Təhsilin informatlaşması texnologiyaları. Elektron təhsilin xüsusiyyətləri
2022-ci ildə də təhsil sisteminin informatlaşmasına 38 milyon manat xərclənəcək. Bunun qarşılığında təhsilin rəqəmsallaşması hələ də çox aşağı səviyyədədir. Çünki, məsələlərin həllinə heç vaxt elmi yanaşma olmayıb. Hər dəfə də bu illər ərzində təhsilin informatlaşması dedikdə əsasən kompüter almaqdan söhbət gedib. İndi də bu yanaşma davam edir.
Təhsilin informatlasdirilmasi
Pedaqoji elmin və müasir təhsil problemlərinin məhsuldar tədqiqatçılarından sayılan pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olub. İlham müəllim 40 ildir ki, ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. ADPU-dakı 4 illik tələbəliyini də əlavə etsək, onun həyatının 44 ili ADPU ilə bağlıdır. O, 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası, professor Bəşir Əhmədov, respublikanın görkəmli pedaqoqu, pedaqogika və azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alim, nümunəvi bir ziyalı idi.
İlham Əhmədov 1973-cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2 nömrəli məktəbi bitirmişdir. Həmin dövrlərdə SSRİ-nin tanınmış universitetlərinin nəzdində yuxarı sinif şagirdləri üçün dərinləşdirilmiş proqramlarla tədris aparan qiyabi riyaziyyat, fizika kimi məktəblər fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən, paralel olaraq, M. Lomonosov adına MDU-nin nəzdində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə V.İ. Lenin adına APİ-nin (indiki ADPU) riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbə 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.
1978-1981-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi kimi fəaliyyət göstərən İ. Əhmədov 1981-ci ildə V.İ. Lenin adına APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidməti başa vurduqdan sonra, 1984-1986-cı illərdə, aspiranturada təhsilini davam etdirmişdir. Aspirantura təhsilinin sonunda, 1986-cı ildə, Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
İlham müəllim 1988-1993-ci illərdə ADPU gənc alimlər şurasının sədri olmuş, 1986-1991-ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır. 1998-2007-ci illərdə isə ADPU-da “Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent vəzifəsində çalışmışdır.
2005-ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-cı ildən hal-hazıradək ADPU “Kompüter elmləri” kafedrasının dosentidir. 2008-2018-ci illərdə ADPU-nun böyük Elmi şurasının üzvü olmuşdur.
İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyəintə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, dəfələrlə ADPU rektorunun əmri ilə təşəkkürnamə və mükafatlara layiq görülmüşdür. Onun elmi-metodiki yaradıcılığı əsasən təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf problemləri ilə bağlıdır. Respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən çox elmi-metodik məqaləsi dərc olunmuşdur. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxstan, Moldova, Gürcüstan və Özbəkstanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, 2010-2017- cü illərdə, müxtəlif vaxtda, TC Anadolu Universitetinin, RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olmuşdur.
2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr oxumuşdur. YUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycandan olan milli eksperti kimi (2011-2013) fəaliyyət göstərmiş, bu İnstitutun təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzələr etmişdir.
Respublika TN-nin “Azərbaycan məktəbi” jurnalı və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının Redaksiya Şurasının, habelə, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi, 5 il ADPU-nun elmi-metodik şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Hal hazırda İlham müəllimin elmi rəhbərliyi ilə 5 nəfər doktorant təhsilin informatlaşması sahəsində dissertasiya üzərində işləyir. O, 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur.
Bildiyimiz kimi, 1992-ci ildə qəbul imtahanlarında yenilik oldu, imtahanların test üsulu ilə aparılması qərarı verildi. Pedaqoji ictimaiyyət, şagird və valideynlər üçün bu yenilik gözlənilməz oldu, sanki, bir çaşqınlıq yaranmışdır, o vaxt ölkədə çox az adam test sistemi haqqında yetərli məlumata malik idi. Həmin ərəfədə İlham müəllimin rəhbərliyi ilə ADPU-da “Abituriyentlər üçün elekron test sinaq imtahanları sistemi” layihəsi çox az müddətdə hazırlandı və reallaşdırıldı. Cəmi 20 gün sonra artıq yüzlərlə abituriyent ADPU-da kompüter vasitəsi ilə test sınaq imtahanı verərək, test nümunələri ilə tanış olur, bilyini yoxlayır, test imtahanı ilə əlaqəli mövcud psixiloji gərginliyi qismən aradan qaldıra bilirdi. İlham Əhmədovun təşəbbüsu ilə ADPU-da “Ziya-İ” elm-istehsalat kiçik müəssisəsi təsis edildi və ADPU rektorunun əmri ilə o, universitetin dosentliyi ilə parallel, həm də bu firmanın direktoru vəzifəsini daşımışdır. Bu firma 10 ildən artıq müddətdə təhsil sektoru üçün səmərəli fəaliyyət göstərmiş, bir sıra təhsil innovasiyalarının ölkəmizə transfer edilməsinə nail olmuşdur (bu sahədəki fəaliyyət, əslində, başqa bir yazının mövzusudur).
