Hüquqi məlumat
Mətn Mesajlaşması.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
27 Eylül 2015 Pazar
Azərbaycan Dili Kurikulumu
Paylaşıldı 04:17 by Leyla Bayramova
1.4. Fəaliyyət xətləri
Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
Problemin həlli
Mühakiməyürütmə və əsaslandırma
Tədqiqetmə
Tətbiqetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
dinlədiyi sadə fikrə münasibət bildirir;
müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və mimikalardan istifadə edir;
mətndəki yaxınmənalı sözləri izah edir və cümlədə işlədir;
kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri müəyyənləşdirir;
nəzm və nəsri fərqləndirir;
hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, müşahidə xarakterli mətn qurur əməli yazılar yazır;
səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə cümlələri tanıyır və fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə müşayiət edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxınmənalı sözlərin köməyi ilə izah edir.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir.
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi fərqləndirir.
4.1.2. Sözləri hecalara ayırır.
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
II sinif
II sinfin sonunda şagird:
dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır;
müşahidə etdikləri, eşitdikləri, oxuduqları haqqında danışığında, dialoji nitqində situasiyaya uyğun nitq etiketlərindən, jest və mimikalardan istifadə edir;
mətndəki yaxınmənalı və əksmənalı sözləri fərqləndirir, frazeoloji ifadələrin mənasını izah edir;
kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas fikrə münasibət bildirir, mətni hissələrə ayırır, bədii mətni janrlara görə fərqləndirir;
hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır;
sait və samit səsləri fərqləndirir, sözlərin sətirdən-sətrə keçirilməsi, böyük hərflə yazılması qaydalarını tətbiq edir, ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır, onların yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən
istifadə edir, cümləni digər nitq vahidlərindən fərqləndirir, məqsəd və intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu işarələri ilə tamamlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib- anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq jest və mimikalardan istifadə edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir.
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.
4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar) məqamına uyğun tətbiq edir.
4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu işarələri ilə tamamlayır.
III sinif
III sinfin sonunda şagird:
dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir;
müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə edir;
sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;
müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;
hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar yazır;
sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin böyük hərflə yazılmasına dair qaydaları tətbiq edir,
yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir;
qrammatik mənalarına görə sözləri qruplaşdırır;
cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;
məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir.
1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun jest və mimikalardan istifadə edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və sürətlə yazır.
3.1.2. Sadə redaktə işləri aparmaqla mətni köçürür.
3.1.3. Verilmiş mətnin planını tutur və məzmununu yazır.
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, anket, dəvətnamə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir.
4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər) məqamına uyğun tətbiq edir.
4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir.
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir.
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda işlədir.
IV sinif
IV sinfin sonunda şagird:
dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir;
müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə təqdimatlar edir, dialoji mətnlər qurur;
mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir;
müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir, mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;
orfoqrafiya qaydalarına riayət edir, sadə əməli və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;
sadə fonetik təhlil aparır, sözlərin böyük hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır;
cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirməklə yekun rəy bildirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1.Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt və hadisələr haqqında kiçik təqdimatlar edir.
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.
1.2.4. Nitqini canlı və obrazlı etmək məqsədi ilə məzmuna müvafiq jest və mimikalardan istifadə edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.
3. Yazı
Şagird:
3.1. Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən yerində istifadə edir.
3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.
3.1.3. Verilmiş mətni genişləndirərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə fonetik təhlil aparır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar) məqamına uyğun tətbiq edir.
4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir.
4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir.
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir.
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.
V sinif
V sinfin sonunda şagird:
dinlədiyi məlumatlarda əsas fakt və hadisələri müəyyənləşdirir;
dediyi fikri fakt və nümunələrlə əsaslandırır;
lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyənləşdirir;
mətni tələffüz qaydalarına uyğun oxuyur;
mətndəki əsas fikri müəyyənləşdirir;
mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir;
mətnin tərkib hissələrini fərqləndirir;
müxtəlif əməli yazılar (elan, məktub) yazır;
cümlənin məqsəd və intonasiyaya görə növləri, sözün səs tərkibi, semantikası, tərkibi, yaranma üsulları və qrammatik mənasına (ad, əlamət, hərəkət bildirməsi) aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir;
sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin sonunda və dialoqlarda durğu işarələrini tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.
4.1.3. Cümlənin sonunda və dialoqlarda durğu işarələrindən məqsədyönlü istifadə edir.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.
VI sinif
VI sinfin sonunda şagird:
dinlədiyi məlumatları ümumiləşdirir;
problemlə bağlı mülahizələrini bildirir;
mətndəki tanış olmayan sözlərin mənasını şərh edir;
fikir və mülahizələrə münasibət bildirir;
müxtəlif yazı tiplərini (nəqli, təsviri, mühakimə) fərqləndirir;
müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır;
sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir;
müvafiq durğu işarələrindən düzgün istifadə edir və əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi – hal) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
VII sinif
VII sinfin sonunda şagird:
dinlədiyi fikirlərə münasibət bildirir;
mətndəki tanış olmayan sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir;
səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur;
fikir və mülahizələrini əsaslandırır;
plan əsasında mətnlər yazır;
müxtəlif əməli yazılar (teleqram, izahat) yazır;
ümumi qrammatik mənasına görə sözləri, quruluşuna görə cümlələri fərqləndirir;
nitq hissələrinin yazılışı və durğu işarələrindən istifadə qaydalarına əməl edir.
Məzmun xətləri ・ rə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-ruhiyyə və emosiyanı müəyyən edir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Fikrini müxtəlif formalarda ifadə edir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə edir.
1.2.3. Nitqində müxtəlif səs çalarlarından istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir.
2.1.2. Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işləndiyini izah edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir.
2.2.3. Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı formalarında (ifadə, inşa, hekayə) ifadə edir.
3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.
3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlələri quruluşuna görə fərqləndirir.
4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq durğu işarələ-rindən istifadə edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
dinlədiyi fikrin məntiqiliyini əsaslandırır;
müxtəlif mövqeli fikirləri ümumiləşdirir;
mətndəki tanış olmayan söz və ifadələrin mənasını şərh edir;
hissələri arasında əlaqələri gözləməklə mətni oxuyur;
mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir;
müxtəlif tipli (nəqli, təsviri, mühakimə) yazılar yazır;
müxtəlif əməli yazılar (arayış, protokol) yazır;
sözün sintaktik vəzifəsini və sadə cümlənin növünü müəyyənləşdirir;
cümlədə durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahi-zələrini dəqiqləşdirir.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən isti-fadə edir.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.
IX sinif
IX sinfin sonunda şagird:
dinlədiyi fikirlərə münasibət bildirir və onları ümumiləşdirilmiş şəkildə təqdim edir;
tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
mətni müvafiq intonasiya ilə oxuyur;
irəli sürülmüş əsas fikirləri dəyərləndirir;
müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılar yazır, təkmilləşdirir;
müxtəlif əməli yazılar (hesabat, akt) yazır;
sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir, mürəkkəb cümlənin növlərini müəyyənləşdirir;
mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir;
orfoqrafiya və düzgün yazı qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli suallar verir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər qurur.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.
