Press "Enter" to skip to content

Sənədlərin tərcüməsi

Bakıda “Hüquqi sənədlərin tərcüməsi” xidmətini təklif edirik Hüquqi sənədlərin tərcüməsi müasir biznes mühütündə və qloballaşan dünyada hər gün baş verən çox saylı proseslərin bir parçasıdır. İnsanların…

Tərcümə sənəti

Tərcüməçilik sənəti

Araşdırıcıların əlində kifayət qədər dəlil olmadığından tərcümənin yarandığı tarixi və məkanı dəqiq müəyyənləşdirmək çox çətindir. Amma bir fakt mübahisəsizdir ki, tərcümə lap qədim zamanlarda, xalqlar, ayrı-ayrı dillərdə danışan qəbilələr, yaxud etnik qruplar arasında ünsiyyətə ehtiyac yarananda meydana gəlib. Tərcümənin yaranması bilavasitə dünya xalqları dillərinin meydana gəlməsi ilə bağlıdır.

Tərcüməçilik sənəti – Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam (mütərcimdir).

Tərcüməçilik asan peşə sahəsi deyil. Həddindən çox insan düşünür ki, tərcümə tez bir şəkildə yerinə yetirilə bilən asan işdir, sanki tərcüməçi sadəcə olaraq fransız sözlərini ingilis sözləri ilə əvəz edir. Səriştəli makinaçı 3000 sözlük sənədi bir saat içində yazıb köçürə bilər. Lakin iş tərcüməyə gələndə siz çox çətin ki, bir saata min söz yaza bilən insan tapa biləsiniz.

Bu sahədə uğurlu olmağın əsas yolu maksimum söz bazanın olması,qrammatik qaydalara düzgün əməl etmək, öyrəndiyin dili- onun tarixi, mədəniyyəti ilə daim maraqlanmaqdır.

Tərcümənin yazılı və şifahi olaraq iki forması vardır. Təbii ki bu formaları bir birindən fərqləndirən və öyrənilmə sahəsinə görə fərqlilik yaradan məqamları vardır. Şifahi tərcüməçi mütləq şəkildə aydın, səlist nitqə malik olmalıdır.

Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün nə etmək lazımdır?

İlk vaxtlar günlük rutinləri insan ana dilində yox artıq xarici dildə fikirləşməyi özünə yol seçməlidir. Zamanla bu, onun gündəlik həyatında öz-özlüyündə yer alacaqdır. Ümumiyyətlə, dil öyrənmək istəyən insanların həmin dildə filmlər seyr etmək, musiqilər dinləmək, o dildə danışan insanlarla mütəmadi şəkildə ünsiyyət qurmağı mütləqdir.

Tərcüməçi bütün sahələrdən xəbərdar olmalıdır.

Dili yaxşı öyrənməyin əsas məqamlarından biri də həmin dil mühitində yaşamaqdır. Tərcüməçi öyrənəcəyi dili həmin ölkədə Tərcüməçilik ixtisası kimi öyrənə bilmir. Sadəcə olaraq həmin mühitdə dilə daha yaxın olur və özünü inkişaf etdirir.

Bir fərd ilk olaraq tərcüməçiliyə başlayırsa, bunu təhsil aldığı illərdən etibarən etməlidir. Məsələn, ilk olaraq özü üçün müəyyən tərcümələr etməli, etdiyi tərcümələr üzərində işləməli, hər sahə üzrə termin bazasını gücləndirməlidir.

Könüllü tərcüməçilik fəaliyyəti ilə məşğul olmaq da gələcəkdə professional tərcüməçi olmaq yolunda sizə kömək olacaq.

Unutmayın ki, insan inandığı sahədə özünə yer tapır. Bu gün ölkəmizdə demək olar ki, bütün qurumlarda hər dil üzrə tərcüməçi mütəxəssislərə ehtiyac var. Nəzərə alsaq ki, bu sahədən hər il digər sahələrə nəzərən cox az tələbə məzun olur. Bu da o deməkdir ki, əgər siz yaxşı tərcüməçi olmağı bacarsanız, işlə təmin olunmada problem yaşamayacaqsınız.

Ixtisas haqqında videomüsahibəmizə buradan daxil ola bilərsiniz.

