Press "Enter" to skip to content

Türk dillərinin müqayisəli qrammatikası

Birinci Türkoloji Qurultaydan sonra repressiya: Xalid Səid Xocayev – I yazı Buludxan Xəlilov filologiya üzrə elmlər doktoru, professor Xalid Səid Xocayev 1888-ci ildə Özbəkistanın Daşkənd şəhərindən 40 kilometr aralıda yerləşən Koşqurqan kəndində anadan olubdur. Bu kənd çox balaca bir kənd olmaqla Çirçik şəhərinin yaxınlığında və Çirçik çayının sahilində yerləşmişdir. Bu ərazi Türküstan ərazisinə daxil olmaqla Bostanlıq bölgəsi, Bostanlıq rayonu kimi tanınmışdır. Sovet Sosialist Respublikaları yaranan dövrdə Bostanlıq bölgəsi Qazaxıstan Respublikasına daxil edilmişdir. XX əsrin 50-ci illərində bu ərazi Özbəkistan Respublikasına verilmişdir. Xalid Səid Xocayevin qızı Bəhicə xanım verdiyi müsahibələrin birində deyirdi: “Xalid Səid 1888-ci ildə doğulub. Atasının adı Səid Əli idi. Nənəmin adını bilmirəm. Xalid Səid bacısını çox istəyirdi. Sonralar Özbəkistana gedib Hadı Zərifinin yardımı ilə Xalid Səidin bacısını, qardaşlarını, qardaşı uşaqlarını tapdım. Dörd qardaş olublar: Saleh, Xalid, Əhməd, Sultan. Əhməd Bakıda təhsil alırdı. Özbəkistanda sevgilisi vardı deyə burada qala bilmədi, geri qayıtdı. Rüxsarə bibim də (Rıxtı apa) sonralar Əhməd əmimin oğlu Feyzullayla birgə Bakıya gəlmişdi. Bizdə qonaq qaldılar. Feyzulla riyaziyyatçıydı. Ümumiyyətlə, onlar hamısı nəsillikcə də qiq elmlərə meyl ediblər. Təkcə Xalid Səid ədəbiyyatçı olmuşdu. Özbəkistanda əmim uşaqları çoxdur. Saleh əmimin övladları arasında professor, elmlər doktoru olanlar da var”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti. 14 noyabr 2008-ci il). Xalid Səid ilk təhsilini kənddəki mollaxanada alıb. O, mollaxanada ibtidai təhsilini başa vurduqdan sonra Daşkəndə gedib və oradakı mədrəsədə 6 il oxuyubdur. O vaxtlar yerlərdə çar Rusiyası Avropa tipli məktəblər açmışdı. Bu məktəblər yerli xalqların nümayəndələrinə təhsil verir və onlardan kiçik məmurlar hazırlayırdı. Yerli camaatın əksəriyyəti bu məktəblərə “kafirlərin məktəbi” kimi yanaşır, daha çox mollaxanada və mədrəsədə təhsil almağa üstünlük verirdilər. Odur ki, Xalid Səid xocalar ailəsindən olduğu üçün Avropa tipli məktəblərdə deyil, kənddəki mollaxananı bitirdikdən sonra Daşkənddəki mədrəsədə oxuyubdur. Xalid Səid hələ mədrəsədə oxuduğu dövrdə İstanbulla maraqlanmış, oradakı həyat onu özünə cəlb etmişdir. Ancaq İstanbula getmək və orada təhsil almaq üçün ona pul lazım olmuşdur. Bu pulu onun özü qazanmışdır. O vaxt torpaqları bölən və ona vergi müəyyən edən məmurların Xalid Səid kimi adamlara ehtiyacı olubdur. Belə ki, Xalid Səid mədrəsədə oxuduğu illərdə torpağı ölçmək qaydalarını ərəbcə yazılmış kitablardan öyrənmişdi. O, torpağı ölçmək barədə olan biliyindən istifadə edərək 5-6 ay kəndlilərin əkib-biçdikləri torpaqları ölçməklə məşğul olmuş və pul qazanmışdır. Xalid Səid yol pulu olduqdan sonra ikinci bir problemlə qarşılaşmışdır. Onun pasportu olmadığı üçün xarici ölkələrə getməyi ona icazə verməmişlər. O vaxt Çar Rusiyasının Türküstan ərazisindəki general qubernatoru xarici ölkələrə getməyin qarşısını alırdı. Və Xalid Səidin də pasport almasına əngəl törədirdi. Belə olduğu üçün Xalid Səid Çin konsulluğundan saxta bir pasport alır və İstanbula yola düşür. Xalid Səidin onda on səkkiz yaşı olur. Bu barədə Xalid Səidin qızı Bəhicə xanım deyirdi: “Hadı (Hadı Zərifi Xalid Səidin qayğısı ilə Bakıda təhsil alan özbək türkü, folklorçusudur. Ömrünün sonuna qədər Özbəkistan Elmlər Akademiyasında Ədəbiyyat İnstitutunun direktoru kimi çalışmışdır – B.X.) danışırdı ki, onun dayısı babamın, yəni Xalid Səidin atasının yaxın dostu olub. Türkiyə ilə ticarət əlaqələri vardı. Tacirdi. Bir dəfə Hadının dayısı İstanbula növbəti səfərə gedəndə Xalid Səid ondan və həm də təbii ki, atasından xəbərsiz qatara minib gizlənib. Qatar yola düşəndən sonra üzə çıxıb. Türkiyəyə təhsil almaq üçün getdiyini söyləyib. Atamın o zaman özünün yüngülvari pulu olub. Bilirsiz, İstanbula gedənəcən o, Koşqarqanda torpaqölçən işləmişdi. Bir az pul toplamışdı. Görünür İstanbula getmək üçün əvvəlcədən məqsədyönlü hərəkət edib. Amma bunu valideynlərinə bildirməyib. Bir sözlə, belə demək olarsa, onu İstanbula tale aparıb”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il) Xalid Səid İstanbulda sənədlərini İstanbul darülfununun tibb fakültəsinə verir və qəbul olur. Tibb fakültəsində üç il təhsil aldıqdan sonra burada təhsilini yarımçıq qoyur və İstanbul darülfununun tarix-ədəbiyyat fakültəsinə daxil olur. Xalid Səid 1917-ci ildə İstanbul Universitetinin tarix-filologiya fakültəsini bitirir. O, Türküstana qayıtmaq istəsə də, bura qayıda bilmir. Ona görə ki, Türküstana gediş-gəliş bağlı olur. Yenə də Bəhicə xanımın verdiyi müsahibədən oxuyuruq: “Demişdi ki (atasının 1918-ci ildə Nuru Paşanın qoşununun tərkibinə qoşulub Azərbaycana gəlməsi nəzərdə tutulur – B.X.), mən ona görə Nuru Paşanın əsgərlərinə qoşulub gəldim ki, gəlmək üçün başqa yolum yox idi. Universiteti qurtarsa da, Türkiyədə onun pasportu, sənədi yoxdu. Məhz o günlərdə gəlmək üçün münasib şərait yaranıb və o da türk ordusuna qoşulub gəlib. Bax, bunu mənə o özü danışmışdı” (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il). Bu barədə Xalid Səid Xocayevin özünün istintaq prosesində ona verilən sualla bağlı cavabı da maraqlıdır. Sual: “Türkiyə kəşfiyyatındakı işiniz haqqında danışın”. Cavab: “Mən Türkiyə kəşfiyyatında işləməmişəm”. Sual “”Siz düz demirsiniz! Bu sualla əlaqədar sizin etirafınızı tələb edirik!” Cavab: “Etiraf etməyə məcburam ki, 1918-ci ildə mən İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın türk ordusunda Azərbaycana göndərilmişdim. Biz ordunun “Şubə və Məxsusi” xüsusi şöbəsinə təyin olunmuşduq”. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il) Beləliklə, Azərbaycana gələn Xalid Səid Gəncə gimnaziyasında bir müddət müəllimlik edir. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Özbəkistana – öz doğma vətəninə gedir. O, 1920-ci ildən Daşkənddə elmi-pedaqoji fəaliyyətə başlayır. 1922-ci ilədək Daşkənddəki Ali Pedaqoji məktəbdə müəllim, müdir kimi çalışır. Ancaq Daşkəndin iqliminin onun səhhətinə pis təsir etməsi ilə bağlı olaraq o, yenidən Bakıya qayıtmış və burada fəaliyyətini davam etdirmişdir. Onun pedaqoji fəaliyyəti 1922-ci ilin oktyabr ayından Balaxanıdakı fəhlə fakültəsində başlamışdır. 1922-1926-cı illərdə Qusardakı pedaqoji texnikumda, Bakıdakı Səmərqənd kursantları internatında (müdir kimi) çalışmışdır. 1926-1934-cü illərdə o, müxtəlif təhsil müəssisələrində fəaliyyət göstəribdir. Bu illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Elmi-Tədqiqat İnstitutunda, S.Ağamalıoğlu adına Torpaq Texnikumunda və hidrotexnikumda Azərbaycan dili və ədəbiyyatı, ərəb, fars dilləri müəllimi işləmişdir. Xalid Səid Vəli Xuluflunun təqdimatı ilə 1934-cü ilin sentyabr ayından SSRİ EA-nın Azər­baycan filialının dil bölməsinə I dərəcəli elmi işçi seçilmişdir. 3 iyun 1937-ci ilə qədər (repressiya olunana qədər) burada işləmişdir. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il; Ə.Quliyev. Xalid Səid. – “Ana sözü” jurnalı. №4-6, 1991, s.55-57) Xalid Səid dərslik, dərs vəsaiti, elmi araşdırmalar, tərcümə əsərlərinin müəllifi kimi də əvəzsiz xidmətlər göstəribdir. Onun “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (Bakı, 1926), “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (Bakı, 1929), A.Tağızadə ilə birgə yazdığı “Müxtəsər üslubiyyat” (Bakı, 1933 və 1934), “Azərbaycan məktəbləri üçün rus dili” (Bakı, 1934), bədii tərcümələri (A.Qədiri. “Ötən günlər”. Bakı, 1928-1929) əsərləri nadir nüsxələr kimi qorunub saxlanılır. Xalid Səidin ədəbiyyatşünaslığa və tarixə aid də tədqiqatları olmuşdur. “Çığatay ədəbiyyatından mühazirələr” (5-6 c.v.), “Türküstan tarixinin qısa icmalı” (5-7 c.v.), “Türk ədəbiyyatı nəzəriyyəsi” (18-20 c.v.) “İran dillərinin qrammatikası” (6-7 c.v.) əsərləri ali məktəblər üçün hazırladığı dərslik və dərs vəsaiti olubdur. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il) Xalid Səid Xocayev Azərbaycanda dilçilik elminin əsasını qoyanlardan biri olmuşdur. O, türk dillərinin müqayisəli qrammatikası sahəsində Mirzə Kazım bəydən sonra “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (Bakı, 1926) adlı kitabını yazmışdır. Üslubiyyata aid ilk kitabın müəllifi də Xalid Səid olmuşdur. Onun “Müxtəsər üslubiyyat” (Bakı, 1933 və 1934) kitabı iki dəfə nəşr olunmaqla Azərbaycan dilçiliyində ilk üslubiyyatla bağlı olan dərslikdir. Xalid Səid Azərbaycan, türk, özbək, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Ancaq o, İstanbul ləhcəsində daha mükəmməl danışır və yazırdı. Bu barədə qızı Bəhicə xanım müsahibələrinin birində deyirdi: “Atam özbək ləhcəsində danışmırdı. Onun bu ləhcədə danışa bildiyinə də inanmıram. Axı Özbəkistandan çoxdan çıxmışdı. Xalid Səid Türkiyə türkcəsində danışırdı. Sizə məzəli bir əhvalat söyləyim. Mənim xalamın bir oğlu vardı. Çox nadinc idi. Bir dəfə çörək qıtlığıymış, xalaoğlumgil nəsə bir dələduzluq edib, tutulublar, sonra da buraxılıblar. Atam küçədə xalaoğluma rast gəlib deyib ki, Kazım, sən nə yapdın? O da cavab verib ki, nə yapmışdımsa küt getdi. Bu əhvalatı Xalid Səidin hətta qohumlarla da İstanbul ləhcəsində danışdığını xatırlatmaq üçün yada saldım”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il) Ancaq Xalid Səidin Azərbaycan dilini mükəmməl bilməsini Azərbaycan dilində yazdığı kitabların hər biri təsdiq edir. Eləcə də Azərbaycan dilinə etdiyi tərcümələr də (Abdulla Qədirinin “Ötən günlər” romanı, M.Kaşğarinin “Divanü luğat-it-türk” əsəri) onun Azərbaycan dilini mükəmməl bildiyini göstərir. Yeri gəlmişkən, Özbəkistan ədəbiyyatında roman janrının banisi, dilçi alim, tərcüməçi, yazıçı-publisist Abdulla Qədirinin “Ötən günlər” romanını Xalid Səid Xocayev özbək dilindən Azərbaycan dilinə tərcümə edir və əsər Azərbaycan dilində 1929-cu ildə Bakıda çap olunur. Xalid Səid Xocayevin təkcə dilçilik məsələləri ilə deyil, tərcümə məsələləri ilə məşğul olması barədə Bəhicə xanımın F.D.Aşninə, V.M.Alpatova, D.M.Nasilova yazdığı məktubda oxuyuruq: “Xocayev təkcə dilçilik məsələləri ilə məşğul olmurdu. Qızının qeyd etdiyi kimi, onun ədəbiyyatla bağlı işləri də vardı, əsasən Azərbaycan ədəbiyyatı ilə. O (qızı) yazırdı: “Xalid Səid Füzulinin gözəl bilicilərindən, onun poeziyasının əla izahını verənlərdən idi. O, özünü poeziyada da sınayır, bəzi şeirləri o dövrün jurnallarında çap olunurdu. Onun elmi əsərlər siyahısında özbək yazıçısı Çoqunbayın “Ötən günlər” (çox güman ki, məktubda eyni adlı romandan bəhs olunur, bu əsəri Abdulla Qədiri yazmışdır, o, Çoqunbay təxəllüsü ilə çıxış edirdi, 1937-ci ildə repressiya edilmiş, 1938-ci ildə isə güllələnmişdir – F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov) əsərinin tərcüməsi qeyd olunmuşdur. Nədənsə o, digər tərcüməsini – türk yazıçısı Rəşad Nuri Güntəkinin “Çalıquşu”nu bu siyahıya daxil etməmişdir. Bu əsərin ilk tərcüməsi Xalid Səidə aiddir”. Hər iki halda söhbət Azərbaycan dilinə olan tərcümələrdən gedir”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.99) F.D.Aşninin, V.M.Alpatovun, D.M.Nasilovun repressiya olunmuş türkoloqlar barədə yazdıqları kitabda qeyd edilir ki, “1926-cı ildə X.S.Xocayevin “Osman, özbək, qazax dillərinin müqayisəli qrammatikası” nəşr edilmişdir. Bu kitabda müəllif formal-müqayisəli metod vasitəsilə bu üç dilin qohumluğunun sübutu ilə kifayətlənir və bununla da “ulu vətən” və “ulu dil” nəzəriyyəsini dəstəkləyir”. (Əsərlər 1936. 186) Xatırladaq ki, o zaman N.Y.Marrın “dillərin qohumluğu” və “ulu dil” məfhumlarının “burjuazlığı” və qeyri-elmiliyi haqqında ideyaları bir doqma idi”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.99-100) Təsadüfi deyil ki, M.Kaşğarinin “Divanü luğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsi də ona tapşırılmışdır. Bu barədə oxuyuruq: “1936-cı il aprelin 7-də müəllif məlumat verirdi ki, 70-80 çap vərəqi həcmində olacaq bu lüğətin (“Divanü lüğət-it-türk” nəzərdə tutulur-B.X.) I cildi çapa hazırdır, o biri cildlər üzərində iş aparılmaqdadır. Həmin ildə X.Səidin tərcümə işi ilə bağlı Akademiyanın “Əsərlər”ində (31-ci cild) sanballı bir məqaləsi də çap olunmuşdu. 1937-ci il iyunun 1-də X.Səid Kabarda-Balkar Vilayət Komitəsinə –Kumukovun adına yazdığı məktubda “Divan” haqqında yazırdı: “. Mən bu əsərin tərcüməsinə 1935-ci ilin sentyabrın 1-də başlayıb, bu ilin (1937-ci il – Ə.Q.) aprelində onu qurtardım. Hazırda bu əsəri çapa hazırlayıram və iyulun 1-nə kimi Leninqrada, redaktorların – akademik İ.Kraçkovski və prof.S.Malovun yanına redaktəyə aparacağam. ” (Lakin bu məktubu göndərmək X.Səidə qismət olmadı. İki gün sonra onu tutdular. İyunun 9-da onun məktubunun üstündə belə bir qeyd edilib: “Xocayev həbs olunduğu üçün məktub göndərilməsin və şəxsi işinə əlavə olunsun”)”. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il) Xalid Səid Xocayevin Kumukova olan məktubunu olduğu kimi veririk: “Sizin 4/III-37-ci ildən olan məktubunuzu aldım və böyük məmnuniyyətlə oxudum. Cavabı geçikdirdiyim üçün üzr istəyir, diqqətinizə aşağıdakı məlumatları çatdırıram: Mahmud Kaşğarlının əsərinin yeganə nüsxəsi İstanbulda tapılmış və orada da yayılmışdır. 1. Mən bu əsəri tərcümə etməyə və yenidən işləməyə 1935-ci ilin sentyabrın 1-də başladım və həmin ilin aprel ayında bitirdim. 2. Hal-hazırda bu əsəri çapa hazırlamaqla məşğulam və iyulun 1-i üçün Leninqrada redaktorlardan akademik Kraçkovski və professor Malova göndərəcəyimə ümid edirəm. 3. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında bu əsərin yalnız bir nüsxəsi var və buna görə də onu Sizə göndərə bilmirəm. Bu əsərin xarakteri və məzmunu ilə tanış olmaq üçün Sizə bu məsələ ilə bağlı öz məqaləmi göndərirəm. 4. Leninqrada gedərkən (25 iyunda) böyük məmnuniyyətlə yolüstü Nalçikdə ayaq saxlaya bilər, əgər Sizin istəyiniz və marağınız olsa, bu kitabın kumık və qaraçay-balkar dillərinə olan münasibəti ilə əlaqədar məzmunu ilə ətraflı tanış olmaq üçün dolğun məlumat toplaya bilərəm. Məktubumu bitirir və bildirirəm ki, bu işdə Sizə hər cür faydalı olmağa hazıram”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.102) Məktubda 1 iyun 1937-ci il tarixi göstərilmiş, çox güman ki, məktub göndərilməmişdir. İki gündən sonra iyunun 3-ü Xalid Səid Xocayevin həbsinə order verilmiş, iyunun 4-nə keçən gecə isə alim həbs edilmişdir. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.103)

