Press "Enter" to skip to content

Kitab Ətraf Mühitin İqtisadiyyatı

Muxtar respublikanın fauna ehtiyatlarının, quşların, məməli heyvanların invertarlaşması, sayısının aparılması ildə iki dəfə həyata keçirilir. Milli park, yasaqlıq və digər təbiət ərazilərində aparılmış invertarlaşma ümumilikdə fauna ehtiyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən etmişdir. Belə ki, nadir növlərdən olan muflon, bezoar dağ keçiləri muxtar respublika ərazisində xeyli artmışdır. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənmişdir. Haliyədə bəbirlərin 9 fərdinin yaşaması qeydə alınmışdır. Ümumilikdə quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunmuşdur.

5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Ekoloji tarazlığın qorunması bəşəriyyətin gələcəyinə xidmət edir

09:00 05.06.2020
Paylaş

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il bu gün qeyd olunur.

Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Dahi rəhbər demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənizmləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili”elan edilməsi, həmin ildən başlayaraq beynəlxalq ekologiya sərgilərinin keçirilməsi ekoloji problemlərin həllinə göstərilən diqqətin daha bir ifadəsidir. Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyalara qoşulmuşdur.

Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümümdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.

Muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublika ərazisində min hektarlarla meyvə bağları salınmışdır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə damcı yolu ilə suvarma sistemləri qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır. Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”.

Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. İnkişaf etmiş ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir.

Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bundan başqa ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı ekoturizmin inkişafına da əlverişli şərait yaratmışdır.

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüz illik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrubi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir. 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 dəfəyə yaxın çoxalmışdır.

Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Muxtar respublikanın fauna ehtiyatlarının, quşların, məməli heyvanların invertarlaşması, sayısının aparılması ildə iki dəfə həyata keçirilir. Milli park, yasaqlıq və digər təbiət ərazilərində aparılmış invertarlaşma ümumilikdə fauna ehtiyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən etmişdir. Belə ki, nadir növlərdən olan muflon, bezoar dağ keçiləri muxtar respublika ərazisində xeyli artmışdır. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənmişdir. Haliyədə bəbirlərin 9 fərdinin yaşaması qeydə alınmışdır. Ümumilikdə quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunmuşdur.

Muxtar respublika ərazisinə daxil olan çaylarda suların mövcud vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə 2019-cu ildə Sədərək Rayon Su Monitorinq Laboratoriyası istifadəyə verilmiş və müasir tipli cihazlarla təmin olunmuşdur. Son illərdə muxtar respublika ərazisində hidrometeoroloji fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Sədərək, Culfa və Naxçıvan meteoroloji stansiyalarında hava məlumatlarının alınması üçün müasir tipli avadanlıqlar quraşdırılmışdır. Bu cihazlar vasitəsilə lazım olan meteoroloji məlumatlar GPRS vasitəsilə mərkəzləşdirilmiş serverə ötürülür və arxivləşdirilir.

Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbii sərvətlərin öyrənilməsi, ehtiyatın müəyyənləşdirilməsi məqsədilə kəşfiyyat işlərinin aparılması da diqqətdə saxlanılır. Bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması məqsədilə Culfa şəhərində müasir tələblərə cavab verən geoloji baza tikilərək geoloqların istifadəsinə verilmişdir. Geoloji bazada muxtar respublikanın mineral xammal bazasını təbliğ edən geoloji muzey də qurulmuşdur. Burada istifadəyə verilən və müasir laborator avadanlıqlarla təchiz edilmiş geoloji tədqiqat laboratoriyası qazıntılar zamanı əldə edilmiş süxur nümunələrinin ölkəmizdən kənara aparmadan burada öyrənilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin səmərəli qurulması, müasir dövrün tələblərinə uyğunlaşdırılaraq təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2020-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik Əsasnaməyə uyğun olaraq bundan sonra da təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, biomüxtəlifliyin zənginləşdirilməsi, təbii sərvətlərdən məqsədyönlü və səmərəli istifadəyə nəzarətin artırılması və digər ekoloji məsələlərin həlli istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin mətbuat xidməti

