Press "Enter" to skip to content

Ətraf mühitin iqtisadiyyati

25 Mart 2023, Şənbə

ABŞ iqtisadiyyatı necə işləyir?

Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər – Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.
Korporasiyalar istehsal edəcəkləri mallar və xidmətlər üçün lazım olan resursları əldə edə bilməkdən örtü maliyyə ehtiyatlarına malik olmalıdır. Onlar öz aksiyalarını (öz aktivlərindəki səhm paylarını) və ya istiqraz vərəqələrini (uzunmüddətli pul borclarını) sığorta şirkətlərinə, banklara, pensiya fondlarına, ayrı-ayrı fərdlərə və digər investorlara satmaqla lazım olan kapitalın həcmini xeyli genişləndirirlər. Bəzi institutlar, xüsusilə də banklar korporasiyalara və ya digər müəssisələrə birbaşa pul borc verirlər. Federal və ştat hökumətləri bu maliyyə sisteminin təhlükəsizliyini və möhkəmliyini təmin etmək və investorların ətraflı məlumat əsasında qərar çıxara bilmələri üçün azad informasiya axınını gücləndirmək məqsədilə müfəssəl qanunlar və tənzimləmə sistemi işləyib hazırlamışlar.
Daxili məhsul artımı bir ildə istehsal olunan mal və xidmətlərin ümumi həcmi ilə ölçülür. ABŞ-da bu göstərici sürətlə artır: 1983-cü ildə 3,4 trilyon dollardan çox olan bu göstərici 1990-cı ildə təxminən 8,5 trilyon dollara qədər yüksəlmişdir. Bu rəqəmlər iqtisadiyyatın sağlamlıq dərəcəsini müəyyən etməyə imkan versə də, ölkə rifahının heç də bütün aspektlərini dəyərləndirmək üçün kifayət etmir. Daxili məhsul artımı iqtisadiyyatın istehsal etdiyi mal və xidmətlərin bazar dəyərini göstərir, ancaq o, xalqın yaşayış səviyyəsinin keyfiyyətini ölçmür. Məsələn, fərdi səadət və ya təhlükəsizlik, yaxud təmiz ətraf mühit və möhkəm sağlamlıq kimi bir çox vacib göstəricilər onun fəaliyyət dairəsindən kənarda qalır.

Qarışıq iqtisadiyyat: bazarın rolu

Deyildiyi kimi, ABŞ iqtisadiyyatı ona görə qarışıq iqtisadiyyatdır ki, həm özəl biznes, həm də dövlət onda mühüm rol oynayır. Həqiqətən də Amerikanın iqtisadi tarixində ən uzun sürən bəzi mübahisələr məhz ictimai və özəl sektorların müvafiq rolları ilə bağlı olmuşdur.

Amerikanın azad sahibkarlıq sistemi özəl biznes sahibkarlığına xüsusi önəm verir. Özəl biznes mal və xidmətlərin çoxunu istehsal edir və demək olar ki, ümummilli məhsul istehsalının üçdə ikisi ayrı-ayrı insanların fərdi istifadəsinə sərf olunur (qalan üçdə bir hissə isə dövlət və özəl biznes tərəfindən alınır). İstehlakçının rolu o qədər böyükdür ki, bəzən ölkə, faktiki olaraq, «istehlakçı iqtisadiyyat» ölkəsi kimi xarakterizə edilir.
Özəl sahibkarlığa bu qədər xüsusi önəm verilməsi qismən amerikalıların fərdi azadlığa olan inanclarından doğur. Ölkə yarandığı dövrdən amerikalılar hədsiz dövlət hakimiyyətindən çəkinmişlər və bu səbəbdən də dövlətin fərd üzərində hakimiyyətini, o cümlədən onun iqtisadi sahədə rolunu məhdudlaşdırmağa çalışmışlar. Bundan əlavə, əhali arasında belə bir inam hökm sürmüşdür ki, özəl sahibkarlığa əsaslanan iqtisadiyyat möhkəm dövlət sahibkarlığına əsaslanan iqtisadiyyatdan daha səmərəli fəaliyyət göstərə bilər.
Nə üçün? Amerikalılar inanırlar ki, iqtisadi qüvvələrin əl-qolu bağlı olmayanda mal və xidmətlərin qiymətini təklif və tələb müəyyənləşdirir. Qiymətlər isə, öz növbəsində, biznes sahələrinin nəyi istehsal etməli olduqlarını bildirir; əgər insanlar iqtisadiyyatın istehsal etdiyi məhsullara nisbətən xüsusi mallara daha çox maraq göstərirsə, onda malların qiyməti qalxır. Bu da yeni və digər şirkətlərin diqqətini cəlb edir və həmin malların istehsalına başlamaqla daha çox mənfəət qazanacaqlarını anlamalarına imkan yaradır. Digər tərəfdən, əgər insanlar istehsal olunmuş mallara daha az maraq göstərirlərsə, qiymətlər aşağı düşür və nəticədə rəqabətə davam gətirməyən malların istehsalı dayandırılır, yaxud fərqli məhsulların istehsalına başlanır. Bu sistem «bazar iqtisadiyyatı» adlandırılır. Sosialist iqtisadiyyatı isə əksinə, dövlət sahibkarlığının daha güclü olması və mərkəzdən planlaşdırma ilə xarakterizə edilir. Amerikalıların əksəriyyəti sosialist iqtisadiyyatının mahiyyət etibarı ilə o qədər də səmərəli olmadığına əmindir, çünki vergi daxilolmalarına əsaslanan dövlət özəl biznes qədər qiymət siqnallarına qarşı diqqətcil və yaxud bazar qüvvələrinin irəli sürdüyü dissiplinlərə qarşı həssas deyil.
Ancaq azad sahibkarlığa da müəyyən məhdudiyyətlər qoyulur. Amerikalılar həmişə bu əqidədə olmuşlar ki, bəzi xidmətlər özəl müəssisələrə nisbətən ictimai təsisatlar tərəfindən daha yaxşı yerinə yetirilə bilər. Məsələn, ABŞ-da dövlət ədliyyə, təhsil (çox sayda özəl məktəb və təlim mərkəzlərinin olmasına baxmayaraq), yol sistemi, sosial statistika və milli müdafiə sahələrinə birbaşa məsuliyyət daşıyır. Bundan əlavə, qiymət sisteminin işləmədiyi hallarda situasiyanı qaydasına salmaq üçün tez-tez dövlətdən iqtisadiyyata müdaxilə etməsi xahiş olunur. O, məsələn, «təbii inhisarlar»ı tənzimləyir, son dərəcə güclənərək bazar qüvvələrini üstələyən digər biznes strukturlarına nəzarət etmək və ya onların fəaliyyətinə son qoymaq üçün antiinhisar qanunlarından istifadə edir. Dövlət, həmçinin, bazar qüvvələrinin fəaliyyətindən kənarda qalan məsələlərlə məşğul olur. O, öz şəxsi həyatlarında qarşılaşdıqları problemlərə və yaxud iqtisadi çevrilişlər nəticəsində işlərini itirdiklərinə görə özlərini dolandıra bilməyənləri sosial təminat və işsizlik müavinətləriylə təmin edir; yaşlılar və yoxsulluq içərisində yaşayanlar üçün tibbi sığortaların dəyərinin çox hissəsini ödəyir; atmosfer və su hövzələrinin çirkləndirilməsini məhdudlaşdırmaq məqsədilə özəl sənaye sahələrinin fəaliyyətini tənzimləyir və istənilən özəl müəssisə üçün son dərəcə baha olan kosmosun fəthində aparıcı rol oynayır.
Qarışıq iqtisadiyyat sistemində fərdlər iqtisadiyyata yalnız istehlakçı kimi öz seçimlərini etməklə deyil, həm də ölkənin iqtisadi siyasətini formalaşdıran rəsmi şəxslərin seçkisində iştirak etməklə də yardım edə bilirlər. Son illər istehlakçılar seçkilərdə müəyyən sənaye praktikaları nəticəsində məhsulun təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və əhalinin potensial sağlamlıq riskləri ilə üzləşməsiylə bağlı narazılıqlarını əks etdirmişlər; buna cavab olaraq dövlət istehsalçıların maraqlarını müdafiə edən agentliklər yaratmış və ümumi ictimai sağlamlıq sistemini gücləndirmişdir.
ABŞ iqtisadiyyatı eləcə də digər yollarla dəyişmişdir. Əhali və işçi qüvvəsi böyük axınla fermer təsərrüfatlarından şəhərlərə, tarlalardan fabrik-zavodlara və xüsusilə də xidmət sənayesi sahələrinə üz tutmuşdur. Bugünkü iqtisadiyyatda fərdi və sosial xidmət təchizatçılarının sayı kənd təsərrüfatı və sənaye məhsulları istehsalı ilə məşğul olanların sayından qat-qat çoxdur. Statistik məlumatların da göstərdiyi kimi, son əsrdə iqtisadiyyat inkişaf edərək kompleks şəkil aldıqca özü üçün işləməkdən özgələri üçün işləməyə doğru uzunmüddətli kəskin dönüş yaranmışdır.

Dövlətin iqtisadiyyatda rolu

İqtisadiyyatın formalaşması üçün lazım olan qərarların çoxunu istehlakçılar və istehsalçılar versə də, dövlət fəaliyyəti ABŞ iqtisadiyyatında ən azı dörd sahədə güclü təsirə malikdir.

