman indiki zamanm yerində və s. işlədilir». O daha da irəli gedərək yazır: “Talış dilində fel ən çətin, ən dolaşıq və ən şübhəli hissədir». [6] |
İ. N. Berezinin əsərindən iki il sonra, yəni 1855-ci ildə talış dilinin qrammatikası haqqında rus dilçisi P. F. Rissin əsəri nəşr edilir. Əvvəlki əsərlərdən fərqli olaraq əsər rus dilində yazılmışdır və belə adlanır: “Talışlar, onların həyat tərzi və dili haqqında” (“О талышинцах, их образе жизни и языке”- “Записки Кавказского отдела Русского географического общества”, III книга). İ. N. Berezinin əsərinə nisbətən bu əsərin keyfiyyəti xeyli yüksəkdir. R. F. Riss üç gün Talışda olmuş, Lənkəran və mahalın cənubunda — Astarada tədqiqat aparmışdır. Bu qısa müddətdə o, 250 isim və sifət, 70 fel yazmış, bir qədər qrammatik material, əvəzlik, say, zərf və s. toplamış, 40 danışıq ifadəsi, dörd dördlükdən (bənddən) ibarət talış nəğməsi və bir dübeyt yazmışdır.
Alman iranisti V. Heyker 1895–1901-ci illərdə Strasburq şəhərində çap etdirdiyi “İran filologiyası” kompendiumunda xəzərsahili dialektlər haqqındakı oçerkində Berezinin əsərindəki talış dili materiallarından istifadə edir.
Qrammatikası
B. V. Millerin apardığı tədqiqatlara görə talış dilində sadə cümlədə cümlə üzvlərinin sırası ümumi halda müəyyən vəziyyətlərlə məhdudlaşır. Belə ki, bütün təyinlər və təyin qrupları həmişə, heç bir istisna olmadan, təyin olunandan əvvəl gəlir. Bu halda burada yeni fars dilində rast gəlinən (fars izafi adlanan) halın tam əksi müşahidə olunur. Normal emosiyasız nitqdə xəbər mübtədadan sonra gəlir və cümlənin sonunda durur. Cümlənin istənilən üzvü məntiqi vurğu ilə fərqləndirilə bilər, öz adəti yerini dəyişə (inversiya) və hətta cümlənin əvvəlində işlənə bilər. [7] B. Miller, cümlədə söz sırasının mübtəda, ikinci dərəcəli üzvlər və xəbər formasında olmasını göstərir.
Talış dilində, cümlədə söz sırası kifayət qədər sərbəstdir, adətən mübtəda cümlənin əvvəlində, xəbər sonda işlədilir, vasitəsiz tamamlıq xəbərdən əvvəl gəlir, vasitəli tamamlıq vasitəsizdən əvvəl, zaman zərfi isə bir qayda olaraq cümlədən əvvəl olur. Məs: Maşki mı botono kitob bəvardem — Sabah mən sənin üçün kitab gətirəcəyəm. Bəzi cümlələrdə isə yer və tərzi-hərəkət zərfləri xəbərə bağlanır. Məs: Mı ve kitob kədə handedəm — Mən çox kitab evdə oxuyuram”. [8] [9] [10]
Dialektləri
Talış dilinin üç əsas böyük dialekti var — şimal, mərkəz və cənub dialektləri. Şimal dialekti Azərbaycan ərazisində daha çox danışılır, mərkəz və cənub dialektləri isə daha çox İranda yayılıb.
Qlobalinfo
Talışlar yığcam şəkildə Azərbaycan Respublikasının cənub-şərq hissəsində və İranın Gilan vilayətində yaşayırlar. Talışlar özlərini “tolış” adlandırırlar. Azərbaycan türkləri onlara “Talış” deyir. Rus ədəbiyyatında isə onlar “talışlar”, bəzən də “talışlılar” adlandırılmışdır (Bax: Б. В. Миллер. Талышский язык. Москва – 1953, s. 9). XIX əsrin 80-cı illərində Lənkəran qəzasında olmuş rus tədqiqatçısı D. A. Kistenyev talışları etnik xüsusiyyətlərinə görə, talışlara, zuvandlılara, oratlılara, pornaimlərə və alarlara bölmüşdür (Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 29; Talışlar – Vikipediya). Sonralar aparılmış tədqiqatlar nəticəsində məlum oldu ki, ana dili Azərbaycan türkcəsi olan alarlar mənşəcə talış deyil, türkdür (Bax: Tofiq Əzizov. Alarların mənşəyi haqqında, avrasiya.info).
