Press "Enter" to skip to content

Turizmdə informasiya texnologiyaları

Onların bəziləri isə xarici ölkələrdə işləyirlər. Turizm sənayesinin ixtisaslı kadrlara ehtiyacı o qədərdir ki, məzunlarımızın işə düzəlməklə bağlı problemləri olmayacaq.

MÜSAHİBƏLƏR

Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”

Müsahibimiz Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovdur

-Turizm sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində hansı işlər aparılır?

– Azərbaycan artıq inkişafda olan ölkə kimi bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir. Ölkənin inkişaf etməkdə olan turizm infrastrukturunda da müasir texnologiyalardan səmərəli istifadəyə ehtiyac var.

Sektor üzrə əsas müraciətlər yay və qış mövsümünə təsadüf etdiyindən əsas istiqamətverici işlər də elə bu mövsümlərdə baş tutur. Hazırda ölkəmizdə dövlət səviyyəsində bu sahənin inkişafına diqqət göstərilir.

Azərbaycanın “Eurovision” kimi mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini nəzərə alsaq, onda bu istiqamətdə daha da tələsməliyik.

Hazırda ölkə üzrə fəaliyyət göstərən turizm şirkətləri və hotellər öz internet resurslarını yaratmaqla beynəlxalq “Hoteltoweb” online rezervasiya və satış texnologiyaları sisteminə qoşulur.

Bu sistemə qoşulan mərkəzlərə dünyanın istənilən nöqtəsindən sifariş vermək olur. Dünya üzrə səyahət turlarının 80 faizi məhz internet vasitəsilə realizə edilir. Sistem Global Sifariş Sistemi (GDS) əsasında fəaliyyət göstərir.

Hazırda GDS kanalı vasitəsilə dünya üzrə 800 mindən çox hotel və mehmanxana haqda ətraflı məlumat almaq və rezervasiya etmək olar. Sevindirici haldır ki, bu gün paytaxt Bakıda və regionlarda turizm informasiya mərkəzləri fəaliyyət göstərir.

-Turizm İnstitutu bu istiqamətdə hansı işləri aparır?

– Artıq 6 ildir fəaliyyət göstərən institutun Azərbaycanın ali təhsil müəssisələri içərisində öz yeri var. İnstitutun yaradılmasından bu günə qədər burada mövcud olan bu mənəvi-psixoloji şəraitə və aldığımız dəstəyə görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Bu yerin qazanılmasında institutun müəllim və tələbə heyətinin və Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu var. Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin strateji xəttinin tərkib hissəsidir.

Turizm İnstitutu da bu sahəni ixtisaslı kadrlarla təmin etmək məqsədilə yaradılıb. Biz bu məqsədə çatmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik.

Qeyd etdiyim kimi, 6-cı ildir ki, biz burada özlərini iqtisadiyyatın əhəmiyyətli bir sahəsi olan turizmə həsr etmək istəyən tələbələrlə görüşürük.

Bu, şübhəsiz ki, bu sahənin aktuallığı, iqtisadiyyatımızda tutduğu yerlə bağlıdır. Ali təhsil almaq üçün ATİ-ni seçən tələbələr, yəqin ki, burada yaradılmış şəraitə də diqqət veriblər.

ATİ qısa bir müddət ərzində çox böyük bir inkişaf yolu keçib. 200 tələbə, 3 ixtisasla 2006-cı ildə fəaliyyətə başlayan bu ali məktəbin bu gün 1400-dən artıq tələbəsi var. 2 məzun buraxılışımız olub.

Azərbaycanda ilk dəfə ATİ ikili təhsil verən proqrama imza atıb. Bundan əlavə, institutumuz digər beynəlxalq proqramlarda iştirak edir ki, onlar da tələbələrimiz üçün böyük imkanlar açır. Turizm İnstitutu 10 illərlə tarixi olan ali məktəblər sırasında özünün şərəfli yerini tutub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq sıralarında 50-dən artıq ali məktəb arasında son illər 3-5-ci sıralarda təmsil olunmuşuq. Bu bizim üçün həm fəxr məqamıdır, həm də məsuliyyətimizi daha da artıran bir faktordur.

