Press "Enter" to skip to content

Tohmetin numunəsi

Ərizənin məzmuna görə iki növü vardır:

Yeni metodla keçirilən dərs nümunəsi

Bu ildən etibarən VI-cı siniflərdə fizika fənninin tədrisinə başlanıb. Gələn tədris ilində fizika fənni VII-ci sinifdə də yeni metod və üsullarla tədris olunmalıdır.

Dərs elə qurulmalıdır ki, şagirdlərin dərsə maragı artsın, özləri axtarış edərək dərsin mövzusunu dərk etsin. Bu ilk əvvəl dərsin motivasiyası və tədqiqat suallarının tərtibində öz əksini tapmalıdır. Motivasiya və tədqiqat sualları elə qurulmalıdır ki, sagirdlər problemin həllində ilkin fikirlərini bildirə bilsinlər, mövzu haqqında təsəvvürlərini iş vərəqlərində təsvir edə və onu təqdim edə bilsinlər. Müəllim və şagirdlər bir-birlərinin fikirlərini analiz edir, müəllim mövzuya uyğun olaraq yönəldici nəticə çıxarıb və movzunun açılmayan hissələrinin izahını verməlidir. Fənlərarası və fəndaxili inteqrasiya açılmalıdır.

Müəllim çalışmalıdır ki, az vaxtda şagirdlər çox yeniliklər əldə etsinlər. Bu məqsədlə əyani vəsaitlər və resurslar maraqlandırıcı olmalıdır. Şagirdlərin yorğunluqlarını çıxarmaq məqsədi ilə onların səviyələrinə uygun musiqilər səsləndirmək mümkündür. Mənimsəməni yoxladıqda yaxşı olardı ki, şagirdlərin özləri bir-birinə və ya qruplar bir-birinə suallar hazırlasın və versin, sonra cavablar müzakirə olunub analiz olunsun. Şagirdlərə ev tapşırığı elə verilməlıdir ki, şagird özü yeni bir üsul və ya təcrübə, sual və ya test fikirləşsin.

Bu məqsədlə mən bir dərs nümunəsi təklif etmək istərdim. Mövzu olaraq “İstilik miqdarı, xüsusi istilik tutumu.” mövzusunu seçmişəm.

Sinif: VIII.

Standartlar: 1.1.1.İstilik və elektromaqnit hadisələrinin baş vermə səbəblərini şəhr edir.

1.1.2. İstilik və elektromaqnit hadisələrinə aid məsələlər qurur və həll edir.

Mövzu: “İstilik miqdarı, xüsusi istilik tutumu.”

Məqsəd: Dərsin sonunda şagird:

1. İstilik hadisələrinə dair bilik və bacarıqlarını nümayiş etdirir.

2. İstilik hadisələrini və onların baş vermə səbəblərini şəhr edir, istilik hadisələrinə dair məsələlər qurur və həll edir.

3. İstilik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.

4. Istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir.

İnteqrasiya: K.1.2.1.

İş forması: Qruplarla iş, fərdi iş.

İş üsulu: Müzakirə, müsahibə, BİBÖ, Ziq-Zaq.

Resurslar: Dərslik, “Fizika” elektron dərs vəsaiti, qruplar üzrə iş vərəqləri, slaydlar şəklində hazırlanmış elektron vəsait, təcrübə aparmaq üçün müxtəlif avadanlıqlar.

Dərsin gedişi:

Şagirdlər 3 qrupa bölünür. Qrupların adları mövzuya uygun seçilir.

Kompüter və proyektor vasitəsilə əvvəlcə fəndaxili əlaqə yaratmaq məqsədilə “Elektron” dərs vəsaitindən istilik verməklə cismin daxilində molekullar arasında qarşılıqlı təsirin və molekulların sürətlərinin dəyişməsi təcrübəsi göstərilir. (Daxili enerjinin dəyişməsi)

Sonra mövzüya uyğun qurdugum motivasiyanı ekranda təqdim edirəm.

Motivasiya.

