Erməni vəhşiliyinin tükürpədən izləri – FOTO
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, 1.890 nəfər şəxsi heyəti olan 366-cı rus motoatıcı alayı, habelə xaricdən gətirilmiş muzdlular Xocalıya hücum etdilər. Müdafiəsiz qalan şəhər əhalisi, əsasən qadınlar, uşaqlar və qocalar Ağdam istiqamətinə üz tutdular. Əhalinin bir hissəsi qarlı-şaxtalı gecədə həlak oldu. Sağ qalanlar isə səhəri gün Qaraqaya adlı yerdə pusquda dayanan erməni əsgərlərinin gülləsinə tuş gəldilər.
TARİX İNSTİTUTU
Tarix üzrə elmlər doktoru, professor, A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri.
1948-ci il mayın 2-də Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Ailəlidir, 3 övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adları
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1984-cü ildə namizədlik («Böyük Vətən müharibəsi illərində Azərbaycanda xalq maarifi. 1941 – 1945- ci illər») dissertasiyası müdafiə etmişdir.
2006-cı ildə doktorluq («Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində») dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyəti
1970-1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi işləyib.
1973-1979-cu illərdə Göybulaq kənd məktəbində direktor olub.
1979-1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri işləyib.
1989-1991-ci illərdə Şəkidəki 43 saylı texniki peşə məktəbində direktoru olub.
1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim kimi fəaliyyətini davam etdirib.
1992-1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor olub.
1994-1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri işləyib.
1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri olub.
2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist, 2001-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri, 2007-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini olub.
2 009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrasında professorudur.
2019-cu ilin iyul ayından A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiridir.
TARİX ÜZRƏ ELMLƏR DOKTORU, PROFESSOR MAİS İSRAİL OĞLU ƏMRAHOVUN DƏRC OLUNMUŞ ELMİ VƏ TƏDRİS – METODİKİ İŞLƏRİNİN SİYAHISI
Məqalələr
Azərbaycan dilində
1.Azərbaycan komsomolçularının Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinin öyrədilməsi// ”Azərbaycan məktəbi” jurnalına əlavə ”Tarix, ictimaiyyət və coğrafiya tədrisi”. Bakı: “Kommunist” nəşriyyatı, 1976, № 5, səh. 37-39
2.VIII sinifdə tarixin tədrisində V.İ.Lenin nəzəri irsinin öyrədilməsi təcrübəsindən//”Azərbaycan məktəbi” jurnalına əlavə “Tarix, ictimaiyyət, coğrafiya tədrisi”. Bakı: “Kommunist” nəşriyyatı, 1978, №1, səh.60-62
3.”Sovet İttifaqının Böyük Vətən müharibəsi” bəhsinin tədrisi təcrübəsindən// ictimaiyyət, coğrafiya tədrisi”. Bakı: “Kommunist” nəşriyyatı, 1979, № 2, səh. 13-16
4.Böyük Vətən müharibəsində məktəblilərin cəbhəyə yardım uğrunda mübarizəsi//”Azərbaycan məktəbi” jurnalına əlavə “Tarix, ictimaiyyət, coğrafiya tədrisi”. Bakı: “Kommunist” nəşriyyatı, 1981, № 2, səh. 22-25
5.Azərbaycan müəllimləri Böyük Vətən müharibəsi dövründə (1941-1945-ci illər)// “Azərbaycan məktəbi” jurnalına əlavə “Tarix, ictimaiyyət, coğrafiya tədrisi”. Bakı: “Kommunist” nəşriyyatı, 1982, № 2, səh.36-43
6.Məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi tarixindən//”Azərbaycan məktəbi” jurnalına əlavə “Məktəbdə bədən tərbiyəsi”. Bakı: “Kommunist” nəşriyyatı, 1984, № 3, səh. 29-33
7. Yerli faktlara müraciət etdikdə// Gənc fəhlə, 1989, № 8, səh.6-7
8.Düşüncələr aləmində. F.İbrahimovun “Təlimdə sistemdaxili münasibətlər” kitiabına ön söz/ Bakı: “Mütərcim” nəşriyyatı, 1999, səh.3-8
9.Faşizm üzərində qələbə təkcə hərbi qələbə olmayıb, həm də mənəvi qələbə idi. (Azərbaycan mədəniyyəti müharibə illərində (1941-1945-ci illər)// Pedaqoji Universitetin Xəbərləri. Bakı: ADPU, 2003, № 3, səh. 303-309
10.Naxçıvan Azərbaycanın tarixi diyarıdır// Pedaqoji Universitetin Xəbərləri Baki: ADPU, 2003, № 3, səh. 559-563 (N.Əsədovla birgə)
11.Fırçalar döyüşəndə (Azərbaycan rəssamları müharibə illərində)// Pedaqoji Universitetin Xəbərləri. Bakı: ADPU, 2003, № 4, səh. 21-27
12. Bir cəbhə qəzeti haqqında// Pedaqoji Universitetin Xəbərləri. Bakı: ADPU, 2003, № 4, səh. 305-309
13.Diqqət, diqqət! Danışır Bakı. Azərbaycan radiosu müharibə illərində (1941-1945)// Tarix və onun problemləri. Baki: Adiloğlu MMC, 2003, № 4, səh. 120-124
14.Hərbi mətbuat müharibə illərində (1941-1945)// Pedaqoji Universitetin Xəbərləri. Baki: ADPU, 2004, № 1, səh.12-22
15.Mədəni-maarif müharibə dövründə// Dirçəliş – XXI əsr- Vozrojdenie XXI vek. Bakı, 2004, № 72, səh. 179-185
16.”Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində” mövzusunun tədrisinə dair//Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2004, IV buraxılış, səh. 259 – 262
17.Kütləvi siyasi işin təşkili tarixindən. Nəzəriyyə və təcrübə// Tarix və onun problemləri. Baki: Adiloğlu MMC, 2004, № 1, səh. 106-119
18. Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)// Təhsil, mədəniyyət, incəsənət. Elmi nəzəri və metodiki jurnal. Bakı: Nurlan, 2004, №1, səh. 126-129
19. Tiflis Azərbaycan teatrı odlu illərdə (1941-1945-ci illər)// Pedaqoji Universitetin Xəbərləri. Baki: ADPU, 2004, № 2, səh.75-76
20.Odlu illərin mətbuatı (1941-1945)// Pedaqoji Universitetin Xəbərləri. Baki: ADPU, 2004, № 2, səh. 86-88
21.Mətbuat tariximizin odlu səhifəsi/Azərbaycan Dövlət Pedaqoji Universiteti professor-müəllim heyətinin 64-cü elmi konfransının materialları. Baki: ADPU, 2004, 5-ci buraxılış, səh. 72-76
22.II Dünya müharibəsi illərində Azərbaycan ədəbiyyatında hərbi-vətənpərvərlik mövzusu// Numanitar elmlərin öyrənlməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2004, II buraxılış, səh. 155-166
23.Ədəbiyyat və incəsənət müharibə illərində// Filologiya məsələləri. Bakı: Nurlan, 2004, № 2, səh.53-62
24.”Azərbaycan mədəniyyəti II Dünya müharibəsi illərində” probleminin tarixşünaslığına bir nəzər// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMJ, 2004, № 2, səh.260-268
25.Azərbaycan musiqisi İkinci Dünya müharibəsi illərində// Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. Bakı: Bakı Universiteti Nəşriyyatı. 2004, № 2, səh.190-200
26.Azərbaycan elmi cəbhənin xidmətində. İçtimai elmlər müharibə illərində (1941-1945)// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2004, III buraxılış, səh.278-287
27.Ədəbiyyat və incəsənət müharibə illərində (1941-1945)// Filologiya məsələlərinə dair tematik toplu. Bakı: ADPU, 2004, № 3-4 (28-29), səh.20-30
28.Nəşriyyatlarımız müharibə illərində// Pedaqoji Universitetin Xəbərləri. Bakı: ADPU, 2004, №3, səh.151-154
29.İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda mədəni quruculuğun yekunlarına dair// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2004, № 3, səh. 132-150
30.Azərbaycan teatrı müharibə illərində// Azərbaycan Müəllimlər İnstitutu “Elmi xəbərlər” i Bakı: “Müəllim nəşriyyatı”, 2004, № 4, səh.44-48
31.Azərbaycan musiqi tarixinin parlaq səhifəsi (1939-1945-ci illər)// Pedaqoji Universitetin Xəbərləri. Bakı: ADPU, 2004, №4, səh.346-351
32.Azərbaycan teatrları müharibə illərində// Dirçəliş – XXI əsr – Vozrojdenie XXI vek. 2004 dekabr – 2005 yanvar. Bakı, № 82 – 83, səh.351-359
33. Azərbaycan musiqisi II Dünya müharibəsi illərində// Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Bakı: Odlar Yurdu nəşriyyatı, 2004 , №12, səh.201-210
34. Azərbaycan səhiyyəsi müharibə illərində// Pedaqoji Universitetin Xəbərləri, Bakı. ADPU. 2005, № 2, səh. 679-684
35. Xalqın ön və arxa cəbhədəki fəaliyyəti nəsillərə örnəkdir// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2005 № 2, səh.123-130
36.Ü.Hacıbəyovun İkinci Dünya müharibəsi illərindəki fəaliyyətinə dair// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2005 № 4, səh.49-53
37.Ə.Əfəndizadənin “Ya ölüm, ya Türkiyə” kitabına ön söz/ Bakı: “Mütərcim” nəşriyyatı, 2005, səh.3-10 (h.Manafli ilə birgə)
38.Ə.Əzimzadə yaradıcılığında müharibə mövzusu//Azərbaycan Dövlət Pedaqoji Univer- sitetinin Xəbərləri, Humanitar elmlər seriyası. Bakı: ADPU, 2006, № 2, səh.213 – 216
39. X əsrdə rusların Azərbaycana yürüşü. Bərdə faciəsi// Humanitar elmlərin öyrənlməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2006, II buraxılış, səh. 225 – 231
40.Qələbənin qiyməti (İkinci Dünya müharibəsinin yekunları və dərsləri haqqında). Birinci məqalə// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2006, № 3, səh.133 – 142
41.Böyük İpək Yolu. Keçmişdən bu günümüzə: tarix və zaman// Humanitar elmlərin öyrənlməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2006, IV buraxılış, səh.226 – 230
42.Qələbənin qiyməti (İkinci Dünya müharibəsinin yekunları və dərsləri haqqında). İkinci məqalə// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2006 № 4, səh.157-163
43.Səməd Vurğun müharibə illərində (1941-1945-ci illər)// Azərbaycan Dövlət Pedaqoji Universi tetinin Xəbərləri, Humanitar elmlər seriyası. Bakı: ADPU, 2006, № 4, səh.508 – 514
44.Qələbənin qiyməti (İkinci Dünya müharibəsinin yekunları və dərsləri haqqında). Üçüncü məqalə// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2007, № 1, səh.135-143
45.Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixindən (1917 – 1941- ci illər). Birinci məqalə// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2007, II buraxılış , səh.316-322
46.Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixindən (1917 – 1941- ci illər). İkinci məqalə// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2007, IV buraxılış , səh.239-247
47.Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixindən (1917-1941-ci illər). Üçüncü məqalə //Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2007, IV buraxılış, səh.383-390
48. Qarabağ xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibətlərinə dair. Birinci məqalə //Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2008, III buraxılış , səh.455-463
49.Qarabağ xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibətlərinə dair. İkinci məqalə //Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2008, IV buraxılış, səh.223-233
50.İlk milli Azərbaycan ali məktəbi müharibə illərində (1941-1945)// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı, ADPU, 2008, № 3, səh. 177-188
51.Qarabağ xanlığının qonşu xanlıqlar və dövlətlərlə müna sibətlərinə dair. Üçüncü məqalə // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2008, V buraxılış , səh.280-292
52. Heydər Əliyev və milli tariximiz// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji – psixoloji elmlər seriyası, Bakı: ADPU, 2008, № 6, səh.127-133
53.İkinci Dünya müharibəsi illərində müttəfiqlərin SSRİ-yə köməyinə dair.// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri.Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2009, II buraxılış , səh.320-325
54.Birinci Dünya müharibəsi ərəfəsində və illərində Rusiyanın türk vilayətlərində milli hərəkat// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji – psixoloji elmlər seriyası, Bakı: ADPU, 2009, № 4, səh.115-119
55.Gələcəyə ünvanlanan strategiya/”Əsrin müqaviləsi”nin 15 illiyinə həsr olunmuş “Əsrin müqavləsi: reallıqlar və perspektivlər” Respublika Elmi konfransının materialları. Sumqayıt, 29- 30 sentyabr 2009- cu il, səh.59-61
56.Müasir təlim metodlarının alovlu təbliğatçısı// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2009, IV buraxılış, səh.165-169
57. Böyük müharibə 1939-1945. Totalitar rejimin qurbanları (İkinci Dünya müharibəsinin başa çatmasının 65 illiyi münasibətilə)// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2010, № 2, səh.75-79
58. 1941-1945-ci illər müharibəsi dövründə cəbhənin yanacaqla təmin edilməsində Azərbaycan neftçilərinin rolu/”Böyük Vətən müharibəsində Qələbənin təmin olunmasında Azərbaycan xalqının rolu” Respublika Elmi konfransının materialları. Sumqayıt, 07 may 2010-cu il, səh.109 -112