Stabillik və artım. Ən vacibi budur ki, federal hökumət stabil artım tempini, yüksək məşğulluq səviyyəsini və qiymətlərin sabitliyini qoruyub saxlamaq üçün ümumi iqtisadi fəaliyyətin sürətini yönləndirir. Xərc və vergi normalarını tənzimləməklə (maliyyə siyasəti) və yaxud pul ehtiyatlarını idarə etmək və kreditlərdən istifadəyə nəzarət etməklə (pul siyasəti) dövlət qiymət və məşğulluq səviyyələrinə təsir göstərən proseslərdə iqtisadi artım sürətini zəiflədə və ya gücləndirə bilər.
1930-cu illərdəki Böyük depressiyadan sonra uzun illər davam edən tənəzzül – zəif iqtisadi artım və yüksək işsizlik səviyyəsi ən böyük iqtisadi təhlükələr kimi dəyərləndirilmişdir. Bu tənəzzül təhlükələri ən ciddi şəkil alanda dövlət öz vəsaitlərini daha çox xərcləməklə və vergiləri azaltmaqla iqtisadiyyatı gücləndirməyə çalışmışdır; bu isə istehlakçıların daha çox xərclənməsinə və bu yolla pul ehtiyatlarının sürətlə artmasına səbəb olmuş və nəticədə dövləti daha çox xərcləməyə cəsarətləndirmişdir. 1970-ci illərdə qiymətlərin – xüsusilə də enerji sahəsində durmadan artması ciddi inflyasiya – bütün qiymət səviyyələrinin yüksəlməsi üçün böyük təhlükə yaratmışdı. Bu səbəbdən hökumət rəhbərləri xərcləri məhdudlaşdırmaq, vergiləri davamlı azaltmaq və pul ehtiyatlarının artımını yönləndirmək vasitəsilə tənəzzülə qarşı mübarizə aparmaq əvəzinə inflyasiyaya nəzarətlə məşğul olmuşdurlar.
İqtisadiyyatı sabitləşdirməyin ən yaxşı vasitələri barədə düşüncələr 1960-1990-cı illər arasında köklü surətdə dəyişmişdir. 1960-cı illərdə dövlət maliyyə siyasətinə – iqtisadiyyata təsir göstərə bilmək üçün dövlət gəlirləriylə manipulyasiya etmək siyasətinə hədsiz dərəcədə etibar edirdi. Xərc və vergilərə ölkə prezidenti və Konqres tərəfindən nəzarət edildiyindən bu seçkili rəsmi şəxslər iqtisadiyyatın idarə olunmasında aparıcı rol oynayırdılar. Yüksək inflyasiya, yüksək işsizlik və ağır dövlət defisitləri ümumi iqtisadi fəaliyyətin sürətinin tənzimlənməsində maliyyə siyasətinin əsas vasitə olduğuna inamı xeyli zəiflətdi. Pul siyasəti – ölkənin pul ehtiyatlarına faiz normaları vasitəsilə nəzarət olunması isə daha cazibədar görünməyə başladı. Pul siyasəti ölkə prezidenti və Konqresdən xeyli dərəcədə asılı olmadan fəaliyyət göstərən və Federal Ehtiyatlar İdarəsi adı ilə tanınan mərkəzi bank tərəfindən həyata keçirilir.
Tənzimləmə və nəzarət. ABŞ federal hökuməti özəl müəssisələrin fəaliyyətini bir sıra yollarla tənzimləyir. Tənzimləmə iki başlıca kateqoriyaya bölünür. İqtisadi tənzimləmə birbaşa və yaxud dolayısilə qiymətlərə nəzarət etməyə çalışır. Ənənəvi olaraq dövlət elektrik müəssisələri kimi inhisarçı birlikləri öz məhsullarının qiymətlərini onlara münasib həcmdə mənfəət qazandıran hədlərdən yuxarı qaldırmaqdan çəkindirməyə çalışır. Bəzi hallarda dövlət öz iqtisadi nəzarətini bu qayda ilə digər sənaye sahələrinə də şamil etmişdir. Böyük depressiyadan sonrakı illərdə dövlət sürətlə dəyişən təklif və tələb qarşısında ciddi təbəddülat keçirən kənd təsərrüfatı mallarının qiymətlərini stabilləşdirmək üçün kompleks sistem işləyib hazırlamışdı. Bir sıra digər sənaye sahələri – yükdaşıma və daha sonralar hava yolları qiymətlərin aşağı salınması üçün zərərli hesab etdikləri şeyləri məhdudlaşdırmaq məqsədilə uğurlu özünütənzimləmə üsulları axtarıb tapdılar.
İqtisadi tənzimləmənin başqa bir forması – antiinhisar qanunu bazar qüvvələrini o dərəcədə gücləndirməyə çalışır ki, birbaşa tənzimləməyə ehtiyac qalmasın. Dövlət və bəzən də özəl qruplar antiinhisar qanunundan sağlam rəqabəti məhdudlaşdıran praktikaları və müəssisələrin bir-birini udmasını qadağan etmək üçün istifadə edirlər.
Dövlət, həmçinin, ictimai sağlamlığı və təhlükəsizliyi qorumaq, ətraf mühiti təmiz və sağlam saxlamaq kimi sosial məqsədlərə nail olmaq üçün özəl şirkətlərin fəaliyyətinə nəzarət edir. Məsələn, ABŞ Qida və Dərman İdarəsi zərərli dərmanların istehsalını qadağan edir; Məşğulluğun Təhlükəsizliyi və Sağlamlığı İdarəsi işçiləri öz iş yerlərində qarşılaşa biləcəkləri təhlükə və risklərdən qoruyur; Ətraf Mühiti Mühafizə Agentliyi su və hava hövzələrinin kirlənməsinə nəzarət etməyə çalışır.
Amerikalıların dövlət tənzimlənməsinə münasibəti 20-ci əsrin son üç dekadasında köklü surətdə dəyişdi. 1970-ci illərin əvvəllərində siyasətçilərin iqtisadi tənzimləmənin hava yolları və yükdaşıma kimi sənaye sahələrində istehlakçıların məsrəfləri hesabına səmərəsiz şirkətlərin qorunub saxlanmasına xidmət etməsilə bağlı narahatlığı getdikcə artmağa başladı. Eyni zamanda texnoloji yeniliklər əvvəllər təbii inhisarlar hesab edilən telekommunikasiya kimi bəzi sənaye sahələrini yeni rəqiblərlə doldurdu. Hər iki inkişaf tənzimləməni yüngülləşdirən qanunların meydana çıxması ilə nəticələndi.
ABŞ-da mövcud olan hər iki siyasi partiyanın liderləri 1970, 1980 və 1990-cı illərdə ümumən iqtisadi tənzimləmənin aradan qaldırılmasına üstünlük versələr də, sosial məqsədlərin həyata keçirilməsi üçün nəzərdə tutulan tənzimləmə ilə bağlı ümumi razılıq hələ çox zəif idi. Sosial tənzimləmə məsələsi depressiyadan sonrakı və II Dünya müharibəsi illərində, bir daha 1960 və 1970-ci illərdə böyük əhəmiyyət kəsb etmişdi. Ancaq 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə hökumət işçiləri, istehlakçıları və ətraf mühiti müdafiə edən qanunları zəiflətdi və bu fikirlə razılaşdı ki, tənzimləmələr azad sahibkarlığın inkişafına maneçilik törədir, biznes fəaliyyətinin dəyərini bahalaşdırır və beləliklə də inflyasiyaya səbəb olur. Hələ də amerikalıların çoxu ətraf mühitin mühafizəsi də daxil olmaqla, bəzi sahələrdə dövlətin təcili yeni tənzimləmə qanunları çıxarmasını tələb edən spesifik hadisələr və meyllərlə bağlı öz narazılıqlarını bildirməkdə davam edirlər.
Bununla bərabər, bəzi vətəndaşlar seçdikləri rəsmi şəxslərin müəyyən problemlərlə təcili və kifayət qədər möhkəm məşğul olmadıqlarını hiss etdikdə məhkəmələrə baş vururlar. Məsələn, 1990-cı illərdə ayrı-ayrı fərdlər və tədricən hökumət özü də siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olması səbəbindən tütün şirkətlərinə qarşı məhkəmə işi qaldırırlar. Siqaretdən xəstələnmələrin müalicəsi ilə bağlı tibbi xərclərin ödənilməsi üçün ştat hökumətləri tərəfindən uzunmüddətli ödənişlər şəklində geniş maliyyə vəsaitləri ayrılır.
Birbaşa xidmətlər. Dövlətin hər səviyyəsində birbaşa xidmətlər təmin edilir. Məsələn, federal hökumət milli müdafiə məsələləri üçün məsuliyyət daşıyır, çox vaxt yeni məhsulların inkişafına aparıb çıxaran araşdırmaları dəstəkləyir, kosmosun tədqiqi ilə məşğul olur və işçilərin iş yerləri yaratmaq və iş tapmaq qabiliyyətlərinin inkişafına kömək məqsədilə tərtib olunmuş bir sıra proqramları həyata keçirir. Dövlət xərcləri həm yerli, həm də regional iqtisadiyyatlara və hətta ümumi iqtisadi fəaliyyətin sürətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Ştat hökumətləri isə şose yollarının əksəriyyətinin tikilməsi və saxlanılması üçün məsuliyyət daşıyır. Ştat, qraflıq və şəhər hökumətləri ictimai məktəblərin maliyyələşdirilməsi və fəaliyyət göstərməsində aparıcı rol oynayır. Polis və yanğından mühafizə məsələləri üçün də başlıca olaraq yerli hökumətlər cavabdehdir. Bu sahələrin hər birinə çəkilən yerli hökumət xərcləri yerli və regional iqtisadiyyata müəyyən təsir göstərsə də, federal qərarlar ümumən daha böyük iqtisadi təsirə malikdir.
Ümumən götürüldükdə federal, ştat və yerli hökumət xərcləri 1997-ci ildə ümumi daxili məhsul istehsalının, demək olar ki, 18 faizinə bərabər olmuşdur.
Birbaşa yardım. Hökumət biznes strukturlarını və ayrı-ayrı fərdləri bir çox yardım növləri ilə də təmin edir. O, kiçik biznes müəssisələrinə imtiyazlı şərtlərlə borc və texniki yardım təklif edir və kolleclərdə oxumaq üçün tələbələrə yardım olaraq borc verir. Dövlətin sponsorluq etdiyi müəssisələr borc sahiblərindən daxili girovları satın alır, onları investorlar tərəfindən alınıb-satıla bilməsi üçün qiymətli kağızlara çevirir və beləliklə də daxili borc verənləri cəsarətləndirir. Hökumət, həmçinin, ixracatı təşviq edir, xarici ölkələri idxalı məhdudlaşdıran ticarət əngəllərini qoruyub saxlamaqdan çəkindirməyə çalışır.
Hökumət öz qayğılarını adekvat şəkildə cavablandıra bilməyən şəxsləri himayə edir. İşçilərdən və işəgötürənlərdən toplanan vergi hesabına maliyyələşdirilmiş sosial təminat Amerikanın tədavüldən çıxan gəlirinin ən böyük hissəsini təşkil edir. Tibbi yardım proqramı azgəlirli ailələrin tibbi ehtiyaclarını maliyyələşdirir. Ştatların çoxunda hökumət ruhi xəstələr və ciddi fiziki qüsurlara malik insanlar üçün zəruri institutlar saxlayır. Federal hökumət yoxsul ailələrə qida əldə etməkdə köməklik göstərmək üçün «Ərzaq yarlıqları» adlı proqram həyata keçirir, azgəlirli uşaqlı ailələri himayə etmək üçün federal və ştat hökumətləri birlikdə rifah qrantları ayırır.
Sosial təminat proqramı da daxil olmaqla, bu proqramlar öz başlanğıcını 1933-cü ildən 1945-ci ilədək ABŞ-ın prezidenti olmuş Franklin D. Ruzveltin «Yeni kurs» proqramlarından götürmüşdür. Ruzvelt islahatlarının başlıca ideyası bu olmuşdu ki, yoxsulluq fərdi iradənin iflasa uğramasından daha çox adətən sosial və iqtisadi səbəblər nəticəsində meydana çıxır. Bu görüş kökü Yeni İngiltərə puritanizminə gedib çıxan və hər bir uğurun Allahın insanı sevməsinin, uğursuzluğun isə Allahın ondan üz döndərməsinin əlaməti olması ilə bağlı əhali arasındakı ümumi düşüncəni inkar etmək demək idi. Və bu, Amerika sosial və iqtisadi düşüncəsində çox vacib bir dönüş nöqtəsi oldu. Ancaq hətta bu günün özündə belə bəzi məsələlər, xüsusilə maddi rifah ətrafında aparılan mübahisələrdə həmin keçmiş düşüncənin əks-sədaları eşidilməkdədir.
Tibbi qayğı və tibbi xidmət proqramları da daxil olmaqla, ayrı-ayrı fərdlər və ailələrə bir çox digər yardım proqramlarına 1960-cı illərdə prezident Lindon Consonun (1963-1969) «Yoxsulluğa qarşı müharibə» kursu dövründə başlanılmışdır. Həmin proqramların bəzisi 1990-cı illərdə maliyyə çətinlikləriylə üzləşsə və bir sıra islahatlar təklif şəklində qalsa da, Birləşmiş Ştatla­rın iki ən böyük siyasi partiyası onları bu gün də möhkəm müdafiə etməkdə davam edir. Ancaq tənqidçilər bu fikirdədirlər ki, işsiz, amma sağlam insanların maddi rifahla təmin edilməsi əslində problemlərin həllindən çox həmin insanlarda asılılıq hissi yaradır. Maddi rifah islahatları ilə bağlı 1996-cı ildə prezident Bill Klintonun (1993-2001) dövründə qüvvəyə minən qanunvericilik insanlardan müavinət almağın şərti kimi işləməyi tələb edir və onların müavinət alacaqları müddətlərə məhdudiyyətlər qoyur.

