Press "Enter" to skip to content

Türkiyə iqtisadiyyatı: Nələri izləməli

Ümumdünya tarixində kapitalist ölkələrinin qarşılaşdığı çox geniş miqyaslı dərin iqtisadi böhran dövrü kimi qiymətləndəirilən 1929-1933-cü illərdə Türkiyə Cümhuriyyətinin ictimai-iqtisadi və mədəni-siyasi həyatı bir sıra özünəməxsus cəhətləri ilə səciyyələnir.

XX-Cİ ƏSRİN 30-CU İLLƏRİNDƏ TÜRKİYƏNİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ

Ümumdünya tarixində kapitalist ölkələrinin qarşılaşdığı çox geniş miqyaslı dərin iqtisadi böhran dövrü kimi qiymətləndəirilən 1929-1933-cü illərdə Türkiyə Cümhuriyyətinin ictimai-iqtisadi və mədəni-siyasi həyatı bir sıra özünəməxsus cəhətləri ilə səciyyələnir.

Dünya iqtisadi böhranı Türkiyənin ictimai-iqtisadi həyatında nəzərəçarpacaq izlər qoydu. Türkiyənin ixrac etdiyi ənənəvi kənd təsərrüfatı məhsullarına xarici bazarlarda tələbatın xeyli azalması və onların qiymətinin aşağı düşməsi ölkənin iqtisadi və maliyyə vəziyyətinə ciddi zərbə endirdi. Məhz bunun nəticəsində 1930-cu ilin noyabrında Almaniyanın ardınca Türkiyə hökuməti də Osmanlı İmperatorluğunun borcları üzrə ödənişləri 1933-cü ilə qədər dayandırmaq və öz valyutasının müvazinətini saxlamaq üçün yeni xarici borclar almaq qərarına gəldiyini bildirdi. Doğrudur, xarici borcların ödənilməsinin dayandırılması bir tərəfdən gənc cümhuriyyətin özünü beynəlxalq aləmdə tədricən daha inamlı hiss etməsindən xəbər verirdisə, digər tərəfdən isə belə qərar dünya iqtisadi böhranının Türkiyə üçün ağır nəticələrini açıqlayırdı. Türkiyə hökuməti ictimai partlayışın qarşısını almaq məqsədilə bu addımı atsa da, qarşıya qoyduğu məqsədə nail ola bilmədi.

İqtisadi böhran Türkiyədə dövlətin xarici kapitalın üzərinə hücumunu gücləndirdi. Dövlət yaranmış böhrandan xüsusi kapitalın milliləşdirilməsinin genişlən­dirilməsi, idarəçiliyin mərkəzləşdirilməsi, iqtisadi inkişafın planlaşdırılması yolu ilə çıxmaq xəttini götürdü.

Sultan hökuməti dövründən qalmış cüzi miras Türkiyə iqtisadiyyatında möhkəm iqtisadi zəmin rolunu oynamağa qadir deyildi. Ona görə də ölkə rəhbərliyi xüsusi kapitala məxsus müəssisələrin milliləşdirilməsinə ciddi fikir verirdi; həm də bu zaman dövlət sektoru üçün ilk növbədə milli kapitala deyil, xarici kapitala məxsus olan müəssisələrin satın alınmasına üstünlük verilirdi ki, bu da iqtisadiyyatın sağlamlaşdırılması, onun xarici kapitalistlərin arzu və mənafelərindən asılılığının zəifləməsi baxımından böyük əhəmiyyətə malik idi. Lakin elə bununla da Türkiyə iqtisadiyyatı üçün son dərəcə vacib olan xarici kapitalın ölkəyə axını yoluna sipər çəkildi.

Hələ cümhuriyyətin ilk illərində bir sıra mühüm istehsal sahələrinin dövlət inhisarına alınması xəttinin davamı kimi, artıq 1928-ci ildən Türkiyə hökuməti mühüm əhəmiyyətə malik dəmir yollarının “etatistləşdirilmə”sinə başladı. Keçən əsrin 30-cu illərində Mudanya-Bursa, İzmir-Kasaba, İzmir-Aydın və s. dəmiryolları milliləşdirildi (bu proses İkinci dünya müharibəsi illərində əsasən başa çatdırıldı). Qeyd edək ki, 1929-1934-cü illərdə əcnəbilərə məxsus olan müəssisələrin dövlət tərəfindən satın alınmasına sərf edilmiş 290 milyon lirənin 250 milyonu dəmiryollarının satın alınmasına xərclənmişdi.

30-cu illərin əvvəllərindən etibarən cümhuriyyət hökuməti sənayeni öz iqtisadi fəaliyyətinin başlıca sahəsi kimi müəyyənləşdirərək dövlət sahibkarlığının başlıca forması kimi dövlət səhmdar kompaniyalarının (şirkətlərinin) yaradılması yolunu seçdi.