59.Azərbaycan İkinci Dünya müharibəsi illərində// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2010, № 3, səh.92-97
60. Babək və Hürrəmilik. (Ceyhun Bayramlının kitabına ön söz)/ Bakı: “Kitab aləmi”, 2011, 452 s., səh.5-7
61.Azərbaycanda qadın təhsili tarixindən// Tarix, insan və cəmiyyət. Elmi-nəzəri və elmi-metodik jurnal. Bakı, 2011, № 1, səh. 142-149 (Q.Qafarova ilə birgə)
62. İnsanlığa qarşı vəhşilik-Xocalı soyqırımı// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2011, № 5, səh.3-7
63.Azərbaycan İkinci Dünya müharibəsi illərində//Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2012, № 1, səh.126-130
64. Azərbaycan təhsil tarixində qəza məktəblərinin rolu // Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. İctimai elmlər seriyası, №1 (45). Naxçıvan, NDU, “Qeyrət”, 2012, səh36-42
65. Azərbaycanlılar Stalinqrad döyüşlərində// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2012, № 2, səh.59-63
66. Maarif tariximiz və qəza məktəbləri// Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. İctimai elmlər seriyası, №2 (45). Naxçıvan, NDU, “Qeyrət”, 2012, səh.20-24
67.Türklərdə dövlətin yaranması və torpaq mülkiyyətinin formaları probleminə dair//VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu (VII İnterna tional Turkkic culture, art and protection of cultural neritage symposium). Bakı, 2013, səh.27
68.Heydər Əliyev və milli tariximiz// Pedaqoji Universitet Xəbərləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunur. Xüsusi buraxılış. Bakı: ADPU nəşriyyatı, may 2013, səh.153-163
69.II Dünya müharibəsi illərində dünya xalqlarının faşizm əsarətindən azad olunmasında azərbaycanlıların rolu//”Azərbaycanın İkinci dünya müharibəsində və Qafqazda holokostun önlənməsində rolu” mövzusunda Beynəlxalq simpoziuma (17-19 oktyabr 2012-ci il, Bakı) təqdim edilmiş məruzələrin tezisləri. Bakı: Elm, 2013, 156 s., səh.48-52
70.Axund Yusif Talızadənin tətib etdiyi “Hədiyyeyi-Nisan” kitabı haqqında// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2013, № 4, səh.211-213 (Məhsəti Əmrahova ilə birgə)
71.Təhsil tariximizin parlaq səhifəsi// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2014, № 1, səh.84-89 (Məhsəti Əmrahova ilə birgə)
72.Türkmənistan gəncləri 1941-1945-ci illər müharibəsinin döyüş cəbhələrində//Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2014, № 2, səh.427-431
73.Mübarizələrdə keçən alim ömrü/ Süleyman Məmmədov. Biblioqrafiya. Bakı: Çaşıoğlu, 2014, 240 s., səh.67-71
74. 20 Yanvar-qan yaddaşımız// Pedaqoji Universitet Xəbərləri, Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası, Bakı: ADPU, 2014, № 4, səh.110-114
75.Birinci Dünya müharibəsi ərəfəsində və illərində Rusiyanın Türk vilayətlərində milli hərəkat// Turizm və qonaqpərvərik tədqiqatları. Bakı: “Renesans” MMS, 2015, 134 s., səh.14-25
76.Qanla yazılmış yaddaş/Ermənilərin soyqırımı siyasəti bəşəriyyətə qarşı cinayətdir. Beynəlxalq elmi konfransın materialları. Sumqayıt, 2015, səh.167-169
77. Qafqaz İkinci dünya müharibəsi illərində// İnternational conference actual problems of the history of the caucasus. Volume 1 15-16 Oktober 2015. Ganja, səh.181-183
78.Azərbaycan xalqı müstəqilliyinin 24-cü ildönümünü qeyd etdi// Təhsil. Bakı: Azərbaycan nəşriyyatı, 2015, səh. 54-58
79. 402-ci Azərbaycan milli atıcı diviziyasının təşkili və döyüş yolu// Tarix və onun problemləri. Bakı: Adiloğlu MMC, 2016 № 3, səh.141-147 (X.İbrahimova ilə birgə)
80.Bakı nefti uğrunda mübarizə və Bakının alman işğalçıları tərəfindən tutulması ehtimalı ətrafında mülahizələr və təxribatlar// Sivilizasiya. Bakı Avrasiya Universiteti. Elmi-nəzəri jurnal. Cild 5 №3 (2016 (31), səh. 103-112 (X.İbrahimova ilə birgə)
81.Azərbaycan qadınları müharibə illərində (1941-1945-ci illər)//Turizm və qonaqpərvərlik tədqiqatları. Bakı: “PROTEX QRUP 21” MMS, 2016, № 3, səh. 165-176
82.Azərbaycanda antisovet əhvali-ruhiyyəsi və təxribatlar (1941-1945)//Sivilizasiya. Bakı Avrasiya Universiteti. Elmi-nəzəri jurnal. Cild 5. №4 (2016 (32), səh. 69-74 (X.İbrahimova ilə birgə)
82.Qanla yazılmış yaddaş/ Azərbaycanlıların soyqırımı. Bakı: “Müəllim” nəşriyyatı, 2017,181 s., səh.24-46
83.II Dünya müharibəsi ərəfəsində Azərbaycan SSR-də ictimai-siyasi və iqtisadi-sosial həyat// Sivilizasiya.Bakı Avrasiya Universiteti. Elmi-nəzəri jurnal. №2 2017, səh.173-180 (X.İbrahimova ilə birgə)
84.77-ci Azərbaycan milli dağ-atıcı diviziyası// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2017, № 4, səh.361-364
85.İkinci dünya müharibəsi ərəfəsində və illərində SSRİ-də yaşayan almanların deportasiyasına dair/ Siemenslər Gədəbəydə-150 il. Elmi-praktik konfrans. Bakı: Mütərcim, 2018, 140 s., səh. 12-19
86.İkinci Dünya müharibəsi illərində ermənilər faşistlərin xidmətində// Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. MART-APREL. 2018, № 2 (44), səh.15-19
87.İkinci dünya müharibəsi illərində ermənilərin Türkiyə Cümhuriyyti və Azərbaycan SSR-dən ərazi iddiaları// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2018, № 2, səh.194-198
88.Azərbaycan-Türkiyə əlaqələrində TÜRKSOY-un rolu (Role of TURSOY in Cultural realtions of Azerbaijan and TURKSOY/ Azərbaycan-Türkyə münasibətləri II Beynəlxalq Elmi konfaransı materialları.Kostamonu, 2018, səh.356-363
89.Azərbaycan-Türkiyə mədəni əlaqələrində TÜRKIOY-un rolu// Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. SENTYABR-OKTYABR. 2018, № 5 (47), səh.22-25
90.İkinci Dünya müharibəsi illərində ermənilərin Azərbaycan tarixini təhrif etmək cəhdləri// Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. Bakı, Yanvar-fevral 2019, №01 (49), s.14-17 (X.İbrahimova ilə birgə)
91.Faşist Almaniyasının Qafqaz planı və ermənilər//Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: Mütərcim, 2019, № 21, səh.406-411
92.Müharibə illərində Azərbaycan SSR-in təhsil müəssisələrinin işində nöqsanlar və antisovet mülahizələrin formalaşması arxiv sənədlərində// Tarix,insan və cəmiyyət. Elmi-nəzəri və elmi-metodik jurnal. Bakı:ADPU, 2019, “№1 (24), səh.48-55
Rus dilində
93.Народное образование Советского Азербайджана в период Великой Отечественной войны (1941-1945)// Советская педагогика. Москва: Педагогика, 1981, № 5, стр. 119-121
94.Усиление военное-патриотического воспитания и начальной военной подготовки школьников в годы Великой Отечественной войны (по материалам Азербайджанской Республики)//МВД России. Санкт-Петербургский Университет. История, Практика и Перспектива, Сборник научных трудов, Выпуск 6, Санкт-Петербург: Санкт-Петербургский Университет, 2001, стр.11-16
95.Азербайджанские учителя в годы Великой Отечественной войны// МВД России. Санкт-Петербургский Университет. Общество и право. (Сборник трудов докторантов, адъюнктов и соискателей), выпуск 17, Санкт-Петербург: Санкт-Петербургский Университет, 2003, стр.5-8
96.Внешкольные учреждения Азербайджана в годы войны (1941-1945 гг.)// Актуальные проблемы изучения гуманитарных наук. Межвузовский сборник научных статей. Баку: Мутарджим, 2004, Ы выпуск, стр. 352-356
97. Азербайджанский учителей в годы войны 1941 – 1945// Ненасилия как образ жизни (Сборник научных статей и материалов ХХВ Международной научно-практической конференций по проблемам педагогики ненасилия. Санкт-Петербург 15 апреля 2004 года)., «67 гимназия Верба Магистри», Санкт–Петербург: НИИХ СПбГУ, 2004 г., стр. 346-348
98.Усиление начальной военной физической подготовки школьников в годы войны. (1941-1945 г.г.)// Ненасилия как образ жизни (Сборник научных статей и материалов ХХВ Международной научно-практической конференций по проблемам педагогики ненасилия-Санкт-Петербург 15 апреля 2004 года)., «67 гимназия Верба Магистри», Санкт- Петербург: НИИХ СПб ГУ, 2004 г., стр.142-144
99.Охрана жизни и здоровья детей в Азербайджане в годы войны (1941-1945 гг.)// Təhsil, mədəniyyət, incəsənət. Elmi-nəzəri və metodiki jurnal. Бакı: Нурлан, 2004, № 2, стр.66-70
100.Азербайджанская культура в годы Второй Мировой войны//Государственная-правовая политика в России: Сб. трудов докторантов, адъюнктов и соискателей. Выпуск 20. Часть 1.Под общ. ред. В.П.Сальникова. СПб: Санкт-Петербургский университет МВД России, 2004, стр.23-26
101. Война и образование// Вопросы гуманитарных наук, М.: Спутник, 2004, № 3, стр.130-134
102.Азербайджанская радиовещательная деятельность военно-патриотического характера как отражение ненависти к врагам во время Вторая Мировая война// Федеральная Служба Российской Федерации по Контролю за Оборотам Наркотиков. Северо-Западный институт повышения квалификации. Научно–Методический Сборник. Санкт- Петербург: Изд-во Северо-Западный Институт повышения квалификации ФСКН России, 2004 № 3., стр.78-81
103.Азербайджанской школы в годы войны (1941-1945)// Актуальные проблемы изучения гуманитарных наук. Межвузовский сборник научных статей. Баку: Мутарджим, 2005, II buraxılış, стр.237-240
104.Культура Азербайджана в годы Второй Мировой войны//Вестник Санкт-Петербургский Университет МВД России. Санкт – Петербург, 2005, № 2 (26), стр.9-18
105.O месте сако-тюркских племен в истории Азербайджана//Современные проблемы гуманитарных-естественных наук (Материалы четвертой международной научно-практической конференции 18-20 октября 2010 г.) Том II. Moskвa, 2010, стр.59-62
106.Азербайджан в годы войны (1941-1945 qq.) / Наука и современность – 2011. Сборник материалов XI международной научно-практической конференции Новосибирск, 24 мая 2011 г., стр. 58-65
Xarici dildə
107. 65 th anniversaru of Victory Azerbaican in Vorld World War II: the home front. VISIONS of AZERBAİCAN, may. Cune. 2010, səh.24 – 30
108. State Flaq Day. VISIONS of AZERBAİCAN, noyabr – dekabr. 2010, səh.9 – 12
110. EURASİ AS FİRST QİL ACADEMY. VISIONS of AZERBAİCAN, mart-iyun 2012, səh. 62 – 65
109.Haji Zeynalabdin Taghiyev’s Scool for Girls. VISIONS of AZERBAİCAN, mart-iyun 2012, səh.64-68 (Q.Qafarova ilə brlikdə)
Proqram
Azərbaycan dilində
1. Türk xalqları tarixi. Tarix fakültəsi üzrə Dövlət imtahan proqramı. Bakı: ADPU nəşriyyatı, 2010, səh.7-11
2. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Mütərcim, 2011.- 16 s.
3. Böyük İpək Yolu. Bakı: Mütərcim, 2011.- 18 s.
4. Heydər Əliyev irsinin politoloji aspektləri. Bakı: ADPU nəşriyyatı, 2013.- 24 s.
5. Türk xalqlarının tarixi coğrafiyası. Bakı:ADPU nəşriyyatı, 2014.- 32 s.
6. Türk xalqları tarixi elminin müasir problemləri. Bakı:ADPU nəşriyyatı, 2014.- 21 s.
Metodik vəsait
1.Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tarix proqramlari. Bakı: “Nigar” nəşriyyatı, 2000.- 282 s. (Müəlliflər kollektivi)
2.Qədim dünya tarixinin tədrisi metodikası. I hissə. Bakı: “Səda” nəşriyyatı, 2003, 224 s.
3.Azərbaycan tarixi. Testlər. I hissə, VI-VIII. Baki: “Müəllim” nəşriyyatı. 2003.- 76 s. (Sovqat Əliyeva lə birlikdə)
4.Ümumi tarix. Testlər VI-XI. Baki: “Müəllim” nəşriyyatı. 2003.- 200 s. (Sovqat Əliyeva ilə birlikdə)
5.Qədim dünya tarixinin tədrisi metodikası I hissə. Baki: “Səda” nəşriyyatı, 2003.- 224 s.
6.Ümumtəhsil məktəblərində tarixin tədrisində Heydər Əliyev əsərlərinin öyrədilməsi. Bakı: “Müəllim” nəşriyyatı. 2003.- 72 s.
7.İkinci Dünya müharibəsinin yekunları və dərsləri. Bakı: Mütərcim, 2006.-76 s, şəkilli
8.Təcrübəçi tələbənin tribunası. Bakı: Mütərcim, 2008, 32 s. (Ə.Əkbərova ilə birlikdə)
9.Şərqi Avropada türk tayfa birlikləri. Bakı: ADPU-nun nəşriyyatı, 2010.- 67 s. (N.Əsədov və H.Həsənovla birgə)
Dərs vəsaiti
Azərbaycan dilində
1.Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917-1941- ci illər). Dərs vəsaiti. Bakı: Mütərcim, 2007.- 142 s.
2. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220 s. (Ə.Çingizoğlu və H.Həsənovla birgə)
3.Versaldan Potsdama. Bakı: ADPU-nun nəşriyyatı, 2010.- 106 s.
4.Böyük İpək Yolu. Bakı: Mütərcim, 2011.-84 s.
