Press "Enter" to skip to content

Təhsil fəlsəfəsi

“Təhsil fəlsəfəsi və təlim prosesi” bölməsi ümumiləşdirici dərslə başa çatır. Tələbələrə “Mənim təhsil fəlsəfəm” mövzusunda esse yazmaq tapşırığı verilir. Onlara bölmənin əvvəlində 11 test tapşırığı ilə bağlı öz mövqelərini ifadə etmək və pedaqoji yanaşmalarını əsaslandırmaq tövsiyə olunur. Qeyd etmək lazımdır ki, tələbələrin həmin mövzuda sərbəst iş hazırlamaları və semestr ərzində nəticələr essenin uğurla yazılmasına imkan verir.

Ədəbiyyat Dünyası

Ərəb və fars dilini bilən, Qədim yunan fəlsəfəsini, tarixini bilən, astronomiya, həndəsə, tibbi bilən dahi Azərbaycan mütəfəkkiri.

Yaradıcılığı haqqında Şərqin və Qərbin böyük filosofları dəyərli fikirlər söyləmişlər.Müdrik söz sərrafı olan Nizami Gəncəvi tarixdə öz dərin izini buraxmışdır. Türk dili ilə yanaşı ərəb və fars dillərini dərindən öyrənmişdir. Yaradıcılığı boyu saray mühitindən imtina etmiş və azad şəkildə yaradıcılığını inkişaf etdirmişdir.

” Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər.”

Müasir şagird- təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmalı, müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Öyrətmə prosesi- müasir dərs texnologiyalardan istifadə edərək, müxtəlif mənbələrə əsaslanaraq keçirilməlidir. Təhsil haqqında- Müasir təhsil yeni təcrübələrə əsaslanaraq daim inkişaf etməlidir. Müəllim haqqında- Müasir müəllim kurikulumun mənimsənilməsini təmin etməli, şagirdləri müstəqil həyata hazırlamağı bacarmalıdır.

N.Gəncəvi Xosrov və Şirin poemasında oğlu Məhəmmədə verdiyi nəsihətlərində və didaktik ricətlərində gəncliyə üz tutaraq imkan var ikən oxumağı, öyrənməyi cəmiyyət üçün faydalı olmağı tövsiyə edir.

Şair Leyli Məcnun poemasında müəllim sənətini vurğulamışdır. Əsərdə şagirdlər həm öz müəllimlərindən qorxduqları üçün, həm də savad, bilik almaq üçün oxuyurdular.

N.Gəncəvi İsgəndərnamə əsərinin 1-ci hissəsi olan Şərəfnamə də müəllim Niqumaş şagirdi İsgəndərə elmlə məşğul olmağı, qızıldan, gümüşdən uzaq olmağı məsləhət verir.

Şair Leyli və Məcnun əsərində oğlu Məhəmmədə verdiyi nəsihətində bildirir ki, hiylədən, riyadan daim kənar ol. Bir elmi öyrənmək istədikdə sən, çalış hər şeyi kamil biləsən.

Təhsil fəlsəfəsi

Təhsilin əsasları: Təhsi fəlsəfəsi və təlim prosesi

Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.

İ lkin m üə llim haz ı rl ığı m ə rh ə l ə sind ə pedaqoji pe şə ü zr ə keyfiyy ə tl ə rin qazan ı lmas ı diqq ə t m ə rk ə zind ə saxlan ı l ı r . O c ü ml ə d ə n :

� Ü nsiyy ə t bacar ı qlar ı n ı n formala ş d ı r ı lmas ı, b ü t ü n ş agirdl ə r ə a çı q v ə d ö z ü ml ü m ü nasib ə tin n ü mayi ş etdirilm ə si ;

� F ə nl ə rin v ə m ü vafiq t ə dris proqramlar ı n ı n m ə nims ə nilm ə si ;

� Sinfin idar ə olunmas ı v ə qiym ə tl ə ndirm ə bacar ı qlar ı n ı n formala ş d ı r ı lmas ı;

� Peşə və onun tarixinə dair biliklərə malik olmaq;

� Yeniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək;

� Müstəqil, yaradıcı, şüurlu fəaliyyət göstərmək.

