Təbiətdən istifadə gəlirləri
Təbiətdən istifadənin iqtisadiyyatında xüsusilə atmosferdə mövcud olan enerji resurslarının mənimsənilməsində müxtəlif növ sənaye əhəmiyyətli təbii resursların (kimyəvi maddələr, təsirli və təsirsiz qazlar və s.) fiziki və kimyəvi metodlar həmin iqtisadi sahələrin inkişafı üçün əlverişli imkanlar yaradır. Təbiətdən istifadənin ən mühüm nailiyyətlərindən biri təbii resursların hasilatı və istehsal dövriyyə- sinə cəlb olunması zamanı texnikanın yeni nailiyyətlərinin mənimsənilməsidir. Texnikanın yeni nailiyyətlərindən istifadə olunması təbii və əmək ehtiyyatlarından istifadədə iqtisadi səmərəliliyin yüksəldilməsi ilə bərabər, istehsal sahələrinin ərazi üzrə yerləşdirilməsinə əməyin ərazi üzrə bölgüsünə və məhsuldar qüvvələrin təşkilinə böyük təsir göstərir.
TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ
– 29 –
II F Ə S İ L
TƏBİƏTDƏN İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ
İnsan cəmiyyəti yarandığı gündən daim təbiətlə təmasda olmuş, onun
nemətlərindən bəhrələnmiş, öz tələbatını ödəməyə, bir sözlə ondan istifadə etməyə
başlamışdır. Təbii ki, təbiətdən istifadə hər bir ictimai-iqtisadi formasiyada
özünəməxsusluğu ilə seçilmişdir. Əgər ilkin formasiyalarda, xüsusilə də ibtidai-icma,
quldarlıq və feodalizmdə, qismən də kapitalizm dövründə daha çox “eninə”
mənimsəmə üstünlük təşkil edirdisə, XX əsrin 60-cı illərindən sonra “dərininə”
mənimsəməyə xüsusi fikir verməyə başlanılmışdır. Belə ki, iqtisadi inkişafın
sürətlənməsi, müasir texnoloji avadanlıqarın getdikcə təkmilləşdirilməsi və fəal
surədə tətbiqi təbiətə, təbii sərvətlərdən istifadəyə təsirini artırmış, bir çox inkişaf
etmiş Avropa ölkələrində təbii sərvətərin tükənməsi təhlükəsi yaranmış və ya ondan
istifadə iqtisadi cəhətdən səmərəsini itirmişdir. XIX əsrin ikinci yarısından sonra
sənayenin sürətli inkişafı, yeni texnoloji avadanlıqların tətbiqi, əhalinin getdikcə artan
tələbatı, yeni növ məhsullara marağın üstünlüyü daha çox və rəngarəng təbii
sərvətlərdən istifadəyə təkan verməyə başlamışdır. Müasir dövrdə əhalini daha çox
maraqlandıran yeni növ məhsullardır ki, elm inkişaf etdikcə, yeni texnoloji
avadanlıqlar yarandıqca təbiətdən istifadə də yeni məzmun və xarakter almaqdadır.
Dostları ilə paylaş:
Təbiətdən istifadə gəlirləri
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkündür. Bu elm sahələrinə yalnız iqtisadçılar yox, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də yiyələnməlidirlər.
Bazar iqtisadiyyatı şəraitində istehsal sahələrinin inkişafında, cəmiyyətin istehlak məhsullarına olan tələbatın ödənilməsində təbiətdən səmərəli istifadə olunması mühüm iqtisadi əhəmiyyət kəsb edir. Təbii resursların istehsal dövriyyəsinə cəlb olunması ərazinin əmək ehtiyatlarının zənginliyindən və istehsal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq daha da intensivləşir. Cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərində istehsal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq təbii resurslara təsir dairəsi bir-birindən kəskin şəkildə fərqli olmuşdur. Son illərdə elmi-texniki tərəqqinin inkişafı təbii resurslara təsir dairəsini daha da intensivləşdirmişdir.
Təbiətdə materialların, sərvətlərin istifadə həddi olduğu kimi, müvafiq texnoloji üsulların tətbiqi şəraitində kəmiyyət və keyfıyyət baxımından tullantıların, çıxdaşların elə optimal səviyyədə azaldılması lazımdır ki, ətraf mühitə, insanlara, iqtisadiyyata, təbiətin təkrar istehsalına zərər verən mənbələri aradan qaldıra bilsin. Təbiət dəqiq və qanuna uyğun sürətdə inkişaf etdiyi kimi, onun sərvətlərinin də özlərinə məxsus əmələ gəlmə və təkrar istehsalları, qanunauyğunluqları vardır. Elm, texnika və enerji ilə silahlanmış insanların hər iki halda iştirakı iki prosesdə baş verir.
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İnsan öz şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri və prosesləri cəmiyyətin istifadəsinə verir. Təbiətdən istifadənin əsas vəzifələrindən biri istehsal vasitələrini təkmilləşdirməklə təbii resursların istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effektivliyini müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı insanın yaşadığı mühitin mühafizəsinə riayolunmasıdır. Hazırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal məsələləri kimi qiymətləndirilir.