5.Mərkəzi Asiyanın türk respublikaları müharibə illərində (1941-1945-ci illər). Bakı: Mütərcim, 2015.- 272 c.
6.İkinci dünya müharibəsi tarixinin oçerkləri. Bakı:ADPU nəşriyyatı, 2015.- 394 s.
Rus dilində
7.Возникновение государственности и формы землевладения у тюрков. Bakı: Мутарджим, 2011, 120 s.
Dərslik
Azərbaycan dilində
1.XX əsrdə Azərbaycanda milli-azadlıq hərəkatı. Bakı: ADPU-nun nəşriyyatı, 2009.- 370 s.
2.Türk xalqları tarixi. Bakı: ADPU, 2017.- 734 s. (Pərviz Səfərovla birgə)
3.XX əsrdə Azərbaycanda milli-azadlıq hərəkatı. Bakı: ADPU-nun nəşriyyatı, 2018.- 484 s.
4 Azərbaycan tarixi (1939-1945-ci illər). Bakı: ADPU, 2018.- 440 s.
Monoqrafiya
Azərbaycan dilində
1.Qələm süngüyə çevriləndə. (Azərbaycan müəllimləri 1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə). Sumqayıt:”Sumqayıt” nəşriyyatı, 1995.- 37 s.
2.Şəki qartalları. Bakı: “Hüquq ədəbiyyatı” nəşriyyatı, 1998.- 424 s. (A.Qafarov, A.Salamov və b. ilə birlikdə)
3.Unutsan, unudularsan. Bakı: “Müəllim” nəşriyyatı, 2002.- 116 s.
4.Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində. Bakı: “Elm”, 2004.- 336 s.
5.İkinci Dünya müharibəsi. 1939 – 1945. Bakı: Mütərcim, 2010,.-562 s.
6.Generalı xatırlayarkən. Akim Abbasov-100.Tarixi oçerk.Bakı:Elm, 2011.-180 s. (C.Bəhramovla birgə)
7. Stalinqradda tarixi qələbə. Bakı: ADPU nəşriyyatı, 2012.-114 s.
8. Şəkidə təhsil: tarix, inkişaf yolu. ADPU nəşriyyatı, Bakı, 2014.- 522 s.
Rus dilində
1.Народное образование в Азербайджане в годы войны. Баку: АГПУ, 2004.-146 с.
2.Культура Азербайджана в годы Второй Мировой войны. Информационный Сборник. 60 летию Великой Победы. Федеральная Служба налоговой Полиции Российской Федерации Санкт-Петербургский Институт повышения квалификации сотрудников налоговой полиции. Санкт-Петербург: 2003.- 35 с.
Erməni vəhşiliyinin tükürpədən izləri – FOTO
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif olunan hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanmışıq. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi Fərman nəticəsində artıq öz siyasi və hüquq qiymətini almış və hər il qeyd etdiyimiz Azərbaycanlıların soyqırımı günü bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Milli.Az AZƏRTAC-a istinadən Azərbaycan Dövlət Pedaqoji Universitetinin türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru, tarix elmləri doktoru Mais Əmrahın xalqımıza qarşı zaman-zaman törədilmiş soyqırımlarının tarixi, başvermə səbəbləri və acı nəticələri barədə qeydlərini təqdim edir.
Ulu Öndərin 18 il əvvəl imzaladığı Fərman sayəsində əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq, azərbaycanlılara qarşı soyqırımı aparıldığını, Ermənistan ərazisinin qədim Azərbaycan torpaqları olduğunu rəsmiləşdirməklə yanaşı, xalqımızın tarixinə “ağ ləkələr” kimi düşmüş, əslində isə qanlı faciəvi hadisələr kimi yaddaşlara köçmüş bu səhifələrə yenidən nəzər salmaq üçün şərait yarandı. Zamanın üzərinə kölgə saldığı səhifələr işıqlanmağa, qaranlıq mətləblər aşkarlanmağa başladı.
Ümummilli lider deyirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazilərdən, min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidələr və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
Fərmanda ilk dəfə olaraq XX əsrdə mərhələlərlə – 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirilmiş qırğınların xronikası verilir və azərbaycanlı əhaliyə qarşı ermənilərin düşmənçilik siyasətinin kökləri açıqlanır. Fərmanda qeyd edildiyi kimi, indi “. qarşımızda duran əsas vəzifələrdən biri də, son əsrlərdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır”.
Azərbaycanlılara qarşı ermənilərin soyqırımı ötən əsrin əvvəllərindən başlamışdı. M.S.Ordubadi “Qanlı illər” əsərində bu hadisələrdən bəhs edərək yazırdı: “. süni və çoxdan bəri millətin zatına qondarılmış ixtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb yaxıldı”. Böyük ədib öz-özünə “o partlayıcı maddə həqiqət bomba idimi” sualını verir və cavabında deyirdi: “Bəli, bu bomba baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı” və iki il davam edən erməni-azərbaycanlı qırğını başladı. Bakıdan sonra qırğın İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl və Qaryagini, digər bölgələri əhatə edib, qırğına çar hökuməti rəvac verib.
Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci il martın 30-31-də və aprelin 1-də (köhnə təqvimlə martın 17-də, Novruz bayramı ərəfəsində) törədildi. Uzun illər vətəndaş müharibəsi kimi qiymətləndirilən mart hadisələri həm də ermənipərəst Bakı sovetinin sonu oldu.
1918-ci ilin əvvəllərində Bakı ilə Tiflis arasında dəmiryolunun qapanması nəticəsində Qafqaz cəbhəsinə yollanan, Qərb və İran cəbhəsindən gələn bir neçə min silahlı erməni əsgəri Bakıya toplaşmışdı. Həmin vaxt daşnak partiyasının da Bakıda minədək silahlı adamı vardı. Bakı və ətraf kəndlərin əhalisi isə silahsız qalmışdı. Üstəlik, H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan gətirən “Evelina” gəmisi ilə Bakıya gələn Azərbaycan milli ordusunun hərbiçiləri bolşevik-daşnak ordusu tərəfindən zorakılıqla tərksilah edildi. Bolşevik-daşnak birləşməsinin bu addımı bir daha göstərdi ki, onlar silahlı münaqişə üçün bəhanə axtarır, “Daşnaksütyun” partiyası və erməni Milli Şurası öz mənfur siyasətini həyata keçirmək üçün məqam gözləyirdi. 1918-ci il martın 29-da Lənkərana getmək istəyən paroxodun saxlanması və tərksilah edilməsi milli qırğın üçün bəhanə oldu.
Martın 30-da şəhərin müxtəlif rayonlarında kortəbii mitinqlər başlandı. Qızıl Ordu dəstələrinin təxribat xarakterli gülləbaranı Bakı kommunasının bolşevik-daşnak rəhbərliyinə imkan verdi ki, azərbaycanlı əhaliyə qarşı hücuma başlasın. 1918-ci ilin martın 30-31-də erməni dəstələri azərbaycanlıların yaşadıqları məhəllələrə basqın etdilər. Qızıl Ordu qərargahının rəisi S.Avetisyan, dəstə rəhbəri Amazasp və Kozarev azərbaycanlılara xüsusilə şiddətli divan tutdular. Martın 31-də atəş daha geniş vüsət aldı. Döyüşlərin ən qanlı nöqtəsi Qoşa Qala qapısı və İsmailiyyə binalarının ətrafı oldu. Ermənilər Bakının cənub kəndlərinə də hücum etdilər. Hadisələr zamanı 30 mindən çox əhali öldürüldü. Sonralar Stepan Şaumyan boynuna almışdı ki, vətəndaş müharibəsi nəticəsində müsəlman əhali zərər çəkib.
Azərbaycanlıların kütləvi qırğını ətraf bölgələrdə də həyata keçirilmişdi. Qubaya Amazaspın rəhbərliyi altında böyük qoşun hissələri göndərilmişdi. Onlar şəhərə daxil olaraq iki min kişi, qadın və uşağı öldürmüşdülər. Amazasp qubalılar qarşısında çıxışında deyirdi: “Mən erməni xalqının qəhrəmanıyam. Mən buraya cəza dəstələri ilə gəlmişəm ki, iki həftə bundan qabaq burada öldürülən ermənilərin qisasını alım. Mən bura qayda-qanun yaratmaq və sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mən Xəzər dənizinin sahillərindən Şahdağınadək bütün müsəlmanları məhv etmək, onların yaşayış yerlərini yerlə-yeksan etmək əmri ilə gəlmişəm”.
Ermənilərin 1918-ci ildə törətdikləri soyqırımına bugünkü Quba məzarlığı, Şamaxıdakı Cümə məscidi şahidlik edir.
Qubaya qədər Amazaspın köməyi ilə Avetisov və Petrov, Cümə məscidi də daxil olmaqla, Şamaxını dağıtmış, Lənkəran, Salyan, Kürdəmir əhalisinə divan tutmuşdu. Əminik ki, Şamaxıda aparılacaq qazıntılar erməni vəhşiliyinin yeni izlərini üzə çıxaracaq.
İlk baxışdan belə görünə bilər ki, 1918-ci il hadisələri daşnak Şaumyanın uydurduğu “vətəndaş müharibəsi” idi. Ancaq faktlar bunun tamamilə əksini söyləyir. Ermənilər 1918-ci ilin martınadək İrəvan quberniyasının 197 kəndini darmadağın edib, 10.626 nəfər türk əhali qırğına məruz qalıb. Qarabağ valiliyində 157 kənd ziyan çəkib, Bakı quberniyasında 33 yaşayış məntəqəsi büsbütün, 196-sı isə qismən dağıdılıb. Martın 30-dan aprelin 2-dək davam edən qırğında Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8.027 azərbaycanlı, o cümədən 2.560 qadın və 1.266 uşaq qətlə yetirilib.
Naxçıvan bölgəsi qırğınların ən dəhşətli səhnələrinin şahidi olub. Əmovu kəndinin sakinlərinin başına açılan müsibətləri yaşlılar ömürlərinin sonunadək unuda bilmədilər. Xatirələrdən sətirlərə diqqət yetirək: “Daşnaklar kəndin altında nəhəng tonqal qaladılar. Qadınları, kişiləri sürüyüb tonqalın ətrafına gətirirdilər. Dəstələrə bölünmüş daşnaklar kəndin ətrafında, dağlara üz tutan qadınları haqlayır, saçlarından tutub sürüyə-sürüyə tonqala gətirir, gücləri çatmadıqda elə oradaca baltalayır, doğrayırdılar. “.
Qırğın Cənubi Azərbaycan ərazisində, Türkiyənin ayrı-ayrı vilayətlərində də davam etdirilmişdi. Bakıda törətdikləri qırğınlardan ürəkləri soyumayan və Cənubi Azərbaycanın qərb hissəsində xristian hökuməti yaratmaq istəyən ermənilər Urmiya, Səlmas və Köhnəşəhərdə 130 mindən artıq yerli müsəlman əhalini son dərəcə amansızlıqla qırıb-töküblər. Həmin ərəfədə “general” Andronik başda olmaqla 8 min silahlı erməni Arazdan keçərək Xoy şəhərinə hücum edib, dəhşətli qırğın törətmişdi.
1918-ci ilin hadisələri düşünülmüş bir olay idi. Bu işin başında bolşeviklər partiyasının Qafqaz komitəsi və erməni “Daşnaksütyun” partiyası dururdu. Neft sənayeçilərindən olan Şəmsi Əsədullayevin oğlu Əsəd bəy 1929-cu ildə Almaniyanın Ştutqart şəhərində alman dilində çap etdirdiyi “Şərqdə neft və qan” əsərində yazırdı: “Erməni sərkərdələrindən olan Lalay (Şaumyan) 1917-ci ildə and içmişdi ki, müsəlmanlardan intiqam alacaq. KP-nın rəhbərlərinin əksəriyyəti ermənilər olduğu üçün daşnaklarla həmrəy idi”.
Əsəd bəy daha sonra yazır: “Xan qalası ətrafı müharibə meydanına çevrilmişdi. Bu müsəlman-erməni döyüşündə 14 nəfər neft mühəndisi öldürülmüşdü. 30 min nəfərin meyiti Bakı şəhərinin küçə və meydanlarını örtmüşdü”. Əsəd bəy xatirələrində öz evlərini də təsvir edir: “Bizim evə də hücum etdilər. Mən evimizin zirzəmisindən həyətdəki mənzərəyə baxırdım. Ermənilər 10 yaşı tamam olmayan iki uşağı ələ keçirib havada fırladaraq şəmşir ilə şişə çəkdilər. Hər şeylərini əldən vermiş bir dəstə silahsız müsəlman ağ kəfən geyib özlərini ermənilərin qəmə və qılınclarına sipər etdilər.Ermənilər uşaqlarına xəncər vermişdilər ki, onlar müsəlman məhbusların başlarını kəssinlər”.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış “Mart hadisələrini yoxlayan komissiya”nın üzvlərindən biri, xristian Qülqenin hazırladığı sənəddə deyilirdi: “Müsəlmanların sakin olduqları məhəllələrə girib əhalini öldürmüşdülər, şəmşirlə parçalamışdılar. Süngülərlə dəlik-deşik etmişdilər. Evlərə od vurub uşaqları bu oda ataraq diri-diri yandırmışdılar. 3-4 günlük südəmər uşaqları isə süngüyə taxmışdılar. Hadisənin sonunda 57 müsəlman meyiti müşahidə olundu ki, bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınları saçları ilə bir-birinə bağlayaraq tüfəng qundaqları ilə döyürdülər”.
Qülqe divarlara söykədilən çılpaq qadınların, itlərin gətirdiyi uşaq meyitlərinin fotoşəkillərini də çəkmişdi.
