Press "Enter" to skip to content

Ali təhsil haqqında qanun layihəsi – NƏ VƏD EDİR? EKSPERTLƏR AÇIQLADI

13 sentyabr 2018

Qlobalinfo

Hər hansı bir millətin, xalqın gələcəyini görmək istəyirsinizsə, onun təhsilinə nəzər yetirin. Həmin ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşakar mütəxəssislər, aydın və uğurlu gələcəyin təminatı deməkdir.

Əgər bir ölkədə öz işinin peşəkarı olan savadlı kadrları qabağa çəkib onları məsul vəzifələrdə çalışdırırlarsa burada böyük demokratiya var. Yox, əgər xalqın maarifli gəncləri özlərini xarici ölkələrdə görürsə, burada nə təhsildən, nə də millətin gələcəyindən söz açıla bilməz.

Təhsil məcbur edilən deyil arzu olunan olmalıdır. Biz aldığımız təhsillə gələcəyimizi yaratmalıyıq. On ildən sonra harada, hansı işlə məşğul olacağımız barədə təsəvvürlərimiz olmalıdır. Amma bizim gələcəyimiz sual altındadır. Gələcək sözü özlüyündə naməlum, bəzən qorxulu, bəzən də sevinc hissi yaradır insanlarda. Biz həyata nə qədər pozitiv yanaşsaq da ətrafımızda baş verən hadisələr, gördüklərimiz, xəyallarımızı-təhsilə olan diqqətimizi yerlə bir edir.

Oxumaq! Oxumaq! Yenə də oxumaq! Amma nə səbəblə, nə məqsədlə oxuduğumuzu bilməliyik. Biz yeni bir “era” yaratmaq istəyirik, sual altinda olan gələcək yox. Arzuladığımız yerdə arzuladığımız kitabı oxumaq istəyirik. Bizim məqsədimiz bilinənləri təkrarlamaq deyil, var olmayanları, ümid olunanları yaratmaq, əldə etməkdir. Biz hər şeyi bilə bilmərik, amma bilmək istədiklərimizi araşdıraraq yeniliklərə imza ata bilərik.

Bilirsiniz bizim ölkəmiz elmi inkişafdan niyə geri qalır? Çünki hamı oxuyur, hamı hər şeyi bilmək üçün deyil, ”oxudum!” demək üçün oxuyur.

Və sonra bütün əzbərlər unudulur və sən böyük bir boşluqda kim olduğunu, nə arzuladığını belə unudaraq “gəzən canlı” olursan!

“Ali təhsil haqqında” qanun layihəsi – NƏ VƏD EDİR? – EKSPERTLƏR AÇIQLADI

Son zamanlar Milli Məclisdə müzakirə olunan mövzulardan biri Ali təhsil müəssələrində, tədris prosesində müəyyən dəyişikliyin olması ilə bağlıdır. “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə olunması tələbələrdə müəyyən suallar yaradır. Bu qanun qəbul olunarsa, tələbələrə verilən üstünlüklər nədən ibarət olacaq? Məsələ ilə bağlı SİA təhsil ekspertlərinin rəyini öyrənib.

“İlk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsil haqqında qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, bu “Ümumi təhsil haqqında” qanun idi: “Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi. Bunlara “Məktəbəqədər təhsil haqqında” qanun, “Peşə təhsili haqqında” qanun və yekunda “Ali təhsil haqqında” qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. “Ali təhsil haqqında” qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s. – bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir.

Ona görə ki, vahid qanunvericilik yoxdur və hər biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər.

Bizdə elə ixtisaslar var ki, onlar ölü ixtisaslardır. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib. Biz hələ yarımkeçiricilərdən danşırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var. Onlar hazırladıqları kadrların əmək bazarında onlara ehtiyac olub-olmadığı bilməlidirlər. Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə 3 qurum yanaşı oturur. Yəni, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiz, ya yox. Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa da, kadr hazırlayır. Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də ilk öncə əmək bazarı dəyərləndirilməlidir, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır

Hesab edirəm ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olmalıdır. Bir məqam qeyd edim ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək. Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi də fikirlərini SİA-ya bildirib.
Elçin Əfəndi vurğulayıb ki, verilmiş qanun layihəsində əsas fikir ondan ibarətdir ki, bakalavr pilləsində təhsil müddəti üç ilə, magistr pilləsində isə bir ilə endirilsin: “Bundan əlavə layihə də əksini tapmış digər müdəalardan biri tələbə kreditinin verilməsi ilə bağlıdır. Həmçinin yüksək qiymətlə təhsil alan şəxlərin tələbə kreditlərindən maksimum faydalanmasın və lazım gələrsə təhsil kreditlərinin bağışlanması kimi məsələlər öz əksini tapır.