Təbiətə təsir proseslərində istehsalın əməyin, insanla təbiət arsındakı əlaqələrin səmərəli təşkili şəraitində ətraf mühitin, ekoloji tarazlığın saf saxlanılması, təbii sərvətlərin, onun vasitə- silə maddi nemətlərin, əhalinin təkrar istehsalına əlverişli şərait yaradır. Bura meşələrin mühafızəsi, tarla qoruyucu meşə zolaqlarının salınması, suvarma təsərrüfatının, ballıqçılığın inkişafı və təkmilləşdirilməsi, qapalı göllərdə, su hövzələrində balıqların süni sürətdə artırılması, bitki və heyvanlar aləminin mühafizəsi məqsədi ilə milli parkların, qoruqların, yasaqlıqların yaradılması və mühafizəsi, antropogen, texnogen təsirlərin aradan qaldırılması daxildir.Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti-məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə almadan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanların bir-birilə maddi nemətlər istehsalında hansı ictimai münasibətlərə daxil olduğunu dərk etmə- dən başa düşmək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə təsir göstərmirlər, eyni zamanda onlar bir-birinə təsir göstərirlər. Yalnız istehsal prosesində insanlar müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir etməklə özləri üçün lazım olan maddi nemətlər istehsalına şərait yaratmaq imkanlarına malik olurlar.
Təbiətdən istifadənin iqtisadiyyatının əsas məqsədi təbii sərvətlərdən səmərəli istifadə olunmaqla ictimai istehalın dinamik inkişafına nail olmaqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüvvələrin təbii sərvət mənbələrinə yaxınlaşdırılması; istehsalın ərazi üzrə təşkilində təbii resursların potensial imkanlarının nəzərə alınması; təbii resursların istehsalında elmi proqnozlara əsaslanmaq; təbii sərvətlərdən istifadədə ərazinin təbii-iqtisadi şəraitinin nəzərə alınması; təbii resursların istifadəsində müasir texnologiyalardan istifadə olunması əsas şərtlərdən
Təbiətdən istifadənin iqtisadiyyatında xüsusilə atmosferdə mövcud olan enerji resurslarının mənimsənilməsində müxtəlif növ sənaye əhəmiyyətli təbii resursların (kimyəvi maddələr, təsirli və təsirsiz qazlar və s.) fiziki və kimyəvi metodlar həmin iqtisadi sahələrin inkişafı üçün əlverişli imkanlar yaradır. Təbiətdən istifadənin ən mühüm nailiyyətlərindən biri təbii resursların hasilatı və istehsal dövriyyə- sinə cəlb olunması zamanı texnikanın yeni nailiyyətlərinin mənimsənilməsidir. Texnikanın yeni nailiyyətlərindən istifadə olunması təbii və əmək ehtiyyatlarından istifadədə iqtisadi səmərəliliyin yüksəldilməsi ilə bərabər, istehsal sahələrinin ərazi üzrə yerləşdirilməsinə əməyin ərazi üzrə bölgüsünə və məhsuldar qüvvələrin təşkilinə böyük təsir göstərir.
Xammal ehtiyatları ilə ondan əldə edilən son məhsulun səmərəsi arasında sosial iqtisadi vəhdət olması vacibdir. Təbiətdən istifadədə tətbiq edilən iqtisadi mexanizmi üç təmaüldə aparmaq olar: 1. Təbiətdən istifadəni bir qədər məhdudlandıran optimallaşdıran ekoloji iqtisadi mexanizmi. 2. Ciddi cərimə, vergi hüquqi sanksiya tətbiqi şə- raitində təbiətdən, onun elemenlərindən səmə- rəsiz istifadə edilməsinə qarşı mübarizə. 3. Təbii sərvətlərdən istifadə edilməsində ekoloji mühitin, təbii şəraitin saxlanılmasında maddi maraq yaradılması, mütərəqqi texnika, texnoloji üsullar tətbiqi vasitəsilə iqtisadi-ekoloji səmərəliyinin artırılması, təkrar xammalların, istehsal tullantılarının kompleks emalı.
Təbiətqoruyucu və resursqoruyucu fəaliyyətdə biznes plan mütləqdir.
Yerin təkindən çıxarılan milyard tonlarla filiz və qeyri filiz xammalları, təkrar sənaye, məişət materialları istifadədən sonra çıxdaşları, tullantıları, istiliyi ilə ətraf mühitə, atmosfer balansına, su mənbələrinə atılır. Təbii sərvətlər və s. tullantıların xeyli hissəsi dəyişdirilmiş halda ―yeni material axını‖ yaradaraq yerin səthinə, suya, atmosferə qaytarılır. Təbiəti çirkləndirən antropogen, texnogen mənbələrin gücünü artırır. Təbiətdə materialların, sərvətlərin istifadə həddi olduğu kimi, müvafiq texnoloji üsulların tətbiqi şəraitində kəmiyyət və keyfıyyət baxımından tullantıların, çıxdaşların elə optimal səviyyədə azaldılması lazımdır ki, ətraf mühitə, insanlara, iqtisadiyyata, təbiətin təkrar istehsalına zərər verən mənbələri aradan qaldıra bilsin. Təbiət dəqiq və qanuna uyğun sürətdə inkişaf etdiyi kimi, onun sərvətlərinin də özlərinə məxsus əmələ gəlmə və təkrar istehsalları, qanunauyğunluqları vardır.