Qeyd olunan keyfiyyətlərin formalaşması işində ali və orta pedaqoji təhsil müəssisələrində tələbələrə (gələcək müəllimlərə) pedaqoji – psixoloji elmlər üzrə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıq və vərdişlərin yaradılması həyati zərurət kəsb edir. “Azərbaycan müəllimi” qəzetinin əvvəlki nömrələrində dərc olunmuş yazıların davamı olaraq qeyd edə bilərik ki, bu məsələdə cari dərs ilindən respublikanın üç ali məktəbinin ibtidai sinif müəllimləri hazırlayan fakültələrində tədrisinə başlanmış “Təhsilin əsasları” fənni böyük əhəmiyyətə malikdir.

“Təhsilin əsasları” fənninin kurikulumu müəllim hazırlığında təlimin məzmununu, səciyyəvi cəhətlərini, məqsəd və vəzifələrini təyin etməklə � fənn üzrə təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirməyə və hər bir öyrənənin maraq və ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Fənnin kurikulumu tələbələrin (gələcək müəllimlərin) ehtiyac və maraqları, cəmiyyətin, fərdin və dövlətin tələbatı, təhsil sahəsində direktiv, normativ-hüquqi , təlimati sənədlərin müddəaları və tələbləri əsasında hazırlanmışdır.

Fənnin qarşısında duran ən mühüm məqsədlərdən biri və birincisi budur ki, ali təhsili bitirib müəllim kimi işə başlayanlar yalnız nəzəriyyə ilə silahlanıb məktəbə gəlməsinlər. “İşləyə-işləyə öyrənəcək” yanaşması təhsilimiz üçün böyük təhlükədir. Belə ki, “işləyə-işləyə öyrənənlər” öz arxasında yüzlərlə lazımi bilik və bacarıqlara malik ola bilməyən uşaqlar qoyurlar. Odur ki, müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini uğurla qura bilməsi üçün mühüm bacarıqlara və müəyyən təcrübəyə malik olması vacibdir.

Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdır. Təhsil prosesinin əsas subyekti öyrənəndir (şagird, tələbə və s.). Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnməli, aldığı bilikləri təcrübədə, həyatda tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə, peşəseçməyə hazır, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli olmalıdır. Öz həyatını müstəqil qurmağı bacarmalıdır.

Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin (müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə kifayətlənməməli, təlim prosesinin mərkəzində durmamalı, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalı, özü məsləhətçi və istiqamətverən rolunda olmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə əsaslanmalı, “subyekt-subyekt” münasibətlərini rəhbər tutmalıdır. Müəllim yüksək təşkilatçılıq keyfiyyətlərinə, milli zəminə və ümumbəşəri dəyərlərə malik olmalı və bunları öyrənənlərə də aşılamalıdır.

Təhsilin keyfiyyəti səmərəli təhsil və təlim mühitinin yaradılması işindən xeyli asılıdır. Təhsil mühiti təlim mühiti ilə müqayisədə ümumi, mücərrəd, geniş, əhatəli olmaqla öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli, həyatın özü olmalı, öyrənənlər həyatın içində olmalıdır. Təlim mühiti elə olmalıdır ki, şagirdlər məktəbdə həyat həqiqətlərini tapa bilmək üçün müstəqil düşünsün, qrup halında, kollektiv şəkildə əməkdaşlıq edə bilsin, qarşılıqlı hörmət və ünsiyyət şəraitində irəli sürülmüş problemləri (qoyulmuş sualları) həll edə bilsinlər. Düzgün təhsil və təlim mühiti şəraitində məktəb bütün diqqətini şagirdlərin hərtərəfli inkişafına, onların maraq və ehtiyaclarının təmin olunmasına istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi şagirdlərə biliklərin yalnız nəzəri cəhətdən deyil, praktikaya əsaslanmaqla, inkişafetdirici xarakterdə verilməsini təmin edə bilər.

Təlimin təşkilində mənimsəməni təmin edən mühitin yaranması da mühüm əhəmiyyət kəsb edir. Şagirdlər alternativ versiyalardan birini seçməyə yönəldilməklə, problemin həllinə əsaslanan və ona imkan verən layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru (konkretdən mücərrədə) yönəldilir. Bu zaman müəllim şagirdləri problemin həllinə istiqamətləndirir, onlara məsləhətlər verir, təlimi dərsliklərin müəyyən etdiyi biliklərə deyil, öyrənənlərin maraqlarına yönəldir. Nəticə etibarilə təlim prosesində layihələr üsuluna üstünlük verilməklə, öyrənənlərin diqqəti problemlərin müstəqil həllinə yönəldilməlidir.