1925-ci ilin aprelində yaradılmış dövlət bankı-“Sənaye və Maadin bankası” (Sənaye və mədən bankı) iri sənaye müəssisələrinin bərpası və istismarında iştirak edərək dövlətin əlində başlıca alətə çevrilməyə başlamışdı. Həmin bankın müxtəlif səhmdar cəmiyyətlərində iştirakı 1926-cı ildəki 0,88 milyon lirədən 1932-ci ildə 4 milyon lirəyə qədər artmışdı. Bu dövr ərzində bankın emal və dağ-mədən sənayesinə kapital qoyuluşu 1,9 milyon lirədən 7,3 milyon lirəyə çatmışdı. Dövrün iqtisadi çətinlikləri, imkanların məhdudluğu onun üçün nəzərdə tutulmuş rolu (sənaye sahibkarlığı və kreditorluğu sahəsində dövlətin başlıca aləti, milli kapitalın cəmlənməsi) axıradək yerinə yetirməyə imkan verməsə də, onun topladığı təcrübə mühüm əhəmiyyətə malik idi.

1929-1933-ci illərin dünya iqtisadi böhranı milli Türkiyə burjuaziyasına xarici inhisarların təsirini bir qədər məhdudlaşdırmaq imkanı versə də, ölkənin sənaye cəhətdən inkişafının gücləndirilməsi məsələsinin vacibliyini üzə çıxartdı. Sənayeçilərin 1930-cu ilin aprelində keçirilmiş konqresində bir sıra qərarlar qəbul edildi. Bu qərarlarda hökumətdən özəl sahibkarlara geniş kömək göstərilməsi, uzunmüddətli kapital qoyuluşu üçün kredit idarələrinin yaradılması tələb olunurdu. Konqresdən sonra hökumət sənaye sahəsində öz hərəkətlərini planlaşdırmağa cəhd göstərdi. Bu plan xarici kapitala məxsus olan müəssisələrin alınmasını nəzərdə tuturdu. Lakin tezliklə məlum oldu ki, belə planlı hərəkətlər kifayətedici deyildir və hökumət dövlət imkanlarına dayaqlanmaqla sənayeni inkişaf etdirmək planını işləyib hazırlamağa başladı. Məhz bu zaman, 1931-ci ildə etatizm prinsipi XCP-nin proqramına, 1933-cü ildə isə Türkiyə Cümhuriyyəti konstitusiyasına daxil edildi.

Dövlət müəssisələrinə rəhbərliyin mərkəzləşdirilməsi, yeni sənaye müəssisələrinin tikilməsinə dövlət vəsaitinin planauyğun şəkildə yönəlməsi üçün 1932-ci ilin iyulunda ləğv olunan “Sənaye və mədən bankı”nın əvəzinə iki yeni təşkilat-Dövlət Sənaye İdarəsi və Sənaye Kredit Bankı yaradıldı. 1932-ci ilin sentyabrında İşgüzar bankın sabiq direktoru Mahmud Cəlal Bayarın nazirlər kabinetinin tərkibinə daxil edilməsi ilə xüsusi kapitalın bəzi gömrük güzəştləri əldə edilməsi uğrunda mübarizəsi gücləndi. Nəticədə 1933-cü il iyulun 3-də TBMM qəbul etdiyi “Təşviqi-sənaye” qanunu ilə sənaye üçün idxal olunan maşın və avadanlıqdan alınan gömrük rüsumunu ləğv etdi.

Lakin iqtisadiyyatın dövlət sektoruna rəhbərliyin bu cür haçalanmasının qısa müddətli təcrübəsi özünü doğrultmadı və bu iki dövlət idarəsi 1933-cü il iyulun 2-də “Sumerbank” adı altında bir universal dövlət təşkilatında birləşdirildi.

İqtisadiyyat sahəsində belə sərt xəttin yeridilməsi bir tərəfdən xarici kapitalın böhran konyukturasına müvafiq olaraq qeyri-sabit vəziyyətə düşməsi ilə bağlı idisə, digər tərəfdən, Türkiyə valyutası və iqtisadiyyatının mövqelərini qorumaq zərurətindən irəli gəlirdi.

Ümumdünya iqtisadi böhranı Türkiyənin aqrar sahəsinə ciddi zərbə vurdu. Kənd təsərrüfatı məhsullarının qiyməti kəskin şəkildə aşağı düşdü. Hökumət böhrana qarşı ciddi tədbirlər görməyə başladı. 1929-cu ilin 1 iyun qanunu ilə Kənd təsərrüfatı bankına böyük səlahiyyətlər verildi. 1924-cü ildə yenidən təşkil edilmiş bu bank kredit kooperativləri yaratmaq və onların maliyyə əməliyyatlarına nəzarət etmək hüququnu aldı. 1930-cu ildən etibarən işləməyə başlayan kənd təsərrüfatı kredit kooperativləri kəndlini böhranlı vəziyyətdən çıxarmaqda böyük rol oynadı. Kooperativlərin Kənd təsərrüfatı bankından aldığı kreditin məbləği 1931-ci il üçün 7,6 milyon lirə təşkil edirdi. Bundan başqa dövlət 1932-ci ildə buğdaya möhkəm satınalma qiymətləri tətbiq etdi. Az sonra kənd təsərrüfatı maşınlarının idxalına müəyyən olunmuş gömrük rüsumu ləğv edildi. Bütün bu tədbirlər böhran illərində qismən də olsa, kənd təsərrüfatını acınacaqlı vəziyyətdən xilas edə bildi.

