Tərəvəz bitkilərinin zərərvericiləri
Mütəxəssislər müxtəlif mülahizələr irəli sürsələr də, hələlik bu xəstəliklə əsaslı mübarizə yolu tam işlənib hazırlanmamışdır. Biz əvvəlcə kitrə axımının səbəbinin aydınlaşdırılması, daha sonra uyğun mübarizə tədbirlərinin seçilməsini məsləhət bilirik.
Tərəvəz bitkilərinin zərərvericiləri
Ana səhifə / Son Xəbərlər / Meyvə bitkilərinin əsas zərərvericiləri, xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Meyvə bitkiləri üzərində çoxlu növdə zərərvericilər müşahidə olunur. Onlar bitkilərin kökündən tutmuş meyvələrinə, toxumuna qədər bütün orqanlarına ziyan vururlar. Onlar çox müxtəlifdir və müxtəlif yaş dövrlərində ziyan vururlar. Məs. kəpənəklər tırtıl (sovka) mərhələsində yarpaqları, çiçəkləri, meyvə və toxumları gəmirərək zədələyir. Mənənələr, yastıcalar, gənələr isə yarpaq və zoğlarda fəaliyyət göstərərək xortumları ilə bitkinin hüceyrə sitəsini somurmaqla ziyan vururlar. Ziyanvericilərin növ tərkibi çox olduğundan, onlara qarşı müxtəlif mübarizə üsullarından – aqrotexniki, mexaniki, bioloji, karantin – istifadə olunur. Burada aqrotexniki mübarizə üsulu xüsusi qeyd olunmalıdır.
Zərərverici həşəratlar adətən torpaqda, payızdan tökülmüş yarpaqların arasında, bitkinin quru budaq və qabıqlarında qışlayırlar. Aqrotexniki mübarizə, məhz həşəratın qışladığı həmin əraziləri qışda və yazqabağı ləğv etməklə, onun məhvinə yönəldilən tədbirlərdir. Bura tökülmüş yarpaqların, alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgəaralarının dərin (25-30 sm) şumlanması, qurumuş budaqlardan, qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və s. aiddir. Yaz-yay ayları çətirdə sıxlığın çoxalmasının qarşısını almaqla, ərazidə normal havalanmanı və işıqlanmanı təmin etməklə də həşəratların çoxalmasının qarşısını almaq olar. Bu mübarizə üsulları səmərə vermədikdə, yəni, zərərvericinin ziyanı çoxaldıqda kimyəvi mübarizə qaçılmaz olur. Hal-hazırda bağbanlar maksimum çalışmalıdır ki, kimyəvi mübarizə üsulundan istifadə etməsinlər.
Meyvə bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri.
Meyvə bitkilərində əsasən aşağıdakı xəstəliklərin olduğu qeyd edilir:
Almada, armudda dəmgil, unluşeh və monilyoz, alça və gavalıda cibcibə, şaftalıda yarpaq qıvrılması və unlu şeh, çiyələkdə qonur ləkəlik və unlu şeh. Bu xəstəliklər göbələklər tərəfindən törədilən və meyvə bitkilərində ən çox rast gəlinən xəstəliklərdir. Xəstəlik törədicilər əsasən yaz-yay ayları fəaliyyət göstərməklə, xüsusilə havaların qeyri-sabit (yağmurlu günlərin günəşli günlərlə tez-tez əvəzlənməsi) keçdiyi illərdə daha da şiddətlənir. Xəstəlik törədicilərlə mübarizə məqsədilə ziyanvericilərdə olduğu kimi, aqrotexniki tədbirlər kompleksi aparılmalıdır.
Xəstəliklərin əlamətləri
Dəmgil– meyvə bitkiləri üzərində ən geniş yayılmış və daha çox məhsul itkisinə səbəb olan xəstəlikdir. Xəstəliyə yoluxmuş çiçək, yarpaq və meyvələrin üzərində əvvəlcə xırda (1-2 mm), get-gedə genişlənən (10-15 mm) dairəvi tünd-boz, məxməri ləkələr formalaşır. Yoluxma yerlərində cadarlar-çatlar əmələ gəlir və quruyur. Kimyəvi mübarizə məqsədilə 1%-li Bordo məhlulu və onun əvəzedicilərindən istifadə etməklə vegetasiya dövrü 3-4 dəfə müalicə aparılmalıdır.
Unlu şeh – əlamətləri bütün bitkilərdə eynidir. Birillik zoğların uc hissəsində cavan yarpaqlarda çiçək kasacıqları üzərində ağ, bəzən bozumtul-ağ, parlaq örtüklər əmələ gəlir, zoğların təpə hissəsi və yarpaqlar qıvrılaraq quruyur, çiçəklər tökülür.
Yarpaq qıvrılması – ən çox şaftalıda müşahidə olunur.
Cavan, yenicə açmağa başlayan yarpaqlar qırmızı-çəhrayı, açıq sarı rəngli şişkin forma alaraq qıvrılır, sirayətlənmiş yarpaqlar quruyaraq tökülür və meyvə əmələgəlmə zəifləyir. Mübarizə məqsədilə erkən yazda tumurcuqların şişməsi ərəfəsində bitkilər 5%-li Göydaş məhlulu ilə çilənməlidir.
Son zamanlar çəyirdəkli meyvə bitkilərində gövdə və budaqlarda kitrə axımı ilə müşahidə olunan və kütləvi qurumaya səbəb olan xəstəlik geniş yayılmışdır. Xüsusilə Abşeron bağlarında bu xəstəlik əriyə, gilasa, albalıya daha çox ziyan vurmaqdadır. Bəzi ağaclarda kitrə axımına səbəb oduncaq qurdlarının, qabıqaltı qurdların fəaliyyəti səbəb olsa da, qurumuş digər ağaclarda həmin qurdlar müşahidə olunmamışdır. Yəni, bitkidə kitrə axımı müxtəlif səbəblərdən baş verir:
- Yuxarıda qeyd etdiyimiz kimi oduncaq qurdlarının zədələməsi;
- Torpaqda şorlaşmanın çoxalması;
- Qışda şaxtaların güclənməsi, yayda isə tempera-turun həddən artıq yüksəlməsi;
- Torpaqda bəzi elementlərin, xüsusilə kalsiumun çatışmazlığı.
Göründüyü kimi, səbəblər müxtəlif olsa da nəticə birdir: toxuma dağılır, bitkinin şirəsi bayıra axır, bitki zəifləyərək bir və ya bir neçə ilə quruyaraq sıradan çıxır. Bir çox hallarda isə, hətta, bir günün içində bitkinin qəflətən solaraq qurumasını da müşahidə etmişik. Belə halda isə çox güman ki, bitkidə su daşıyan borular (kisilema boruları) tutulur və suyun bitkidə və ya onun ayrı-ayrı budaqlarında hərəkəti məhdudlaşır.
Mütəxəssislər müxtəlif mülahizələr irəli sürsələr də, hələlik bu xəstəliklə əsaslı mübarizə yolu tam işlənib hazırlanmamışdır. Biz əvvəlcə kitrə axımının səbəbinin aydınlaşdırılması, daha sonra uyğun mübarizə tədbirlərinin seçilməsini məsləhət bilirik.
Tərəvəz bitkilərinin zərərvericiləri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Ədviyyat və yabanı tərəvəz bitkilərinin ensiklopediyası
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.