Məktəbdə ayrı-ayrı fənlərin məzmunu kurikulumlarla müəyyənləşir. Fənn kurikulumları nəticəyönümlü, öyrənənyönümlü, kompetensiyayönümlü (bacarıqyönümlü) olmaqla ona xidmət etməlidir ki, şagirdlər hər hansı bir fənnin tədrisi prosesində problemləri həll edərkən səmərəli yol və vasitələr seçə bilsinlər. Bu yolda əldə etdikləri bilikləri tətbiq edə və bacarıqlara çevirə bilsinlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təhsil və təlim prosesinin təşkilində müxtəlif fəlsəfi yanaşmalar mövcuddur. Əlbəttə, bu məsələdə standartlıqdan söhbət gedə bilməz.

Təhsil cəmiyyətin, vətəndaşın, təhsil alanın (öyrənənin) tələbatına və ehtiyaclarına uyğun qurulmalı, onun şəxsiyyət kimi formalaşmasını təmin etməlidir. Hər bir müəllim (öyrədən) özünün təhsil fəlsəfəsini yaratmalıdır.

“Təhsilin əsasları” fənninin “Təhsil fəlsəfəsi və təlim prosesi” adlanan birinci məzmun xətti məhz bu mühüm məsələnin açıqlanması və hər bir tələbədə (gələcək müəllimdə) təhsil fəlsəfəsinin formalaşmasına xidmət göstərir. Bu məzmun xəttinin tədrisinə 40 saat nəzərdə tutulmuşdur. Onun birinci məşğələsi “Təhsil fəlsəfəsi və təlimin təşkilində onun əhəmiyyəti” adlanır. Mövzunu (təhsil fəlsəfəsi anlayışını) açmaq üçün tələbələrə müraciət olunur. 1) “Təhsil fəlsəfəsi” deyiləndə nə başa düşürsünüz? 2) “Təlimin təşkili” ifadəsi sizdə hansı təsəvvürlər yaradır?

Hər bir sual üzrə tələbələrin cavab və mülahizələri filipçatda qeyd olunur və vərəqlər divardan asılır. Bundan sonra “Təhsil fəlsəfəsi və təlimin təşkili məsələləri arasında hansı əlaqələr ola bilər” sualı ətrafında tələbələrin mülahizələri dinlənilir və onlara müraciət olunur: “Sizcə, müəllimə təhsil fəlsəfəsi haqqında biliklər lazımdırmı? Müsbət və ya mənfi cavablarınızı əsaslandırmağa çalışın”.

Bu məqsədlə aşağıdakı suallar təqdim edilir:

1. Siz nə üçün müəllimlik peşəsini seçdiniz?

2. Müəllimin vəzifəsi nədən ibarətdir?

3. Müasir məktəbi necə görürsünüz?

Suallara müvafiq mülahizələr növbə ilə dinlənilir, təhlil olunur və ümumiləşdirilir. Müəllim: – Suallara bir çoxlarınızın verdiyi cavablar sizin təhsillə bağlı inanclarınız, fərdi yanaşmalarınız və münasibətlərinizdir. Əslində, bunlar sizin təhsil fəlsəfənizdir. Hər bir təhsil işçisinin özünəməxsus formalaşmış təhsil fəlsəfəsi var.

“Təhsil fəlsəfəsi” anlayışı növbəti mərhələdə “Öz təhsil fəlsəfənizi müəyyənləşdirin” proqramlaşdırılmış test tapşırıqlarının icrası prosesində bir qədər də açılır. Tələbələr əlavə oxu qovluğundan müvafiq materialı tapırlar. Tapşırıqda 11 suala 4 variantda cavab vermək təklif olunur: 1) Təhsil nə üçün lazımdır? 2) Sizcə, “öyrənən” kimdir? 3) Təhsil insanın hansı ehtiyaclarını təmin etməlidir? 4) Təhsil mühiti necə olmalıdır? 5) Təhsilin əsas məqsədi nədir? 6) Məktəbin əsas vəzifəsi nədir? 7) � Məktəbdə � təlim � mühiti necə olmalıdır? 8) Mənimsəməni təmin edən təlim necə baş verir? 9) Müəllimin sinifdə rolu nədən ibarət olmalıdır? 10) Kurikulum hansı məsələləri əhatə etməlidir? 11) Dərsdə hansı təlim üsuluna üstünlük verilməlidir?