Ümumdünya iqtisadi böhranı illərində yaranmış bir sıra təsərrüfat və sosial problemlərin özünü bariz şəkildə göstərməsi cəmiyyətin müxtəlif dairələrində ölkənin ictimai tərəqqisinin perspektivləri barəsində müzakirələrin güclənməsinə gətirib çıxardı. Kamalçılar əleyhinə sağ burjua müxalifəti 1930-cu il avqustun 12-də Sərbəst Cümhuriyyət Firqəsində (SCF) birləşərək ölkə rəhbərliyindən milli və xarici kapitala tam fəaliyyət müstəqilliyi verilməsini tələb etməyə, dövlətin iqtisadiyyata müdaxiləsinə, əslində etatizmə qarşı çıxmağa başladı. Türkiyə tarixçiləri SCF-nin yaradılmasında firqə sədri Əli Fəthi bəyin əvvəlcədən M.Kamalın razılığını almasını inkar etmirlər. O.Okyar SCF-nin hətta M.Kamalın təşəbbüsü ilə yaradıldığını iddia edir. Onun fikrincə, M.Kamal bu yolla iqtidara müxalif təşkilatı dövlətin iqtisadi siyasətinin gələcək yolları haqqında diskussiyaya cəlb etmək məqsədi güdürdü. İndi “dövlətin iqtisadiyyatın bütün sahələrinə müdaxiləsinin mümkünlüyü” artıq arxa planda idi. Artıq diskussiya obyekti bu “müdaxilənin mümkün forma və yollarının müəyyən olunması” idi.

Radikal əhval-ruhiyyəli xırda burjua ziyalıları əksinə, başlanmış islahatları daha da dərinləşdirməyə çalışırdılar. Lakin hökumət dairələri sağdan və soldan olan bu həmlələri dəf edərək dövlət kapitalizmi yoluna üstünlük verirdilər. Məhz dövlətin gələcək iqtisadi siyasətinin əsas istiqamətləri müəyyən olunduqdan sonra SCF-nin sədri Ə.Fəthi bəy firqəni buraxılmış elan etdi. Buna səbəb həm də dövlətin elan etdiyi əsas prinsipləri təhdid altına alan müxalif qrupların firqəyə geniş yol tapması idi. Türkiyə tarixçiləri məhz SCF-nin noyabrın 17-də buraxılmasından sonra bu qrupların Türkiyənin qərbindəki Mənəmən şəhərciyindəki zərərli təbliğatı nəticəsində qiyam baş verdiyini iddia edirlər. Dini şüar altında baş vermiş bu çıxışlar keçmiş sovet tarixşünaslığında sinfi mübarizə nöqteyi-nəzərindən qiymətləndirilir. Əslində “Mənəmən hadisəsi” dünya iqtisadi böhranının yaratdığı bir sıra sosial problemlərin nəticəsi idi.

Böhran illərində Türkiyənin şimal-şərqində kürd Cəlali tayfasının başçısı İbrahim Hasikenin başçılığı ilə kürdlərin geniş miqyaslı çıxışları baş verdi. Hələ 1927-ci ildə yaradılmış “Xoybun”(müstəqillik) hərbi-siyasi təşkilatı tərəfindən təşkil edilmiş bu çıxışların nəticəsində vilayətlərin bir qismi 1930-cu ilin əvvəllərində kürdlərin nəzarəti altına keçmiş, hətta İbrahimin başçılığı ilə mülki idarə belə təşkil edilmişdi. Türkiyə hökuməti bu böhranlı illərdə üsyanın yatırılmasına dövlət büdcəsinin üçdə birini sərf etməklə yanaşı böyük hərbi qüvvə səfərbər etməyə məcbur olmuşdu. Hökumətin qətiyyətli tədbirləri nəticəsində üsyançılar 1930-cu ilin iyulunda İran-Türkiyə sərhəddinə sıxışdırılıb məhv edilmişdilər.

Türkiyənin bu böhranlı illərində M.Kamal düzgün xarici siyasət xətti yeridirdi. Belə ki, bir tərəfdən keçmiş Antanta üzvləri ilə normal əlaqələr bərpa edilir, digər tərəfdən isə iqtisadi müqavilələrin bağlanması yolu ilə SSRİ və Almaniya ilə əməkdaşlıq inkişaf etdirilirdi ki, bu siyasət bütövlükdə regiona münasibətdə qüvvələr müvazinəti yaratmağa xidmət edirdi. 1929-cu ilin payızında İngiltərənin Aralıq dənizindəki donanmasının bir qrup gəmisi İstanbula dostluq səfərinə gəlmişdi. Nəticədə az sonra-həmin ilin oktyabrında Türkiyə ilə İngiltərə arasında gediş-gəliş və hüquqi məsələlərə dair müqavilələr imzalanmışdı. 1930-cu ildə imzalanmış Almaniya-Türkiyə ticarət müqaviləsi ölkə iqtisadiyyatının idxal-ixrac imkanlarının genişlənməsinə xidmət edirdi. 1929-cu ilin oktyabrında Fransanın Ticarət nazirliyinin yüksək vəzifəli məmurlarının Türkiyəyə səfərləri bu ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın daha da genişlənməsinə imkan verdi.

