Press "Enter" to skip to content

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP)

Bildirilib ki, noyabrın 30-da Trans-Anadolu Qaz Kəmərinin (TANAP) ikinci fazası istifadəyə veriləcək: “Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan bu enerji layihəsi üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı nəticəsində artıq başa çatıb. 1850 kilometr uzunluğa malik, “Cənub Qaz Dəhlizinin” əsas seqmentindən biri olan TANAP qaz kəmərinin rəsmi şəkildə təməli 2012-ci il iyunun 26-da Türkiyə və Azərbaycan arasında imzalanmış TANAP qaz layihəsi haqqında “Hökumətlərarası Saziş“lə qoyulub. Bu strateji layihənin əsas hissəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. TANAP qaz kəmərin hazırkı ötürücülük tutumu 16 milyard kubmetrdir və sonradan həcmini 31 milyard kubmetrədək artırmaq mümkün olacaq. Layihədə Azərbaycanın payı 58 faizdir və bu, layihənin Azərbaycan üçün nə dərəcədə iqtisadi əhəmiyyət daşıdığını göstərir. Bundan başqa, TANAP layihəsi vasitəsi ilə Azərbaycan Avropa və Türkiyə qaz bazarına nəinki “Şahdəniz”, o cümlədən digər qaz yataqlarından da təbii qaz ixrac edə biləcək”.

TANAP

The Trans-Anatolian Natural Gas Pipeline (TANAP) Project– one of the most significant indicators of the successful cooperation between the sister countries of Turkey and Azerbaijan in the field of energy – is the most important section of the Gas Corridor linking to the South Caucasus Pipeline (SCP) and the Trans Adriatic Pipeline (TAP). TANAP can claim to be the longest (1,811 km) natural gas pipeline and to have the largest diameter (56”) in Turkey, the Middle East and Europe, and was built to transport the natural gas extracted in Azerbaijan’s Shah Deniz Region first to Turkey and then to Europe.

TANAP begins in the village of Türkgözü in the Posof district of Ardahan province on the Turkish-Georgian border, and passes through 20 provinces on its journey through Turkey, namely Ardahan, Kars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanakkale and Tekirdağ, before completing the journey in the İpsala district of Edirne on the Greek border. At this point, TANAP is connected to the TAP Natural Gas Pipeline, which carries natural gas to European countries, thus improving the security and diversity of natural gas supply to our country and the European Union.

TANAP carries out its activities with the mission of constructing and operating a natural gas pipeline with a high transmission capacity in compliance with international standards for quality, occupational health and safety, and with social and environmental standards, with the aim being to transmit Azerbaijani natural gas to buyers in Turkey and Europe in a reliable and cost-effective manner. In doing so, TANAP contributes to the further development of the existing political and economic cooperation between Azerbaijan and the European Union – Azerbaijan having emerged as an alternative source of gas, and Turkey’s second-largest gas supplier.

By increasing the energy security of Turkey and Europe, TANAP brings Azerbaijan, Turkey and the EU closer together, reshaping the global geopolitical energy landscape with the potential it offers. This geopolitical feature of TANAP serves as a source of inspiration for future energy projects.

İcmal

TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır.

TANAP Layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanmışdır. «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» Saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanmış və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilmişdir. TANAP Layihəsi təbii qazın Şahdəniz və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. TANAP boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

Partners

SGC 58% BOTAS 30%
BP 12%

Texniki parametrlər

  • 1805 km uzunluğu olan boru kəməri Türkiyə ərazisindən keçir;
  • Boru kəmərinin diametri 56 və 48 düym, dənizdə isə (Mərmərə Dənizi boyunca) diametr 36 düym təşkil edir;
  • Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 2,700 m yüksəklikdə yerləşir;
  • TANAP boru kəmərindən Türkiyə qaz paylama sisteminə iki qol ayrılmışdır;
  • TANAP boru kəmərinin illik maksimum ötürücülük qabiliyyəti 31 milyard kubmetrə hesablanmış və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək;
  • TANAP Türkiyənin 20 vilayətindən – Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnədən keçir;