Kitabı yüklə – Kitabxana

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

167. Zeynalov F.R. Müasir türk dillərində qoĢmalar. Bakı: ADU, 1964, 48 s. 168. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə (fonetika, leksika, morfologiya). NəĢrə hazırlayan, redaktoru və ön sözün müəllifi M.Qıpçaq. Bakı: MBM, 2008, 354 s. 169. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə (adlar), Bakı: ADU nəĢri, 1974, 142 s. 170. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. II hissə (fellər), Bakı: ADU nəĢri, 1975, 131 s. 171. Zeynalov F.R. Türkologiyanın əsasları. Bakı: 1981, 348 s MAHMUD KAġĞARĠNĠN 1.000 ĠLLĠK YUBĠLEYĠNƏ 1.000 BĠBLĠOQRAFĠK GÖSTƏRĠCĠ: Türk dilində: 172. Abdurrahim Hasan. KaĢgarlı Mahmud‟un Mezarı ve Mimari Yapısı. TK, sayı 268, Ağustos 1985, s. 544-547. 173. Abdurrahman Varis. Divanü Lugati‟t-Türk‟teki Türk Ġl-lerinin ÇağdaĢ Çin Kaynakları ile Mukayesesi ve Değer-lendirilmesi. Yüksek Lisans Tezi, A.Ü., Sosyal Bilimler Enstitüsü, Ankara, 1997, 137 s. 174. Agah Sırrı Levend. Türk Edebiyatı Tarihi. Ankara: TTK, 1984, 666 s. 175. Ahmedov Toktosun. KaĢgarlı Mahmud‟un Divanü Lu-gat‟it-Türk‟ü ve ÇağdaĢ Kırgız Dili. Divanü Lugati‟t-Türk Bilgi ġöleni Bildirileri. Ankara: 7-8 Mayıs 1999, TDK, s. 96-101. 176. Akalın Mehmet. Tarihi Türk ġiveleri. Ankara:1979, 276 s 177. Akar Ali. Divanü Lugat‟it-Türk ile Anadolu Ağızların-dakı Ortak Unsurlar Üzerine Bir Deneme. Divanü Luga-ti‟t-Türk Bilgi ġöleni Bildirileri. Ankara: 7-8 Mayıs 1999, TDK, s. 106- 129. 178. Akkaya Musaliha. Divanü Lugat-it-Türk‟teki Türk Halk Edebiyatı Örnekleri. Türkiyat Enstitüsü Türkoloji Tezi, № 325. www.kitabxana.net – Milli Virtual Kitabxana 182

179. Akkaya M.ġükrü. Ġstilah (Terim) Taramaları: Divanü Lugat-it-Türk. TD, sayı 3, Temmuz 1933, Ankara. 180. Aksakal Ali. Ölümünün 60. Yılında Kitap Dostu Ali Emiri Efendi. TK, sayı 250, 1984, s. 25-28. 181. Akün Ömer Faruk. KaĢgarlı Mahmud. DĠA, Ġstanbul: 2002, c. 25, s. 9-15. 182. AltıntaĢ Ayten. Divanü Lügat-it-Türk‟teki Tıbbi Bilgiler. TDA, 25 Ağustos 1983, s. 136- 148. 183. Arat ReĢit Rahmeti. Eski Türk ġiiri. Ankara: 1986, 506 s. 184. Arat ReĢit Rahmeti. Kutadgu Bilig. I. Metin. Ġstanbul: 1947, LIX+ 656 s. 185. Arat ReĢit Rahmeti. Kutadgu Bilig. II. Çeviri. Ankara: 1947, XXVIII+ 477 s. 186. Arat ReĢit Rahmeti. Kutadgu Bilig. III. Ġndeks. Ġstanbul: 1979, XY+565. 187. Artam Nurettin. Divanü Lugat-it-Türk ve Dilimizin Zenginliği. Ulus, 3 Temmuz 1940. 188. Artam Nurettin. Divanü Lugat-it-Türk (cilt: 2) ve Türk-çenin Bir Hususiyeti. Ulus, 5 ġubat 1941. 189. Artam Nurettin. KaĢgarlı Mahmud‟a GöreTürk. Ulus, 13 Haziran 1940. 190. Asım Necib. Eski Savlar. Ġstanbul: 1338-1343 (h), Evkaf Matbaası, 59 s. 191. Asım Necib. Eski Savlar. Edebiyat Fakültesi Mecmuası, 1338 (h), sayı 2, s. 153-159. 192. Asım Necib. Eski Savlar. Edebiyat Fakültesi Mecmuası, 1338 (h), sayı 4, s. 312-328. 193. Asım Necib. Eski Savlar. Edebiyat Fakültesi Mecmuası, 1338 (h), sayı 5, s. 421-435. 194. Asım Necib. Eski Savlar. Edebiyat Fakültesi Mecmuası, 1338 (h), sayı 6, s. 487-502. 195. Asker Ramiz. Divanü Lugat-it-Türk‟ün BasılmıĢ ve Ba-sılmamıĢ Çevirileri. Uluslararası «KaĢgarlı Mahmut ve Türk Dünyasının Dili, Edebiyatı, Kültürü ve Tarihi» Konferansı Bildirileri. BiĢkek: 26 Nisan 2007, s. 193-201. 196. Asker Ramiz. DLT‟nin DTS‟de Yansıması. Uluslararası Asya ve Kuzey Afrika ÇalıĢmaları Kongresi ĠCANAS-38. Ankara: 10-15 Eylül 2007, Bildiri Özetleri Kitabı, s. 9-10. 197. Asker Ramiz. Kutadgu Bilig‟de Devlet Yöneticileri. Azerbaycan Mustakillikten Sonra. Beynelhalk Konferansın Materialları. Baku: 3-4 Mart 2003, s. 288-291. 198. Asker Ramiz. Kutadgu Bilig‟in Dili ve Kelime Hazinesi Üzerine. Kutadgubilig Dergisi, sayı 4, Ekim 2003, s. 283-298. 199. Asker Ramiz. Kutadgu Bilig‟le Ġlgili YanlıĢ Yorumlar. Prof. Dr. Mehmet Saraya Armağan. Türk Dünyasına Ba-kıĢlar. DA Yayınları, Ġstanbul: 2003, s. 117-123. www.kitabxana.net – Milli Virtual Kitabxana 183

