Press "Enter" to skip to content

Xaricdə Təhsil üçün Beynəlxalq İmtahanlar – 2023 ƏN YENİ

Evdən Rus Dili öyrənmək üçün 5 Effektiv yol üçün: klik edin

İmtahana hazırlaşmağın 4 effektiv yolu

“İmtahan” sözü sizdə hansı hissləri oyadır? Düzdü, “qorxu”, “narahatlıq”, “stres”, “gərginlik”. Bu hisslər məktəblilər, tələbələr, valideynlər və hətta müəllimlər tərəfindən yaşanır. İmtahan hər kəs üçün çətindir. Buna görə həm qorxunuzun öhdəsindən gəlmək, həm də müəllimlərə bütün bilik və bacarıqlarınızı göstərmək üçün imtahana yaxşı hazırlaşmaq hazırlaşmaq çox vacibdir.

İmtahanda yüksək nəticə göstərmək, bütün sualları düzgün cavablandırmaq hamının arzusudur. Lakin imtahana qədər proqramı çatdıra bilməyənlərdə az deyil. Onlar sonuncu gün ərzində bütün proqramı oxumağa çalışsalarda, bu mümkünsüzdür. İmtahan qabağı daha çox məlumatı təkrarlamaq, ya da yeni məlumatlar öyrənmək heç də yaxşı nəticə vermir.Çünki siz həmin mövzuların üstünə daha çox düşdükdə, bu bir çox problemlər yarada bilər. Buna görə imtahana daha da yaxşı hazırlaşmaq üçün, sizlərə tövsiyələr təqdim edirik:

1. İmtahana hazırlaşarkən, qısa müddətdə çox miqdarda məlumat yadda saxlamağı lazım olduğunu düşünürsünüz. Buna görə, keçirilən bütün mövzuları təkrarlamaq üçün, vaxtın düzgün ayrılması vacibdir.

Yeni materiallar öyrənməyin və heçnə oxumayın. Bir neçə gün və ya bir həftədə bir fənni tez bir zamanda öyrənə bilərsiniz, ancaq imtahan verən kimi öyrəndikləriniz yadınızdan çıxacaq. Daha çox məlumat öyrənmək istəyirsinizsə, il boyu imtahanlara hazırlaşın.Dərslərdə keçən materialı təkrarlayın, praktik problemləri həll edin və çətin mövzulara diqqət yetirin. İmtahandan əvvəl yalnız il ərzində oxuduğunuz hər şeyi təkrarlamalısınız.

Mövzuları təkrarlamaq üçün plan tərtib edin və müəyyən bir mövzunun təkrarlanmasına neçə günün ayrılacağınızı göstərmək tövsiyə olunur. Yalnız istirahət üçün vaxt ayırmağı unutmayın!

2. Öyrəndiklərinizi xatırlaya bilmək üçün mövzulardaki vacib məqamları bir kənara qeyd edin. Əzbərləməyə deyil, başa düşməyə üstünlük verin. Əgər keçmiş dərslərin hansısa bir hissəsini yadınıza sala bilmirsinizsə, ipucu və qeydlərdən yararlanmaqla öyrəndiklərinizi xatırlamağa çalışın. İmtahana bir gün qalmış bütün məlumatları beyninizə doldurmağa çalışmayın. Həddindən artıq məlumat imtahana olan motivasiya və həvəsi yox edə bilər. Buna görə yalnız son gün deyil, imtahandan əvvəlki bir neçə gün təkrarlamaq məsləhətlidir.

3. Oxuduğunuz mövzuları dostunuza danışın. Ondan həmin mövzulardan suallar verməsini xahiş edin. Sonra isə cavab verə bilmədiyiniz sualların cavablarını mövzulardan tapmağa çalışın. Bu metod sizin mövzuları necə başa düşdüyünüzü göstərəcək. Mövzuları tam başa düşənədək oxuyun.