Həmin vaxtlarda NK universitetlərdə elm-təhsil yönümlü kiçik müəssisə və firmaların yaradılması barədə qərar qəbul etmiş, universitetlərdə iqtisadiyyat üzrə prorektor vəzifələri təsis olunmuşdur. “Ziya-İ” universitetlərimizdə yaradılan ilk firmalardan idi ki, ən uzunömrlüsü və faydalısı kimi fəaliyyət göstərmişdir. Təəssüf ki, o vaxtlar universitetlərimizdə başlanmış bu lazımlı iş sonralar dayandırıldı. Belə ki, elmtutumlu bu innovasion firmaların universitetlərdə fəaliyyəti müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının poliqonu ola bilərdi, universitetlər üçün pul qazanmağa əlavə imkan verərdi.
İlham Əhmədov vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial, təhsil və İKT yönümlü (o cümlədən, ADPU-nun universitetdaxili) layihələrdə layihə rəhbəri, menecer, məsləhətçi, ekspert və s. qisimdə iştirak etmişdir.
İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından, bu istiqamətdə yeni ideyalarla, təklif və tövsiyələrlə zəngin məqalələrin müəllifi olmuş, təhsil innovasiyalarının öz novatorluğu ilə fərqlənən tədqiqatçısı və təbliğatçısı kimi fəaliyyət göstərmişdir. Belə ki, təhsilin informatlaşmasına dair respublikada ilk məqaləni, 1985-ci ildə, İlham müəllim yazmışdır (“Azərbaycan məktəbi” jurnalında dərc edilmiş bu məqalədə pedaqoji mətbuatımızda ilk dəfə “distant təhsil” anlayışı istifadə olunmuşdur). Sonralar təhsilin informatlaşdırılması mövzusunda o, onlarca innovativ məzmunlu məqalələr yazmış, layihələr icra etmişdir. Bu gün bütün pedaqoji ali və orta ixtisas məktəblərində tədris olunan “Təhsildə İKT” fənni İlham müəllimin təklifi ilə, 2007-ci ildə, təhsil nazirliyi tərəfindən tədris planlarına daxil edilmişdir. Bu fənn üzrə ilk tədris proqramının tərtibi də TN tərəfindən ona həvalə olunmuşdur. O, az bir vaxtda bu fənn üzrə həmin proqramı hazırlayıb TN-ə təqdim etmişdir.
Distant təhsilə dair ölkəmizdə ilk Beynəlxalq konfrans 2001-ci ildə ADİU-nin təşkilatçılığı ilə keçirilmişdir. İlham müəllim bu tədbirdə distant təhsilə dair 2 məruzə etmiş, bu mövzuda ilk 2 məqaləsini dərc etdirmişdir. Bundan sonra onun əsas tədqiqat obyekti məhz distant təhsil problemləri olmuşdur. Vurğulayım ki, distant təhsil pedaqogikanın proqramlaşdırılmış təlim ideyalarının İKT vasitələri ilə yeni müstəvidə reallaşması demək idi. İlham müəllimin elmi tədqiqarları, namizədlik dissertasiyası da proqramaşdırılmış təlimə aid olduğu üçün bu məsələlər ona çox yaxın olmuşdur.
İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” adlı sənədi hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təəssüf ki, təhsil məmurları uzun müddət onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, təkliflərə vaxtında və lazımınca reaksiya verməmişlər. Bu gün distant təhsillə əlaqəli ölkədə yaranmış gərgin vəziyyət onun haqlı olduğunu bir daha təsdiq etməkdədir.
İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant və rəqəmsal təhsilə, ali məktəb problemlərinə həsr olunmuş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif saytlarda dərc etdirmiş, habelə, o, müvafiq mövzularla bağlı TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən məqalələri, daha çox tənqidi məzmunda olsa da, konstruktivlik ruhu-məramı, yenilik elementlərinin zənginliyi ilə fərqlənir. Onun yazıları müəllifin yüksək peşəkarlığının, elmi-pedaqoji kamilliyinin ifadəsi və təsdiqidir. Təhsilimizin inkişafı üçün maraqlı və əhəmiyyətli ideyalar, təklif və tövsiyələr mənbəyidir.
Nəhayət, İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına bu yaxınlarda Türkiyə milli təhsil naziri Ziya Selçukun ölkəmizə səfəri zamanı da diqqət yetirilmişdir.
Qeyd edim ki, İlham müəllimin vaxtaşırı bir çox məqalələrini maraqla oxumuş, TV-lərə verdiyi müsahibələrini diqqətlə dinləmişəm. Hər dəfə də özü ilə bu yazıları və müsahibələri müzakirə etmişik. Hesab edirəm ki, bu məqalə və müsahibələrdə milli təhsil sistemimizin inkişafı üçün dəyərli ideyalar, innovasion təkliflər irəli sürülüb. Bu məqalə və müsahibələrin əksəriyyəti İnternetdə yerləşdirilib, maraqlananlar onlarla yaxından tanış ola bilərlər.
Alicənab şəxsiyyət, dəyərli-məhsuldar alim-pedaqoq İlham müəllimin 65 yaşı tamam olub. Əziz dostumuzu-həmkarımızı bu münasibətlə təbrik edir, ona ailə həyatında və gələcək elmi fəaliyyətində, mütərəqqi təhsil ideyalarının ölkəmizə gerçəkləşməsində yeni-yeni uğurlar, bol-bol sevinclər arzulayıram. Mənalı ziyalı ömrü davamlı, sağlam və xoşbəxt olsun!
Fəlsəfə elmləri doktoru, professor
Təhsilin informatlaşması texnologiyaları. Elektron təhsilin xüsusiyyətləri
Təhsilin informatlaşması ənənəvi təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi baxımından informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks-əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil (belə şəraitdə müəllim işləmək, peşə nüfuzunu qorumaq heç də asan deyil). Müəllimin əks-əlaqə yaratmaq, sagirdin biliyini qiymətləndirmək imkanı tədricən məhdudlaşır, bu imkanların bir qismi (bəzən hamısı) İKT vasitələrinə transfer olunur. Bu zaman öyrədən daha çox məsləhətçi-tyutor funksiyası daşıyır. Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Tədris materialının şagirdlərə nəql edilməsi, fərdi qaydada mənimsənilmiş tədris materiallarının onlardan qəbul edilməsi (tapşırıqların yoxlanılması, dərsin sorğusu və s.) kimi mərhələlərə vaxt itirilmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər yaradıcı məsələlərin həllinə imkan qazanırlar. Beləliklə, tədris-informativ qarşılıqlı əlaqənin strukturu tədricən dəyişir, informasiya – təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır.
Bu gün pedaqoji kadrların informasiya təhsil məkanında, təhsilin informatlaşması şəraitində səmərəli işləyə bilməsi üçün, onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. Müasir müəllim hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə təhsil sistemi real praktikanı qabaqlamalıdır, onda müəllim hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır. Yeni formatlı, innovativ inkişafa istiqamətlənmiş müəllim kadrlarının hazırlanması müvafiq elmi tədqiqatlar, futuroloji proqnozlaşdırma tələb edir. Belə pedaqoji proqnoztika vermək asan məsələ deyil. Belə şəraitdə təhsilin informatlaşması kimi qlobal problemin həlli hər bir milli təhsil sistemi üçün çox ciddi sınaq, bəlkə də tarixi imtahan sayıla bilər. Bu imtahandan çıxa bilməyən milli təhsil sistemlərinin gələcəyi yoxdur, çünki sənaye dövrünün təhsil sistemi artıq informasiya cəmiyyətində işləyə bilməz, bu sürətli dəyişikliyi görmək və ona adekvat reaksiya vermək zəruridir. Təhsilin informatlaşması problemini həll edə bilməyən ölkələrin milli iqtisadiyyatı, xüsusən də informasiya cəmiyyətinin tələb etdiyi innovasiya yönümlü, elmtutumlu, biliklərə əsaslanan müasir iqtisadiyyatı, peşəkar, yüksək ixtisaslı kadrları, müasir tələblərə cavab verən insan kapitalı olmayacaq. Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Ona görə də, inkişaf etmiş ölkələrdə təhsilin informatlaşması təhsilin prioritet məsələsi kimi qiymətləndirilir.