  • Page 1 and 2: www.kitabxana.net Rufət Milli Virt
  • Page 3 and 4: www.kitabxana.net – Milli Virtual K
  • Page 5 and 6: Müəllif haqqında Cahid Ġsmayıl
  • Page 7 and 8: НАЦИОНАЛЬНАЯ АКАДЕ
  • Page 9 and 10: ĠġĠN ÜMUMĠ SƏCĠYYƏSĠ Mövz
  • Page 11 and 12: – «Divan» əsasında onomastik le
  • Page 13 and 14: Mahmud KaĢğarlı əsərdə toponi
  • Page 15 and 16: Təgin, Boğra Kara Xan və s.), d
  • Page 17 and 18: toponimləri onların maddi-mənəv
  • Page 19 and 20: «Bizim tədqiq etdiyimiz Ağa bal
  • Page 21 and 22: Ay – kölə adı. «Ay» sözü lü
  • Page 23 and 24: təqdimetmə və təhliletmə imkan
  • Page 25 and 26: – Elmi-tədqiqat geniĢləndikcə e
  • Page 27 and 28: Jahid Ismayil Kazimov Onomastic Glo
  • Page 29 and 30: Ömrümün səbəbiydin, Xəbərim
  • Page 31 and 32: Uzaktan, Ölmezliğin Unutamıyorum
  • Page 33 and 34: Hiçbir Ģeyi bilmeden ne hoĢtum H
  • Page 35 and 36: Artık yalnızlığı çok seviyoru
  • Page 37 and 38: Dünya dillərinin ümumi qohumluğ
  • Page 39 and 40: və mülahizələri ilə hörmətli
  • Page 41 and 42: edə bilirlər. Təhsil, tədris pr
  • Page 43 and 44: Dünya dillerinin genel akrabalığ
  • Page 45 and 46: gerçek bilimsel görüĢlere ise y
  • Page 47 and 48: • Dil AraĢtırmaları (uluslarar
  • Page 49 and 50: Haqqında yığcam bəhs etdiyimiz
  • Page 51 and 52: dilçiliyindəki problemlərə bax
  • Page 53 and 54: Aspiranturaya qəbul olunmuĢdum. M
  • Page 55 and 56: TARĠXĠ ONOMASTĠK LEKSĠKADA ġAM
  • Page 57 and 58: ġaman və yarı Ģaman mətnlərin
  • Page 59 and 60: Rus dilində: 6. Башкирски
  • Page 61 and 62: adları da yazılmadı. Bunlardan a
  • Page 63 and 64: Mahmud KaĢğarlı boyların adlar
  • Page 65 and 66: «Divan»da oğuz adı izah edilər
  • Page 67 and 68: arədə heç nə demədim. Bu boyla
  • Page 69 and 70: Баскаков Н.А. Струк
  • Page 71 and 72: «Divan»da mürəkkəb antroponiml
  • Page 73 and 74: «Divan»da tigin termini «Kutluğ
  • Page 75 and 76: ĠSTĠFADƏ EDĠLMĠġ ƏDƏBĠYYAT
  • Page 77 and 78: Mahmud KaĢğarlı lüğətdə verd
  • Page 79 and 80: Ümumiyyətlə, ĠrtıĢ çay adın
  • Page 81 and 82: Mahmud KaĢğarlıya görə tenqiz
  • Page 83 and 84: Qurbanov A.M. Müasir Azərbaycan
  • Page 85 and 86: göstərilir. Lüğətə daxil edil
  • Page 87 and 88: Elmi-nəzəri baxımdan Mahmud KaĢ
  • Page 89 and 90: Ramiz Əskərin tərcüməçilik f
  • Page 91 and 92: TÜRK DĠLLƏRĠNĠN KAMUSU Gazi Ü
  • Page 93 and 94: XI əsrdə müqayisəli planda yaz
  • Page 95 and 96: «Divan»ın dil faktları göstər
  • Page 97 and 98: 1. BeĢ-Balık “Göktürklerden U
  • Page 99 and 100: Sözlükte tekvaryantlı Ģehir adl
  • Page 101 and 102: 7. Sümer, F., Oğuzlar, Bakı, Yaz
  • Page 103 and 104: MAHMUD KAġĞARLININ «DĠVANÜ LU
  • Page 105 and 106: Z.Xasiyev « toğluman», qozman s
  • Page 107 and 108: 10. Мусабаев Ф. Мангы
  • Page 109 and 110: One can encounter with the toponyms
  • Page 111 and 112: Xalac. Xələc- Xızı rayonunda k
  • Page 113 and 114: vardır. Cabanı ġamaxının dağ
  • Page 115 and 116: ƏfĢar. ƏfĢar etnoniminin AvĢar
  • Page 117 and 118: Mahmud KaĢğarlının hesab etdiyi
  • Page 119 and 120: MAHMUD KAġĞARLININ «DĠVAN» IND
  • Page 121 and 122: Çoxadlılıq «Divan»da təsvir o
  • Page 123 and 124: Həm Ģəhər, həm də dərə adı
  • Page 125 and 126: Özü ilə bir ətək daĢ gəzdir
  • Page 127 and 128: Yükümüz tutulub günahdan bizim.
  • Page 129 and 130: 2008-ci ildə Azərbaycan Respublik
  • Page 131 and 132: Reklam məqsədi ilə yaradılan sa
  • Page 133 and 134: Yeni media – internet mediası – re
  • Page 135 and 136: hansı məqsədlər üçün yazılm
  • Page 137 and 138: Facebook hesabınızın oğurlanmas
  • Page 139 and 140: Bunlara əməl etdiyiniz təqdirdə
  • Page 141 and 142: Deputat, SSR-i Xalq Artisti Zeynəb
  • Page 143 and 144: hissəsi kimi göstərilir, gah da
  • Page 145 and 146: Yeni media üzrə ekspert Emin Hüs
  • Page 147 and 148: adlarımızı da iĢğal etdilər.
  • Page 149 and 150: Veb-master ElĢən Əzizoğlu da bi
  • Page 151 and 152: Mətbuat Cahid Ġsmayıloğlunun ya
  • Page 153 and 154: Cahid Ġsmayıloğlu araĢdırmalar
  • Page 155 and 156: xüsusiyyətləri, yaĢayıĢ tərz
  • Page 157 and 158: və yazdığı incəltəmələr dö
  • Page 159 and 160: komponenti ilə üç Ģəhərin ad
  • Page 161 and 162: dissertasiyası”ndan on dəfə fa
  • Page 163 and 164: Cahid Ġsmayıloğlunun “XI yüzi
  • Page 165 and 166: KAġĞARĠġÜNASLIĞA QĠYMƏTLĠ
  • Page 167 and 168: çünki ta əski çağlardan insanl
  • Page 169 and 170: • “Bütöv Azərbaycan” qəzeti,
  • Page 171 and 172: 10. Fars dilində 11. Çin dilində
  • Page 173 and 174: MAHMUD KAġĞARĠNĠN 1.000 ĠLLĠK
  • Page 175 and 176: 35. Əskər Ramiz. DLT-də sifət.
  • Page 177 and 178: 69. Əskər Ramiz. NəĢrdə tətbi
  • Page 179 and 180: 106. KaĢğari Mahmud. Divanü lü
  • Page 181: 146. Rəhimov A. «Kitabi-Dədə Qo
  • Page 185 and 186: 220. Bekin Ahmet Rıza. Çinde KaĢ
  • Page 187 and 188: 259. Dedeoğlu Behçet. KaĢgarlı
  • Page 189 and 190: 300. Eren Hasan. Sovetskaya Tyurkol
  • Page 191 and 192: 336. Ġltebir Abdulhekim Baki. KaĢ
  • Page 193 and 194: 371. KoĢay Hamit Zübeyir. Divanü
  • Page 195 and 196: 413. Özdemir Ahmet. Türk Dünyas
  • Page 197 and 198: 452. Turan Osman. Türk Cihan Hakim
  • Page 199 and 200: 665. Абдурахманов Г.А
  • Page 201 and 202: 694. Бартольд В.В. Ист
  • Page 203 and 204: 729. Давидович Е.А. Во
  • Page 205 and 206: 761. Кервенов Т. Пове
  • Page 207 and 208: 794. Мамедов М. Тенгр
  • Page 209 and 210: 825. Нигматов Х.Г. При
  • Page 211 and 212: 855. Список слов с яз
  • Page 213 and 214: 888. Халил А. О знаков
  • Page 215 and 216: 918. Эйвазова Р.Г. Язы
  • Page 217: 946. Mahmud al-Kashghari. Compendiu