Türkiyənin sıx əlaqə saxladığı ölkələrdən biri də SSRİ idi. Bu illər ərzində iki qonşu ölkənin hökumət üzvləri müxtəlif səviyyəli qarşılıqlı səfərlərdə olmuş, müxtəlif beynəlxalq problemlər barəsində fikir mübadilələri keçirmiş, iki ölkə arasında bitərəflik və hücum etməmək haqqında müqavilənin müddəti uzadılmışdı. Eyni zamanda SSRİ Türkiyənin ən iri ticarət tərəfdaşlarından biri idi. 1929-1933-cü illərdə Türkiyədən ixrac olunmuş pambığın 30, yunun 80, ciftliyin isə 40 %-ni SSRİ alırdı. 1932-ci ildə Türkiyənin baş naziri İ.İnönünün Moskvaya səfərindən sonra SSRİ hökuməti Türkiyəyə 8 milyon dollar məbləğində kredit verməyi qərara aldı. Sovet avadanlığı və texnikası şəklində alınacaq bu kreditin Türkiyənin kənd təsərrüfatı məhsulları ilə ödənilməsi nəzərdə tutulurdu.

Dövrün çətinliklərinə, daxili və beynəlxalq sahələrdə mövcud olan ziddiyyətlərə baxmayaraq, Türkiyə cəmiyyətinin daxili həyatında demokratik, mütərəqqi dəyişikliklər xətti davam etdirilirdi. Bircə onu qeyd etmək kifayətdir ki, 1930-cu ildə “Bələdiyyə qanunu”na görə Avropanın bir sıra ölkələrindən əvvəl Türkiyədə qadınlara yerli hakimiyyət orqanlarına seçib-seçilmək hüququ verilmişdi.

Böhran illərində M.Kamal xalq içərisində ideoloji təbliğatın gücləndirilməsinə xüsusi fikir verirdi. 1931-ci il mayın 10-da keçirilmiş XCP-nin 3-cü qurultayı ilk dəfə olaraq partiyanın proqram və nizamnaməsini qəbul etdi. Proqramda əvvəllər M.Kamal tərəfindən elan edilmiş 4 prinsipə daha 2-si (etatizm və devrimçilik) əlavə edildi. Məcazi mənada “6 ox” adlandırılan bu prinsiplər cəmiyyətin inkişafının bütün sahələrində rəhbər tutulurdu.

Beləliklə, 1929-1933-cü illərin dünya iqtisadi böhranı dövründə kamalçı Türkiyə Cümhuriyyəti ölkənin daxili iqtisadi həyatında etatizmi həyata keçirir, xarici siyasətdə isə milli-dövlət mənafelərinin hər şeydən üstün tutulması və daxili ictimai həyatda demokratikləşmə xəttinə sədaqətini dönmədən nümayiş etdirirdi.

30-cu illərdə Türkiyə Cümhuriyyəti rəhbərliyinin iqtisadi siyasəti öz əvvəlki xarakterini demək olar ki, dəyişməmişdi. Əvvəllərdə olduğu kimi 30-cu illər ərzində də bu siyasətin başlıca məzmununu yenə də etatizm – xarici kapitalın mövqelərinin məhdudlaşdırılması və milli kapitalın rolunun gücləndirilməsi yolları ilə dövlət kapitalizmi bölməsinin iqtisadiyyatın başlıca sahəsinə çevrilməsi təşkil edirdi.

30-cu illər ərzində xarici şirkətlərə məxsus olan bütün kommunal-təsərrüfat müəssisələri “etatistləşdirildi”, yəni milli hökumət tərəfindən satın alındı. Türkiyə hökuməti İstanbul, Ankara, İzmir, Mersin və Adana kimi mühüm şəhərlərdə kommunal təsərrüfatı öz əllərində saxlayan xarici səhmdar kompaniyalarının səhmlərini, o cümlədən İzmir liman cəmiyyətini, İstanbul su kəməri cəmiyyətini, İstanbul liman, tərsanələr və anbarlar cəmiyyətini, Bursa elektrik cəmiyyətini və s. satın aldı. Bunlarla yanaşı, ağır, xüsusilə də dağ-mədən sənayesi sahəsindəki bir çox mühüm müəssisələr də Türkiyə hökumətinin əlinə keçdi. Türkiyə hökuməti məhz bu illər ərzində xarici kapitalın konsessiyasında olan Ereqli daş kömür cəmiyyətini, “Doyçe Bank”ın Ereqli mis mədənləri cəmiyyətindəki payını, fransız-italyan qrupunun ixtiyarında olan kükürd emalatxanalarını və icarə əsasında Simens firması tərəfindən istismar olunan bir sıra mis mədənlərini satın aldı.

Göstərilən tədbirlər Türkiyə sənayesində xarici kapitalın rolunu heçə endirdi. Çünki qalan sənaye sahələrində xarici kapitalın rolu cüzi idi. Belə ki, müharibə ərəfəsində Türkiyə sənayesində cəmi 12 xarici şirkət fəaliyyət göstərirdi. Türkiyə iqtisadiyyatına qoyulmuş xarici kapitalın ümumi məbləğinin (63,4 milyon funt sterlinq) cəmi 4 %-i iqtisadiyyatda mühüm yer tutan emal sənayesinin payına düşürdü.