Göründüyü kimi, mart hadisələri düşünülmüş, məqsədli soyqırımı idi. S.Şaumyan özü də etiraf etmişdi ki, onlar yaranmış məqamdan istifadə edərək azərbaycanlıların fiziki cəhətdən məhvinə çalışırdılar: “Biz atlı dəstələrimizin silahlı basqınından istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik, bizim 6 minədək silahlımız vardı. “Daşnaksütyun”un 3-4 min nəfərlik milli hissələri . bizim sərəncamımızda idi. Sonuncuların iştirakı səbəbli vətəndaş müharibəsi milli qırğın xarakteri aldı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu surətdə getdik. Əgər onlar Bakını ələ keçirsəydilər, şəhər Azərbaycanın paytaxtı elan olunacaqdı”.
N.Nərimanov Şaumyana məktubda qeyd edirdi ki, “. bu hadisə Sovet hakimiyyətini ləkələdi. Əgər qısa vaxtda bu kölgə, ləkə təmizlənməsə, bolşevik iddiası və Sovet hökuməti möhkəmlənməyəcək. Silahla ələ alınan hakimiyyəti uzun müddət saxlamaq olmaz. “. Əslində isə nə ləkə təmizləndi, nə də günahkarlar cəzalandırıldı. Əksinə, cəzasızlıqdan “ruhlanan” ermənilər bolşevik dostlarının köməyi ilə yeni-yeni faciələr törətdilər. Azərbaycanda mart-aprel hadisələrini törədən bolşevik-daşnak qruplaşmasının məqsədi Bakı quberniyasında qələbə çaldıqdan sonra Gəncəni ələ keçirmək, bütövlükdə Azərbaycanı işğal etmək idi. Lakin 1918-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası düşmənlərin planını alt-üst etdi.
Mart hadisələrinə qiymət verən M.Ə.Rəsulzadə 1919-cu il martın 31-də “Azərbaycan” qəzetində yazırdı: “Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi. . Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi! Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu”.
Bu faktlar mart qırğınının xarakterini və erməniliyin iç üzünü göstərir. “Yaddaş gününün elan olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı”nda Mart soyqırımına qiymət verilərək göstərilir ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımı nəticəsində Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, yüz minlərlə silahsız və günahsız əhalini didərgin salıblar. Təkcə Bakıda 30 minədək soydaşımız qanına qəltan edilib, Şamaxı qəzasının 58 kəndi dağıdılıb, 7 minədək adam, o cümlədən 1.653 qadın, 965 uşaq öldürülüb, Quba qəzasında 122 müsəlman kəndi yerlə-yeksan edilib. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 müsəlman kəndi vəhşicəsinə dağıdılıb, əhalinin xeyli hissəsi qılıncdan keçirilib. İrəvan qəzasında 88 kənd dağıdılıb, 1.920 ev yandırılıb, 131.970 nəfər öldürülüb. Törədilmiş faciələrin nəticəsi idi ki, İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 373.582 nəfər əvəzinə 1922- ci ildə cəmi 70 min nəfər olub, başqa sözlə, 5 dəfə azalıb.
Ermənilər XX əsrin sonlarında M.Qorbaçov “perestroykasından” ruhlanıb yenidən “miatsum” deyərək meydanlara axışdılar və Azərbaycana qarşı ərazi iddialarına başladılar. Mərkəz isə sanki bunları görmürmüş kimi 1990-cı ilin yanvarında Bakıda, 1992-ci ilin fevralında Xocalıda yeni faciələrin səbəbkarı oldu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, 1.890 nəfər şəxsi heyəti olan 366-cı rus motoatıcı alayı, habelə xaricdən gətirilmiş muzdlular Xocalıya hücum etdilər. Müdafiəsiz qalan şəhər əhalisi, əsasən qadınlar, uşaqlar və qocalar Ağdam istiqamətinə üz tutdular. Əhalinin bir hissəsi qarlı-şaxtalı gecədə həlak oldu. Sağ qalanlar isə səhəri gün Qaraqaya adlı yerdə pusquda dayanan erməni əsgərlərinin gülləsinə tuş gəldilər.
Beləliklə, Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi. Hadisələr zamanı 613 nəfər, o cümlədən 106 qadın, 83 uşaq, 70 qoca öldürüldü, 1000-dən çox dinc sakin şikəst oldu, 1.275 nəfər əsir götürüldü, 8 ailə tamamilə məhv edildi. Həmçinin 56 nəfər diri-diri yandırıldı, gözləri çıxarıldı, başları kəsildi.
Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə yalan məlumatlar verilirdi. Lakin bəzi mətbuat orqanları faciənin ermənilər və onlara yardım edən 366-cı motoatıcı alayı tərəfindən həyata keçirildiyini yazırdı. Londonun “Sandi Tayms” qəzeti 1992-ci il 1 mart tarixli nömrəsində erməni əsgərlərinin minlərlə ailəni məhv etdiyini, “Faynenşl Tayms” qəzeti 1992-ci il 9 mart tarixli buraxılışında ermənilərn Ağdama tərəf gedən dəstəni güllələdiklərini, 1200-dək azərbaycanlını məhv etdiklərini bildirirdi.
Londonun “Tayms” və Moskvanın “İzvestiya” qəzetləri 1992-ci il 4 mart, Parisin “Le Mond” qəzeti 1992-ci il 14 mart tarixli nömrələrində erməni vəhşiliyindən bəhs edərək qətlə yetirilənlərin başlarının kəsildiyini, kişilərin skalplarının soyulduğunu qeyd edirdi. “Faynenşl Tayms” (London) qəzeti 1992-ci il 14 mart tarixli nömrəsində general Polyakova istinadən 366-cı alayın tərkibində 103 erməni hərbçisinin olduğunu yazır, “Varel aktuel” jurnalı (Paris) 1992-ci il 14 mart nömrəsində erməni silahlı dəstələrinin tərkibində Yaxın Şərqdən olan ermənilərin, ASALA-nın Suriya və Livandakı hərbçilərinin iştirak etdiyini təsdiqləyirdi.
Hadisə yerində olan İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti R.Patrik yazırdı: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyəti heç nə ilə haqq qazandıra bilməz”.
Müasir Azərbaycan bu gün sürətlə inkişaf edir. Onun yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Torpaqlarımızın 20 faizindən çoxu bu gün də işğal altındadır, bir milyondan artıq soydaşımız qaçqın və köçkün şəraitində yaşamağa məcbur edilib. Bütövlükdə, Ermənistanın təcavüzü nəticəsində ərazimizin 20 faizindən çoxu, yəni 17.000 kvadratkilometr torpaq sahəsi işğal altında qalıb. İşğal olunmuş ərazilərdə 6 minədək kənd təsərrüfatı və sənaye obyekti, 102 min yaşayış evi, 4.366 sosial-mədəni obyekt, 7 min ictimai bina, 693 orta məktəb, 855 məktəbəqədər müəssisə, 695 xəstəxana və digər tibb müəssisəsi, 10 məscid, 160 körpü, 368 klub, 927 kitabxana, 85 musiqi məktəbi, 464 muzey və tarixi abidə, 6 dövlət teatrı dağıdılıb, 800 kilometr dəmiryolu və avtomobil yolları, 15 min kilometr elektrik və qaz xətləri, 2.300 kilometr regional əhəmiyyətli su-kommunikasiya sistemləri sıradan çıxarılıb, 31 məscid, 9 tarixi saray, 1 milyon hektar kənd təsərrüfatı sahəsi, 250 min hektar meşə sahəsi, 200 palentoloji, geoloji abidə erməni separatçılarının əlinə keçib.
Hər bir diplomatiyanın arxasında güc durduğunu yaxşı dərk edən Azərbaycan xalqı iqtisadi cəhətdən daha qüdrətli, milli birlik baxımından daha sarsılmaz olmağa can atır. O, əlindən zorla alınmış torpaqlarını geri qaytarmağa və ərazi bütövlüyünü təmin etməyə qadirdir.
BİZİM TƏHSİL
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedoqoji Universitetinin baş müəllimi Dəyanət Musayev, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin dosenti Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin müəllimi Kəmalə Ələkbərova, “Nömrə 1” Təhsil mərkəzinin rəhbəri Samin Həsənov, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Könül Təhməzova və Təhsildə İnkişaf və Araşdırmalar Mərkəzinin direktoru İlkin Həsənov ilə dərs ilinin yekunları barədə dəyirmi masa ətrafında söhbət etdik.
Fuad Babayev: İstərdim ki, müzakirəyə başlamadan əvvəl Təhsil Nazirliyinin hazırladığı bir rolikə tamaşa edək.
Biz, “Təhsil TV” internet resursunun hər gün Kür çayını keçərək dərsə gedən 13 yaşlı Əli haqqında “Obanın yeganə şagirdi” adlı qısametrajlı filminə baxdıq. Həmçinin, bir çoxunuzun bəlkə xəbəri olub, bir müddət 13 yaşlı bir qubalı yeniyetmə, Cimi kənd orta məktəbinin 6-cı sinif şagirdi Dəyanət İsrafilov kəndə sel gələndə Qızbikə adlı 4 yaşlı bir kənd sakinini xilas edib. Bu iki informasiya ilə söhbətimizə başlayırıq. İstərdim ki, məktəbli Dəyanət İsrafilova Quba Rayon İcra Hakimiyyətində mükafat təqdim olunmasından ibarət şəkillərə də baxaq.
Cimi ucqar bir kənddir. Orada sel zamanı çox dramatik anlar yaşanıb. Dəyanət 4 yaşlı uşağı xilas edib, lakin qızın 3 yaşlı qardaşı seldə həlak olub. Dağ çayının daşmasını görən insanlar daşqın zamanı çaya yaxınlaşmağın nə qədər təhlükəli olduğunu yaxşı dərk edirlər. Nə yaxşı ki, bizim belə gənclərimiz var.
Indi isə söz sizindir. Buyurun, fikirlərinizi bildirin: başa çatmaqda olan dərs ili nə ilə yadda qaldı, əsasən hansı məqamlara diqqəti çəkmək istərdiniz?
Samin Həsənov: Tədris ilinin sonunda hər kəsdə belə fikir formalaşır ki, dərslər sentyabrın 1-də başlasaydı daha yaxşı olardı. Bu məsələ Milli Məclisə qədər gedib çıxır, amma yenə həllini tapmır və dərslər əvvəlki sistem üzrə davam edir. Yayda istilər düşəndə, mayın sonu, iyunun əvvəlində uşaqlar dərsə getməyəndə və məktəblər boş qalanda vəziyyət valideynləri də, müəllimləri də düşünməyə məcbur edir. Bir halda ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının tarixini daha əvvələ salıb, aprel ayından artıq buraxılış imtahanları keçirilir, biz də bir tədris mərkəzi olaraq dərs ilinin erkən başlayıb tez də bitməsinin və yay aylarına təsadüf etməməsinin tərəfdarıyıq. Bu isə inanıram ki, şagirdlərə, qəbul imtahanlarına hazırlaşan uşaqlara daha yaxşı təsir edəcək.
Bizim əsas fəaliyyət sahəmiz orta məktəblərin yuxarı sinif şagirdlərini universitet həyatına hazırlamaqdır. Ali məktəbə daxil olmaq üçün şagirdlərin bir neçə seçimi var: özləri hazırlaşır, repetitor yanına gedir, ya da tədris mərkəzlərinə üz tuturlar. Tədris mərkəzlərinə, yaxud repetitor yanına üz tutanlar təxminən 30-40 faiz təşkil edir. Yerdə qalan 60-70 faiz şagirdlər isə şəxsi şəkildə hazırlaşır, yaxud, ümumiyyətlə hazırlaşmırlar. Əgər 80 min şagird orta məktəbi bitirirsə, onun 35-40 mini ali məktəblərə sənəd verir, digər şagirdlər isə qabiliyyət tələb edən ixtisaslara və kolleclərə üz tuturlar. Buraxılış imtahanlarının bu formatda keçirilməsi respublikamızda qiymət nəticələrinə çox təsir etmişdir. Ona görə də son günlər 700 bal söhbəti çox müzakirə olunur. Hal-hazırda bu qədər balı heç kim yığa bilməyib. Halbuki keçən il qəbul imtahanında 29 nəfər 700 bal toplamışdı.
Fuad Babayev: Niyə 700 bal yığa bilmədilər?
Samin Həsənov: Mən şəxsən kurikulum sistemini səbəb olaraq göstərmək istəməzdim. Bu sistemdə də 700 bal toplamaq mümkündür. Sadəcə buraxılış imtahanlarına uyğun nümunə sınaqlar təşkil edilmədi. Şagirdlərə ikinci bir imtahan müddəti verilmədi. Buraxılış imtahanlarına Bakıda bizim kurslarda hazırlaşanlar daha hazırlıqlı olurlar, amma kənd məktəblərində dinləmə mətninin nə olduğunu bilməyən şagirdlər var. Onların müəllimləri də dinləmə səviyyəsində dərs keçmirlər, bunun üçün avadanlıqlar yox dərəcəsindədir. Şagirdlərdən tədris edilməyən bir şeyi tələb edəndə, təbii ki, nəticəyə də təsir göstərəcək. Ilk buraxılış imtahanının bir mərhələdə, amma əvvəlkindən fərli formada keçirilməsi, verilən sualların da ikibaşlı olub xeyli dünyagörüşü tələb etməsi şagirdləri çətinliyə salır. Məsələn, Azərbaycan dilinə aid suallarda təkcə bu dili bilmək kifayət deyil, orada tarixi, coğrafiyanı, məntiqi və s. də bilmək lazımdır. Hər hansı bir sual düşəndə göstərilir ki, buna uyğun başqa tarixi hadisələri misal çəkin. I və IV qruplar buna cavab verə bilmirlər, çünki onlar əsasən fizika və kimyaya hazırlaşırlar. Buna görə də zəif nəticə göstərməli olurlar. III qrupa hazırlaşanlar Azərbaycan və ingilis dilində olan suallara yaxşı cavab verirlər, amma riyaziyyatdan zəif nəticə göstərirlər. Belə halda buraxılış imtahanlarında maksimal nəticədən 5 – 6 bal az toplanırsa, 700 bal yığmaq ümidi itir. Imtahanlar iki mərhələdə keçirilsə idi, daha maraqlı olardı və şagirdin yüksək bal yığmaq üçün şansı daha böyük olardı.