Bizim məzunlarımız artıq ölkəmizin turizm sənayesində önəmli yerdə olan müəssisələrdə çalışırlar. Bakıda fəaliyyət göstərən “5 ulduz”lu hotellərin işçi heyəti bizim məzunlarımızla formalaşır.

Onların bəziləri isə xarici ölkələrdə işləyirlər. Turizm sənayesinin ixtisaslı kadrlara ehtiyacı o qədərdir ki, məzunlarımızın işə düzəlməklə bağlı problemləri olmayacaq.

Amma həmin işin içərisində daha yaxşı mövqelərə sahib olmaq üçün hamımızın səylə çalışmağımıza ehtiyac var.

Turizm sahəsini informasiya texnologiyalarsız təsəvvür etmək mümkün olmadığı kimi, bizim institutu da informasiya texnologiyalarsız təsəvvür etmək çətindir.

Azərbaycan Turizm İnstitutunun “Turizmdə informasiya texnologiyaları” kafedrası mövcuddur. Bu kafedra tələbələrin informasiya texnologiyaları sahəsində dövlət proqramı üzrə təhsilini təşkil edir.

Bundan başqa tədris və elmi işlərin informasiya təminatı, əməkdaşların və müəllimlərin informatika sahəsində bilik və bacarıqlarını təkmilləşdirməsi ücün müvafiq işləri həyata kecirir.

Eyni zamanda tələbələri və professor-müəllim heyətini tədris prosesinə və elmi-tədqiqatlara aid məlumatların toplanması, işlənməsi və analizi, dünya təcrübəsi haqqında məlumatlarla təmin edir.

İnstitutda turizm sahəsində elmi-tədqiqat işlərinin qrafiki və hesablama işlərinin kompyuterdə aparılmasına və turizm sahəsində yeni proqramlar yazılmasına və mövcud proqramların istifadəsinə yardım edir.

Kafedrada “İnformatika”, “İnformasiya texnologiyalarının tətbiqi”, Statistika, Bronlaşdırma və “Riyaziyyat” fənləri tədris olunur. Kafedranın nəzdində 3 kompyuter sinfi fəaliyyət göstərir.

Kompyuterlər tədrisdə istifadə olunan müasir proqram paketləri ilə təmin olunub və genişzolaqlı internetə qoşulub. – Bu il Azərbaycanda “Turizm ili”nin elan olunması sizin qarşınızda hansı məsuliyyət qoyur?

– Bu il “Turizm ili” elan olunması bizim qarşımızda ikiqat məsuliyyət yaradır. Güclü kadr potensialının yaradılması istiqamətində göstərdiyimiz səylər nəticəsini verəcək. Bu il həm də Azərbaycan vətəndaşları öz dövlət müstəqilliyimizin 20 illiyini qeyd edir.

Bu illər ərzində ölkəmiz bir çox uğurlu layihələrə imza atıb, daha da möhkəmlənib, nüfuzlu beynəlxalq təşkilatların üzvü olub. Artıq regionda bir çox layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilmir.

Bütün bunlarla bərabər, müstəqil turizm siyasətinin həyata keçirilməsi də bizim üçün vacibdir.