Xarici inhisarların Türkiyə iqtisadiyyatından sıxışdırılıb çıxarılması dəmir yolu, dağ-mədən sənayesi, kommunal təsərrüfatı kimi mühüm sahələri ölkənin milli iqtisadi və siyasi mənafelərinin xidmətinə yönəldərək milli kapitalın inkişafına əlverişli şərait yaradırdı. Əcnəbilərin əlində olan konsessiyaların satın alınması dövlət-kapitalist bölməsinin genişlənib inkişaf etməsinin, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin yüksəlməsinin başlıca mənbələrindən birini təşkil edirdi. Bu illərdə habelə hasilat və emal sənayesindəki bəzi özəl Türkiyə müəssisələri də “etatistləşmə”yə məruz qaldılar.

İkinci dünya müharibəsindən əvvəlki illərdə dövlət sahibkarlığı üçün ayrılan büdcə vəsaitinin əksəriyyəti dəmir yollarının yenidən qurulmasına və dəmiryolu çəkilişinə, dəniz nəqliyyatının inkişafına və milli kredit cəmiyyətlərinin yaradılmasına yönəlirdi. Belə ki, cümhuriyyət rejiminin ilk 15 ili ərzində göstərilən məqsədlə ölkə iqtisadiyyatına qoyulmuş 435,8 milyon lirəlik dövlət vəsaitinin 341 milyon lirəsi dəmiryollarının payına düşürdü. Halbuki istehsal sənayesinə bu illərdə cəmi 21,5 milyon lirə (bütün dövlət kapitalının cəmi 4,9 %-i) dövlət vəsaiti qoyulmuşdu.

Türkiyədə kənd təsərrüfatı və emal sənayesinin mənafelərini müdafiə edən hökumət hələ 1933-cü ilin ortalarından etibarən xaricdən xammal gətirilməsini məhdudlaşdırmaq üçün mühüm tədbirlər görürdü.

Ümumiyyətlə, rəsmi mənbələrin məlumatına görə, birinci beşillik planın əsas məqsədi Türkiyəni «müstəqil millətə çevirmək» və ölkənin ümumi iqtisadi vəziyyətini yaxşılaşdırmaq idi. Proqramda əsasən dövlət bölməsi üçün çoxlu sənaye müəssisələrinin inşası nəzərdə tutulurdu. Proqramda ölkənin şimalında metallurgiya sənayesi müəssisələrinin inşasına başlanılması elan edilsə də, əsasən yüngül sənaye müəssisələri tikilirdi. Kapital qoyuluşunun ümumi məbləğinin 43 953 min lirə olması, bu məbləğin 41 553 mininin Sumerbank, 2400 mininin isə İş bankı tərəfindən qoyulması nəzərdə tutulurdu. 1933-1938-ci illərdə dövlətin ixtiyarında olan müəssisə və təşkilatların idarəçiliyi, iqtisadiyyatın bütün sahələrindəki dövlət paylarına nəzarət və rəhbərlik məlum olduğu kimi 1933-cü il iyulun 3-də yaradılmış “Sumerbank”ın əlində cəmlənmişdi. Bankın ilkin nominal kapitalı 20 milyon lirə məbləğində müəyyənləşdirilsə də, 1-ci beşillik illəri ərzində (1934-1938) artaraq 1934-cü ildə 62 milyon lirəyə çatdırılmışdı. (Halbuki müharibə illərində “Sumerbank”ın nominal kapitalı xeyli artaraq 200 milyon lirəyə çatdırılmışdı). 1937-1939-cu illərdə isə “Sumerbank”ın Türkiyə iqtisadiyyatına kapital qoyuluşu 20 milyon lirədən 28,6 milyon lirəyə yüksəlmişdi. “Sumerbank” onun ixtiyarına verilmiş sənaye müəssisələrinin idarə olunması ilə yanaşı yeni dövlət sənaye müəssisələrinin (məsələn, Karabük metallurgiya kombinatı, şəkər, sement, vaqon təmiri müəssisələri və s.) tikintisində yaxından iştirak edirdi. Belə ki, bank dövlətə məxsus toxuculuq sənayesinin yaradılmasında müstəsna rol oynamışdı. 1934-1939-cu illərdə “Sumerbank” 6 toxuculuq fabriki yaratmış, ölkə toxuculuq sənayesində onun payı 9 %-dən 68 %-ə yüksəlmişdi.

Dağ-mədən sənayesində dövlət kapitalizm bölməsinin yaradılmasında 1935-ci il iyulun 14-də meydana gəlmiş “Ektibank” (ilkin nominal kapitalı 20 milyon lirə idi) başlıca vasitə oldu. Müharibə ərəfəsində bu bank Ereqli, Murğul və başqa yerlərdə bir sıra yanacaq və əlvan metallurgiya müəssisələrinə malik idi. Birinci beşillik planın yerinə yetirilməsi üçün 44 milyon lirə nəzərdə tutulsa da, Türkiyə iqtisadçıları bu məqsəd üçün 100 milyon lirə xərcləndiyini göstərirlər. Hökumət İkinci dünya müharibəsinə qədərki dövrdə, birinci və ikinci beşillik planların yerinə yetirilməsi üçün 145 milyon lirə kapital qoymuşdu. Ümumiyyətlə, 1923-cü ildən 1950-ci ilədək dövlətin ölkə iqtisadiyyatına kapital qoyuluşu 1097 milyon lirə təşkil etmişdi. Xarici sahibkarlardan dəmiryollarının, sənaye müəssisələrinin satın alınması üçün hökumətin qoyduğu 705 milyon lirə isə bu məbləğə aid deyildir.