1.2.3.Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini (pauza, jest, mimika) uzlaşdırır.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə uyğun dəqiq-ləşdirməklə şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini
3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər yazır.
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsas-landırır.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə özünün və başqasının yazısını təkmilləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.
4.1.2. Sözlərin və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir.
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir.
X sinif
X sinfin sonunda şagird:
dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir;
müxtəlif mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır;
mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir;
mətni ədəbi dil normalarına uyğun oxuyur;
mətni tezislər və xülasə şəklində ifadə edir;
müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazır;
müxtəlif əməli yazılar (rəy, məruzə) yazır;
sözlərdən və cümlələrdən ədəbi dil normalarına uyğun istifadə edir;
mətnin tərtibat formasını nəzərə almaqla durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri dəyərləndirir.
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi nöqsanları müəyyən edir.
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. İfadə edəcəyi fikrə uyğun üslub seçir.
1.2.2. Müfəssəl faktlardan, əyani vəsaitlərdən, müvafiq KİV-dən istifadə etməklə fikrini əsaslandırır.
1.2.3. Fakt və sitatlardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.4. Müzakirələrdə söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazır-layır.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.
2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnin üslubunu müəyyənləşdirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətni ədəbi dilin normalarına uyğun oxuyur.
2.2.2. Mətnin hissələrini tezislər şəklində ifadə edir.
2.2.3. Mətnin məzmununu xülasə şəklində ifadə edir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun üslub seçir.
3.1.2. Mövzu ilə bağlı müxtəlif mülahizələri müqayisə etməklə mətni formalaşdı-rır.
3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.
4.1.2. Sözün qrammatik-məna xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına riayət edir.
4.1.3. Müxtəlif cümlə konstruksiyalarında durğu işarələrindən istifadə edir.
4.1.4. Mətnin tərtibatı zamanı müxtəlif yazılış formalarından istifadə edir.
XI sinif
XI sinfin sonunda şagird:
dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir;
fikrini müxtəlif üslublarda ifadə edir və əsaslandırılmış təqdimatlar hazırlayır;
söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir, müxtəlif üslublu mətnləri düzgün oxuyur;
mətnin məzmununa əlavələr etməklə genişləndirir;
fərqli yanaşmalara və şəxsi düşüncələrə əsaslanan müxtəlif üslublu mətnlər yazır, təkmilləşdirir;
müxtəlif əməli yazılar (referat, təqdimat) yazır;
sözlərdən və müxtəlif cümlə konstruksiyalarından üslubi imkanlarına görə istifadə edir;
yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri dəyərləndirir.
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatları təhlil edir.
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Fikrini müxtəlif üslublarda ifadə edir.
1.2.2. Əsaslandırılmış fikir və mülahizələr söyləyir.
1.2.3. Yardımçı vasitələrdən istifadə etməklə müxtəlif nitq nümunələri qurur.
1.2.4. Problemlə bağlı fakt və dəlillərlə əsaslandırılmış təqdimatlar edir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir.
2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Üslubiüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.
2.2.2. Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir.
2.2.3. Mətni məzmunununa əlavələr etməklə genişləndirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Üslubi xüsusiyyətləri gözləməklə müxtəlif mətnlər yazır.
3.1.2. Müxtəlif yanaşmalara və şəxsi düşüncələrə istinadən əsaslandırılmış mətnlər qurur.
3.1.3. Mətni üslubi və struktur cəhətdən təkmilləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Müxtəlif cümlə konstruksiyalarından məqsədyönlü istifadə edir.
4.1.2. Qrammatik-semantik xüsusiyyətlərini gözləməklə sözlərdən üslubi imkanlarına görə istifadə edir.
Hüquqi məlumat
Hazırki İstifadə Şərtləri (“Şərtlər”) Amsterdam+ Ticarət Palatasında 69453632 qeydiyyat nomrəsi ilə Niderlandda yaradılmış və baş ofisi Schiphol Boulevard 291, 1118 BH Schiphol, Niderland ünvanında yerləşən, məhdud məsuliyyətli özəl şirkət olan Uber ML B.V. və Rusiya Federasiyası ərazisində “Yandex.Taksi” MMC tərəfindən Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Azərbaycan Respublikasından (birgə – “Uber”) olan fiziki şəxslər qismində çıxış edən sizlər üçün mümkün edilən tətbiq proqramları, vebsaytlar, məzmun, məhsullar və xidmətlərdən (“Xidmətlər”) istifadə etməyi və onlara çıxış almağı müəyyən edir.
ZƏHMƏT OLMASA, XİDMƏTLƏRƏ ÇIXIŞ ALMADAN VƏ ONLARDAN İSTİFADƏDƏN ƏVVƏL BU ŞƏRTLƏRİ DİQQƏTLƏ OXUYUN.
Xidmətlərə çıxışınız və onlardan istifadəniz siz və Uber arasında müqavilə münasibətlərini təyin edən bu Şərtlərlə razılaşmanızı təsdiq edir. Bu Şərtlərlə razı olmadığınız halda, Xidmətlərə çıxış ala və onlardan istifadə edə bilməyəcəksiniz. Hazırki Şərtlər sizinlə bağlanan əvvəlki bütün razılaşmalar və ya müqavilələri açıq şəkildə əvəz edir. Uber istənilən zaman istənilən səbəbdən bu Şərtləri və ya sizinlə bağlı hər hansı Xidmətləri dərhal dayandıra və ya ümumilikdə Xidmətlər və ya onların hər hansı hissəsini təklif etməkdən imtina edə və ya onlara çıxışın qarşısını ala bilər.
Müəyyən Xidmətlərə xüsusi hal barəsində siyasət, reklam xarakterli fəaliyyət və tədbirlər kimi əlavə şərtlər tətbiq edilə bilər; bu halda, müvafiq Xidmətlərlə bağlı belə əlavə şərtlər sizə açıqlanacaqdır. Əlavə şərtlər müvafiq Xidmətlərin təqdim edilməsi üzrə Şərtlərə əlavədir və hazırki şərtlərin bir hissəsi hesab edilməlidir. Müvafiq xidmətlər barəsində hər hansı ziddiyyət yarandıqda Əlavə şərtlər hazırki Şərtlərdən üstün qüvvəyə malikdir.
Uber vaxtaşırı olaraq təqdim olunan Xidmətlərlə bağlı Şərtləri dəyişə bilər. Dəyişikliklər Uber tərəfindən bu cür yenilənmiş Şərtlərin və ya daxil edilmiş düzəlişlərlə siyasətin və ya müvafiq xidmətlərin təqdim edilməsi üzrə əlavə şərtlərin burada dərc edilməsi anından qüvvəyə minəcək. Sizin xidmətlərə daimi çıxışınız və ya onlardan istifadə belə dərcdən sonra yeni Şərtlərlə razılaşmanızı təsdiq edəcək.