Bu tədris ili kurikulumun ilk ilinə təsadüf etdi. Ona görə də şagirdlər üçün çətin oldu. Sualları nə qədər asanlaşdırsalar da, imtahan prosesi şagirdlərə mənfi təsir göstərdi. Şagirdlərin açıq sualları bilməməsi müəyyən rol oynadı. Məsələn, şagird məndən sualın həllini istəyib, mən də yazmışam. Amma yoxlama zamanı aydın olur ki, şagirdin öz fikri olsa da, konkret bir meyar var və ona əsaslanmalıdır. Halbuki, şagirdin fikri də əsas olmalıdır. Ola bilsin şagirdin fikri kitabda yoxdur, amma onun da fikri elmi cəhətdən düzgündür. Yəni belə problemlər də olur.
Orta məktəblərdə repetitorlar tərəfindən imtahanlara cəlb edilmə prosesi və köhnə kitablardan, dərs vəsaitlərindən, abituriyent jurnallarından istifadə olunmasının da şagirdlərə mənfi təsiri var. Çünki yeni sistemdə ancaq yeni metoda aid misallara, məsələlərə müraciət etmək lazımdır.
İnanıram ki, bu sistem gələcəkdə inkişaf etdirilsə, düzgün tətbiq olunub məktəblərdə də düzgün tədris edilsə, şagirdlər üçün xeyirli olacaq. Əgər şagirdə indiyə qədər məktəbdə ingilis dilindən dinləmə mətni keçməyiblərsə, o zaman həmin şagirddən yüksək nəticə gözləmək olmaz. Dinləmə mətni 7 sualdan ibarətdir və şagird düşünür ki, bu sualları yazmasam da olar.
Kəmalə Ələkbərova: Biz 11 illik zəhmətin bəhrəsini görürük. Mən sizi əmin edirəm ki, gələn il 700 bal alan çox olacaq. Çünki, bu il ilk dəfə idi, təcrübə yox idi.
Fuad Babayev: 700 bal məsələsinə bu qədər diqqət yetirməyə dəyər?
İlkin Həsənov: Ali məktəblə orta məktəb bir-birini tamamlamalıdır. Bir çox hallarda belə də olur. 700 bal məsələsini gündəmə gətirmək, məncə doğru deyildir. Çünki bizim 700 bal toplamış uşaqlardan daha çox fədakarlıq göstərmiş Dəyanət kimi uşaqlara, yəni başqalarına qarşı qayğıkeş, riskə gedə bilən, nümunəvi vətəndaş ola biləcək şagirdlərə, insanlara ehtiyacımız var. Nə qədər ki, 700 balı beyinlərə aşılayacaq, TV kanallarda, saytlarda, qəzet və jurnallarda yayımlayacağıq, o zaman istər-istəməz bu “700 bal”ı reklam etmiş oluruq. Ümumiyyətlə, cəmiyyətin insana verdiyi dəyərlər dəyişdirilməlidir. Şagirdi 700 bal toplayıb deyə başqa uşaqlardan fərqləndirmək cəmiyyətə lazım olmayan yanlış yanaşmadır. Yəni şagird 300 bal ilə universitetə girib çox yaxşı vətəndaş ola bilər, ondan Mübariz İbrahimov kimi qəhrəmanlar da çıxa bilər, amma maksimum bal toplayıb özündən başqa kimsəyə faydalı olmayan insanlar da yetişə bilər. Ona görə də 700 bal məsələsində ehtiyatlı olmaq lazımdır. Bu məsələni çox qabartmaq, şagirdlər arasında bala görə fərq qoymaq lazım deyil. Təəssüf ki, hətta ailələr belə uşağına bala görə qiymət verir. Əgər imtahandan aldığın bal yüksəkdirsə, səni daha çox dəyərləndirirlər.
Sizə bir hadisə danışım. Türkiyədə Van zəlzələsi zamanı (23 oktyabr 2011-ci il – red.) xilasetmədə könüllü iştirak edən insanların arasında qulağında sırğa, bədənində tatu olan uşaqlar, məktəblilər digərlərinə nisbətən daha çox adam xilas ediblər. Əslində biz belə insanları necə qarşılayırıq?
Amma həyati bacarıqlar var ki, universitetlər onu vermir. Təəssüf ki, universitetlər akademik biliklər verir, amma həyatda necə davranmaq, risk məsələləri, nümunəvi vətəndaş olmaq, sosial məsuliyyət və s. məsələləri öyrətmir. Universitet proqramları dəyişirilməlidir. Ilk öncə isə məktəb kurikulumlarını dəyişmək lazımdır. 700 bal isə üzərinə köklənməyin vacib olmadığı bir məsələdir.
Kurikulumlar təəssüf ki, müasir dövrün tələblərinə, bacarıqlarına cavab vermir. Yüksək bal toplayan şagird universitetə gedir, orada isə problemlər üzə çıxır. Məsələn, universitetlərdən birinin ingilis dilli fakültəsində dərs deyən yaxın dostum danışırırdı, girmişəm auditoriyaya, ingilis dilində dərsi izah edirəm, uşaqlar deyirlər ki, müəllim, çox xahiş edirik, dərsi Azərbaycan dilində keçin. Əslində uşaqlar ingilis dilində təhsil almalıdırlar. Anlaşılmaz bir durum var. Orta məktəb proqramı ilə ali məktəbin qarşılaşmasında bu cür disbalans var. Universitetə girəndə bir çox müəllimlər deyir ki, orta məktəbdə oxuduqlarını yadından çıxart. Və ali məktəbdə tamam başqa şeylər oxuyuruq. Universiteti bitirib işə qəbul olanda da orada deyirlər ki, universitetdə oxuduqlarını unut. Bu mövzu barədə çox geniş danışmaq olar.
Ona görə də 700 bal məsələsində çox ehtiyatlıyam. Burada əyləşənlər təhsildə kifayət qədər sözünü demiş aparıcı insanlardır. 700 balı şişirtmək cəmiyyətimizi irəli aparmır.
Samin Həsənov: Dediyinizlə razıyam, ancaq biz “niyə 700 bal yoxdur” deyə mühakimə etmirik. Söhbət təhsildən gedir. Əgər 30 min adam imtahan verirsə, niyə bir nəfər ən yüksək bal toplamasın və təhsil sisteminin verdiyi tədrisi mənimsəyib yüksək nəticə göstərməsin. Yəni bir nəfər bu tədris sisteminin düzgün olduğunu, tədrisə düzgün yanaşılarsa, maksimal nəticə göstərməyin mümkün olduğunu göstərmək üçün ən yüksək bal toplamalıdır.
Fuad Babayev: Yəqin ki, bu il də ən yüksək bal alanlar olacaq.
Kəmalə Ələkbərova: Gələn il mütləq olacaq. Çünki şagirdlər öyrənəcək, müəllimlər də öyrənəcəklər.
Samin Həsənov: Bizim kursda yaz qəbul imtahanında 670-680 bal yığanlar var. Bu özü də böyük nəticədir. Amma 700 bal toplamaq üçün uşaq daha diqqətli və məsuliyyətli olmalıdır, prosesin də hamısını bilməlidir. 2-3 il ərzində də onların hamısını öyrənəcəklər.
Fuad Babayev: Bəlkə ali məktəb müəllimlərini dinləyək? Durum necədir?
Sevinc Qasımova: Mən özüm ümumiyyətlə, təhsildə kəmiyyətin yox, keyfiyyətin tərəfdarıyam. Bunu təcrübədən görmüşəm. 650, 690 bal toplayan tələbəm olub. Testi əzbərləyib, gözəl nəticə əldə edib. Amma digər göstəriciləri sıfırdır: danışa bilmir, məntiqi təfəkkürü yoxdur, adi bir suala cavab verə bilmir. Artıq 30 ildir ki, pedaqoji fəaliyyət göstərirəm. Bir neçə ildir ki, universitetimizin tarix və digər fakültələrində zərbəçilər, çox yüksək göstəriciləri olan tələbələr var. Yay və qış sessiyasında yüksək nəticə göstərən tələbələr təqaüd alır. Bu, çox gözəl təcrübədir. Görünür ki, belə etmək lazımdır.
Bəs 700 bal və digər məsələlər haradan yarandı? Bizim cəmiyyətə gözəl musiqiçi, ya gözəl rəssam da gərəkdir, amma hər şeydən əvvəl cəmiyyətimizə sağlam adamlar, müəyyən dünyagörüşü olan insanlar lazımdır.
Mənə ali məktəbdə Əkbər Bayramov psixologiyadan dərs deyib. Bir dəfə imtahanda cavab verdikdən sonra mənə “2” dedi. Düşündüm ki, “2” ala bilmərəm, çünki psixologiyanı gözəl bilirdim. Düşündüm ki, ola bilməz, yəqin eksperiment edir. Ancaq mənimlə qəbul olan tələbə yoldaşlarım mənə inanmayıb etiraz etdilər. Əslində, mən düşündüyüm kimi, müəllim uşaqların temperamentlərini öyrənmək istəyirdi. Ona görə imtahandan qabaq yoldaşlarıma xəbərdarlıq etdim ki, diqqətli olun. Amma mənə qulaq asmadılar, müəllimə etiraz etdilər, hay-küy saldılar və s. Mənə elə gəlir ki, hər bir müəllim ən əvvəl psixoloji cəhətdən tələbəsinə övladına yanaşdığı kimi yanaşmalıdır. Məgər istərdik ki, xəstə övladımız olsun? Qətiyyən yox. Elə isə, niyə cəmiyyətə xəstə şagird, tələbə verək?
Orta məktəbdə təhsilin səviyyəsi o dərəcədə yüksək olmalıdır ki, şagirdlər kənara qaçmasınlar. Amma gəlin reallıqdan danışaq. Hansı orta məktəbdə 10-11 sinif şagirdləri müntəzəm dərsə gedir? Məktəbə gedirsən, direktor deyir ki, 10-11-ci sinfə girməyin, çünki həmin şagirdlər dərsə gəlmir.
Fuad Babayev: Kursa, ya repetitor yanına gedirlər.
Sevinc Qasımova: Çünki orta məktəbdə təhsilin səviyyəsi heç kəsi qane etmir. Elə məktəb müəllimi var ki, əlavə dərs üçün yanına gəlməyən şagidrlərin qiymətini kəsir. Şagirdin ona görə də təhsilə marağı itir. Yaxud universitetdə tələbəni bəzi müəllimlər elə günə salır ki, III kursda mən onlara dərs deyəndə təəccüblənirlər ki, belə müəllimlər də var. Deyirlər ki, I kursda bizə elə müəllimlər dərs deyib ki, universiteti atmaq istəmişik.
Sentyabr başlayanda auditoriyada mənim ilk sualım bu olur: kim tarixçi olmaq istəyir. 120 tələbədən iki nəfər qorxa-qorxa əlini qaldırır, yalnız bir nəfər deyir ki, tarixçi olmaq istəyirəm. Yalnız tarixçi olmaq istəyən tarixə getməlidir.
Tələbələrin çoxu ali məktəbə valideynlərin istəyi ilə gəlir. Mənim övladım birinci il ali məktəbə girmədi. Mən də etiraz etmədim. Ən gözəl müəllimlərin yanına gedirdi. Amma istədiyi ixtisasa balı çatmadı. Dedi ki, müəllim olmaq istəmirəm. Ona görə də ikinci il yenidən imtahan verdi və istədiyi ixtisasa qəbul oldu. Mənə elə gəlir ki, uşağın üzərinə gedib “mütləq bu instituta girməlisən” demək nəticəsində cəmiyyətə “xəstə” bir insan vermiş olacağıq. Bu isə heç birimizə lazım deyil. Əgər hər kəs istədiyi ixtisasa getsə, görün cəmiyyətimizə nə qədər faydalı insanlar yetişəcək. 700 bal hələ heç nəyin göstəricisi deyil. Amma müəyyən sənət, peşə sahəsində hər hansı bir ixtira etmiş gəncimiz bizim üçün yüksək balla ali məktəbə girib iş tapmayan birisindən daha üstündür. 700 bal toplayan magistraturanı bitirəcək, qırmızı diplomunu da alacaq və tarix fakültəsini bitirən bu insandan soruşanda ki, harada işləyirsən, deyəcək, filan bankda, ya şirkətdə.
O ailə ilə bağlı rolikə əvvəl də baxmışdım. Çox xoşuma da gəlmişdi. Düşünürdüm ki, hər dəfə Bərdədən Zərdaba məktəbə getməkdən ötrü necə əziyyət çəkir. Məgər bu uşağa imkan yaratmaq olmaz? Bizə fədakar insanlar lazımdır. Yolu keçməkdə əziyyət çəkən yaşlı insana kömək edən, ağır yük götürən insanlara yardım edən gənclərə bizim ehtiyacımız var.
Kəmalə Ələkbərova: Hal-hazırda 2019-cu ildə yaşayırıq. Mənim rəhmətlik atam 1950-60-cı illərdə ucqar dağ kəndində məktəbə gedib. Rolikdəki hadisəyə bənzər eyni hadisələri atam da danışırdı. II Dünya müharibəsindən 10-20 il sonra da bu rolikdəki həyatı yaşayırdıq. Hamınız bəlkə görmüşünüz o şəkli, Yaponiyada yalnız bir nəfərə – məktəbli uşağa görə qatar bir stansiyada dayanır.
Bizdə belə bir stereotip formalaşıb: uşaqlarımız ali təhsilli olmalıdır. Mənim yaxın bir adamım İsveçrədə yaşayır, deyir ki, uşağı nə qədər məcbur edirəm, ali təhsil almaq istəmir. Sənət alıb, texniki təhsili var, deyir, nə edirəm ali təhsili. Ingiltərədə heç kim məmur olmağa can atmır. Çünki maaşı azdır. Hamı özəl işə gedir. Bizdə isə hamı can atır ki, dövlət universitetlərinə qəbul olsun. Avropada dövlət institutlarına kasıblar gedir.
