Press "Enter" to skip to content

Təhsilin məzmunu 2007

17.1.5.2. magistratura (rezidentura);

Təhsilin pillələri və səviyyələri

12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:

dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.

təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə

edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması

12.2. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən

Maddə 13. Təhsilalma formaları

13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:

13.1.3. distant (məsafədən);

13.1.4. sərbəst (eksternat) – müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə

təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək

hüququ verən təhsilalma forması

13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə

təhsil və fərdi təhsil təşkil oluna bilər.

13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq

17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:

17.1.1. Məktəbəqədər təhsil.

17.1.2. Ümumi təhsil:

17.1.2.1. ibtidai təhsil;

17.1.2.2. ümumi orta təhsil;

17.1.2.3. tam orta təhsil.

17.1.3. Peşə təhsili:

17.1.3.1. ilk peşə təhsili;

17.1.3.2. texniki peşə təhsili;

17.1.3.3. yüksək texniki peşə təhsili.

17.1.4. Orta ixtisas təhsili.

17.1.5. Ali təhsil:

(əsas (baza ali) tibb təhsili);

17.1.5.2. magistratura (rezidentura);

17.1.5.3. doktorantura (adyunktura).

17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir

təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil

səviyyəsi istisna olmaqla yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun

olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.

17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə

tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və

səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.

17.4. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə

etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə

imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra

hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata

Məktəbəqədər təhsil

Ümumi təhsil

tam orta təhsil

Peşə təhsili

texniki peşə təhsili

yüksək texniki peşə təhsili

Orta ixtisas

təhsili

Ali təhsil

Maddə 31. Təhsil prosesinin iştirakçıları

31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

31.0.1. təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar,

rezidentlər, doktorantlar, adyunktlar və başqaları;

31.0.2. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar,

rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri,

çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik

pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil

müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə

pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar,

təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə

orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının

təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və

məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul

31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;

31.0.4. təhsili idarəetmə orqanları və bələdiyyələr;

31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.

Maddə 32. Təhsilalanların hüquq və vəzifələri

32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu

Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.

32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.

32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:

32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;

32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini

32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar

32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə

kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat,

informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə

32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

32.3.9. fasiləsiz təhsil almaq;

32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə

32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

32.3.13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən

qiymətləndirilməsini tələb etmək;

32.3.14. dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində

qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;

32.3.15. dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz

32.3.16. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və

mülahizələrini sərbəst ifadə etmək;

32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin,

dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək,

eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;

praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil

həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən

edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

nunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla,

təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

əhsilalanların vəzifələri aşağıdakılardır:

32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi

ilə bağlı qaydalara əməl etmək;

32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri

33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu

Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə

də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

Təhsilverənlərin hüquqları aşağıdakılardır:

33.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən

texnologiyalarla təmin olunmaq;

33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə

33.2.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və

33.2.6. ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini

33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında

mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və

imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-

professor vəzifəsini tutmaq;

33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və

azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə,

Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,

mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf

mühitə hörmət və qayğı hissləri aşılamaq;

33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq,

ziyalılıq nümunəsi göstərmək;

33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli

33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə

məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;

33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət ümumi təhsil və

peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində

sertifikatlaşdırmadan) keçmək;

33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları

34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər)

üçün təlim-tərbiyə müəssisəsini seçmək;

34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya

himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında

34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında

34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-

texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

34.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri

34.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından

fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil

almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

34.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik,

vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi

və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Təhsilin məzmunu 2007

Azərbaycan Respublikasının Təhsil Qanununda təhsilin hər bir səviyyəsinin məqsədi bu kökdə açıqlanır. Ölkəmizdə ümumi təhsil üç səviyyədə həyata keçirilir: ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil.

Hamıya bəlli olan SİRR

Şagirdlər on bir il orta məktəbdə təhsil alırlar. Amma təhsilin növbəti pillə və səviyyəsində (bakalavriatura nəzərdə tutulur) təhsillərini davam etdirmək üçün orta məktəbdə aldığı biliklər heç də həmişə yetərli olmur. Bəzi orta məktəb şagirdləri XI sinifdə təhsil alarkən ali məktəbə hazırlaşmaq üçün repetitorun yanına gedirlər. Görəsən səhvimiz haradadır? Biz nəyi düz etmirik? Fikrimizcə, bu səhvləri elə təhsilin məzmununda axtarmalıyıq. Bu suallara aydınlıq gətirmək üçün diqqəti əvvəlcə inkişaf etmiş ölkələrdə ümumi təhsilin məzmununun bəzi konturlarına yönəldək.

ABŞ-da ümumi təhsilin məzmunu

ABŞ-da orta məktəbin birinci səviyyəsi ibtidai təhsil “Elementary school” (5 il), ümumi orta təhsil “middle school” (3 il), tam orta təhsil “hign school” (4 il) adlanır.

“Elementary school” səviyyəsində şagirdlərin fərdi istedadlarını inkişaf etdirmək üçün üçüncü sinifdə xüsusi testlər vasitəsi ilə onları qabiliyyətə görə qruplara bölür, təlim prosesində onların bu və ya digər fənləri öyrənməsinə üstünlük verilir. Bu səviyyədə hətta istedadlı və geridə qalan şagirdlər üçün ayrı siniflər mövcuddur. Bu siniflər evə verilən tapşırıqların səviyyəsi və fənlərin öyrənilməsi dərinliyi ilə bir-birindən fərqlənir.

“Middle school” səviyyəsində riyaziyyat, ingilis dili, təbiət elmləri, sosial elmlər (dünya tarixi də bura daxildir) və bədən tərbiyəsi məcburi fənn kimi tədris edilir. 8-ci sinifdə isə şagirdlərə əlavə olaraq xarici dil, incəsənət və ya texnologiya kimi fənləri seçmək hüququ verilir.

“Hign school” səviyyəsində müstəqillik daha da çoxalır, şagirdlər ali məktəbə qəbul olmaq üçün seçdikləri ixtisasa uyğun aşağıdakı fənlər üzrə əlavə məşğələlərdə iştirak edə bilərlər: xarici dil, kompüter qrafikası və veb-dizayn, informatika, robot texnikası, jurnalistika, kinomotoqrafiya, teatr sənəti və s. Zərurət hiss edənlər və ali məktəbə daha yaxşı hazırlaşmaq məqsədi ilə “Advanced Placement” adlanan 13-cü sinifdə seçdikləri ixtisasa uyğun fənlər üzrə daha dərin bilik əldə edə bilirlər.

