Turizm iqtisadiyyatının fürsət xərcləri
Bədəni, zehni və ruhu qorumaq və inkişaf etdirmək məqsədi ilə səyahət etməkdir. Bu turizm növü, masajlar, bədən müalicələri, kilo vermə proqramları, gözəllik müalicələri və s. Məşhur yerlər: Çin, İordaniya, Bali, Tayland, Kayman Adaları və s.
Turizm sənayesinin inkişaf istiqamətləri (Kurs işi)
Mövzu.Turizm sənayesinin inkişaf istiqamətləri. Plan Giriş 1.Turizm sənayesində idarəetmə 2. Turizm sənayesi və onun inkişafına təsir göstərən amillər. 3.Turizm sənayesinin inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu 4. Turizm sənayesinin inkişafında xarici investisiyaların rolu. Nəticə Ədəbiyyat siyahısı Giriş Turizm sənayesinin inkişafına elə belə səyahətə çıxanların sayının artması kimi baxmaq olmaz. Turizm xidmət sahəsində ən böyük bölmələrdən birini təşkil edir.Deməli, insanların həyat səviyyəsi yüksəldikcə, beynəlxalq iqtisadi münasibətlər hərtərəfli xarakter aldıqca, mübadilə münasibətləri genişləndikcə, turizm insanlar üçün tarixi zərurətə çevrilmişdir. Bu proses artdıqca qanunauyğun olaraq həmin sahəyə xidmət edən xüsusi qurumlar yaranır, turizm məhsulları meydana gəlir. Yeni sənaye və xidmət sahələrinə ehtiyac artır. Odur ki, qanunauyğun olaraq turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur. Burada hər cürə nəqliyyat növlərinin, mehmanxana təsərrüfatının, ictimai iaşə obyektlərinin, müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin, ekskursiya xidmətləri göstərən təşkilatlar və sairənin məcmusu nəzərdə tutulur. Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Turizm sənayesi, turist хidmətlərini və turist tələbatlı malların satışı ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür. Kütləvi turizmin dinamik inkişafı bütün dünyada turizm sənayesinin və xalq təsərrüfatının qarışıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin qarşılıqlı inkişafına səbəb olmuşdur. 1.Turizm sənayesində idarəetmə İdarəetmə – qarşıya qoyulmuş məqsədə nail olmaq naminə resursların səfərbəyliyə alınması və səmərəli istifadə edilməsi, ictimai əlaqə, qayda və nəzarətin təmin edilməsinə yönəldilmiş insan fəaliyyətidir. İdarəetmə vasitəsi ilə maddi imkanlar, sosial-iqtisadi münasibətlər məqsədyönlü şəkildə təşkil olunur, onun struktur həlqələri arasıhda əlaqələr yaradılır, əvvəlcədən nəzərdə tutulmuş məqsədə çatmaq və arzu olunan nəticəni əldə etmək üçün konkret obyektə şüurlu təsir göstərilir. Turizmdə idarəetmə turizm fəaliyyətində göstərilən bütün xidmətlərin və bu xidmətləri göstərən müəssisələrin bir-birilə və ətraf mühitlə qarşılıqlı əlaqələri, səfər zamanı baş verən hadisə və münasibətlərin idarə edilməsinin məcmusudur. Turizm sənayesinin bütün müəssisələrini iki cəhət birləşdirir. Birincisi, onlar turistlərin səyahət zamanı rahatlıqları və təlabatlarının ödənilməsi üçün yaradılır, ikincisi, onlar hamısı müəssisədirlər və müvafiq tərzdə idarə olunmalıdırlar. Müasir idarəetmə – öz inkişaf xüsusiyyətinə malik iqtisadi münasibətlərin xüsusi sahəsidir. A.Marşal qeyd edirdi ki, idarəetməyə əmək, torpaq və kapitalla bərabər istehsalın ayrıca amili kimi baxmaq lazımdır. İdarəetməyə müasir yanaşma təşkilatda bütün idarə münasibətlərinə yeni baxışdan ibarətdir. Onların əsası insan ehtiyatlarının açılmasına yönəldilmiş təşkilati idarəetmə psixologiyasıdır. Turizm sənayesində idarəetmənin obyekti aşağıdakılardır: – kollektiv, personal; – turist məhsulunun irəliləməsi və istehsal prosesində insanlar arasında yaranan sosial-iqtisadi, hüquqi, mənəvi və başqa münasibətlərin məcmusu. İşçilər vəzifə statusuna (tutduqları iş yerləri), hüquqi statusuna (müəssisə sahibi, şərik, tərəfdaş), bağlı və açıq sistemə (işçinin “daxili” davranışı və xarici əlaqələri) görə tədqiq oluna bilərlər. Turizm sahəsində idarəetmə fəaliyyətinin obyekti, iqtisadi mexanizmlər, təşkilatı strukturlar, marketinq və informasiya-komunikasiya texnologiyaları və ümumi personaldır. Yəni idarəetmə obyekti – firmanın bazardakı mövqeyinin asılı olduğu firma daxili davranışın idarəetmə sistemidir. Əsas problem müəssisənin işinin müvəffəqiyyətinin əməkdaşların müxtəlif davranışlarından necə asılı olduğunu tədqiq etməkdir. Turizm sahəsində idarəetmə hansı vəzifələri yerinə yetirir? F.Teylor idarəetməyə nə etmək lazım olduğunu və bunu necə ən yaxşı və ucuz üsulla etməyi dəqiq bilmək məharəti kimi baxırdı. O, idarəetmə vəzifələrinin dörd qrupunu: məqsəd seçimi, məqsədə çatmaq üsullarının seçimi, üsulların hazırlanması, nəticəyə nəzarət edilməsini ayırmışdır. İdarəetmə prinsipləri aşağıdakılardan ibarətdir: – qabaqcadan görmək – turizm fəaliyyətini proqnozlaşdırmaq; – təşkil etmək – müəssisənin orqanını yaratmaq; – əmr vermək – personalı idarə etmək; – uyğunlaşdırmaq – fəaliyyət və səyi birləşdirmək; – nəzarət etmək – əmrlərin icra edilməsinə nəzarət etmək. 1916-cı ildə A.Fayol tərəfindən dürüst ifadə edilmiş idarəetmənin bu vəzifələri turizm sənayesi müəssisələrində dəqiqliyə əməl edilməsinə istiqamətlənib.İdarəetmə elementar təsəvvürdə sistem və bir sıra alt sistemlərin məcmusu, işin planlaşdırılması üsulu və təşkilatı strukturun yaradılmasıdır. Turizm sənayesi müəssisələrinin quruluş prinsipi onun məqsədləri və hərəkət strategiyası ilə müəyyən olunur. Məqsəd – müəssisənin gələcəkdə arzuolunan vəziyyətdə imicin formalaşdırılmasıdır. Məqsədlər əsasında əsas strateji konsepsiyaların əks olunduğu müəssisənin idarə edilməsi siyasəti işlənib hazırlanır. Strategiya – məqsədə çatmaq vasitəsi və maksimal məqsədə çatılması üçün ehtiyatlardan necə istifadə olunması konsepsiyasıdır. Turizm müəssisəsinin hüquqi statusundan, fəaliyyətinin spesifik xüsusiyyətlərindən, mal və xidmətlər bazarının vəziyyətindən asılı olaraq turizm sənayesi müəssisələrinin məqsədləri üç sinifə bölünür: iqtisadi, firma və sosial. Turizm sənayesi müəssisələrinə görə idarəetmənin məqsədləri konkretləşdirilə bilər. Q.A.Karpovun fikrinə görə onlar aşağıda göstərilənləri diqqətdə saxlamalıdırlar: – nəqliyyat parklarının gəlirlilik və etibarlılığını artırmaq; – turist bazalarının təchizatının yaxşılaşdırılması; -“ölü” mövsümdə gecələmə və ictimai yeyinti müəssisələrinin işinin gəlirliliyini artırmaq; – turizm sahəsində tutulmuş yerlərin faizini artırmaq; – müxtəlif mövsümlərdə çevik qiymət siyasəti keçirmək; – turizm xidmətlərinin müxtəlifliyi ilə müştərilərin cəlb olunması; – dəyişkən turist təlabatlarına görə təklif olunan xidmətlərin uyğunlaşdırılması; – reklam işini səmərəli inkişaf etdirmək. Turizm sənayesi müəssisələrinin məqsədlərinin xarakteristikası iqtisadi cəhətdən maksimum mənfəət, yeni müştəri seqmentlərinin aşkara çıxarılması, xidmətlər satışı sisteminin yaxşılaşdırılması, bazar mövqelərinin gücləndirilməsi (turistlərin sayının ardıcıl surətdə artırılması və proporsional turizmin inkişaf etdirilməsi), rəqabətə davamlılığın artırılmasıdır. Firmanın məqsədi, müəssisənin imicinin yaxşılaşdırılması və nüfuzunun artırılması, sosial cəhətdən isə,daha az gəliri olan əhali üçün münasib turist məhsulunun inkişafına nail olmaqdır. Məqsədə çatılması üçün strateji, inzibati və operativ problemlərin həll edilməsini tələb edir. Müəssisənin məqsədlərinə çatmasına təsir edən amillər aşağidakılardır: strategiya seçimi; mütəşəkkil quruluş; məqsədə çatılması; mütəşəkkil quruluşun fəaliyyəti. İstehsal ediləcək məhsul və xidmət seçimi, turməhsul satıla biləcək istehlakçını seçmək də strateji problemlərə aid edirlər. Belə ki, mehmanxana kompleksinin strateji məqsədi, məsələn, kurort xidmətinə və ya biznes-turistlərin qəbuluna və xidmət edilməsinə istiqamətlənə bilər. Müəssisənin təşkil edilməsi, rəhbərlər arasında səlahiyyət və cavabdehliklərin bölüşdürülməsi, işin həcminin və ardıcıllığının müəyyən edilməsi, informasiya axınının istiqamətini və hesabatların müəyyən edilməsi inzibati problemlərə daxildir. İnzibati problemlərin həll edilməsi ümumi vəzifələrin konkret idarəçilik həllinə çevirilməsi deməkdir. Operativ problemlər istehsalat əməliyyatlarının gündəlik planlaşdırılması, qiymətin formalaşdırılması, reklam layihələrinin və tədqiqat işlərinin həyata keçirilməsidir. Qeyd edilməlidir ki, strateji xarakterli ümumi qərarlar müəssisə sahibləri və ya ümumi direktor tərəfindən qəbul olunur. Məqsədə çatmaqla bağlı bütün problemlər qarşılıqlı əlaqəlidir. Müəssisənin strategiya seçimi, onun çevikliliyi müəyyən tələblər irəli sürür. Struktur sözü geniş mənada sistemi təşkil edən elementlər və onlar arasında sabit əlaqələrin məcmusudur. Buna görə də müəssisədə strukturun sayı kifayət qədər çoxdur və onlar qarşılıqlı əlaqəlidirlər. Müəssisənin strukturu – bu təşkilatın özünəməxsus quruluşudur ki, onun əsasında idarə olunur. Bu quruluşa hakimiyyət və rabitə vasitələri də daxildir ki, müəssisə daxilində onlarla informasiya ötürülür. Beləliklə, təşkilatı struktur hər bir işçiyə tapşırılmış səlahiyyət və vəzifələrin əksidir. Xətti və funksional strukturların ahəngdarlığı idarəetmənin təşkilatı strukturunun müxtəlif variantlarını yaradır. Bunlar xətti-funksional, divizion və matrislidir. Ən geniş yayılmış idarəetmə strukturu xətti-funksionaldır. O, kiçik və orta firma və müəssisələr üçün xarakterikdir. Buna görə də kiçik turizm agentlikləri, mehmanxanalar, kempinqlər və restoranların idarə edilməsində fəal tətbiq edilir. Ən ümumi şəkildə xətti funksional quruluş “şaxt” adlanan prinsipinə uyğun qurulur ki, bu zaman hər xətti funksiyaya – “şaxt” xidməti sistemi formalaşır. İdarəetmənin divizion strukturu mehmanxana konsernləri və böyük turoperatorlar kimi daha iri müəssisələr üçün xarakterikdir. Bu strukturda “şaxtlar” istehsalat bölmələri səviyyəsində meydana çıxır. Bu halda xətti strukturdan başqa bölmələr həm də muxtar funsional struktur əldə edirlər ki, bu da turizm məhsulunun işlənib hazırlanması, istehsalı və satışı üzrə cavabdehliyin öz üzərinə götürülməsinə imkan verir. Bunun nəticəsində ayrı-ayrı müstəqil divizionlar formalaşır. Müəssisə nə qədər böyük olursa, o qədər də daha geniş şaxələnmiş idarəetmə strukturuna malik olur. Məsələn, Holiday mehmanxana şəbəkəsinə bütün dünya