Talış sözünə toponim kimi məhz bu formada rast gəlinən ən qədim yazılı mənbə Həmdulla Qəzvininin (1280 – 1349) “Nüzhətül-qülub” əsəridir. Həmin əsərdəki bu məlumat belədir: “Sultaniyyə-Ərdəbil yolu. Xalxala kimi 6 fərsəxdir, sonra Talış kəndinə kimi 6 fərsəx və daha sonra Ərdəbil şəhərinə 6 fərsəxdir (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı – 1989, s. 171).
“Talış sözünün mənası ilə bağlı indiyəcən irəli sürülmüş yozumlar aşağıdakılardır:
1. “Talış” sözü talış dilindəki “tülüş” sözündən yaranıb, “palçıqlı yerdə, bataqlıqda yaşayanlar” deməkdir.
2. “Tol” sözündən yaranıb, “düzənlikdə, hamar yerdə yaşayanlar” deməkdir.
3. Yunan dilindəki “dəniz” mənası verən “thalaşa” sözündən yaranmışdır.
4. “Talış” sözü kadusi tayfa adının dəyişikliyə məruz qalmış formasıdır. Kadusi Talış dilində ,,ev dostu” deməkdir (Bax: Kadusilər – Vikipediya).
5. Ərəb dilindəki “talis” sözündən yaranıb, “saf, təmiz əxlaqlı, səmimi adamlar” deməkdir.
6. Qədim fars dilindəki “tayalis” sözündən yaranıb, “başlıqla gəzənlər” deməkdir.
Talış sözünün Kadus tayfa adının yunan və ərəb dillərində dəyişikliyə uğramış forması olması yozumu İran alimi Əhməd Kəsrəviyə məxsusdur. O yazırdı: “Nəzərimizcə, kaduş adında k – t və d – l fonetik əvəzlənmələri baş verdiyindən həmin ad taluş, daha sonra talış formasına düşmüşdür” (Bax: Əli Əbdoli. Kadusların tarixi. Tehran – 2002, s. 13). Əslində Kadusi tayfasının adı iddia edildiyi kimi Kadus (Kaduş) yox, Kadussi olmuşdur (Bax: А. С. Сумбатзаде. Азербайджанцы – этногенез и формирование народа. Баку – 1990, с. 36) və bu söz Kassi dilinə məxsusdur. Kaduş – kateş tayfanın ləqəbidir və Ə. Əbdolinin göstərdiyi kimi talış sözü ilə bağlılığı yoxdur (Bax: Yenə orada. s. 13, 23 – 24).
Talış sözünün ən yeni yozumları. Boradigahlı Səidəli Kazımbəyoğlu 1869-cu ildə yazdığı “Cavahirnameyi-Lənkəran” adlı əsərində həmin vaxt mövcud olmuş bütün yozumları toplayaraq onları üç qrupa bölmüş və hər birinə münasibətini bildirmişdir. Onun fikrincə, Talış sözünün tülüş sözündən yaranması ehtimalını bəyənmək alimə layiq iş deyil (Bax: Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı – 1993, s. 8).
S. Kazımbəyoğlunun bəyəndiyi və daha çox üstünlük verdiyi I yozuma görə, talış sözü qədim fars dilindəki ,,tayalis” sözündən əmələ gəlmişdir. Ərəblər talışlara ,,teyləsan sahibləri” demişlər. Teyləsan tayalis sözünün ərəbləşmiş formasıdır. İlin 9 ayı Talışa tez-tez yağışlar yağdığından və talışlar da yağışdan qorunmaq üçün başlıqdan çox istifadə etdiklərindən ərəblər onlara belə ad vermişlər. Tədqiqatçı K. A. Əhmədov bu yozumla razılaşmır və göstərir ki, teyləsan suyu özünə hopduran (çəkən) material olduğundan onunla yağışdan qorunmaq olmaz (Bax: Kərbəlayi Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. Bakı – 2011, s. 330, 332).