Finlandiyada təhsilin məzmunu

1-6-cı siniflər baza orta təhsilin aşağı, 7-9-cu siniflər isə baza orta təhsilin yüksək səviyyəsi kimi dəyərləndirilir. 9 illik baza təhsilini bitirdikdən sonra şagirdlər daha bir il (onuncu sinif) əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil məzunların təhsilin növbəti pilləsinə daha yaxşı hazırlaşması məqsədi ilə həyata keçirilir. 9-cu sinfi, yəni, ümumtəhsil məktəbini bitirdikdən sonra şagirdlər tam ümumi orta təhsil verən liseylərdə və ya texniki-peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Əgər texniki-peşə məktəbində təhsil almaq istəyən şagirdlər müəyyən ixtisas üzrə peşə təhsili alıb, istehsalatda işləyə bilirlərsə, liseylərdə şagirdlər ali məktəbə qəbul olmaq üçün təhsillərini davam etdirirlər. Liseylərə qəbul olmaq üçün şagirdlər orta təhsili daha yüksək balla bitirməlidirlər.

Fransada təhsilin məzmunu

İbtidai təhsil Fransada 5 il həyata keçirilir: – Bir il hazırlıq kursu, iki il başlanğıc kurs, iki il orta kurs. Təhsilin bu mərhələsini bitirdikdən sonra imtahan verilir, şagirdlər ibtidai təhsil haqqında sertifikat əldə edirlər.

Orta təhsil Fransada iki blokdan ibarətdir. 6-5-ci siniflər (burada siniflər yuxarıdan aşağı nömrələnir) müşahidə (kollec), 4-3-cü siniflər oriyentasiya bloku (lisey) adlandırılır. Kollecdə təhsil almaq icbaridir. Şagirdlər ümumtəhsil fənlərinin standart toplusunu və hər hansı bir xarici dili öyrənirlər. Liseydə isə şagirdlər marağına əsasən əlavə xarici dil öyrənirlər. 3-cü sinifdən sonra təhsili bitirmə haqqında şəhadətnamə əldə edən şagirdlər, bundan sonra təhsillərini davam etmək üçün iki yol seçə bilərlər: Ya onlar peşə təhsili haqqında diplom verən peşə liseylərində təhsil ala bilərlər, ya da onları ali məktəblərə qəbul olmağa hazırlayan liseylərə. Bu liseylərdə proqram üç il üçün nəzərdə tutulmuşdur.

İngiltərədə təhsilin məzmunu

İngiltərədə ibtidai təhsil iki mərhələdə (key stages) həyata keçirilir. I mərhələdə 5-7, ikinci mərhələdə 7-11 yaşlı şagirdlər təhsil alırlar. İbtidai məktəbdə əvvəlcə ingilis dili, ədəbiyyat və riyaziyyat, tədricən isə təbiət fənləri, xarici dil, humanitar, dəqiq və kompüter elmləri tədris edilir. Uşaqlar məktəbdə yaradıcı işlərlə, idmanla və s. məşğul ola bilərlər. Əsasən onların sosiallaşmasına, ünsiyyət bacarıqlarının inkişafına, özünə inamın formalaşmasına, müstəqil şəxs kimi yetişməsinə üstünlük verilir.

11 yaşdan 16 yaşına qədər orta məktəbdə təhsil alan şagirdlər GCSE (General Certificate of Secondary Education) şəhadətnaməsi almaq üçün hazırlanırlar. Orta məktəb İngiltərədə iki mərhələdə həyata keçirilir. III mərhələdə (11-13) şagirdlər 15-ə qədər fənn öyrənir, peşə yönümü məşğələlərində iştirak edir və sonda imtahan (Common Entrance Examination) verirlər. IV mərhələ (14-16) isə məqsədyönlü şəkildə buraxılış imtahanına (GCSE) hazırlıq üzərində qurulur. Bundan sonra onlar işləməyə və ali məktəbin qəbul imtahanlarına hazırlaşa bilərlər.

Ali təhsil almaq qərarına gələn 16-18 yaşlı gənclər növbəti mərhələdə öz seçdikləri ixtisasa uyğun olaraq, 3-4 fənni seçir və sonda A-Level (Advanced Level Examinations) imtahanı verirlər.

Gəldiyimiz qənaət

Bu gün dünyanın inkişafını özəlliklərinə qədər əks etdirən internet səhifələrində müxtəlif ölkələrin təhsil sistemi, onun quruluşu və məzmunu haqqında kifayət qədər məlumat var və biz başqa ölkələrin də təhsil sistemi, təhsilin məzmunu, quruluşu haqqında qeydlər edə bilərdik. Amma düşünürük ki, təsadüfi seçim üzrə qeyd etdiyimiz dörd ölkənin məlumatları qaneedicidir və biz onları təhlil edəndə maraqlı bir məqamla qarşılaşırıq. Məktəb sistemi hər bir ölkədə özünəməxsus fərqlərə malik olsa da, onların hamısında şagirdlərin həyata hazırlanması ilə bərabər ali məktəbə hazırlığı da məktəbdə həyata keçirilir. Bu, bir tərəfdən məktəbin məsuliyyətini artırır, ikinci tərəfdən məktəbin məzmununun daim təkmilləşdirilməsini tələb edir. Bəs biz bu problemi necə həll edə bilərik? Maraqlıdır ki, bunun ən səmərəli yolu Azərbaycan Respublikasının Təhsil Qanununda göstərilib.

Səhvimizin “episentri” haradadır?

2009-cu ildə qəbul edilmiş Təhsil Qanununun 19.17. maddəsində yazılır: “Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması təmin olunur”.

Bu maddədə “tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması” məsələsi vurğulanır. Ümumi təhsil məktəblərində şagirdlərin istedad və qabiliyyətinin üzə çıxarılmasında müəyyən çətinliklər müşahidə olunur. Fikrimizcə, bunun səbəbini ümumi təhsil məktəbinin məzmununda axtarmalıyıq. Bu məsələni aydınlaşdırmaq üçün belə bir sualı aktuallaşdıraq: orta məktəbin ikinci və üçüncü səviyyəsi bir-birindən nə ilə fərqlənir. Əgər dərindən təhlil etsək, məlum olar ki, yalnız siniflərin nömrəsi ilə, yəni təhsilin ikinci mərhələsində V-IX sinif, üçüncü mərhələdə X-XI sinif şagirdləri təhsil alırlar. Onlara isə tədris edilən fənlərin əksəriyyəti ikinci mərhələdə başlayır, üçüncü mərhələdə yekunlaşır. Halbuki, Azərbaycan Respublikasının Təhsil Qanununda hər bir mərhələnin – ibtidai təhsilin (bax:19.9-cu maddə), ümumi orta təhsilin (bax:19.13-cü maddə) və tam orta təhsil səviyyəsinin (19.17.-ci maddə) məqsədləri bir-birindən köklü surətdə fərqlənir. Bu, onu göstərir ki, ümumi təhsilin ikinci və üçüncü səviyyələrində qarşıya qoyulan məqsədəmüvafiq olaraq təhsilin məzmunu daha səmərəli müəyyənləşdirilməlidir. Əlbəttə, hamını belə bir sual maraqlandıra bilər: – Necə? Maraqlıdır ki, bu sualın cavabı Təhsil Qanununun 19.19. – cu maddəsində göstərilir: “Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşdirilməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur”.