üzrə 2400 otel daxildir. Burada idarəetmə strukturunun tipləri qarışmışdır, belə ki, hər otel öz təşkilatı strukturu ilə müstəqil müəssisədir. Mehmanxana müəssisəsinin təşkilatı strukturunun tipinin seçilməsi mehmanxananın təyinatı ilə, yerləşdiyi məkanla, qonaqlarının spesifik xüsusiyyətilə və i.a. müəyyən edilir. Şirkətin yüksək səviyyəli idarəetmə vasitələri strateji məsələlərin həllindən azad olurlar, lakin ümumi idarəetmə məsələlərinin həlli ilə bağlı qərarlar qəbul edilməsinin cavabdehliyi onların üzərində olur. İdarəetmə strukturunun hər tipinin öz üstünlükləri və qüsurları vardır. Xətti-funksional idarəetmə strukturlarının üstünlükləri stabillik (stabil şəraitdə daha effektivdir),idarəetmə xərclərinə qənaət, ixtisaslaşma və səriştəlilik, bir funksional xidmətin səlahiyyətində olan sadə problemlərin tez həlli; qüvvədə olan texnologiyalara və formalaşmış bazara istiqamətlənmək;qiymət rəqabətinə istiqamətlənmək,qüsurları-xidmətdən xidmətə informasiyanın asta hərəkəti;baş qaldırmış problemlə bağlı qərar qəbul edilməsində qeyri-operativlik, belə ki, məsələ hər bir iyerarxiya səviyyəsində müzakirə olunur divizion idarəetmə strukturlarının üstünlükləri isə,-çeviklik (dinamik mühütdə daha effektıvdir);qərar qəbulunda operativlik; sahələrarası yanaşma;çətin funksiyalararası problemlərin tez həlli; yeni bazarlara və texnologiyaya meyllənmə;qiymətsiz rəqabətə meyllənmə, qüsurları-şirkətin yuxarı təbəqəsinin və divizionların maraqlarının düz gəlməməsi;şox sayda idarəetmə funksiyaları təkrarlanır ki, bu da idarəetmə xərclərinin artmasına gətirib çıxarır. Turizm sənayesi müəssisələrində həm xətti-funksional, həm də divizion strukturlara rast gəlinir. Turizm müəssisəsi təşkilatı strukturunin işlənib hazırlanması zamanı xidmətin bölünməsinin hər hansı üsul və vasitələrindən istifadə etmək hüququ vardır. Bölgü üsullarının seçimi asılıdır: fəaliyyətin həcmindən; turizm müəssisəsinin xidmət etdiyi müştərinin tipindən; turizm müəssisəsinin icra etdiyi xüsusi vəzifələrdən. Göstərilən meyarlardan asılı olaraq turizm müəssisələrinin təşkilatı modellərində vəzifələrin bölgüsünün bir neçə növü ola bilər. 1.Vaxta görə bölgü. Bu təşkilatı strukturun qurulmasının qeyri-ənənəvi üsullarından biridir və o gecə-gündüz növbəli cədvəl ilə işləyən turizm firmaları üçün ən münasibdir. Belə işdə hər növbə rəhbəri universal rol icra edərək, mühasib işindən tutmuş biletlərin rəsmiləşdirilməsinə qədər bütün əməliyyatların icrasına cavabdehlik daşıyır. 2.Vəzifəyə və ya peşəkar ixtisaslaşmaya görə bölgü. Bu üç əsas hissənin daxil olduğu daha səciyyəvi strukturdur. Bunlar – müdiriyyət və mühasibat; satış və əməliyyat hissələridir. Satışın həcmindən və firmanın miqyasımdan asılı olaraq operatorlar müxtəlif fəaliyyət sahələrinə görə ixtisaslaşırlar. Məsələr, xarici səfərlər, daxili səyahətlər, qrupla səfərlər və i.a. 3.Ərazilərə görə bölgü. Belə struktur dünyanın müxtəlif regionlarında tamhəcmli xidmətli şöbələrini açan böyük turoperatorlar üçün səciyyəvidir. 4.Xidmət edilən müştərinin və bazarın müxtəlifliyinə görə bölgü. Bu struktur müştərilərin şəxsləndirilmiş xidmətini təmin edir. Turizm sənayesinin müasir idarəetmə modeli sadə və çevik olmalıdır. Onun meyarları aşağıdakı kimidir. – turizm sənayesində idarəetmə fəaliyyətinin effektivliyinin təmin edilməsi; – turizm sənayesi müəssisələrinin idarəetmə hesabına rəqabətədavamlılığın təmin edilməsi. O, aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: – kifayət qədər təcrübəli az sayda işçi ilə komplektləşdirilmiş kiçik bölmələrin – filialların olması; – idarəetmə səviyyəsinin yüksək olması; – işləyən mütəxəssislərə uyğun olan təşkilatı struktur (mühasibat – mühasibin iş yeri, marketinq şöbəsi – marketoloqun iş yeri və i.a.); – iş üsulu və cədvəli turizm məhsulu istehlakçısına istiqamətləndirmək; – təklif olunan turist səyahəti məhsulunun keyfiyyəti və xüsusiyyəti haqda məlumatlı olmaq. Hal-hazırda səyahət təşkil edən müəssisələr üçün yenilik axtarışına yönəldilmiş inovasiya strukturu xarakterikdir. Müəssisənin strukturunda iki hissə ayrılır: – mənimsənilmiş, mənfəətli turməhsulun istehsalı və satışı ilə məşğul olan cari istehsalat; – yeni marşrutlar və texnologiyalar işləyib hazırlanması ilə məşğul olan axtarış hissəsi (məhsulun bazara çıxarılmasına qədər cavabdehlik daşıyır). Axtarış hissəsi çərçivəsində bazarda yeni turməhsulu sınaqdan keçirən təcrübəli istehsalat seçilir. Yeni məhsulun gəlirliliyini müəyyən etdikdən sonra onu cari istehsalata ötürürlər. Bu idarəetmə strukturu çərçivəsində inovasiya proseslərinin idarəedilməsi və ənənəvi istehsal prosesləri birləşir. Əgər təşkilatı strukturun hazirlanmasının əsas qaydalarına riayət olunursa: -hər vəzifə ciddi surətdə konkret xidmətə təhkim edilməli; xidmət strukturu bir subyektə 6-7-dən çox obyektin idarə olunmasını özünə tabe etməməli. Onda idarəetmənin hər tipi effektiv işləyəcək: İdarəetmə fəaliyyəti üçün subyektin idarəedilən obyektlərə təsirinin nəticələri haqda informasiya çox vacibdir. Bu informasiya əks rabitə vasitəsilə alına bilər. Ən ümumi halda əks rabitə fəaliyyətin məqsədi ilə onun nəticəsi arasında satış uçotunun mexanizmidir. Turizm fəaliyyətininə uyğun olaraq əks rabitənin bu növlərini ayırırlar: müsbət, mənfi, gecikən, ötüb keçən və ani. Əks rabitənin bütün növləri eyni vaxtda mövcuddurlar və təşkilatı hərəkətin lazımi müvazinətini və idarəetmə məsələlərinin effektiv qəbul edilməsini həyata keçirirlər. İdarəetmədə iqtisadi idarəetmə metoduna üstünlük verilir. Ona görə ki, idarəetmə münasibətləri birinci növbədə iqtisadi münasibətlərlə, yəni işçilərin marağına uyğun münasibətlərlə təyin olunur. Başqa sözlə desək, idarə olunan obyektin maraqları və müəssisənin qarşısına qoyulan məqsəd iqtisadi metodların təsiri ilə həll olunur. Ona görə ki, bazar iqtisadiyyatına keçid dövrü müəssisələrin işçiləri tam sərbəst hərəkət edirlər. Kolletivlər əsas fondlardan, alınan mənfəətdən, əmək haqqından səmərəli istifadə edir və öz maraqlarının təmin olunmasına çalışırlar. Problem ondadır ki, kollektivdə elə şərait yaranmalıdır ki, iqtisadi metodlar effektli olsunlar. Hər hansı bir idarəetmə funksiyasının olmaması bu metodun effektliyini şübhə altına sala bilər. tqtisadi metodların effektliyi nəticəsində əmək kollektivi maraqla işləyir, ona görə ki, onun iqtisadi maraqları qorunur. İqtisadi maraqların tətbiq olunması kollektivdə nizam-intizam yaradır. Fəhlələr öz ixtisaslarını artırır və gördükləri işdən həzz alırlar. Təcrübədə iqtisadi idarəetmə metodlarının tətbiqində planlaşdırma, təhlil, təsərrüfat hesabı, qiymət əmələ gəlməsi və maliyyə kimi proseslərdən istifadə olunur. İqtisadi metodların müəssisələrdə genişlənməsinə baxmayaraq təşkilatı-inzibati idarəetmə metodlarından istifadə etməyi də yaddan çıxartmaq lazım deyil, ona görə ki, müəssisədə gərginlik yarandıqca bu idarəetmənin üstünlüklərindən istifadə etməyə zərurət yaranır. 2. Turizm sənayesi və onun inkişafına təsir göstərən amillər Turizm sənayesinin inkişafına elə belə səyahətə çıxanların sayının artması kimi baxmaq olmaz. Turizm xidmət sahəsində ən böyük bölmələrdən birini təşkil edir.Deməli, insanların həyat səviyyəsi yüksəldikcə, beynəlxalq iqtisadi münasibətlər hərtərəfli xarakter aldıqca, mübadilə münasibətləri genişləndikcə, turizm insanlar üçün tarixi zərurətə çevrilmişdir. Bu proses artdıqca qanunauyğun olaraq həmin sahəyə xidmət edən xüsusi qurumlar yaranır, turizm məhsulları meydana gəlir. Yeni sənaye və xidmət sahələrinə ehtiyac artır. Odur ki, qanunauyğun olaraq turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur. Burada hər cürə nəqliyyat növlərinin, mehmanxana təsərrüfatının, ictimai iaşə obyektlərinin, müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin, ekskursiya xidmətləri göstərən təşkilatlar və sairənin məcmusu nəzərdə tutulur. Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Turizm sənayesi, turist хidmətlərini və turist tələbatlı malların satışı ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür. Kütləvi turizmin dinamik inkişafı bütün dünyada turizm sənayesinin və xalq təsərrüfatının qarışıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin qarşılıqlı inkişafına səbəb olmuşdur. Sanballı maddi-texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir. Turizm sənayesinin inkişafına təsir göstərən amillər aşağıdakılardır: 1.Təbii-ekoloji amillər: – yaxşı iqlim və komfortlu təbii şəraitin olması; – landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması; – inkişaf etmiş hidroqrafik şəbəkələrin və təbii su hövzələrinin olması; – təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması; – ekoloji vəziyyətin yaxşı olması. 2.Sosial-iqtisadi amillər: – əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi; – vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən sosial azadlıq və hüquqlarının olması; – beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi və nəqliyyat vasitələrinin təkmilləşdirilməsi. 3.Siyasi amillər: – turistlərin yaşadıqları ölkənin daxili siyasi stabilliyi; – turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi; – ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər; -iqtisadi,ticarət, elmi-texniki və mədəni əlaqələr, turizm mübadiləsi üzrə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq sazişləri. 4.Demoqrafik amillər: – əhalinin artımı dünya turizm potensialını yüksəldir; – insanların ömür müddətinin artması və təqaüd yaş həddinin azalması, turizmdə üçüncü yaş qrupuna aid olan insanların çoxalmasına səbəb olur; – etnik turist axını (tarixi vətənə səyahət, mühacirlər, oxşar dilli xalqlar, qarşılıqlı səfərlərlə maraqlananlar və s.); – insanların mədəniyyət və təhsil səviyyələrinin yüksəlməsi. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə turizm də özünün inkişaf mərhələsində olur, yeni turizm kompleksləri açılır, yeni marşrutlar mənimsənilir, yeni xidmət növləri meydana çıxır. Əksinə, hansı səbəbdənsə ölkə iqtisadiyyatı tənəzzülə uğradığı zaman (siyasi böhran, inflyasiya, təbii fəlakət və s.) turizm sənayesində də tənəzzül nəzərə çarpır. Turizm sənayesi özündə ölkə iqtisadiyyatının bir cox sahələrini birləşdirir. Turizm sənayesi bir sistemdir və bu sistemin fəaliyyəti ona daxil olan bütün sahələrin ahəngli işləməsi ilə həyata keçirilir. Bu sahələrin inkişafı istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən birbaşa asılıdır. Belə ki, yanacaq-energetika sənayesi, yol-tikinti kompleksləri, otel və iaşə avadanlıqları istehsal və təmir edən müəssisələr, təmir-tikinti müəssisələri, su, kanalizasiya xidmətləri, yüngül sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri və s. turizm sənayesinin mövcud olmasında, fəaliyyət prosesinin icra edilməsində iştirak edirlər. Turizm sənayesinin xüsusiyyətlərinə aid olan turizm-rekreasion resursların olması, müvafiq səviyyədə infrastrukturun olması və savadlı, peşəkar kadrların olması xüsusi əhəmiyyət kəsb edir. Turizm sənayesi elə yerlərdə inkişaf edir ki, bu yerlər təbii və süni, yəni insan tərəfindən yaradılmış yerlərdən ibarətdir və bu yerlər turistləri müxtəlif fəaliyyət xüsusiyyətləri ilə cəlb edir. Turizm sənayesinin xüsusiyyəti odur ki, o həm material tutumlu məhsul istehsal edir, həm də qeyri-maddi məhsul, yəni xidmət yerinə yetirir. Elə bu əlamətlər turizm sənayesinin əsas xüsusiyyətini təşkil edir. Son zamanlarda kütləvi informasiya vasitələrinin (KİV) sürətli inkişafı da turizmə müsbət təsir göstərir. Kütləvi informasiya vasitələrinin inkişafı nəticəsində qonaqpərvərlik resurslarının, istirahət yerlərinin infrastrukturunun və digər turizm sənayesi komponentlərinin tanıdılması sürətlənir. Turizmin populyarlığının səbəblərindən biri də şəhər əhalisinin daim artmasıdır. Yalnız urbanizasiya (şəhərləşmə) müəyyən dərəcədə turizm xidmətlərinə olan tələbatın artmasına səbəb olur. Turist axınının formalaşması əsasən iri sənaye və inzibati mərkəzlərdə baş verir ki, bunlar arasında Bakının da adını çəkmək olar. 3.Turizm sənayesinin inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumilikdə, hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır.Müasir turizm sənayesi də yeni texnologiyaların tətbiqi ilə bağlı əhəmiyyətli dəyişikliklər keçirmişdir. Turizm biznesi bazarında hər hansı firmanın müvəffəqiyyətli fəaliyyətini praktiki olaraq müasir informasiya texnoloğiyalarından istifadə etmədən təsəvvür etmək olmur. Turməhsulun işlənib hazırlanması və satışı texnologiyasının spesifik xüsusiyyəti elə sistemlər tələb edir ki, qısa vaxt ərzində mümkün olan nəqliyyat vasitələri və turistləri yerləşdirmə imkanları haqda məlumat verə bilsinlər, tez vaxtda yerlərin ehtiyatda saxlanılması və bronlaşdırılmasını, həmçinin köməkçi məsələlərin (biletlərin, hesabların rəsmiləşdirilməsi, hesablaşma və məlumat informasiyası və b. təmin edilməsi) avtomatlaşdırılmasını təmin etsinlər. Turizm sənayesi o qədər çoxcəhətli və çoxşaxəlidir ki, xüsusi proqram vasitələrinin işlənib hazırlanmasından qlobal kompyuter şəbəkələrindən istifadə olunmasına qədər ən müxtəlif informasiya texnologiyalarının tətbiqini tələb edir. Turizmdə informasiya texnologiyaları sahəsində elmi-texniki tərəqqinin yeni nailiyyətlərinin işlənib hazırlanması və tətbiqi aşağıdakı əsas prinsiplərin nəzərə alınması ilə tətbiq olunur: – ən müasir texnologiyalar real on-line zamanı şəraitində “kağızsız ofis” prinsipinə əsasən yerinə yetirilib (və ya layihələşdirilir); – sistemlərin əsas ideologiyası qapali texnoloji dövrədir: müştəri-turagent-turoperator-xidmət-təhlil; – tədqiqatçılar turoperatorlar, turagentlər, tərcüməçilər, marketinq üçün bahalı universal avtomatlaşdırılmış sistemlərin hazırlanmasından imtina edərək, lokal ofis texnologiyalarının tətbiqinə üstünlük verirlər; – informasiya texnologiyaları bazarında ofis proqramları istər geniş istehlakçı üçün, istərsə də sifarişlə işlənib hazırlanır; – bir çox təklif olunan sistemlər öz aralarında bir araya sığa bilirlər və qlobal şəbəkəyə – internetə çıxışı ilə lokal şəbəkə yerinə yetirilir; – hər yerdə CD-ROM multimediya texnologiyalarının imkanlarından istifadə olunması nəzərdə tutulub; – turizm ofisinin avtomatlaşdırılması üçün təklif olunan bütün texnologiyalar – yeniləşdirmə, konsaltinq, personalın təlimi, zəmanət xidməti müşayətilə təmin olunub; – proqram məhsullarının, lokal tətbiqi proqramlarının intensiv yeniləşdirilməsi nəzərdə tutulur, bronlaşdırma və ehtiyatda saxlamanın lokal sistemləri də birləşərək beynəlxalq şəbəkəyə inteqrasiya edirlər; – iti sürətli qlobal internet şəbəkəsi tətbiq edilir; – turizm bazarında yeni informasiya texnologiyalarına təlabat əsasən yerli tədqiqatçı-firmalar tərəfindən təmin edilir. Müasir turizm sənayesi üçün informasiyanın ötürülmə sürətinin əhəmiyyəti informasiyanın özündən çoxdur. İnformasiyanın etibarlı və ani ötürülməsi qlobal İnternet şəbəkəsi vasitəsilə həyata keçirilir. Mütəxəssislər qlobal şəbəkənin aşağıda göstərilən üstünlüklərini qeyd edirlər: – hər insan üçün əlçatan olması; – vaxt və pula qənaət; – müxtəliflik və cəldliklə informasiyanın verilməsi; – effektiv və ucuz rabirə; – bütün gun ərzində reklam yerləşdirilməsi; – qlobal və regional ehtiyatda saxlama sistemlərindən istifadə etmək imkanı, elektron beynəlxalq və regionlararası turist sərgi və yarmarkaları; -“yanar” turların, biletlərin, mehmanxanada yerlərin və başqa xidmətlərin çevik tapılması və ödənişin edilməsi. Lakin turizm bazarının subyektləri informasiya şəbəkələrindən istifadə edərkən müxtəlif məqsədlər güdürlər və qoyulmiş məqsədlərə çatılması üçün müxtəlif imkanlara malikdirlər. Beləliklə, turizm dünya iqtisadiyyatında internet texnologiyalarının böyük gəlir gətirdiyi sahələrindən biridir. “The Travel Agent” jurnalının rəyinə görə, təkcə Şəbəkədə tur, bilet və mehmanxanada nömrə alan turistlərin sayı sürətlə artır. Aparıcı şəbəkə agentliklərinin gəlirlərinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Müasir şəraitdə turizm biznesi üçün təkcə informasiyanın özü deyil, həmçinin onun daxil olma vaxtı da əhəmiyyətlidir. Qlobal İnternet şəbəkəsi vahid dünya “informasiya sahəsində” informasiyanın etibarlı və ani ötürülməsini təmin edir, haradakı hər şey “yaxındadır” və hər bir insan üçün əlçatandır. İnternet vaxta (bronlaşdırma ani həyata keçirilir) və pula (turagentlikdən ucuzdur) qənaət edir, hay-küy və həyacan olmadan, satın alma çox rahat aparılır (evdən çıxmayaraq). İnternet bazarın bütün iştirakçılarına müxtəlif, cəld dəyişən informasiya, etibarlı, effektiv və ucuz rabirə, bütün gun ərzində reklam yerləşdirmək, qlobal və regional ehtiyatda saxlama sistemlərindən istifadə etmək, elektron beynəlxalq və regionlararası turist sərgi və yarmarkaları, “yanar” turların, biletlərin, mehmanxanada yerlərin və başqa xidmətlərin çevik tapılması və ödənişin edilməsi imkanını verir. Lakin mütəxəssislər qeyd edirlər ki, eyni zamanda elektron satın alma istəyinə mane olan səbəblər də vardır ki, bu da hüquqi zəmanətin, kredit kartının olmaması və ya onun nömrəsini demək qorxusu, həmçinin şəxsi xarakterli məlumatları verməmək istəyi və s. Turbizneslə məşğul olmaq üçün otaq, stol, stul, kompyuter, internetə çıxış, ştatda bir-iki adamın olması kifayətdir.Bunu hələ 1999-cu ildə “TİSS” alman firması sübut etmişdir. İki adam on-line şəraitində aviabilet satışı ilə məşqul olaraq 140 milyon dollar illik dövriyyəni təmin etmişlər.Turizm biznesi şəbəkədə iti sürətlə inkişaf edir. Forrester Researchın məlumatlarına görə, ABŞ-da turizm xidmətlərinin internet satışından olan gəlir istifadəçilərə geyim, kompyuter, musiqi, video və s. satışından əldə edilən gəlirdən 4 dəfədən də çoxdur. 2009-ci ildə turizm xidmətlərinin İnternetlə satışı Asiyada 30%, Avropada təqribən 50%-ə, ABŞ-da isə turizm məhsullarının şəbəkə vasitəsilə satışı 65%-ə çatmışdır. Mütəxəssislər qeyd edirlər ki, turizm internet-xidməti subyektləri xüsusi məqsədlər güdürlər. İnternetdən istifadə edən müştəri üçün səyahət və digər xidmətlər təklif edən turfirma və səyahət ediləcək ölkə haqqında informasiya axtarışı əlverişlidir. Bunun üçün ona Şəbəkədə naviqasiyanın əsaslarını (axtarış serverləri və üsulları), turist ehtiyatlarını (turizm saytlarının ünvanları) bilmək lazımdır və müxtəlif firmalar tərəfindən verilən və bir-birindən fərqlənən bronlaşdırma sistemlərindən istifadə etməyi bacarmalıdır. İnternetdə işləyən turagent üçün turoperator axtarışı və onlarla cəld əlaqə saxlanılması, tək-tək və korporativ müştəri axtarışı, xidmətlərin bronlaşdırılması imkanı, təsdiqin və turun qiymətinin hesabının tez alınması vacibdir. İnternet turoperatora xidmət satan və təchiz edənlərlə cari vəziyyətə nəzarət edilməsi üçün, xidmətlərin satılması, bronlaşdırılması və keçirilmiş əməliyyatların tez təsdiqi imkanı üçün lazımdır. Turoperatora şəxsi server, sifarişlərin qəbulu və işlənməsi, öz serverinin internetdə reklamı, müşrətilərin və turagentlərin İnternet vasitəsilə işləməyə cəlb edilməsi üzrə marketinq siyasəti lazımdır. İnternet-satış prosesi ödəniş variantlarının ilə sona çatır. Azərbaycanın turizm bazarında çox vaxt alıcı saytda malı seçəndən sonra telefonla zəng edib sifariş verməlidir. Əlavə olaraq ilkin ödənişdən və ya turpaketin çatdırılma vaxtı ödənişdən istifadə olunur. Elektron biznes üçün ən effektiv variant kredit kartı ilə ödənişdir. XXI əsrin ödəniş sistemini klirinq sistemi, rəqəm pullar və smartkartlardan istifadə adlandırırlar. Xeyli sayda internet-ehtiyatları turizm mövzusuna həsr olunub. İnternet ehtiyatlarının qiymətləndirilməsinin əsas meyarları aşağıdakılar hesab olunur: – məlumatlılıq (verilmiş məlumatların həcmi, məlumatların ətraflılığı, foto və video istifadəsi); – naviqasiyanın rahatlılığı; – yüklənmənin sürəti; – dizayn; – texniki imkanlar (ilk növbədə məlumatlar bazasının ınteraktivliyi – turların, aviabiletlərin, mehmanxanaların on-line şəraitində bronlaşdırılması imkanı); – informasiyanın müntəzəm yenilənməsi (bəzi məşhur saytlar zaman keçdikcə lazımı qaydada saxlanilmadığı və yenilənmədiyi üçün onlara maraq itir). Turizmə həsr olunmuş saytları xususi və yardımçı saytlara ayırırlar. Videosəyahət saytları, hüquqi yardım serveri, hava serveri, muzey və sərgi fəaliyyətinə həsr olunmuş saytlar, tərcümə serverləri və b. yardımçı saytlarbuna aiddir. İsor.kurorti.ru. 