4. Yuxu rejiminizə diqqət edin! Normal yuxu vaxtı 14-17 yaşındakılar üçün 7-8 saatdır. Gecə dərs oxumaq imtahan nəticənizə pis təsir edəcək. Yuxusuz gecələr üst-üstə gələrsə qavrama qabiliyyətiniz zəifləyəcək. Yuxunuzu azaltmaq istəyirsinizsə, bunu birdən-birə etməyin. İmtahandan əvvəl yuxu rejiminə diqqət etmək lazımdır.

İmtahanda ən vacib olan vaxtınızı səmərəli istifadə etməkdir. Ən effektli yol isə bildiyiniz testdən başlamaqdır. Bildiyiniz testdən başlamaq imtahanda olan həyəcanı aradan qaldırır.

Diqqətinizi imtahan boyunca suallara yönəldin. Zamanla fikrinizin yayındığını hiss etsəniz, sualları təkrar oxumaq istəyəcəksiniz. Belə halda sakit olun və həyəcanınızı aradan qaldırmağa çalışın.

Neqativ fikirləri uzaqlaşdırın, ətrafınızdakıların imtahan qabağı fikirlərinə önəm verməyin. İmtahanı uğurla başa vuracağınıza inanın, diqqətinizi ancaq imtahana yönəldin. Özünüzə güvənin və bacaracağınıza əmin olun!

Evdən Rus Dili öyrənmək üçün 5 Effektiv yol üçün: klik edin

İngilis dili sözlər Yadda Saxlamağın 9 üsulu: klik edin

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Xaricdə Təhsil üçün Beynəlxalq İmtahanlar – 2023 ƏN YENİ

Son illərdə xaricdə təhsilə maraq son dərəcə artmışdır. Və bununla əlaqədar xaricdə təhsil almağı düşünən tələbələr hansı beynəlxalq imtahandan keçməli olduqları və hansı imtahanın ona lazım olduğu barədə kifayət qədər məlumatlı olmurlar. “Hansı beynəlxalq imtahanı verməliyəm? Hansını versəm mənə fayda verər? Magistr imtahanı üçün hansı beynəlxalq imtahan tələb olunur? Təhsilimi harda alsam daha yaxşı olar?” bu kimi suallarına cavab axtarırlar. Birazdan siz bütün suallarınıza ətraflı cavab tapa biləcəksiniz və hansı imtahanların nəyə lazım olduğunu biləcəksiniz. Bütün imtahanlar barəsində ayrılıqda ətraflı məlumat versəmdə hamısını ümumiləşdirib bu yazımda qısa məlumat vermək istəyirəm. Elə isə gəlin başlayaq!

İELTS

Hamımızın haqqında məlumatlı olduğu ən məşhur beynəlxaq imtahanlardan biridir. Bəs nəyə lazımdır bu İELTS? Sizin ingilis dil biliklərinizi ölçən bu beynəlxalq test sizə dünyanın bütün qapılarını aça biləcək gücə sahibdir. İş həyatınızda, təhsil həyatınızda və hətta başqa ölkədə yaşamaq istəyinizdə sizə lazımlı olacaqlı imtahan nəticəsidir. Bütün xarici universitetlərdə tələb olunan beynəlxalq sertifikatdır. Təhsil dərəcəsindən asili olmayaraq Amerika, Avstraliya, Avropa ölkələrinin universitetlərinin , Türkiyənin ingilis dilli universitet kafedralarının tələb etdiyi imtahan nəticəsidir.

TOEFL

İELTS-lə bənzərliyi çox olsada imtahan strukturları fərqlidir. Bu imtahanda sizin ingilis dili biliklərinizi ölçür. TOEFL kopmyuter əsaslı təşkil olunduğu halda, İELTS kağız üzərində keçirilir. İELTS imtahanında canlı ünsiyyətə girə bildiyiniz halda , TOEFL-də kompyuterlə danışırsınız. TOEFL Türkiyənin bir neçə universiteti tərəfindən tələb olunur. Bu imtahan nəticəsi ilədə siz Amerika və Avropa universitetlərində təhsil dərəcəsindən asılı olmayaraq oxuya bilərsiniz.