Orta məktəbdə təhsilin məzmunu: hansı yeniliyi etmək olar

Orta məktəbin ibtidai təhsil səviyyəsi haqqında danışarkən, qeyd edilməlidir ki, burada təhsilin məzmunu dünya təcrübəsinə əsaslanır. Yalnız məktəbəhazırlıq mərhələsinin məktəbdə təşkil edilməsi, fikrimizcə daha düzgün olardı. Bu hazırlığın proqramı psixoloqlar tərəfindən hazırlanmalıdır, uşaqlara I sinifdə keçirilən biliklər öyrədilməməli, onların psixoloji hazırlığı (motivasiyanın, duyğu üzvlərinin, təfəkkürünün, təxəyyülünün və digər psixi proseslərin formalaşması və inkişafı zəruri olmalıdır) əsas götürülməlidir.

Təhsilin ikinci və üçüncü səviyyələrində hazırda Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Həyat bilgisi, İnformatika, Təsviri incəsənət, Azərbaycan tarixi, Ümumi tarix, Musiqi, Fiziki tərbiyə, İngilis dili, Rus dili, Texnologiya, Fizika, Coğrafiya, Biologiya, Kimya, Çağırışaqədərki hazırlıq, Qarabağ tarixi (fakültətiv) fənləri tədris olunur. Bu fənlərin hamısının tədrisi zəruridir. Lakin bu fənlərin tədrisi davamedici xarakter daşımamalıdır. Onlar məzmun baxımından iki hissəyə bölünməlidir:

  • 1.Tətbiqi xarakter daşıyan biliklər;
  • 2. Nəzəri xarakter daşıyan biliklər.

Tətbiqi xarakter daşıyan biliklər Təhsil Qanununun 19.13-cü maddəsinin tələbləri baxımından ümumi təhsilin ikinci səviyyəsində tədris edilməli, şagirdlərin həyata hazırlanması və təhsilin növbəti səviyyəsində təhsilini davam etdirə bilməsi üçün zəruri bacarıqların aşılanması baxımından zəruri olan bilikləri özündə ehtiva etməlidir. Təhsil Qanununun 19.16.-cı maddəsində deyilir: “Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır”. Başqa sözlə desək, təhsilin bu səviyyəsində tədris edilən fənlər nəticəsində qarşıya qoyulan məqsədlər, yəni şagirdlərin həyata hazırlanması və təhsilin növbəti səviyyəsində təhsilini davam etdirməsi üçün bacarıqların aşılanması həyata keçirilmiş sayılır və şagirdlərin əldə etdiyi uğurların qiymətləndirilməsi ilə yekunlaşır.

İkinci hissəyə daxil edilən nəzəri biliklər isə tam orta təhsil səviyyəsində şagirdlərin ali məktəbdə qəbul olmaq üçün seçdiyi ixtisasa hazırlanması baxımından önəmli olmalıdır. Bu mərhələdə təmayül siniflər yaratmaqla təhsilimizi daha da təkmilləşdirmiş oluruq. Bunun üçün Təhsil Qanununun 19.19.-cu maddəsində göstərildiyi kimi “humanitar”, “texniki”, “təbiət” və digər təmayül siniflərdə şagirdlərin həm həyata hazırlanmasını davam etdirmək, həm də ali məktəblərə qəbul olmaq üçün hazırlaşmasını təmin edə biləcək fənlər tədris olunmalıdır. Təmayül siniflərdə həmin ixtisasa uyğun fənlərlə yanaşı Çağırışaqədərki hazırlıq, Qarabağ tarixi (fakültətiv) kimi aktual fənləri, o cümlədən hamı üçün həm həyati vacib olan, həm də dünyagörüşünün inkişafı ilə bağlı fakültətiv xarakter daşıyan “məişət kimyası”, “kompüter elmləri”, “müasir texnologiyalar”, “media vasitələri”, incəsənətin müxtəlif sahələrinə həsr olunmuş və s. bu kimi kurslar həyata keçirilə bilər.

Texniki və təbiət təmayülləri üzrə siniflərdə riyaziyyat təbii ki, ixtisas fənni kimi tədris ediləcək. Fikrimizcə, humanitar xarakterli təmayül siniflərdə də şagirdlərin riyazi təfəkkürünün inkişafını təmin etmək üçün tam orta təhsil səviyyəsində riyaziyyat fənninin tədrisi zəruri olmalıdır.

Ali məktəblərə qəbul imtahanlarının meyarı BİLİK, yoxsa QABİLİYYƏT olmalıdır?

DİM ölkəmizdə ali məktəbə qəbul məsələsində şəffaflıq yaratmışdır. Bu gündə universitetlərə qəbulun şəffaf formada keçirilməsi bütün təhsil işçilərini qürurlandırır. DİM uzun illərdir biliklərin yoxlanmasında test üsulundan istifadə edir. Bu, şagirdin biliyinin yaddaş əsasında yoxlanmasıdır. Son bir neçə ildə DİM açıq testləri də yoxlama testlərinə daxil etməklə şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarını da yoxlamağa çalışır. Biz bunu təqdir edirik və yaxın gələcəkdə açıq testlərin sayının maksimim həddə qədər artırılmasını məqsədəuyğun sayırıq.

Hazırda incəsənət və idman ixtisasları üzrə ali məktəblər tərəfindən qabiliyyət imtahanları keçirilir (bu imtahanların da təkmilləşdirilməsinə ehtiyac vardır). Digər ixtisaslar üzrə isə DİM tərəfindən qabiliyyət testləri keçirilə və məktəb məzununun seçdiyi ixtisasa yararlıq dərəcəsi yoxlanıla bilər. Bu, həm də ona görə zəruridir ki, hələ də bəzi hallarda valideynlər və tələbələr tərəfindən ali məktəblərə qəbul motivasiyası, ixtisas seçimi düzgün qiymətləndirilmir. Əksər hallarda məktəb məzunları topladıqları bala uyğun “təki ali məktəbə qəbul olum” ideyasına üstünlük verirlər. Nəticədə qabiliyyətinin və həmin ixtisas üçün yararlılıq dərəcəsinin uyğun olmaması səbəbindən tələbə aşağı qiymətlərlə kursdan-kursa keçir, ali məktəbi bitirir, amma ölkə üçün tələb olunan mütəxəssisə çevrilə bilmir, yiyələndiyi ixtisas üzrə heç bir uğur qazana bilmir, ya ixtisasını dəyişir, ya da hər hansı başqa bir işlə məşğul olur.

