Press "Enter" to skip to content

2022-2023 YILLIK PLANLARI İNDİR TÜM DERSLER İÇİN

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

2020-ci ilin istehsalat təqvimi təsdiqləndi!

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü və 5-ci hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamını və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarını nəzərə alaraq “2020-ci il üçün iş vaxtının norması” və “2020-ci ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).

2. İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2020-ci il üçün iş vaxtının norması”nın və “2020-ci ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

Kollegiyanın sədri Sahil Babayev

2020-ci il üçün iş vaxtının norması

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar Yeni il bayramı;
20 Yanvar Ümumxalq Hüzn günü;
8 Mart Qadınlar günü;
20, 21, 22, 23, 24 mart Novruz bayramı;
9 May Faşizm üzərində Qələbə günü;
24,25 may Ramazan bayramı;
28 May Respublika günü;
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
31 iyul,1 avqust Qurban bayramı;
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

“Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq hüzn günü vardır (241+112+18+1-6= 366).

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235×8 + 6×7 = 1922 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2020-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2022-2023 YILLIK PLANLARI İNDİR TÜM DERSLER İÇİN

2021-2022-2023 YILLIK PLANLARI İNDİR TÜM DERSLER İÇİN
2021-2022-2023 DERSİ YILLIK PLANI, 2021-2022-2023 YILLIK PLANLAR, DERSİ YILLIK PLANI 2021-2022-2023, DERS PLANLARI 2021-2022-2023, 2021-2022-2023 EĞİTİM ÖĞRETİM YILI DERSİ YILLIK PLANLAR, DERSİ YILLIK PLANI, 2021-2022-2023 YILLIK PLANLAR TÜM DERSLER İÇİN 2021-2022-2023 ÖĞRETİM YILI, 2021-2022-2023 COĞRAFYA YILLIK PLAN, 2021-2022-2023 BİYOLOJİ YILLIK PLAN, 22021-2022-2023 KİMYA YILLIK PLAN, 2021-2022-2023 COĞRAFYA YILLIK PLANLAR, 2021-2022-2023 FİZİK YILLIK PLANLARI, 22021-2022-2023 9.sınıf matematik yıllık planı, 2021-2022-2023 10.sınıf biyoloji yıllık planı, 2021-2022-20232 10.sınıf coğrafya yıllık planı 2021-2022-2023 10.sınıf dil ve anlatım dersi yıllık planı, 2021-2022-2023 10.sınıf geometri yıllık planı, 2021-2022-2023 10.sınıf geometri yıllık planı, 2021-2022-2023 10.sınıf kimya yıllık planı, 2021-2022-2023 10.sınıf matematik yıllık planı, 2021-2022-2023 10.sınıf meslek lisesi ulaştırma alanı lojistik dersi yıllık planı, 2021-2022-2023 10.sınıf psikoloji yıllık planı, 2021-2022-2023 10.sınıf seçmeli dil ve anlatım yıllık planı, 2021-2022-2023 10.sınıf seçmeli Türk edebiyatı yıllık planı, 2021-2022-2023 10.sınıf Türük Edebiyatı yıllık planı, 2021-2022-2023 11.sınıf biyoloji yıllık planı, 2021-2022-2023 11.sınıf coğrafya yıllık planı, 2021-2022-2023 11.sınıf felsefe dersi yıllık planı, 2021-2022-2023 11.sınıf dil ve anlatım dersi yıllık planı, 2021-2022-2023 11.sınıf kimya yıllık planı, 2021-2022-2023 11.sınıf matematik yıllık planı, 2021-2022-2023 11.sınıf sosyoloji yıllık planı, 2021-2022-2023 12.sınıf biyoloji yıllık planı, 2021-2022-2023 12.sınıf biyoloji yıllık planı, 2021-2022-2023 12.sınıf coğrafya yıllık planı, 2021-2022-2023 12.sınıf kimya dersi yıllık planı, 2021-2022-2023 12.sınıf Kimya Yıllık Planı, 2021-2022-2023 12.sınıf Türk edebiyatı yıllık planı, 2021-2022-2023 12.sınıf Türk edebiyatı yıllık planı, 2021-2022-2023 9.sınıf biyoloji yıllık planı, 2021-2022-2023 9.sınıf coğrafya yıllık planı, 2021-2022-2023 felsefe gurubu dersleri yıllık planları (Tamamı), 2021-2022-2023 9.sınıf geometri yıllık planı, 2021-2022-2023 9.sınıf kimya yıllık planı,

derskonum.com’un değerli akademisyen-öğretmen-öğrenci-edebiyat sever takipçileri.

Comments are closed, but trackbacks and pingbacks are open.