Rusiya federasiyası ərazisində göstərilən xidmətlərlə bağlı şəxsi məlumatı toplama və ondan istifadə etmə internet şəbəkəsində https://yandex.ru/legal/confidential ünvanında yerləşən “Yandex” MMC-nin Məxfilik Siyasətinə müvafiq həyata keçirilir, Belarus Respublikası, Qazaxıstan Respublikası və Azərbaycan Respublikası ərazisində Uber ML B.V.,-nin https://support-uber.com/ppRU ünvanında yerləşən Məxfilik Siyasətinə müvafiq həyata keçirilir. Siz və KənarTəchizatçıKənar təchizatçı (nəqliyyat şirkətinin sürücüsü daxil olmaqla) cəlb edilməsi ilə baş verən bədbəxt hadisə daxil olmaqla, şikayət, mübahisə və ya münaqişə olduqda və müvafiq məlumat şikayət, mübahisə və ya münaqişənin həlli üçün vacib olduqda Uber iddiaçının vəkili və ya sığortaçını bütün lazımi məlumatla təmin edə bilər (əlaqə məlumatınız daxil olmaqla).
Xidmətlərdən istifadə edərkən və Sizə xidmətlərin göstərilməsi məqsədləri üçün Siz sərhəd-keçmə transferi, KənarTəchizatçıKənar təchiztçılara və Uber ilə əlaqədar şəxslərə , eləcə də aşağıda qeyd olunan şəxslərə sizin şəxsi məlumatlarınızın ötürülməsini Uber şirkətinə icazə verirsinizn:
Uber B.V. Amsterdam Ticarət Palatasında 56317441 qeydiyyat nomrəsi ilə Niderlandda təsis edilmiş və baş ofisi Mr. Treublaan 7, 1097 DP, Amsterdam, Niderland ünvanında yerləşən məhdud məsuliyyətli özəl şirkətdir:
Bu məlumatlara dair məxfilik tələblərinə riayət etməklə Uber-in tapşırığı ilə i məlumatlarınızı toplayır və emal edir;
sizə Xidmətlər göstərilməsinin məqsədləri üçün Uber şəxsi məlumatlarınızın bir qismini bu şirkətdən alır (əgər sizinlə razılıq əsasında belə bir məlumat Uber B.V. tərəfindən öncə toplanmışdırsa);
təqdim etdiyi Xidmətlərin keyfiyyətini bu cür məlumatın təhlili və araşdırılması yolu ilə yaxşılaşdırmaq məqsədilə Uber şəxsi məlumatlarınızın bir qismini həmin şirkətə təqdim edir.
2. Xidmətlər
Xidmətlər, onların bir hissəsi kimi qəbul olunmuş Uber mobil tətbiq proqramları və ya vebsaytları (hər biri ayrılıqda “Tətbiq Proqramı”) istifadəçilərinə daşınma və/və ya təchizat xidmətlərinin bu cür xidmətlərin müstəqil kənar təchizatçılarKənarTəchizatçı, eləcə də Uber və ya müəyyən Uber filiallarının müqavilə bağladığı müstəqil KənarTəchizatçıTəchizatçılarınəqliyyat şirkətləri və müstəqil kənar təchizatçılar KənarTəchizatçı (“KənarTəchizatçıKənar təchizatçılar”) ilə pulsuz təşkil edilməsi və planlaşdırılması imkanını verən texnoloji platformadır. Uber tərəfindən ayrıca yazılı müqavilədə razılaşdırılmadığı halda, Xidmətlər yalnız sizin şəxsi, qeyri-ticari istifadəniz üçün mümkün edilir. SİZ QƏBUL EDİRSİNİZ Kİ, UBER DAŞINMA VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ TƏMİN ETMİR VƏ YA NƏQLİYYAT ŞİRKƏTİ KİMİ FƏALİYYƏT GÖSTƏRMİR VƏ BÜTÜN BU CÜR DAŞINMA VƏ TƏCHİZAT XİDMƏTLƏRİ UBER VƏ YA ONUN HƏR HANSI FİLİALLI İLƏ ƏMƏK MÜQAVİLƏSİ OLMAYAN MÜSTƏQİL KƏNAR PODRATÇILARI TƏRƏFİNDƏN TƏMİN EDİLİR. XİDMƏTLƏR VƏ YA MƏHSULLARIN ƏLDƏ OLUNMASI İLƏ BAĞLI SİZİNLƏ KƏNAR TƏCHİZATÇILAR ARASINDA MÜNASİBƏTLƏR SİZİNLƏ KƏNAR TƏCHİZATÇILAR ARASINDA QƏBUL OLUNAN MÜVAFİQ RAZILAŞMALAR İLƏ TƏNZİMLƏNİR VƏ UBER BU RAZILAŞMALARDA TƏRƏF QİSMİNDƏ ÇİXİŞ ETMİR.
Lisenziya.
Sizin bu Şərtlərə əməl etməniz şərtləri ilə Uber sizə aşağıdakılar üçün qeyri-eksklyuziv, ötürülə bilməyən, alt-lisenziya yaradıla bilməyən, başqalarına keçirilə bilməyən lisenziya verir: (i) yalnız Xidmətlərdən istifadəniz məqsədilə Tətbiq Proqramlarını şəxsi cihazınızda açmaq və onlardan istifadə etmək; və (ii) Xidmətlər vasitəsilə mümkün edilə bilən hər hansı məzmun, məlumat və ya əlaqədar materiallara çıxış və onlardan istifadə (hər bir halda yalnız şəxsi və qeyri-ticari istifadə üçün). Burada xüsusilə təmin edilməyən bütün hüquqlar Uber və Uber lisenziyaçılarına aid olaraq qalır.
Məhdudiyyətlər.
Sizin aşağıdakıları etmək hüququnuz yoxdur: (i) Xidmətlərin hər hansı hissəsindən müəllif hüququ, ticarət nişanı və ya başqa mülkiyyət qeydlərini silmək; (ii) Uber tərəfindən xüsusi icazə verilmədiyi hallarda Xidmətləri təkrar təmin etmək, dəyişmək, onlara əsasən ayrıca iş hazırlamaq, yaymaq, lisenziya vermək, lizinqlə vermək, satmaq, təkrar satmaq, ötürmək, açıqlamaq, açıq şəkildə icra etmək, paylamaq, yayımlamaq və ya başqa cür istismar etmək; (iii) müvafiq qanunla icazə verilmədiyi halda Xidmətlərin mənbə kodunu açmaq, pozmaq və ya sökmək; (iv) Xidmətlərin hər hansı hissəsinə çıxış təqdim etmək, əks etdirmək və ya çərçivələmək; (v) Xidmətlərin hər hansı hissəsinin kəsilməsi, indekslənməsi, sorğulanması və ya təhlili məqsədilə hər hansı proqram və ya sxem yaratmaq və ya yaradılmasına səbəb olmaq və ya Xidmətlərin hər hansı hissəsinin əməliyyatı və/və ya funksionallığını dayandırmaq və ya ləngitmək; və ya (vi) Xidmətlərin hər hansı hissəsi və ya onlarla bağlı sistem və ya şəbəkələrə səlahiyyətsiz çıxış cəhdi etmək.
Xidmətlərin Təminatı.
Siz qəbul edirsiniz ki, Xidmətin müxtəlif hissələrinə giriş Uber şirkətinin o cümlədən https://support-uber.com/tariff saytında göstərilən müxtəlif brendləri ilə və ya daşıma və ya logistika ilə bağlı sorğu variantları ilə təqdim edilə bilər. Siz eyni zamanda qəbul edirsiniz ki, Xidmətlər həmin brendlərə və ya sorğu parametrlərinə əsasən aşağıdakılarla əlaqədar və ya onlarla bağlı təmin edilə bilər: (i) Uber-in ayrı-ayrı törəmə şirkətləri və affilyasiya olunmuş şəxsləri; və ya (ii) müsqətil KənarTəchizatçıkənar təchiztçıları, o cümlədən, nəqliyyat şirkətinin sürücüləri, daşınma çarteri icazəsi olanlar və ya bənzər daşınma icazələri, səlahiyyətləri və ya lisenziyaları olanlar.