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Cic-Group şirkətlər qrupuna daxildir. Hazırda MDB ölkələrinin 200-dən çox sanatoriya və 350-yə yaxın turizm şirkətləri ilə on-line sistemində əlaqələri var. Rusiyada isə ən tanınmış xüsusi saytlar aşağıdakılardır: Travel.ru 1997-ci ildən fəaliyyət göstərir. Sayta daxil olanların aylıq orta sayı 90-150 min adamdır. Məlumat bazası ölkələrin 4,5 min turagentliyi və 3 min turu haqda məlumat saxlayır. Turu birbaşa saytda və ya onu təşkil edən firmaya müraciət etməklə də bronlaşdırmaq olar. Tours.ru –“100 yol” serveridir, 1996-cı ildə “Arimsoft” firması tərəfindən yaradılıb. İlk dəfə Mitt-96-da göstərilib və o vaxtdan bütün böyük turizm sərgilərində iştirak edir. Turizmin hüquqi aspektlərinə aid məsləhət almaq imkanı verir. Turizm.ru – “Səyahətlərin kataloqu” serveri “İnternet-Marketinq” şirkəti tərəfindən 1998-ci ilin fevralında hazırlanıb. Km.ru/tourism 1998-ci ildə “Kiril və Medofi” firması tərəfindən yaradılıb. Tos.ru “Turizm məlumat sistemi”dir. Turfirmaların məlumatı kataloqda pulsuz yerləşdirilir. Həmçinin öz mini-saytınıda yarada bilər və ya təşəbbüskar reklam texnologiyasından istıfadə edə bilərlər. Tour.rbc.ru – məşhur RosBiznesKonsaltinq holdinqinin RBK turizm portalıdır. 2001-ci ildən şəbəkədədir. Travel-net.ru (RTŞ –Rusiya turizm şəbəkəsidir) – turizm portalı Rusiyanın turizm serverlərini birləşdirir, vahid idarəetmə sistemini və çarpaz istinadları realizə edir və məlumat axtarışı zamanı bir serverden başqasına rahat keçməyə imkan verir. Turgid.ru –“Turizm bələdçisi” hər gün yenilənən turizm xəbərləri və hadisələri ilə ixtisaslaşdırılmış turizm məlumat-axtarış kataloqudur. All-hotels.ru –burada Rusiya və xarici ölkələrin mehmanxanaları haqda məlumat verilib. Qeydiyyatdan keçib parol alandan sonra istər e-maillə, istərsə də e-mail təsdiq edilərək faksla otellərdə yer bronlaşdırma olar. Turagentliklər üçün 24 saat ərzində əlavə güzəştlərlə uygun yerləşdirmə variantı seçilir. Travelweb.com serveri 1994-cü ildə yaradılıb. Burada bütün aparıcı mehmanxana zəncirləri və aviaşirkətləri haqda ətraflı məlumat verilmişdir. Server real vaxt şəraitində aviabilet, mehmanxanada yer ehtiyatda saxlanmasına, avtomobil icarəsinə imkan verir. Expedia.com saytı Microsoft şirkəti tərəfindən yaradılmışdır. Sayt turizm biznesi mütəxəssisləri və turistlər üçün geniş məlumat təqdim edir. Müasir mehmanxana və restoran biznesində fəaliyyətin bütün növlərinin avtomatlaşdırılması və optimallaşdırılmasına yönəlmiş xüsusi proqram paketlərindən istifadə olunur. Onların arasında kompleks avtomatik idarəetmə sistemini (AİS) və yardımçı proqramları ayırmaq olar. Mehmanxananın AİS-i mehmanxanda ehtiyatda yer saxlanılmasından tutmuş mehmanxananın fəaliyyətilə bağlı hesabat alınmasına qədər texnoloji dövrənin bütün mərhələlərində operativ qərar qəbul edilməsi və personalının iş yerlərində işini təmin edən proqram paketidir. AİS mehmanxanada növbəti vəzifələri yerinə yetirir: mehmanxananın cari vəziyyəti və qonaq haqqında tam və vaxtında məlumat alınması; idarəetmə, mehmanxana və bazarda daima dəyişən vəziyyətə tez münasibət göstərmək; qonaqlar üçün xidmətin səviyyəsinin və personalın işinin keyfiyyətinin artırılması; qonaqla işin bütün mərhələlərinin avtomatlaşdırılması; mehmanxananın nömrə fondunun və başqa elementlərindən effektiv istifadə etmək imkanı; kadr siyasətinin aparılması; məlumat bazasının yaradılması. Mehmanxanaların ilk avtomatlaşdırılmış idarəetmə sistemləri 1975-ci ildə Qərbdə meydana çıxmışdır. İndi qərb sistemləri yüksək funksionallığı, “yetkinliyi” ilə, zəngin imkanları və çox illik iş təcrübəsi ilə seçilirlər. İri mehmanxana ASİ-i – bu “Locinq Taç”(istehsalçı- ABŞ-ın “MAI systei Corporation”-dır) və “Fidelio” (“Micros-Fidelio” şirkətləri, “HRS” (Hotel and Restaurant systems) Rusiya ərazisində rəsmi distributorudur) sistemidir. “Locinq Taç” sistemi “Choice Hotels”, “Holiday inn”, “Oriental Express”, “Gruppo sol” “Hilton” kimi məşhur şəbəkələr də daxil olmaqla bütün dünya üzrə yüzlərlə otellərdə işlədilir. “Katerina”, “Savoy”, “Damodedovo-Aerootel”, “Oktyabrsk” (Sankt-Peterburq), “Hotel Riga” (Riqa) “Kempinski Badamdar” (Bakı) mehmanxanalarında da tətbiq olunur. 1997-ci ildə “Locinq Taç” sistemi tətbiqi proqram təminatı sahəsində ən yaxşı tədqiqatlara verilən “Micrsoft” şirkətinin mükafatı ilə təltif olunmuşdur. “HRS” şirkətinin tərəfdaşları – 110-dan çox restoran və əyləncə kompleksləridir. Onların arasında “Golden Palace”, “Meteliça”, “Çarskaya oxota” və 70-dən çox mehmanxana vardır: “Şeraton Palas Otel”, “Qrand Otel”, “Renessans Otel”, “Tverskoy”, “Belçuq Kempincki”, “Prezident Otel”, “Naçional”, “Zolotoe kolço” və s. Turizm sənayesində internetin və müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılmalıdır. Şəbəkə marketinqi həyata keçirilməli. təklif edilən xidmət «On-line» rejimi üzərindən satılmalı, ərazicə uzaq olan müştərilərlə keyfiyyətli əlaqə yarada bilinməsi təmin edilməlidir. . İnternetin köməyi ilə biletlərin satılması, otel nömrələrinin bronlaşdırılması, səmərəli reklamın həyata keçirilməsi,uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi, potensial əməkdaşların axtarılması həyata keçirilməlidir; On-line xidmətlərin inkişafı turizm obyektlərinin dünya miqyasında imicinin yaxşılaşmasına, bir sıra xərclərin azaldılmasına və turistlərin daha asan məlumat və xidmətlər əldə etməsinə səbəb ola bilər. Bu xidmətlər həmçinin otellərə və turizm obyektlərinə xərclərini daha asan planlaşdırmağa imkan verər. Bu xidmətlərə vasitəsilə turistlər heç bir vasitəçiyə ehtiyac olmadan öz sifarişlərini daha tez və az xərclərlə həyata keçirə bilərlər. 4. Turizm sənayesinin inkişafında xarici investisiyaların rolu. Turizm iqtisadiyyatın digər sahələrindən fərqli olaraq özünəməxsus inkişaf imkanlarına malikdir. Azərbaycanda turizmin ənənəvi və müasir sahələri mövcuddur ki, bunlara da yerləşdirmə (mehmanxana, sanatoriya və s.), əyləncə (ovçuluq, idman və s.), mədəniyyət (tarixi abidələr, arxeologiya və s.) və təbiət (qoruqlar. milli parklar və s.) kimi istiqamətlər daxildir. Sözügedən sahələrdə turizmin inkişaf etdirilməsi üçün bu sektorda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsas şərtlərdən sayılır. Lakin, sahibkarlığın bütün sahələrdə olduğu kimi turizm sektorunda da bir çox problemlər var. Həmin çətinliklərin əsasında turizm sahibkarlığı üçün maliyyə çatışmazlığı dayanır. Mövcud maliyyə mənbələrinin bu sektora yönəldilməsi, ondan səmərəli istifadə olunması vacib məsələlərdən hesab olunur. Qeyd edək ki, turizm sahibkarlığının istifadə edə biləcəyi investisiya mənbələri daxili və xarici olmaqla aşağıdakılardan ibarətdir: a) Dövlət büdcəsi və büdcədənkənar fondlar; b) Əhali yığımları; c) Müəssisə daxili vəsaitlər (nizamnamə kapitalı, yığım fondu, amortizasiya ayırmaları və s.); d) Cəlb olunan kənar vəsaitlər (bankların kreditləri, borc kapitalı); e) Xarici mənbələr (beynəlxalq təşkilatların qrantları, texniki yardım proqramları, maliyyə institutlarının vəsaitləri və s.) Turizm sektoruna yönəldilən vəsaitlərin digər sahələrə nisbətən aşağı səviyyədə olması burada bir sıra problemlərin mövcudluğundan xəbər verir. Bu baxımdan Turizm sənayesinə investisiyaların cəlb olunması problemlərini aşağıdakı kimi qrulaşdırmaq olar: 1. İnformasiya problemi: (Azərbaycanda mövcud olan turizm imkanlarının hələ də yetərincə tanıdılmaması. Bu səbəbdən sərmayəçilərin öz vəsaitlərini yönəltmək üçün ehtiyac duyulan sahələrdən xəbərsiz olmaları); 2. Kapitaltutumluluq: (Müasir standartlara cavab verən Turizm mərkəzlərinin qurulmasına iri həcmli maliyyəyə vəsaitinin tələb olunması səbəbinin sərmayəçiləri böyük riskdən çəkindirməsi); 3. Stimullaşdırma: (Turizm sektoruna maliyyə qoyuluşlarına qanunvericiliklə müəyyən olunmuş güzəştlərin tətbiq olunmaması); 4. İnstitusional problemlər: (Turizm sektorunun inkişafı ilə bağlı institusional dayaqların və infrastruktrun müasir tələbələrə cavab verməməsi); 5. Milli investisiyanın istiqamətləndirilməsi: (Milli investorlar üçün bu sahənin yeni olması səbəbilə daxili investisiyaların bu sferaya az yönəldilməsi və s.) İnvestisiyaların bu sektora cəlbi ilə bağlı yuxarıda sadalanan bu və ya digər problemlərin aradan qaldırılması istiqamətində aşağıdakı istiqamətlərdə tədbirlərin həyatakeçirməsi bu sahənin inkişafına cox böyük dərəcədə təsir göstərər: 1. Regionlarda, xüsusilə dağ rayonlarında Turizmin inkişafı ilə bağlı lazımi infrastruktur yaratmaqla xarici investisiyaları cəlb edilməsinə ; 2. Turizmin inkişafı ilə bağlı bazar iqtisadiyyatının institusional dayaqlarının möhkəmləndirilməsi; 3. Turizm sektoruna sərmayə yatıran İnvestorlara Vergi güzəştlərinin edilməsi və dövlət tələfindən digər güzəştlərin tətbiq olunması; 4. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə iqtisadiyyata vəsaitlərin yönəldilməsi zamanı turizm sektoruna üstünlük verilməsi və bununla bağlı sahibkarlar arasında təşviqat işlərinin aparılması; 5. Ayrıca turizm sektoruna yönəldilən investisiyaların idarə olunması ilə bağlı strukturun formalaşdırılması; 6. İslan Konfransı Təşkilatına daxil olan ölkələrdən Türkiyənin, Filippinin, İndoneziyanın, Malayziyanın, Misirin, Mərakeş və Tunisin turizm sektorundakı təcrübələrini öyrənərək həmin sahələrin inkişafına investisiyaların cəlbi ilə bağlı həyata keçirdikləri innovativ addımların Azərbaycanda tətbiqinə çalışılması və s. Müasir rəqabət şəraitində daxili və xarici turistlərin ölkəmizin təbii abidələri, mədəniyyəti, tarixi, mətbəxi, müalicəvi ocaqları və s. ilə yaxından tanış edib bu sahədən külli miqdarda gəlir əldə etmək istəyiriksə onda hökumətin, özəl sektorun, ictimaiyyətin birgə əməkdaşlığı çərçivəsində çevik addımların atılması vacibdir. Turizmin inkişafına hər bir ölkənin təbii-ekoloji resursları, tarixi abidələri, mədəniyyəti, əhalisinin ünsiyyət əlaqələrinin səviyyəsi, sosial infrastrukturunun vəziyyəti və s. amillər təsir göstərir. Bütün bu amillərin hər birinin turizmin inkişafına təsiri səmərəli xərclənən maliyyə vəsaitlərinin həcmi ilə müəyyən olunur. Nəzərə almalıyıq ki, turizmin inkişafına qoyulan investisiyalar dünyada öncül yerlərdən birini tutur. Statistika göstərir ki, xərclərin ödəmə əmsalı neft sənayesində 5-ə bərabərdirsə, bu göstərici turizm sferasında 1,8-ə çatır. Məhz bu faktı nəzərə alaraq əksər ölkələr turizmi iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi üçün onun inkişafına böyük həcmdə investisiyalar qoyurlar. Bu ölkələrin siyahısında ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Fransa aparıcı yeri tuturlar. Beynəlxalq turizmə qoyulan xərclərin səmərəsinin yüksək olması bir çox ölkələrdə, o cümlədən Afrika və Cənubi Şərqi Asiya dövlətlərində bu sferaya ayrılan xərclərin artması üçün stimul rolunu oynamışdır. Beynəlxalq Turizm Təşkilatının məlumatına əsasən, 2020-ci ildə Kipr, Liviya, Əlcəzair, BƏƏ, Morokko, Xorvatiya və s. dünyada istirahət üçün ən yaxşı şəraiti olan ölkələrin siyahısında lider dövlətlərə çevrilə biləcəklər. Bu fakt əsas verir qeyd edək ki, ənənəvi turizm ölkələri ilə yanaşı, zəif dövlətlər də milli iqtisadiyyatlarını inkişaf etdirmək, daha çox gəlir əldə etmək məqsədilə bu sahəyə böyük maraq göstərir və investisiya qoyuluşunu artırırlar. Inkişaf etməkdə olan ölkələrin turizmin inkişafına artan marağı Azərbaycan Respublikasının simasında da özünü büruzə verir. Turizm sferasının maddi-texniki bazasını, sosial infrastruktur sistemini dünya standartları səviyyəsində təşkil etmək üçün bu sahənin maliyyə təminatı getdikcə yaxşılaşdırılır. Turizmin investisiya təminatının yaxşılaşdırılması dövlət vəsaiti, sahibkarların kapitalı, birgə turist müəssisələrinin yaradılması və respublikaya cəlb edilən xarici investisiyalardan istifadə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-2014-cü illərdə turizmin inkişafına dair “Dövlət Proqramı ” təsdiq edilmişdir. Proqramın təsdiq edilməsində məqsəd, Azərbaycanda yüksək iqtisadi, sosial, ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsini ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir. Buna görə də respublikada bu sahədə elə çevik siyasət yeridilir ki, bu da istehlak dövriyyəsinə yeni resursların cəlb edilməsinə imkan verir. Digər tərəfdən isə, xarici investisiyaların cəlb edilməsi və iqtisadi dövriyyədə istifadə olunması müddətləri biri-birilə elə razılaşdırılmalıdır ki, cəlb olunmuş vəsait gözlənilən səmərəni versin. Turizmin xarici investisiya təminatına regionların inkişaf səviyyəsini, onlarda infrastrukturların vəziyyətini nəzərə almaqla yanaşmaq lazımdır. Əksər inkişaf etmiş ölkələrdə bu problemin həllində xarici və birgə sahibkarlığın imkanlarından da geniş istifadə olunur ki, bu da turist mühitinin yaxşılaşdırılması amili kimi çıxış edir. Hesablamalar göstərir ki, getmə turizmin inkişafına yönəldilən daxili və xarici investisiyaların hesabına turizmi resurslardan birinə çevirmək üçün böyük imkanlar vardır. ÜTT-nin məlumatlarına əsasən, bir turistin səyahət, yaxud istirahət etməsi üçün lazım olan orta maliyyə xərcləri əsasında ildə 1,5 mln. turist qəbul edən Azərbaycan Respublikasında 4,5 mlrd. dollara yaxın ümumi gəlir əldə etmək mümkündür. Hesab edirik ki, Azərbaycanın malik olduğu rekreasiya ehtiyatları turizmin formalarından səmərəli istifadə etməklə dövlət büdcəsinin gəlirlərinin formalaşmasının mühüm mənbələrinə çevrilə bilər. Bunun üçün ekoturizm və aqroturizmin investisiya təminatı əsaslı surətdə gücləndirilməlidir. Kanada, Almaniya, Avstraliya və s. dövlətlərin təcrübəsi göstərir ki, bu ölkələr aqroturizmin inkişafı hesabına on milyardlarla gəlir əldə edirlər. Azərbaycan Respublikasında Şəki-Zaqatala, Quba–Xaçmaz, Gəncə-Qazax regionlarında aqroturizm, Abşeron, Quba-Xaçmaz, Lənkəran–Astara zonalarında isə ekoturizmin inkişafı üçün böyük ehtiyat mənbəələri vardır. Əsas vəzifə ondan ibarətdir ki, bu ehtiyatları təsərrüfatçılıq dövriyyəsinə daxil etməklə onlardan səmərəli istifadə olunsun. Qeyd olunan problemin həlli yalnız dövlət vəsaiti hesabına deyil, digər maliyyə mənbələrindən də istifadəyə əsaslanmalıdır. Turizm fəaliyyətində investisiya təminatını yaxşılaşdırmaq üçün sahibkarlığın müxtəlif formalarından istifadə edilməsi iqtisadi cəhətdən məqsədəuyğundur. Azərbaycanda turizm fəaliyyəti respublikada yaradılan firmalar, şirkətlər, Turizm və Mədəniyyət Nazirliyi və dini qurumlar tərəfindən həyata keçirilir. Bu qurumların investisiya qoyuluşu baxımından imkanları istənilən səviyyədə deyil, onlar gəlmə və digər turizm sahəsinin inkişafını təmin etməyə imkan verən maddi-texniki baza, lazımı infrastruktur şəbəkəsini yaratmağa qadir deyillər. Yerli təyinatlı turizm firmaları və şirkətləri əsasən getmə turizmə xidmət edir, turist putyovkalarını reallaşdırır və qrup halında səyahət gəzintiləri həyata keçirirlər. Lakin unutmaq lazım deyil ki, turizm iqtisadi cəhətdən gəlirli sahə olmaqdan başqa işsizliyin aradan qaldırılmasına, insanların sosial şəraitinin yaxşılaşdırılmasına kömək edir. Türkiyyə, Malayziya, Sinqapur və digər dövlətlərin təcrübəsi göstərir ki, turizmin inkişafı bu ölkələrdə turizm hədiyyələri istehsalı sənayesi sahəsinin, yeni xidmət sahələrinin yaradılmasına səbəb olmuşdur. Əksər turizm ölkələrində qeyd etdiyimiz məşğuliyyət sahələri dövlət büdcəsinin, yaxud ayrı-ayrı turizm şirkətlərinin, ailələrin gəlirlərinin formalaşı mənbəyinə çevrilmişdir. Avstriya kimi turist ölkəsinə 2008-ci ildə 22,4 mln. nəfər turist gəlmişdir. Turistlərin hər biri turist hədiyyələri sənayesi istehsalı sahəsinin hazırladığı bir dollarlıq hədiyyəni alarsa, əldə olunan gəlir 22,4 mln. dollar təşkil edəcəkdir. Həmin hədiyyənin hazırlanması xərcləri məhsulun dəyərinin 60%-ni təşkil etdiyi halda, hər vahid hədiyyəyə görə qazanılan mənfəət 0,40 dollara bərabər olacaqdır. Beləliklə, ölkə miqyasında 8, 96 mln. dollarliq (22,4 mln. x 0,40) mənfəət dövlətin, sahənin, yaxud şirkətin büdcəsinə daxil olacaqdır. Bu da sonrakı illərdə dövlətin turizm sferasına daha çox investisiya yönəltməsinə, onun maddi-texniki bazasının komfort vəziyyətində saxlanmasına imkan verəcəkdir. Ölkə iqtisadiyyatının, o cümlədən turizmin inkişafında xarici investisiyanın artan rolunu nəzərə alaraq, onların bölüşdürülməsinə metodoloji yanaşmanın təkmilləşdirilməsinə ehtiyac vardır. Xarici investisiyaların bölüşdürülməsində bu və ya digər sahənin aparıcı sahə faktı ölkəyə daxil olan kapitalın 80-85%-nin bir sahəyə yönəldilməsi üçün məqbul hesab edilməməlidir. Respublikada istehsal olunan ümumidaxili məhsulda sahənin xüsusi çəkisi nəzərə alınmaqla xarici investisiyaya olan təlabat ödənilməlidir. Respublikamızın turist bazarında reallaşdırılan məhsulların və göstərilən xidmətlərin dəyərinin ölkə üzrə payı təxminən 4%-ə çatır. Lakin xarici investisiyaların sahələr arasında bölüşdürülməsində bu ehtiyatların heç 1/5-i nəzərə alınmır. Şəksiz ki, bu hal turizmin lazım olan səviyyədə inkişafına mənfi təsir göstərir.Azərbaycanda turizmin inkişafına imkan verən rekreasiya ehtiyatlarını təsərrüfat dövriyyəsinə daxil edib onlardan səmərəli istifadə etmək üçün ilk növbədə regionlar üzrə turizmin xarici və sahibkar investisiyasına olan təlabatı müəyyənləşdirilməlidir. Xarici investisiyasız inkişafı mümkün olmayan rekreasiya ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb etmək üçün onlar beynəlxalq investisiya bazarına çıxarılmalıdır. Işin daha səmərəli qurulması üçün respublikada mövcud olan turizm yerlərinin imkanları dövlət tərəfindən reklam edilməlidir. Bu cür yanaşma turizmə xarici investisiya cəlb etmək üçün səmərəli seçim etməyə imkan verəcəkdir. Beləliklə də turizmin inkişafına cəlb edilən xarici investisiyanın hər dolları Azərbaycanda yeni aparıcı sahənin əmələ gəlməsi prosesini sürətləndirəcək ki, bu da iqtisadiyyatın dayanıqlı inkişafına kömək edəcəkdir. 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilibdir. Bu, təsadüfi deyil çünki turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu zəngin imkanlardan lazımınca səmərəli qaydada istifadə etməliyik. Ölkəmizdə xidmət sektoru inkişaf edir, indiki dövrdə xidmət sektoruna qoyulan xarici və daxili investisiyalar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur. Həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti bundan ibarətdir. Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. 2010 -cu ildə Azərbaycan iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə yatırılıb. 2011-ci ildə ölkəmizə qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə, Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar yaradılacaqdır. Ədəbiyyat siyahısı 1. «Turizm fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu. Azərbaycan, 1999, 27 iyul. 2. «Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı. Bakı, 20 iyun 2008. 3. Ağakərimov M.M., Babazadə S.İ. Ekskursiya və ekskurdiya rəhbəri. Bakı, 2006 4. Alıyev İ.H., İbadov S.A. Azərbaycan iqtisadiyyatı. Bakı. 1998. 5. Bilalov B.Ə. Turizmin menecmenti. Bakı, 2005. 6. Bilalov B.Ə. Turizm fəaliyyətinin tənzimlənməsi. Bakı, 2006. 7. Dərgahov V.S. Rekreasiya – turizm ehtiyatları. Bakı, Elm, 2008, 8. Əlirzayev Ə.Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi. Bakı, 2011. 9. Əlirzayev Ə.Q. Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi. Bakı, 2010. 10. Əlirzayev Ə.Q., Aslanova S.İ. Turizmin inkişafının sosial – iqtisadi problemləri, Bakı, Adiloğlu, 2006, 11. Ə.Cabbarov. Turizmin inkişafının regional problemləri. Naxçıvan, 2008. 12. Qurbanov F. Turizmin əsasları. Bakı, 2007. 13. Qurbanzadə A.A. Ekologiya: sosial – iqtisadi əsasları. Bakı. 2010. 14. Məmmədov C.A., Bilalov B.Ə. Azərbaycanda gəlmə turizm və onun inkişafı yolları. Bakı, 2004. 15. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı, 2002. 16. Məmmədov Z.S. Təbiətdən istifadənin iqtisadiyyatı. Bakı. 2010. 17. Rəhimov S.N. Turizm – ekskursiya işinin təşkili. Bakı, 2004. 18. Soltanova H.B., Ağakərimov M.M., Babazadə S.İ. Mehmanxana təsərrüfatı. Bakı, 2005.
