Türkiyədə Türk telekoma və vodafon nömrəsinə necə kontur yükləyə bilərəm
Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)
Atalıq məzuniyyəti barədə bilmədiklərimiz
Bir neçə il bundan öncə facebook sosial şəbəkəsinin qurucusu Mark Zükerberqin atalıq məzuniyyətinə çıxmasını insanlarımızı qəhqəhələrlə qarşılasa da, bu, bir reallıqdır. Dünyada ailəli insanların bir çoxu uşaqları dünyaya gələndən sonra qanunun onlara verdiyi bu imkandan istifadə edir. Necə deyərlər, analar məzuniyyətə çıxa bildiyi kimi, atalar da çıxa bilir.
Azərbaycanda atalar məzuniyyətə çıxa bilər – amma iki həftəliyə…
Bəs bu vəziyyət Azərbaycanda necədir? 2009-cu ildə Milli Məclisin sosial siyasət üzrə daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. lHamiləliyə və doğuşa görə məzuniyyətlər»i nəzərdə düzəlişdə qeyd olunurdu ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Eyni zamanda, qanun layihəsində hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququnun verilməsi də nəzərdə tutulmuşdu.
Həmin qanuna düzəlişdə vurğulanırdı ki, kişilər də atalıq məzuniyyətinə çıxa bilərlər. Amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin qeyd olunub ki, ataların məzuniyyətə buraxılması xanımından asılıdır. Qanuna yeni düzəlişə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verilə bilər. Bu, 130-cu maddənin düzəlişi idi.
Daha dəqiqi, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, işçilərin xahişi və işəgötürənin razılığı ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə – səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək müddətdə ödənişsiz məzuniyyətlər verilir.
Əmək Məcəlləsinin bu tələblərinə əsasən işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun yaranması üçün 3 əsas şərt olmalıdır:
1. İşçinin xahişi
2. İşəgötürənin razılığı
3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi.
Bu məzuniyyət sırf uşaq doğuluşu zamanı həyata keçirilmədiyindən və ətraflı nəzərdə tutulduğundan adı da konkret olaraq “atalıq məzuniyyəti” deyil…
Amma dünya ölkələrində vəziyyət bizdəkindən yaxşıdır. Onlara öz aramızda “şanslı atalar” da deyə bilərik. Məsələn, Skandinaviya ölkələri qadın-kişi bərabərliyi məsələsində bir tarix yazıb. Belə ki, Norveçdə ataların məcburi doğum icazəsi 14 həftəyə çıxarılıb. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilir. Özü də edə bilər yox, etməlidir. 2013-cü ilin 1 iyul tarixindən qüvvəyə minən qanun nəticəsində daha öncə 47 həftə olan doğum icazəsi 49 həftəyə qədər artırılıb. Maaşların 80 faizinin ödənilməsi şərtilə istifadə edilə biləcək doğum icazəsi isə 57 həftədən 59-a qədər artıb. Amma bu dəyişikliklərdə icazənin 14 həftəsinin ata tərəfindən istifadəsi şərt qoyulub. Əgər ata bu icazədən tam istifadə etməsə, hökumət uşaq yardımını azaldır.
Ümumiyyətlə, Skandinaviya ölkələri əsasən cinsi bərabərlik və atalıq haqları ilə bağlı məsələdə dünyanın ən inkişaf etmiş sisteminə sahibdir. İsveçdə də vəziyyət bundan fərqli deyil. Bu ölkədə ataların iki ay məcburi doğum icazəsi var. Arzu edənlər 240 günə qədər məvaciblərinin saxlanması şərti ilə icazəsindən yararlana bilər. Maraqlıdır ki, doğum icazəsindən istifadə etməyən ataların uşaqları dövlətdən bizim “uşaq pulu” adlandırdığımız yardımı ala bilmir. Ölkə hazırda məcburi icazə müddətinin 3 aya çıxarılması məsələsini müzakirə edir.