Kənar təchizatçıların KənarXidmətləri və Məzmun.
Xidmətlər Uber tərəfindən idarə edilməyən kənar təchizatçılarKənar tərəfindən xidmətlər və məzmun (reklam daxil olmaqla) ilə bağlı əlçatan ola və ya əldə edilə bilər. Siz qəbul edirsiniz ki, fərqli xidmət şərtləri və məxfilik siyasəti sizin Kənarkənar təchizatçıların xidmətləri və məzmunundan istifadənizə tətbiq edilə bilər. Uber belə kənar təchizatçılarınKənar xidmətləri və məzmununu təsdiq etmir və heç bir halda Uber belə kənar təchizatçıların Kənar Təchizatçı Təchizatçıların məhsulları və xidmətləri üçün məsuliyyət daşımamalıdır. Bundan əlavə Apple Inc., Google, Inc., Microsoft Corporation və ya BlackBerry Limited şirkətləri və/və ya onların müvafiq beynəlxalq nümayəndə və filialları sizin Apple iOS, Android, Microsoft Windows və ya Blackberry mobil cihazları üçün hazırlanmış Tətbiq Proqramlarından istifadə edərək Xidmətlərə çıxışınız zamanı bu müqavilənin Kənar benefisiarları olacaqdır. Həmin Kənarkənar benefisiarlar bu müqavilənin tərəfləri deyil və heç bir halda Xidmətlərin təminatı və ya dəstəyi üçün məsuliyyət daşımır. Sizin bu cihazlar vasitəsilə Xidmətlərə çıxışınız müvafiq Kənarkənar benefisiarlarının xidmət şərtlərində qeyd edilmiş şərtlərlə idarə edilir.
Mülkiyyət forması
Xidmətlər və hazırki sənəddə qeyd edilən bütün hüquqlar Uber şirkətinin və ya Uber lisenziyaçılarının mülkiyyətidir və mülkiyyəti olaraq qalmalıdır. Nə bu Şərtlər, nə də sizin Xidmətlərdən istifadəniz sizə aşağıdakı hüquqları vermir: (i) yuxarıda qeyd edilən məhdud lisenziyadakı hüquqlardan başqa Xidmətlər və onlarla bağlı hüquqlar; və ya (ii) Uber və ya Uber lisenziyaçılarının hüquqi adları, loqoları, məhsul və xidmət adları, ticarət nişanları və ya xidmət nişanlarından istifadə etmək və ya onlara istinad etmək hüququ.
3. Sizin Xidmətlərdən İstifadəniz
İstifadəçilərin Hesabları.
Xidmətlərin əksər imkanlarından istifadə etmək üçün siz Xidmətlər üçün aktiv şəxsi istifadəçi hesabı yaratmalı və qeydiyyatdan keçməlisiniz (“Hesab”). Hesab açmaq üçün sizin 18 yaşınız və ya qanunvericiliyinizə əsasən yetkinlik yaşınız (18 yaş olmadığı halda)olmalıdır.Uber şirkətində qeydiyyatdan keçərkən aşağıdakı şəxsi məlumatları təqdim etməlisiniz: mobil telefon nömrəsi. Tətbiqin əlavə imkanlarından istifadə etmək üçün etibarlı ödəniş metodlarından birinin göstərilməsi tələb olunacaq: bank kartı və ya səlahiyyətli ödəniş xidmətinin məlumatları. Gediş barədə hesabatlar əldə etmək üçün e-poçt adresinizi də təqdim etməlisiniz. Siz Hesabınızda dəqiq, tam və yenilənmiş məlumatı qeyd etməyə razılaşırsınız. Siz Hesabınızda yanlış və ya etibarsız ödəniş metodu daxil olmaqla, dəqiq, tam və yenilənmiş məlumatı qeyd etmədikdə, bu, sizin Xidmətlərə çıxışınız və onlardan istifadənizi mümkün etməyə və ya Uber ilə aranızda bağlanmış bu Müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Siz Hesabınızda baş verən bütün əməliyyatlara görəməsuliyyət daşıyırsınız və Hesabınızın istifadəçi adı və şifrənizi həmişə qorumaq və təhlükəsizlikdə saxlamağa razılaşırsınız. Uber tərəfindən yazılı icazə verilidyi hallar istisna olunmaqla, siz yalnız bir Hesab yarada bilərsiniz.
Stifadəçiyə və onun davranışına qarşı tələblər
18 yaşına çatmamış şəxslər Xidmətdən istifadə edə bilməz. Siz üçüncü şəxslərə Hesabınızdan istifadə etmək icazəsini verə bilməzsiniz və 18 yaşı tamam olmamış şəxslərə Kənar Təchizatçılarından daşınma və ya təchizat xidmətləri almağa imkan verməməlisiniz (tərəfinizdən müşayiət edilmədikdə). Hesabınızı hər hansı başqa fiziki və ya hüquqi şəxsə ötürə bilməzsiniz. Siz Xidmətlərdən istifadə edən zaman bütün müvafiq qanunlara əməl etməyə və Xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə etməyə (məsələn, qanunsuz və ya təhlükəli materialların daşınması üçün deyil) razısınız. Siz Xidmətlərdən istifadə edən zaman hər hansı Kənar TəchizatçınıTəchizatçı narahat etməyəcək, ona çətinliklər yaratmayacaq və ya mülkiyyətinin zədələnməsinə səbəb olmayacaqsınız. Müəyyən mərhələlərdə sizdən Xidmətlərə çıxış almaq və onlardan istifadə etmək üçün şəxsiyyətinizi təsdiq etmək tələb edilə bilər və siz şəxsiyyətinizi təsdiq etməkdən imtina etdikdə, Xidmətlərə keçid almaq və ya onlardan istifadə etmək müraciətiniz qəbul olunmaya bilər.
Mətn Mesajlaşması.
Hesab yaratmaqla siz Xidmətlərdən istifadənizin normal iş fəaliyyətinin bir hissəsi kimi Xidmətlərin sizə mətn mesajları (SMS/email) göndərə biləcəyinə razılıq verirsiniz. Siz həmçinin Uber və onun filiallarından reklamlar da bura daxil mesajlar almaq razılığını verirsiniz. Siz istənilən zaman dəstək xidmətinə müraciət göndərməklə və mobil nömrənizi (mesajları qəbul edən nömrəniz) və daha bu cür mesajlar almaq istəmədiyinizi qeyd edərək belə mesajları almaqdan imtina edə bilərsiniz. Siz qəbul edirsiniz ki, mətn mesajlarından (SMS/email) imtina etmək Xidmətlərdən istifadənizə təsir edə bilər.
Promo- Kodlar.