SAT

Dünyada ilk dəfə Amerika universitetlərinin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunmuşdur. Türkiyə universitetlərinin bakalavr dərəcəsinə qəbul olmaq üçün də tələb olunan beynəlxalq imtahan nəticəsidir. Bu imtahanda kompyuter əsaslı təşkil olunur və sizin ingilis dili biliklərinizi və riyazi qabiliyyətinizi ölçür. Yerli universitetlərdən isə ADA və Xəzər universitetlərində bu imtahan nəticəsi keçərlidir.

YÖS

Yabancı Öğretim Sınavı olan YÖS Türkiyə universitetlərinin sirf bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. Bir sözlə bu imtahan yalnız Türkiyə üçün keçərlidir. Bir çoxları Türkiyə universitetlərinə qəbul üçün SAT yoxsa YÖS imtahanını verməkdə qərarsız qalırlar. Bunu tövsiyə edə bilərəm ki, SAT bütün dünya universitetləri üçün keçərli olduğu halda, YÖS yalnız Türkiyə universitetlərinə qəbul üçün tələb olunur.

ALES

ALES-in açılışı Akademik Lisansüstü Eğitimi Sınavıdır. Adından da məlum olduğu kimi Türkiyə universitetlərinin magistr pilləsinə qəbul olmaq üçün tələb olunan beynəlxalq imtahandır. Türkiyədə magistr təhsili almaq üçün yalnız ALES çıxış yolu deyil, əgər sizin ingilis dili bilikləriniz kifayət dərəcədə yaxşıdırsa GRE və ya GMAT imtahanlarında iştirak edib həm Türkiyədə, həm də xarici ölkə universitetlərində magistr təhsili ala bilərsiniz.

GMAT

Graduate Management Admission Test olan GMAT Amerika, Kanada, Avstraliya, Avropa və Türkiyənin top universitetlərinində magistr , MBA, PhD, menecment, iqtisadiyyat və biznes yönümlü ixtisaslar üzrə təhsil ala bilərsiniz. İmtahanda sizin riyazi ve məntiqi düşünmə qabiliyyətiniz və analitik yazı bacarıqlarınız yoxlanılır.

GRE

Acılışı Graduate Record Examination olan bu beynəlxalq imtahan dünyanın bir çox yüksək prestijli universitetlərində magistr, MBA və doktorantura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur. Bu imtahanda GMAT ilə oxşarlığı olub sizin məntiqi ve riyazi biliklərinizi və analitik yazı bacarıqlarınızı ölçür. GMAT-la fərqi imtahan strukturlarının fərqli olmasındadır.

YEKUN

Son olaraq bunları qeyd etmək istəyirəm ki, siz ilk növbədə hansı universitetdə təhsil almaq istədiyinizi qərarlaşdırmalısınız. Və bundan sonra həmin universitetin rəsmi saytına daxil olub hansı imtahan nəticələrinin tələb olunduğunu öyrənməlisiniz. Həmin məlumatlara əsasən tələb olunan sənəd və imtahan nəticələrini universitetə təqdim edə bilərsiniz. Xaricdə təhsil yolunuzda və imtahanlarda uğurlar!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Sizi maraqlandıra biləcək bəzi suallarınıza cavab:

  1. Xaricdə təhsil almaq üçün yaş həddi varmı? Bu məhdudiyyət təhsil almaq istədiyiniz dərəcədən asılı olaraq dəyişə bilir.
  2. Yaşam xərcinin az olduğu ölkələr hansılardır? Əsasən Türkiyə, Polşa və Şərqi Avropa ölkələridir.
  3. İELTS balım xaricdə təhsil üçün nə qədər olmalıdır? İELTS 6.0 və ya 6.5 normal universitetlər üçün keçərlidir.
  4. Hansı ölkələrin universitetlərinə sadəcə attestatla qəbul aparırsınız? Türkiyə universitetlərinə sadəcə attestatla qəbul ola bilərsiniz və şirkətimiz bunun üçün 50% endirim təşkil edir. Endirimdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz.

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.

25 Fevral , 2022 14:07

https://static.report.az/photo/d8cece4b-b068-31ed-bc5a-4e02a4ad9d1b.jpg

Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.