Turizm iqtisadiyyatının fürsət xərcləri
Müasir dövrdə turizm insanların həyat ehtiyaclarının ödənilməsində önəmli yerlərdən birini tutur. Hər il milyonlarla insan ənənəvi yaşayış yerlərindən uzaqda olan rayonlara, regionlara, xarici ölkələrə səfərlər edir, fərqli məkanlarda istirahət edirlər. Belə səyahətlərin təşkili bütövlükdə bir sıra sahələrin inkişaf etdirilməsini, o cümlədən səyahətçilərin məmnunluğunu təmin edəcək müvafiq infrastrukturun qurulmasını, turizm məhsulları və xidmət sahələrinin yaradılmasını, istehsal fəaliyyətlərinin təşkil olunmasını tələb edir ki, bu da yekun nəticədə bir çox ölkələrin ümumi iqtisadiyyatında əhəmiyyətli yer tutan turizm iqtisadiyyatının formalaşmasına gətirib çıxarır.
2020-ci ildə bəşəriyyətin bəlasına çevrilən Koronavirus “COVID-19” pandemiyası turizm sektoruna milyardlarla dollar həcmində ziyan vurmuşdur. Umid edəcəyik ki, pandemiya problemi yaxın vaxtlarda aradan qaldırılacaq və həyat öz ənənəvi ritminə qayıdacaq, turizm və turizm fəaliyyəti bərpa olunacaq.
“COVID-19” pandemiyası dövrünü nəzərə almasaq, son 15-20 ilin statistik göstəricilərinin təhlili göstərir ki, turizm sektoru ən dinamik inkişaf edən sahələrindən biri kimi ölkələrin iqtisadiyyatında mühüm yer tutur və ən gəlirli sahələrdən biridir.
Bir neçə ölkənin timsalında turizmin ölkələrin iqtisadiyyatında necə əhəmiyyətli yer tutduğunun şahidi olmaq olar. Məsələn, 2017-ci ildə qardaş Türkiyə Cümhuriyyətində turizm sahəsindən əldə edilən gəlir təxminən 25 milyard dollar təşkil etmiş, il ərzində 32.4 milyon turist Türkiyəyə səfər etmişdir. Bütövlükdə turizm sahəsindən əldə edilən gəlir ölkənin ümumi daxili məhsulunda əhəmiyyətli çəkiyə malikdir.
Qonşu Gürcüstan dövlətində turizm sektoru ölkənin ümumi daxili məhsulunun 7,3%-ni (rəqəmlər 2016-cı ilin statistik göstəricilərindən götürülmüşdür) təmin edir. Gürcüstana səyahət edən turistlərin xərcləri ölkənin ödəniş balansına da əhəmiyyətli dərəcədə təsir göstərir – xidmətlərin ixracından əldə olunan gəlirlərin təxminən 61.4 faizi turizmin payına düşür.
Azərbaycan Respublikası da turizmin inkişaf etdiyi ölkələr sırasına daxildir. Son 20 ildə turizm sahəsinin inkişaf dinamikasına nəzər yetirsək, burada əhəmiyyətli müsbət nəticələrin əldə olunduğunu görərik. Əlverişli coğrafiyamız, təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz də turizmin inkişafı üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, ölkəmizdə turizmin təşviqi ilə bağlı aparılan ardıcıl və məqsədyönlü işlər, qəbul edilən dövlət proqramları, o cümlədən “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı”, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması, hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi, turizmə aid normativ-hüquqi bazanın və idarəetmə sisteminin təkmilləşdirilməsi və s. tədbirlər dövlətin bu sahəyə diqqət və qayğısının hansı səviyyədə olmasının göstəriciləridir və bütün bunlar turizmin ölkəmizdə dinamik inkişafı üçün münbit zəmin yaratmışdır.
Xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər digər sahələrdə olduğu kimi turizmin inkişafına da əhəmiyyətli təkan vermiş, turizm iqtisadiyyatının ümumi iqtisadiyatda payı artmış, ölkəmiz turizm sahəsinin inkişaf templərinə və səviyyəsinə görə qabaqcıl dövlətlər sırasına çıxmış, turizm sahəsində rəqabətqabiliyyətliliyə görə 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir. 2019-cu ilin statistik göstəricilərinin təhlili göstərir ki, həmin ildə ölkəmizə 3.17 milyon xarici vətəndaş səfər etmişdir. Xarici ziyarətçilər tərəfindən çəkilən turizm xərclərinin həcmi təxminən 2.97 milyard manat həcmində olmuşdur. Yerləşdirmə və iaşə sektorunun həcmi isə 1.97 milyard manat təşkil etmişdir ki, bu da 2019-cu ildə ümumi daxili məhsulun 2.4 faizinə bərabərdir. Bu sahənin əhəmiyyətinin bir göstəricisi də ondan ibarətdir ki, 2019-cu ildə turizm sahəsinin inkişafı üçün 59.3 milyan manat kapital qoyuluşu edilib. Bu da yerləşdirmə və iaşə sektorundakı məşğulluğun səviyyəsinin 3 faiz artmasına səbəb olmuş və hazırda bu sahədə məşğul olanların sayı 80.5 min nəfərə çatmışdır. Həmin ölkələrdən gələn vətəndaşların sayı təxminən 2,338 milyon nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə səfər edən xarici vətəndaşların sayına görə ilk beşliyi Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı tutur. İlk onluqda yer tutan sonrakı ölkələr isə Birləşmiş Ərəb Əmirlikləri, Hindisatan, Ukrayna, Türkmənistan və İraq olmuşdur.
Turizmin inkişafı üçün zəruri xüsusiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanın müasir inkişaf potensialı, onun coğrafi şəraiti, ərazi resursları turizmin inkişafı üçün gözəl imkanlar verir. Turizmin bir sosial-iqtisadi sahə olaraq əhəmiyyətini yüksək dəyərləndirən dövlətmizin sosial-iqtisadi siyasəti çərçivəsində turizm sahəsinin inkişafına qeyri-neft sektorunda böyük inkişaf perspektivinə malik olan aparıcı sahələrindən biri kimi baxılır. Bu fikrin təsdiqi kimi turizm sahəsinin ölkəmizdə aparılan iqtisadi islahatlar proqramının tərkib hissəsi olaraq müxtəlif sənədlərə daxil edilməsini qeyd etmək olar. Həmçinin regionların inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramlarında turizmin inkişafı məsələləri prioritet istiqamət kimi öz əksini tapmışdır. Ölkədə turizm sahəsinin inkişafı bir tərəfdən ölkənin iqtisadi inkişafına, sosial infrastrukturun təkmilləşdirilməsinə, digər tərəfdən isə əhalinin rifahının yüksəldilməsinə və turizmin digər sosial xidmətlərilə bağlı tələbatlarının təmin edilməsinə yönəlir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, turizmin yüksək səviyyədə təşkili bir sıra kompleks tədbirlərin həyata keçirilməsini, o cümlədən turizmin iqtisadi və sosial inkişafda rolunun, regionlar üzrə inkişaf perspektivlərinin müəyyən edilməsini, onun maliyyə və təşkilati məsələlərinin həllini tələb edir. Eyni zamanda turizmin cəlbedici sahəyə çevrilməsi üçün müasir tələblərə uyğun turizm infrastrukturunun qurulması da vacib şərtlərdəndir ki, bu da bir çox sahə və fəaliyyətlərin sintezini nəzərdə tutur: turizm məhsulu istehsalı təşkilinin kompleks sistemi, yaxud mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri və vasitələrinin, tanış olma, iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, turoperator və turaqent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmçinin ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusu. Bunlar nəzərə alınmadan uğurlu turuzm fəaliyyətindən danışmağa dəyməz. Bu mənada qeyd etmək yerinə düşər ki, ölkəmizdə son illər turizm infrastrukturunun qurulması, xüsusən mehmanxaların və ictimai-iaşə obyektlərinin tikintisi diqqət mərkəzində saxlanılır. Hazırda ölkəmizdə 642 mehmanxana və mehmanxana tipli müəssisələr fəaliyyət göstərir ki, onların da təxminən 30 faizindən bir az çoxu Bakı şəhərində yerləşir. Bundan əlavə, Xaçmaz, Masallı, Quba, Lənkəran şəhərlərində də müasir tələblərə uyğun mehmanxana kompleksləri fəaliyyət göstərir.
Turizm sənayesinin inkişafı üçün lazım olan şərtlərdən biri də turizm potensialı olan əraziərin seçilməsi və həmin ərazilərin turistlərin cəlb olunmasına təsir edəcək xüsusiyyətlərinin müəyyən edilməsidir. Bu mənada Azərbaycanın zəngin mədəniyyəti, tarixi memarlıq abidələri, flora və fauna aləmi burada turizmin inkişafı üçün çox yaxşı imkanlar yaradır. Regionlarımızın əksəriyyətində turistlərin qəbul edilməsi və turist məmnunluğunun təmin edilməsi üçün hər cür şərait vardır. Bakı şəhərində və onun ətraf qəsəbələrində, Naxçıvan Muxtar Respublikasında, Qarabağ bölgəsində, Quba, Xaçmaz, Qax, Lənkəran, Masallı, Gədəbəy, Kəlbəcər, Zəngilan, Laçın və başqa rayonlarda, Gəncə, Şəki, Şuşa, Naftalan şəhərlərində turistlər üçün maraq doğuran və onları bu bölgələrə cəlb edən bir çox amillər mövcuddur.