Ümumiyyətlə əksini tapmış müddəalar tətbiq olunarsa, düşünürəm ki təhsil baxımından yaxşı nəticəsi olacaq. Amma təəssüflər olsun ki, bakalavr pilləsinin 3 ilə və magistrın pilləsinin 1 ilə endirilməsi məsələsi düşüncəmə görə, böyük yalnışa gətirib çıxara bilər.Bilirsiniz hər il əmək bazarına bakalavr və magistr pilləsi üzrə əlli minə yaxın tələbə buraxılır. 3 ildən bir olduqda isə hər il bu qədər tələbə əmək bazarına buraxılacaq. Amma təəssüflər olsun ki, işləmək imkanları tamamilə məhdudlaşır. Yəni iş imkanları daha da zəifləyəcək və bunun nəticəsində sosial partlayış ola bilər.

Peşə təhsilinin daha da inkişaf etdirilməsi, eyni zamanda regionlarda açılması müzakirə mövzusudur.
Əgər bu layihə qəbul olunarsa, regionlarda peşə təhsil mərkəzləri yaradılarsa, gələcəkdə peşə təhsilinə üz tutanların sayına bir qədər təsir göstərəcək”.

“Təhsil haqqında” Qanun dəyişdirilir

Modern.az-ın məlumatına görə, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ilə bağlıdır.

Qanunun 44-cü (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ) maddəsinə yeni 44.1-1. bəndi əlavə olunur.

Həmin bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

Qeyd edək ki, qanuna edilən dəyişiklik Prezidentin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 ynavra tarixli 3567 nömrəli sərəncamlarının icrası məqsədilə təklif olunur.

Sosial Baxılıb: 2093 Tarix: 13 sentyabr 2018

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Güvən Yükdaşıma xidməti

GÜVƏN Yükdaşıma Xidməti Təklif edir. √ Yüklərin daşınması . √ Evlərin köçürülməsi . √ Ofislərin köçürülməsi . √ Anbarların köçürülməsi . √ Mebellərin Sökülüb Bükülərək daşınmasi və Quraşdırılması . √ Maşın Usta və işçi qüvvəsi . √ Şəhər və Rayonlara Yüklərin daşınması . √ Pianino və royalların daşınmas

17 sentyabr 2018

Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir – FOTO

“Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”. Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib. O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətin

13 sentyabr 2018

Bu tarixdən etibarən hava soyuyacaq – XƏBƏRDARLIQ

“Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq”. xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib

13 sentyabr 2018

İşdən çıxarılan icra başçısı barəsində araşdırma başladı – Ölkədən çıxışına QADAĞA QOYULDU

Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb. xəbər verir ki, -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyy

13 sentyabr 2018

Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr ixtisarı baş verib. Bu barədə İTV-dən -a daxil olan məlumatda qeyd edilib. Bildirilib ki,şirkətin Xəbərlər departamentinin rəhbəri Ələsgər Vəliyev vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, Balakişi Qasımo

13 sentyabr 2018

“Bakı Metropoliteni”ndə ixtisar oldu

“Bakı Metropoliteni” QSC-də struktur dəyişikliyi olub. -a daxil olan məlumata görə, dəyişikliklə Qatarların qəbulu və yola salınması üzrə növbətçı ştatı ləğv edilib. Əvəzində Platforma üzrə növbətçi ştatı yaradılıb. Bundan əvvəl bütün işçilər imtahandan keçirilib. İmtahandan kəsilənlər, yaxu

13 sentyabr 2018

Bakıda hər kəs tanımadıqları bu gəncləri qucaqladı – VİDEO

Bakıda gənclər maraqlı sosial test ediblər. Gənclər tanımadıqları insanlarla qucaqlaşaraq sevginin paylaşılmasına diqqət çəkmək istəyib. Bunun üçün gənclər “Qucaqla məni” yazılmış plakatla şəhərin mərkəzi küçələrində dayanıb. Ətrafdan keçən insanlar isə bu sosial testə biganə qalmayıb. Paytax

13 sentyabr 2018

İcra başçısı daha bir məmuru işdən çıxartdı

Binəqədi Rayon İcra İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov vəzifəsindən azad olunub. xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bir neçə gün bundən əvvəl əmr imzalayıb. Həmin vəzifəyə təyina

13 sentyabr 2018

Qatardakı nasazlıqlar peşəkar kadrların metrodan getməsinə görədir- iddiasına RƏSMİ CAVAB

“Bakı metro stansiyalarında qatar nasazlıqları ilə xəttən çıxarılmanın statistikası göstərir ki, bu sahədə problemlər xeyli aradan qaldırılıb. 2013-cü ilin nəticələrinə əsasən, 520-dan çox belə hal qeydə alındığı halda, 2017-ci ildə bu göstərici təqribən 127 hala endirilib. Təxminən 4 dəfə azalm

Comments are closed, but trackbacks and pingbacks are open.