Yoxsulluq və bərabərsizlik

Amerikalılar öz iqtisadi sistemləri ilə qürur duyur və onun bütün vətəndaşlara yaxşı yaşaya bilmək imkanı yaratdığına inanırlar. Ancaq ölkənin bir çox yerində yoxsulluğun inadla davam etməsi onların bu inamının başı üzərini buludlarla örtüb. Dövlətin yoxsulluq əleyhinə göstərdiyi səylər müəyyən nəticələr versə də, bu problemi kökündən ləğv etməyib. Bir çox iş yerlərinin açılmasına və əməkhaqqılarının yüksəlməsinə səbəb olan güclü iqtisadi yüksəliş dövrləri yoxsulluğun müəyyən qədər azalmasına səbəb olsa da, onu tamamilə aradan qaldırmayıb.
Federal hökumət dörd nəfərlik ailənin normal dolanışığı üçün zəruri olan minimum gəlir həcmini müəyyən edir. Bu məbləğ ailənin yerləşdiyi yerdən və yaşayış minimumuna görə dəyişə bilər. 1998-ci ildə illik gəliri 16.530 dollardan aşağı olan dörd nəfərlik ailə yoxsulluq içərisində yaşayan ailə kimi təsnif olunurdu.
Yoxsulluq səviyyəsindən aşağıda yaşayan əhalinin sayı faiz nisbətinə görə 1959-cu ildə 22,4%-dən 1978-ci ildə 11,4%-ə enmişdir. Ancaq həmin vaxtdan sonrakı dövrlərdə bu göstərici o qədər də ciddi surətdə dəyişməmişdir. 1998-ci ildə belə əhalinin sayı 12,7% təşkil etmişdir.
Bundan əlavə, ümumi göstəricilər daha ciddi yoxsulluq qruplarının real vəziyyətini açıb göstərmir. Belə ki, 1998-ci ildə bütün afro-amerikalıların dörddə biri (26,1%) yoxsulluq həddində yaşamışdır; bu rəqəm nə qədər xoşagəlməz dərəcədə yüksək olsa da, qaraların 31 faizinin rəsmən yoxsul kimi təsnif edildiyi 1979-cu illə müqayisədə müəyyən irəliləyiş baş verdiyini əks etdirir və həmin göstərici 1959-cu ildən üzü bəri bu qrup arasında ən aşağı səviyyədə olmuşdur. Tənha anaların başçılıq etdiyi ailələr yoxsulluğa xüsusilə həssasdırlar. Qismən də bu fenomen səbəbindən 1997-ci ildə hər beş uşaqdan biri (18,9 faiz) yoxsul olmuşdur. Afro-amerikalı uşaqlar arasında yoxsullar 36,7 faiz, latın amerikalı uşaqlar arasında isə 34,4 faiz təşkil etmişdir.
Bəzi analitiklər belə güman edirlər ki, yoxsulluq göstəriciləri real yoxsulluq səviyyəsini şişirdilmiş şəkildə təqdim edir, çünki onlar yalnız nağd pul gəlirlərini hesablayır, «Ərzaq yarlıqları», sağlamlığa qayğı və ictimai mənzil təminatı kimi müəyyən dövlət yardımı proqramlarının nəticələrini nəzərə almırlar. Ancaq digərləri qeyd edirlər ki, bu proqramlar çox nadir hallarda ailənin ərzaq və tibbi ehtiyaclarını ödəyə bilir, ictimai mənzil təminatında isə qıtlıq mövcuddur. Bəzilərinin fikrincə isə, hətta gəliri rəsmi yoxsulluq səviyyəsindən yuxarı olan ailələr belə bəzən qidaya qənaət etməklə mənzil, tibbi qayğı və geyim kimi şeylərə daha çox pul xərcləyir və ac qalırlar. Bəziləri isə onu da qeyd edirlər ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlar bəzən təsadüfi işlərdən və «xəlvəti» iqtisadiyyat sektorundan nağd gəlir əldə edirlər və bu gəlirlər heç vaxt rəsmi statistikada qeydə alınmır.
Hər halda aydındır ki, Amerika iqtisadi sistemi öz gəlirlərini bərabər qaydada bölüşdürmür. Vaşinqtonda yerləşən İqtisadi Siyasət İnstitutunun məlumatlarına görə, 1997-ci ildə ölkədəki ailələrin beşdə birini təşkil edən ən varlı ailələr milli gəlirin 47,2 faizinə sahib olmuşlar. Əksinə, ölkədəki ailələrin beşdə birini təşkil edən ən kasıb ailələr ölkə gəlirinin yalnız 4,2 faizinə, 40 faizi təşkil edən kasıb ailələr isə bu gəlirin yalnız 14 faizinə yiyələnə bilmişlər.
Bütövlükdə Amerika iqtisadiyyatının yüksək inkişaf səviyyəsinə baxmayaraq, 1980-1990-cı illər ərzində gəlirlərin qeyri-bərabər bölüşdurülməsiylə bağlı narahatlıq davam etmişdir. Qlobal rəqabətin durmadan artması bir çox ənənəvi istehsal sənayesi sahəsində çalışan işçiləri qorxuya salmış və onların əməkhaqqıları artmamış qalmışdır. Eyni zamanda, federal hökumət varlı ailələr hesabına azgəlirli ailələrin şəraitini yaxşılaşdırmaq məqsədini güdən vergi siyasətlərindən tədricən əl çəkmiş və həmçinin imkansızlara yardım üçün nəzərdə tutulan bir sıra daxili sosial proqramlara ayırdığı xərcləri azaltmışdır. Amma varlı ailələr fond birjalarında yaşanan yüksəlişin gətirdiyi mənfəətlərin böyük bir hissəsini mənimsəmişdir. 1990-cı illərin sonlarında əməkhaqqıları, xüsusilə də ən kasıb işçilərin əməkhaqqıları sürətlə artdıqca bu uyğunsuzluğun aradan qalxacağına işarə edən bəzi əlamətlər meydana çıxdı. Amma həmin onillik başa çatdıqdan sonra belə bu meylin davam edəcəyini qəti söyləmək hələ çox tezdir.