M.K.Atatürkün vəfatından sonra da etatizm siyasi xətti uğurla davam etdirilirdi. Yeni prezident seçilmiş İ.İnönü M.K.Atatürkün ideyalarının dönməz tərəfdarı idi.

Beləliklə, M.K.Atatürkün rəhbərliyi altında keçən əsrin 20-30-cu illərində keçirilmiş ictimai-iqtisadi islahatlar, xüsusən də etatizm siyasəti nəticəsində xarici kapital milli iqtisadiyyatdan sıxışdırılıb çıxarıldı, iqtisadiyyatın, xüsusilə sənaye istehsalının inkişafına güclü təkan verildi (1932-1939-cu illərdə senzli sənayenin həcmi 2,4 dəfə artmış, nisbətən qısa müddətdə ölkədə 4000 km yeni dəmir yolları çəkilmişdi). Kamalçılıq ruhunda aparılan islahatlar Türkiyə Cümhuriyyətinin iqtisadi müstəqilliyini qoruyub saxlamaqla yanaşı ölkənin tədricən dünya səviyyəsində özünəməxsus mövqeyini təmin etdi. Təsadüfi deyildi ki, D.Avcıoğlu xarici şirkətlərin milliləşdirilməsi və etatizm siyasətini iqtisadi müstəqillik yolunda atılmış mühüm addımlar kimi qiymətləndirirdi.

Türkiyə hökuməti aqrar sahədə 20-ci illərdə başladığı tədbirləri 30-cu illərdə də davam etdirərək yeni qurumların (kənd satış kooperativləri, kredit cəmiyyətləri və s.) təşkili yolu ilə kənd təsərrüfatı istehsalının yüksəlişini təmin etməyə çalışırdı. Qısa müddət ərzində 572 kredit kooperativi yaradılmış, nəticədə 51,5 min kəndli 2,5 milyon lirə kredit almışdı. Hökumət kənddə himayə siyasəti yeridərək əhaliyə 2 milyon kq toxum da paylamış, kənd təsərrüfatı üçün traktor və maşınların idxalına hər cür şərait yaratmışdı. Qısa müddət ərzində traktorların sayı 183 ədəddən 2 minə çatdırılmışdı. Bütün bu tədbirlərin nəticəsi idi ki, kənd təsərrüfatı məhsullarının milli gəlirdə payı 40 %-ə yüksəlmişdi.

Türkiyə hökuməti ölkə zəhmətkeşlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi yolunda da bir sıra tədbirlər həyata keçirmişdi. Bunlardan ən əhəmiyyətlisi 1936-cı ilin iyulunda TBMM tərəfindən qəbul edilmiş, bir il sonra qüvvəyə minmiş “Əmək qanunu” idi. Qanun 8 saatlıq iş gününü, 6 günlük iş həftəsini, haqqı ödənilən məzuniyyətləri müəyyənləşdirir, xəstəlik və əmək qabiliyyətinin itirildiyi hallarda isə sosial sığortanı nəzərdə tuturdu. Sovet tarixşünaslığında ciddi tənqid edilməsinə baxmayaraq, «Əmək qanunu» Türkiyə tarixçiləri onun tətbiqini zəhmətkeşlərin sosial müdafəsi sahəsində inqilabi addım kimi qiymətləndirirlər.

Göstərilən dövrdə Türkiyə hökuməti cəmiyyətin demokratikləşdirilməsi xəttinə sadiq qalaraq ictimai-siyasi və mədəni sahələrdə ciddi tədbirlər görməkdə davam edirdi. Məhz bunun nəticəsində ölkədə hələ də mövcud olan feodal institutları ləğv edilmiş, ölkənin daxili siyasi vəziyyəti sabitləşmişdi.

1934-cü ilin iyulunda TBMM soyadlar haqqında qanun qəbul etdi. İndiyədək yalnız adların işləndiyi mülki kargüzarlıqda bu qanunun qəbul edilməsi dəftərxana işlərini xeyli asanlaşdırdı. (Az sonra qəbul edilmiş qanunla M.Kamala «Atatürk soyadı» verilmişdi). Qanun həmçinin feodalizmdən qalma müraciət formalarını da (paşa, bəy, əfəndi və s.) qadağan edirdi.

Həmin ilin dekabrında TBMM cəmiyyətin demokratikləşdirilməsi yolunda öz dövrünə görə inqilabi bir addım atdı: Qadınlara TBMM-ə seçib-seçilmək hüququ verildi. (1930-cu il “Bələdiyyə qanunu”na görə qadınlara yerli hakimiyyət orqanlarına seçib-seçilmək hüququ verilmişdi). Bunun nəticəsi idi ki, TBMM-ə 1935-ci il seçkilərində 17 qadın seçilmişdi.

