Press "Enter" to skip to content

Təşəkkürnamə formaları

Tamaşa və konsertlərdə iştirak, sosial aksiyalarda təşkilatçılıq ilə yanaşı təhsil, təlim-tərbiyyı ilə bağlı irimiqyaslı layihələrdə də yaxından iştirak edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının növbəti addmı da müsbət qarşılanıb.

“Oyuq”çulara təşəkkürnamə

Tamaşa və konsertlərdə iştirak, sosial aksiyalarda təşkilatçılıq ilə yanaşı təhsil, təlim-tərbiyyı ilə bağlı irimiqyaslı layihələrdə də yaxından iştirak edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının növbəti addmı da müsbət qarşılanıb.

Bu barədə Day.Az-a Teatrın mətbuat xidmətindən məlumat verilib

Belə ki, studiya fəalları Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League Azerbaijan” (FLL) mühəndislik və robot texnikası olimpiadasında iştirak edib.

10-16 yaşlı məktəblilərdən ibarət 30 komandanın – “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə – bilik və bacarıqlarını nümayiş etdirdikləri layihənin əsas tədbirində iştirak edən istedadlı “Oyuq”çular təşkilatçılar tərəfindən fərqləndiriliblər.

Belə ki, onlar Təhsil Nazirliyi, “ADA”Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə təşkil edilmiş “İnto Orbit” mövzulu yerli turnurundə göstərdikləri köməyə görə Təhsil naziri və universitet rəhbərinin imzası ilə təşəkkürnamə ilə təltif olunublar.

Tədbirin aparıcısı İlahə Şıxlınskayanın istedadlı uşaq və yeniyetmələrin özünü realizə imkanlarına şərait yaradılması baxımından “Oyuq” teatr-studiyasının da maraqlı layihələrə imza atdığını qeyd edib. Universitet ilə teatr-studiyasının ilk əməkdaşlığının uğurlu olduğunu və bu kimi layihələrdə elm və incəsənət sahələrində kövrək addımlarını atan uşaq və yeniyetmələrin bir araya gəlməsinin yaxşı ənənə olduğunu əlavə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Təfəkkürün formaları

Təsəvvürlər obrazlı – əyanidir, bilvasitə verilmiş informasiyaları qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir. Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox sxematikləşir və ümumiləşir. Bu sxematikləşmə təsəvvür əlamətlərinin birləşməsinə uyğun gəlmir. Təsəvvür obrazlarında predmetin əyani əlamətləri ön planda özünü göstərir. Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı əlaqəlidir və biri digərinə keçir.

Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və anlayışlara keçir. Təsəvvürlərin özlərinin anlayışa keçmək meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obrazda – anlayış əks olunur.
Digər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı axarı həmişə təsəvvürlərlə bağlıdır, amma anlayışlar təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir, çünki belə təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır. Təsəvvürlər təfəkkür proseslərində həddən artıq parçalanmış, fraqmentar halda daxil edilir. Təsəvvürlər, əyani obrazlar adətən, təkcə, anlayış isə ümumi ifadə olunur. Məfhum (anlayış) və təsəvvürlər gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan tərəflərini inikas etdirir.

Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən tez-tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, fikri müşayət edən əyani material fikri proseslərə cəlb edilir. Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom deyil, o, həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır. Məfhumlar (anlayışlar) keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.

Hökmlər — fikri proseslərin baş verdiyi əsas akt və ya formadır.

  • Ümumi hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur.
  • Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir.
  • Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur.

Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı hərəkət seçici xarakter daşıdığından, o nəyi isə təsdiq, inkar etdiyindən praktik əhəmiyyət daşıyır. Subyektin obyektə və digər adamlara münasibətlərini ifadə etdiyindən hökmlər emosionallıqla zəngindir. Hökmlərdə şəxsiyyət aşkar olunur, o, həmçinin iradi aktı ifadə edir.
Hökmlərdə digər insanlara qarşı olan münasibət real aləmə idraki münasibət əsasında müəyyənləşir. Hökmlərdə ehtiva olunmuş vəziyyət obyektiv olaraq həqiqətdir və ya yalandır, bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən asılıdır.

Hər hansı hökmlər həqiqətə istiqamətlənib, lakin hər hansı hökm özlüyündə şərtsiz həqiqət deyil. Mühakimə hökm üzərində fikri işdir və həqiqətin yoxlanılmasına istiqamətlənib. Hökmlər mühakimənin həm çıxış, həm də son nöqtəsidir. Bu və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər sisteminə qoşularaq ayrıca olmaqdan qurtulur. Mühakimələr əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır.

Əqli nəticəvahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir.

Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət predmetin obyektiv məzmununu açır. Predmetin obyektivliyi hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə qavrayışdan verilə bilər.

  1. Birincisi, çıxış halı əyani təsəvvür olunur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır. A-nın B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur.
  2. İkincisi, eyni münasibətləri əyaniliyə müraciət etmədən ancaq anlayışların köməyi ilə ifadə etmək olar. Bu halda nəticə formal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin məzmununun əhəmiyyətli tərəfləridir, konkret məz­munla müəyyənləşən qanunauyğunluq­lardır.
  3. Üçüncüsü, müvafiq əlaqələr, aşağı – yuxarı, böyük – kiçik möhkəmlənərək informasiya dayaqlarından nəticəyə icra oluna bilir və əsasən bu hal assosiativ olaraq nitqin avtomatlaşmasına tabe olur.
  1. İnduktiv əqlinəticəxüsusi hallardan, misallardan (hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, dəmirin, misin, poladın, gümüşün və s.istidən genişləndiyini və onların metal olduğunu müəyyənləşdirmək əsasında «Bütün metallar istidən genişlənir» hökmünü çıxarırıq.
  2. Deduktiv əqlinəticəisə ümumi hallardan, misallardan (hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, «Bütün xüsusi isimlər yazıda böyük hərflə başlayır». «Bakı» xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə yazılır» nəticəsini çıxarırıq.
  3. Analogiyayagəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə üzrə nəticə çıxarılır.

Təfəkkürün fərdi xüsusiyyətləri

  • Ağlın dərinliyicisim larda. və hadisələr arasındakı və onların daxilindəki Ən əsas, başlıca əlamətləri tapmaq bacarığından ibarətdir. Dərin ağla malik olan Adam zəruri sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri, əsas cəhəti aşkara çıxara bilmir, formal, zahiri cəhətlərə istinad etdiyinə görə onun fikirlərində dərinlik olmur.
  • Ağlın çevikliyidə insan üçün zəruri olan müsbət keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan Ani bir vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona görə də həmin keyfiyyətə malik olan adam düşdüyü vəziy­yətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyikeyfiy­yətinin meydana gəlməsinə səbəb olur.
  • Ağlın müstəqilliyiyeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi bacarmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur.
  • Ağlın tənqidiliyikeyfiyyətinə gəldikdə bu insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub qavradıqları cisim və hadisələr arasındakı yğun­suz­luğu asan­lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər.
  • Teqlər:
  • təfəkkür
  • , əqli nəticə
  • , təfəkkürün mahiyyəti

Comments are closed, but trackbacks and pingbacks are open.