Samin Həsənov: Roliklə bağlı mən də fikrimi deyim. Burada şəraitdən də çox şey asılıdır. Bəlkə orada avtomobil yolu da var. Amma o uşağın imkanı yoxdur hər dəfə pul verib getsin. Mən hazırlığa müəllim yanına getmək üçün 2 il 6 km yol qət etmişəm. Bu qədər yolu qışda da, yayda da ayaqla gedib gəlirdim. Ora mənimlə yanaşı taksi ilə gedib gələn də olurdu. Məncə o uşaq halından məmnundur. Belə olmasa idi, məktəbə getməzdi.
Bizim kursa gələn elə uşaqlar var ki, müəllimlərə təklif edir ki, gəlib ona evdə dərs keçsin. Amma belə uşaqlar həyatda uğur əldə edə bilmir. Çünki rəqabət görmür, ancaq rahatçılığa öyrəşiblər. Amma kursa gəlib can yandıran, yolda yorulan, tərləyən, əziyyət çəkən şagirdlər daha çox uğur əldə edirlər.
Fuad Babayev: Bayaq Sevinc xanım dedi ki, fakültədə birinci kurs tələbələrinin mütləq əksəriyyəti ora tarixçi olmaq fikri ilə gəlməyib. Bəs hüquq fakültəsində necə?
Əlövsət Allahverdiyev: İ xtisas seçimi ciddi məsələdir. Mən həm hüquq, həm də digər fakültələrdə dərs deyirəm. Bu gün abituriyent ixtisas seçəndə balı əgər hüquq fakültəsinə çatmırsa, istəyi olmasa da sənədini tarix müəllimliyinə verir. Məsələ ondadır ki, tarix müəllimi kimi formalaşmaq istəyən bu gənc imtahandan keçməyəcək. Pedaqoji Universitetdə nə qədər gələcəyin müəllimi olacaq tələbələr imtahandan kəsilir. Bu, cəmiyyət üçün bir problemdir. Ona görə müəllimlərə irad tuturlar ki, müəllimlər müəyyən güzəştə getməlidir. Gülünc məsələdir, gələcək müəllimlər nəyə görə imtahan verə bilmirlər?
Hüquq fakültəsində rastlaşdığım gözəl ənənəni sizinlə paylaşmaq istərdim. Bu il bu fakültəyə 30 nəfərə yaxın gənc kadr dərs deməyə dəvət olundu, hüquq fakültəsi tamam cavanlaşdı. Bu kadrların içində xeyli praktiklər də var idi. İnsan hüquqları üzrə Ombudsman Aparatında çalışan şəxslər, prokurorluq əməkdaşları adətən məşğələlər aparmağa cəlb olunurlar. Bir növ, təcrübə ilə nəzəriyyəni birləşdirməyə çalışdılar. Hüquq fakültəsində 600 bal toplamış tələbə ilə beynəlxalq iqtisadi münasibətlərdə 250-300 bal alıb ödənişli fakültəyə daxil olan tələbə arasında çox böyük fərq var. Mən bu fərqi bal fərqi ilə hesaba çatdırmaq istəməzdim, burada keyfiyyəti əsas götürmək lazımdır. Məsələn, hüquq fakültəsində tələbələrə verdiyin hər hansı məsələyə reaksiya olur və dərhal müzakirələr başlayır. Amma digər fakültəyə daxil olursan, nə desən hamısı ilə razılaşırlar. Yaxud Milli Aviasiya Akademiyasının hüquq fakültəsində dərs dediyin zaman böyük həyəcan keçirirsən. Yəni elə bil seçmə uşaqlardır. Səhər dərsə gedəndə fikirləşirsən ki, görəsən nə sual verəcəklər.
Amma problemlər də var. Hüquq fakültəsində, digərlərində də dil məsələsi var. Bizdə daha çox dünya ölkələrinin təcrübəsini misal çəkməyə maraqlıdırlar. Tutalım ki, Beynəlxalq Cinayət Məhkəməsinin Haaqa Tribunalının araşdırdığı məhkəmə işlərindən hər hansı birini əyani şəkildə tələbələrə göstərmək istəyirsən, dil problemi meydana çıxır. Açırsan əyani vəsaiti göstərirsən, özün də məcbursan tərcümə etməyə. Yaxud, material verirsən ki, bu saytdan istifadə edə bilərsiniz, yenə də xarici dili bilməmək mane olur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələsində də tələbələr çox zəifdir, ondan istifadə imkanları məhduddur. Həm universitet baxımından, həm də müstəqil şəkildə bu texnologiyalardan yaxşı istifadə edə bilmirlər.
Mən bir metoda əl atmışam. Seminar məşğələ aparanda, istər oğlan, istərsə də qız, fərqi yoxdur, hər birini tribunaya çıxardıram, deyirəm ki, mən tələbəyəm, siz isə müəllimsiniz, öyrədənsiniz. Bir var mənim üzümə baxıb dərsi izah edəsiniz, bir də var hamının üzünə baxıb danışasınız. Bu, sizdə müstəqil düşüncə, auditoriya qarşısında sıxış etmə qabiliyyətinin formalaşması deməkdir. Auditoriyada olan bütün gözlərə baxıb dərsi izah etməyə çalışın, hesab edin ki, mən burada yoxam, yaxud mən də tələbəyəm. Görürəm ki, tələbələr sıxılır, psixoloji problem var.
Ülviyyə Tahir: Bəlkə natiqlik mədəniyyəti yoxdur, ona görə.
Əlövsət Allahverdiyev: Bundan da əlavə, müstəqilliyə alışmayıblar, sərbəst düşünə bilmirlər.
Ülviyyə Tahir: Sizcə bu, evdəki tərbiyədən irəli gəlmir? Valideyn həmişə uşağının yerinə fikirləşir.
Əlövsət Allahverdiyev: Burada valideynin də rolu var. Amma məktəbin rolu daha çoxdur. Məktəbdə uşaqlara meydan verilməli, şərait yaradılmalıdır. Əgər müəllim auditoriyada ancaq özü danışırsa, özünün dinlənilməsini istəyirsə, əlbəttə, burada uşaqlara meydan verilməkdən söhbət belə gedilməz. Amma uşağa meydan verəndə, bəlkə də o yaxşı mütəxəssis ola bilər. Təbii ki, burada danışdıqlarını heç kəs səndən yaxşı bilmir. Bu meydan sənindir. Amma sənin tələbəndə özünə inamsızlıq formalaşır, başlayır səhv etməyə.
Gənc kadrların dərs deməyə dəvət edilməsi nə qədər əhəmiyyət daşıyır? Dəfələrlə fikir vermişəm, yaşlı nəslin nümayəndəsi, xüsusilə də vəzifədə çalışıbsa, dərs deyirsə, tələbələrin halına acımaq lazımdır. Bütün proseslərdən, rastlaşdığı problemlərdən danışacaq: harada mükafat, tərifnamə alıb, buna Mərkəzi Komitədə kim söz verdi, bu nə dedi və s. Tədris qalır qıraqda, tələbələrin tədris ruhunu məhv edir.
Fuad Babayev: Bu yaxınlarda Şamaxıda 9-cu Sabir qiraət günləri oldu. Tədbir çox böyük maraqla qarşılandı. İlin ikinci yarısında keçirilən həmin tədbirdə şagirdlər, o cümlədən orada yerləşən ali məktəblərin filiallarının tələbələri Sabir şeirlərini əzbərləyib onları bədii qiraətlə ifadə etdilər. Dəyanət müəllim, buna bənzər modellər təhsil prosesinin stimullaşdırılmasında hansı rolu oynayır?
Dəyanət Musayev: B ayaqkı məsələyə münasibət bildirmək istəyirəm. Bilirik ki, bu il imtahanlar kurikulum əsasında keçirildi. Doğrudur, artıq 11 ildir proqram qəbul olunub və işləyir, amma kurikulum fənni cəmi iki ildir tədris olunur. Mən özüm Azərbaycan Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində tarixin tədrisi metodikası fənni ilə bərabər ümumtəhsil kurikulumunun əsasları fənnini tədris edirəm. Buradan başlamaq lazımdır ki, kurikulum fənni hələ təzə tədris olunmağa başlayıb. Həm də metodikanın içində deyil; metodika iki semestr tədris olunur, kurikulum üçüncü semestrdən başlayaraq ayrıca tədris olunur. Həmin o kurikulumu mənimsəmiş müəllimlərimiz də cəmi iki ildir universitetdən çıxıb müəllim işləyə bilir. Məncə bu məsələ bir qədər gecikib.
Biz, humanitar yönlü insanlar 1992-ci ildə çıxan köhnə testi götürüb oradakı hətta fizika suallarını yazıb o vaxt üçün lazım olan balı toplaya bilərik. Yəni o vaxt bu suallar primitiv, sadə tapşırıqlar idi. O vaxt qəbul üçün 250-300 bal toplamaq normal sayılırdı. Biz həmin rəqəmi 1992-ci ildən indiyə qədər gətirib 700-ə qaldırdıq. Amma indi istəyirik ki, bu il mütləq təzə metod ilə 700 bal yığan olsun.
Sabir qiraət müsabiqəsini Şamaxının millət vəkili Elxan Süleymanov keçirir. Bundan başqa, Elxan müəllim deputat seçildiyi ildən hər il 600-dən çox bal toplayaraq ali məktəbə daxil olan uşaqlara təqaüd təsis edir. Onlar ali məktəbi bitirən günə qədər hər ay bu təqaüdü alırlar. Bir gün Elxan müəllimə dedim ki, bəlkə bu yüksək bal toplayan uşaqların monitorinqini təşkil edək. Çünki bu uşaqlar 600 balı yığıb qəbul olur, bəs sonra necə oxuyurlar. Mən də müəlliməm və bilirəm ki, yüksək bal toplamaq hələ yaxşı oxumaq demək deyil. Ən azından universitetdə belədir ki, tələbə Prezident təqaüdü ala bilər, ancaq bir imtahandan kəsiri varsa, bu təqaüd növbəti imtahana qədər dayandırılır. Elxan müəllim dedi ki, hər ehtimala qarşı yoxla. İnandırım sizi ki, 76 nəfər aylıq təqaüdçümüzdən cəmi 12 nəfər imtahanı normada verə bilmişdi. Qalanların hamısının kəsiri var idi. Halbuki bu uşaqlar rayon üzrə ən yaxşı nəticə göstərmişdilər.
Sabir qiraət müsabiqələri artıq 9-cu ildir keçirilir və onun da qalibləri aylıq təqaüd alır. Belə demək olarsa, bu ilki müsabiqə qaliblərinin heç biri humanitar sahəyə sənəd vermədi. Ötən ilin qaliblərindən bir neçəsini dəvət etmişdik və çıxış etdilər. Orada uşaqlardan biri dedi ki, mən bu təqaüd puluna müəllim yanına getmişəm. Aldığım Sabir adına təqaüdün gələcək həyatımda böyük rolu var. Yəni təqaüd bu şəxsə kömək olub, stimul verib.
Əslində bu ilki imtahana hazırlıq daha əvvəl başlamalı idi. Sevinc xanım qeyd etdi, əvvəl imtahanlar faktoloji əzbərçilik idi. Hətta bəzi universitetlərdə, elə bizim Pedaqoji Universitetdə də buraxılış və sınaqlar test ilə verildi. Demək istəyirəm ki, çox fərq var. İki yerdə dərs deyirəm və fərqini aydın görürəm. Məsələn, sual verirsən ki, Çaldıran döyüşü nə vaxt olub, tələbə gözləyir ki, buna variant veriləcək, bu da seçimini edəcək. Mən bəzilərinə tez-tez deyirəm ki, vaxt gələcək, ixtisasınızı deməyə utanacaqsınız ki, birdən tarixdən sual verərlər, bilmərəm. Bu insan bir-iki gün qalmış testləri əzbərləyir, sonra gedib cavab verir. Bu gün bu bizə lazım deyil.
Kəmalə Ələkbərova: B izim hal-hazırda övladlarımızın oxuduğu sistemlə sizin tədris etdiyiniz sistem eynidir?
Dəyanət Musayev: Xeyr. Aydın məsələdir ki, test formatı biliyin yoxlanması üçün ən yaxşı vasitədir.
Ilkin Həsənov: Yanlış bildiyimiz bəzi şeylər var. Biz elə düşünürük ki, ənənəvi təhsil ilə 2008-ci ildən tətbiq olunan və bu il qəbul imtahanlarının keçirildiyi kurikulum sistemi fərqlidir. Reallıq odur ki, bu ilki imtahanla keçən il keçirilən imtahan arasında o qədər də fərq yoxdur. Fərq bəs haradadır? Bəzi situasiya tipli açıq suallarda. Misal üçün tarix fənninə müraciət edək. 30 sual var, 27-si qapalı, 3-ü açıq sualdır. Həmin o 27 qapalı indiyə qədər düşən suallarla eynidir.
Samin Həsənov: Elə o 3-4 sual bəs edir ki, 700 bal çıxmasın.
Ilkin Həsənov: O 3 sual yanlış sualdır.
Samin Həsənov: Kurikulum standartlarına uyğun deyil.
Ilkin Həsənov: Deyil. Niyə deyil? Sualda mənbəni verir, ardı ilə sual verir ki, mətni oxuyun və dərslikdəki və özünüzün biliklərinizdən çıxış edin. Mənbə sualını salmaq doğru deyil. Əgər uşaq kitabdakı biliklərindən istifadə edəcəksə, onsuz da bunu 27 sual ilə yoxlayırsan. Bəs biz nə istəyirik? Istəyirik ki, uşaq hansısa tarixi mənbəni bilsin. Götürək Türkmənçay müqaviləsini. Görək uşaq bunu oxuyub doğru nəticə çıxarda, ümumiləşdirmə apara bilir? Uşağın bu bacarığı yoxlanılmalıdır. Amma yoxlanılmır. Sən ora uzun mənbə yazmalı və 3 sualı sırf mənbədən verməlisən ki, o uşaq mənbəni oxuyub doğru nəticə çıxarda bilirmi. O üç sualdan biri də faktaloji sualdır. Faktaloji sualı onsuz da 27 sualda yoxlayırsan. Qalan suallara açıq sual deyirlər, əslində o açıq tipli qapalı sualdır. Açıq sual o deməkdir ki, insan təxəyyülündən istifadə edərək istədiyin cavabı verə bilər.