Tədqiqat sualları:

1. Su və spirtə verilən istilik miqdarlarının müxtəlıf olması nədən asılıdır?

2. Mayeləri qızdırmaq üçün verilən istilik miqdarı niyə fərqlənir?

3. Cisim qızarkən aldığı istilik miqdarı temperaturdan necə asılıdır?

Hər qrupa iş vərəqlərində bir tədqiqat sualı verilir, qruplar ekranda gördükləri haqqında təsəvvürlərini qeyd edirlər və təqdim edirlər.

Müzakirədən sonra qrupların fikirləri ümumiləşdirilir və hazır çəkilmiş BİBÖ cədvəlinin birinci hissəsində qeyd edilir:

Şagirdlərə istilik miqdarı və onun vahidi, hansı cihazla ölçülürsə, məlumat verirəm. Şagirdlərin fikirlərində qeyd etdikləri kimi izah edirəm ki, istilik miqdarının cismin maddəsinin növündən asılı olduğu kəmiyyət xüsusi istilik tutumudur. Xüsusi istilik tutumunun və cismim istilik tutumunun tərifləri, vahidlərini, nədən asılı olduğunu bildirirəm.

BİBÖ cədvəlinin ikinci hissəsini şagirdlərdən müsahibə ilə soruşaraq doldururuq.

Hər qrupa ayrı-ayrı təcrübələr aparmaq tapşırılır:

1-ci qrup stəkanda isti suyun içərisinə soyuq alüminium qaşıq salaraq qaşığın qızdıgını, suyun isə şoyuduğunu müşahidə edir.

2-ci qrup bu təcrübəni taxta qaşıqla aparır.

3-cü qrup temperaturları və kütlələri məlum olan isti su ilə soyuq suyu qarışdıraraq yekun temperaturu ölçür. Qruplarin fikirləri müzakirə olunur.

Nəticələr çıxarılır.

İstilik mübadiləsi zamanı, isti cismin verdiyi istilik miqdarı soyuq cismim aldığı istilik miqdarına bərabərdir.

İstilik miqdarını ölçən cihaz-kalorimetr haqqinda, kalorimetrin işləmə qaydası, nədən ibarət olduğu haqqında məlumat verilir. Kompyuter vasitəsilə cihaz nümayiş etdirilir.

Qrupların bir-birinə suallar verməsini tapşırıram. Bu zaman Ziq-Zaq üsulundan istifadə edilir.

Qpuplara iş vərəqlərində tapşırıqlar verilir. İş vərəqləri həm də ekranda göstərilir.

I qrup üçun iş vərəqi:

1. Şəkildə üç cismin temperaturunun aldığı istilik miqdarından asılılıq 3 qrafiki verilmişdir. Cisimlərin xüsuci istilik tutumların müqayisə edin.

İstilik miqdarı hansı cihazla ölçülür?

a) kalorimetr b) termometr c) manometr d) dinamometr.

II qrup üçün iş vərəqi:

1. Aşağıdakı fikirlərdən hansılar doğrudur?

1. Cismin istilik tutumu temperaturundan asılıdır.

2. Cismin istilik tutumu kütləsindən asılıdır.

3.Cismin istilik tutumu onun maddəsinin növündən asılıdır.

4.Cismin istilik tutumunun vahidi 1 c /.kq- dır

a) 1, 3 b) 1,4 c) 2, 3 d) 2, 4 .

2. Kütləsi məlum olan cismin xüsusi istilik tutumunu tapmaq üçün hansı cihazlardan istifadə etmək olar?

1. termometr 2. manometr 3. kalorimetr 4. saniyəölçən 5.xətkeş

a) 1, 5 b) 1, 3 c) 3,5 d) 2, 4

III qrup üçün iş vərəqi:

1. Aşağıdakı fikirlərdən hansılar doğrudur.

1. İstilik həmişə soyuq cisimdən isti cisimə verilir.

2. Istilik həmışə isti cisimdən soyuq cisimə verilir.

3. İstilik miqdarı vektorial kəmiyyətdir.

4. İstilik miqdarının vahidi 1C-dur.

a) 2, 3,4 b) 1,3, 5 c) 2, 4 d) 1, 4.