Uber şirkəti şəxsi mülahizəsinə görə promo-kodlar yarada bilər ki, onlar Hesabın balansına daxil edilməklə istifadə edilə bilər, Uber şirkətinin promo-kodlar (“Promo-kodlar”) barəsində müəyyən etdiyi istənilən əlavə şərtlərə əsasən başqa funksiyaları təmin edə və ya kənar təchizatçıların Xidməti/Xidmətlərilə bağlı hər hansı fayda verə bilərlər. Təchizatçı Siz Təşviqat Kodları ilə bağlı aşağıdakılarla razılaşırsınız: (i) onlar müəyyən auditoriya və məqsədlər üçün və qanuni şəkildə istifadə edilməlidir; (ii) Uber tərəfindən xüsusi icazə verilmədikdə onlar təkrarlana, satıla və ya ötürülə bilməz və ya ictimaiyyətə açıqlana (dərc edilmiş halda olub olmamasından asılı olmayaraq) bilməz; (iii) Uber tərəfindən istənilən zaman istənilən səbəbdən qeyri-aktiv edilə bilər və Uber buna görə öhdəlik daşımayacaq; (iv) yalnız Uber-in belə Təşviqat Kodu üçün təsbit etdiyi xüsusi şərtlərə əməl etməklə istifadə oluna bilər; (v) nağd pula dəyişdirilə bilməz; və (vi) siz onları istifadə etmədən əvvəl istifadə müddəti bitə bilər.
Ödənişli təqdim edilmə
sizin olduğunuz yerdə əlçatan nəqliyyat vasitəsi olmadıqda, sizə əlavə ödəniş qarşılığında (“Ödənişli təqdim etmə haqqında Təklif”) daha uzaq yerdən nəqliyyat vasitəsindən istifadəylə daşınma Xidmətini sifariş etməyi təklif edilə bilər. Siz öz mülahizənizə görə mobil proqramda müvafiq düyməni basaraq ödənişli təqdim edilmə haqqında Təklifi qəbul edə və ya ondan imtina edə bilərsiniz. Əgər siz ödənişli təqdim edilmə haqqında Təklifi qəbul edirsinizsə, ödənişli təqdim edilmə haqqında Təklifin qiyməti daşınma Xidmətinin qiymətinə əlavə ediləcək və müvafiq nəqliyyat vasitəsinin faktiki yeri və sizin yeriniz arasında məsafə (1) və müvafiq nəqliyyat vasitəsinin faktiki yerindən və sizin olduğunuz yerə gəlmək üçün lazım olan (2) vaxt əsasında hesablanacaq. Əgər Siz ödənişli təqdim edilmə haqqında Təklifin qəbulundan beş (5) dəqiqə və ya daha gec sifarişi ləğv etmək qərarına gəlsəniz (gecikmiş ləğvolunma), sizdən ödənişli təqdim edilmə Təklifinin tam dəyəri çıxılacaq (bank kartı ilə ödənən daşınma üzrə Xidmətlərdə tətbiq edilir)
Azərbaycan respublikasının ərazisində referal istifadəçilər üçün proqram.
Azərbaycan respublikasının ərazisində Xidmətlərin istifadəçiləri üçün referal proqram https://support-uber.com/az_az/doc/refferal-program-baku ünvanında yerləşdirilib.
İstifadəçi Tərəfindən təqdim edilən məzmun.
Uber öz müstəqil qərarı ilə vaxtaşırı olaraq sizə Xidmətlər vasitəsilə mətni, səsli və/və ya vizual məzmun və ya məlumatı, eləcə də Xidmətlərlə bağlı şərh və rəylərinizi, dəstək sorğularınız və müsabiqə və təşviqatlar üçün məlumatınızı Uber-ə göndərmək, saytına yükləmək və ya dərc etmək icazəsi verə bilər (“İstifadəçi Məzmunu”). Sizin tərəfinizdən təmin edilən istənilən İstifadəçi Məzmunu sizin mülkiyyətiniz olaraq qalır. Buna baxmayaraq, İstifadəçi Məzmununu Uber-ə təqdim etməklə siz Uber-ə və onun filiallarına əvvəlcədən xəbərdarlıq etmədən və ya sizin razılığınızı almadan və sizə və ya hər hansı başqa fiziki və ya hüquqi şəxsə heç bir ödəniş etmədən bu cür İstifadəçi Məzmununu məlum olan və ya sonradan işlənib-hazırlanmış bütün format və yayım kanallarında (Xidmətlər və Uber-in biznesi ilə bağlı, eləcə də Kənar saytlar və xidmətlərlə bağlı) istifadə etmək, nüsxələmək, dəyişmək, törəmə məhsullar yaratmaq, yaymaq, açıqlamaq, icra etmək və ya istismara buraxmaq hüququ ilə, bununla yanaşı müəllif və hüquq sahiblərinin adını çəkmədən, ilk dəfə Uber tərəfindən həmin İstifadəçi Məzmununu ictimaiyyətə açıq etmək hüququ ilə, həmçinin bu İstifadəçi Məzmununu əqli fəaliyyətin digər nəticələrinə daxil etmək ya da bədii dəyərindən asılı olmayaraq əqli fəaliyyətin digər nəticələri ilə əlaqədar onu istifadə etmək hüququ ilə ümumdünya miqyaslı, həmişəlik, geri alınmayan, pulsuz, başqalarına ötürülə bilən icazə/lisenziya verirsiniz.
Siz burada təsdiq edir və zəmanət verirsiniz ki: (i) siz ya bütün İstifadəçi Məzmununun tək və müstəsna sahibisiniz, ya da Uber-ə yuxarıda qeyd edilən İstifadəçi Məzmununun istifadəsi üçün lisenziya verməklə bağlı bütün hüquq, lisenziya, razılıq və buraxılışlara maliksiniz; və (ii) nə İstifadəçi Məzmununun özü, nə də sizin bu cür İstifadəçi Məzmununu göndərməniz, yükləməniz, dərc etməniz və ya mümkün etməniz, nə də Uber-in və ya onun filialları tərəfindən burada icazə verilən şəkildə İstifadəçi Məzmunundan istifadəsi üçüncü şəxslərin mülkiyyət hüquqlarını, məxfilik və ya ictimailik hüquqlarını pozmayacaq və ya müvafiq qanun və ya qaydaların pozulması ilə nəticələnməyəcək.
Siz Uber-in müstəqil qərarı ilə bu cür qəbul edilən hörmətdən salan, şər atan, nifrətoyadıcı, zorakı, nəlayiq, pornoqrafik, qeyri-qanuni və ya təhqiredici İstifadəçi Məzmununu təmin etməyəcəyinizlə razılaşırsınız (bu cür məlumatın təqdim edilməsi qanunla qorunub qorunmamasından asılı olmayaraq). Uber öz müstəqil qərarı ilə istənilən zaman və istənilən səbəbdən, sizi məlumatlandırmadan İstifadəçi Məzmununa baxa, yoxlaya və silə bilər (lakin bunu etmək üçün məcburiyyət öhdəliyini daşımayacaq).
Şəbəkəyə Çıxış və qurğular.
