Press "Enter" to skip to content

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSM QALEREYASI

Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Çap qrafikasında qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranıb:

Trsimi hnds v mühndis qrafikası aztu

Qrafikalar divar, tablo, kompüter ekranı, kağız və ya daş kimi səthlərdə təqdim olunan vizual informasiyalardır. Fotoqrafiyalar, şəkillər, diaqramlar, tipoqrafiyalar, saylar (nömrələr), simvollar, həndəsi fiqurlar, xəritələr, mühəndis təsvirləri və s. qrafikalara aid nümunələrdir. Qrafikalar çox vaxt mətni, illüstrasiyanı və rəngi birləşdirir.

Kompüter qrafikası termini bir neçə müxtəlif anlayışı əhatə edir:

· kompüter ilə təsvir məlumatının manipulyasiyası və göstərilməsi

· təsvirləri yaratmaq və idarə etmək üçün istifadə edilən müxtəlif texnologiyalar

· informatikanın alt sahəsi

İnformatikanın alt sahəsi olaraq kompüter qrafikası təsviri rəqəmli formada yaratmaq və idarə etmək metodlarını öyrənir. Başqa deyimlə, kompüter qrafikası hesablama texnikalarından istifadə etməklə, vizual və həndəsi informasiyaların idarə edilməsini öyrənir.

Kompüter qrafikasında əsas alt sahələrin təsnifi belədir:

§ Həndəsə – səthləri təsvir etmək və emal etmək yollarını öyrənir

§ Animasiyahərəkəti təsvir etmək və idarə etmək üsullarını öyrənir

§ Vizuallaşdırma (rendering) – işıq nəqliyyatını reproduksiya etmək üçün alqoritmləri öyrənir

§ Əks etdirmək (imaging) – təsvir yaratma və təsvirin redaktə edilməsini öyrənir

Kompüter qrafikasının inkişafı kompüterlərlə işləmək, müxtəlif tiplərdə məlumatları translyasiya etmək və kompüteri daha yaxşı başa düşmək proseslərini daha da asanlaşdırmışdır. Kompüter qrafikasında inkişaf medianın bir çox tipində dərin təsirə malik olmuşdur və animasiyanı, kinofilmləri və video oyun sənayesini yenidən qurmuşdur.

Kompüter qrafikasında irəliləyiş bir MIT tələbəsi olan İvan Saterlendin adı ilə bağlıdır. 1961-ci ildə Saterlend Sketchpad adlandırılmış kompüterdə çertyoj qurulması proqramını (şəkil çəkən proqramı) yaratdı. Lightpen-dən istifadə edərək Skretchpad kompüter ekranında sadə formaları çəkmək, onları saxlamaq və onları istifadə etməyə imkan verdi.

Hazırda, qrafiki informasiyaları əks etdirmək üçün çoxlu güclü vasitələr yaradılmışdır. Ümumiyyətlə, kompüterdə yaradılmış təsvirlər bir neçə kateqoriyaya bölünə bilər: 2-ölçülü, 3-ölçülü, 4-ölçülü, 7-ölçülü və animasiya. Texnologiya inkişaf etdikcə 3-ölçülü qrafika daha böyük spektrdə yayılmışdır, bununla belə, 2-ölçülü qrafika hələ də geniş istifadə olunur.

2-ölçülü (2D) kompüter qrafikası rəqəmli təsvirlərin, o cümlədən, 2-ölçülü həndəsi modellərin, mətn və ədədi təsvirlər kimi ikiölçülü modellərin və onlara xas texnikaların maşın nəslidir. 2D kompüter qrafikasından əsasən tipoqrafiya, kartoqrafiya, texniki şəkil və s. kimi ənənəvi çap və rəssamlıq əsasında inkişaf etdirilmiş sahələrdə istifadə edilir.

Kompüter qrafikasında, rastr qrafikası təsviri və ya bitmap, piksellərin düzbucaqlı torunu və ya rəngin nöqtələrini ifadə edən, monitor, kağız və ya başqa nümayiş mühiti vasitəsilə göstərilən məlumat strukturudur. Rastr təsvirləri formatları dəyişdirilməklə təsvir fayllarında (qrafiki fayllarda) saxlanılır. “Rastr” sözü Latın dilində radere (təmizləmək) sözünün törəməsi olan rastrum (dırmıqlamaq) sözündən götürülmüşdür.