Hökumətin böyüməsi

ABŞ hökuməti prezident Franklin Ruzvelt administrasiyası dövründən başlayaraq durmadan böyümüşdür. İşsizliyə və Böyük depressiyanın ağır nəticələrinə son qoymaq məqsədilə Ruzveltin «Yeni kurs»u çərçivəsində bir çox yeni federal proqramlar yaradıldı və mövcud proqramların xeyli hissəsi genişlən­dirildi. II Dünya müharibəsində və ondan sonra Birləşmiş Ştatların dünyanın ən qüdrətli hərbi gücü kimi yüksəlişi də federal hökumətin böyüməsini daha da sürətləndirdi. Müharibədən sonrakı dövrdə şəhər və şəhərətrafı tipli yaşayış məskənlərinin çoxalması ictimai xidmətlərin genişləndirilməsinə imkan yaratdı. Təhsilə bəslənilən böyük ümidlər hökumətin məktəb və kolleclərə xeyli investisiya qoyması ilə nəticələndi. Elmi və texnoloji üstünlüyə qeyri-adi dərəcədə ümummilli həvəs 1960-cı illərdə kosmosun tədqiqindən tutmuş tibbi qayğıya qədər bir sıra sahələrdə yeni agentliklərin meydana çıxmasına və həmin sahələrə çoxlu ictimai investisiya qoyulmasına səbəb oldu. Digər tərəfdən, amerikalıların çoxunun 20-ci əsrin əvvəllərində mövcud olmayan tibbi və sosial proqramlardan asılılığının artması federal xərclərin getdikcə böyüməsinə aparıb çıxardı.
Amerikalıların bir çoxu Vaşinqtondakı federal hökumətin şar kimi üfürülüb şişirdildiyini düşünsə də, işçilərin sayı ilə bağlı göstəricilər bunun heç də belə olmadığını göstərir. Doğrudur, hökumətdə çalışan işçilərin sayında əhəmiyyətli dərəcədə artım olmuşdur, ancaq bu artım əsasən ştat və yerli səviyyələrdə baş vermişdir. 1960-cı ildən 1990-cı ilədək ştat və yerli hökumət işçilərinin sayı 6,4 milyon nəfərdən 15,2 milyon nəfərədək artmışdır, mülki federal hökumət işçilərinin sayı isə çox az – 2,4 milyon nəfərdən 3 milyon nəfərədək artmışdır. 1998-ci ildə federal səviyyədə aparılan ixtisarlar nəticəsində federal işçi qüvvəsinin sayı 2,7 milyon nəfərə düşmüşdür, ştat və yerli hökumət işçilərinin sayı isə 1998-ci ildə 16 milyon nəfərə çatmışdır (Hərbi sahədə çalışan amerikalıların sayı Birləşmiş Ştatların Vyetnamda müharibəyə sövq edildiyi 1968-ci ildə 3,6 milyon nəfərdən 1998-ci ildə 1,4 milyon nəfərə düşmüşdür).
Genişləndirilmiş hökumət xidmətləri üçün ödənən xərclərin dəyərinin artması, eləcə də amerikalıların ümumiyyətlə «güclü hökumət» anlayışını xoşlamamaları və ictimai işçi birliklərinin getdikcə güclənməsi 1970, 1980 və 1990-cı illərdə bir çox siyasətçiləri dövlətin ehtiyac duyulan xidmətlərin ən səmərəli təminatçısı olub-olmaması məsələsini gündəmə gətirmələrinə səbəb oldu. Yeni bir söz – «privatization» (özəlləşdirmə) sözü meydana gəldi və o, tezliklə bütün dünyada dövlətin müəyyən funksiyalarının özəl sektora verilməsi praktikasını nəzərdə tutan işlək bir termin kimi qəbul edildi.
Birləşmiş Ştatlarda özəlləşdirmə başlıca olaraq bələdiyyə və regional səviyyələrdə həyata keçirildi. Nyu-York, Los-Anceles, Filadelfiya, Dallas, Feniks kimi iri ABŞ şəhərləri küçə işıqlarının təmirindən tutmuş zibil daşımalarına, informasiyaların işlənməsindən tutmuş həbsxanaların idarə olunmasına qədər əvvəllər bələdiyyələrin özlərinin gördükləri bir sıra işlərdə özəl şirkətlərdən və gəlir güdməyən təşkilatlardan istifadə etməyə başladı. Eyni zamanda bəzi dövlət agentlikləri də özəl müəssisələr kimi fəaliyyət göstərməyə çalışır. Məsələn, ABŞ Poçt Xidməti İdarəsi vergi ödəyicilərinin vəsaitinə güvənməkdən daha çox öz gəlirləri hesabına fəaliyyət göstərir.
Bütün bunlara baxmayaraq, ictimai xidmətlərin özəlləşdirilməsi mübahisəli məsələ olaraq qalır. Bu fikrin tərəfdarları özəlləşdirmənin qiymətləri aşağı saldığını və məhsuldarlığı artırdığını israrla sübut etməyə çalışsalar da, digərləri bunun əksinə çıxaraq həmin işləri görmək üçün hökumət strukturları ilə müqavilə bağlayan özəl şirkətlərin daha çox mənfəət qazanmağa çalışdıqlarını və onların o qədər də məhsuldar olmadıqlarını irəli sürürlər. Dövlət sektoruna məxsus birliklər, heç də təəccüblü deyil ki, bir çox özəlləşdirmə təklifinə qarşı inadla çıxırlar. Onlar israrla bildirirlər ki, özəl şirkətlər bəzi hallarda müqavilələri uda bilmək üçün əvvəlcə son dərəcə aşağı qiymətlər təklif edir, ancaq sonralar onları xeyli artırırlar. Bu fikrin tərəfdarları belə hesab edir ki, özəlləşdirmə rəqabətə yol açdığı təqdirdə səmərəli ola bilər. Bəzi hallarda özəlləşdirmə qorxusu hətta yerli hökumət işçilərini belə daha səmərəli çalışmağa ruhlandıra bilər.
Tənzimləmə, dövlət xərcləri və maddi rifah islahatları ilə bağlı bütün mübahisələrin də göstərdiyi kimi, ölkə iqtisadiyyatında dövlətin hansı rolu oynaması məsələsi Birləşmiş Ştatlar 200 il bundan əvvəl müstəqil ölkəyə çevrildiyi gündən bəri ən qızğın
mübahisə obyekti olaraq qalır.

  • Teqlər:
  • Amerika iqtisadiyyatı
  • , ABŞ iqtisadiyyatı
  • , dünya iqtisadiyyatı