İnformasiya texnologiyaları, kompüter savadlılığı və texniki təchizat

Bütün dünyada məhz riyazi biliklərin səviyyəsi üzrə təhsilin effektivliyi haqqında mühakimə yürüdülməsi
adət halı almışdır, lakin ildən-ilə bu fənn daha aktual və zəruri olan kompüter savadlılığı ilə sıxışdırılmağa
başlanmışdır. Həddi-buluğa çatmış hər üç avropalıdan biri kompüter savadlılığına malik deyildir, internetlə və
ya mənt redaktorları ilə işləyə bilmir. Avropa Birliyi ölkələrində aprel-iyun 2006-cı il ərzində statistik «Evrostat»
aqentliyinin sorğusu bunu deməyə əsas verir. Ən yüksək kompüter savadlılığı Danimarka və İsveç dövlətlərində
müşahidə edilir. Bu ölkələrin əhalisinin 16-74 yaş qrupu arasında 90 %-dən çoxu kompüter savadlılığına malikdir.
Yunanıstanda isə əksinə, əhalinin 65%-nin kompüter savadlılığı yoxdur. Kompüter savadsızlığının əksər hissəsi
yaşlı avropalı nəslinin üzərinə düşür, tələbələr arasında isə bu savadsızlıq göstəricisi cəmi 4%-dir.
Azərbaycanda fəal şəkildə İKT-nin tətbiqi üzrə Dövlət proqramının realizə olunması prosesi gedir. Ümumtəhsil
məktəblərində bu proses 2005-2007-ci illəri əhatə edir. Keçən iki il ərzində Azərbaycan məktəblərində 1200-
dən çox kompüter sinifi təşkil olunmuşdur. Dövlət proqramının başa çatdığı dövrdə isə 200-ə yaxın məktəb
kompüterlə təmin ediləcəkdir. Ümumilikdə, kompüter – şagird nisbətinin 1/33 nisbətində olacağı gözlənilir.
Müqaisə üçün deyək ki, proqram başlanmazdan əvvəl bu nisbət 1/1063-ə səviyəsində dəyərləndirilirdi. Bundan
başqa, yalnız imformatika deyil, başqa fənnlər üzrə də müəllimlərin ixtisas təkmilləşdirməsi prosesi davam edir.
2007-ci ilin əvvəli üçün təxminən 700 müəllim xüsusi kurslar keçmiş və yalnız kompüter vərdişləri deyil, İKT–lərin
tədris prsesinə tətbiqi metodikaları ilə də tanış olmuşlar. 2006-cı ildə təsdiq olunmuşdur ki, «imformatika» fənni
1-11-ci siniflər arasında tədris ediləcəkdir. Bununla bağlı olaraq yeni proqram işlənib-hazırlanır. «İmformatika»
fənni üzrə müəllimlərin, pedaqoji heyətin artırılması da nəzərdə tutulmuşdur. Minqəçevir, Lənkəran, Əli-bayramlı
regionlarında imformatika üzrə silsilə tədbirlar keçirilmişdir. 21-29 sentyabr 2006-cı il tarixində isə Azərbaycanda
ilk dəfə Gənclər və İdman nazirliyi tərəfindən kompüter oyunları üzrə I milli çempionat keçirilmişdir. Çempionatda
14-35 yaş həddindəki yeniyetmələr və gənclər iştirak etmişlər. Çempionatın rəsmi saytı istismara buraxılmışdır.
Çempionat özü isə «FIFA Soccer 2006» və «Need For Speed: Most Wanted»