Rastr təsvirində piksel (pixel) vahid nöqtədir. Piksellər normal olaraq müntəzəm 2 ölçülü torda təşkil edilir və əsasən nöqtələrdən və ya kvadratlardan istifadə etməklə təsvir edilir. Hər piksel orijinal təsvirin ən kiçik vahididir. Harada daha çox vahid (piksel) varsa, orada təsvirin daha dəqiq görünüşü təmin edilir. Hər pikselin intensivliyi dəyişəndir; rəng sistemlərində, hər piksel adətən qırmızı, yaşıl və göy (RGB) kimi üç komponentə malikdir. Beləliklə, rastr təsvirinin ölçüsü və keyfiyyəti artdıqca o, kompüterin yaddaşnda daha çox yer tutacaq, yəni rastr təsvirinin fayl ölçüsü böyük olacaq.

Vektor qrafikası kompüter qrafikasında təsvirləri yaratmaq üçün tamamilə riyazi tənliklərə əsaslanan nöqtələr, xəttlər, əyrilər və fiqurlar və ya çoxbucaqlılar kimi primitiv həndəsi fiqurların istifadəsinə əsaslanır.

Kompüter displeyləri piksellər adlandırılmış balaca düzbucaqlı xanalar torundan təşkil edilir. Şəkil bu xanalardan qurulur. Daha balaca və yaxın xanalar birlikdə təsvirin daha yaxşı keyfiyyətini göstərir ancaq məlumatı saxlamağa daha böyük fayla ehtiyac duyur. Əgər piksellərin sayı dəyişməz saxlanılırsa, təsviri böyütdükcə hər pikselin ölçüsü böyüyəcək və təsvir dən-dən edilmiş olacaq (pikselizasiya), göz fərdi pikselləri ayırd edə biləcək.

Vektor qrafikası faylları təsviri təşkil edən xəttləri, formaları və rəngləri riyazi formullar kimi saxlayır. Vektor qrafikası proqramı verilmiş ekran ayırdetməsində (resolution) mümkün olan ən keyfiyyətli ekran təsvirini yaratmaq üçün bu riyazi formullardan istifadə edir. Riyazi formullar təsvirin göstərilməsi zamanı ən yaxşı nəticə üçün təsviri təşkil edən nöqtələrin harada yerləşməli olduğunu müəyyən edir. Bu riyazi formullar istənilən ölçüdə və təfsilatda dəyişə bilən təsvirlər yaratdığı üçün təsvirin keyfiyyəti yalnız ekranın ayırdetməsi ilə məhdudlaşır və təsviri yaradan vektor veriləninin fayl ölçüsü sabit qalır. Eyni vektor qrafiki faylı istifadə edilməsinə baxmayaraq, təsvirin kağız üzərində çapı ekrandakı çıxışından daha keyfiyyətli alınır.

Kompüter qrafikasında “ekran ayırdetməsi”, “printer ayırdetməsi” və “təsvir ayırdetməsi” anlayışlarını dəqiq fərqləndirmək lazımdır.

Ekran ayırdetməsi – kompüter sisteminin (monitor və videokart) və əməliyyat sisteminin xassəsidir. Ekranın ayırdetməsi bir düymdəki piksellərlə (ppipixels per inches) ölçülür və ekrana bütövlükdə yerləşə biləcək təsvirin ölçüsünü təyin edir.

Printer ayırdetməsi – vahid uzunluqlu sahədə çap oluna biləcək ayrı-ayrı nöqtələrin miqdarını ifadə edən printerin xassəsidir. O, lpi (lines per inches) ilə ölçülür və verilmiş keyfiyyətdə təsvirin ölçüsünü və ya əksinə, verilmiş ölçüdə təsvirin keyfiyyətini təyin edir.