Son söz əvəzi

Müstəqillik əldə etdiyimiz dövrdə, biz bir tərəfdən mənfur və hiyləgər düşmənlə mübarizə aparmışıq, digər tərəfdən ölkənin inkişafı üçün çoxsaylı zəruri işlər yerinə yetirmişik. Təbii ki, təhsil sistemimizi də yenidən qurmuşuq. Tarixin heç bir dövründə yenilik nöqsansız olmayıb. Nöqsan günah deyil, günah onları aradan qaldırmamaq və ya aradan qaldırmağa cəhd etməməkdir. Bunun bir yolu var: həqiqi reallığı üzə çıxarmaq üçün dialoq və müzakirələr aparmaq. Sevindirici haldır ki, Təhsil Nazirliyi bu yola üstünlük verir və son dövrlərdə dialoq və müzakirələrin sayı çoxalır. Bu, onu göstərir ki, yaxın gələcəkdə təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin qarşısına qoyduğu problemləri uğurla həll edə biləcəklər.

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru, pedaqoji elmlər doktoru

Təhsilin məzmunu 2007

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən edir. [1]

1.2. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.

1.3. Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir. [2]

1.4. Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir. [3]

1.5. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil müvafiq proqramlar əsasında bu Qayda ilə müəyyən edilən bütün növ (dövlət, bələdiyyə və özəl) müəssisə, təşkilat və qurumlar tərəfindən həyata keçirilir.

Əlavə təhsil müəssisələrinə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) aiddir.

1.6. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.

1.7. İxtisasartırma kurslarını bitirmiş şəxslər üçün mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirilir. İxtisasartırma təhsilini keçmiş kadrın vəzifədə irəli çəkilməsində, əməyinin maddi və mənəvi qiymətləndirilməsində və ya təltifə təqdim edilməsində cari dövr üçün ixtisasartırma təhsili üzrə topladığı kreditlər nəzərə alınır.

1.8. Təhsil müəssisələrinin rəhbər, inzibati-təsərrüfat və pedaqoji heyəti üçün informasiya və kommunikasiya texnologiyaları proqramları üzrə təşkil olunan treninqlər dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində həyata keçirilir.

2. İXTİSASARTIRMA TƏHSİLİ

2.1. İxtisasartırma təhsilinin məqsədi və formaları

2.1.1. İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür.

2.1.2. İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.

2.1.3. İxtisasartırma təhsili əyani və distant (məsafədən) formada həyata keçirilə bilər.

2.2. İxtisasartırma dövrü və bir dövr üçün ixtisasartırma təhsilinin minimum həddi

2.2.1. Bir ixtisasartırma dövrü ayrı-ayrı kateqoriyalardan olan kadrların nəzərdə tutulan minimum təhsil kreditlərini toplamaları üçün ayrılan müddətdir.

2.2.2. İxtisasartırma təhsilinin minimum həddi bir ixtisasartırma dövründə hər bir dinləyici üçün müəyyən edilmiş ixtisasartırma proqramının həcmini göstərir.

2.2.3. Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrü və bu dövr üçün ixtisasartırma təhsilinin minimum həddi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.

2.2.4. Ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmələri haqqında dövlət sənədi olan kadrlar bir ixtisasartırma dövründə müəyyən edilmiş minimum ixtisasartırma təhsilində iştirak etməlidirlər.

2.2.5. Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrünün müəyyən olunan minimum həddi müxtəlif ola bilər.

2.2.6. Hər bir dinləyici müəyyən edilmiş minimum hədd üzrə proqram həcmini mənimsədikdən və bu barədə müvafiq sertifikat aldıqdan sonra, bir ixtisasartırma dövrü üçün onun öhdəliyi başa çatmış hesab olunur.

2.2.7. Bu və ya digər kateqoriyadan olan kadrlar öz arzularına və fərdi tələbatlarına uyğun olaraq, digər ixtisasartırma təlimlərində də iştirak edə bilərlər.

2.3. İxtisasartırma modulları və ixtisasartırma təhsilinin kurikulum çərçivəsi

2.3.1. İxtisasartırma təhsilində dinləyicilərin biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi təlim modulları üzrə həyata keçirilir.

2.3.2. Modul ixtisasartırma təhsili prosesində nəzərdə tutulmuş müəyyən istiqamətdə bilik, bacarıq və vərdişlərin əldə edilməsinə, dünyagörüşü formalaşdırılmasına xidmət edən biliklər sistemini ifadə edir.

2.3.3. İxtisasartırma təhsili üzrə təlim modulları aşağıdakılardan ibarətdir:

peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

ixtisas sahələri üzrə təlim;

innovasiyalar üzrə təlim.

2.3.4. Modulların sayı və modullar üzrə təlim saatlarının tələb olunan minimum həcmi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.

2.3.5 Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrü üzrə müəyyən edilən təlim saatlarının ümumi miqdarı, modulların mövzuları, vəzifələri, gözlənilən nəticələr və bir modula düşən təlim saatları bir-birindən fərqlənə bilər.

2.3.6. İxtisasartırma təhsilinin kurikulum çərçivəsi bir ixtisasartırma dövrü üçün nəzərdə tutulmuş təlimin məzmununu müəyyən edən sənəddir.

2.3.7. Kurikulum çərçivəsində ixtisasartırma modulları, hər modul üzrə ixtisasartırma proqramlarının siyahısı, proqramların həyata keçirilmə müddəti və müvafiq ixtisasartırma təhsili kreditlərinin miqdarı verilir.

2.3.8. İxtisasartırma təhsilinin kurikulum çərçivəsi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən təsdiq edilir.

2.3.9. Peşə fəaliyyəti sisteminin, bu və ya digər kateqoriyadan olan kadrların tələbat və ehtiyacları nəzərə alınaraq, kurikulum çərçivəsinin məzmunu mütəmadi olaraq yeniləşdirilir və təkmilləşdirilir.

2.4. İxtisasartırma proqramları

2.4.1. İxtisasartırma proqramı — ardıcıl məqsədləri, vəzifələri, məzmunu, təlimə aid tədbirləri və bunların əsasını təşkil edən təlim materialları və vasitələrini, qiymətləndirmə formaları və mexanizmlərini, həmçinin gözlənilən nəticələri əhatə edən vahid məqsədə yönəlmiş mövzular və sənədlər toplusudur.

2.4.2. Kurikulum çərçivəsinə daxil olan modulların hər biri üzrə dəqiq məqsədlər, vəzifələr, məzmun standartları, gözlənilən nəticələr və təlim saatları ixtisasartırma proqramları vasitəsilə müəyyən edilir.