2007-ci ildə Təhsil nazirliyi və Dünya Bankının «Təhsilin idarəedilməsində imformasiya sistemi» adlı müştərək
layihələrinin birinci mərhələsi başa çatır. Bu sistem bütün rayonlar üzrə təsnif olunmuş bütün ümumrespublika
məktəbləri haqqında imformasiya bazasına malik olaraq bu və ya digər məktəbin tarixi, idarəolunması barədə
tam və dolğun məlumata malikdir. Layihənin ilk mərhələsinə Dunya Bankı tərəfindən 70 000 $ həcmində kredit
ayrılmışdır. Təhsil nazirliyi tərəfindən prioritet hesab olunan bir neçə fənn üçün elektron tədris resurslarının
hazırlanması başlanmışdır – (fizika, biologiya, kimya, və Azərbaycan tarixi fənnləri üzrə) (disklərin multimediyası).
Yaxın gələcəkdə digər fənnlər üzrə də elektron tədris vəsaitlərinin hazırlanması planlaşdırılır. Daha bir prioritet
istiqamət Azərbaycan dilində elektron tədris veb resurslarının inkişafıdır (on-layn). Bu gün milli tədris veb kontentinin
hazırlanmasına kəskin zərurət hiss olunmağa başlanmışdır. 2001-ci ildən ABŞ Dövlət Departamentinin
mədəniyyət və Təhsil işləri üzrə bürosunun maliyyələşdirdiyi «əlaqələr və mübadilə» proqramı çərçivəsində
Naxçıvan MR daxil olmaqla ölkənin 19 regionunda 72 kompüter mərkəzi açılmışdır. O cümlədən «elektron gənclik»
adlı proqram işlənib-hazırlanmışdır ki, bu proqram da «elektron Azərbaycan» layihəsinin tərkib hissəsidir. Burada
20-dən çox proqramın, o cümlədən karyera qurulmasına həsr olunmuş portalların qurulması, elektron kitabxana,
virtual gənclər, gənclər siyasətinin və sağlam həyat tərzinin, virtual muzeyin, virtual hüquqi məsləhətlərin və
treninqlərin öz əksini tapacağı gözlənilir. Bu layihələr «Elektron Azərbaycan» proqramı işə düşən kimi fəaliyyətə
başlayacaqlar (2008-2012).
Azərbaycanda həmçinin «Elektron Qafqaz» adlı kənardan tədris sisteminin inkişafını özündə əks etdirən
regional layihə – «Elektron Qafqaz» layihəsi də həyata keçirilir. Kənardan tədris sisteminin (KT) tətbiqinin
zəruriliyi haqqında 2003-cü ildə ABŞ-ın İndiana ştatının universiteti ilə AZRENA assosasiyasının imzaladıqları
və Azərbaycanda KT texnologiyalarını özündə əks etdirən əməkdaşlıq layihəsi imzalandıqdan sonra danışılmağa
başlanmışdır. KT metodu tələbə və yaxud da maraqlanan şəxs üçün ona rahat olan bir müddət çərçivəsində
tədrisi həyata keçirməyə imkan verir. Bunun üçün tələb olunan yalnız kompüter və telefondur. Bununla bağlı
məktəb şagirdlərinin və o cümlədən də ucqar regionlarda yaşayan əyalət gənclərinin kompüter savadlılığına nail