Orta Avropa ölkələrində dünyanın ən uzun analıq-doğum icazə müddətləri var. Keçmiş Çexoslovakiya, yeni Çex Cümhuriyyəti və Slovaliyada(eyni zamanda Avstraliyada) analıq icazəsi ödənişli olaraq 3 ildir və qadının öz uşağını yetişdirməsi üçün 3 il evində oturması, işləməməsi əsasdır. Hətta analar əvəzinə atalar da bu icazədən istifadə edib, uşaqlarına baxa, aylıq məvacibləri də işləmədikləri halda onlara ödənə bilər. Qadın istərsə, bu məbləği daha da azaltmaq şərtilə icazə müddətini 4 ilə qədər artıra bilər. Əgər uşaq problemli dünyaya gəlibsə, 3 illik müddət 6 ilə qədər də artırıla bilər.
Estoniyada da vəziyyət daha yaxşıdır. Burada doğuşdan 70 gün öncəni də nəzərə almaqla 18 ay analıq icazəsi verilir və bu müddətdə qadınlar məvaciblərini də alırlar. Burada atalar üçün də doğumdan sonrakı 3-cü ayda başlamaq üzrə ödənişli icazə haqqı var.
Almaniyada məzuniyyətə çıxan ataya 1800 avro maaş verilir
İngiltərədə 52 həftə olan analıq məzuniyyətində icazənin ilk həftə məbləğinin 90 faizi anaya ödənir, sonrakı həftələrdə həftəlik 130 ingilis sterlinqi ödəmə həyata keçirilir. Qanuna edilən son dəyişiklikdən sonra isə 2015-ci ildən etibarən bu icazədən istər ana, istərsə də ata istifadə edə biləcək.
Amerikada orta hesabla 10-12 həftə, Afrikada 10 həftə, Asiya ölkələrində də orta hesabla 8-10 həftə arasında dəyişməkdədir.
Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Burada dövlət valideynlərə təxminən 1.800 avro maaş ödəyir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir.
Avropanın daha bir ölkəsi Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Ödənişsiz icazə söhbəti gündəmə gələrsə, bu halda ata-anaya bu icazədən necə istifadə edəcəkləri ilə bağlı variantlar təqdim olunur. Valideynlər öz aralarında razılaşaraq, icazə müddətini 104 həftəyə qədər uzadır.
Sinqapur hökuməti ölkədə getdikcə aşağı düşən doğum səviyyəsini artırmaq üçün mühüm addımlar artıb. Türkiyə mətbuatının xəbərinə görə, ötən il avqustun 26-dan bu yana körpə dünyaya gələn hər ailəyə 5400 dollar pul verilir. Üçüncü və dördüncü övladlarını dünyaya gətirən valideynlər üçün isə bu məbləğ daha da yüksəkdir. Güzəştlər bununla bitmir. Belə ki, Sinqapurda analarla yanaşı, yeni ata olanlar da iş yerindən 1 həftəlik məzuniyyətə buraxılırlar.
Qeyd edək ki, Sinqapurda 2011-ci ilin yekunlarına görə, hər qadın üçün doğum səviyyəsi 1,2-dir. Bir ölkənin davamlılığı üçün isə bu rəqəm 2,1 olmalıdır. Onu da bildirək ki, Sinqapurun 5,3 milyon əhalisinin cəmi 3,3 milyonu ölkə vətəndaşıdır. Yerdə qalan hissəsi başqa ölkələrdən gəlmiş əcnəbilərdir.
Türkiyədə Türk telekoma və vodafon nömrəsinə necə kontur yükləyə bilərəm?
Türkiyədə Türk telekoma və vodafon nömrəsinə necə kontur yükləyə bilərəm?
Sualı verdi: Meego ( 26/09/2019 )
Kateqoriya: Sual . Avea, Vodafone. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
Saytlarında elekton ödeniş bölmesi var, orda plastik kartla “bakiye” TL ödeye bilersiz.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavabınız üçün təşəkkür edirəm. Tam olarak saytın adını yaza bilərsiz?
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
123589 cavab verdi – PC üçün tövsiyə (1 gün əvvəl)
Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)
Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (3 gün əvvəl)
Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)
gul56 cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (8 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (8 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (16 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (30 gün əvvəl)
Comments are closed, but trackbacks and pingbacks are open.