Press "Enter" to skip to content

AZƏRBAYCANDA DEMOQRAFİK MƏNZƏRƏ

Daha ətraflı

Tərbiyənin demoqrafik problemləri

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Tədbirlər

Faydalı

Media

Tədris resursları
mərkəzi
  • Afiyəddin Cəlilov 86
  • +994 12 599 08 08
Təhsil texnologiyaları mərkəzi
  • Fətəli Xan Xoyski 109
  • +994 12 599 08 08
    daxili 67 00
Elmi pedaqoji tədqiqatları mərkəzi
  • Zərifə Əliyeva 96
  • +994 12 599 08 08
İnsan resursları
mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08
Metodik dəstək və peşəkar inkişaf mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08

© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023. Müəllif hüquqları qorunur.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet saytı. Saytın idarəetməsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.

AZƏRBAYCANDA DEMOQRAFİK MƏNZƏRƏ

Demoqrafiya — əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elm.
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-cü ildə dünya əhalisi 1.6 mlrd., 1960-cı ildə 3 mlrd., 2000-cı ildə 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyada 10 mlrd. insan yaşayacaq. 2009-cu ilı görə dünya əhalisi 6 milyard 802 milyondur. Dünyada ən sürətli təbii artım 1950–1970-ci illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə bir müddət kəskin demoqrafik amillə üz-üzə qalmışdı.
Əhalinin, xüsusən də kişi cinsindən olanların xaricə, əsasən də Rusiyaya iş dalınca getməsi son illərə qədər geniş vüsət almışdı. Yalnız son 5-7 ildə ölkədə geniş miqyaslı iş yerlərinin açılması ilə xaricə axın xeyli səngidi. Amma ölkənin əsas demoqrafik problemi heç də əhalinin iş dalınca başqa ölkələrə üz tutması ilə bağlı deyil. Azərbaycanda hazırda 1 milyona yaxın məcburi köçkün və qaçqın yaşayır ki, onlar erməni təcavüzü nəticəsində dədə-baba yurdlarından didərgin düşüb. Həmin bir milyonun 250 minə yaxını qaçqın, 750 mini isə məcburi köçkündür. Bu da ölkə əhalisinin doqquzda biri deməkdir. Onların da böyük hissəsini qadın və uşaqlar təşkil edir. Bu kateqoriyadan olan insanlar ölkənin müxtəlif yerlərinə səpələnib ki, bununla da bir çox yerlərdə əhali sıxlığı yaranıb. Məcburi köçkün və qaçqınların əksəriyyəti son illərə qədər çadır şəhərciyində yaşayırdı. Yalnız bir neçə il olar ki, onların əksəriyyəti üçün ölkənin müxtəlif yerlərində evlər tikilib. Bunun da nəticəsində həmin kateqoriyadan olan vətəndaşların bir sıra problemləri aradan qalxıb. Amma başlıca problemləri – Vətən həsrəti hələ də həll olunmamış qalır. Bundan başqa ailə, uşaq məsələlərində də demoqrafik problemlər yaşanır. Ölkəmizdə xaricə gedib əcnəbi qızlarla ailə quran oğlanların sayı hələ də çox olaraq qalır. Hətta məsələ o yerə çatıb ki, artıq qızlarımız da əcnəbi vətəndaşa ərə gedir.
Bundan başqa demoqrafik problem kimi oğlan uşaqlarının qız uçaqlarından çox doğulduğu əsas gətirilir. Hər kəsə məlumdur ki, Azərbaycanda ailələr daha çox oğlan uşağının dünyaya gəlməsinə önəm verir.
Sürətli sosial-iqtisadi inkişaf isə istənilən ölkədə həmişə əhalinin artımına səbəb olur. Lakin əhalinin artması, eyni zamanda, qarşıya bir çox həlli vacib məsələlər qoyur. Məsələn, əhali artdıqca yeni iş yerlərinin yaradılmasını, ərzaq, mənzil məsələlərinin uğurlu həllini və s. tələb edir. Azərbaycan dövləti bu məsələləri həmişə diqqət mərkəzində saxlayır və həmin istiqamətdə öz məqsədyönlü tədbirlərini davam etdirir.
Hər bir ölkə demoqrafik problemləri daim diqqətdə saxlayır. Son onilliklərin əsas problemi əhalinin qocalmasıdır, yəni yaşlı insanların xüsusi çəkisi getdikcə artır. Bu isə ölkə iqtisadiyyatı üçün ağır yükdür. Əhali artımının azalması məhz yaşlı insanların payının artmasını şərtləndirir. Əhali artımı ölkədə əmək qüvvəsinin artımını, iqtisadiyyatın böyüməsini təmin edir. Çünki iqtisadiyyatı tələbat səviyyəsi böyüdür və ya kiçildir. Əsas məsələ əhalinin kəmiyyət artımını keyfiyyət artımına çevirməkdir. Çünki təhsilsiz, sağlam olmayan əhali atımı gələcəkdə istənilən ölkə üçün problemlər yaradır
İlin əvvəlindən ölkə əhalisinin sayı 28786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10095894 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.

ƏLİYEVA AYTAC—AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTETİ

Comments are closed, but trackbacks and pingbacks are open.