Kitab “Ətraf Mühitin İqtisadiyyatı”

Ətraf Mühitin İqtisadiyyatı
Kitab satılır Memar ecemi stansiyasina pulsuz çatdırılma

Bakı 24 Yanvar 2019 1907 dəfə Mənbə: tap.az
E

Elcan

Məhsul satılmışdır
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Kitab

9 11 Mart

Clopos Restoran Sistemi

Clopos Reklam

Kitab Dolabı

190 10 Mart

Kitab altlığı

2.50 16 Fevral

Kitab rəfi

75 25 Yanvar

Kitab boyunbağı

13 17 Mart

Kitab

30 12 Mart

Kitab

5 25 Fevral

Kitab rəfi

180 11 Mart

Pambıq bişirən aparat

49 27 Fevral

Kitab

3 20 Fevral

Kitab rəfi

200 12 Mart

Kitab rəfi

10 11 Mart

Kitab

8 25 Fevral

Pambıq bişirən aparat

49 Bu həftə

Dini kitab

12 12 Mart

Pambıq bişirən aparat

38 22 Fevral

Kitab “Hayvan Çiftliği”

9 12 Mart

Kitab rəfi

75 10 Fevral

Санкт Петербург kitab

13 Dünən

Kitab “Hamlet”

7 12 Mart

Kitab sənəd rəfi

140 6 Mart

Loft kitab rəfi

300 13 Mart

Kitab dolabı

135 11 Mart

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SİYASƏTİ

Şirkətimizin apardığı Ətraf Mühitin Mühafizəsi Siyasəti ətraf mühitə ziyan vurmadan fəaliyyət göstərməyə imkan yaradır.

“ŞIRKƏTIN ADI” şirkəti aşağıdakılara yönəlmiş Ətraf Mühitin Mühafizəsi Siyasətini keçirəcəyini bəyan edir və öz ohdəçiliyinə götürür ki:

• Azərbaycan Respublikasının Ətraf Mühitin Mühafizəsilə əlaqəli Qanunvericiliyə və İSO 14001:2004 Beynəlxalq Ekoloji İdarəetmə Standartına və digər tələblərə uyğun iş aparacaq və bu sahədə daim inkişaf edəcək;
• Şirkətin bu sahədə Siyasət və Prosedurlarını işçilərin və podratçıların nəzərinə çatdlracaq;
• Hər bir işçi və podratçı prosedurlara, təlimatlara və qüvvədə olan ətraf mühitim mühafizəsilə bağlı qanunvericiliyə riayət edəcək;
• Yeni layihələri həyata keçirərkən ətraf mühitə dəyən ziyanı minimuma endirəcək;
• Enerji resurslarından istifadəni minimuma endirmək üçün su, elektrik enerjisi, kağız və digər ağac məhsullarından məsuliyyətlə və rasional şəkildə istifadə edəcək;
• Ətraf mühitin mühafizəsi məqsədilə lazımi əmtəə və xidmətləri əldə edəcək;
• Nəqliyyat vasitələrinin ətraf mühitə göstərdiyi təsiri minimuma endirəcək;
• “Şirkətin adı”nin fəaliyyətinin ekologiyaya olan təsiri haqqında işçiləri məlumatlandıracaq;
• Tullantılrın yenidən istifadəsi üçün emalını həyata keçirəcək:
Bu siyasətin effektivliyini müəyyən etmək üçün idarənin ekologiya ilı bağlı gördüyü işlərin vaxtaşırı auditini və qiymətləndirməsini həyata keçirəcək.
Ətraf Mühitin Mühafizəsi Siyasəti illik nəzərdən keçirməyə məruz qalacaq və işçi heyətinin və digər maraqlı tərəflərin nəzərinə çatdırılacaq

Comments are closed, but trackbacks and pingbacks are open.