2.4.3. İxtisasartırma təhsilinə cəlb edilən kadrların kateqoriyasından asılı olaraq, hər bir modul daxilində proqramların məzmunu müxtəlif ola bilər.

2.4.4. Modullar üzrə peşə fəaliyyəti sisteminin ümumi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların siyahısı və hər bir proqram üzrə təlim saatlarının miqdarı mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən, kadrların fərdi maraq və ehtiyaclarının ödənilməsinə xidmət edən təlim proqramları və təlim saatlarının miqdarı isə əlavə təhsil müəssisələri tərəfindən təklif edilir.

2.4.5. Dinləyicilər modula daxil olan təlim proqramlarını sərbəst seçir, proqramlara ayrılan təlim saatlarından asılı olaraq, modul üzrə bir və ya bir neçə təlimdə iştirak etməklə, müəyyən edilmiş minimum tələbləri yerinə yetirirlər.

2.5. İxtisasartırma təhsilinin kredit sistemi

2.5.1. İxtisasartırma təhsili krediti müəyyən ixtisasartırma proqramının həcmini və məzmununu əks etdirən və ədədlə ifadə olunan şərti anlayışdır. İxtisasartırma təhsili üzrə bir təhsil krediti proqramın 6 təlim saatına bərabər tutulur.

2.5.2. Tədris olunan hər bir ixtisasartırma proqramını mənimsəyən və gözlənilən təlim nəticələrini əldə etdiyini nümayiş etdirən dinləyicilərə müvafiq təhsil kreditləri verilir.

2.5.3. Bir ixtisasartırma dövründə modulların hər biri üzrə toplanılan təhsil kreditlərinin minimum həddi ixtisasartırma təhsilinin kurikulum çərçivəsi ilə müəyyən edilir.

2.6. Fərdi tələbat əsasında ixtisasartırma proqramlarının və onları həyata keçirən əlavə təhsil müəssisələrinin seçilməsi

2.6.1. İxtisasartırma proqramlarının və onları həyata keçirən əlavə təhsil müəssisələrinin seçilməsi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyənləşdirilmiş formada, kadrların işlədiyi müəssisələr və yerli idarəetmə orqanı səviyyələrində həyata keçirilir.

2.6.2. Kadrlar bir ixtisasartırma dövrü ərzində nəzərdə tutulan minimum krediti toplamaq şərtilə hər bir modula daxil olan proqramları və təlim vaxtını seçmək hüququna malikdirlər.

2.6.3. Müəssisələrin və yerli özünüidarəetmə orqanlarının rəhbərləri fərdi ehtiyac və maraqların nəzərə alınması yolu ilə ixtisasartırma proqramlarının seçilməsində kadrlara kömək etməlidirlər.

2.7. İxtisasartırma təhsili barədə müqavilələrin bağlanması və həyata keçirilməsi

2.7.1. İxtisasartırma proqramlarının fərdi seçimi əsasında kadrların özləri və ya işlədiyi müəssisələr, təşkilatlar və qurumlar (bundan sonra — sifarişçi) müvafiq əlavə təhsil müəssisələri ilə müqavilə bağlayırlar.

2.7.2. Müqavilə bağlanılarkən aşağıdakı şərtlər nəzərə alınır:

müvafiq reqlamentləşdirici sənədlər əsasında hər bir proqram üzrə qruplarda dinləyicilərin sayı;

mümkün olan hallarda ixtisasartırma təlimlərinin dinləyicilərin iş yerində və ya ona yaxın ərazidə həyata keçirilməsi.

2.8. İxtisasartırma təhsilində keyfiyyətə nəzarət və onun təmin edilməsi

2.8.1. Keyfiyyətə nəzarət məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən kadrların ixtisasartırma təhsili haqqında müntəzəm olaraq yeniləşən məlumat bazası yaradılır.

2.8.2. Keyfiyyətin təmin edilməsi məqsədi ilə ixtisasartırma proqramlarının həyata keçirilməsi prosesi, onun nəticələri üzrə mütəmadi olaraq monitorinqlər keçirilir və qiymətləndirilir. Monitorinq və qiymətləndirmə əlavə təhsil müəssisəsi, həmçinin mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən həyata keçirilir. Bu prosesə qeyri-hökumət və beynəlxalq təşkilatlar da cəlb edilə bilər.

2.8.3. Keyfiyyətə nəzarətin təmin olunması əlavə təhsil müəssisəsi, həmçinin mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilmiş mexanizmlər əsasında həyata keçirilir.

2.8.4. İxtisasartırma təhsilini həyata keçirən kadr potensialının gücləndirilməsi, keyfiyyət tərkibinin yaxşılaşdırılması və kadr ehtiyatlarının yaradılması məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən ölkədaxili və beynəlxalq layihələr, habelə qrant layihələri vasitəsilə təlim kursları təşkil edilə bilər.

2.9. Təhsil haqqında sənədin verilməsi, doldurulması və uçotu

2.9.1. İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən vahid formalı sertifikat verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və möhürlənir. Əlavə təhsil müəssisələri başa çatmış hər bir ixtisasartırma tədbirinin nəticələri barədə mərkəzi icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və özəl qurumlara hesabat təqdim edir.

2.9.2. Sertifikatda modulun adı, proqramın adı, təlim saatları, müvafiq kreditlərin sayı və ixtisasartırma müəssisəsinin adı qeyd olunur.

2.9.3. Sertifikatın surəti və toplanılan kreditlər haqqında məlumatlar hər bir kadrın şəxsi işinə əlavə edilir və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı nəzərə alınır.

3. KADRLARIN YENİDƏNHAZIRLANMA TƏHSİLİ

3.1. Yenidənhazırlanma təhsilinin məzmunu və formaları

3.1.1. Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin təhsil proqramları ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir. [4]

3.1.2. Yenidənhazırlanma təhsili aşağıda göstərilən hallara uyğun kadrların hazırlanması tələbatı yarandıqda, müvafiq proqramlar əsasında həyata keçirilir:

peşə-ixtisas təhsilində yeni ixtisaslar üzrə mütəxəssis hazırlığına başlandıqda, bu ixtisaslar üzrə təhsilverənlərin yenidən hazırlanması;

ilkin kadr hazırlığı kifayət etməyən ixtisaslar üzrə yenidənhazırlanma;

müəyyən müddət işləmiş qeyri-ixtisas təhsilli kadrların işlədiyi ixtisas üzrə yenidən hazırlanması;

sahənin təşkili və idarə olunması üzrə kadrların yenidən hazırlanması.

3.1.3. Yenidənhazırlanmaya icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il əlavə təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir .

3.1.4. Yenidənhazırlanma təhsili əyani formada həyata keçirilir. Bu halda dinləyicilər istehsalatdan ayrılmaqla təhsil alırlar.

3.1.5. Maddi-texniki və tədris bazası imkan verən və qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş müəssisələrdə yenidənhazırlanma təhsili distant (məsafədən) formada həyata keçirilə bilər. [5]

3.2. Yenidənhazırlanma təhsilinin təşkili və yekun attestasiya

3.2.1. Kadrların yenidənhazırlanma təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, ali, orta ixtisas və peşə təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda və bu sahə üzrə qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş digər əlavə təhsil müəssisələrində həyata keçirilir.

3.2.2. Yenidənhazırlanma təhsilinə qəbul kadrların müraciəti və ya onların işlədikləri müəssisələrin sifarişi əsasında aparılır.

3.2.3. Yenidənhazırlanma təhsilinin təşkili, ixtisaslar və qəbul qaydaları barədə əlavə təhsil müəssisəsi və müvafiq qurumlar tərəfindən kütləvi informasiya vasitələrində elan verilir.

3.2.4. Hər tədris ili üçün yenidənhazırlanma təhsilinə qəbul və tədris məşğələlərinin başlanma vaxtı barədə müəssisə rəhbəri tərəfindən əmr verilir.

3.2.5. Mütəxəssislərin yenidən hazırlanmasında müxtəlif tədris formalarından (mühazirə, laboratoriya işləri, seminar, müstəqil işlər, fərdi və qrup üzrə məsləhətlər, tədris ekskursiyaları, referatların hazırlanması və qiymətləndirilməsi, biliklərin test üsulu ilə yoxlanması, pedaqoji təcrübə və s.) istifadə olunur.

3.2.6. Tədris prosesində yeni təlim texnologiyaları, fəal (interaktiv) təlim metodları, informasiya və kommunikasiya texnologiyalarından istifadə olunur və digər yeni üsullar tətbiq edilir.

3.2.7. Tədrisin təşkilinə müəssisənin ştatlı müəllimləri ilə yanaşı, digər müəssisə və təşkilatlardan mütəxəssislər dəvət oluna bilər.

3.2.8. Tədris proqramı tam yerinə yetirildikdən sonra əlavə təhsil müəssisəsi tərəfindən dövlət attestasiyası təşkil olunur.

3.3. Təhsil haqqında sənədin doldurulması, verilməsi və uçotu

3.3.1. Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən vahid formada dövlət sənədi — diplom verilir.

3.3.2. Yenidənhazırlanma haqqında vahid diplom blankları tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən yenidənhazırlanma ilə məşğul olan tədris müəssisəsinin sifarişi əsasında verilir.

3.3.3. Diplomların doldurulması, verilməsi və uçotu tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş təlimata uyğun həyata keçirilir.

3.3.4. Hər tədris ilinin sonunda təhsil müəssisələri tərəfindən yenidənhazırlanma təhsilinin yekunları və diplomların verilməsi barədə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanına, bələdiyyəyə və ya əlavə təhsil müəssisəsinə hesabat təqdim edilir.

3.3.5. Mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyildir. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir.

3.3.6. Yenidənhazırlanma diplomu mütəxəssisə onun aldığı ilkin ali və ya orta-ixtisas təhsili bazasında müəyyən sahədə vəzifə kateqoriyasının peşə-ixtisas tələblərinə müvafiq olaraq fəaliyyət göstərmək hüququ verir.

4. STAJKEÇMƏ VƏ KADRLARIN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏHSİLİ

4.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsinin məqsəd və vəzifələri

4.1.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.

4.1.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir.

4.1.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi prosesində xüsusi ayrılmış müəssisələrdə yüksəkixtisaslı mütəxəssislərin rəhbərliyi altında əvvəlcədən nəzərdə tutulmuş problem üzrə yeni texnologiyaların, innovasiyaların öyrədilməsi həyata keçirilir.

4.1.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili şəbəkəsinə ölkədə və xaricdə olan müxtəlif tip ali təhsil müəssisələri, baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq stansiyaları, dayaq məntəqələri və s. aiddir.

4.1.5. Əlavə təhsil müəssisələrində kadrların ixtisasının artırılması üçün nəzərdə tutulan təhsil tədbirlərinə — stajkeçməyə dair ayrıca blok da əlavə oluna bilər.

4.1.6. Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı mütəxəssisin ixtisas sahələri üzrə nəzəri bilikləri əsas götürülür.

4.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsinin məzmunu və formaları

4.2.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:

müvafiq ixtisas üzrə nəzəri və təcrübi hazırlıq;

nəzərdə tutulmuş problem üzrə yeniliklərin, müasir yanaşmaların əhəmiyyəti;

mövzular üzrə diskussiyaların, məsləhət saatlarının təşkili;

konfranslarda, müzakirələrdə, müşavirələrdə, işgüzar görüşlərdə, seminarlarda iştirak etmək;

stajkeçmə və kadrların təkmilləşdirilməsinin nəticələri barədə hesabatın hazırlanması.

4.2.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsi aşağıdakı proses və ya tədbirləri özündə birləşdirir:

hər hansı sahə üzrə yeniliklərlə operativ tanışlıq və öz həmkarları ilə təcrübə mübadiləsini;

distant (məsafədən) ötürmə üsulu ilə yeni materialların əldə edilməsi, onların yayılması və bu istiqamətdə fikir mübadilələrinin aparılmasını;

aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dəvət olunması, problem mövzular ətrafında müzakirələrin təşkili və nəticələrin təhlilini;

kadr hazırlığı, ixtisasartırma təhsilində tətbiq olunacaq modulların, eləcə də yeni təlim materiallarının müzakirəsində iştirak edilməsi və nəticələr barədə əsaslandırılmış təkliflərin verilməsini.

4.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili

4.3.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili sifariş əsasında stajkeçənin və ya təkmilləşdirilənin işlədiyi müəssisənin təqdimatı ilə həyata keçirilir.

4.3.2. Verilən təqdimat əsasında stajkeçmə və kadrların təkmilləşdirilməsini təşkil edəcək müəssisə ilə razılaşdırılmış cədvəl hazırlanır.

4.3.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsini həyata keçirmək üçün bu işi həyata keçirən müəssisə tərəfindən təcrübəli və səriştəli əməkdaşlar rəhbər təyin edilirlər.

4.3.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi dövründə rəhbərin hüquq və vəzifələri aşağıdakılardır:

stajkeçmənin vaxtını, yerini və formasını müəyyən etmək;

stajkeçmə və kadrların təkmilləşdirilməsi işini koordinasiya etmək və stajkeçənlə birlikdə görüləcək işlərin planını tərtib etmək;

əvvəlcədən və stajkeçmə dövründə planın yerinə yetirilməsində stajkeçənə məsləhətlər vermək və köməklik göstərmək.