Göstərilən dövrdə Türkiyədə maarif sahəsində də böyük işlər görüldü. Məhz bunun nəticəsində 1937-1939-cu illərdə ibtidai siniflərin sayı 7862-yə çatdırılmışdı. Cümhuriyyət dövründə ali təhsil müəssisələrinin təkmilləşdirilməsi və yenilərinin yaradılması yolunda ciddi tədbirlər həyata keçirilirdi. 1933-cü ildə İstanbul Darülfünunun yerində Avropa nümunəsində Universitet təşkil olunmuş, ixtisaslı milli kadrlara ehtiyacları ödəmək üçün Ali Kənd Təsərrüfatı İnstitutu, 1934-cü ildə isə Maarif nazirliyi yanında Dil və Tarix-Coğrafiya fakültəsi təsis edilmişdi.

Ölkənin demokratikləşdirilməsi xətti ilə yanaşı İkinci dünya müharibəsi ərəfəsində beynəlxalq vəziyyətin gərginləşməsi Türkiyə hökumətini ölkə daxilində sabitliyi qorumaq məqsədilə ciddi tədbirlər görməyə vadar edirdi. Məhz bununla əlaqədar 1934-cü ilin dekabrında TBMM vilayətlər haqqında 1926-cü il qanununa dəyişikliklər etdi. Qanuna görə, hakimiyyətin mərkəzləşdirilməsini gücləndirmək üçün hər vilayətdə baş inzibati şura yaradılırdı. Xaricdən daim qiyamlara təhrik edilən kürdlər üzərində nəzarəti gücləndirmək üçün 1936-cı ilin yanvarında Şərqi Anadoluda 5 yeni vilayət -Çorux, Həkyari, Bitlis, Bingöl və Tunceli vilayətləri yaradıldı. Məhz bunun nəticəsində Seyid Rzanın başçılığı altında Dersimdə başlanmış üsyanları 1938-ci ilin payızına kimi yatırmaq mümkün olmuşdu.

30-cu illərin ikinci yarısında M.Kamal beynəlxalq vəziyyətin gərginliyini nəzərə alaraq ölkə daxilində ideoloji təbliğatın gücləndirilməsinə də xüsusi diqqət verirdi. Hələ 1932-ci ilin fevralında yaradılmış “xalq evləri” öz fəaliyyətində kamalçılığın “6 oxu”nu daha geniş təbliğ etməyə başlamışdı.

Təkpartiyalı sistem şəraitində aparılan belə təbliğat partiya prinsiplərinin dövlət strukturlarına sirayət etməsinə səbəb olurdu. Təsadüfi deyildi ki, 1937-ci ilin yanvarında TBMM-nin ölkə konstitusiyasının 2-ci maddəsinə qəbul etdiyi əlavədə türk dövlətinin də «6 oxa» əsaslandığı təsbit olunmuşdu.

Keçmiş sovet tarixşünaslığında partiya və dövlət strukturlarının belə çulğaşması prosesini «milli burjuaziyanın diktaturasının təntənəsi» kimi təqdim etmək cəhdləri olmuşdur. Lakin kamalçılığın 6 prinsipi Türkiyə dövlətinin möhkəmləndirilməsinə xidmət edirdi. Həqiqətən, 30-cu illərdə XCP-nin keçirdiyi 3-cü və 4-cü qurultaylarında qəbul olunmuş qərarlar partiyada ali vəzifələr tutmuş şəxslərin dövlət strukturlarında müvafiq vəzifələr tutmasını qanuniləşdirirdi. Belə ki, partiyanın 1931-ci ildə keçirilmiş 3-cü qurultayında qəbul edilmiş nizamnaməsində onun sədrinin eyni zamanda cümhuriyyətin prezidenti, sədrin müavininin isə baş nazir olması prinsipi təsbit edilirdisə, 1935-ci ildə olmuş 4-cü qurultayı əvvəlki qərara XCP-nin baş katibinin daxili işlər naziri, vilayət partiya təşkilatlarının sədrinin isə vilayət qubernatoru vəzifəsini tutması haqqında əlavə qəbul edilmişdi. Halbuki, bütün bunlar Türkiyə tarixşünaslığında demokratiyanın məhdudlaşdırılması kimi izah edilmir. Belə ki, bu cür hallara bəzi inkişaf etmiş Qərb ölkələrində də təsadüf olunurdu. Hətta M.K.Atatürkün ölümündən sonrakı dövr Sovet tarixçilərinə görə “Türkiyənin kamalçılıqdan geri çəkilməsi mərhələsinin başlanğıcı” kimi qiymətləndirilsə də, Türkiyə tarixşünaslığı əks mövqedən çıxış edirdi. Çünki son illərdə aralarında məlum olmayan səbəblərdən ixtilaflar olmasına baxmayaraq, İ.İnönü prezident seçildikdən sonra daxili və xarici siyasətdə M.K.Atatürkün strateji xəttini davam etdirirdi.

