Press "Enter" to skip to content

59 nəfəri öldürüb, 527 nəfəri yaralyan tənha canavar – Niyə, nə üçün? FOTO

Milli.Az CNN-ə istinadən bildirir ki, bunu Las-Veqasın şerifi Cozef Lombardo deyib.

Müşfiq Xan “Tənha canavar” PDF

Gərgin süjet xətti, cəmiyyətdəki xaotik problemlər, məmur səhlənkarlığı, uşaq evlərindəki özbaşınalıqlar, narkotik ticarəti və insan alveri, xarici XXO-nın Azərbaycana göndərilən casusları, ölkədə saxta kimliklə kəşfiyyata çalışan xainlərin ifşası, türk düşmənliyi yeridən gizli təşkilatlar və onların rəqibləri…
Amansız və müəmmalı qətllər…

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Müşfiq Xan “Tənha canavar” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Bu kitab sadəcə premium qrup üçündür. Premium qrupa qoşulmaq və kitabı yükləmək üçün aşağıdakı linkə tıklayın.
Premium Qrupa Keç

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

59 nəfəri öldürüb, 527 nəfəri yaralyan “tənha canavar” – Niyə, nə üçün? – FOTO

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində ölkə tarixinin ən qanlı gülləbaranını törədərək 59 nəfəri öldürən, 527 nəfəri yaralayan 64 yaşlı Stiven Peddok İŞİD mənsubu olmayıb. Terror təşkilatının “Peddok aksiyadan bir neçə ay əvvəl İslamı qəbul edərək müsəlman olmuşdu” bəyanatı da yalandır.

Milli.Az CNN-ə istinadən bildirir ki, bunu Las-Veqasın şerifi Cozef Lombardo deyib.

“Hesab edirik ki, o, qanlı aksiyanı təkbaşına törədib. Peddok “tənha canavar” olub. Cinayətin motivlərini müəyyənləşdirməyə çalışırıq”, – Lombardo söyləyib.

Ötən bazar günü Las-Veqasda keçirilən “Rout 91” kantri musiqisi festivalı faciəyə çevrilib. 64 yaşlı Stiven Peddok “Mandalay Bay” otelinin 32-ci mərtəbəsindəki nömrənin pəncərəsindən insanlara atəş açıb. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

S.Peddok meydandakı insanları gülləbaran etmək üçün 2 ştativli yarımavtomat tüfəngdən istifadə edib. Otelin nömrəsində minlərlə patron vardı və məhz bu səbəbdən S.Peddok 72 dəqiqə sərasər atəş aça bilib.

SWAT dəstəsi otelin nömrəsinin qapısını sındırıb içəri girəndə S.Peddok özünü vuraraq intihar edib.

Las-Veqasın meri Karolin Qudman 64 yaşlı S.Peddoku “nifrətdə boğulan sərsəm” adlandırıb.

Mühasib və auditor işləmiş Stiven Peddok əvvəllər Nevada ştatındakı Rino şəhərində yaşayıb, ötən il Meskvit şəhərinə köçüb

Onun ruhi xəstə olması barədə iddialar da əsassızdır, çünki S.Peddok yüngül mühərrikli təyyarəni idarə etməyə imkan verən pilot lisenziyasına malikdi.

Milyonçu S.Peddokun iki təyyarəsi vardı.

S.Peddok sentyabrın 28-də yaşamağa başladığı “Mandalay Bay” otelində tək deyildi. Onun yanında əslən indoneziyalı olan Avstraliya vətəndaşı, 62 yaşlı Meril Denli vardı.

M.Denlinin cinayətdə əli olmadığı təsdiqlənib. Qadın hazırda Yaponiyanın paytaxtı Tokiodadır.

Las-Veqasdakı faciə ABŞ-da yeni siyasi diskussiyaya səbəb olub. Demokratiya Partiyasından olan senator Kris Mörfinin fikrincə, 59 nəfərin həlak olması, 527 nəfərin də yaralaqması ölkədə odlu silah dövriyyəsinə nəzarətin gücləndirlməsi üçün yetərli səbəbdir: “Belə faciələr artıq ölkədə epidemiyaya çevrilməkdədir”.

Amerikalıların odlu silah almaq, saxlamaq və gəzdirmək hüququnu ənənəvi olaraq dəstəkləyən respublikaçılarla yanaşı, demokratlar belə, Mörfiyə qarşı çıxıblar.

Comments are closed, but trackbacks and pingbacks are open.