olmaq vacib şərtdir. Bununla da əmək bazarının İT, bank işi və ya turizm sferasında yeni peşələrə olan təlabatı
ödəmək yüngülləşəcəkdir. 2005-ci ildə respublikanın 2 287 məktəbinə 5 729 ədəd kompüter texnikası verilmişdir
ki, bunlardan da Bakı məktəblərinə 4 739 ədəd, Sumqayıt məktəblərinə 681 ədəd, Naxçıvan məktəblərinə isə
309 ədəd paylanmışdır.
2006-cı ildə Azərbaycan üzrə 740 məktəbə 10 708 texniki vasitə paylanmışdır (Bakı üzrə 2 750, rayonlar
üzrə 7 958)
Cənab Prezident İ. Əliyevin fərmanı ilə təsdiq edilmiş Proqrama uyğun olaraq 2007-ci ildə 2444 məktəbə
9000 kompüter paylanması, 10 000 müəllim üçün treninqlərin keçirilməsi və o cümlədən, məktəblərdə 2500
labarant ştat vahidlərinin açılması nəzərdə tutulmuşdur.

Share this:

Bunu bəyən:

Bəyən Yüklənir.

Oxşar

May 9, 2011 tarixində The youth of Future içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir şərh yazın

0 şərh

Bir cavab yazın Cavabı ləğv et

May 2011

BE ÇA Ç CA C Ş B
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

Kateqoriyalar

  • My posts
  • The youth of Future
  • Themes about Tourism in Azeri
  • Tourism in Azerbaijan
  • Tourism News
  • Uncategorized

Blog Stats

Son Yazılar

  • Turizmdə marketinqin məqsədi və əsas anlayışları
  • Amazing trip to Guba with Weblog team
  • “My Azerbaijan” contest in meaning “PhotoArt” project
  • The Impression From My Education World
  • Gənclərin problemləri

Follow Blog via Email

Digər 36 abunəçiyə qoşulun

Twitter Yenilənmələri

Bilinməyən Qidalandırıcı

  • Xəta var; yəgin təchizat işləmir. Bir qədər sonra yenidən cəhd edin.

Turizmdə PR

Turizm – müasir iqtisadiyyatın insanların tələbatlarının ödənilməsinə və əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş ən mühüm fəaliyyət sahələrindən biridir. Bu zaman iqtisadiyyatın bir çox sahələrindən fərqli olaraq, turizm təbii resursların tükənməsinə səbəb olmur. Məlum olduğu kimi, ölkəmizdə turizmin inkişafı böyük vüsət almışdır. Turizm sferası hazırda kifayət qədər dinamik inkişaf edir, bu sahədə dövriyyə ildən-ilə artır. Hökumətin turizm üzrə dövlət proqramı qəbul edilmiş və ölkədə Turizm ili elan edilmişdir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, Azərbaycan böyük turizm potensialına malikdir, lakin bu günə həmin potensialdan tam istifadə olunmur. İctimai rəy praktiki olaraq istənilən şirkətin fəaliyyətinə böyük təsir göstərir. Bununla əlaqədar olaraq, PR-fəaliyyət məhz ictimai rəyin düzgün formalaşmasına və ona təsirə yönəlmişdir. Bu da turizm şirkətlərinin məhsuldar fəaliyyətinə və maksimum sayda müştəri cəlb edilməsinə səbəb olur.

Hazırda hər bir konkret turizm firmasının nəinki nüfuzu, həm də ölkə üzrə bütövlükdə turizm haqqında ümumi rəy məhz public relations-dən asılıdır. Peşəkarların verdikləri tərifə görə, turizm sahəsində public relations məqsədi müsbət ictimai rəyin formalaşması, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması, saxlanması və onların əməkdaşlığı olan regionun turizm şirkətinin idarəetmə aparatının və ya turizm sferasının xüsusi funksiyasını daşıyır.

Bu funksiya hər şeydən əvvəl, KİV vasitəsilə həyata keçirilir ki, onlar həm də bütövlükdə və xüsusilə də hər bir konkret şirkətdə turizmin müsbət imicinin formalaşmasına və saxlanmasına kömək edirlər.

Turizmdə PR-fəaliyyətin metodlarına gəldikdə isə, onları bir neçə növə ayırmaq olar: – informasiya materiallarının buraxılması – genişformatlı çap, informasiya bukletlərinin, turist kartlarının tərtib edilməsi və başqa poliqrafik nəşrlər turistlərə çox sayda eynitipli təkliflər arasında baş çıxarmağa və hansınasa üstünlük verməyə kömək edir, turoperatorlara isə başqa ölkələrdəki tərəfdaşlarla işi asanlaşdırır;
– reklam səfərləri – müştərilər və turizm agentliklərinin əməkdaşları üçün. Birinci halda səfər daimi müştəriyə hədiyyə və ya oyunun nəticəsi ola bilər, onun məqsədi isə həmin müştəridə öz yaxınlarına və dostlarına çatdıra biləcəyi hər hansı ölkə və ya konkret kurort haqqında müsbət təəssürat formalaşdırmaqdır. İkinci halda bu, – turizm şirkətləri əməkdaşlarının ölkə və ya kurortların bütün üstünlükləri ilə “yerində” tanış etmək imkanıdır ki, bu da gələcəkdə onlara belə turları daha fəal surətdə təklif etməyə imkan verəcək;
– KİV-lə iş – televiziya proqramlarında reportajlar, jurnallarda məqalələr, qəzetlərdə informasiya-reklam qeydləri. Məşhur insanların – siyasətçilərin, televiziya və incəsənət xadimlərinin fikirləri xüsusilə təsirlidir, belə ki, insan psixoloji olaraq pərəstiş etdiyi qəhrəmanının zövqünə etibar edir: əgər bu onun xoşuna gəlirsə, mənə də xoş olacaq. PR-kampaniyalara nümunələr çox ola bilər. Bunlar həm kurort regionunun diqqətəlayiq yerləri haqqında sənədli filmlər, həm əyləncəli proqramların çəkilişi üçün gözəl guşələrdən istifadə, həm tematik sərgilərin təşkil ediləsi, həm turizm regionunun ənənə və mədəniyyətinin populyarlaşdırılması və s. ola bilər.