Hər bir test tapşırığı üzrə 4 cavab verilir. Testin nəticələri verilmiş cədvəl üzrə özünüqiymətləndirmə yolu ilə müəyyənləşdirilir. Test tapşırıqlarının sonunda verilmiş cədvəldə hər sual 4 fəlsəfi yanaşma baxımından (proqressivizm, perennializm, essensializm, ekzistensializm) cavablandırılmışdır.

Ümumiləşmə zamanı tələbələrə təklif olunur ki, əgər siz cavablarınızı qiymətləndirmək istəyirsinizsə, sual üzrə iki versiyanı doğru hesab etməyinizə baxmayaraq, daha çox üstünlük verdiyiniz versiyanı seçin. Etdiyiniz seçimlər üzərində hansı təhsil fəlsəfəsinə aid cavablar üstünlük təşkil edirsə, demək, siz həmin fəlsəfi baxışa aidsiniz. Fəlsəfi baxışların nə demək olduğunu (mahiyyətini) başa düşmək üçün özünüqiymətləndirmə cədvəlindən sonra “Təhsilə dair fəlsəfi baxışlar”a həsr olunmuş � materialla tanış olub onları araşdırın və nəticələr çıxarın.

Araşdırma nəticəsində cavablardan belə rəyə gəlmək olur ki, tələbələr təhsilə fəlsəfi baxışların bəzisinin mütərəqqi, digərlərinin mürtəce xarakterdə olduğunu, müasir və ya ənənəvi üsullara uyğun gəldiyini müəyyən edirlər. Onların əksəriyyəti müasir tələblərə uyğun olan proqressivizm fəlsəfi yanaşmasına üstünlük verirlər.

Müəllim mülahizələri dinləyib növbəti sual tapşırıqlarını verir:

– Təhsil fəlsəfəsi nədir? O, təhsillə bağlı hansı məsələləri əhatə edir?

– Təhsil fəlsəfəsinə necə tərif vermək olar?

Tələbələr test tapşırıqlarının nəticələri üzrə qruplara (proqressivizm, perennializm, essensializm, ekzistensializm) bölünür, sonra təqdimatlar dinlənilir. Vərəqlər sıra ilə divardan asılır və növbəti slayd açılır. �

Təhsilin fəlsəfəsi �

Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, vəzifələri, şagirdin iştirakı baxımından təlimin təşkili, müəllimin məqsədi (bilikləri çatdırmaq, müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər aşılamaq), təhsil konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə edilməsinin qanunauyğunluqları və s. amillər təhsilin fəlsəfəsini təşkil edir. �

Slaydda yazılanlar oxunur, tələbələrin mülahizələri ilə müqayisə olunur, korrektələr edilir və ümumiləşmə aparılır.

– Müəllimə təhsil fəlsəfəsi haqqında biliklər lazımdırmı? Nə üçün lazımdır?

Mülahizələr dinlənilir və müzakirə edilir. Bundan sonra növbəti ismarıc – � slayd açılır. �

� Öz təhsil fəlsəfənizi qurun!

Qoy sizin təhsillə bağlı fəlsəfi baxışlarınız fəaliyyətinizi kompas kimi istiqamətləndirsin. “Peşəkar mən”inizin formalaşmasında sizə yardımçı olsun.

Unutmayın ki, gələcək fəaliyyətinizdə təhsillə bağlı qəbul ediləcək bütün mühüm qərarların mərkəzində sizin təhsil fəlsəfəniz duracaq və sizə bələdçilik edəcək. �

Müxtəlif təhsil yanaşmaları baxımından təhsilin əhəmiyyəti, məqsədi, məktəbin vəzifəsi, öyrənənin təlim prosesində iştirakı, insanın təhsil ehtiyaclarının ödənilməsi, mənimsəməni təmin edən təlim mühiti, dərs prosesində müəllimin rolu, kurikulumun əhatə etdiyi məsələlər, müəllimin təlim üsulu kimi mövzuların tədrisi prosesində tələbələrdə tədricən təhsil fəlsəfəsi anlayışı formalaşır.