Ətraf mühitin iqtisadiyyati

25 Mart 2023, Şənbə

Azərbaycan coğrafiya elminin görkəmli nümayəndəsi olan Zahid Səttar oğlu Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndində ziyalı ailəsində anadan olub. Böyük Baharlılar nəslindən olan Zahid Məmmədov 1966-cı ildə orta məktəbi, 1970-ci ildə ali məktəbi, 1976-cı ildə Azərbaycan MEA Coğrafiya İnstitutunda əyani aspiranturanı bitirmişdir. O, 1980-ci ildə namizədlik dissertasiya işini, 1996-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik elmi dərəcəsini, 2005-ci ildə professor elmi adını almışdır. Professor Zahid Məmmədov 200-ə yaxın elmi-kütləvi və 8 elmi sanballı kitabın müəllifidir. Onun yazdığı “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru” Bakı, 2002, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri” Bakı, 2004, “Regionların iqtisadi inkişaf problemləri” Bakı, 2007, “Təbiətdən istifadənin iqtisadiyyatı” Bakı, 2010, “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” Bakı, 2015, “Naxçıvanın təbii sərvətləri” Bakı, 1993, “Böyük Qafqazın təbii resursları” Bakı, 1990, “Ətraf mühitin iqtisadiyyatı” Bakı, 2019 Azərbaycan elminə böyük töhfələr vermişdir. Müəllifin qələmə aldığı 8-ci kitabı olan “Ətraf mühitin iqtisadiyyatı” adlı dərs vəsaiti iqtisad yönümlü ali məktəblərin bakalavr pilləsində oxuyan tələbələr və həmçinin, magistrlər üçün nəzərdə tutulmuşdur. Dərsliyin elmi redaktoru akademik Ziyad Səmədzadə, rəyçilər isə Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, coğrafiya elmləri doktoru, professor Ağazeynal Qurbanzadə, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov, coğrafiya elmləri doktoru Nəriman Paşayevdir. Dərs vəsaiti 19 fəsildən və 350 səhifədən ibarət olmaqla iqtisad yönümlü ali məktəblərdə tədris üçün nəzərdə tutulmuşdur. “Ətraf mühitin iqtisadiyyatı elminin nəzəri və metodoloji əsasları” adlanan birinci fəsildə müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına əsaslanaraq kursun məzmunu, elmi-nəzəri əsasları, məqsəd və vəzifələri, predmeti, metodologiyası və elmlər sistemində tutduğu mövqe elmi dəlillərlə əsaslandırılır. Xüsusilə iqtisad elminin görkəmli nümayəndələri olan Adam Smit, David Rikardo, C.Keyns və b. ətraf mühit və təbii sərvət haqqında irəli sürdüyü ideyalardan istifadə etməklə bu elmin nəzəri əsasları və metodları müəyyənləşdirilir. “Ətraf mühitlə cəmiyyətin qarşılıqlı əlaqələrinin iqtisadi əsasları” adlanan ikinci fəsildə ətraf mühitin “məkan və zaman” sistemində formalaşması və inkişaf qanunauyğunluqları araşdırılır. Ətraf mühitin formalaşmasında mühüm rol oynayan geoloji eralarla cəmiyyətin inkişafında əsas götürülən ictimai-iqtisadi formasiyaların dialektik inkişaf qanunauyğunluqları müəyyənləşdirilir. Eyni zamanda, ətraf mühitin formalaşmasında və təbii resursların əmələ gəlməsində geoloji eraların: Arxey, Protezoy, Palezoy, Mezazoy, Kaynazoy eraları və onların dövrlərinin mühüm rolu olmuşdur. Təbiət sanki bu geoloji eralarda sonrakı cəmiyyətin və yaxud istehlakçısının meydana gəlməsi üçün təbii sərvətlərin əmələ gəlməsinə təkan vermişdir. Cəmiyyət özünün təkan mərhələsində beş ictimai-iqtisadi formasiyadan keçib gəlmiş təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etməklə özünün həyat tərzini yaratmış və məhsuldar qüvvələri inkişaf etdirmişdir. Müəllif cəmiyyətin və ətraf mühitin inkişaf dinamikasını müqayisəli şəkildə təhlil etmiş, cəmiyyətin inkişafı nəticəsində antropogen amillərin ətraf mühitə təsirinin intensivləşməsi prosesini iqtisadi cəhətdən əsaslandırmışdır. “Ətraf mühit və davamlı iqtisadi inkişaf “ adlı üçüncü fəsildə ətraf mühitdən istifadənin dayanıqlı inkişaf qanunauyğunluqları, həmçinin təbiət-cəmiyyət sisteminin davamlı inkişaf parametrləri təhlil olunur. Ətraf mühitdən istifadəyə dair qlobal və regional səviyyədə təbii sərvətlərin təsnifatı aparılmış, iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi baxımdan qiymətləndirilir. İqtisadi sahələrin inkişafında mühüm rol oynayan yanacaq enerji, kimya, sənaye, metallurgiya, tikinti və s. sənaye əhəmiyyətli resursların təsnifatlaşdırılması aparılmışdır. Davamlı inkişafın iqtisadi əsasları olan Litosfer, Hidrosfer, Atmosfer və Biosferdə olan resursların potensialı əsas götürülməklə kompleks istifadə olunması istiqamətləri müəyyənləşdirilir. “Ətraf mühitin resurs potensialı və innovativ iqtisadi inkişaf” adlanan dördüncü fəsildə müəllif iqtisadi inkişafın əsasını təşkil edən iqlim, torpaq, su, meşə resurslarının qlobal və regional miqyasda təhlilini aparmış, iqtisadi sahələrin inkişafında olan təsir mexanizmləri aşkar olunmuşdur. Qeyd olunan resursların tarixən cəmiyyətin məskunlaşmasında və məhsuldar qüvvələrin inkişafında, istehsal sahələrinin ərazi təşkilində mühüm əhəmiyyət kəsb edən resurslar mənbəyi kimi qiymətləndirilir. Torpaq və su ehtiyatlarının təhlilindən aydın görünür ki, Yer kürəsinin ümumi sahəsi 510 milyon kvadratkilometr olmaqla bunun 361 milyon kvadratkilometri dünyanın su ehtiyatlarının və 149 milyon kvadratkilometri isə quru sahənin payına düşür. Təhlillərdən aydın olur ki, bəşəriyyət yeyinti məhsullarına olan tələbatın 90 faizdən çoxunu torpaqdan alır. Dünyanın ümumi torpaq fondunda suvarma şəbəkəli torpaqlar kənd təsərrüfatına yararlı torpaqların 55,3 faizini təşkil edir. Bu fəsildə qlobal miqyasda torpaqdan istifadənin iqtisadi göstəriciləri əks olunmuşdur. “Enerji əhəmiyyətli resursların iqtisadiyyatı” adlı beşinci fəsildə enerji əhəmiyyətli təbii resursların geoloji inkişaf tarixindən asılı olaraq Yer kürəsində paylanması qanunauyğunluqları araşdırılır. Enerji əhəmiyyətli resursların təsnifatı və iki istiqamətdə təhlili aparılmışdır. Maye yanacaq ehtiyatlarına gəldikdə isə dünyanın ümumi neftlə zəngin olan sahəsi 45 milyon kvadratkilometrdən artıqdır. Ümumi ehtiyatı isə 150 milyard tondan artıq olduğu müəyyənləşdirilir. Region ölkələri üzrə maye enerji resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri dərs vəsaitində təhlil olunmuş və enerji tutumlu iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi cəhətdən qiymətləndirilir. Həmçinin, iqtisadi sahələrin inkişafında hidroenerji əhəmiyyətli resursların rolu araşdırılır. Hidroenerji ehtiyatları dünya energetika sənayesinin inkişafında təsiredici qüvvəyə malikdir. Aparılan təhlillərdən aydın olur ki, dünya hidroenerji ehtiyatı 9,7 mlrd. kvt. saat olub, onun 27,3 faizi Xarici Asiyanın, 19,4 faizi Latın Amerikasının, 32,8 faizi Şimali Amerika və Afrikanın, 2,3 faizi Xarici Avropanın, 11,2 faizi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, 2 faizi isə Avstraliya və Okeaniyanın payına düşür. “Metallurgiya sənaye əhəmiyyətli təbii resursların iqtisadiyyatı” adlanan altıncı fəsildə metallurgiya sənaye əhəmiyyətli təbii resursların ərazi üzrə paylanması qanunauyğunluqları elmi cəhətdən təhlil olunur və iqtisadi qiymətləndirilməsi müəyyənləşdirilir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların qlobal və regional istiqamətdə təhlillərindən aydın olur ki, dünya dəmir filizinin ümumi ehtiyatı 400 milyard tondan artıq olduğu müəyyənləşdirilmiş, təsdiq olunmuş ehtiyatı isə 250 milyard ton aşkar edilmişdir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların təsnifatı aparılmış, qara və əlvan metallurgiyanın inkişafı üçün iqtisadi səmərəliliyin parametrləri müəyyən olunur. “Kimya və meşə-kimya sənaye əhəmiyyətli resursların iqtisadiyyatı” adlı 7- ci fəsildə kimya sənaye əhəmiyyətli təbii resursların ətraf mühitdə zəngin potensialının olmasına baxmayaraq, bu növ resursların ilkin istehsalçıları Avropanın region ölkələri olmuş, sonradan isə həmin resursların müntəzəm şəkildə istehsal dövriyyəsinə cəlb olunması dünyanın bir çox ölkələrində sürətli inkişafa təsir göstərmişdir. Kimya sənaye əhəmiyyətli təbii resurslar qrupuna neft təbii qaz, kokslaşan kömür, yod, brom, mineral duzların təhlili aparılmış, iqtisadi potensialı dəyərləndirilməklə kimya sənaye sahələrinin inkişafında olan mövqeyi əsaslandırılır. Meşə-kimya sənayesinin inkişafı ilə əlaqəli təhlillər aparılmış, yerin meşə örtüyünün 4 milyon hektardan artıq olması kimya sənayesinin çoxsahəli inkişafına göstərdiyi təsir mexanizmləri çox qabarıq şəkildə aşkar olunur. Aparılan təhlillərdən aydın olur ki, meşə-kimya sənaye əhəmiyyətli meşələrin 60 faizdən çoxu 9 əsas ölkənin payına düşür ki, həmin ölkələr qrupuna Rusiya, Braziliya, ABŞ, Kanada, Çin, Konqo, Anqola və Perunu aid etmək olar. “Aqrar sənaye resurslarının iqtisadiyyatı” adlı səkkizinci fəsildə əhalinin zəruri istehlak məhsullarına olan tələbatın ödənilməsində kənd təsərrüfatı əhəmiyyətli resursların iqtisadi qiymətləndirilməsi əsaslandırılır. Bunun üçün kənd təsərrüfatı əhəmiyyətli resursların ərazinin təbii-iqtisadi şəraitindən asılı olaraq təsnifatı aparılmış, təsərrüfatın ixtisaslaşmasına dair əsaslı təkliflər irəli sürülür. Dünyanın dağlıq və düzənlik əraziləri üçün regional istiqamətdə təhlillər aparılmış təsərrüfatın ixtisaslaşmasında oxşar və fərqli cəhətlər aşkar olunur. “Kurort-rekreasiya və turizm resurslarının iqtisadiyyatı” adlanan doqquzuncu fəsildə kurort-rekreasiya təsərrüfatının formalaşması tədqiq olunmuş və rekreasiya resurslarının təsnifatı aparılmışdır. Başqa təbii resurslardan fərqli olaraq, kurort-rekreasiya əhəmiyyətli təbii resurslar əhalinin sağlamlığına xidmət edən və əmək qabiliyyətinin yüksəldilməsinə təsir edən təbii resurslar qrupundan ibarətdir. Dünya təcrübəsində rekreasiya əhəmiyyətli təbii resursların qiymətləndirilməsində bal sisteminin tətbiqidir. Həmin bal sistemi 1 baldan 5 baladək qəbul olunmaqla, hər bal sisteminin ərazinin rekreasiya ehtiyatlarından asılı olaraq qiymətləndirilməsi aparılmışdır. Kurort-rekreasiya ehtiyatları xarakterinə görə digər təbii resurslardan fərqlənərək iqlim, rekreasiya landşaftları, narın qum, mineral sular, müalicə əhəmiyyətli palçıqlar, tarixi mədəni və tarixi təbii abidələr, maddi tələbatı təmin edən təsərrüfat sahələri və s. daxil edilir. “Təbii resursların istifadəsində ərzaq təminatının təhlükəsizliyi” adlı onuncu fəsildə ilk növbədə ərzaq yönümlü resursların iqtisadi təhlükəsizliyini təmin etmək üçün ətraf mühitdə mövcud olan resurslardan səmərəli şəkildə istifadə olunması və onun gələcək nəsillərə təhlükəsiz çatdırılması məsələləri ön plana çəkilir. Ərzaq yönümlü təbii resurslar istifadə xarakterinə görə üç qrupda cəmləşdirilir: birinci qrup resurslara istehsal dövriyyəsinə yönəldilmədən birbaşa əhalinin istehlakını təmin edən resurslardır ki, bunlara su, hava, günəş enerjisi daxil edilir; ikinci qrup resurslara isə ətraf mühitdə olan yabanı bitkilər, istehlak üçün lazım olan ov heyvanlarıdır; üçüncü qrupa daxil olan resurslara isə bilavasitə insanın əməli fəaliyyətində ətraf mühitdən istifadə olunmaqla əldə olunan məhsullardır. “Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri” adlı on birinci fəsildə insan cəmiyyətinin tələbatını təmin edən qlobal istiqamətli təbii resursların qlobal və regional sahədə təhlilləri aparılır. Qlobal xarakterli təbii resurslar sırasına iqlim, torpaq, su, enerji ehtiyatları, həmçinin ərzaq təhlükəsizliyi və ekoloji təhlükəsizlik daxil edilir. Qeyd olunan təbii resursların insanın təsərrüfat sahələrində səmərəli şəkildə istifadə olunması onların tükənməsinin və ekoloji baxımdan mühafizə olunması problemləri araşdırılır. Qlobal və regional istiqamətdə təhlillər apararkən müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına istinad edərək qlobal xarakterli resursların təsnifatını vermiş, iqtisadi qiymətləndirilməsi aparılmışdır. Xüsusilə enerji əhəmiyyətli resurslardan səmərəli istifadə olunması, OPEK üzvü olan ölkələrin neft yataqlarının ərazi üzrə bölgüsü aparılmış və istismara cəlb olunması imkanları təhlil olunmuşdur. “Ətraf mühitdən istifadənin hüquqi əsasları” adlı on ikinci fəsildə təbii resurslardan istifadənin hüquqi əsaslarının mahiyyəti, beynəlxalq səviyyədə qəbul olunmuş hüquqi normalar, “Ətraf mühitdən istifadənin iqtisadi ekoloji əsasları” adlanan on üçüncü fəsildə isə ekologiyalaşdırma siyasətinin mahiyyəti və xüsusiyyətləri araşdırılır. “Bioloji resursların iqtisadi qiymətləndirilməsi” adlı on dördüncü fəsildə bioloji resursların təsnifatı, bioloji müxtəlifliyin sosial-iqtisadi konsepsiyası, istifadənin səmərəlilik aspektləri, “Azərbaycanın təbii resurslarının iqtisadi potensialı” adlı on beşinci fəsildə isə ərazinin geoloji inkişaf tarixi ilə əlaqəli olaraq təbii resursların ərazi üzrə yerləşməsi qanunauyğunluqları elmi əsaslarla təhlil olunmuşdur. “Azərbaycan yanacaqenerji resurslarının iqtisadi potensialı və elmi-praktiki əhəmiyyəti” adlanan on altıncı fəsildə enerji resurslarının təsnifatı aparılmış və iqtisadi əhəmiyyəti əsaslandırılır. “Ətraf mühitdən istifadənin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı on yeddinci fəsildə ətraf mühitdən istifadədə beynəlxalq əməkdaşlığın parametrləri Azərbaycanın təbii resurslarından istifadə zamanı beynəlxalq əməkdaşlığın iqtisadi əsasları təhlil olunur. Bir çox beynəlxalq layihələrin həyata keçirilməsi enerji sahəsində, aqrar sahədə və digər sənaye əhəmiyyətli təbii resursların istifadəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fondu (İFAD), Beynəlxalq İnkişaf Assosiasiyası (GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) və s. beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın yaradılması iqtisadi sahədə nailiyyətlərin inkişafına göstərdiyi təsir araşdırılır. “Ətraf mühitin istifadəsində nəqliyyat strukturunun rolu” adlanan on səkkizinci fəsildə təbii