Siz Xidmətlərdən istifadə etmək üçün məlumat şəbəkəsinə çıxış əldə etmək üçün məsuliyyət daşıyırsınız. Naqilsiz cihaz vasitəsilə Xidmətlərə çıxdığınızda və onlardan istifadə etdiyinizdə sizin mobil şəbəkə Təchizatçınız məlumatların ötürülməsi və mesajlaşma üçün əlavə xərclər tətbiq edə bilər və siz bu tariflərin ödənilməsinə məsuliyyət daşımalısınız. Siz Xidmətlər və Tətbiq Proqramlarına çıxış almaq və onlardan istifadə etmək üçün lazım olan müvafiq cihaz və avadanlıqları əldə etmək və onları yeniləmək üçün məsuliyyət daşıyırsınız. Uber Xidmətlərin və ya onların hər hansı hissəsinin bu cür avadanlıq və cihazlarda işləməsinə zəmanət vermir. Bundan əlavə, İnternet və elektron kommunikasiyaların istifadəsi səbəbindən Xidmətlərdə nasazlıq və gecikmələr ola bilər.
Müxtəlif xidmət növləri
Çatdırılma xidmətinin sifarişi zamanı (əgər belə xidmət ölkədə əlçatandırsa) Siz aşağıdakılarla razılaşırsınız:
1. Çatdırılma xidmətinin sifarişi zamanı, Siz bilavasitə xidmət Partnyoruyla müvafiq çatdırılma müqaviləsi imzalayırsınız. Uber xidmət Partnyorunun öz öhdəliklərinin icrasının həcmi, keyfiyyəti və müddətlərinə görə Sizin qarşınızda məsuliyyət daşımır.
2. Siz növbəti əşyaları çatdırmamağı öhdənizə götürürsünüz:
döyüş odlu silahı, mülki və xidməti silah, döyüş sursatları, onlara ehtiyat hissələri və komplektləşdiriciləri, idman yayları və arbaletlər, işıq, tüstü və səs siqnalları ötürülməsi üçün silahları, elektrik silahı, elektroşok qurğuları və qığılcım elektrik boşaldıcıları, zərbəyə davamlı, batan-kəsən təsirə malik olan soyuq odlu silah, mühasirə alətləri, kastetlər, surikenlər, bumeranqlar və başqa əşyalar, hər hansı məqsədlə istiadə olunan xüsusi texniki vasitələr istisna olmaqla idman sursatları və onlar üçün komplektləşdirənlər;
narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları və alternativləri;
nüvə materialları, radioaktiv, güclü təsirli, dağıdıcı, partlayıcı və tez alovlanan maddələr, partlayıcı maddələr, pirotexnika maddələri və onların tətbiq məhsulları və digər təhlükəli maddələr;
zəhərlər, zəhərli heyvanlar, zəhərli maddələr və zəhərli bitkilərin toxumları;
milli məzənnə və xarici valyuta;
konstitusiya quruluşunun, dövlətin bütövlüyünün zorakı yolla dəyişməsinin, dövlət təhlükəsizliyinin pozulmasının təbliğatı, müharibələr, sosial, irqi, milli, dini, sinif və nəsil üstünlüyü, qəddarlıq, zorakılıq və pornoqrafiya kultu tərkibli çap məhsulları, təsviri materiallar, kino-, foto-, audio-, və videomateriallar;
xüsusi qablaşdırması olmayan tez xarab olan məhsullar;
tez xarab olan qida məhsulları (Azərbaycan Respublikasının ərazisində şəhərlər arasında xidmətlərin göstərilməsi zamanı istifadə olunur);
öz xarakterinə və ya qablaşdırmasına görə insanlar üçün təhlükə kəsb edə biləcək, digər yükləri, insanları və ya predmetləri çirkləndirə və ya (zədələyə) korlaya bilən əşyalar və maddələr;
heyvanlar və bitkilər, bioloji materiallar;
qida məhsulları da daxil olmaqla xüsusi olaraq təchiz edilmiş nəqliyyat vasitələrində daşınma tələb edən predmetlər;
açıq tarada mayelər;
ölçü məbləğinin (xüsusi şərtləndirilmiş hallardan başqa) cəmi uzunluğu, eni (rulonun əsasında iki diametrə və ya oxu üzrə) və hündürlüyü 150 sm ötən iriqabaritli əşyalar, uzunluğu 150 santimetrdən yuxarı olan uzun predmetlər; ötürülən əşyaların çəkisi 20 kq çox ola bilməz;Xidmətin Partnyorunun piyada nümayəndəsi tərəfindən çatdırılma xidmətinin sifarişi zamanı ötürülən əşyaların (en, uzunluq, hündürlük) ölçüsü 50x50x50 sm ötməməlidir; ötürülən əşyaların çəkisi 10 kq ötməməlidir qablaşdırmasız kövrək detallar;
çatdırılma xidmətinin sifarişi ərazisində qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış istənilən başqa predmetlər.
əvvəlcədən haqqı ödənməmiş mal.
Servisin partnyorları poçt/kuryer əlaqəsi xidməti göstərmirlər və poçt göndərişlərinin (ünvanlı yazı korrespondensiyası, poçt bağlamaları, konteynerləri, müvfiq qablaşdırmada çap məhsulları) çatdırılmasını qəbul etmirlər.
Xidmətin partnyorları çatdırılma barəsində başqa məhdudiyyətləri müəyyən edə bilərlər.
Xidmətin Partnyorunun nümayəndəsi (sürücü) yükün İstifadəçi tərəfindən ötürülən yükün tərkibinə çıxışa malik deyil və tərkibin qanunvericilik tələblərinə uyğunluğuna görə hüquqi məsuliyyət daşımır. Kuryer çatdırılması xidmətlərinin göstərilməsi çərçivəsində Xidmətin Partnyorunun nümayəndəsi (sürücü) taradaxili tərkibin yoxlanması aparılmadan yerlərin sayı üzrə yükü qəbul edir.
İstifadəçi tanış olub, təsdiq edir ki, çatdırılmaya ötürülən əşyalara yuxarıda göstərilən tələblərə riayət olunmaması zamanı, Xidmətin partnyorları tərəfindən kuryer çatdırılması üzrə xidmətlərin göstərilməsi prosesində ola biləcək bütün neqativ nəticələrə görə o tək məsuliyyət daşıyır. Bu zaman Xidmətin partnyoru Xidmətin partnyoru / Xidmətin partnyorunun nümayəndələri tərəfindən ötürülməsinə icazə verilməyən əşyaların aşkar etməsi zamanı kuryer çatdırılması üzrə xidmətin göstərilməsində İstifadəçiyə imtina etmək hüququna malikdir.
4. Ödəniş
Siz dərk edirsiniz ki, Xidmətlərdən istifadə sizin Kənar TəchizatçıTəchizatçılarınTəchizatçılardan qəbul etdiyiniz xidmət və ya məhsullar üçün əlavə xərclərə səbəb ola bilər (“Yığımlar”). Ödənişin qəbul edilməsi bu məqsədlə cəlb olunan üçüncü şəxslərtərəfindən həyata keçirilə bilər. Qanun tələb edərsə, kassa qəbz istifadəçinin qeydiyyatdan keçdiyi abunə nömrəsinə mobil proqram vasitəsi ilə göndərilir və mobil proqramdaadəçiyə təqdim olunur. Xərclərin bu yolla ödənilməsi birbaşa sizin Kənar TəchizatçıyaTəchizatçıödəniş etməniz kimi qəbul ediləcək. Qanunla tələb edildiyi halda Yığımlara müvafiq vergilər daxil olunacaq.