Mədəni və tarixi abidələrə olan maraqla yanaşı, biz təbii-coğrafi amillərdən biri olan müalicəvi əhəmiyyətə malik mineral mənbələri də qeyd edə bilərik. Hazlrda ölkəmizdə sutkalıq debiti 1,2-1,5 milyon litr olan 1500-dən çox mineral termal və mineral su mənbələri vardır. Bunların çoxu faydalı xüsusiyyətlərinə görə beynəlxalq əhəmiyyətli mənbələrdir. Məsələn, Naxçıvan Muxtar Respublikasında, Gədəbəy, Kəlbəcər, Şuşa, Quba, Xaçmaz, Zaqatala, Lənkəran, Astara, Masallı və Abşeron bölgələrində olan mineral və termal sular kimyəvi tərkibinə görə yüksək müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar dünyanın sayılıb seçilən mənbələri ilə müqayisə edilə və turistlərinin cəlb olunmasında xüsusi rol oynaya bilər. Bu da yaxın perspektivdə ölkəmizin həmin bölgələrinin daha da inkişaf etməsinə, turizmdən əldə olunan gəlirlər hesabına əhalinin sosial vəziyyətinin daha da yüksəlməsinə və bütövlükdə turizm sektorunun ümumi iqtisadiyyatda payının artmasına gətirib çıxaracaqdır.
Turizm fəaliyyətinin təşkili və turizm iqtisadiyyatından danışarkən bu sahə ilə bilavasitə bağlı bəzi məsələlərin həllini də yaddan çıxarmaq olmaz. İlk növbədə bu sahədəki münasibətləri tənzimləyəcək müasir tələblərə uyğun qanunvericilik bazasının olması önəmlidir. Çox yaxşı haldır ki, ölkəmizdə turizm fəaliyətinin təşkili ilə əlaqədar kifayət qədər təkmil milli qanunvericilik bazası formalaşdırılmışdır. “Turizm haqqında” Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.
Həmçinin xarici vətəndaşarın gəlişini asanlaşdırmaq üçün viza alınmasının sadələşdirilməsi məsələsi də vacib şərtlərdəndir və bu istiqamətdə də ölkəmizdə əhəmiyyətli işlər görülmüşdür.Bunlarla yanaşı, turizm və turizm iqtisadiyyatının müasir tələblər səviyyəsində qurulması eyni zamanda əqli mülkiyət nəticələri olan yeni informasiya texnologiyalarından istifadəni, ekoloji təhlükəsizliyin təmin edilməsini, turizm sənayesi işçisinin linqvistik problemlərinin və s. aidiyyəti məsələlərin də həllini tələb edir.
Yekun olaraq qürur hissi ilə qeyd etmək lazımdır ki, bu günlər Azərbaycan xalqı və dövləti öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq, işğal altındakı torpaqlarımızı azad etmiş və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etmişdir.
Tam əminliklə demək olar ki, işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vandalizm əməllərinin nəticələri qısa müddət ərzində dövlətimiz tərəfindən aradan qaldırılacaq və Dağlıq Qarabağ və ətraf rayonlar gülüstana və turistlərin ən çox sevdiyi məkanlardan birinə çevriləcəkdir. Bu bölgənin təbii və coğrafi şəraiti, zəngin mədəniyyəti, tarixi memarlıq abidələri, flora və fauna aləmi də burada turizmin inkişafı üçün əvəzolunmaz amillərdəndir. İllər öncə də bu bölgə turizm üşün cəlbedici məkan olmuş, burada geniş çeşidli turizm obyektləri fəaliyyət göstərmişdir. Bir sözlə, ənənə var və onu bərpa və davam etdirmək lazımdır. Turizmin inkişafı bölgənin çiçəklənməsinə təkan verəcək və turizm iqtisadiyyatından əldə olunacaq gəlirlər hesabına əhalinin sosial rifah halı daha da yüksələcək, ümumi iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcəkdir.
Xəzər İsalı,
Bakı Avrasiya Universitetinin magistrantı
Turizmin növləri: xüsusiyyətləri və nümunələri
The turizm növləri İstirahət etmək, araşdırmaq, kömək etmək və ya yeni bir şey tapmaq üçün, başqa bir ölkəni ziyarət etmək və ya bunu öz ölkələrində etmək üçün səyahət etməli olduqları fərqli səbəblərə və yollara istinad edirlər. Bir çox sinif var və bir-birlərindən çox fərqlidirlər.
Turizm, istər iş, istərsə də zövq almaq üçün beynəlxalq bir yerə və ya öz ölkəsi daxilində səyahət etməkdir. Xüsusilə gənc və ya inkişaf etməkdə olan bir iqtisadiyyatı olan bir çox ölkə üçün əhəmiyyətli bir gəlir mənbəyi halına gəldi.
Səyahət həmişə zövq almaq və yaşadığınız yerdən bir müddət uzaqlaşmaq üçün sağlam bir fəaliyyətdir. İnsanlar bunu etmək üçün müxtəlif səbəblərə sahibdirlər; dünyaya və digər insanlara qarşı enerjini, zehni vəziyyətini və baxış nöqtəsini yeniləyir.
Turizm sahibkarlara yeni biznes və məhsullar inkişaf etdirməyə imkan verir. Bu imkanlar ümumilikdə yalnız yerli icmalardan asılı olsaydı, mövcud olmayacaqdır.
Turistlərin gətirdiyi pul şirkətlərin sürətlə böyüməsinə imkan verir, xüsusən də turistin ehtiyaclarını qarşılayan misilsiz bir xidmət və ya məhsul təklif etsələr.
Turizm sənayesinin əhəmiyyəti
Turizmin müxtəlif növləri var. Bəziləri təbiətdən daha çox xəbərdar olan bir dünyada ortaya çıxdı, bəziləri isə bir neçə əsrdir davamlı olaraq var idi.
Turizm kiçik ölkələrin iqtisadiyyatında böyük rol oynayır, bəzən bir millətin ilk gəlir mənbəyi olur. Bu səbəbdən turizm dünyada çox vacib bir komponentdir.
Bütün bunların bir qədər mənfi təsiri ola bilsə də, yerli iqtisadiyyatlara və insanlara müsbət təsirlər ölçüyəgəlməzdir. Bir çox fürsət və inkişaf bu qlobal sənayedən asılıdır.
Ən çox yayılmış turizm növləri
Tibbi turizm
İnsanlar tibbi prosedurları almaq üçün səyahət etdikləri zaman. Bir çox ölkədə əməliyyat və prosedurlar baha başa gəlir və ya uzun bir gözləmə siyahısına daxil olmağı tələb edir. Bu səbəbdən bu ölkələrin sakinləri bu prosedurları xaricdə həyata keçirmək üçün səyahət edirlər.
Şərqi Asiya, Kuba, Türkiyə və Kanada bu növ turizm üçün ən populyar yerlərdəndir. Yüksək keyfiyyətli qulluq və prosedurlar təmin edirlər, lakin ABŞ və ya İngiltərə kimi ölkələrlə müqayisədə maliyyənin az bir hissəsini təşkil edirlər.
Bal ayı
Romantik və yaddaqalan bal ayı üçün ideal ərazi olan bənzərsiz təbii ecazkarlıqları təqdim edən yerlər var. Cazibədar çimərliklərə sahib bir turizm məkanı olduqları üçün yeni evlənən cütlüklərə tətillərini unudulmaz edəcək hər şey təklif edilməlidir.
Yay və ya günəş və çimərlik tətilləri
Bir çox turist tətilini çimərliklərdə keçirir. Turist parlaq günəş və təmiz su ilə ən gözəllərini axtarır. Amerika çimərlikləri ilə məşhurdur; Florida ya da Kaliforniya, hətta Meksika, Cancun, Bahamalar və Karib adaları kimi yerlər populyar turizm mərkəzidir.
İspaniyanın bir çox turizm bölgəsi var: Costa Blanca, Costa Almería və Costa del Sol Fransanın ən məşhur sahil bölgələrindən biri, Nice turizm kompleksi ilə məşhur olan Costa Azul’dur.
Qış turizmi
Ən populyar turizm növlərindən biridir. Məsələn, xizək tətilləri 1800-cü illərdən bəri populyardır və sənaye böyüməyə davam edir.
Qış idmanları və turizminin məşhur mərkəzləri olan bir çox ölkə, Amerika Birləşmiş Ştatları və Kanadadakı əyalətlərin təyinat yeri olduğu Avropada yerləşir. İsveçrə qış turizminin vətənidir və ən populyar yer olaraq qalır.
davamlı turizm
Bura turizm məkanının mühitinə hörmət etmək aiddir. Bu, insanların mədəni bəzəyinin yanında bioloji müxtəlifliyin və ekoloji mühitin qorunmasını nəzərdə tutur. Zəif təsir göstərməyə və ərazidə ən kiçik ayaq izini qoymağa yönəldilmişdir.
Bu, yalnız bir əcnəbi baxımından görməkdənsə, təyinatla inteqrasiya etdiyiniz bir turizm növü kimi qəbul edilə bilər. Düzgün həyata keçirildiyi zaman ayrı bir turizm növü deyil, digər turizm növlərinin bir hissəsidir.
Könüllü turizm
Turistlər bir çimərlikdə dincəlmək və ya əzəmətli muzeyləri və abidələri ziyarət etmək əvəzinə daha az firavan ölkələrə və cəmiyyətlərə kömək etmək üçün səyahət edirlər.
Turizmi təcrübə edin
Bura qida, mədəniyyət, xalq və tarix baxımından aktiv bir şəkildə yaşamaq üçün bir ölkəyə səyahət etmək aiddir. Daldırma turizmi olaraq da bilinən yeni bir anlayışdır.
Dərin bir bilik və ya yeni bir bacarıq inkişaf etdirməyi əhatə edir. Məsələn, turistlər sadəcə yerli mətbəxi sınamaq əvəzinə onu əhatə edən ənənələri və mədəniyyəti öyrənərək orijinal yerli yeməklər bişirməyi öyrənirlər. Turistlər üçün hər səfərdən ən yaxşı şəkildə faydalanmaqdır.
Qaranlıq turizm
Döyüş sahələri, məşhur dəhşətli cinayət səhnələri və ya kütləvi soyqırımın baş verdiyi ərazilər kimi ən “gizli” yerləri ziyarət edəcəyiniz üçün bir ölkəni araşdırmaq üçün inanılmaz dərəcədə bənzərsiz bir yoldur.
Qaranlıq turizmin nümunələri Avropadakı Yəhudi toplama düşərgələrinə və ya Kamboçadakı ölüm düşərgələrinə səyahətlərdir. Ən populyar nümunələrdən biri Parisin altındakı yeraltı katakombaları araşdırmaqdır.
Su turizmi
Su tətili üçün nəzərdə tutulmuş şeyləri görmək məqsədi ilə bütün tətildə gəmi ilə səyahət edir. Bu, bir limandan digərinə səyahət edə bilər, eyni zamanda xüsusi hazırlanmış gəmilərdən nahar üçün istirahət kimi enir. Hollandiyada, Siciliyada və Costa Brava’da məşhurdur.
Wellness turizm
Bədəni, zehni və ruhu qorumaq və inkişaf etdirmək məqsədi ilə səyahət etməkdir. Bu turizm növü, masajlar, bədən müalicələri, kilo vermə proqramları, gözəllik müalicələri və s. Məşhur yerlər: Çin, İordaniya, Bali, Tayland, Kayman Adaları və s.
Son şans turizm
Bu, dünyanın məhv olmağa yaxın olan ekoloji bölgələrinə səyahət etməyi əhatə edən bir anlayışdır. Avstraliyadakı Böyük Bariyer Rifi və ya Çilidəki Cənubi Patagoniyada olan Amaliya Buzulu kimi yerlər təhdid edilir və getdikcə daha çox insan onları yoxa çıxmadan görmək istəyir.