Exceldən istifadə edərək şagird təqdimatlarının hazirlanması
Elektron cədvəllər � Kompüter əsri başlanmazdan əvvəl maliyyə-hesabat işlərində müxtəlif cədvəllərdən istifadə olunurdu. Cədvəl hesablamalarının avtomatlaşdırılması işin keyfiyyətini dəfələrlə artırır. Cədvəl şəklində təsvir olunan verilənlərin saxlanması və emalı üçün istifadə olunan kompüter proqramları elektron cədvəlləri (ingiliscə spreadsheet) adlanır. İlk elektron cədvəl proqramları ilk FEHM-lərlə eyni vaxtda yaranmışdır. 80-ci illərin əvvəllərində Super Calc elektron cədvəlləri maliyyə hesabatları və s. ilə məşğul olan adamların şüurunda inqilabi dönüş yaratdı.
Elektron cədvəlləri ilə aparılan avtomatik hesablamalardan təkcə mühasiblər istifadə etmir. Birja, bank və s. maliyyə işçiləri elektron cədvəllərindən istifadə etmədən öz işlərini qura bilməzlər. Elektron cədvəllərinin köməyi ilə real şəraiti (situasiyanı) modelləşdirmək və alınmış nəticələri qiymətləndirmək olar. Hər hansı işin, fəliyyətin nəticəsinin araşdırılması-analiz, gələcək perspektivlərin qiymətləndirilməsi isə proqnozdur. Elektron cədvəlləri biznesdə, iş həyatında kiçik itkilərlə böyük nəticələrə gəlmənin yollarını tapmağa imkan verir. Belə cədvəllərin köməyi ilə vaxtından əvvəl �səhv� addımların qarşısını almaq, gələcək layihələrin nəticələrini qiymətləndirmək mümkündür.
Elektron cədvəlləri ilə idarəetmənin ən populyar vasitələrindən biri Microsoft şirkətinin Microsoft Excel proqramıdır. MS Excel 97, MS Excel 2000, MS Excel XP, MS Excel 2003 versiyalarından istifadə olunur. Bu proqramlar Windows 98, Windows 2000, Windows XP əməliyyat sistemlərinin rəhbərliyi ilə işləyir. Excel elektron cədvəllərindən iş adamları, ziyalılar, mühasiblər, jurnalistlər və başqaları daha çox istifadə edirlər. Excel proqramı müxtəlif növ verilənləri nizamlamağa, analiz etməyə, qrafik təsvir etməyə, maliyyə və statistik hesabatları effektiv yerinə yetirməyə, elmi-tədqiqatların nəticələrini araşdırmağa imkan verir. Excel güclü proqramdır, onun son versiyalarının imkanları çox böyükdür.
Prezentasiyaların (Təqdimatların) təşkili � Microsoft Office paketinə daxil olan proqramlardan biri də Microsoft PowerPoint proqramıdır. PowerPoint mətn prosessoruna-Word’ə çox bənzəyir, ancaq o, sənəd əvəzinə təqdimat (prezentasiya, slayd) yaradır. Təqdimat uşaqlıqdan tanıdığımız slaydlı filmlər kimi bir şeydir. Word sənədi ayrı-ayrı səhifələrdən ibarət olduğu kimi PowerPoint də slaydlardan ibarətdir. Slaydda mətn, qrafik elementlər və başqa informasiyalar ola bilər. Təqdimatda çox asanca slaydların ardıcıllığını dəyişmək, gərəksizləri uzaqlaşdırmaq və yenilərini artırmaq, eləcə də mövcud slaydların tərkibini dəyişdirmək olar. PowerPoint’dən həm təqdimatlar hazırlamaq, həm də onları nümayiş etdirmək üçün istifadə olunur. Hər bir təqdimat diskdə ayrıca faylda saxlanılır. Təqdimat faylının uzantısı .ppt olur. Məsələn, Azərbaycan_Cümhuriyyəti.ppt
PowerPoint təqdimatı bir, yaxud bir neçə slayddan ibarətdir. Hər bir slaydda mətn, qrafika və başqa elementlər olur. PowerPoint’də cəlbedici təqdimatlar yaratmaq üçün çox rahat imkanlar var.