4.3.5. Stajkeçənin hüquq və vəzifələri aşağıdakılardır:

müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmək;

nəzərdə tutulan bütün tədbirlərdə fəal iştirak etmək;

innovasiya metodlarını, təlim texnologiyalarını fəal və çevik şəkildə mənimsəmək;

nəzərdə tutulan müddətin sonunda fərdi plana uyğun olaraq yazılı hesabat təqdim etmək.

4.3.6. Müxtəlif sahələrdə çalışan kadrların stajkeçmə və təkmilləşdirilmə yolu ilə peşəkarlıq səviyyəsinin artırılmasında seminar, treninq və digərləri ilə yanaşı, dayaq məntəqələri mexanizmindən də istifadə edilə bilər.

4.3.7. İxtisasartırma dövründə stajkeçmə və kadrların təkmilləşdirilməsinin müddəti əlavə təhsilin tədris-tematik planı və digər amillərlə müəyyən olunur.

4.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə müvafiq təhsil sənədlərinin verilməsi

4.4.1. Stajkeçmə və təkmilləşmənin sonunda stajkeçənə və təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd — stajkeçənə sertifikat, təkmilləşdirilənə arayış verilir.

4.4.2. Stajkeçmə və təkmilləşmə tədbirlərini başa vuranlara təqdim olunan sənəd bu tədbirlərin keçirildiyi müəssisə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq olunur.

5. TƏKRAR ALİ, ORTA İXTİSAS VƏ YÜKSƏK TEXNİKİ PEŞƏ TƏHSİLİ [6]

5.1. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsilinin məzmunu və formaları

5.1.1. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili ilkin təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili verən müəssisə tərəfindən müəyyən edilir. [7]

5.1.2. Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.

5.1.3. Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. [8]

5.1.4. Hər hansı təhsil müəssisəsində təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər.

5.1.5. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsilinin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir.

5.1.6. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili müvafiq ixtisas üzrə bakalavr (subbakalavr) pilləsi üçün mövcud olan təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı təhsil proqramı ilə yeni ixtisasın təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. [9]

5.1.7. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilə bilər.

5.2. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsilinin təşkili

5.2.1. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

5.2.2. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə (şöbələrdə) həyata keçirilir.

5.2.3. Qruplarda tələbələrin sayı 15-30 nəfər müəyyən edilir.

5.2.4. Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur. [10]

5.3. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili haqqında sənədin doldurulması, verilməsi və uçotu

5.3.1. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsil haqqında diplom verilir. [11]

5.3.2. Diplomların doldurulması, verilməsi və uçotu tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş təlimata uyğun həyata keçirilir.

6. DƏRƏCƏLƏRİN YÜKSƏLDİLMƏSİ TƏHSİLİ

6.1. Dərəcələrin yüksəldilməsi təhsilinin məzmunu və formaları

6.1.1. Dərəcələrin yüksəldilməsi təhsili orta-ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan təhsil növüdür.

6.1.2. Dərəcələrin yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir və ilkin təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin 1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavra verilən əlavə təhsildir. [12]

6.1.3. Dərəcələrin yüksəldilməsi üzrə təhsil müddəti subbakalavrın ilkin təhsil proqramı ilə onun təhsil almaq istədiyi müvafiq ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqə əsasən müəyyən edilir.

6.1.4. İlkin təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsil proqramı arasındakı fərqdən asılı olmayaraq, subbakalavrlar bakalavr dərəcəsi üzrə ali təhsil almaq üçün yalnız dövlət tərəfindən müəyyən olunmuş ümumi qaydada ali məktəblərin birinci kursuna qəbul olunurlar.

6.1.5. Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil müəssisələri tərəfindən həyata keçirilir.

6.1.6. Dərəcələrin yüksəldilməsinə icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il əlavə təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və təsdiq edilir .

6.1.7. Hər hansı təhsil müəssisəsində dərəcələrin yüksəldilməsi təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər.

6.1.8. Dərəcələrin yüksəldilməsi təhsilinin məzmunu hər bir ixtisasa uyğun proqramlar əsasında müəyyən edilir.

6.1.9. Dərəcələrin yüksəldilməsi təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilir.

6.2. Dərəcələrin yüksəldilməsi təhsilinin təşkili və yekun attestasiya

6.2.1. Dərəcələrin yüksəldilməsi təhsilinin təşkili məqsədi ilə hər il ali təhsil müəssisəsi müvafiq ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrinin tədris proqramlarının müqayisəli təhlili əsasında qısamüddətli tədris proqramları hazırlayır və təklif edir. Dinləyicilər tədris proqramları və müqavilə şərtləri ilə tanış olduqdan sonra sənədlərini təhsil müəssisəsinə təqdim etməli və müsahibədən keçməlidirlər. Yalnız müsahibə komissiyasının müsbət qərarından və müvafiq təhsil xərci ödənildikdən sonra, qarşılıqlı razılaşma əsasında müqavilə imzalanır və dinləyici dərəcənin yüksəldilməsi üzrə əlavə təhsilə qəbul olunur.

6.2.2. Dərəcələrin yüksəldilməsi üzrə təhsil bakalavr hazırlığına uyğun olaraq həyata keçirilir.

6.2.3. Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı subbakalavrların uyğun ixtisaslar üzrə bakalavr təhsili almaq arzusunu təmin etmək məqsədi ilə dərəcələrin yüksəldilməsi təhsili həmin şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq əlavə təhsil müəssisəsi arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.

6.2.4. Dərəcələrin yüksəldilməsi prosesində orta-ixtisas təhsili müəssisəsini bitirmiş subbakalavrların bakalavr təhsili səviyyəsinə yüksəldilməsi dinləyicilərin öz arzuları əsasında ödənişli əsaslarla həyata keçirilir.

6.2.5. Tədris proqramı tam yerinə yetirildikdən sonra, tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş qaydada dövlət attestasiyası təşkil olunur.

6.3. Təhsil haqqında sənədin doldurulması, verilməsi və uçotu

6.3.1. Dərəcələrin yüksəldilməsi təhsili üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında vahid formalı diplom verilir. Bu halda dinləyicinin orta ixtisas təhsili müəssisəsində topladığı kreditlər və ya tədris olunan fənlərin saatlarına uyğun kredit ekvivalentləri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada nəzərə alınır.

6.3.2. Diplomların doldurulması, verilməsi və uçotu tabeliyində təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş təlimata uyğun yerinə yetirilir.

6.3.3. Dərəcələrin yüksəldilməsi üzrə təhsil almış şəxslər ali təhsilli bakalavrlara bərabər tutulur və onlar təhsillərini magistraturada davam etdirə bilərlər.