Məncə, bu məsələdə K. A. Əhmədov tamamilə haqlıdır. Təsadüfi deyildir ki, hətta bu gün də bölgənin türkdilli sakinləri əl-üz dəsmalına təlis deyirlər. Deməli, “tayalis” və “teyləsan” eyni mənalı sözlər olmamışdır. Maraqlı burasındadır ki, Azərbaycan türkcəsində və Talış dilində də taya sözü vardır. Bölgə sakinləri indi də mal-qaradan ötrü qışa tədarük etdikləri quru otu açıq havada yağış islatmasın deyə talışların milli papağı formasında yığır – taya qoyur və bu taya formasına “Şiş taya” deyirlər. Deməli, bu yozumda talış sözünün mənası əslində “başlıqla gəzənlər” yox, “tayapapaqlar”, “şişpapaqlar”dır. Razılaşmayanlara deyirəm: mənə ən azından Avrasiyada talışların milli papağı formasında milli papağı olan ikinci xalq göstərin. Yoxdur. Yəni, bu adla talışları başqalarından asanlıqla fərqləndirmək mümkündür.
S. Kazımbəyoğlunun bəyəndiyi sonuncu yozuma görə, talışlara bu ad xarakterlərinə görə verilmişdir və əsasında ərəb dilindəki “talıs” sözü dayanır. Lakin Cənub bölgəsindən olan alim və tədqiqatçıların əsas hissəsi bu yozumla razılaşmır. K. A. Əhmədov yazır: “Bizə elə gəlir ki, “talış” sözünün əvvəlki variantı “tülij”, yəni ,,tül” (palçıq) olan yerin sakini demək olub, professor Məsud Məmmədovun dediyi kimi (“hansı ki relyefə bağlıdır”), yaşadıqları məkana görə sakinlərə verilən addır” (Yenə orada. s. 335). Onların fikrıncə həmin məkan Lənkəran ovalığıdır. Lakin aşağıdakı faktlar sübut edir ki, həmin yer Lənkəran ovalığı yox, İran ərazisindəki Talakandır. Gəlin həmin faktlara birlikdə nəzər salaq.
1. Roma tarixçisi Pomponi Mela eramızın I əsrinin 40- cı illərində yazdığı “Yerin təsviri” adlı əsərində göstərirdi ki, Kaspi dənizində münbit torpağı olan Talqa adlı bir ada vardır. Bu adada becərilmədən torpaqda və ağaclarda çoxlu məhsullar yetişir. Qonşuluqda yaşayan xalqların inamına görə, onlar allahlar üçündür və allahlar üçün də saxlanılmalıdır. Onlara toxunmaq allahsızlıq, bağışlanılmaz günahdır və küfrdür (III, 6, 58).
Məlum olduğu kimi Talqa Pirallahı adasıdır . Yəni, təxminən 2000 il bundan əvvəl də Abşeron yarımadasında yaşamış insanların dilində tal sözü “müqəddəs” mənası daşımışdır. Talqa adasının adının mənasına gəldikdə isə, göründüyü kimi həmin vaxt qonşuluqda yaşayan xalqlar da onu “Allahın piri olan yer” kimi mənalandırmışlar. Deməli, bu sözü ərəb dilində axtarmağa dəyməz.
2. Ərəb tarixçisi Əl-Kufi (926- cı ildə ölmüşdür) “Kitab Əl-Futuh” adlı əsərində yazır: “Əl-Cərrah burada düşərgə saldı, buradan Muğan, Gilan və Talakan üzərinə dəstələr göndərirdi. Dəstələr yürüşə çıxıb döyüşür və Ərdəbilə qayıdırdılar” (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı – 1989, səh. 64).
Göründüyü kimi, Əl-Kufi həmin yerləri Xəzər dənizi sahili boyunca şimaldan cənuba doğru sadalayır. Yəni, Talakan müasir Talış deyil, Gilandan cənubda, Qızılüzən (Sefidrud) çayının sağ tərəfində yerləşən böyük bir ərazi olmuşdur (Bax: С. Ю. Касумова. Азербайджан в III – VII вв. Баку – 1993, s. 41). M. Mirzəyev talış sözündən bəhs edərkən yazır ki, “Talış dilində yer, məkan bildirən “-uj, – üj, – ıj, – oj” şəkilçilərinə Azərbaycan türkcəsində “- lı” şəkilçisi uyğundur” (Yenə orada. s. 10). Bu mənada Talış Talakandan olan, tallı deməkdir. Antik dövrdə (e. ə. IV – eramızın III əsrləri) buranın əsaş sakinləri amardlar idi. Buna görə də, Qızılüzən çayı həmin vaxt Amard çayı adlandırılırdı.