2. Aşağıdakı qrafiklərdən hansı xüsusi istilik tutumunun cismin kütləsindən asılılıq qrafikinə uygundur?

Şagirdlər iş vərəqlərini təqdim edirlər. Müzakirədən sonra nəticə çıxarılır və həm qrupları, həm də ayrı-ayrı şagirdləri qiymətləndirirəm. Qiymətləndirmə vərəqini əvvəlcədən cədvəl şəklində çəkirəm. Fərqlənən qruplar və şagirdlər alqışlanır.

Qiymətləndirmə:

Şagirdlərə ev tapşırıgı kimi öyrəndiklərini möhkəmlətmək məqsədi ilə təcrübələri təkrarlamaq, mövzuya uyğun sözlərdən istifadə edərək (kalorimetr, tutum, termometr, Coul, klaqram, temperatur, konveksiya və s.) krossvord qurmaq və iş vərəqlərində testlər tərtib etmək tapşırılır.

Diləfuruz Baxşəlıyeva,

Zəngilan rayon 11 saylı orta məktəbin fizika müəllimi

Əməli yazi nümunələri

(ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, məktub, vəkalətnamə, əmr, etiket, hesabat, referat).

1. Ərizə

Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.

Ərizənin məzmuna görə iki növü vardır:

  • Şikayət xarakteri daşıyan ərizə.
  • Xahiş məqsədilə yazılan ərizə.

Ərizəyə verilən tələblər:

  • Kiməkim tərəfindən yazılır.
  • Məzmun qısa, faktlar konkret olmalıdır.
  • Ərizəçinin öz xətti ilə yazılmalıdır.
  • Sonda imzatarix: il, ay, gün göstərilməlidir.

2. Tərcümeyi-hal

Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.

Tərcümeyi-hala verilən tələblər:

  • Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.
  • Faktlar ardıcıl sadalanmalıdır.
  • Şəxsin öz xətti ilə yazılmalıdır.
  • Sonda imzatarix göstərilməlidir.

3. İzahat

Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.

İzahata verilən tələblər:

  • Kiməkim tərəfindən yazılır.
  • Məzmunu aydın olmalıdır.
  • Şəxsin öz xətti ilə yazılmalıdır.
  • Sonda imzatarix: il, ay, gün göstərilməlidir.

4. Elan

Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.

Elana verilən tələblər:

  • Məzmunu aydın qeyd olunmalıdır.
  • Vaxtı dəqiq göstərilməlidir.
  • Tədbirin keçiriləcəyi yer yazılmalıdır.
  • Tədbirin təşkilatçısı qeyd olunmalıdır.

Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.

  • Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.
  • Reklam — latıncadır: qışqırmaq mənasını verir.
  • Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.
  • Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.

5. Arayış

Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.

Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.

Arayışa verilən tələblər:

  • «Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.
  • Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.
  • Təqdim olunduğu yer göstərilir.
  • Sonda imza və möhür

6. Protokol

Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.

Protokol üç halda yazılır:

  • iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
  • qaydanın pozulmasını bildirmək üçün;
  • dövlətlərarası münasibətlər zamanı yazılır.

Protokola verilən tələblər:

  • Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
  • Təşkilatın adı, tarixvə yer göstərilir.
  • İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
  • Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
  • Sonda sədr və katibin imzası

7. Rəy

Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.

Rəyə verilən tələblər:

  • Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
  • Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.
  • Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.
  • Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.

8. Teleqram

Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:

Teleqrama verilən tələblər:

  • Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.
  • Teleqram yığcamvə aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.
  • Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıcapul hesablanır.

9. Annotasiya

Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.

Annotasiyaya verilənt tələblər:

  • Müəllifin adı və soyadı verilir.
  • Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.
  • Kitabın nə haqda yazıldığı bildirilir.
  • Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.

10. Akt

Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:

  • cinayət aktı — cinayət işi ilə bağlı olur
  • dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar
  • müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu
  • mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.

Akta verilən tələblər:

  • «Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.
  • «Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.
  • Aktı tərtib edənlər göstərilir.
  • Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.
  • Nəticə yazılır.
  • Sonda aktı tərtib edənlərin imzası

11. Məktub

Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.

Məktub aşağıdakı hissələrdən ibarətdir:

  • Müraciət hissəsi — başlıq sayılır.
  • Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.
  • Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.
  • Yekunlaşdırıcı hissə — sonluq.

12. Vəkalətnamə

Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.