Təbiətdən istifadədə tətbiq olunan metodlardan biri statistik metoddur. Statistik metod təbii sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir. Bu metodun əsas məqsədi təbii resursların potensial imkanlarına uyğun istifadəsi və tükənməməsinin qarşısının alınmasında iqtisadi göstəriciləri aydın əks etdirməsidir. İctimai həyatın bütün sahələrində statistika kütləvi hadisələrin və proseslərin kəmiyyət tərəfini öyrənir.
Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənmə si, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ”Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Məhz “Əsrin sazişi” ölkəmizdə təbii resurslardan istifadə nəticəsində ətraf mühitə dəyəcək ziyanın qarşısını almaq üçün əlavə tədbirlərin görülməsini, ekologiyaya diqqətin zəruriliyini üzə çıxardı.
O cümlədən kimya sənayesi də ətraf mühitlə balanslı şəkildə həyata keçirilməlidir.Kimya sənayesinin inkişafı nəticəsində bu gün Ozon dəliyinin genişlənməsi problem ilə üzləşmişik.Atmosferdə təxminən 25 km yüksəklikdə nazik ozon təbəqəsi yerləşir ki, Yeri Günəşin sərt ultrabənövşəyi şüalarından qoruyur. Freonlar (xlorflüorkarbohidrogenlər) ozon təbəqəsini dağıdır. Freonların atmosferdə toplanması hesabına Antarktida üzərində ozon təbəqəsi nazilmişdir və “ozon dəliyi” əmələ gəlmişdir. Yanacaqlar yandırıldıqda havaya kükürdü dioksid və azot oksidləri kimi zərərli maddələr atılır. Atmosferdə onların su buxarı ilə toqquşması nəticəsində turşular əmələ gəlir, sonra isə buludlardan turşu yağışları yağır. Külək sürətlə buludları qovur, odur ki, turşu yağışları sənaye zonasından çox uzaqda da yağa bilər. Turşu yağışlarının təsiri ilə ağaclar məhv olur, məhsuldar torpaqlar azalır, su hövzələr çirklənir, balıqlar məhv olur, qədim evlərin və abidələrini dağıdır.
Kimya sənayesi çox funksional sturuktura malikdir. Başqa sənaye sahələri ilə müqayisədə Elmi Texniki Tərəqqinin nailiyyətlərindən səmərəli istifadə dünyanın inkişaf etmiş ölkələrində bu sahənin sürətlə inkişafına təsir göstərmişdir. Kimya sənayesində istər əhalinin lazımı təsərrüfat mallarına olan tələbatını təmin etmək, istərsə də xalq təsərrüfatının digər sahələrinin kimya sənaye məhsullarına olan tələbatını təmin etmək üçün məhsullar istehsalını həyata keçirir. Bununla belə məhz bu sənaye nəticəsində ətraf ümhitə kifayət qədər zərərli tullantılar atıla bilir. Lakin ürəkaçan fakt budur ki,yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyata keçirildi.Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır. 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanaraq həyata keçirilib.Dövlətin iqtisadiyyat və ekologiya məvhumuna diqqəti müntəzəm xarakterlidir.
Dövrün tələbinə uyğun olaraq inkişafdan geri qalmaq olmaz. Bu vacib və qaçınılmaz reallıqdır. Lakin hərtərəfli inkişaf özüylə birlikdə təbiətə və ətraf mühitə qayğı prosedurlarını da gətirməlidir ki, bunun nəticəsində qazanan yenə insan olacaq.
Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq
Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq Nazirlər Kabineti “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında qərarın izahını verib.
2 Aprel , 2020 00:15
https://static.report.az/photo/63c9ca8e-8e06-49c8-8979-59c78e1d1446.jpg
Nazirlər Kabineti “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında qərarın izahını verib. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, sözügedən qərar Azərbaycanda faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsini nəzərdə tutur. İndiyə qədərki ödənişlərin miqdarı əvvəlki iqtisadi şəraitə uyğunlaşdırılıb və həmin qiymətlər hazırki iqtisadi kontekstdə, ölkədəki mövcud iqtisadi artıma nisbətdə çox aşağıdır. “Bu səbəbdən də mövcud ödəmə normativləri qanunsuzluqların qarşısını almağa, bu sahədə fəaliyyət göstərən subyektlərin məsuliyyətini artırmağa imkan vermir. Odur ki, bu qərar faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlərin miqdarını yeni iqtisadi şəraitə uyğunlaşdıracaq. Nəticədə yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq. Qərar təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi, mineral xammal bazasının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Qərarın tətbiqi bu sahədəki qeyri-müəyyənliklərin hüquqi cəhətdən dəqiq həll edilməsinə də imkan yaradacaq” – deyə, məlumatda qeyd olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.