Təsvirin ayırdetməsi – təsvirin öz xassəsidir. O dpi (dots per inches) ilə ölçülür və qrafiki redaktorda və ya skaner vasitəsilə təsviri yaradarkən verilir. Təsvirin ayırdetməsinin qiyməti təsvir faylında mühafizə edilir və təsvirin başqa xassələri ilə – onun fiziki ölçüsü ilə ayrılmaz əlaqəlidir.

Müasir kompüter monitorları adətən düym (inch) üçün təxminən 72-dən 130-a qədər piksel (DPI) göstərir. Bəzi müasir istehlakçı printerləri düym (1 düym=2,54 sm) üçün 2400 (DPI) və ya daha çox nöqtə çap edə bilər.

Vektor formatlar qrafika işində həmişə məqsədəuyğun deyildir. Məsələn, kamera və skaner kimi qurğular rastr qrafikasını yaradır ki, vektor qrafikasına çevirmək üçün praktik deyil və beləliklə, işin bu tipi üçün redaktor riyazi formul ilə təyin edilmiş təsvirlərdən çox piksellərlə işləyəcək. Universal qrafika alətləri vektor və rastr mənbələrindən təsvirləri birləşdirə və hər ikisi üçün redaktə alətləri təmin edə bilər, beləliklə təsvirin bəzi hissələri kamera mənbəyindən gələ bilər və başqa hissələri vektor alətlərdən istifadə edərək çəkilə bilər.

2D kompüteri qrafikasından fərqli olaraq üçölçülü kompüter qrafikası 2D təsvirləri vermək və hesablamaları yerinə yetirmək məqsədi ilə kompüterdə saxlanılan həndəsi məlumatın üçölçülü (3D) təqdimatından istifadə edən qrafikadır. Belə təsvirlər real vaxtda (cari anda) baxmaq və ya sonrakı nümayiş üçün ola bilər.

Bu fərqlərə baxmayaraq, üçölçülü kompüter qrafikası “tor modelində” vektor qrafikasında olan alqoritmlərin çoxuna və sonda displeydə verilmiş rastr qrafikasına əsaslanır. Kompüter qrafikasının proqram təminatında, 3D və 2D-in arasında fərq hərdən itir; 2D qrafika obyektləri işıqlandırmaq kimi effektlərə nail olmaq üçün üçölçülü texnikalardan istifadə edə bilər və 3D isə 2D rendering texnikalarını istifadə edə bilər.

Kompüter animasiyası kompüterdən istifadə etməklə hərəkət edən təsvirlər yaratmaq sənətidir. Bu kompüter qrafikası və animasiyanın alt sahəsidir. Baxmayaraq ki, üslub üçün 2D kompüter qrafikasından hələ də geniş istifadə edilir, lakin zaman keçdikcə animasiyalar daha çox üçölçülü kompüter qrafikaları vasitəsi ilə yaradılır. Bəzən animasiyanın hədəfi kompüter özüdür, ancaq bəzən hədəf film kimi başqa mühitdir. Kompüter animasiyası, xüsusilə, filmlərdə istifadə edilərkən CGI (Computer-generated imagery – Kompüter tərəfindən yaradılan təsvirlər) da adlandırılır.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSM QALEREYASI

Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca “graphike” – rəsm, şəkil deməkdir.

XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub.

İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən (akvarel, quaş, tempera) və yaxud pastel (rəngli karandaş) texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsərlər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür.

Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Çap qrafikasında qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranıb:

  • Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir.
  • Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya ( “lito” yunanca “daş” deməkdir),
  • Ağac üzərindəki qrafikaya isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.
  • Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir.

Sahəsinə görə qrafikanın kitab qrafikası (kitabın tərtibatı), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr), plakat qrafikası, sənaye qrafikası (məhsulun tərkibini bildirən açıqcalar, dəvətnamələr, paltar etiketləri) və s. kimi növləri var.

Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Lakin klassik ədəbi əsərlərin, əlyazmaların və dini kitabların bədii tərtibatı qrafikanın Azərbaycanda qədim tarixə malik olduğunu göstərir.