Təqdim edilmiş CD və DVD dərs nümunələrinin müxtəlif məqsədlərlə müşahidəsi, təhlili və təhsil yanaşmaları baxımından qiymətləndirilməsi üzrə nəticələr (bu qayda ilə 6 dərs nümunəsi müşahidə olunur) xüsusi əhəmiyyət kəsb edir. Tələbələr xüsusi müşahidə planı əsasında (dərsdə problemin həlli, alternativ variantın seçilməsi, qərarların qəbulu, praktik məsələlərin nəzəriyyə ilə əlaqələndirilməsi, materialların oxunuşu, fənn üzrə biliklərin genişləndirilməsi və s.) dərs nümunələrini müşahidə edərək müəllimin təlim üsuluna, dərslərin ümumi təhsilin Konsepsiyasının � (Milli Kurikulum) tələblərinə uyğun qurulmasına, təlim prosesinə, bütövlükdə müəllimin təhsil fəlsəfəsinə münasibətlərini bildirirlər.

Təlim prosesində müasir təlim texnologiyalarından və İKT-dən istifadə, fəal və interaktiv təlim metodlarının tətbiqi (qruplarla, cütlərlə fərdi iş, debat, diskussiya, təqdimatların müzakirəsi, müxtəlif informasiya vasitələri üzrə axtarışların aparılması, PP təqdimatların hazırlanması və s.) də təhsil fəlsəfəsi anlayışının dərk olunmasına imkan verir.

Müxtəlif məzmunlu nəzəri və praktik xarakterli nəticələrin təhlili prosesində tələbələr belə bir qənaətə gəlirlər ki, bu gün şagirdlərin yaddaşını məlumatlarla yükləyən bir təhsil sistemindən onların idrakını inkişaf etdirən digər təhsil sisteminə keçid zamanı bütün məsələlərə yeni rakursla baxılır.

� Yanaşmalar � Ənənəvi (essensializm fəlsəfəsi) Müasir (proqressivizm fəlsəfəsi)

Təhsilin məqsədi nədir? Şagirdlərə biliklərin əsaslarını öyrətmək şagirdin daimi inkişafını təmin etmək

Şagird kimdir? şagird bilik və bacarıqların daşıyıcısıdır, onlardan yeri gələndə istifadə edə bilər şagird təcrübə aparandır

Müəllimin rolu nədən ibarətdir? Müəllim böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır Müəllim, istiqamətləndirici, dəstəkləyicidir

Kurikulum necə olmalıdır? Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət fənlərinin zamanın sınağından çıxmış əsas ideyalarını əhatə etməlidir Kurikulumda əsas diqqət ona yönəlməlidir ki, şagirdlər ictimai fənlər, tətbiqi elmlər və peşə texnologiyaları üzrə problemləri həll edərək uğurlu üsul və vasitələr seçə bilsinlər

Təlim necə olmalıdır? Fənn üzrə biliklər daha da genişləndirilir Şagirdlər problemin həllinə əsaslanan layihələrə cəlb olunur

“Təhsil fəlsəfəsi və təlim prosesi” bölməsi ümumiləşdirici dərslə başa çatır. Tələbələrə “Mənim təhsil fəlsəfəm” mövzusunda esse yazmaq tapşırığı verilir. Onlara bölmənin əvvəlində 11 test tapşırığı ilə bağlı öz mövqelərini ifadə etmək və pedaqoji yanaşmalarını əsaslandırmaq tövsiyə olunur. Qeyd etmək lazımdır ki, tələbələrin həmin mövzuda sərbəst iş hazırlamaları və semestr ərzində nəticələr essenin uğurla yazılmasına imkan verir.

Nəticə etibarilə söyləmək olar ki, “Təhsil fəlsəfəsi və təlim prosesi” məzmun xəttinin məqsədəuyğun və səmərəli tədrisi “Təhsilin əsasları” fənninin digər məzmun xətlərinin dərindən mənimsənilməsinə təminat verir.

Azərbaycan m üəllimi.- 2010.- 28 may.- S.20.