Salman Tofiq oğlu Quliyev,

Azərbaycan Dillər Universiteti Dil Xidmətləri Tədris-Təlim və Karyera Mərkəzinin müdiri

Sənədlərin tərcüməsi

Sənədlərin tərcüməsi dedikdə biznes, bank, maliyyə, tender sənədləri, təkliflər, sifarişlər, müqavilələr, layihələr, hesabatlar, xarici şirkətlər üçün etdiyiniz tədqiqatlar, texnikaların, avtomobillərin, müxtəlif texnoloji və digər avadanlıqların texniki pasportları və s. rəsmi və qeyri-səmi sənədlərin, yazışmaların tərcüməsi nəzərdə tutulur. Bu tip sənədlərin tərcüməsi ilk növbədə peşəkarlıq və həmin sahə üzrə tərcüməçinin geniş məlumatlı olmasını zəruri edir.

Sənədlərin tərcüməsi üzrə peşəkarlaşmış tərcüməçilərimiz öz işlərini daha keyfiyyətli və dəqiq yerinə yetirmək üçün daim yenilikləri, trendləri izləyir, qeyd dolunan sahələr üzrə internet üzərindən araşdırmalar aparırlar.

Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.

Texniki sənədlərin tərcüməsi

Bakıda “Texniki sənədlərin tərcüməsi” xidmətini təklif edirik Texniki sənədlərin tərcüməsi bu gün aktual mövzulardan biridir. Çox sürətlə yenilənən, inkişaf edən hər cür avadanlıq, cihaz, qurğular,…

Tibbi sənədlərin tərcüməsi

Bakıda “Tibbi sənədlərin tərcüməsi” xidmətini təklif edirik Tibbi sənədlərin tərcüməsi bu sahədə kifayət qədər bilik və təcrübəyə malik olan tərcüməçilərin bacaracağı bir xidmətdir. Əsas tərcümə…

Maliyyə sənədlərinin tərcüməsi

Bakıda “Maliyyə sənədlərinin tərcüməsi” xidmətini təklif edirik Maliyyə sənədlərinin tərcüməsi ciddi diqqət tələb edən xidmətdir. Hər bir rəqəm, hər bir termin hesabat və ya hansısa…

Elmi sənədlərin tərcüməsi

Bakıda “Elmi sənədlərin tərcüməsi” xidmətini təklif edirik Elmi sənədlərin tərcüməsi dedikdə universitetlər, elmi-tədqiqat institutları, labaratoriyalar və elm ocaqlarında hazırlanan sənədlərin tərcüməsi başa düşülür. Ölkəmizdə bu…

Hüquqi sənədlərin tərcüməsi

Bakıda “Hüquqi sənədlərin tərcüməsi” xidmətini təklif edirik Hüquqi sənədlərin tərcüməsi müasir biznes mühütündə və qloballaşan dünyada hər gün baş verən çox saylı proseslərin bir parçasıdır. İnsanların…

Tərcüman Tərcümə Mərkəzi

Bakıda Tərcümə Mərkəzi xidmətləri
“Tərcüman” Tərcümə Mərkəzi 7/30 sizin xidmətinizdədir. Ofisinizdən (evinizdən) çıxmadan sadəcə bir-iki toxunuşla sifarişinizi göndərə, ödəniş edərək xidmət ala bilərsiz. Dünyanın istənilən yerindən mümkündür. Hər şey çox asandır.

Təsisçi: Heydər Misgərli

  • Ünvan: Azərbaycan , Bakı , A.Orucəliyev küçəsi 7/14
  • Poçt kodu: AZ1013
  • Telefon: 055 918 60 14
  • WhatsApp: 055 918 60 14
  • Elektron poçt: info@tercuman.az

Vebsayt: www.tercuman.az

Xidmətlər
  • Bütün xidmətlər ►
  • Tərcümə dilləri ►
  • Tez tez verilən suallar
  • Hüquqi sənədlərin tərcüməsi
  • Texniki sənədlərin tərcüməsi
  • Tibbi sənədlərin tərcüməsi
  • Maliyyə sənədlərinin tərcüməsi
  • Elmi sənədlərin tərcüməsi
  • Məqalələrin tərcüməsi
  • Kitab və nəşrlərin tərcüməsi
  • Məktubların tərcüməsi
  • Saytların tərcüməsi
  • SEO xidməti
  • Video tərcüməsi və Alt yazı
  • Ardıcıl tərcümə
  • Sinxron tərcümə xidməti
  • Slayd hazırlamaq və PDF işləri
Səhifələr
  • Tərcüman Tərcümə mərkəzi
  • Haqqımızda
  • Tərcümə dilləri
  • Bizim sifarişçilər
  • Peşəkar tərcümə
  • Tez tez verilən suallar
  • Rəqəmlərin sözlə yazılışı
  • Əlaqə
Ölkələr üzrə istifadəçilər

© 2018 – 2023. Bütün hüquqlar “Tərcüman” Tərcümə Mərkəzinə aiddir

Comments are closed, but trackbacks and pingbacks are open.