Date: 2015-12-24 ; view: 1319
Təhsilin İNFORMATLAŞMASI sistemli və kompleks olmalıdır- Dosent İLHAM ƏHMƏDOV
Bu ərəfədə Təhsil naziri Emin Əmrullayev mətbuata müsahibəsində bildirmişdir ki, …. “Azərbaycan məktəblərinə bu il 40 min kompüterin verilməsini planlaşdırırıq.” Ümumiyyətlə son 17 ildə təhsil sisteminin informatlaşmasına dair 2 dövlət proqramı həsr edilib (1-ci dövlət proqramı: 2005-2007-ci illərdə və 2-ci dövlət proqramı : 2008-2012-ci illərdə). Bu 2 dövlət proqramına ümumən 100 milyon manatdan çox vəsait xərclənib (125 milyon $). Son 10 ildə də bu məsələlərə hər il ortalama 20-30 milyon manat xərclənib (ümumən 250-300 milyon manat).
2022-ci ildə də təhsil sisteminin informatlaşmasına 38 milyon manat xərclənəcək. Bunun qarşılığında təhsilin rəqəmsallaşması hələ də çox aşağı səviyyədədir. Çünki, məsələlərin həllinə heç vaxt elmi yanaşma olmayıb. Hər dəfə də bu illər ərzində təhsilin informatlaşması dedikdə əsasən kompüter almaqdan söhbət gedib. İndi də bu yanaşma davam edir.
Amma təhsilin informatlaşmasının səmərəli olması üçün, informatlaşmanın təhsilin keyfiyyətinə müsbət təsir göstərməsi üçün təkcə kompüter almaqla iş bitmir. Burada əsas məsələ geniş çeşıdli, təhsil yönümlü elektron resursların hazırlanması, onlardan istifadə texnologiyalarının yaradılması, bu yöndə elmi tədqiqatların aparılması, müəllimlərin mütəmadi olaraq ixtisasartırma kurslarına cəlb edilməsi v.s. mühüm məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri isə nəhayət ki, (heç olmasa pandemiyadan sonra bunu dərk etməliydik) ölkədə distant təhsilin yaradılması gündəmə gəlməlidir.
TN son 25 illik fəaliyyətində əsasən ümumtəhsil məktəblərinin infrastruktur inkişafı və informatlaşması məsələləri ilə məşğul olub. Ali məktəblər, xüsusən də pedaqoji profilli ali məktəblər diqqətdən kənarda qalıb. Əgər TN keyfiyyətli müəllim kadrlarının hazırlanmasında maraqlıdırsa, belə gənc müəllimlərə real olaraq ehtiyac varsa, bu məsələlərə hökmən diqqət yetirilməlidir.
Universitetlərdə distant təhsilin yaradılması məsələləri də bu büdcə hesabına dəstəklənməlidir. Universitetlər öz daxili maliyyə imkanları ilə bunu edə bilməyəcəklər, necə ki, son 20 ildə edə bilmədilər. Bu universitetlərimizə gələcəkdə əcnəbi tələbələrin daha çox cəlb edilməsinə də imkan verə bilər.
Əgər bu məsələlər yenə də diqqətdən kənar qalacaqsa, bəri başdan deyə bilərik ki, kompüterlərə verilən pulların təhsilə xeyri heç bir real xeyri olmayacaqdır. Nəzərə alsaq ki, son 17 ildə bu istiqamətdə çüzi işlər görülüb, informatlaşmaya ayrılan bu ilki büdcənin ən azı 30 % yuxarıda qeyd etdiyimiz məsələlərə yönəlməlidir. Belə maliyyə siyasəti növbəti illərdə də unudulmamalıdır. Təhsildə İnkişaf və rəqəmsallaşma bu məsələlərə kompleks yanaşmanı, elmə əsaslanan optimal həlləri tələb edir. Problemlərin həllinə elmi yanaşma olmayan yerdə, nə menecmentə, nə də menecerlərə ehtiyac qalmır, hər şey əvvəlki illərdə olduğu kimi kor təbii və səmərəsiz olacaqdır. .
“Qüvvət elmdədir” . informatlaşmada da.
Comments are closed, but trackbacks and pingbacks are open.