Talakan da Talqa kimi, “Allahın piri olan yer” deməkdir. Talakandakı “Allahın piri” isə şahların və döyüşçülərin himayəçisi olan Azərgəşəsp odunun qorunub saxlandığı Qazaka şəhərindəki məşhur Azərgəşəsp məbəd idi. Atropatena dövlətinin paytaxtı olmuş Qazaka şəhəri İranın hazırkı Zəncan və Marağa şəhərləri arasında Miandobdan şərq tərəfdə olmuşdur (Bax: Abdulla Fazili. Atropatena. Bakı – 1992, s. 83 – 84).
Nəticə. Beləliklə, talış sözü həm “tayapapaq”, “şişpapaq”, həm “müqəddəs yerli – tallı”, “pirallahlı”, həm də, “pirallahlı tayapapaq” mənasında işlədilmişdir. Talış adının əsil sahibləri isə Amard tayfasıdır. Talışların içərisində Amard tayfasının hazırkı nəsilləri əsasən düzənlikdə yaşayan, xarici görünüşcə qarayanız və başının arxası ən yastı olanlardır.
Lüğət azərbaycan dili – Talış dili
Glosbe minlərlə lüğətin evidir. Talış dili – Biz yalnız lüğət azərbaycan dili təmin lakin Dil hər bir mövcud cüt üçün lüğət – online pulsuz.
Lüğətdən tərcümələr azərbaycan dili – Talış dili, təriflər, qrammatika
Glosbe sizi deyil bilərsiniz azərbaycan dili dən Talış dili daxil yalnız tərcümə müxtəlif mənbələrdən gəlir. Tərcümələr ən ümumi olandan daha az populyar olana doğru sıralanır. Biz hər bir ifadənin fleksiya haqqında təriflər və ya məlumatlara malik olmasını təmin etmək üçün hər cür səy göstəririk.
Kontekstdə tərcümələr azərbaycan dili – Talış dili, tərcümə edilmiş cümlələr
Glosbe lüğətlər unikaldır. Glosbe sizi deyil bilərsiniz. azərbaycan dili və ya yalnız tərcümə Talış dili. Biz həmçinin onlarla tərcümə edilmiş cümlələri göstərən istifadə nümunələri təqdim edirik. Siz axtardığınız ifadənin təkcə tərcüməsini deyil, həm də kontekstdən asılı olaraq necə tərcümə olunduğunu görə bilərsiniz.
azərbaycan dili – Talış dili dilləri üçün tərcümə yaddaşı
Glosbe sizi deyil bilərsiniz tərcümə cümlələr paralel corpora (tərcümə mətnləri ilə böyük məlumat bazaları) -dən gəlir. Tərcümə yaddaşı saniyənin kiçik bir hissəsində minlərlə tərcüməçinin dəstəyinə sahib olmaq kimidir.
Tələffüz, yazılar
Çox vaxt tək mətn kifayət etmir. Biz həmçinin ifadə və ya cümlənin necə səsləndiyini eşitməliyik. Glosbe sizi deyil bilərsiniz – azərbaycan dili-Talış dili lüğət – online pulsuz, həm də audioyazı və yüksək keyfiyyətli kompüter oxuyucuları tapa bilərsiniz.
Şəkil lüğəti
Bir şəkil min sözdən daha dəyərlidir. Mətn tərcümələrinə əlavə olaraq, Glosbe sizi axtardığınız terminləri təqdim edən şəkilləri tapa bilərsiniz.
Avtomatik azərbaycan dili – Talış dili tərcüməçisi
Daha uzun mətni tərcümə etmək lazımdırmı? Heç bir problem yoxdur, Glosbe sizi deyil bilərsiniz azərbaycan dili – Talış dili sizə maraqlı olan məqalə və ya faylı asanlıqla tərcümə edəcək.
600.000-dən çox istifadəçiyə qoşulun və bizə dünyanın ən yaxşı lüğətini yaratmağa kömək edin.
Tərcümə əlavə edin
Ən böyük lüğət yaradılması bizim Kömək.
Glosbe yalnız sizin kimi insanlar tərəfindən yaradılan icma əsaslı bir layihədir.
Xahiş edirəm lüğətə yeni girişlər əlavə edin.
Comments are closed, but trackbacks and pingbacks are open.