TANAP boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

  • Yeddi Əsas Kompressor Stansiya (KS) və Əskişəhərə ayrılan qol üçün nəzərdə tutulmuş bir Kompressor Stansiya;
  • 12 Təmizləyici Tərtibatın Buraxılma Kamerası (TTBK);
  • 12 Təmizləyici Tərtibatın Qəbulu Kamerası (TTQK);
  • 49 Bağlayıcı Armatur Stansiyası (BAS);
  • Dörd Qaz Sərfini Ölçmə Stansiyası (QSÖS) (Türkiyə/Gürcüstan sərhəddində 1, Eskişəhərə ayrılan qolda 1, Trakyaya ayrılan qolda 1, Türkiyə/Yunanıstan sərhəddində 1).

Xankəndi

Bu barədə Azvision.az -a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Bildirilib ki, noyabrın 30-da Trans-Anadolu Qaz Kəmərinin (TANAP) ikinci fazası istifadəyə veriləcək: “Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan bu enerji layihəsi üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı nəticəsində artıq başa çatıb. 1850 kilometr uzunluğa malik, “Cənub Qaz Dəhlizinin” əsas seqmentindən biri olan TANAP qaz kəmərinin rəsmi şəkildə təməli 2012-ci il iyunun 26-da Türkiyə və Azərbaycan arasında imzalanmış TANAP qaz layihəsi haqqında “Hökumətlərarası Saziş“lə qoyulub. Bu strateji layihənin əsas hissəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. TANAP qaz kəmərin hazırkı ötürücülük tutumu 16 milyard kubmetrdir və sonradan həcmini 31 milyard kubmetrədək artırmaq mümkün olacaq. Layihədə Azərbaycanın payı 58 faizdir və bu, layihənin Azərbaycan üçün nə dərəcədə iqtisadi əhəmiyyət daşıdığını göstərir. Bundan başqa, TANAP layihəsi vasitəsi ilə Azərbaycan Avropa və Türkiyə qaz bazarına nəinki “Şahdəniz”, o cümlədən digər qaz yataqlarından da təbii qaz ixrac edə biləcək”.

Məlumatda qeyd olunub ki, layihə Azərbaycan üçün həm siyasi cəhətdən vacibdir. Ümumi desək, Azərbaycan-Türkiyə enerji layihələri Avropanın qaz tədarükünün və marşrutlarının diversifikasiyası üçün olduqca əhəmiyyətlidir.

“TANAP qaz kəməri vasitəsi ilə Azərbaycan təbii qazı artıq Türkiyəyə nəql olunmağa başlayıb. Layihənin ikinci fazasını da istifadəyə verməklə, Xəzər dənizindən çıxarılan təbii qazı Avropa bazarına ixrac etmək mümkün olacaq. Belə ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Layihəsi(TAP) üzrə işlərin yekunlaşmasından və iki layihənin birləşməsindən sonra 2020-ci ildən etibarən Azərbaycan qazının 10 milyard kubmetri Avropa, qalan hissəsi isə Türkiyə qaz bazarına çatdırılacaq.

TANAP və TAP enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırıb. Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan regionda aparıcı enerji ölkəsinə çevriləcək. Təbii qaz satışından əldə olunan enerji gəlirləri iqtisadiyyatın digər sektorlarının inkişafına təkan olacaq. Bu mənada, ölkə üçün əsas prioritet qeyri-neft sektorunun inkişaf etdirməkdir. Bütün layihələr göstərir ki, Azərbaycan uğurla enerji siyasətini həyata keçirir, regional əməkdaşlığa təkan verir və milli iqtisadiyyatın daha da möhkəmlənməsi istiqamətində doğru addımlar atır”.

Comments are closed, but trackbacks and pingbacks are open.