Press "Enter" to skip to content

Tərifnamə sözü azərbaycan dilində

#tərifnamə nədir? #tərifnamə sözünün mənası #tərifnamə nə deməkdir? #tərifnamə sözünün izahı #tərifnamə sözünün yazılışı #tərifnamə necə yazılır? #tərifnamə sözünün düzgün yazılışı #tərifnamə leksik mənası #tərifnamə sözünün sinonimi #tərifnamə sözünün yaxın mənalı sözlər #tərifnamə sözünün əks mənası #tərifnamə sözünün etimologiyası #tərifnamə sözünün orfoqrafiyası #tərifnamə rusca #tərifnamə inglisça #tərifnamə fransızca #tərifnamə sözünün istifadəsi #sözlük

Şagirdlərə tərifnamə, təşəkkürnamə və fəxri fərman bu hallarda veriləcək – QAYDALAR

Redaktor.az xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı layihədə qeyd olunub.

Bildirilib ki, NİŞ adətən məktəb rəhbərliyi, təhsilverənlər (sinif rəhbəri, fənn müəllimləri, psixoloqlar və s.) və ən azı bir valideyn daxil olmaqla 5-7 nəfərdən ibarət olur.

Direktor şuranı aşağıdakı hallarda toplaya bilər:

– qayda pozuntusunun səviyyəsini müəyyən etmək və/ və ya müvafiq intizam tədbirinin tətbiqi zərurəti yarandıqda

– valideyn\qanuni nümayəndə övladı barədə verilmiş intizam tədbiri qərarına rəsmi şəkildə etiraz etdikdə

– məktəbdaxili nizam-intizam qayda və prosedurlarını yenidən nəzərdən keçirməyə ehtiyac olduqda

Eyni zamanda qeyd edilib ki, şagirdə yaşıl kart müvafiq şəxslərin (sinif rəhbəri, fənn müəllimi, UBTR və s.) təqdimatı əsasında Nizam İntizam Şurasının qərarı ilə verilə bilər və Sinif Davranış jurnalında qeydiyyatı aparıla bilər.

Bildirilib ki, şagird yaşıl kart aldıqdan sonra sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı, narıncı və qırmızı xəbərdarlıq məktubu aldıqda isə 2 yaşıl kartı ləğv olunacaq.

Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunacaq.

3 yaşıl kart olarsa şagirdə tərifnamə veriləcək.

Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır.

5 yaşıl kart olarsa şagirdə təşəkkürnamə veriləcək.

Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır. Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz.

8 yaşıl kart olarsa şagirdə fəxri fərman veriləcək.

Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz. Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.

Məktəb yuxarıda qeyd olunanlardan əlavə rəğbətləndirmə tədbirləri tətbiq edə bilər. Məktəb müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər. (Məsələn, yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər və s.)”.

tərifnamə sözü azərbaycan dilində

Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.

2007 ••• 0.21
2008 ••••••• 0.49
2009 ••• 0.16
2010 •••• 0.27
2011 ••••••••• 0.60
2012 •••• 0.26
2015 ••• 0.17
2016 •••••••••• 0.69
2017 ••• 0.16
2018 ••• 0.15
2020 •••••••••••••••••••• 1.46

tərifnamə sözünün leksik mənası və izahı

1 is. [ər. tərif və fars. …namə] Yaxşı işləməyə, yaxşı oxumağa, yarışda, baxışda və s.-də qabaqcıl yer tutduğuna görə birinə verilən rəsmi sənəd. Orta məktəbi tərifnamə ilə bitirmək. Konkursda tərifnamə almaq. – Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov. Azərbaycan dilinin izahlı lüğəti

tərifnamə sözünün rus dilinə tərcüməsi

1 похвальный лист, похвальная грамота Azərbaycanca-rusca lüğət

2 сущ. 1. похвальный лист, похвальная грамота. Məktəbi tərifnamə ilə bitirmək окончить школу с похвальной грамотой 2. восхваления; дифирамбы (преувеличенная, восторженная похвала). Tərifnamələr oxumaq (söyləmək) петь дифирамбы к ому, чему Azərbaycanca-rusca lüğət

tərifnamə sözünün inglis dilinə tərcüməsi

1 i. honour certificate, certificate of approval Azərbaycanca-ingiliscə lüğət

tərifnamə sözünün fransız dilinə tərcüməsi

1 is. diplôme m d’honneur Azərbaycanca-fransızca lüğət

tərifnamə sözünün ləzgi dilinə tərcüməsi

1 [ər. tərif və fars. . namə] сущ. тарифнаме, тарифдин ччар. Azərbaycanca-ləzgicə lüğəti

Oxşar sözlər

#tərifnamə nədir? #tərifnamə sözünün mənası #tərifnamə nə deməkdir? #tərifnamə sözünün izahı #tərifnamə sözünün yazılışı #tərifnamə necə yazılır? #tərifnamə sözünün düzgün yazılışı #tərifnamə leksik mənası #tərifnamə sözünün sinonimi #tərifnamə sözünün yaxın mənalı sözlər #tərifnamə sözünün əks mənası #tərifnamə sözünün etimologiyası #tərifnamə sözünün orfoqrafiyası #tərifnamə rusca #tərifnamə inglisça #tərifnamə fransızca #tərifnamə sözünün istifadəsi #sözlük

Obastan-ın layihəsi
Sözlük © 2020

Comments are closed, but trackbacks and pingbacks are open.