7. YAŞLILARIN TƏHSİLİ

7.1. Yaşlıların təhsilinin məzmunu və formaları

7.1.1. Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür.

7.1.2. Əlavə təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.

7.1.3. Yaşlıların təhsilinin məqsədi yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir.

7.1.4. Yaşı 18-dən yuxarı, müstəqil fəaliyyət təcrübəsi və peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanlar yaşlıların təhsilinə cəlb oluna bilər.

7.1.5. Yaşlıların təhsilinin məzmunu konkret vəziyyətə, şəraitə uyğun olaraq müəyyənləşdirilir, cəmiyyətin və şəxsin (fərdin) inkişafına xidmət edir.

7.1.6. Yaşlıların təhsili kontingentinə daxil olan insanlar əvvəllər müəyyən bilik və bacarıqlara malik olduqlarından, bu təhsil formasının təşkili zamanı yeni metodlar tətbiq edilməklə, onların tələbatları və əvvəllər qazandıqları bilik və bacarıqların maksimum dərəcədə nəzərə alınması təmin edilir.

7.1.7. Yaşlıların təhsili üçün cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınaraq yaşından, dini və milli mənsubiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün yaş qruplarını əhatə etməklə təhsil proqramları hazırlanır.

7.1.8. Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl müəssisələr tərəfindən formal, qeyri-formal və informal formada həyata keçirilir.

7.1.9. Təhsilə cəlb ediləcək kontingentin tərkibinə aşağıdakı şəxslər daxil ola bilər:

əmək funksiyalarının məzmununda baş vermiş yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edilən peşəkar işçilər;

məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;

uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;

yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;

hərbi xidmətdən tərxis olunanlar;

evdar qadınlar və uşaqlı analar;

şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər.

7.2. Yaşlıların təhsilinin təşkili

7.2.1. Yaşlıların təhsilini həyata keçirən müəssisələr öz fəaliyyətlərində yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almalı, dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və perspektivləri haqqında müfəssəl məlumat verməlidir. Yaşlıların təlimi zamanı təhsilalanlara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur.

7.2.2. Yaşlıların təhsilinin təşkili zamanı aşağıdakı amillər nəzərə alınmalıdır:

yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşımamalı, əksinə onun əsasında həyata keçirilməlidir;

yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin müvafiq peşə almalarına şərait yaratmalıdır;

yaşlıların təhsili zamanı onların fərdi təcrübələri nəzərə alınmalıdır;

bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır;

təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mühitə uyğunlaşdırılmalıdır;

təhsilə çəkilən xərclər sosial həyata, mədəniyyətə və iqtisadiyyata çəkilən xərclərdən daha çox effekt verməlidir;

inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər nəzərdə tutulmalı, yaşlıların təhsili milli, regional, sosial-iqtisadi inkişaf və təhsil proqramlarında nəzərdə tutulmuş məqsədlərə uyğun istiqamətləndirilməli və koordinasiya edilməlidir.

7.3. Yaşlıların təhsili üzrə müəssisələr

Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl qurumlar tərəfindən təşkil edilir. Bu təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, ali, orta ixtisas və peşə təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.

7.4. Yaşlıların təhsili üzrə müvafiq təhsil sənədlərinin verilməsi

Yaşlıların təhsilinin sonunda mənimsənilmiş proqramın məzmununa, yeni qazanılan ixtisasa uyğun tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş və möhürlə təsdiq edilmiş vahid formada sertifikat və ya diplom verilir.

8. ƏLAVƏ TƏHSİLİN HƏR BIR İSTİQAMƏTİ ÜZRƏ TƏHSİLİN MALİYYƏLƏŞDİRİLMƏSİ

8.1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan kadrların ixtisasartırma təhsilinin minimum həddi, eləcə də stajkeçmə və təkmilləşdirilməsi üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Digər müəssisə və təşkilatlarda çalışan kadrlar üçün müvafiq maliyyə xərcləri həmin qurumlar və yaxud kadrın özü tərəfindən ödənilir.

8.2. Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir.

8.3. Əlavə təhsil formaları təhsil müəssisələrinin ödənişli təhsil haqqından əldə etdikləri büdcədənkənar vəsaitlər, habelə qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

8.4. Hər il dövlət büdcəsinin tərtib edilməsi prosesində ixtisasartırma təhsili, stajkeçmə və təkmilləşdirmə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən proqnozlaşdırılan maliyyə xərclərinin həcmi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429 )

2. 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739)

3. 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099 )

4. 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108 )

5. 21 sentyabr 2020-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1221 )

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.1-ci bəndində, 2.1.1-ci, 2.2.4-cü və 3.2.1-ci yarımbəndlərində və 7.3-cü bəndinin ikinci cümləsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

[2] 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.3-cü bəndində “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilmişdir.

[3] 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.4-cü bəndində, 3.2.1-ci yarımbəndində və 7.3-cü bəndinin ikinci cümləsində “xüsusi razılıq” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

21 sentyabr 2020-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1221 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.4-cü, 7.3-cü bəndlərə və 3.2.1-ci yarımbəndinə “fəaliyyətinə” sözündən əvvəl “qanunla tələb olunduqda” sözləri əlavə edilmişdir.

[4] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.1-ci yarımbəndin ikinci cümləsində hər iki halda “baza təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilmişdir.

[5] 21 sentyabr 2020-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1221 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.5-ci yarımbəndində “müvafiq lisenziyası olan” sözləri “qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş” sözləri ilə əvəz edilmişdir.

[6] 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5-ci hissəsinin adında, 5.1-ci, 5.2-ci, 5.3-cü, 8.2-ci bəndlərində, 5.1.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində, 5.1.2-ci, 5.1.4-5.1.7-ci, 5.2.1-ci, 5.2.2-ci yarımbəndlərində “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilmişdir.

[7] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.1.1-ci yarımbəndin birinci cümləsində “baza peşə-ixtisas təhsili” və “baza təhsil” sözləri “təhsil” sözü ilə əvəz edilmişdir.

[8] 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.1.3-cü yarımbəndində “isə təkrar orta ixtisas” sözləri “təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə” sözləri ilə əvəz edilmişdir.

[9] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.1.6-cı yarımbəndində “baza tahsil” və hər iki halda “baza təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilmişdir.

[10] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.2.4-cü yarımbəndində “baza” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

[11] 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1-ci yarımbəndində “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə və hər iki halda “ali (orta ixtisas)” sözləri “ali (orta ixtisas və ya yüksək texniki peşə)” sözləri ilə əvəz edilmişdir.

[12] 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429 ) ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 6.1.2-ci, 6.1.3-cü və 6.1.4-cü yarımbəndlərində “baza təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.