Vəkalətnaməyə verilən tələblər:

  • Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.
  • Alınacaq və ya etibar ediləcək malın məzmunuvəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.
  • Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.
  • Vəkalətnamənin verildiyi

13. Əmr

Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.

Əmrə verilən tələblər:

  • Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).
  • Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.
  • Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.
  • Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.

14. Etiket

Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.

15. Hesabat

Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.

Hesabata verilən tələblər:

  • İnandırıcı olmalıdır.
  • Faktlar və rəqəmlər dəqiq verilməlidir.
  • Təkrarlara yol verilməməlidir.
  • İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.
  • Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.

16. Referat

Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.

Referata verilən tələblər:

  • Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.
  • Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)
  • Sonda müəllifin adı, atasının adı, soyadıtarix yazılır.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Töhmət və Təşəkkür necə yazılır?

Paylaşıldı 12:33 by Leyla Bayramova
Töhm ə t v ə t əsə kkür haqqında m ə lumat verin v ə nümun ə l ə r yazın.

«Töhm ə ə r ə b sözü olub, m ə z ə mm ə t, danlaq m ə nalarını verir. Töhm ə t verm ə k – pis ə m ə lin ə gör ə yazılı v ə ya s ifahi sə kild ə c ə za verm ə k (m ə z ə mm ə t etm ə k) anlamında i s l ə dilir. Bu, idar ə , mü ə ssis ə v ə t əs kilatlarda yazılı sə kild ə ə mr kitabçasına, i s çil ə rin sə xsi i s in ə yazılmaqla r ə smil əs dirilir. əs çi ə m ə k funksiyasını tam v ə ya qism ə n yerin ə yetirm ə dikd ə , yaxud keyfiyy ə tsiz yerin ə yetirdikd ə , h ə mçinin mü ə ssis ə daxili intizam qaydalarını pozduqda i sə götür ə n ona töhm ə t v ə ya sonuncu x ə b ə rdarlıqla s idd ə tli töhm ə t ver ə bil ə r.

T əsə kkür “ s ükür” sözünd ə n olub, yax s ı bir igör ə razılıq, minn ə tdarlıq

etm ə k m ə nasındadır . “Töhm ə tnam ə ” v ə “t əsə kkürnam ə ” arxaikl əs mi s sözl ə rdir. ə vv ə ll ə r hökmdarlar bir sə h ə rin valisin ə töhm ə tnam ə v ə ya t əsə kkürnam ə gönd ə r ə rdil ə r. Müasir dövrd ə h ə m töhm ə t, h ə m d ə t əsə kkür mü ə ssis ə r ə hb ə rinin, idar ə r ə isinin v ə nazirin ə mri formasında verilir. Mülki sə xsl ə r is ə v ə zif ə li sə xs ə ( ə lb ə tt ə , töhm ə t ver ə bilm ə zl ə r) m ə ktub sə klind ə t əsə kkürünü bildirir.

Nümun ə l ə r
TÖHM ə T

Mü ə ssis ə nin mühasibi Arif S ə lim o g lu B ə d ə lova 2015-ci ilin maliyy ə – t ə s ə rrüfat f ə aliyy ə tinin yoxlanılmasının n ə tic ə l ə ri il ə a s kar edilmi s v ə zif ə -hüquq pozuntusu il ə ba g lı intizam x ə talarına gör ə ə m ə k M ə c ə ll ə sinin 10-cu madd ə sind ə n ə z ə rd ə tutulan hüquq v ə v ə zif ə l ə r pozuldu g undan sonuncu x ə b ə rdarlıq edilm ə kl ə s idd ə tli töhm ə t verilsin. (M ə s ə l ə ə ssis ə sinin H ə mkarlar T əs kilatının iclasında müzakir ə

olunmu s dur).
«Azprof» MMC-nin direktoru: M.Bayramov
Nümun ə
26 mart 2015-ci il Bakıh ə ri —–

G ə nc aliml ə rin Respublika elmi-n ə z ə ri konfransında mükafata layiq yerl ə r tutduqlarına gör ə universitetin a s a g ıda göst ə ril ə n aspirantlarına t əsə kkür elan edilsin.

Comments are closed, but trackbacks and pingbacks are open.