Təlimdə hədə qorxu
Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.
Təlimdə hədə qorxu
Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, T.Səmədova musiqiçinin şikayəti əsasında həbs edilib: “İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində tanınıb. Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna edilmir. Onun əməllərindən zərəçəkən başqa şəxslər varsa, Xətai Rayon Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.
Əldə etdiyimiz digər məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişdən hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.
Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, T.Səmədovanın əri Rasim Həsənov da bir müddət öncə hədə-qorxu ilə pul tələb etdiyinə görə saxlanılmışdı.
Amin Nəzərli
Xankəndi
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəylinin APA-ya müsahibəsində deyib. Rektor qeyd edib ki, həftədə 2 dəfə olan qəbul günlərində ən azı 5-ə yaxın tələbə qəbul olunur:
“Təbii ki, 7 min tələbənin qəbulu ilə məşğul olsam, onda gərək başqa heç bir iş görməyim. Digər tərəfdən, müasir menecment onu tələb edir ki, hər kəs cavabdeh olduğu sahəyə baxmalıdır. Dekan, dekan müavininin birinci işi, məsuliyyəti tələbələrin qayğısına qalmaq, onların maraqlarını qorumaqdır.
Düzdür, kimsə deyə bilər ki, hansısa fikirləri desək də, rektora çatdırılmır. Bəli, hələlik bu da var. Tələbələrlə görüşümdən sonra bir qrup tələbə mənə məktub yazıb və orada da qeyd ediblər ki, dekanlıq rektorla görüşdə hansısa məsələləri açıqlamamaq barədə əvvəldən onlara hədə-qorxu gəlib. Amma indiki nəyisə 1-2 gündən artıq gizlətmək olmur. ”
Rektor əlavə edib ki, hazırda müəllimlərin attestasiyası üçün xüsusi kriteriyalar hazırlanıb. Müəllimlər bu kriteriyalara uyğun sertifikasiyadan keçəcəklər: “Onların topladığı ballar bizə göstərəcək ki, müəllim nə dərəcədə öz üzərində işləyir və inkişafdadır. Tələbələr haqlı olaraq qeyd edir ki, elə müəllimlər var ki, hələ də 30 il əvvəl oxuduğu mühazirəni oxuyur. 20 il əvvəl saralmış vərəqlərdə yazılmış xəstəlik simptomları bu gün də dərslərdə keçilir.
Ali məktəbin qaydalarına əsasən, hər müəllim 5 ildən bir öz vəzifəsinə yenidən seçilir. Çox vaxt vaxtı çatanda onlar adi hesabat verərək işə başlayırdılar. Hesabatlar bəzən yoxlanılmırdı. İndi isə seçkilər açıq aparılacaq. Artıq boş vakant yer üzrə müsabiqədə bu vaxta kimi həmin yerdə işləyən müəllimlə yanaşı, kənardan olan mütəxəssislər də iştirak edə bilər. Mətbuatda, universitetin saytında və qəzetində bir ay öncə vakant yer barədə elan verilir. Hər bir müəllim yerini saxlamaq üçün istər elmi, istərsə də klinik səviyyədə biliyini daima artırmalıdır”.
Hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb – FOTO/VİEO
Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumat görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Comments are closed, but trackbacks and pingbacks are open.