PR-da əsas odur ki, bütövlükdə turizmin inkişafının xeyrinə olacaq ictimai rəy formalaşdırmaq üçün onunla məqsədyönlü məşğul olmaq lazımdır.

Ona görə də turizm firmalarının müştəri cəlb edilməsi üzrə PR-fəaliyyətini nəzərdən keçirək. Bazarda çoxlu sayda iri və xırda turizm firmaları meydana gəlmişdir. Qeyd etmək olar ki, bu firmaların əksəriyyəti birtipli məhsul və standart istiqamətlər yığımını təklif edirlər. Ona görə də, müştəri bu və ya digər firmanı seçməkdə çətinlik çəkir və tədqiqatların göstərdiyi ki, turistlərin yalnız bir qismi ildən-ilə eyni firmaya üstünlük verir. Çoxları isə evinə, işinə yaxın olan və ya sadəcə təsadüfən yanından keçərkən gördüyü şirkəti seçir. Turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətlərini ayırmaq olar.

KİV-lə iş

Bu, həm qəzet və jurnallarda məqalələr, həm radio və televiziyada işdir. Kütlənin idarə edilməsinin bu vasitəsindən istifadə zamanı, əlbəttə, informasiyanın təqdim edilməsi üçün nüfuzlu insanların cəlb edilməsi də az əhəmiyyət daşımır. Məsələn, insanlar səyahətlər haqqında proqramların aparıcılarına “hər şeyi öz gözləri ilə görmüş müstəqil ekspertlər” kimi daha çox etibar edirlər, onlara inanırlar.

İnformasiya materiallarının buraxılışı

Bu gün informasiya “dünyanı idarə edir”, turizmdə də həmçinin. Müasir turistlər daha tələbkar olublar, onlar hara getdiklərini, onları kimin qarşılayacağını, bütün bunların neçəyə başa gələcəyini dəqiq bilməlidirlər. Və bunları evdən çıxmayaraq həll etməyi daha üstün tuturlar. Ona görə də, hazırda ayrı-ayrı regionlarda və ya bütövlükdə ölkədə nəinki zəruri informasiyanı əldə etmək üçün informasiya bukletləri, həm də keyfiyyətlə hazırlanmış internet saytları böyük əhəmiyyətə malikdir.

Turizm press-turlarının təşkili məhz “sarafan radiosu” effektinin daha yaxşı işlədiyi sənayedir. Əgər insan bu və ya digər ölkədə yaxşı istirahət etmişsə, onun dostları, daha sonra isə qohumları və s. də həmin ölkəyə səfər edəcəklər. Bu məqsədlə press-tur adlandırılan reklam səfərləri: bunlar müştərilər (lotereyada iştirak üçün hədiyyə kimi) və turizm firmalarının əməkdaşları (yaxşı iş üçün mükafat) üçün təşkil edilir. Hər iki halda stimullaşdırıcı təsir müşahidə olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.