resursların istifadəsində nəqliyyatın ayrı-ayrı sahələrinin iqtisadi qiymətləndirilməsi araşdırılır. Nəqliyyat məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi olmaqla bütün cəmiyyətlərdə nəqliyyatın ən sadə formasından başlamış müasir nəqliyyatın bütün sahələri təhlil olunur. “Təbii fəlakətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi” adlı son fəsildə təbii fəlakətlərin ətraf mühitə olan təsiri araşdırılır. Təbii fəlakətlərin ətraf mühitə göstərdiyi təsir iki əsas faktorla müəyyənləşdirilir. Ekzogen amillər nəticəsində əmələ gələn təbii fəlakətlər; endogen amillər nəticəsində yaranan təbii fəlakətlər. Aparılan təhlillərdən belə nəticəyə gəlmək olur ki, professor Zahid Məmmədovun uzunmüddətli tədqiqatlar əsasında yazdığı “Ətraf mühitin iqtisadiyyatı” adlı kitabı yalnız ali məktəb tələbələri, doktorantlar və müəllimlər üçün dərs vəsaiti olmayıb, təsərrüfat sahələrində çalışan, ətraf mühitlə daim təmasda olan hər bir şəxsin stolüstü kitabı olmalıdır. Ðàìèç ÌßÌÌßÄÎÂ, Àêàäåìèê. “ßòðàô ìöùèòèí èãòèñàäèééàòû” Dağlıq Qarabağ müharibəsinin canlı şahidi və fəal iştirakçısı Əlövsət Qasımov barədə qısa məlumat verməzdən əvvəl ilk öncə, 80- ci illərin sonlarında baş verən proseslərə qısa olaraq nəzər salaq. Xalqımız Qarabağ faciəsinin ağrı-acılarını yaşayır, Azərbaycanın dilbər guşəsi Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış Bişkek protokolu – atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam etdirilir. Xalqımız qəsb edilmiş torpaqlarımızın erməni əsarətindən azad edilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin səylərinin real və müsbət nəticələnəcəyinə böyük inam bəsləyir. Həmin qanlı-qadalı illərin canlı şahidi, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş qeyrətli vətəndaşımız, keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin canlı şahididir. Əlövsət müəllim qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri ilə özünü respublikamızda millət sevən insan kimi tanıtmışdır. Onun fədakarlığı haqqında müxtəlif mətbu orqanlarında məqalələr, müsahibələr, məlumatlar dərc edilmiş, bir neçə televiziya və radio verilişləri hazırlanmışdır. Əlövsət Qasımov Qarabağ döyüşləri zamanı özünün vətənpərvərlik əməlləri ilə hamının hörmətini qazanmışdır. Çünki bu qeyrətli Vətən övladının 8 illik döyüş yolu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki 12 illik ərzində müstəsna fəaliyyəti gözlərimiz qarşısında baş vermişdir. Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən məcburi qaçqın düşmüşdür. Tərtər rayon Bəyimsarov kəndində Kənd Mədəniyyət Evinin direktoru işləmişdir. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü olaraq döyüş əməliyyatlarında 8 il yaxından iştirak edib, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur. 1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, ümummilli lider Heydər Əliyevlə görüşmüş, ulu öndərin dəyərli tövsiyələri və göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir. Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, eləcə də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışdır. Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Ə.Qasımov canlı şahidi və iştirakçısı olduğu döyüşlərin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi fotoşəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir. Bundan başqa, o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışdır. “General Əli bəy” adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında,” “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Ə.Qasımov 1996-cı ildə ordu sıralarından tərxis olunub. O, xalqını, Vətənini, dövlətini, Prezidentini sevən əsl Vətən təəssübkeşidir. Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər. Ə.Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdı. Vətənpərvər döyüşçü 19 ildir ki, Suraxanı rayonunda 267 saylı uşaq bağçasında ailəsi ilə birlikdə yaşayır. Hazırda ümummilli liderimizlə bağlı “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” memuarı üzərində işləyir. O öz şəxsi vəsaiti hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18 A ünvanda 110 kvadratmetr yerdə “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgi açıb. Siz hər zaman bu sərgiylə yaxından tanış ola bilərsiniz. Əlövsət Qasımov “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsisçisi və sədridir. O, 2014-cü ilin 23-26 fevral tarixlərində, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Türkiyənin Van və İğdır şəhərlərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində öz fotosərgiləri ilə türk xalqlarına Qarabağda ermənilərin törətdikləri vəhşilikləri ətraflı çatdırmışdır. Eyni zamanda, Van və İğdır şəhərlərində keçirilən tədbirlərdə Əlövsət Qasımovun çıxışları maraqla qarşılanmışdır. Onu da qeyd edək ki, 2007-ci ildə təsis edilmiş “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyi 2017-ci ilin iyun ayının 29-dan etibarən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi adı altında öz fəaliyyətini davam etdirir. Birliyin nəzdində Qarabağ müharibəsində şəhid olan və erməni işğalçılarının Xocalıda və Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən fotoşəkillərdən ibarət Şəhidlər muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərinin nəsildən-nəslə çatdırılmasını, erməni quldurlarının xalqımıza qarşı törətdikləri terroru, misli görünməmiş dəhşətli vəhşilikləri tariximizin yaddaşına əbədi həkk etməkdən ibarətdir. Muzeydə təşkil olunan sərgilərdə orta və ali məktəblərin şagird, tələbə heyətinin, sadə vətəndaşların, ictimai xadimlərin davamlı iştirak etməsi xalqımızın bütün təbəqələrinin ölməz Şəhidlərimizin ruhuna olan sonsuz hörmət və ehtiramın bariz göstəricisidir. Muzeyin yaradılması və fəaliyyəti gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır. Vurğulayım ki, bu günə qədər Şəhidlər muzeyini millət vəkilləri, general və digər təbəqələrdən ibarət 27870 nəfər ziyarət etmişdir. Muzeyə olan maraq günügündən artmaqdadır. Ayrı-ayrı idarə və təşkilatların kollektivləri tez-tez muzeydə olur, şəhidlərimizin göstərdikləri qəhrəmanlıq, şücaətləri ilə bir daha yaxından tanış olur, onların ruhuna, göstərdikləri qəhrəmanlıqlara dərin hörmətlərini bildirirlər. Muzeydə təşkil olunmuş tədbirdə Xətai rayon Su-kanal İdarəsinin çoxlu sayda işçiləri də iştirak edirdi. Onlara muzey və onun fəaliyyəti, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid oğullarımız barədə o döyüşlərdə iştirak etmiş və öz həyatını böyük təhlükə altında qoyaraq şücaətlər göstərmiş “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov geniş məlumat verdi. Onlar muzeydə şəhidlərin qəhrəmanlıq salnaməsini özündə əks etdirən stend-fotoşəkillərə baxdılar. Muzeylə tanışlıq onlarda böyük təəssürat yaratdı. ßëè ÑÀÄÛÃÎÂ, “Ðåñïóáëèêà”. Øÿùèäëÿðèí õàòèðÿñèíè ÿáÿäèëÿøäèðÿí ìóçåé 6 10 ñåíòéàáð 2019-úó èë ÐÅÑÏAzərbaycan coğrafiya elminin görkəmli nümayəndəsi olan Zahid Səttar oğlu Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndində ziyalı ailəsində anadan olub. Böyük Baharlılar nəslindən olan Zahid Məmmədov 1966-cı ildə orta məktəbi, 1970-ci ildə ali məktəbi, 1976-cı ildə Azərbaycan MEA Coğrafiya İnstitutunda əyani aspiranturanı bitirmişdir. O, 1980-ci ildə namizədlik dissertasiya işini, 1996-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik elmi dərəcəsini, 2005-ci ildə professor elmi adını almışdır. Professor Zahid Məmmədov 200-ə yaxın elmi-kütləvi və 8 elmi sanballı kitabın müəllifidir. Onun yazdığı “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru” Bakı, 2002, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri” Bakı, 2004, “Regionların iqtisadi inkişaf problemləri” Bakı, 2007, “Təbiətdən istifadənin iqtisadiyyatı” Bakı, 2010, “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” Bakı, 2015, “Naxçıvanın təbii sərvətləri” Bakı, 1993, “Böyük Qafqazın təbii resursları” Bakı, 1990, “Ətraf mühitin iqtisadiyyatı” Bakı, 2019 Azərbaycan elminə böyük töhfələr vermişdir. Müəllifin qələmə aldığı 8-ci kitabı olan “Ətraf mühitin iqtisadiyyatı” adlı dərs vəsaiti iqtisad yönümlü ali məktəblərin bakalavr pilləsində oxuyan tələbələr və həmçinin, magistrlər üçün nəzərdə tutulmuşdur. Dərsliyin elmi redaktoru akademik Ziyad Səmədzadə, rəyçilər isə Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, coğrafiya elmləri doktoru, professor Ağazeynal Qurbanzadə, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov, coğrafiya elmləri doktoru Nəriman Paşayevdir. Dərs vəsaiti 19 fəsildən və 350 səhifədən ibarət olmaqla iqtisad yönümlü ali məktəblərdə tədris üçün nəzərdə tutulmuşdur. “Ətraf mühitin iqtisadiyyatı elminin nəzəri və metodoloji əsasları” adlanan birinci fəsildə müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına əsaslanaraq kursun məzmunu, elmi-nəzəri əsasları, məqsəd və vəzifələri, predmeti, metodologiyası və elmlər sistemində tutduğu mövqe elmi dəlillərlə əsaslandırılır. Xüsusilə iqtisad elminin görkəmli nümayəndələri olan Adam Smit, David Rikardo, C.Keyns və b. ətraf mühit və təbii sərvət haqqında irəli sürdüyü ideyalardan istifadə etməklə bu elmin nəzəri əsasları və metodları müəyyənləşdirilir. “Ətraf mühitlə cəmiyyətin qarşılıqlı əlaqələrinin iqtisadi əsasları” adlanan ikinci fəsildə ətraf mühitin “məkan və zaman” sistemində formalaşması və inkişaf qanunauyğunluqları araşdırılır. Ətraf mühitin formalaşmasında mühüm rol oynayan geoloji eralarla cəmiyyətin inkişafında əsas götürülən ictimai-iqtisadi formasiyaların dialektik inkişaf qanunauyğunluqları müəyyənləşdirilir. Eyni zamanda, ətraf mühitin formalaşmasında və təbii resursların əmələ gəlməsində geoloji eraların: Arxey, Protezoy, Palezoy, Mezazoy, Kaynazoy eraları və onların dövrlərinin mühüm rolu olmuşdur. Təbiət sanki bu geoloji eralarda sonrakı cəmiyyətin və yaxud istehlakçısının meydana gəlməsi üçün təbii sərvətlərin əmələ gəlməsinə təkan vermişdir. Cəmiyyət özünün təkan mərhələsində beş ictimai-iqtisadi formasiyadan keçib gəlmiş təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etməklə özünün həyat tərzini yaratmış və məhsuldar qüvvələri inkişaf etdirmişdir. Müəllif cəmiyyətin və ətraf mühitin inkişaf dinamikasını müqayisəli şəkildə təhlil etmiş, cəmiyyətin inkişafı nəticəsində antropogen amillərin ətraf mühitə təsirinin intensivləşməsi prosesini iqtisadi cəhətdən əsaslandırmışdır. “Ətraf mühit və davamlı iqtisadi inkişaf “ adlı üçüncü fəsildə ətraf mühitdən istifadənin dayanıqlı inkişaf qanunauyğunluqları, həmçinin təbiət-cəmiyyət sisteminin davamlı inkişaf parametrləri təhlil olunur. Ətraf mühitdən istifadəyə dair qlobal və regional səviyyədə təbii sərvətlərin təsnifatı aparılmış, iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi baxımdan qiymətləndirilir. İqtisadi sahələrin inkişafında mühüm rol oynayan yanacaq enerji, kimya, sənaye, metallurgiya, tikinti və s. sənaye əhəmiyyətli resursların təsnifatlaşdırılması aparılmışdır. Davamlı inkişafın iqtisadi əsasları olan Litosfer, Hidrosfer, Atmosfer və Biosferdə olan resursların potensialı əsas götürülməklə kompleks istifadə olunması istiqamətləri müəyyənləşdirilir. “Ətraf mühitin resurs potensialı və innovativ iqtisadi inkişaf” adlanan dördüncü fəsildə müəllif iqtisadi inkişafın əsasını təşkil edən iqlim, torpaq, su, meşə resurslarının qlobal və regional miqyasda təhlilini aparmış, iqtisadi sahələrin inkişafında olan təsir mexanizmləri aşkar olunmuşdur. Qeyd olunan resursların tarixən cəmiyyətin məskunlaşmasında və məhsuldar qüvvələrin inkişafında, istehsal sahələrinin ərazi təşkilində mühüm əhəmiyyət kəsb edən resurslar mənbəyi kimi qiymətləndirilir. Torpaq və su ehtiyatlarının təhlilindən aydın görünür ki, Yer kürəsinin ümumi sahəsi 510 milyon kvadratkilometr olmaqla bunun 361 milyon kvadratkilometri dünyanın su ehtiyatlarının və 149 milyon kvadratkilometri isə quru sahənin payına düşür. Təhlillərdən aydın olur ki, bəşəriyyət yeyinti məhsullarına olan tələbatın 90 faizdən çoxunu torpaqdan alır. Dünyanın ümumi torpaq fondunda suvarma şəbəkəli torpaqlar kənd təsərrüfatına yararlı torpaqların 55,3 faizini təşkil edir. Bu fəsildə qlobal miqyasda torpaqdan istifadənin iqtisadi göstəriciləri əks olunmuşdur. “Enerji əhəmiyyətli resursların iqtisadiyyatı” adlı beşinci fəsildə enerji əhəmiyyətli təbii resursların geoloji inkişaf tarixindən asılı olaraq Yer kürəsində paylanması qanunauyğunluqları araşdırılır. Enerji əhəmiyyətli resursların təsnifatı və iki istiqamətdə təhlili aparılmışdır. Maye yanacaq ehtiyatlarına gəldikdə isə dünyanın ümumi neftlə zəngin olan sahəsi 45 milyon kvadratkilometrdən artıqdır. Ümumi ehtiyatı isə 150 milyard tondan artıq olduğu müəyyənləşdirilir. Region ölkələri üzrə maye enerji resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri dərs vəsaitində təhlil olunmuş və enerji tutumlu iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi cəhətdən qiymətləndirilir. Həmçinin, iqtisadi sahələrin inkişafında hidroenerji əhəmiyyətli resursların rolu araşdırılır. Hidroenerji ehtiyatları dünya energetika sənayesinin inkişafında təsiredici qüvvəyə malikdir. Aparılan təhlillərdən aydın olur ki, dünya hidroenerji ehtiyatı 9,7 mlrd. kvt. saat olub, onun 27,3 faizi Xarici Asiyanın, 19,4 faizi Latın Amerikasının, 32,8 faizi Şimali Amerika və Afrikanın, 2,3 faizi Xarici Avropanın, 11,2 faizi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, 2 faizi isə Avstraliya və Okeaniyanın payına düşür. “Metallurgiya sənaye əhəmiyyətli təbii resursların iqtisadiyyatı” adlanan altıncı fəsildə metallurgiya sənaye əhəmiyyətli təbii