Kurikulum sisteminin içərisinə baxsaq görərik ki, biliklə bərabər bacarıqlar da var. Yazı bacarığı olmalıdır, amma yoxlanılmır. Ingilis dilində yalnız dinləmə bacarığı götürülür, bəs bunun danışıq bacarığı harada yoxlanılır? Yoxlanılmır. İngilis dilini götürsək, görürük ki, kurikulumun danışığı tələb edən məzmun xətti qəbul imtahanında yoxlanılmırsa, demək qəbul prosesi ilə kurikulum arasında böyük boşluq var. Bu böyük boşluğu doldurmayınca, kurikulum özünü həqiqi mənada doğrultmayacaq. Çünki biz toplum olaraq qəbul sisteminə köklənmişik.
Uşaq qəbul imtahanı verir, valideyn, dost, qohum, hamı soruşur, neçə bal topladın. Uşaq imtahan balının siyahısı çıxana qədər “o dünyanı görüb gəlir”. Bu, yanlış bir şeydir. Bunun üçün böyük bir peşəkar komandanın işləməsi lazımdır. Kor-koranə həll yolları irəli sürmək düzgün olmazdı.
Samin Həsənov: DİM noyabr ayında açıqlayır ki, imtahan bu şəkildə olacaq. Amma bu 11 il mövcud olan kurikulumda ən azı 3 il qabaq imtahan prosesi açıqlanmalıdır. Şagirdlər bu imtahana hazırlaşmalıdırlar. Adicə, imtahan prosesində dinləmə olsun, 5 ay ərzində şagird nə öyrənə bilər?
Ilkin Həsənov: Siz hələ bunu Bakı şəhərində keçirsiniz. Bəs rayonlarda necə, bunu keçirlər?
Samin Həsənov: Keçmirlər. Söhbət də ondan gedir ki, 3 il əvvəl olsa idi, onlar da keçərdilər. Müəllimləri də o şəkildə attestasiya edərdilər. Bu günləri müəllimləri dinləmə ilə götürmürük, amma şagirdləri götürürük. Burada da problem var.
Ilkin Həsənov: Təəssüf ki, təhsilimizi çox vaxt zorla düzəltməyə çalışırıq.
Samin Həsənov: Zorla deyil, sadəcə alınar-alınmaz məsələsidir. Bu gün kurikulumla bağlı test və dərs vəsaitləri yoxdur. Sistemə uyğun testlərin tətbiqi və nəzəriyyəyə aid kitab olmalı, ondan sonra imtahan keçirilməlidir. Bu gün şagird ancaq orta məktəb dərsliklərini oxuyur və orada lazım olan suallara rast gəlmir.
Ilkin Həsənov: Köklü araşdırma olsa, görərik ki, bugünkü dərsliklər də, müəllimin keçdiyi dərs də kurikulumun prinsiplərinə uyğun deyil.
Sevinc Qasımova: Kurikulum sistemi ilə orta məktəblərdə tədris fərqlidir. Yenə ənənəvi kitablardan dərs keçirilir, müəllimlər hətta köhnə kitablardakı materiallardan istifadə edir.
Ilkin Həsənov: Biz elə gəlir ki, uşaqlara təhsil imtahana hazırlaşmaq üçün verilir. Tamam yanlış fikirdir. Imtahanı kənara qoymaq lazımdır. Orta məktəb təhsili ona görə verməlidir ki, insan yetişdirsin. Əgər 11 il təhsil alan şəxs məktəbi bitirdikdən sonra cəmiyyətdə müstəqil şəkildə özünü ifadə etməkdə problem yaşayırsa, demək onun oxuduğu illər hədər gedib. Yəni məktəbin funksiyası imtahana hazırlıq olmamalıdır. Məktəb vətəndaş yetişdirməlidir. Bu gün 11-ci sinif şagirdinə sual verirsən ki, növbəti 5 il üçün hansı hədəflərin var, üzünə elə baxır ki, sanki yadplanetlisən. Yəni 5 il qabağı görməyən insan ilə gələcək adına hansı cəmiyyəti formalaşdıra bilərik. Ona görə də məktəbin funksiyası dəyişirilməlidir. Bu da bizdən asılıdır. Nə qədər çox imtahana vurğulansaq, köklənsək, o qədər də inkişaf etməyəcəyik.
Kəmalə Ələkbərova: Tələbələr imtahan verib instituta girir. Mən “da” və də”ni bilmirəm uşağa hansı dildə başa salım ki, nə vaxt bitişik, nə vaxt ayrı yazılır. Yaxud tələbə status yazır: “gələcəy”, “öləcəy” və s. Burada şəkilçi “acaq”, “əcək”dir, amma sonunda “y” yazır.
Samin Həsənov: Necə deyir, elə də yazır.
Könül Təhməzova: Mən Bülbül adına orta ixtisas musiqi məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Həm də kurikulum üzrə təlimçiyəm və bir çox layihələr üzrə təlimçi-ekspert kimi fəaliyyət göstərmişəm. Bu gün adını çəkdiyimiz kurikulum sistemi ilə bizim uşaqlar beynəlxalq müsabiqələrin qalibi olurlar. Demək istəməzdim ki, məktəbdə şagird hazırlanmır, müəllim dərs keçmir, yaxud uşaqlar nəyə görə isə dərsə gəlmir. Bizim hazırda çox potensial imkanlara malik, beynəlxalq müsabiqələrdə sözlərini deyə bilmiş yetirmələrimiz var ki, onlarla qürur duymaq olar. Bir çox layihələr var ki, rayon məktəblərindən belə müəllimlər ora qatılıb qalib olurlar. Özümüzdə müsbət cəhətləri bəzən görməməzlikdən gəlirik. Xaricdən hər hansı bir ekspert gəlib burada öz təhsilləri ilə bağlı danışanda biz onu çox maraqla dinləyirik. Halbuki bizim bəzi müəllimlər ondan qat-qat çox təcrübəyə və yüksək iş potensialına malikdir.
Bəs çatışmaz nüanslar nədən ibarətdir? Əslində məktəblərdə tətbiq olunan kurikulum sistemini çox müsbət qiymətləndirirəm. Çünki ənənəvi təlimdə müəllim sırf bilik mənbəyi hesab olunurdu, şagird düşünürdü ki, yalnız müəllimdən öyrənə bilər, onun dediyi ola bilər, indi isə öz fikirlərini azad söyləyə bilər, başqa bacarıqlarını da göstərə bilər. Şərt o deyil ki, şagird mütləq 700 bal toplasın. Bizim musiqi məktəbində 4-cü sinif şagirdləri var ki, musiqi üzrə Prezident təqaüdü alırlar, beynəlxalq laureatlardır, festivallarda iştirak edirlər. Bunları məncə biz özümüz dəyərləndirməliyik ki, onlarda da bu dəyəri formalaşdıra bilək.
Deyə bilərəm ki, məktəbdə 10 günlük kurikulum təlimləri keçən müəllimlərdən daha çox imtahan verməyə hazırlaşan tələbələr kurikulumun dərinliklərini daha dəqiq bilir. Öyrənməyə məcburdurlar, çünki müəllim olmaq üçün növbəti dəfə imtahan verəcəklər. Biz kurikulumla bağlı açıq dərslərə girəndə, şagirdləri qruplara ayırırdılar. Belə fikir formalaşırdı ki, əgər kurikulum deyirlərsə, uşaqlar qruplarda əyləşməlidir, bir yerdə oturmaq olmaz. Müəllimlərin yenidən bu təlimlərə cəlb olunması yaxşı olardı.
Bəzi şeyləri də qeyd etmək lazımdır. Məsələn, kimsə ixtisası bəyənmirsə, ən pis variantda onu göndərirlər ki, get ibtidai sinif müəllimi işlə. Amma biz də istəyirik ki, uşağı ibtidai sinifdə ən yaxşı müəllimin sinfinə qoyaq. Indiki dövrdə ibtidai sinif müəllimi riyaziyyat müəllimindən də çox öz üzərində işləməlidir. Çünki o, ana dili, riyaziyyat, informatika və digər fənləri tədris etməlidir. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox məsuliyyət düşür.
Kəmalə Ələkbərova: İbtidai sinif təhsilin təməl daşıdır. Ibtidai sinif müəllimi hərtərəfli biliyə malik olmalıdır. Ona görə də bura savadlı insanlar götürülməlidir. Çünki uşağın gələcəyi onlardan asılıdır.
Könül Təhməzova: Əvvəl ənənəvi təhsil sistemində özümüz dərsi izah edirdik, danışırdıq, şagirdlər ancaq sakitcə dinləməyə üstünlük verirdilər, biz özümüz də deyirdik ki, “böyük danışanda kiçik susub qulaq asar”. Mən özüm də məktəbi ənənəvi təhsillə bitirmişəm, ona görə bu hallarla daim rastlaşmışam. Biz, müəllimi sona qədər dinləməli idik və sonra sualımız olanda qorxa-qorxa əlimizi qaldırardıq, cavab verəndə də çəkinərdik ki, bəlkə səhv danışdıq. Amma müasir təhsil sistemində bunları artıq yığışdırmışıq. Artıq şagirdə öz fikrini demək üçün şərait və imkan veririk və yaxud, dərsi onun maraqlarına, tələblərinə uyğun təşkil edirik.
Problemlər nədə yaranır? Ənənəvi metodla işləyən müəllim bu gün kurikulumla işləyəndə çətinliklərlə üzləşir. Baxırsan ki, müəllim yenə köhnə metoda qayıdır. Məsələn, ev tapşırıqlarının verilməsi, səhər gələndə şagirdlərin sual-cavab edilərək dərsin yoxlanılması… Amma əgər mənim üçün qoyulmuş standart varsa, həmin standarta çatmaq üçün mütləq şəkildə məhz bu gün məqsədimə çatmalıyam kimi nüanslar bu sistemdə yığışdırılıb.
Kəmalə Ələkbərova: Bütün boşluqlar ibtidai təhsildən başlayır.
Könül Təhməzova: Mənə elə gəlir ki, ilk dərsi necə başlamaqdan çox şey asılıdır. Tədris ilini necə başlayacağıqsa, sona qədər elə də gedəcəyik. Əgər uğurlu addım atıb işlərimizi planlı şəkildə quracağıqsa, ilin sonuna qədər işimiz uğurlu alınacaq.
Bizdə valideyn iclası çağıranda, valideynlərin çoxu iclasa gəlmir. Əmindir ki, digər valideynlərin içində uşağına görə danlanacaq. Amma mən iclasları tam fərqli şəkildə edirəm. Heç vaxt şagirdin adını çəkib onun valideynini pis vəziyyətdə qoymuram. Hər bir şagirdin özünə məxsus xarakteri, xüsusiyyətləri olduğu üçün o nüansları nəzərə alıb ona fərdi yanaşmalıyıq. Özüm şahid olmuşam ki, bir valideyn məktəbi ağlaya-ağlaya tərk edib, deyirdi ki, nə qədər olar, hər müəllim başlayır ki, uşaq nadincdir, belədir. Artıq iclasa gəlmək istəmirəm. Iclas nəyi isə öyrənmək, təbliğat aparmaq, valideynlərlə hansısa bir işi görmək, yaxud uşaqlar üçün bərabər nə iş görə bilərik kimi vasitəsidir.
Uşaqda əgər problem varsa, hansı yolu seçə bilərik. Əlbəttə ilk gündən həmin uşaq haqqında məlumatımız olur. Bunun üzərində də işimizi qururuq. Sadəcə hər işin başında sevgi durur. Hər kəs öz peşəsinə sevgi ilə yanaşmalıdır. Şagirdlərə öz övladın kimi yanaşmalısan. Kiməsə iradım olarsa, özümü onun yerinə qoyuram. Məsələn, məktəb vaxtı olsa idi, belə bir vəziyyətlə rastlaşsa idim, müəllim mənə hansısa uşağın yanında belə desə idi, necə olardı? Nə qədər təhsildə dəyişikliklər etsək, beynəlxalq standartlara uyğun olaraq hər şeyi yüksəltsək də, əgər daxili nüansları dəyişməsək, insanın öz içində olan pozitivlik, sevgi, hörmət, ətrafa, cəmiyyətə baxışı düzəlməyəcəksə, heç bir təhsil, yaxud oxuduğumuz kitablar bizi dəyişə bilməz.
Aqil Şahmuradov: Çox qiymətli fikirlər dinlədik. Təhsil cəmiyyətdə bir nömrəli strateji sahədir. Təhsildə problem olarsa, demək cəmiyyətin də problemi var. Çünki hər bir insanın övladı, qardaşı, ya bacısı təhsil sistemi, orta məktəb ilə bu və ya digər formada bağlıdır. Bəs nəyə görə bu qədər problemlər var və ildən-ilə artır? Bir qədər qəribə səslənsə də, bizim cəmiyyət öz istiqamətini, oriyentasiyasını itirmiş vəziyyətdədir. Yəni biz özümüz nə istədiyimizi bilmirik: məktəbdən nə istəyirik, övladdan nə gözləyirik və ya cəmiyyətdən nə umuruq. Elementar ardıcıllığı götürək. Ali məktəbə övladım qəbul olsun, savad alsın. Kökündən yanlış fikirdir. Çünki biliyin əsasını orta məktəb qoyur. Ali məktəb savad verən yer deyil. Biz ora bilik mənbəyi kimi baxdığımız üçün repetitor məsələsi, qəbulda bal məsələsi ortaya çıxır. Ali məktəb ixtisas verir. Ali məktəbə insan şüurlu şəkildə gedir: həkim, müəllim, yaxud mühəndis olmaq istəyir və s. Bilik almağa getmirəm, çünki bilik orta məktəbdə 11 il ərzində verilir. Ali məktəbi qurtarıb magistraturaya daxil olur, bu artıq elmi dərəcədir. Yəni elmin konkret sahəsində tədqiqatçı olmaq istəyirəm. Cəmiyyətimiz bunu başa düşmür. Çünki cəmiyyətimizdə bir qədər sahili funksional baxımdan yanaşanda diferensiasiya getmir. Elə bilirik ki, hər şeyi bilirik. Bir məclisə düşəndə iqtisadiyyatdan söhbət düşür, iqtisadçı qalır qıraqda, hamı iddia edir ki, iqtisadiyyatı daha yaxşı bilir. Və yaxud söhbət tibbin üstünə gəlir, həkim qalır qıraqda, hamının tibbdən çox məlumatlı olduğu aydın olur. Seçimdə də cəmiyyətdə bu diferensiasiya sosial, iqtisadi, siyasi cəhətdən təbəqələşmə getmədən uşaqlar nə istədiyini bilməyəcəklər. Sosial dedikdə burada kasıb, ya varlı insanları nəzərdə tutmuram.