Qrafikanın dəzgah, sənaye qrafikası və plakat kimi başlıca növləri əsasən 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra inkişaf edib. Bu dövrdə ideya-bədii vasitələrin operativliyi, kütləviliyi, siyasi kəsərliliyi ilə fərqlənən qrafika sənəti xüsusi əhəmiyyət kəsb edib. Qəzet-jurnal və kitab tərtibatı da Azərbaycan sovet qrafikasının qabaqcıl janrlarından sayılıb. Respublikada mətbuat və nəşriyyat işlərinin genişlənməsi karikatura və kitab qrafikasının inkişafına təkan verib. Qrafiklər “Azərnəşr”in çap etdiyi kitabların tərtibində fəal iştirak ediblər.

Satirik qrafikanın yaranması və inkişafı “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlıdır. Azərbaycan Sovet qrafikasının inkişafında xalq rəssamı, mahir karikatura ustası Əzim Əzimzadənin(1880-1943) müstəsna rolu olub. O, qrafikanın müxtəlif janrlarında çalışaraq rəngarəng rəsm silsilələri, plakat, karikatura, səhnə tərtibatı, geyim eskizləri və s. yaradıb.

Ə.Əzimzadənin kitab qrafikası sahəsində yaratdığı ən kamil əsər M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalardır.

30-cu illərdə qrafika sahəsində Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Əyyub Məmmədov və b. rəssamlar fəaliyyət göstəriblər. Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkərək müxtəlif aktual mövzularda siyasi plakatlar yaradıblar.

İkinci Dünya Müharibəsi illərində təsviri sənətin ən kütləvi, operativ və kəsərli növü olan qrafika əsərləri xüsusi əhəmiyyət qazanıb.

50-ci illərdə Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutub. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılıb. Maral Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi “Bizim Xəzərdə” (1953-60), “Mənim bacılarım” (1965-82) linoqravüra və rəsm silsilələri, “Azərbaycan neft ölkəsidir” (1947) avtolitoqrafiyalar silsiləsi obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Ələkbər Rzaquliyevin “Köhnə Bakı”, “Xalçaçılar”, Rasim Babayevin “Qobustan”, “Xınalıq” linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.

60-70-ci illərdə Azərbaycan dəzgah qrafikasında yeni mərhələnin başlanğıcı oldu. Səttar Bəhlulzadə, N.Axundov, Yusif Hüseynov, Nazim Babayev, Rəsul Hüseynov, Arif Ələsgərov, Rafiq Mehdiyev və b. rəssamların yaradıcılığında rast gəlinir.

Vektor qrafikası

Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.
Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin) yığını kimi deyil, xətlər toplusu kimi yaradılır. Xəttin forması riyazi qanunauyğunluqlar vasitəsilə təsvir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan istifadə edilir. Məsələn, bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir. Düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sistemində k və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt boyunca yerləşən hər bir nöqtənin yerini və rəngini göstərmək tələb olunmur. Nəticədə görüntünün həcmi azalır və onu heç bir təhrif olmadan böyüdüb-kiçiltmək imkanı yaranır.
Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm əsərlərinə xasdır. Buna görə də, vektor qrafikasından çox zaman sxemlərin, planların yaradılmasında istifadə edilir. Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb. Onların içərisində Corel DRAW, Adobe Illustrator, Adobe Freehand kimi proqramlar daha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş Adobe Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proqramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proqramlar da vardır. Belə proqramlara örnək olaraq Inkscape, OpenOffice.org Draw, Skencil kimi proqramları göstərmək olar.
Vektor redaktorlarının hamısında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-birinə bənzərdir. Bunların içərisində seçdirmә alәtlәri çox önəmlidir.
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri paralelepiped, konus, silindr və bu kimi üçölçülü həndəsi cisimlər çəkmək üçün nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri və s.) yaratmaq olar.
Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq, eləcə də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış formatlara çevirmək olar.


Müəllif: Mahmudzadə Ramin Əli Nazim oğlu, Sadıqov İsmayıl Calal oğlu,İsayeva Naidə Rizvan qızı
Mənbə:İnformatika Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik

  • Teqlər:
  • vektor qrafikası
  • , informatika
  • , piksellər

Comments are closed, but trackbacks and pingbacks are open.