resursların ərazi üzrə paylanması qanunauyğunluqları elmi cəhətdən təhlil olunur və iqtisadi qiymətləndirilməsi müəyyənləşdirilir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların qlobal və regional istiqamətdə təhlillərindən aydın olur ki, dünya dəmir filizinin ümumi ehtiyatı 400 milyard tondan artıq olduğu müəyyənləşdirilmiş, təsdiq olunmuş ehtiyatı isə 250 milyard ton aşkar edilmişdir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların təsnifatı aparılmış, qara və əlvan metallurgiyanın inkişafı üçün iqtisadi səmərəliliyin parametrləri müəyyən olunur. “Kimya və meşə-kimya sənaye əhəmiyyətli resursların iqtisadiyyatı” adlı 7- ci fəsildə kimya sənaye əhəmiyyətli təbii resursların ətraf mühitdə zəngin potensialının olmasına baxmayaraq, bu növ resursların ilkin istehsalçıları Avropanın region ölkələri olmuş, sonradan isə həmin resursların müntəzəm şəkildə istehsal dövriyyəsinə cəlb olunması dünyanın bir çox ölkələrində sürətli inkişafa təsir göstərmişdir. Kimya sənaye əhəmiyyətli təbii resurslar qrupuna neft təbii qaz, kokslaşan kömür, yod, brom, mineral duzların təhlili aparılmış, iqtisadi potensialı dəyərləndirilməklə kimya sənaye sahələrinin inkişafında olan mövqeyi əsaslandırılır. Meşə-kimya sənayesinin inkişafı ilə əlaqəli təhlillər aparılmış, yerin meşə örtüyünün 4 milyon hektardan artıq olması kimya sənayesinin çoxsahəli inkişafına göstərdiyi təsir mexanizmləri çox qabarıq şəkildə aşkar olunur. Aparılan təhlillərdən aydın olur ki, meşə-kimya sənaye əhəmiyyətli meşələrin 60 faizdən çoxu 9 əsas ölkənin payına düşür ki, həmin ölkələr qrupuna Rusiya, Brazilya, ABŞ, Kanada, Çin, Konqo, Anqola və Perunu aid etmək olar. “Aqrar sənaye resurslarının iqtisadiyyatı” adlı səkkizinci fəsildə əhalinin zəruri istehlak məhsullarına olan tələbatın ödənilməsində kənd təsərrüfatı əhəmiyyətli resursların iqtisadi qiymətləndirilməsi əsaslandırılır. Bunun üçün kənd təsərrüfatı əhəmiyyətli resursların ərazinin təbii-iqtisadi şəraitindən asılı olaraq təsnifatı aparılmış, təsərrüfatın ixtisaslaşmasına dair əsaslı təkliflər irəli sürülür. Dünyanın dağlıq və düzənlik əraziləri üçün regional istiqamətdə təhlillər aparılmış təsərrüfatın ixtisaslaşmasında oxşar və fərqli cəhətlər aşkar olunur. “Kurort-rekreasiya və turizm resurslarının iqtisadiyyatı” adlanan doqquzuncu fəsildə kurort-rekreasiya təsərrüfatının formalaşması tədqiq olunmuş və rekreasiya resurslarının təsnifatı aparılmışdır. Başqa təbii resurslardan fərqli olaraq, kurort-rekreasiya əhəmiyyətli təbii resurslar əhalinin sağlamlığına xidmət edən və əmək qabiliyyətinin yüksəldilməsinə təsir edən təbii resurslar qrupundan ibarətdir. Dünya təcrübəsində rekreasiya əhəmiyyətli təbii resursların qiymətləndirilməsində bal sisteminin tətbiqidir. Həmin bal sistemi 1 baldan 5 baladək qəbul olunmaqla, hər bal sisteminin ərazinin rekreasiya ehtiyatlarından asılı olaraq qiymətləndirilməsi aparılmışdır. Kurort-rekreasiya ehtiyatları xarakterinə görə digər təbii resurslardan fərqlənərək iqlim, rekreasiya landşaftları, narın qum, mineral sular, müalicə əhəmiyyətli palçıqlar, tarixi mədəni və tarixi təbii abidələr, maddi tələbatı təmin edən təsərrüfat sahələri və s. daxil edilir. “Təbii resursların istifadəsində ərzaq təminatının təhlükəsizliyi” adlı onuncu fəsildə ilk növbədə ərzaq yönümlü resursların iqtisadi təhlükəsizliyini təmin etmək üçün ətraf mühitdə mövcud olan resurslardan səmərəli şəkildə istifadə olunması və onun gələcək nəsillərə təhlükəsiz çatdırılması məsələləri ön plana çəkilir. Ərzaq yönümlü təbii resurslar istifadə xarakterinə görə üç qrupda cəmləşdirilir: birinci qrup resurslara istehsal dövriyyəsinə yönəldilmədən birbaşa əhalinin istehlakını təmin edən resurslardır ki, bunlara su, hava, günəş enerjisi daxil edilir; ikinci qrup resurslara isə ətraf mühitdə olan yabanı bitkilər, istehlak üçün lazım olan ov heyvanlarıdır; üçüncü qrupa daxil olan resurslara isə bilavasitə insanın əməli fəaliyyətində ətraf mühitdən istifadə olunmaqla əldə olunan məhsullardır. “Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri” adlı on birinci fəsildə insan cəmiyyətinin tələbatını təmin edən qlobal istiqamətli təbii resursların qlobal və regional sahədə təhlilləri aparılır. Qlobal xarakterli təbii resurslar sırasına iqlim, torpaq, su, enerji ehtiyatları, həmçinin ərzaq təhlükəsizliyi və ekoloji təhlükəsizlik daxil edilir. Qeyd olunan təbii resursların insanın təsərrüfat sahələrində səmərəli şəkildə istifadə olunması onların tükənməsinin və ekoloji baxımdan mühafizə olunması problemləri araşdırılır. Qlobal və regional istiqamətdə təhlillər apararkən müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına istinad edərək qlobal xarakterli resursların təsnifatını vermiş, iqtisadi qiymətləndirilməsi aparılmışdır. Xüsusilə enerji əhəmiyyətli resurslardan səmərəli istifadə olunması, OPEK üzvü olan ölkələrin neft yataqlarının ərazi üzrə bölgüsü aparılmış və istismara cəlb olunması imkanları təhlil olunmuşdur. “Ətraf mühitdən istifadənin hüquqi əsasları” adlı on ikinci fəsildə təbii resurslardan istifadənin hüquqi əsaslarının mahiyyəti, beynəlxalq səviyyədə qəbul olunmuş hüquqi normalar, “Ətraf mühitdən istifadənin iqtisadi ekoloji əsasları” adlanan on üçüncü fəsildə isə ekologiyalaşdırma siyasətinin mahiyyəti və xüsusiyyətləri araşdırılır. “Bioloji resursların iqtisadi qiymətləndirilməsi” adlı on dördüncü fəsildə bioloji resursların təsnifatı, bioloji müxtəlifliyin sosial-iqtisadi konsepsiyası, istifadənin səmərəlilik aspektləri, “Azərbaycanın təbii resurslarının iqtisadi potensialı” adlı on beşinci fəsildə isə ərazinin geoloji inkişaf tarixi ilə əlaqəli olaraq təbii resursların ərazi üzrə yerləşməsi qanunauyğunluqları elmi əsaslarla təhlil olunmuşdur. “Azərbaycan yanacaqenerji resurslarının iqtisadi potensialı və elmi-praktiki əhəmiyyəti” adlanan on altıncı fəsildə enerji resurslarının təsnifatı aparılmış və iqtisadi əhəmiyyəti əsaslandırılır. “Ətraf mühitdən istifadənin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı on yeddinci fəsildə ətraf mühitdən istifadədə beynəlxalq əməkdaşlığın parametrləri Azərbaycanın təbii resurslarından istifadə zamanı beynəlxalq əməkdaşlığın iqtisadi əsasları təhlil olunur. Bir çox beynəlxalq layihələrin həyata keçirilməsi enerji sahəsində, aqrar sahədə və digər sənaye əhəmiyyətli təbii resursların istifadəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fondu (İFAD), Beynəlxalq İnkişaf Assosiasiyası (GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) və s. beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın yaradılması iqtisadi sahədə nailiyyətlərin inkişafına göstərdiyi təsir araşdırılır. “Ətraf mühitin istifadəsində nəqliyyat strukturunun rolu” adlanan on səkkizinci fəsildə təbii resursların istifadəsində nəqliyyatın ayrı-ayrı sahələrinin iqtisadi qiymətləndirilməsi araşdırılır. Nəqliyyat məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi olmaqla bütün cəmiyyətlərdə nəqliyyatın ən sadə formasından başlamış müasir nəqliyyatın bütün sahələri təhlil olunur. “Təbii fəlakətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi” adlı son fəsildə təbii fəlakətlərin ətraf mühitə olan təsiri araşdırılır. Təbii fəlakətlərin ətraf mühitə göstərdiyi təsir iki əsas faktorla müəyyənləşdirilir. Ekzogen amillər nəticəsində əmələ gələn təbii fəlakətlər; endogen amillər nəticəsində yaranan təbii fəlakətlər. Aparılan təhlillərdən belə nəticəyə gəlmək olur ki, professor Zahid Məmmədovun uzunmüddətli tədqiqatlar əsasında yazdığı “Ətraf mühitin iqtisadiyyatı” adlı kitabı yalnız ali məktəb tələbələri, doktorantlar və müəllimlər üçün dərs vəsaiti olmayıb, təsərrüfat sahələrində çalışan, ətraf mühitlə daim təmasda olan hər bir şəxsin stolüstü kitabı olmalıdır. Ðàìèç ÌßÌÌßÄÎÂ, Àêàäåìèê. “ßòðàô ìöùèòèí èãòèñàäèééàòû” Dağlıq Qarabağ müharibəsinin canlı şahidi və fəal iştirakçısı Əlövsət Qasımov barədə qısa məlumat verməzdən əvvəl ilk öncə, 80- ci illərin sonlarında baş verən proseslərə qısa olaraq nəzər salaq. Xalqımız Qarabağ faciəsinin ağrı-acılarını yaşayır, Azərbaycanın dilbər guşəsi Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış Bişkek protokolu – atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam etdirilir. Xalqımız qəsb edilmiş torpaqlarımızın erməni əsarətindən azad edilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin səylərinin real və müsbət nəticələnəcəyinə böyük inam bəsləyir. Həmin qanlı-qadalı illərin canlı şahidi, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş qeyrətli vətəndaşımız, keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin canlı şahididir. Əlövsət müəllim qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri ilə özünü respublikamızda millət sevən insan kimi tanıtmışdır. Onun fədakarlığı haqqında müxtəlif mətbu orqanlarında məqalələr, müsahibələr, məlumatlar dərc edilmiş, bir neçə televiziya və radio verilişləri hazırlanmışdır. Əlövsət Qasımov Qarabağ döyüşləri zamanı özünün vətənpərvərlik əməlləri ilə hamının hörmətini qazanmışdır. Çünki bu qeyrətli Vətən övladının 8 illik döyüş yolu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki 12 illik ərzində müstəsna fəaliyyəti gözlərimiz qarşısında baş vermişdir. Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən məcburi qaçqın düşmüşdür. Tərtər rayon Bəyimsarov kəndində Kənd Mədəniyyət Evinin direktoru işləmişdir. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü olaraq döyüş əməliyyatlarında 8 il yaxından iştirak edib, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur. 1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, ümummilli lider Heydər Əliyevlə görüşmüş, ulu öndərin dəyərli tövsiyələri və göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir. Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, eləcə də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışdır. Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Ə.Qasımov canlı şahidi və iştirakçısı olduğu döyüşlərin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi fotoşəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir. Bundan başqa, o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışdır. “General Əli bəy” adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında,” “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Ə.Qasımov 1996-cı ildə ordu sıralarından tərxis olunub. O, xalqını, Vətənini, dövlətini, Prezidentini sevən əsl Vətən təəssübkeşidir. Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər. Ə.Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdı. Vətənpərvər döyüşçü 19 ildir ki, Suraxanı rayonunda 267 saylı uşaq bağçasında ailəsi ilə birlikdə yaşayır. Hazırda ümummilli liderimizlə bağlı “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” memuarı üzərində işləyir. O öz şəxsi vəsaiti hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18 A ünvanda 110 kvadratmetr yerdə “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgi açıb. Siz hər zaman bu sərgiylə yaxından tanış ola bilərsiniz. Əlövsət Qasımov “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsisçisi və sədridir. O, 2014-cü ilin 23-26 fevral tarixlərində, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Türkiyənin Van və İğdır şəhərlərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində öz fotosərgiləri ilə türk xalqlarına Qarabağda ermənilərin törətdikləri vəhşilikləri ətraflı çatdırmışdır. Eyni zamanda, Van və İğdır şəhərlərində keçirilən tədbirlərdə Əlövsət Qasımovun çıxışları maraqla qarşılanmışdır. Onu da qeyd edək ki, 2007-ci ildə təsis edilmiş “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyi 2017-ci ilin iyun ayının 29-dan etibarən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi adı altında öz fəaliyyətini davam etdirir. Birliyin nəzdində Qarabağ müharibəsində şəhid olan və erməni işğalçılarının Xocalıda və Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən fotoşəkillərdən ibarət Şəhidlər muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərinin nəsildən-nəslə çatdırılmasını, erməni quldurlarının xalqımıza qarşı törətdikləri terroru, misli görünməmiş dəhşətli vəhşilikləri tariximizin yaddaşına əbədi həkk etməkdən ibarətdir. Muzeydə təşkil olunan sərgilərdə orta və ali məktəblərin şagird, tələbə heyətinin, sadə vətəndaşların, ictimai xadimlərin davamlı iştirak etməsi xalqımızın bütün təbəqələrinin ölməz Şəhidlərimizin ruhuna olan sonsuz hörmət və ehtiramın bariz göstəricisidir. Muzeyin yaradılması və fəaliyyəti gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır. Vurğulayım ki, bu günə qədər Şəhidlər muzeyini millət vəkilləri, general və digər təbəqələrdən ibarət 27870 nəfər ziyarət etmişdir. Muzeyə olan maraq günügündən artmaqdadır. Ayrı-ayrı idarə və təşkilatların kollektivləri tez-tez muzeydə olur, şəhidlərimizin göstərdikləri qəhrəmanlıq, şücaətləri ilə bir daha yaxından tanış olur, onların ruhuna, göstərdikləri qəhrəmanlıqlara dərin hörmətlərini bildirirlər. Muzeydə təşkil olunmuş tədbirdə Xətai rayon Su-kanal İdarəsinin çoxlu sayda işçiləri də iştirak edirdi. Onlara muzey və onun fəaliyyəti, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid oğullarımız barədə o döyüşlərdə iştirak etmiş və öz həyatını böyük təhlükə altında qoyaraq şücaətlər göstərmiş “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov geniş məlumat verdi. Onlar muzeydə şəhidlərin qəhrəmanlıq salnaməsini özündə əks etdirən stend-fotoşəkillərə baxdılar. Muzeylə tanışlıq onlarda böyük təəssürat yaratdı.