Bütün Tutulmalar dərhal ödənilməlidir; Ödəniş hesabınızda göstərilən üstün tutulan ödəmə üsulu ilə həyata keçiriləcək və müvafiq hesabat elektron poçtla göndəriləcəkdir. Hesabda göstərilən əsas ödəniş metodunuz hər hansı digər səbəbdən müddəti keçmiş, etibarsız və ya istifadəyə yararsız olarsa, Hesabınızda göstərilmiş ikinciödəmə metodundan istifadə etməyi qəbul edirsiniz.
Müəyyən coğrafi ərazilərdə tətbiq olunan Yığımlar Kənar TəchizatçıTəchizatçıların xidmət və məhsullarına yüksək tələbat olan dövrlərdə əhəmiyyətli dərəcədə arta bilər. Siz istənilən vaxt Kənar TəchizatçıTəchizatçıların xidmət və ya məhsullarına müraciəti/sorğunu bu Kənar Təchizatçının gəlişindən əvvəl ləğv edə bilərsiniz, belə halda sizdən sorğunu ləğv etmə haqqı tutula bilər.
Bu ödəniş quruluşu Kənar Təchizatçıya təqdim etdiyi xidmət və ya məhsullar üçün tam ölçüdə ödənişi həyata keçirmək üçün nəzərdə tutulmuşdur. P vasitəsilə tələb olunan taksi xidmətlərinə əlavə olaraq, ödənişinizin hər hansı bir hissəsi Kənar Təchizatçı üçün çaypulu və ya mükafat kimi təyin edilmir. Uber şirkətinin hər hansı bir bəyanatına əsasən (Uber saytında, Tətbiqetmədə və ya Uber təbliğat materiallarında) çaypulu “könüllü”, “zəruri olmayan” və/və ya ödənişlərə “daxildir” Kənar Təchizatçıya, yuxarıda göstərilənlərdən başqa heç bir əlavə vəsait təqdim edilməməsini nəzərdə tutmur. Siz dərk edir və razılaşırsınız ki, hər hansı Kənar Təchizatçısına Xidmətlərdən istifadə edərkən sizə göstərilən xidmət və ya təqdim edilən məhsullara görə əlavə ödəniş etmək seçimində sərbəstsiniz və bunu etmək kimi öhdəliyiniz yoxdur. Xidmətlərdən istifadə edərkən sizə göstərilmiş xidmətdən və ya məhsulları aldıqdan sonra siz Kənar Təchizatçınızı qiymətləndirmək və onun haqqında rəyinizi vermək imkanına malik olacaqsınız.
Təmir və ya Təmizlik Xərcləri.
Kənar Təchizatçısının xidmətlərindən istifadə edərkən Kənar Təchizatçısının nəqliyyat vasitəsi və ya mülkiyyətinə ziyan dəyərsə siz həmin nəqliyyat vasitəsinin təmiri və lazımi təmizliyi ilə bağlı xərclərə görə məsuliyyət daşıyırsınız (“Təmir və ya Təmizlik”). Kənar Təchizatçı sizə Təmir və ya Yuma ehtiyacının olduğu barədə məlumat verdiyini və bu tələbin əsaslandırıldığını bildirdiyinə görə Hesabınızdakı müəyyən edilmiş ödəniş üsulunuzdan istifadə edərək, bu Təmir və ya Yuma üçün lazımi xərcləri ödəmək üçün Kənar Təchizatçının xeyrinə pul vəsaitlərini tutulması baş verir.
5. Hüquqi düzəlişlər; məsuliyyətin Məhdudiyyəti; Zərərlərin ödənilməsi zəmanəti.
XİDMƏTLƏR “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN OLDUQDA” PRİNSİPİ İLƏ TƏMİN EDİLİR. UBER HAZIRKİ ŞƏRTLƏRDƏ AÇIQ ŞƏKİLDƏ QEYD OLUNMAYAN BÜTÜN BİRBAŞA, GÜMAN EDİLƏN VƏ YA QANUNLA NƏZƏRDƏ TUTULAN BƏYANAT VƏ ZƏMANƏTLƏRDƏN (BURAYA MƏHSULUN KEYFİYYƏTİ İLƏ BAĞLI, MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLI OLMAQLA BAĞLI, ELƏCƏ DƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI HALININ OLMAMASI İLƏ BAĞLI GÜMAN EDİLƏN ZƏMANƏTLƏR DƏ DAXİLDİR) İMTİNA EDİR. BUNDAN ƏLAVƏ UBER XİDMƏTLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ SORĞU VERİLMİŞ XİDMƏTLƏRİN VƏ YA MƏHSULLARIN ETİBARLIĞI, ZAMANINDA TƏMİN EDİLMƏSİ, KEYFİYYƏTİ, YARARLIĞI VƏ YA ƏLÇATANLIĞI İLƏ BAĞLI VƏ YA XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ FASİLƏSİZ VƏ YA XƏTASIZ HƏYATA KEÇİRƏLƏCƏYİ İLƏ BAĞLI BƏYANAT ETMİR, ÜZƏRİNƏ MƏSULİYYƏT GÖTÜRMÜR VƏ ZƏMANƏTLƏR VERMİR. UBER KƏNAR TƏMİNATÇILARININ KEYFİYYƏTİ, UYĞUNLUĞU, TƏHLÜKƏSİZLİYİ VƏ YA BACARIĞI İLƏ BAĞLI HEÇ BİR ZƏMANƏT VERMİR. SİZ RAZILAŞIRSINIZ Kİ, SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ, ELƏCƏ DƏ ONUN VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN XİDMƏT VƏ YA MƏHSULLARLA BAĞLI YARANAN BÜTÜN RİSKLƏR QÜVVƏDƏ OLAN QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ YALNIZ SİZƏ AİDDİR.
MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI.
UBER XİDMƏTLƏRDƏN İSTİFADƏ İLƏ BAĞLI MƏNFƏƏTİN İTİRİLMƏSİ, MƏLUMATIN İTİRİLMƏSİ, BƏDƏN XƏSARƏTLƏRİ VƏ YA MADDİ ZƏRƏR DAXİL OLMAQLA, DOLAYI, TƏSADÜFİ, GÖZLƏNİLMƏZ, FAKTİKİ, CƏRİMƏ VƏ YA SONRAKI İTKİLƏRƏ MƏSULİYYƏT DAŞIMAMALIDIR (UBER BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). UBER AŞAĞIDAKILAR SƏBƏBİNDƏN YARANAN HƏR HANSI İTKİ, ÖHDƏLİK VƏ YA ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (İ) SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ VƏ YA XİDMƏTLƏRƏ ARXAYIN OLMAĞINIZDAN İRƏLİ GƏLƏN HƏRƏKƏTLƏRİNİZ, VƏ YA BU XİDMƏTLƏRƏ ÇIXIŞ ALMAQ VƏ YA İSTİFADƏ ETMƏK İMKANINIZIN OLMAMASI; VƏ YA (İİ) SİZ VƏ HƏR HANSI KƏNAR TƏCHİZATÇI ARASINDA İSTƏNİLƏN ƏMƏLİYYATLAR VƏ YA MÜNASİBƏTLƏR (UBER BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). UBER ONUN MƏNTİQLİ NƏZARƏTİ ALTINDA OLMAYAN SƏBƏBLƏRDƏN XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİNDƏ HƏR HANSI GECİKMƏ OLDUĞU VƏ YA XİDMƏTİN GÖSTƏRİLMƏSİ MÜMKÜN OLMADIĞINA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. SİZ BİLİR VƏ RAZILAŞIRSINIZ Kİ, BƏZİ SORĞU BRENDLƏRİ VASİTƏSİLƏ SİFARİŞ EDİLƏN DAŞINMA XİDMƏTLƏRİNİ TƏMİN EDƏN KƏNAR TƏCHİZATÇI ÇILARI BİRGƏ SƏYAHƏT VƏ YA QAPIDAN QAPIYA ÇATDIRMA KİMİ DAŞINMA XİDMƏTLƏRİ TƏKLİF EDƏ BİLƏR VƏ BUNUNLA BAĞLI ONLARIN PEŞƏKAR LİSENZİYA VƏ YA İCAZƏSİ OLMAYA BİLƏR. HEÇ BİR HALDA UBER-İN XİDMƏTLƏRLƏ BAĞLI BÜTÜN İTKİ, ZƏRƏR VƏ YA ƏMƏLİYYAT XƏRCLƏRİ ÜÇÜN SİZİN QARŞINIZDA ÜMUMİ ÖHDƏLİYİ 500 (BEŞ YÜZ) AVRO MƏBLƏĞİNİ AŞMAMALIDIR.