Təhsil fəlsəfəsi

Bir təhsil fəlsəfəsi, müəllimin öyrənmə ilə bağlı məsələləri, məsələn, tələbə öyrənmə və potensialın ən yaxşı şəkildə artırılması, həmçinin sinifdə, məktəbdə, icma və məktəbdə müəllimlərin rolu kimi müəllimin rəhbər prinsiplərinin fərdi ifadəsidir. cəmiyyət

Hər müəllim sinifə tələbə performansını təsir edən bir sıra prinsiplər və ideallar dəsti ilə gəlir. Təhsil fəlsəfəsinin bəyanatı öz əksini, peşəkar inkişafını və bəzən böyük məktəb ictimaiyyətini bölüşmək üçün bu prinsipləri yekunlaşdırır.

Bir təhsil fəlsəfəsi üçün açılış bəyannaməsinin bir nümunəsi belədir: “İnanıram ki, müəllimlər hər bir tələbə üçün ən yüksək gözləntilərə sahib olmalıdırlar.Bu, təbii olaraq hər hansı bir özünü yerinə yetirən peyğəmbərlik ilə gələn müsbət faydaları maksimum dərəcədə artırır. və ağır işi olan şagirdlər bu vəsilə ilə yüksələcəklər. “

Sizin təhsil fəlsəfəsi bəyanatının hazırlanması

Təhsil fəlsəfəsi bəyanatının yazılması müəllimlərə istiqamətli dərəcə kurslarının bir hissəsidir. Biri yazdıqdan sonra, cavablarınızın tədris portfelinizə daxil edilmiş və tələbələrinizə və onların valideynlərinə paylanmış iş görüşmələrində istifadə etmək üçün istifadə oluna bilər. Siz tədris karyerası boyunca dəyişə bilərsiniz.

Müəllimin təhsil baxımından və istifadə edəcəyiniz tədris üslubunu özündə əks etdirən bir giriş paraqrafından başlayır. Mükəmməl sinif vizionu ola bilər. Bəyanatda adətən iki və ya daha çox paraqraf və nəticə var.

İkinci bənd sizin tədris tərzinizi müzakirə edə bilər və tələbələrinizi öyrənməyə necə təşviq edəcəkdir. Üçüncü paraqraf sizin tələbələrinizi qiymətləndirməyi və onların inkişafını necə təşviq etdiyini izah edə bilər. Sonuncu bənddə bəyanat yenidən yekunlaşdırılır.

Sizin təhsil fəlsəfəsini necə tərtib etmək olar : Bəyanatınızı hazırlamağa kömək etmək üçün özünüzdən soruşmaq üçün səkkiz sual verin.

Təhsil fəlsəfəsi nümunələri

Tələbənizlə olduğu kimi, sizi ruhlandırmaq üçün kömək edə biləcək nümunələri görərək yaxşı öyrənə bilərsiniz. Bu nümunələri öz strukturlarından istifadə edərək, öz baxışlarını, tədris stilinizi və ideal sinifinizi əks etdirmək üçün onları dəyişə bilərsiniz.

  • Fəlsəfə Bəyanatını Təqdim etmə Nümunələri : Təhsil fəlsəfəsi bəyannaməsinin birinci bəndinin bu dörd nümunəsi özünüzü inkişaf etdirəndə sizə kömək edə bilər.
  • Təhsil fəlsəfəsi nümunəsi : Bu tam nümunə təhsil fəlsəfəsi bəyanatı üçün dörd bəndin strukturunu göstərir.

Sizin təhsil fəlsəfə bəyanatından istifadə edin

Təhsil fəlsəfəsi bəyanatı yalnız bir dəfə həyata keçirilmir. Siz tədris karyeranızın bir çox nöqtəsində istifadə edə bilərsiniz və onu nəzərdən keçirmək və yeniləmək üçün hər il yenidən baxmalısınız.

Müəlliminizin Tətbiqi və Müsahibəsi : Bir tədris işi üçün müraciət etdiyiniz zaman suallarınızdan biri sizin tədris fəlsəfəsi haqqında olacaqdır. Təhsil fəlsəfə bəyanatını nəzərdən keçirin və onu müsahibədə müzakirə etməyə və ya iş ərizənizə təqdim etməyə hazırlaşın.

Yeni məktəb ili və ya sinif dəyişikliyinə hazırlıq: Sinifdə olan təcrübəniz təhsil fəlsəfəsini necə dəyişdi?

Hər il başlamazdan əvvəl və ya sinif otağı dəyişdirərkən, fəlsəfə bəyanatını əks etdirmək üçün vaxt ayırın. Yeniləmə və portfelinizə əlavə edin.

Comments are closed, but trackbacks and pingbacks are open.