Türk dillərinin müqayisəli qrammatikası

26 апр 2016

В группе 2 685 участников

Birinci Türkoloji Qurultaydan sonra repressiya: Xalid Səid Xocayev – I yazı Buludxan Xəlilov filologiya üzrə elmlər doktoru, professor Xalid Səid Xocayev 1888-ci ildə Özbəkistanın Daşkənd şəhərindən 40 kilometr aralıda yerləşən Koşqurqan kəndində anadan olubdur. Bu kənd çox balaca bir kənd olmaqla Çirçik şəhərinin yaxınlığında və Çirçik çayının sahilində yerləşmişdir. Bu ərazi Türküstan ərazisinə daxil olmaqla Bostanlıq bölgəsi, Bostanlıq rayonu kimi tanınmışdır. Sovet Sosialist Respublikaları yaranan dövrdə Bostanlıq bölgəsi Qazaxıstan Respublikasına daxil edilmişdir. XX əsrin 50-ci illərində bu ərazi Özbəkistan Respublikasına verilmişdir. Xalid Səid Xocayevin qızı Bəhicə xanım verdiyi müsahibələrin birində deyirdi: “Xalid Səid 1888-ci ildə doğulub. Atasının adı Səid Əli idi. Nənəmin adını bilmirəm. Xalid Səid bacısını çox istəyirdi. Sonralar Özbəkistana gedib Hadı Zərifinin yardımı ilə Xalid Səidin bacısını, qardaşlarını, qardaşı uşaqlarını tapdım. Dörd qardaş olublar: Saleh, Xalid, Əhməd, Sultan. Əhməd Bakıda təhsil alırdı. Özbəkistanda sevgilisi vardı deyə burada qala bilmədi, geri qayıtdı. Rüxsarə bibim də (Rıxtı apa) sonralar Əhməd əmimin oğlu Feyzullayla birgə Bakıya gəlmişdi. Bizdə qonaq qaldılar. Feyzulla riyaziyyatçıydı. Ümumiyyətlə, onlar hamısı nəsillikcə də qiq elmlərə meyl ediblər. Təkcə Xalid Səid ədəbiyyatçı olmuşdu. Özbəkistanda əmim uşaqları çoxdur. Saleh əmimin övladları arasında professor, elmlər doktoru olanlar da var”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti. 14 noyabr 2008-ci il). Xalid Səid ilk təhsilini kənddəki mollaxanada alıb. O, mollaxanada ibtidai təhsilini başa vurduqdan sonra Daşkəndə gedib və oradakı mədrəsədə 6 il oxuyubdur. O vaxtlar yerlərdə çar Rusiyası Avropa tipli məktəblər açmışdı. Bu məktəblər yerli xalqların nümayəndələrinə təhsil verir və onlardan kiçik məmurlar hazırlayırdı. Yerli camaatın əksəriyyəti bu məktəblərə “kafirlərin məktəbi” kimi yanaşır, daha çox mollaxanada və mədrəsədə təhsil almağa üstünlük verirdilər. Odur ki, Xalid Səid xocalar ailəsindən olduğu üçün Avropa tipli məktəblərdə deyil, kənddəki mollaxananı bitirdikdən sonra Daşkənddəki mədrəsədə oxuyubdur. Xalid Səid hələ mədrəsədə oxuduğu dövrdə İstanbulla maraqlanmış, oradakı həyat onu özünə cəlb etmişdir. Ancaq İstanbula getmək və orada təhsil almaq üçün ona pul lazım olmuşdur. Bu pulu onun özü qazanmışdır. O vaxt torpaqları bölən və ona vergi müəyyən edən məmurların Xalid Səid kimi adamlara ehtiyacı olubdur. Belə ki, Xalid Səid mədrəsədə oxuduğu illərdə torpağı ölçmək qaydalarını ərəbcə yazılmış kitablardan öyrənmişdi. O, torpağı ölçmək barədə olan biliyindən istifadə edərək 5-6 ay kəndlilərin əkib-biçdikləri torpaqları ölçməklə məşğul olmuş və pul qazanmışdır. Xalid Səid yol pulu olduqdan sonra ikinci bir problemlə qarşılaşmışdır. Onun pasportu olmadığı üçün xarici ölkələrə getməyi ona icazə verməmişlər. O vaxt Çar Rusiyasının Türküstan ərazisindəki general qubernatoru xarici ölkələrə getməyin qarşısını alırdı. Və Xalid Səidin də pasport almasına əngəl törədirdi. Belə olduğu üçün Xalid Səid Çin konsulluğundan saxta bir pasport alır və İstanbula yola düşür. Xalid Səidin onda on səkkiz yaşı olur. Bu barədə Xalid Səidin qızı Bəhicə xanım deyirdi: “Hadı (Hadı Zərifi Xalid Səidin qayğısı ilə Bakıda təhsil alan özbək türkü, folklorçusudur. Ömrünün sonuna qədər Özbəkistan Elmlər Akademiyasında Ədəbiyyat İnstitutunun direktoru kimi çalışmışdır – B.X.) danışırdı ki, onun dayısı babamın, yəni Xalid Səidin atasının yaxın dostu olub. Türkiyə ilə ticarət əlaqələri vardı. Tacirdi. Bir dəfə Hadının dayısı İstanbula növbəti səfərə gedəndə Xalid Səid ondan və həm də təbii ki, atasından xəbərsiz qatara minib gizlənib. Qatar yola düşəndən sonra üzə çıxıb. Türkiyəyə təhsil almaq üçün getdiyini söyləyib. Atamın o zaman özünün yüngülvari pulu olub. Bilirsiz, İstanbula gedənəcən o, Koşqarqanda torpaqölçən işləmişdi. Bir az pul toplamışdı. Görünür İstanbula getmək üçün əvvəlcədən məqsədyönlü hərəkət edib. Amma bunu valideynlərinə bildirməyib. Bir sözlə, belə demək olarsa, onu İstanbula tale aparıb”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il) Xalid Səid İstanbulda sənədlərini İstanbul darülfununun tibb fakültəsinə verir və qəbul olur. Tibb fakültəsində üç il təhsil aldıqdan sonra burada təhsilini yarımçıq qoyur və İstanbul darülfununun tarix-ədəbiyyat fakültəsinə daxil olur. Xalid Səid 1917-ci ildə İstanbul Universitetinin tarix-filologiya fakültəsini bitirir. O, Türküstana qayıtmaq istəsə də, bura qayıda bilmir. Ona görə ki, Türküstana gediş-gəliş bağlı olur. Yenə də Bəhicə xanımın verdiyi müsahibədən oxuyuruq: “Demişdi ki (atasının 1918-ci ildə Nuru Paşanın qoşununun tərkibinə qoşulub Azərbaycana gəlməsi nəzərdə tutulur – B.X.), mən ona görə Nuru Paşanın əsgərlərinə qoşulub gəldim ki, gəlmək üçün başqa yolum yox idi. Universiteti qurtarsa da, Türkiyədə onun pasportu, sənədi yoxdu. Məhz o günlərdə gəlmək üçün münasib şərait yaranıb və o da türk ordusuna qoşulub gəlib. Bax, bunu mənə o özü danışmışdı” (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il). Bu barədə Xalid Səid Xocayevin özünün istintaq prosesində ona verilən sualla bağlı cavabı da maraqlıdır. Sual: “Türkiyə kəşfiyyatındakı işiniz haqqında danışın”. Cavab: “Mən Türkiyə kəşfiyyatında işləməmişəm”. Sual “”Siz düz demirsiniz! Bu sualla əlaqədar sizin etirafınızı tələb edirik!” Cavab: “Etiraf etməyə məcburam ki, 1918-ci ildə mən İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın türk ordusunda Azərbaycana göndərilmişdim. Biz ordunun “Şubə və Məxsusi” xüsusi şöbəsinə təyin olunmuşduq”. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il) Beləliklə, Azərbaycana gələn Xalid Səid Gəncə gimnaziyasında bir müddət müəllimlik edir. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Özbəkistana – öz doğma vətəninə gedir. O, 1920-ci ildən Daşkənddə elmi-pedaqoji fəaliyyətə başlayır. 1922-ci ilədək Daşkənddəki Ali Pedaqoji məktəbdə müəllim, müdir kimi çalışır. Ancaq Daşkəndin iqliminin onun səhhətinə pis təsir etməsi ilə bağlı olaraq o, yenidən Bakıya qayıtmış və burada fəaliyyətini davam etdirmişdir. Onun pedaqoji fəaliyyəti 1922-ci ilin oktyabr ayından Balaxanıdakı fəhlə fakültəsində başlamışdır. 1922-1926-cı illərdə Qusardakı pedaqoji texnikumda, Bakıdakı Səmərqənd kursantları internatında (müdir kimi) çalışmışdır. 1926-1934-cü illərdə o, müxtəlif təhsil müəssisələrində fəaliyyət göstəribdir. Bu illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Elmi-Tədqiqat İnstitutunda, S.Ağamalıoğlu adına Torpaq Texnikumunda və hidrotexnikumda Azərbaycan dili və ədəbiyyatı, ərəb, fars dilləri müəllimi işləmişdir. Xalid Səid Vəli Xuluflunun təqdimatı ilə 1934-cü ilin sentyabr ayından SSRİ EA-nın Azər­baycan filialının dil bölməsinə I dərəcəli elmi işçi seçilmişdir. 3 iyun 1937-ci ilə qədər (repressiya olunana qədər) burada işləmişdir. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il; Ə.Quliyev. Xalid Səid. – “Ana sözü” jurnalı. №4-6, 1991, s.55-57) Xalid Səid dərslik, dərs vəsaiti, elmi araşdırmalar, tərcümə əsərlərinin müəllifi kimi də əvəzsiz xidmətlər göstəribdir. Onun “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (Bakı, 1926), “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (Bakı, 1929), A.Tağızadə ilə birgə yazdığı “Müxtəsər üslubiyyat” (Bakı, 1933 və 1934), “Azərbaycan məktəbləri üçün rus dili” (Bakı, 1934), bədii tərcümələri (A.Qədiri. “Ötən günlər”. Bakı, 1928-1929) əsərləri nadir nüsxələr kimi qorunub saxlanılır. Xalid Səidin ədəbiyyatşünaslığa və tarixə aid də tədqiqatları olmuşdur. “Çığatay ədəbiyyatından mühazirələr” (5-6 c.v.), “Türküstan tarixinin qısa icmalı” (5-7 c.v.), “Türk ədəbiyyatı nəzəriyyəsi” (18-20 c.v.) “İran dillərinin qrammatikası” (6-7 c.v.) əsərləri ali məktəblər üçün hazırladığı dərslik və dərs vəsaiti olubdur. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il) Xalid Səid Xocayev Azərbaycanda dilçilik elminin əsasını qoyanlardan biri olmuşdur. O, türk dillərinin müqayisəli qrammatikası sahəsində Mirzə Kazım bəydən sonra “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (Bakı, 1926) adlı kitabını yazmışdır. Üslubiyyata aid ilk kitabın müəllifi də Xalid Səid olmuşdur. Onun “Müxtəsər üslubiyyat” (Bakı, 1933 və 1934) kitabı iki dəfə nəşr olunmaqla Azərbaycan dilçiliyində ilk üslubiyyatla bağlı olan dərslikdir. Xalid Səid Azərbaycan, türk, özbək, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Ancaq o, İstanbul ləhcəsində daha mükəmməl danışır və yazırdı. Bu barədə qızı Bəhicə xanım müsahibələrinin birində deyirdi: “Atam özbək ləhcəsində danışmırdı. Onun bu ləhcədə danışa bildiyinə də inanmıram. Axı Özbəkistandan çoxdan çıxmışdı. Xalid Səid Türkiyə türkcəsində danışırdı. Sizə məzəli bir əhvalat söyləyim. Mənim xalamın bir oğlu vardı. Çox nadinc idi. Bir dəfə çörək qıtlığıymış, xalaoğlumgil nəsə bir dələduzluq edib, tutulublar, sonra da buraxılıblar. Atam küçədə xalaoğluma rast gəlib deyib ki, Kazım, sən nə yapdın? O da cavab verib ki, nə yapmışdımsa küt getdi. Bu əhvalatı Xalid Səidin hətta qohumlarla da İstanbul ləhcəsində danışdığını xatırlatmaq üçün yada saldım”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi. ” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il) Ancaq Xalid Səidin Azərbaycan dilini mükəmməl bilməsini Azərbaycan dilində yazdığı kitabların hər biri təsdiq edir. Eləcə də Azərbaycan dilinə etdiyi tərcümələr də (Abdulla Qədirinin “Ötən günlər” romanı, M.Kaşğarinin “Divanü luğat-it-türk” əsəri) onun Azərbaycan dilini mükəmməl bildiyini göstərir. Yeri gəlmişkən, Özbəkistan ədəbiyyatında roman janrının banisi, dilçi alim, tərcüməçi, yazıçı-publisist Abdulla Qədirinin “Ötən günlər” romanını Xalid Səid Xocayev özbək dilindən Azərbaycan dilinə tərcümə edir və əsər Azərbaycan dilində 1929-cu ildə Bakıda çap olunur. Xalid Səid Xocayevin təkcə dilçilik məsələləri ilə deyil, tərcümə məsələləri ilə məşğul olması barədə Bəhicə xanımın F.D.Aşninə, V.M.Alpatova, D.M.Nasilova yazdığı məktubda oxuyuruq: “Xocayev təkcə dilçilik məsələləri ilə məşğul olmurdu. Qızının qeyd etdiyi kimi, onun ədəbiyyatla bağlı işləri də vardı, əsasən Azərbaycan ədəbiyyatı ilə. O (qızı) yazırdı: “Xalid Səid Füzulinin gözəl bilicilərindən, onun poeziyasının əla izahını verənlərdən idi. O, özünü poeziyada da sınayır, bəzi şeirləri o dövrün jurnallarında çap olunurdu. Onun elmi əsərlər siyahısında özbək yazıçısı Çoqunbayın “Ötən günlər” (çox güman ki, məktubda eyni adlı romandan bəhs olunur, bu əsəri Abdulla Qədiri yazmışdır, o, Çoqunbay təxəllüsü ilə çıxış edirdi, 1937-ci ildə repressiya edilmiş, 1938-ci ildə isə güllələnmişdir – F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov) əsərinin tərcüməsi qeyd olunmuşdur. Nədənsə o, digər tərcüməsini – türk yazıçısı Rəşad Nuri Güntəkinin “Çalıquşu”nu bu siyahıya daxil etməmişdir. Bu əsərin ilk tərcüməsi Xalid Səidə aiddir”. Hər iki halda söhbət Azərbaycan dilinə olan tərcümələrdən gedir”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.99) F.D.Aşninin, V.M.Alpatovun, D.M.Nasilovun repressiya olunmuş türkoloqlar barədə yazdıqları kitabda qeyd edilir ki, “1926-cı ildə X.S.Xocayevin “Osman, özbək, qazax dillərinin müqayisəli qrammatikası” nəşr edilmişdir. Bu kitabda müəllif formal-müqayisəli metod vasitəsilə bu üç dilin qohumluğunun sübutu ilə kifayətlənir və bununla da “ulu vətən” və “ulu dil” nəzəriyyəsini dəstəkləyir”. (Əsərlər 1936. 186) Xatırladaq ki, o zaman N.Y.Marrın “dillərin qohumluğu” və “ulu dil” məfhumlarının “burjuazlığı” və qeyri-elmiliyi haqqında ideyaları bir doqma idi”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.99-100) Təsadüfi deyil ki, M.Kaşğarinin “Divanü luğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsi də ona tapşırılmışdır. Bu barədə oxuyuruq: “1936-cı il aprelin 7-də müəllif məlumat verirdi ki, 70-80 çap vərəqi həcmində olacaq bu lüğətin (“Divanü lüğət-it-türk” nəzərdə tutulur-B.X.) I cildi çapa hazırdır, o biri cildlər üzərində iş aparılmaqdadır. Həmin ildə X.Səidin tərcümə işi ilə bağlı Akademiyanın “Əsərlər”ində (31-ci cild) sanballı bir məqaləsi də çap olunmuşdu. 1937-ci il iyunun 1-də X.Səid Kabarda-Balkar Vilayət Komitəsinə –Kumukovun adına yazdığı məktubda “Divan” haqqında yazırdı: “. Mən bu əsərin tərcüməsinə 1935-ci ilin sentyabrın 1-də başlayıb, bu ilin (1937-ci il – Ə.Q.) aprelində onu qurtardım. Hazırda bu əsəri çapa hazırlayıram və iyulun 1-nə kimi Leninqrada, redaktorların – akademik İ.Kraçkovski və prof.S.Malovun yanına redaktəyə aparacağam. ” (Lakin bu məktubu göndərmək X.Səidə qismət olmadı. İki gün sonra onu tutdular. İyunun 9-da onun məktubunun üstündə belə bir qeyd edilib: “Xocayev həbs olunduğu üçün məktub göndərilməsin və şəxsi işinə əlavə olunsun”)”. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il) Xalid Səid Xocayevin Kumukova olan məktubunu olduğu kimi veririk: “Sizin 4/III-37-ci ildən olan məktubunuzu aldım və böyük məmnuniyyətlə oxudum. Cavabı geçikdirdiyim üçün üzr istəyir, diqqətinizə aşağıdakı məlumatları çatdırıram: Mahmud Kaşğarlının əsərinin yeganə nüsxəsi İstanbulda tapılmış və orada da yayılmışdır. 1. Mən bu əsəri tərcümə etməyə və yenidən işləməyə 1935-ci ilin sentyabrın 1-də başladım və həmin ilin aprel ayında bitirdim. 2. Hal-hazırda bu əsəri çapa hazırlamaqla məşğulam və iyulun 1-i üçün Leninqrada redaktorlardan akademik Kraçkovski və professor Malova göndərəcəyimə ümid edirəm. 3. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında bu əsərin yalnız bir nüsxəsi var və buna görə də onu Sizə göndərə bilmirəm. Bu əsərin xarakteri və məzmunu ilə tanış olmaq üçün Sizə bu məsələ ilə bağlı öz məqaləmi göndərirəm. 4. Leninqrada gedərkən (25 iyunda) böyük məmnuniyyətlə yolüstü Nalçikdə ayaq saxlaya bilər, əgər Sizin istəyiniz və marağınız olsa, bu kitabın kumık və qaraçay-balkar dillərinə olan münasibəti ilə əlaqədar məzmunu ilə ətraflı tanış olmaq üçün dolğun məlumat toplaya bilərəm. Məktubumu bitirir və bildirirəm ki, bu işdə Sizə hər cür faydalı olmağa hazıram”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.102) Məktubda 1 iyun 1937-ci il tarixi göstərilmiş, çox güman ki, məktub göndərilməmişdir. İki gündən sonra iyunun 3-ü Xalid Səid Xocayevin həbsinə order verilmiş, iyunun 4-nə keçən gecə isə alim həbs edilmişdir. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит., 2002, с.103)