8-10 sinif şagirdləri müqayisə qabiliyyətinə malikdirlər. Onlar cəmiyyətə diqqət yetirirlər; kim daha rahat, hansı yolla və necə özünü təmin edir. Bu da onların təhsilinə, peşə seçiminə təsir göstərir. Ona görə də tarixçi, yaxud riyaziyyatçı olmaq istəyən yoxdur. Amma hüquqşünas olmaq istəyən var.
Ülviyyə Tahir: Dediyiniz bu halların dəyişməsi üçün cəmiyyət özü dəyişməlidir.
Aqil Şahmuradov: Beyinlər dəyişilməlidir.
Kəmalə Ələkbərova: Mənim dərs dediyim tələbələr var. Deyirlər ki, mən jurnalistikaya, yaxud başqa ixtisasa qəbul olmaq istəyirdim, balım bura çatdı, ona görə gəlib bura düşdüm.
Aqil Şahmuradov: Bu gün məktəblə kursların yeri dəyişib. Kurslar önə keçib. Orta məktəb proqramı üçün bütün dünyada hal-hazırda minimum 11 il sərf olunur, bəzi Avropa ölkələri isə hətta 12 illik təhsilə keçib. Bu da 3 mərhələyə bölünür: 1-4-cü ibtidai siniflər, 5-8-ci siniflər və 9-11-ci siniflər. Bu mərhələlərdə uşaqların qavrama qabiliyyəti, dünyagörüşünün formalaşması fərqlidir. Bu gün nəyin şahidiyik? Niyə kurikulumu bəyənmirlər? Çünki qəbul imtahanları bu il keçirildi. Ancaq kurikulumla imtahan verən uşaqlar birinci sinifdən imtahan mərhələsinə qədər təzə proqramla gəliblər. 10 il ərzində valideynlər susdu, niyə danışmadı? 4-cü sinif dərsliyində mən bir misalı həll edə bilmirəmsə, uşaq bunu necə həll etsin? 30 il bundan əvvəl vurma cədvəlini 3-cü sinifdə keçirdik, indi isə birinci sinifdə. Dairə genişlənib. Materialları yerləşdirmək olmur, artmaqda davam edir. Uşağına düşünmək qabiliyyəti aşılamaqdansa, valideyn yenə də deyir ki, dərslər sadələşsin, əzbərçilik olsun, övladım düşünməsin. Sənin kimi başqalarının da övladı düşünmürsə, millət düşünmür, millət düşünmürsə, ümumi axında geridə qalırıq.
Ülviyyə Tahir: Mən təsadüfən Budapeştdə universitetdə kompüter dərsində iştirak etmişəm. Dərs ingiliscə keçirilirdi. Mən isə ingilis dilini zəif bilirəm, həm də ixtisaslaşmış kompüter dərsidir, oradakı terminologiyanı isə bilmirəm. Amma müəllim o dərsi elə anlatdı ki, həmin dərs indiyə qədər yadımdadır. Valideynlər də bu cür metod istəyir. Istəyir ki, dərs uşağın başa düşəcəyi tərzdə onun beyninə yeridilsin. Və uşaq məktəbi bitirəndə ona lazım olacaq qədər riyaziyyatı, yaxud tarixi bilsin, digər fənlərdən də xəbərdar olsun, həmçinin xarici dillərdə özünü ifadə edə bilsin. Valideynlər bunu istəyir.
Aqil Şahmuradov: Əslində valideynlər nə istədiyini bilmirlər. Bu il iyunun 14-ə qədər məktəblər davam edəcək. Ən çox şikayət edən də valideynlərdir: uşaqlar niyə iyunun 15 gününü məktəbə gedir. Məktəb artıq iyunun 1-dən kitabları yığıb, heç kəs etiraz etmir. Hesablama aparmışam, əgər dərslər sentyabrın 1-də başlayarsa, bir dərs ilində uşaqlar 168 gün dərsə getmir, yəni istirahət edir. 365 günün 168 gününü tədrisdən qalan uşaqda müasir cəmiyyətdə irəliləmə, Avropa ölkələri ilə ayaqlaşma gözləmək olar?
Ülviyyə Tahir: Elə dərs keçmək olar ki, ayaqlaşmaq olsun.
Aqil Şahmuradov: Lakin cəmiyyət bunu qəbul etmir. Tələblər fərqlidir. Bunun da nəticəsini bu gün görürük. 5-6-cı sinif uşağının 45 akademik saatdan artıq yükü olmamalıdır. Əgər məktəbdən sonra 5 saatlıq kursa da gedirsə, o artıq məhv olur.
Əgər bakalavrı bitirən insan magistri bitirənin müdiri işləyirsə, o zaman bu bakalavr-magistr bölgüsü nəyə lazımdır? Magistrin, bakalavrın yeri görünmürsə, orta təhsili olan ilə ali təhsil alanın yeri düzgün deyilsə, bu təhsili sağlamlaşdırmaq olmayacaq.
Samin Həsənov: Təhsil Nazirliyi də etiraf edib ki, onların əsas funksiyası universitetə tələbələr hazırlamaq deyil. Bu nazirliyin də, məktəblərin də funksiyası cəmiyyətə insan yetişdirməkdir. Kurslar da, repetitorlar da bütün ölkələrdə var və olubdur.
Dəyanət Musayev: Bayaq Aqil müəllim proqramların çətinləşdirilməsi barədə danışdı. Təbii ki, bu kimin isə fikri deyil, dövrün tələbidir. Insanın üzərinə düşən informasiya yükü hər il artır. Köhnə statistikaya görə bu yük 3-5 ildən bir 5-10 dəfə artırdısa, son 10 ildə bəlkə 20 dəfədən də çox artıb. Bu gün 3-4 yaşında uşaq telefonda istənilən proqramı yükləyə bilər. Halbuki ondan qırx yaş böyük adam bunu edə bilmir.
Seçim zamanı hansısa ixtisasa təsadüfi düşmək barədə misal çəkmək istəyirəm. Mən tarix müəllimi olmaq istəmirdim. Universitetə qəbul olanda fikirləşirdim ki, kiminsə yerini tutmuşamsa, yəqin ki, davam edib axıra qədər getmək lazımdır. Qardaşım danışırdı ki, müəllimi bir gün onlara – öz tələbələrinə dedi ki, onun Tibb Akademiyasına gəlmək fikri yox idi, tarixçi olmaq istəyirdi. Sadəcə, müharibə başlayanda anası ona deyib ki, atan gedib qayıtmayıb, qardaşından da xəbər yoxdur, ona görə də get Tibb Universitetinə, onda səni əsgərliyə aparmayacaqlar. Beləcə gəlib Tibb Universitetinə. Sonra müəllimim fikirləşib ki, əgər bura gəlmişəmsə, həkimliyi seçmişəmsə, o zaman vətənə xidmət etməliyəm. Indi həmin adamı bütün dünya tanıyır. Yəni insan düşdüyü yerdə heç olmasa bir az məsuliyyət hiss etməlidir. Artıq buradasan da, əgər bu ixtisası bəyənmirdin, ümumiyyətlə gəlməzdin.
Kəmalə Ələkbərova: Etiraf edək ki, proqram çətindir. Mən 3-cü sinifdə oxuyanda müəlliməm sinfə gəlib dedi ki, uşaqlar, xaricdə kompüter var, bu otaq boydadır. Indi həmin kompüteri cibimizdə gəzdiririk. Hər halda proqram get-gedə çətinləşməlidir. Dövrün tələbidir.
Aqil Şahmuradov: Gəlin bir qədər geniş baxaq, görək dünya nə fikirləşir. Bu gün rəqəmsal texnologiya çox sürətlə inkişaf edir, informasiya artır. Bütün dünya bu qədər informasiyanı uşağa necə çatdırmaq barədə düşünür. Hələ ki, finlərin fikirləşdiyi bir modelin üzərində dayanıblar. Finlandiya nəyi tətbiq edib? Proqramı elə qurmaq lazımdır ki, tarix, ədəbiyyat, yaxud coğrafiya müəllimi olmasın. Tutalım, bir coğrafi kəşfi tarix müəllimi 45 dəqiqə ərzində tarixi aspektdən, coğrafiya müəllimi coğrafi aspektdən izah etsin, ədəbiyyat müəllimi hadisənin ədəbiyyatda necə əks olunduğunu danışsın və s.
Kəmalə Ələkbərova: Qori gimnaziyası kimi.
Aqil Şahmuradov: Bunu modelləşdirərək uşaqların yükünü 4-5 dəfə azalda bilərik. Dünya bunun üzərində fikirləşir.
Ülviyyə Tahir: Tanıdığım bir şagird ailəsi ilə xaricə köçmüşdü. Etiraf edirdi ki, burada oxuyanda fizika dərsini heç xoşlamayıb. Halbuki, ən yaxşı məktəbdə oxuyub. Amma xaricdə oxuyanda görüb ki, fizika necə də gözəl fənndir.
Əlövsət Allahverdiyev Bir gün mənə dedilər ki, hüquqşünaslar üçün təlim keçməliyəm. Işdən göndərdilər, qeydiyyatdan keçdim, gedib oturdum. Baxdım ki, mövzu tamam başqa şeydir: xərclər və gəlirlər, iqtisadi bir mövzu. Mən də iqtisadçı deyiləm. Dedim, yəqin səhv göndəriblər, çıxıb gedim. Dedilər ki, getməyin, bu gün iştirak edin, istəməsəniz, sabah gəlməyin. Inanırsınız, təlim o qədər maraqlı keçdi ki, düz bir ay o təlimdə iştirak etdim. Sonra dedilər, sertifikat veriləcək, imtahandır. Amma həmin imtahandan kəsildim. Dedim, kəsilmişəm, çıxıb gedim. Dedilər ki, hara gedirsən, 1 ay burada vaxt sərf etmisən, sertifikat almamış getməyəcəksən. Cavab verdim ki, bilmirəm axı, bir adam var məni başa salsın? Beş gün məşğul oldum. Ondan sonra mənə o sertifikatı verdilər.
Ülviyyə Tahir: Bir nəfər deyirdi ki, Azərbaycanda məktəbə 3-4 il getmişəm. Sonra ailəmlə xaricə köçmüşəm. Xaricdə məktəbdə oxuyanda o qədər bacarıqlar kəşf etmişəm ki. Demək orada uşağın bacarıqlarını aça biliblər.
Aqil Şahmuradov: Uşaqlara yanaşma fərlidir.
Ülviyyə Tahir: Məktəbdə uşaqların potensialı açılmalıdır. Nə köhnə sistemlə, nə kurikulumla bu potensial açılmır.
Sevinc Qasımova: Birinci sinfə gedən uşağın əlavə olaraq müəllim yanına getməsinə necə baxırsınız?
İlkin Həsənov: Çünki çox uşağın anasının təhsili yoxdur, uşağını hazırlaşdıra bilmir.
Sevinc Qasımova: Hamısı müəyyən bir təşkilatda çalışır, yaxşı müəllimliyi də var, amma yenə də öz uşağını müəllim yanına qoyur.
Ülviyyə Tahir: Təhsil metodu elə olmalıdır ki, uşaqlar bezməsin. Həmin o Finlandiyada uşaq 5-ci sinfə qədər məktəbdə oynayır.
Dəyanət Musayev: Xarici təcrübəni bura gətirib birbaşa yeritmək mümkün deyil. Bəs nəyə görə deyirlər ki, milliləşdir? Isveçrədə icbari hərbi qulluq deyilən bir şey yoxdur. Sadəcə 16 yaşında gedib qeydiyyatdan keçir, 1 ay hazırlıqdan sonra silahı götürüb evə qayıdırlar. Yəni 16-65 yaş arası kişi və könüllü hərbi xidmət keçmiş qadınların hər birinin silahı evdə olur. Müharibə başladığı təqdirdə hər kəs öz yerini bilir, ildə bir dəfə də işdən azad olmaq şərti ilə 1 aylıq hərbi hazırlığa gedirlər. Təsəvvür edin ki, bizdə də belə bir şey edirlər: 16 yaşlı gəncə silahını verib evə göndərirlər. Evə çatanda bu gənc nə edə bilər?
Aqil Şahmuradov: Bilmirəm necə hesablayıblar, bir yerdə yazmışdılar ki, orta statistik Azərbaycanlı il ərzində 4-5 səhifə kitab oxuyur. Problemin kökü bundadır.
Ülviyyə Tahir: Bu, nəticədir, problemin səbəbi nədir?
Aqil Şahmuradov: Çox problemlərin səbəbi maarifsiz cəmiyyətdir. Valideynlər savadsızdır, mütaliə yoxdur, dünyagörüşü məhduddur: bir çox problemlər buradan qaynaqlanır.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Söhbət 12 iyun 2019-cu ildə baş tutub.
Comments are closed, but trackbacks and pingbacks are open.