Bu turizm növü həm müsbət, həm də mənfi təsirlər yaradır. Müsbət təsir ondan ibarətdir ki, bu saytların təhlükəli vəziyyəti barədə hər zaman məlumatlılıq artır. Mənfi nəticə qonaq axınının problemi daha da artırmasıdır.
mədəni turizm
20-ci əsrdə bəzi insanlar mədəniyyətin artıq turizm məqsədi olmadığını iddia etdilər: indi turizm mədəniyyətdir. Tarixi yerlərdən tutmuş müasir muzeylərə, sənət qalereyalarına, opera evlərinə və mədəni irslərə qədər səyahət edənlər üçün müxtəlif növ cazibə növləri təklif olunur.
Mədəni cazibə yerləri, dünya mədəniyyətinin əsas məqamlarından tutmuş yerli kimliyi dəstəkləyən cazibələrə qədər hər səviyyədə turizmdə mühüm rol oynayır. Luvr, Parisdə; Kolizey, Roma; Tac Mahal, Hindistanda və s.
Arxeoloji turizm
Məqsəd tarixi arxeologiya ehtirasını təbliğ etməkdir. Bu xidmət növünü təqdim etməyə həsr olunmuş mədəni birliklərin, şirkətlərin və kooperativlərin inkişafını təşviq etmək təşviq olunur.
Arxeoloji ərazilərə, muzeylərə, şərh mərkəzlərinə ziyarət, tarixi tədbirlərin və festivalların istirahəti kimi xalq üçün arxeoloji təşkilatla əlaqəli bütün xidmətləri özündə cəmləşdirir.
Misir və Meksika piramidaları və Perudakı Machu Pichu kimi iqtisadi gəlir əldə etmək üçün bu ölkələrdə illərdir iştirak etmişdir.
Dini turizm
Dünyadakı dini əhəmiyyət kəsb edən sahələrə, quruluşlara və binalara səyahət etməkdir. Bütün dinlərə inananların çoxu dini turizmdə iştirak edirlər, çünki bu inanclarını və inanclarını gücləndirməyə kömək edir.
Dünyanın bir çox katolikləri Vatikan şəhərinə və Portuqaliyadakı Fatima və ya Meksikadakı Guadalupe kimi yerlərə üz tuturlar.
Ziyarət turizmi
Həcc ziyarəti, insanın inancı və inancı üçün vacib bir müqəddəs yerə və ya ziyarətgaha uzun bir yoldur. Bütün əsas dinlərin üzvləri həcc ziyarətlərində iştirak edirlər.
İsrailin Qüds şəhəri Yəhudilik, Xristianlıq və İslam kimi bir çox dinlərin həcc ziyarəti üçün mərkəz nöqtəsi rolunu oynayır. İspaniyada Santiago de Compostela və Fransada Lourdesə edilən ziyarət, bu ruhu yaşadır.
Məkkə ziyarəti, İslamın Beş Rütbəsindən biridir. Başqa birisi, hər ikisi Səudiyyə Ərəbistanında yerləşən Mədinə şəhərinə aiddir. Digər tərəfdən, Buddizmin Hindistanda dörd ziyarət yeri var.
Mədəni irs turizmi
Səyahət etdiyiniz yerin mədəni irsinə yönəldilmişdir. Qədim kanallar, dəmir yolları, döyüş sahələri və s. Kimi mədəni maraq doğuran tarixi yerləri ziyarət etməyi əhatə edir. Məqsəd keçmişə yaxşı qiymət verməkdir.Unesco bəşəriyyət üçün bir çox mədəni irs elan etmişdir.
Bunları daha əyləncəli etmək üçün səhnələşdirilmiş tarixi hadisələrə də aid etmək olar. Məsələn, Vikinqləri mövzu olaraq istifadə edən bir şəhər və ya şəhərə tarixi bir tur.
Kütləvi turizm
Tur şirkətləri, otellər və hava yollarının birlikdə tam tur paketləri təqdim etmək üçün birlikdə çalışdıqları konsepsiya. Bu, eyni vaxtda tək bir ödənişlə uçuşları, qalmaq yeri və bütün əlavə şeyləri sifariş edə bilmək deməkdir.
Bu turizm növü, əsasən gənclər arasında fövqəladə bir sıxlığa çevrildi, çünki hər şeyi ayrı-ayrılıqda almaqdan daha ucuzdur.
Macəra səfəri
Bura olduqca ekzotik və bəlkə də düşmən olan, turistin hər zaman ən gözlənilməz şeyi gözləməsi lazım olan uzaq ərazilərə səyahət və ya araşdırma aiddir. Bu turizm insanlar üçün cəlbediciliyini getdikcə artır.
Bu elementlərdən ən az ikisini ehtiva edən hər hansı bir turizm fəaliyyətinə cavab verir: fiziki fəaliyyət, mədəni qarşılıqlı təsir və təbiətə bağlılıq.
Bu turizmin aldığı maraq, iştirakçıların rahatlıq bölgələrindən çıxmalarına imkan verməsidir. Buraya alpinizm, bungee jumping, dağ velosipedi, rafting və qayaya dırmaşma kimi fəaliyyətlər daxildir.
Agriturizm
Normalda təsərrüfatlarda edilən bir tətil tərzidir. Bura ziyarət zamanı təsərrüfat işlərində kömək etmək imkanı daxil ola bilər. Agriturizm tez-tez İtaliya və İspaniya bölgələrində tətbiq olunur.
ABŞ-da aqriturizm geniş yayılmışdır və ilin ən azından bir hissəsi xalqa açıq olan hər bir fermanı əhatə edir. Turistlər baldan ləzzət ala, meyvə və tərəvəz toplaya, ata minə, hədiyyə mağazalarında və təsərrüfat tövlələrində alış-veriş edə bilərlər.
Niş turizmi
Müəyyən bir mövzuya diqqət yetirən bir turizmə uyğundur. Bu qida turizmi, seks, müharibə və s. Ola bilər. Bu turların hər biri xüsusi konsepsiyanıza yönəldiləcəkdir. Bu turizm növü olduqca yenidir və hər gün daha çox ixtisaslaşmış turun şərtləri və növləri ortaya çıxır.
İdman turizmi
Golf fədakarları golf oynayaraq tətillərindən zövq almaq istəyirlər. Olimpiya oyunları, FIFA Dünya Kuboku, tennis turnirləri, Formula 1 yarışları və digərləri kimi bir idman hadisəsini yaşamaq üçün bir yerə gedənlər də bu kateqoriyaya daxildir.
İşgüzar turizm
İşgüzar iclas iştirakçıları konfranslarda iştirak edə və əlaqələri möhkəmləndirə bilər, eyni zamanda fasilə verib zövq ala bilərlər. Ayrıca, bir çox insan məhsullarını bazara çıxarır və investisiya qoyur.
Dünyada hər il minlərlə konfrans keçirilir, əsas istiqamətlər London, Paris, Cenevrə, Madrid, New York, Vaşinqton, Brüssel və Sinqapurdur.
Vəhşi təbiət turizmi
Xüsusi tur paketləri və safari təklif edən çox milyonluq bir sənayedir. Sadə mənada vəhşi heyvanları təbii yaşayış yerlərində müşahidə etməkdir.
Həm əsirlikdə, həm də vəhşi mühitlərdə ekoloji və heyvan dostu bir turizm ola bilər. Bir sıra parkların və vəhşi təbiət qoruqlarının yerləşdiyi bir neçə Afrika ölkəsində sürətli böyümə müşahidə edildi.
Şərab turizmi
Burası niyyətləri, əksər hallarda eyni yerdə şərab istehlakı, dadılması və ya alınması olan turizmə aiddir. Üzüm bağlarına, şərab zavodlarına və əla məhsullar təqdim etməklə məşhur olan restoranlara, habelə mütəşəkkil ziyarətlər, şərab festivalları və ya digər xüsusi tədbirlərdən ibarətdir.
Şərab Turizmi Günü hər il noyabr ayında Avstriya, Almaniya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan, Portuqaliya və İtaliyadakı şərab zavodlarına ziyarətləri təbliğ etmək üçün qeyd olunur. Çili və Argentina son vaxtlar bir neçə açıq turizm marşrutu ilə şərab turizmini artırdılar.
Musiqi turizmi
Musiqi festivalından və ya digər musiqi tədbirlərindən həzz almaq üçün bir yerə getmək konsepsiyasıdır. Bu turizm, İngiltərədəki Glastonbury kimi şəhərlər və Qlazqo kimi şəhərlər üçün çox əhəmiyyətlidir. Bu musiqi festivallarını hər il bir çox insan ziyarət edir.
kosmik turizm
Kosmik və kosmik agentliklərdə baş verən hər şeyi sevən bir çox insan var. Dünyanı göydən, eləcə də peyklərdən və ya kosmik komplekslərdən görmək necə bir şey olduğunu bilmək çoxlarının arzusudur, lakin hələlik azlarının əlindədir.
Bu arada, insan tapşırıqlarının getdiyi eksponatları və əsl bazaları görmək üçün ziyarət edilə bilən bir çox muzey və yerüstü kosmik mərkəz var.
Bu baxımdan, ABŞ, Florida’daki Merritt Adasındakı Kennedy Space Center və ya Houston’daki Johnson Space Center olmaqla kosmik turizm üçün ən yaxşı yerdir.
Velosiped sürmə
Velosiped turizmi velosiped sürməklə uzun məsafələrə səyahət etməkdən ibarətdir. Normalda velosipedçilər cazibədar mənzərələrdən və ya şəhərlərdən cazibədar bir marşrut hazırlayırlar, burada nahar etmək üçün dayanırlar və ya əraziyə xas bir hərəkət edirlər.
Başqa bir velosiped növü, həzz almaqdan daha çox həyatda qalmağa uyğunlaşan bir qrupla daha həddindən artıq yollar və marşrutlar ola bilər.
Velosiped sürmək üçün bilinən bəzi marşrutlar İspaniyadakı Kantabriya marşrutları və ya bütün qitəni keçən Pan-Amerika magistral yolunun məşhur yoludur.
Mototurizm
Bisiklete bənzər turizm, yalnız bu vəziyyətdə bir motosikldə və ya yan avtomobildə edilir. İnsan gücündən asılı olmayan və daha yüksək sürətlərə çata bilən bir vasitə olduğundan daha geniş məsafələrə getmək üçün istifadə edilə bilər.
Bir motosikldə bəlkə də ən yaxşı bilinən marşrut, ABŞ-ın 66 nömrəli marşrutudur. Bununla birlikdə, Argentinadakı 40 nömrəli marşrut və ya İtalyan Toskana’dan keçən yol marşrutu kimi eyni dərəcədə əyləncəli olanlar var.
Film turizmi
Turizm, kino və ya televiziya serialları ilə bir növ əlaqəsi olan yerləri ziyarət etməyə yönəlmişdir. Bunlar təbii mühit ola bilər (Yeni Zelandiya üçün Üzüklərin Rəbbi), film dəstləri (Los Angeles, Amerika Birləşmiş Ştatları) Warner Studios, film sahələrinin inkişaf etdirildiyi şəhərlər (San Francisco və ya New York) və ya abidələr və ya emblematic yerlər (Alcázar de Sevilla by Taxt oyunları).
İstinadlar
- Əmlak İnvestisiya (2020). Türkiyədə Turizm növləri. Buradan götürülmüşdür: propertyinvest-tr.com.
- Səyahət Dəstəkləri (2020). Hər bir Ölkədə Turizmin Əhəmiyyəti – İqtisadiyyat, İnfrastruktur və Ticarət Fürsətləri (İnfoqrafiya ilə). Buradan götürülmüşdür: traveltractions.com.
- Shodhganga (2020). Turizm: Turizm anlayışı və növləri. Buradan götürülmüşdür: shodhganga.inflibnet.ac.in.
- Rəşid Fəridi (2017). Turizm növləri: Baxış. Alınan: rashidfaridi.com.
- UK Essays (2016). Fərqli turizm istiqamətləri. Alınan: ukessays.com.
- Yaroslavl Portalı (2020). Turizm növləri və turizm imkanları. Buradan götürülmüşdür: city-yaroslavl.ru.
- Vacayholics (2020). Turizm növləri. Alınan: vacayholics.com.
Comments are closed, but trackbacks and pingbacks are open.