Li Həsənov: Yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub
Heydər Əliyevin məqsədi türk xalqlarını vahid təsisat altında birləşdirmək idi. Bu arzu cənab İlham Əliyevin gərgin fəaliyyəti ilə gerçəkləşdi. Türk Dövlətləri Təşkilatının gələcəkdə dünyanın siyasi səhnəsində mühüm güc mərkəzlərindən birinə çevriləcəyi perspektivinə inanmamaq mümkün deyil.
Türk xalqları yeni iqtisadi siyast dövründ
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Baş nazir sərəncam imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Modern.az-a daxil olan məlumata görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Tədbirlər Planı üç istiqaməti – iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir:
“İqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir. Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.
500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq.
Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq.
Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi nəzərdə tutulur.
Post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq.
Post-korona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanimzinin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Bu Korporasiya strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin işlənməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcək.
Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək.
Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır.
50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.
Sonuncu istiqamət makroiqtisadi və maliyyə sabitliyi adlanır. İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək.
Bütövlükdə, Tədbirlər Planının qarşısında əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır. Bundan başqa postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaqdı.”
Əli Həsənov: Yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub
Konstitusiya islahatının əsas ideyası dövlət və iqtisadi idarəetmənin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir.
Oxu.Az Report-a xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili – İqtisadi islahatlar ili kimi səciyyələndirib. Həmin islahatlar Azərbaycan iqtisadiyyatını qeyri-neft dövründə tələblərlə uyğun olan vəziyyətə gətirməlidir:
“Yeni mərhələnin əsas prioritetləri yerli iqtisadiyyatda rəqabət qabiliyyətinin artması olacaq. Yaxın illərdə və perspektivdə yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub. Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Strateji yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb”.
“Əminəm ki, Azərbaycan xalqı dövlət idarəetməsinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müadafiəsi üçün daha geniş bazanın yaradılması, aparılan islahatların dərinləşməsi və onların səmərəliliyinin təmin olunmasına yönəlmiş təşəbbüsü dəstəkləyəcək”, – deyə Ə.Həsənov vurğulayıb.
Türk xalqları yeni iqtisadi siyast dövründ
Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Ali Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə zati-aliləri İlham Əliyevin böyük şərəflə “TürkDünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.
Orden təqdim edilərkən R.T.Ərdoğanın Prezident İlham Əliyevə Müzəffər Ali Baş Komandan deyə müraciət etməsi hər bir azərbaycanlının qəlbində fərəh və qürur hissi yaratdı.
Hələ Ümummilli Liderimiz Heydər Əliyevin 1990-cı illərin əvvəllərində ifadə etdiyi “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik” fikirləri türk xalqlarının gələcək inkişaf strategiyasının leytmotivinə çevrildi. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin gələcək inkişaf proqramını verərək aşağıdakı istiqamətlərdə birgə fəaliyyətin perspektivlərini müəyyənləşdirmişdir:
Türk xalqlarının iqtisadi, siyasi problemlərinin həlli məsələlərində türk dünyasının imkanlarından səmərəli istifadə etmək;
Türk xalqlarının inteqrasiyasının intensivliyini təmin etmək;
Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və beynəlxalq birlik qarşısında ümumi mövqe nümayiş etdirmək.
Heydər Əliyevin məqsədi türk xalqlarını vahid təsisat altında birləşdirmək idi. Bu arzu cənab İlham Əliyevin gərgin fəaliyyəti ilə gerçəkləşdi. Türk Dövlətləri Təşkilatının gələcəkdə dünyanın siyasi səhnəsində mühüm güc mərkəzlərindən birinə çevriləcəyi perspektivinə inanmamaq mümkün deyil.
Türk dövlətlərinin bir təsisat ətrafında birləşdirlməsi ideyası qədim ideoloji köklərə malikdir. Hələ əsrin əvvəllərində türk dünyasının nəhəng fikir adamları İsmayıl bəy Qaspralı, Əli bəy Huseynzadə, Sədri Maksudi, Yusif bəy Akçuralı, Əhməd bəy Ağaoğlu və başqaları tərəfindən bu ideyalar inkişaf etdirilmiş və bütün türk coğrafiyasını əhatə etmişdir. Sovetlər dönəmində isə Turançılıq və panturkizm ideyalarının daşıyıcısı olduqları üçün on minlərlə ziyalılar təqib edilmiş, repressiyaya məruz qalmış, qətlə yetirilmiş və sürgün edilmişdir. Lakin bu ideyalar hər bir türk övladının qəlbində yaşamışdır. Sovetlər birliyində yaşayan türk xalqları müstəqillik əldə etdikdən sonra artıq bu ideyalar siyasi-mənəvi, iqtisadi-sosial kontekstdə gerçəkləşmə istiqaməti aldı. Türk xalqlarının siyasi, iqtisadi, mənəvi gücünün bir təsisat altında birləşdirilməsi müasir tariximizin bir parçası olmaqla şahidlik etdiyimiz gerçəkliklərdir.
Türk Dövlətləri Təşkilatının formalaşması vaxtilə türkdilli ölkələrin zirvə toplantıları çərçivəsində inkişaf etməklə başlamışdır. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlı qurumun yaradılması ideyası ilk dəfə 2006-cı ildə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir.