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 12 августа 2015 в 12:21

BÜTÜN TÜRKLERİN BİRLEŞİK DEVLETİ OLAN TURAN’DA YAŞAMAK İSTERMİSİN ?

256 участников

Xeyr (Hayır)

Fark etmez

добавлена сегодня в 05:45

 Война до последнего украинца После окончания Второй мировой войны американцы прибрали к рукам бандеровских недобитков. Украинских фашистов в США холили и лелеяли, а после перестройки им пoмогли вернуться на Украину и крепко укорениться в украинском обществе. Фашистские семена легли на yкраинскую почву и дали богатые всxоды, превратив в Украину в удобный инструмент для окончательного решения русского вопроса. Кровавому клоуну, который сегодня возглавляет эту cтpану, нет никакого дела до того, каким количеством украинской крови придется зaплатить за выполнение американского заказа. #США #Фашизм #Нацизм #Украина #Бандеровцы #Запад #Война #СВО #Россия

Azərbaycanda müasir türkologiyanın vəziyyəti haqqında

Türkologiya dünya miqyaslı bir elm olub zəngin bir ənənəyə və tarixə malikdir. Türkologiya müxtəlif xalqlardan, millətlərdən olan araşdırıçıların müşahidələrinin, tədqiqatlarının ümumən yekunu olsa da, bu və ya digər subyektiv mövqeyi əks etdirən, müəyyən sosial-ideoloji məramlı mülahizələrdən, missioner müdaxilələrindən də xali deyildir.
Bu sahədə tədqiqatlar XIX yüzilliyin sonu və sonrakı dövrdlərə təsadüf edir. Türkləri – onların keçdiyi inkişaf yolunu, mədəniyyətini, dilini və s. öyrənmək tarix boyu aktual mövzulardan biri olmuşdur.
SSRİ dağılandan sonra müstəqillik qazanmış türk respublikaları türkologiya elmini də siyasi rejimin, totalitarizmin məngənəsindən istər-istəməz çıxardılar. Bu elm də sovet ideologiyasının buxovlardan azad oldu, müstəqil inkişaf etməyə başladı.
Mən bu məqalədə türkoloji dilçiliyin müasir vəziyyəti haqqında fikir və düşüncəmi bölüşmək istəyirəm.
Əvvəlki dövrlərdə türkoloji dilçilik üzrə araşdırmaların mərkəzi Rusiya olmuşdur. Rus türkoloqları türkologiyanın tarixini müəyyən dövrlərə bölmüşlər. 3 dövrü qeyd etmək olar. Bunlardan sonuncu – yeni dövrü xarakterizə edən cəhət ondan ibarət olmuşdur ki, bu elm yüksəlmiş, zəngin qaynaqlara və təkmilləşmiş metodologiyaya sahib olmuşdur. Türk xalqları arasında türkçülük düşüncəsi qüvvətlənmiş, türklər öz dillərinə, folkoruna, ədəbiyyatına yiyələnmiş; bundan əlavə milli türkoloji mərkəzlər yaradılmış və türkologiyanın sahələri ilə ilgili kadrlar formalaşmış və lazımi səviyyədə tədqiqatlar aparılmışdır.
SSRİ-də yaşayan türklər müstəqillik qazandıqdan sonra, hər şeydən öncə, türklərin milli şüuru dəyişmişdir. Müstəqilliyin özü milli dərketmə şüurudur. Türklərin milli düşüncəsi formalaşmış və yeniləşmişdir. Hələ əsrin əvvəllərindəki özünüdərk şüuru müstəqillik illərində bir daha gündəmə gəlmiş, türkologiya elminin nə olduğu kütlələrə də aydınlaşdırılmışdır.
Müasir türkologiya türk dillərinin problemlərini həll etməyi prioritet bir vəzifə kimi qarşıya qoyur. Doğrudur, sovet dönəmində müasir dil, dil tarixi, dialektologiya, terminologiya, onomastika və s. sahələrdə əsaslı tədqiqatlar aparılmışdır. Türk dillərinin müqayisəli qrammatikaları yaradılmışdır. A.M.Şerbakın, B.A.Serebrennikovun, N.Z.Hacıyevanın, K.M.Musayevin, N.A.Baskakovun, F.Zeynalovun və başqalarının qohum dillərinin müqayisəli təhlilinə həsr edilmiş sanbalı əsərləri vardır. Bu əsərlərdən sovet ideologiyasının, necə deyərlər, iyisi gəlir. Tədqiqat metologiyaları millilidənkənar, rus dili metologiyalarına uyğun gəlir.
Müstəqillik illərində türkologiya elminin yeni mərhələsi başlanır. Türkologiyanın öyrənilməsi, onun müasir vəziyyətinin araşdırılaraq aşkara çıxarılması alimlərimiz qarşısında ən vacib vəzifə kimi irəli sürülmüşdür. 200 illik Rusiya – onun sovet şovinizmi dövrü isə türk xalqlarının kökünü danmaq siyasəti yeritmişdir. Bu siyasət o qədər güclü olmuşdur ki, onun təsir dalğası hətta bu gün də tam aradan qalxmamışdır.
Azərbaycanda Atatürk Mərkəzinin – «Türkologiya evi»nin yaradılması ilə respublikada bütün türk dünyasında türkologiyanın üzünə qapılar açıldı. 2001-ci ilə qədər türkologiya hələ də keçmiş Sovet türkologiyasının təsir dairəsindən tam çıxa bilməmişdi. Azərbaycan türkoloqları da yüksək elmi təfəkkür sahibi kimi, ilk dəfə türkologiyanı bir elm kimi, sovet şovinizmin ağır buxovundan xilas etdi.
Sovet türkologiyası keçmiş postsovet məkanında yaşayan türk xalqlarının hər biri üçün ayrıca «mənşə» düşünmüşdü və getdikcə xüsusi məkrlə «inkişaf etdirilirdi». Bu, türkologiya elminə endirilən zərbə, türk xalqlarını getdikcə bir-birindən uzaqlaşdırmağa xidmət edən bir siyasət idi. Amma türk xalqının hamısı eyni-türk mənşəlidir; onların genezisini-soyunu, kökünü, əlbəttə ki, dilini bir, vahid ümumtürk kontekstindən öyrənmək, tədqiq etmək lazımdır. Hər bir türk xalqı üçün ayrıca «mənşə» uydurmaq- tarixi həqiqəti inkar etməkdir. Bu elmi gerçəklik Azərbaycan alimləri tərəfindən türkologiyanın böyük uğuru kimi təsdiq edilmişdir.
Beləliklə, yeni dövrdə türkologiyada yeni və əsil mərhələ – isiqamət başlandı. Bu mərhələdə türkologiya elmini də müəyyən təxribatlardan azad etmək lazım idi. İlk öncə Azərbaycanda Sovet ideologiyasının türkologiyaya vurduğu zərbələr müəyyənləşdirildi. Belə ki, Sovet türkologiyası ümumi türkologiyadan həmişə qaçmış, diqqəti ümumən türk dillərinin deyil, müxtəlif türk dillərinin ayrılıqda tədqiqinə vermiş, tədricən hər bir türk dilçiliyinə rus dilçiliyinin tədqiqat metodlarının yerləşdirməsinə cəhd və nail olmuşlar. Axı türk uşağına rus paltarı geyindirməklə o, dönüb rus olmayacaq! Rus-Sovet ideologiyası rus paltarının – rus tədqiqat metodunun altında öz təxribatçılığını davam etdirirdi. Bu təxribatın sonu çatmalı idi və çatdı da. Alimlərimiz bu vəzifəni yerinə yetirərək türkologiyanı bir elm kimi bu təxribatdan da xilas etdilər.
Vəzifələrdən biri yeni mərhələdə türkoloji düşüncələri saf-çürük etmək, ən faydalı olanını təbliğ etməkdir. Həm Azərbaycan türkləri, həm də Türkiyə türkləri öz ətrafında yaşayan azsaylı xalqlara görə də məsuliyyət daşıyır. Azərbaycançılıq prizmasından həmin kiçik xalqların dillərinə, ədəbiyyatının da inkişafına qayğı göstərilməlidir. Bu isə fərqli düşüncədir. Belə bir düşüncənin əsasında türkçülük möhkəm dayanmasa, qərar tutmasa tarix çox müasir dövrdən başlayar, əsassız olar və gələcəyi də perspektivi də olmaz.
Müstəqillik illərində türkologiya və türk dillərinin müqayisəli tədqiqi istiqamətində xeyli işlər görülür. Türkologiya bir elm kimi sovet dövründə eninə inkişaf etmiş, onda dərininə kifayət qədər araşdırma çatışmır. Məşhur türkoloq Kenesbay Musayevin fikrincə, yeni mərhələdə türkoloji dilçilik məsələlərini dərininə tədqiq etmək vəzifəsi qarşıda durur.
Azərbaycanda «Türkologiyayanın əsasları» ayrı-ayrı müəlliflər tərəfindən kitab şəklində çap olunmuşdur. Hələ sövet dönəmində F.Zeynalovun dərsliyindən tələbələr müvəffəqiyyətlə istifadə edirdilər. İndinin özündə də (F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, «Maarif», 1981).
2001-ci ildə Azərbaycan dilçisi Mübariz Yusifov «Türkologiyaya giriş» dərsliyini yazdı. Həmin dərslikdə mövcud elmi-tədqiqat əsərlərinin nəticələri, həmçinin də dərslik və dərs vəsaitlərinin təcrübələri nəzərə alınmışdır.Tədqiqatçı türk dillərinin tarixini, öyrənilməsini, qədim türk qəbilə və tayfa birliklərini, türk dillərinin təsnifini, yazılı abidələrini, türk dillərinin inkişafında əsas keçid mərhələlərini (köksözlülük, analitizm, aqlütinatizm mərhələləri) və s. dərindən araşdırır. Türk dillərini areallar üzrə təsnif və təhlil edir: Türk dillərinin cənub-qərb arealı (Azərbaycan dili, türk dili, türkmən dili, qaqauz dili, krım-tatar dili); türk dillərinin cənub-şərq arealı (özbək dili, uyğur dili, qazax dili, qırğız dili, qaraqalpaq dili); türk dillərinin şimal-qərb arealı (tatar dili, başqırd dili, karaim dili, çuvaş dili); türk dillərinin şimali Qafqaz arealı (noqay dili, kumık dili, qaraçay-balkar dili); türk dillərinin Sibir arealı (altay dili, tuva dili, xakas dili); türk dillərinin Uzaq Şərq arealı (yakut dili).
Areallar üzrə bölgü, əlbəttə, coğrafi prinipə əsaslanılır. Araşdırıçı hər bir areala məxsus tarixi şəraiti nəzərə alaraq, areallara daxil olan dillərin fonetik, eksik, morfoloji və sintaktik xüsusiyyətlərini aydınlaşdıra bilmişdir (Yusifov M.Türkologiya giriş. Dərslik, Bakı, 2001).
Türkologiya elminə dair digər bir dərslik Azərbaycan dilçisi Buludxan Xəlilov tərəfindən yazılmışdır. Dərslikdə dillərin morfoloji təsnifi, türk dillərinin aqlütinativ (iltisaqi) dillər kimi digər dil ailələri arasındakı yeri, eyni zamanda türk dillərinin digər dil ailələri ilə qohumluğu barəsində mövcud olan cərəyanlar) məlumat verilir. Ural-Altay nəzəriyyəsinin əmələ gəlməsi, Ural-Altay dillərinin öyrənilməsi, Ural-Altay nəzəriyyəsinin müasir mərhələdəki mövqeyi, Ural-altay dil ailəsi və onun təsnifi, Ural-Altay dillərinin təsnifinin ümumiləşməsinə təşəbbüs və s. məsələlər geniş izahını tapır.
Yeni dərslikdə türk dillərinin tarixinə, quruluşuna, bu dillərin təsnifi haqqında mövcud nöqteyi-nəzərlərə xüsusi olaraq yer ayrılır. Oğuz, qıpçaq, bulqar, karluq-uyğur, uyğur-oğuz, çuvaş və yakut dilləri qrupuna daxil olan türk dillərinin hər biri barəsində təhlillər də aparılır. Türk xalqlarının əlifbaları, I Türkoloji qurultay haqqında da informasiya verilir (B.Xəlilov. Türkologiyaya giriş. Bakı, 2006).
Azərbaycanda müasir türkologiya elminin vəziyyətindən danışarkən I Türkoloji qurultayın 80 illiyi barədə bu respublikada keçirilən tədbirlərdən də bəhs etmək lazım gəlir. 1926-cı il I Bakı Türkoloji qurultayın yubleyi 2006-cı ildə Bakıda keçirildi. 2006-cı ilin fevral ayında Bakıda I Türkologi Qurultayın keçirilməsinin 80 illiyi tamam olur.
Qurultay türk xalqlarının tarix və etnoqrafiyasının, dil və ədəbiyyatlarının aktual problemlərinin həllində mühüm rol oynamış, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoymuşdur. Qurultayda müzakirə obyekti olan problemlər arasında türk dillərinin əlifba, orfoqrafiya və terminologiyası məsələləri xüsusi yer tutmuş, bu sırada isə yeni əlifbaya keçidi təmin etmək başlıca məqsəd olmuşdur.
Müstəqillik illərində Azərbaycan dili türkologiyanın bir tərkib hissəsi kimi, sözün əsil mənasında, dövlət dili statusu qazanmışdır. H.Əliyev tərəfindən imzalanmış «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli, 506 nömrəli və «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli 552 nömrəli müvafiq fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilə bilər. Bütün bunlar Türkoloji qurultayın qərarlarının müasir dövrümüzdə məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir.
Müstəqillik illərində türk dillərinin müqayisəli şəkildə öyrənilməsi ilə onların tarixi inkişaf perspektivləri və qanunauyğunluqları müəyyənləşdirilir. Dillərin inkişaf prosesində baş verən fərqlərin yaranmasını şərtləndirən prioritet (üstün) faktorlar üzə çıxarılır (İ.Kazımov. Müasir türk dillərinin müqayisəli qrammatikası. I cild və II cild, Bakı, 2010).
Ümumiyyətlə, Azərbaycan MEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsində türkoloji dilçilik üçün önəm daşıyan kitablar nəşr edilmişdir:

1.Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. III hissə. Sintaksis, Bakı, 2002.
2.Oğuz qrupu türk dillərinin müqayisəli qrammavtikası. I hissə. Morfologiya. Bakı, 1990.
3.M.Yusifov. Oğuz qrupu türk dillərinin müqayisəli fonetikası. Bakı, 1990.
4.Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I cild, Bakı, 2004 (kollektiv). Kitabın bu cildində müstəqillik dövründə türk dillərinin lüğət tərkibində baş vrən dəyişmələr əsaslandırılmış, ayrı-ayrı sahələr üzrə qruplaşan sözlərin etimologiyası və tarixi inkişaf xüsusiyyətləri nəzərdən keçirilmişdir.
5. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. II cild, Bakı, 2009 (kollektiv) Bu cilddə Karluk qrupu türk dillərinin leksik-semantik xüsusiyyətləri, terminoloji leksikası, termin yaradıcılığının əsas meyilləri , bu dillərinin altay dilləri ilə müqayisə məsələləri araşdırılmışdır.
6.İ.Kazımov. Axısqa türklərinin dili. Bakı, Elm, 1999.

Başlıca vəzifə türkologiyanın bundan sonrakı inkişafı üçün mühüm işlər görməkdir. Tofiq Hacıyev, Nizami Cəfərov və başqaları Azərbaycan dilçiliyində, türkoloji dilçilikdə mövcud olan sterotipləri, klasik yanaşmanı dəyişdirməyə cəhd etdilər. Bu sahədə impuls yaradan türkoloqlardandır.
Türkçülük anlayışının ad və mahiyyətini sovet dövründə çəkmək qadağan idi. İndiki dövrdə türkçülük azərbaycançılıq üçün tarixi, metodoloji əsas kimi formalaşdı. Bu gün türkmənçiliyində, qazaxçılığın da, özbəkçiliyin də, tatarçılığın da əsasında türkçülük dayanır. Beləliklə, türkçülük düşüncəsi ilə Azərbaycan alimləri ayrı-ayrı türk dövlətlərinin müstəqilliyini alqışlayır, türk dünyasının birliyinə çalışır və həmin vəhdətin, birliyin yaradılmasına xidmət etməsi ideyasını müdaifə edirlər. Türkçülük düşüncəsi türk dünyasının birliyi, strategiyasıdır.
İndi türkoloji işlər Türkiyə Cümhuriyyətinin əlində toplanmışdır. Mövcud problemlərin aradan qaldırılması üçün çox işlər görülür. Mən bir gənc türkoloq kimi bütün bu işləri alqışlayıram.

Cahid İsmayıloğlu
Cahid.info

Comments are closed, but trackbacks and pingbacks are open.