Ramiz Məmmədov,

akademik.

İqtisadi inkişaf və ekoloji amillər

İxtisas: Marketinq Qrup: MAR 1601 Tələbə: İldırımov Həsənalı Fənn: Ətraf mühit iqtisadiyyatı Müəllim: Səbinə Musayeva Mövzu: İqtisadi inkişaf və ekoloji amillər BAKI 2019 İqtisadi inkişaf və ekoloji amillər Plan 1. İqtisadi inkişaf və ekoloji amillər 2. Antropogen ekoloji amillərin təsiri 3. Ətraf mühitinin çirklənməsinin insanlara vurduğu maddi və psixoloji zərər 4. Ətraf mühitin qorunmasında məlumat sistemi

See Full PDF

See Full PDF

Related Papers

A pilot project was undertaken during kharif 2012 at Belaguthi village of Honnali taluk in Davanagere district, Karnataka state, India to study the spatial variability of nutrient in maize fields and to recommend nutrients for maize crop based on STCR approach. Georeferenced one hundred and forty two soil samples were drawn from fields of 88 farmers. Results of soil analysis revealed that the soils were acidic to neutral in reaction (5.13.-6.99), majority of soil samples (98 per cent) were low in available nitrogen, low to high (low: 13%, medium: 40%, high: 46% area) with respect to phosphorus and medium to high (medium: 75%, high: 23% area) in potassium status. Nutrient recommendation generated by adopting STCR approach revealedthat an addition of 50:30: 15 kg ofNPK ha-1 is required to match the crop need to achieve the target yield of 50 q/ha over state recommendation for maize crop (100:50:25 kg NPK ha-1). Maize fields receiving fertilizers in accordance with the site specificity have achieved largest yield (46.82 q/ha) followed by application of recommended fertilizers (39.72 q/ha).

Download Free PDF View PDF

Comments are closed, but trackbacks and pingbacks are open.