Bu ideyanın gerçəkləşməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Məhz sözügedən qurumun təsis edilməsi ilə bağlı ilk toplantının Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərində keçirilməsi də təsadüfi deyil. Yaxın tariximizə nəzər salaq: 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətlərinin iştirakı ilə tarixi bir addım atıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk xalqlarının inteqrasiyasının təmin olunmasında bu qurumun təsis edilməsi çox böyük addım oldu. Saziş Azərbaycan Respublikasının parlamenti tərəfindən təsdiq edilərək şuraya beynəlxalq müqavilə statusu qazandırdı.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinin preambula hissəsində birgə fəaliyyətin əsas aspektləri öz əksini tapır. Sənəddə qeyd edilir ki, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, Türkdilli dövlətlərin başçılarının Zirvə Toplantısında təsdiqini tapmış qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik ruhu, qarşılıqlı məsləhətləşmələr və ümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına, o cümlədən suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, xoş qonşuluq və dostluq münasibətlərinin inkişafının qorunması və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə sadiqliklərini əsas tuturlar.
Sənədin preambula hissəsində vurğulandığı kimi, qurulan bu təşkilat özünün əsas fəaliyyətini beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun müəyyənləşdirmişdir. Qurumun məqsəd və vəzifələrinə gəlincə, sözügedən sazişin 2-ci maddəsində qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq forumlardakı məsələlər üzrə ümumi yanaşmanın araşdırılması;
beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi;
siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi;
əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.
Göründüyü kimi, qurum öz ətrafında birləşdirdiyi dövlətlərin ümumi məqsədlər naminə bütün spektrlərdə istisnasız olaraq beynəlxalq regional fəaliyyətlərini təşviq edir.
Həmçinin qurumun 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan II Zirvə görüşündə ayrıca bayrağının qəbul edilməsi də təşkilatın uzunmüddətli perspektivdə fəaliyyətinin göstəricilərindəndir.
Qurumun üzvlərinin sıraları da artmışdır. Vaxtilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş bu quruma artıq Özbəkistan, Türkmənistan və Macarıstan da qoşulmaqla üzv dövlətlərin sayı 7-ə çatmışdır. Üzv dövlətlərin əhalisinin sayı 150 milyondan artıq, ərazisi 4 milyon kvadratkilometri əhatə edir.
Hətta türkdilli olmayan xalqlar və dövlətlər tərəfindən bu quruma üzv olmaqla bağlı fikirlər səsləndirilməsi bu təsisatın gələcəkdə böyük bir güc mərkəzinə çevrilməsi perspektivindən xəbər verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət daşıyır. Bir məsələni də qeyd etmək lazimdir ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin hər birinin digərləri ilə müxtəlif sahədə ikitərəfli münasibətləri mövcuddur. Lakin bu dövlətlərin bir təsisat altında birləşdirliməsi onların ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə birgə inkişaf strategiyasının müəyyən olunmasına səbəb olacaqdır.
Türk Dövlətləri Şurasının ilk təsis toplantısının məhz Naxçıvanda keçirilməsi də rəmzi xarakter daşıyırdı. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi kontekstində xüsusi əhəmiyyət daşıdığı kimi, Ali Baş Komandan cənab İlham Əliyevin Ali Orden aldığı son toplantı da təsadüfi deyil. Bu toplantı Türkiyədə – müstəqlillik və demokratiya adasında keçirilmişdir. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev qurumun təsis toplantısındakı çıxışına istinad edir. Bu yaddaş xatırlatması təsadüfi xarakter daşımır. Cənab Prezident tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın üzunmüddətli məqsədlər üçün qurulduğunu vurğulayır. Həmin toplantıda Prezident İlham Əliyevin çıxışını xatırlayaq.
İlham Əliyev 3 oktyabr 2009-cu il tarixdə qurumun Naxçıvanda keçirilən təsis yığıncağında türk xalqlarının ortaq dəyərlərindən danışaraq bildirir: “Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir”.
Həmçinin Prezident İlham Əliyev ilk toplantıda əməkdaşlığın istiqamətlərini müəyyən edərək bu fəaliyyətin spektrlərini göstərir və əməkdaşlıq istiqamətlərini dörd kateqoriyaya ayırır:
1) İqtisadi və neft-qaz sənayesi üzrə,
2) Beynəlxalq münasibətlər üzrə,
3) Humanitar-mədəni məsələlər üzrə,
4) Nəqliyyat-logistika məsələləri üzrə.
Göründüyü kimi, bu kateqoriyalar iqtisadi və siyasi münasibətlərin bütün spektrlərini əhatə edir. Prezident İlham Əliyevin ilk toplantıda strateji olaraq səsləndirdiyi fikirlərin artıq bir çoxu gerçəkləşib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi və TÜRKSOY təşkilatının fəaliyyətini buna misal çəkmək olar. Türk xalqlarının mədəni inteqrasiyasında bu qurumun böyük rolu danılmazdır.
Onu da qeyd edək ki, üzv dövlətlərin 4-dən 7-yə qalxması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi, həmçinin “Türk dünyasına baxış – 2040” sənədinin qəbul edilməsi bu qurumun uzunmüddətli perspektivə hesablandığının göstərcisidir.
Bu günlərdə Azərbaycanın dövlət sərhədində erməni təxribatlarının intensiv şəkil alması da türk dövlətlərinin birgə fəaliyyətindən və inteqrasiyasından narahat olan ermənilərin və onların havadarlarının isterikasının bir nümunəsidir.
Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsində Türk Dövlətləri Təşkilatının müstəsna rol oynayacağına böyük ümidlərlə “Tanrı türkü qorusun” deyirik!
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Comments are closed, but trackbacks and pingbacks are open.