UBER-İN XİDMƏTLƏRİ SİZİN TƏRƏFİNİZDƏN KƏNAR TƏCHİZATÇILAR İLƏ DAŞINMA XİDMƏTLƏRİ, MƏHSULLAR VƏ TƏCHİZAT XİDMƏTLƏRİNİN SİFARİŞ EDİLMƏSİ VƏ PLANLAŞDIRILMASI ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏR, LAKİN SİZ RAZILAŞIRSINIZ Kİ, UBER KƏNAR TƏCHİZATÇI TƏRƏFİNDƏN SİZƏ GÖSTƏRİLƏN HƏR HANSI DAŞINMA, MƏHSULLAR VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ ÜÇÜN (BURADAKI ŞƏRTLƏRDƏ XÜSUSİ QEYD EDİLƏNLƏRDƏN BAŞQA) MƏSULİYYƏT DAŞIMIR.
HAZIRKİ 5-Cİ BÖLMƏDƏ QEYD EDİLƏN MƏHDUDİYYƏTLƏR VƏ HÜQUQİ DÜZƏLİŞ SİZİN QÜVVƏDƏ OLAN QANUNVERİCİLİKLƏ İSTİSNA EDİLƏ BİLMƏYƏN MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASINI VƏ YA HÜQUQLARINIZIN DƏYİŞMƏSİNİ NƏZƏRDƏ TUTMUR.
Zərələriödənilməzi üzrə zəmanət.
Siz Uber şirkətini ə onun əməkdaşları, direktorları, işçi və agentlərini aşağıda göstərilən səbəblərdən yarana bilən hər hansı iddia, tələb, öhdəlik və xərclərdən (məhkəmə xərcləri də daxil olmaqla) azad etməyə və yaranmış itkilərin əvəzini ödəməyə razılaşırsınız: (i) Xidmətlərdən istifadə edərkən, və ya Xidmətləri istifadə etməklə əldə etdiyiniz xidmət və ya məhsulları istifadə edərkən; (ii) bu Şərtlərdə qeyd olunmuş istənilən qaydanı pozduğunuz halda; (iii) Uber-in sizin İstifadəçi Məzmununuzdan istifadəsi zamanı; və ya (iv) üçüncü şəxsin hüquqlarını, eləcə də Kənar Təchizatçıların hüquqlarını pozduğunuz halda.
6. Tətbiq edilən hüquq
Hazırki Şərtlərdə digəri nəzərdə tutulmayıbsa, hazırki şərtlər kollozion hüquq normaları istisna olmaqla, Niderland qanunlarına əsasən tənzimlənir və təsnif edilir. 1980-cı il tarixli Vyana Beynəlxalq Əmtəə Satışı Konvensiyası (BƏSK) hazırki Sazişə tətbiq edilməməlidir.
7. Digər Müddəalar
Müəllif hüququnun pozulması ilə bağlı iddialar.
Müəllif hüququnun pozulması ilə bağlı iddialar Ubertərəfindən təyin edilmiş müvafiq agentə göndərilməlidir. Müvafiq ünvan və əlavə məlumatla bağlı Uber-in https://www.support-uber.com səhifəsinə daxil olun.
Bildiriş.
Uber Xidmətlər barədə ümumi bildirişləri elektron məktub vasitəsilə Hesabınızda qeyd edilən e-poçta və ya yazılı şəkildə poçt ünvanınıza göndərə bilər. Siz Schiphol Boulevard 291, 1118 BH Schiphol, Niderland ünvanı vasitəsilə Uber ilə yazılı əlaqə saxlayaraq bildiriş göndərə bilərsiniz.
Ümumi müddəalar.
Siz bu Şərtləri tam və ya qismən şəkildə Uber-in əvvəlcədən yazılı icazəsi olmadan heç kəsə ötürə bilməzsiniz. Siz Uber-in aşağıdakılar daxil olmaqla bu Şərtləri bütünlükdə və ya qismən üçüncü şəxslərə ötürməsinə razılığınızı verirsiniz: (i) törəmə və ya affilyasiya olunmuş şəxslərə; (ii) Uber-in səhmlərini, biznes və ya aktivlərini əldə edən alıcıya; və ya (iii) birləşmə nəticəsində varisə. Sizinlə Uber arasında Müqavilə olmasına və ya Xidmətlərdən istifadə etməyinizə baxmayaraq, Siz, Uber və Kənar Təchizatçılar arasında münasibətlər heç bir birgə müəssisə, ortaqlıq, aqentlik və ya məşğulluq münasibətləri yaratmır.
Əgərqanuna əsasən bu Şərtlərin hər hansı müddəası bütünlükdə və ya qismən qeyri-qanuni, etibarsız və ya iddia qüvvəsinə malik olmadığı kimi hesab edilərsə, belə müddəa və ya onun hissəsi mövcud olduğu həcmdə bu Şərtlərə daxil olmayacaq, lakin bu Şərtlərin qalan hissəsinin qanuniliyi, etibarlılığı və icra oluna bilinməsi pozulmaz olaraq qalacaq. Belə halda tərəflər qeyri-qanuni, etibarsız və ya qeyri-icbari şərti (bir hissəsi) qanuni, etibarlı, icbari və mümkün qədər qeyri-qanuni, etibarsız və ya iddia qüvvəsinə malik olmayan müddəanı (hissəni) qanuni, etibarlı və iddia qüvvəsinə malik müddəa ilə (onun hissəsi ilə) əvəz edəcəklər. Bu Şərtlər tərəflər arasında əldə olunmuş razılığın tam dolğunluğunu və onun predmetinə dair tərəflərin razılığa gəldiyini təqdim edir. Bu Şərtlər bütün əvvəlki və ya mövcud müqavilələr və əldə olunmuş razılaşmaları əvəz edir. Bu Şərtlərdə “o cümlədən” və “daxil olmaqla” sözləri “daxil olmaqla, lakin bunlarla məhdudlaşmır” mənasında istifadə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.