1933-1939-cu illərdə Türkiyənin xarici ölkələrlə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edirdi. Türkiyə regiona münasibətdə qüvvələr müvazinətini saxlamaq üçün bu əlaqələrdə də tarazlaşdırılmış siyasət yeridərək həm SSRİ, həm Avropa ölkələri, həm də Yaxın və Orta Şərq ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verirdi. Qeyd olunmalıdır ki, bu əməkdaşlıq sırf ticarət müqavilələri ilə məhdudlaşdırılmayaraq ayrı-ayrı iri istehsal müəssisələrinin birgə tikintisində özünü daha çox büruzə verirdi. Belə ki, 1935-1937-ci illərdə Qayseri və Nazillidə SSRİ-dən alınmış imtiyazlı kreditlər əsasında iki böyük toxuculuq kombinatı tikilmişdi. Hökumət sovet mütəxəssislərinin köməyi ilə inşa edilmiş bu toxuculuq kombinatlarından başqa Ereqli və Malatyada da toxuculuq fabriklərinin inşasını həyata keçirmişdi. Müasirləşdirilmiş Bakırköy fabriki ilə birlikdə bu müəssisələr ölkənin pambıq parçaya olan tələbatının 80 %-ni (120 milyon metr) ödəməyə imkan vermişdi. SSRİ ilə 1932-ci il aprelin 17-də imzalanmış ticarət sazişi iki ölkə arasında netto-balans əsasında ticarətin qurulmasını nəzərdə tuturdu. SSRİ nəzərdə tutulmuş müddət ərzində Türkiyəyə ixrac olunacaq əmtəə dəyərində oradan əmtəə idxal etmək öhdəliyini üzərinə götürürdü.

1934-cü il ticarət sazişi netto-balans rejimini təsdiq etməklə yanaşı SSRİ-ni Türkiyə ilə ticarətdən əldə etdiyi mədaxili Türkiyə mallarını (30 %-i istehlak malları) almağa vadar edirdi.

Bu illərdə həmçinin Almaniya ilə iqtisadi əməkdaşlıq genişləndirilirdi. Məsələn, 1933-cü ildə Almaniyanın Krupp firmasının Şərq konsorsiumu ilə Türkiyə hökuməti arasında Sivas-Ərzurum dəmir yolu xəttinin tikintisinin təchizatına dair saziş imzalanmışdı. Qeyd olunmalıdır ki, təkcə 1938-ci ildə Almaniyadan alınmış kreditlər 87 milyon lirəyə bərabər olmuşdu ki, bu bütövlükdə Türkiyənin xarici borclarının 48 %-nə bərabər idi. Ümumiyyətlə, keçən əsrin 30-cu illərinin ortalarında Almaniya Türkiyəyə qarşı xarici ticarət ekspansiyasını gücləndirdi. 1933-cü il avqustun 10-da və 1935-ci il aprelin 15-də imzalanmış klirinq sazişlərindən sonra Almaniya Türkiyə bazarında mövqeyini möhkəmləndirdi. Türkiyənin ixracında Almaniyanın payı 1937-ci ildə 55,5%-ə, idxalında isə 43,5 %-ə çatdı. İkinci dünya müharibəsi ərəfəsində Türkiyə iqtisadiyyatına qoyulmuş xarici kapitalın başlıca hissəsini fransız və ingilis kapitalları təşkil edirdi. Belə ki, 1938-ci ildə Türkiyə iqtisadiyyatına 250 milyon dollar fransız kapitalı, 167,5 milyon dollar ingilis kapitalı qoyulmuşdu.

Beləliklə, keçən əsrin 30-cu illərində Türkiyə Cümhuriyyətinin daxili həyatda başlıca xətti cəmiyyətin demokratikləşdirilməsi və dövrün çağdaş tələblərə uyğunlaşdırılması, iqtisadiyyatda dövlət sektorunun mövqelərinin möhkəmləndirilməsi, milli-dövlət kapitalının mənafelərinin ön plana çəkilməsi təşkil edirdi. Məhz daxili və xarici siyasətdə kamalçı dəyərlərin üstün tutulması Türkiyə Cümhuriyyətinin İkinci dünya müharibəsi kimi mürəkkəb dövrü nisbətən ağrısız yaşamaq imkanları yaratdı.

Müharibə ərəfəsində Türkiyə iqtisadiyyatda mühüm nailiyyətlər əldə etdi. 1927-1938-ci illərdə milli gəlir iki dəfə artdı. Osmanlı borcu demək olar ki, ödənildi. 1923-cü ildə xarici ticarətdə 36,1 milyon dollar defisit, 1939-cu ildə xarici ticarət dövriyyəsində 7,2 milyon dollar məbləğində müsbət saldo ilə əvəz olundu. Türkiyə dənli bitkilər, yarımfabrikatlar, heyvandarlıq məhsullarının icraatını xeyli artırdı. Şosse və dəmiryolları bu illərdə iki dəfə artdı. Dəmiryollarının uzunluğu 7324 km-ə çatdı

Türkiyə iqtisadiyyatı: Nələri izləməli?

Türk lirəsinin məzənnəsindəki dəyişkənlik və dəyər itkisi davam edərkən, növbəti iki həftədə baş verəcək siyasi və iqtisadi hadisələr bazarlar tərəfindən diqqətlə müşahidə ediləcək.

Cümə günü dollar-lirə məzənnəsi 6,54 səviyyəsində bitdikdən sonra, bu il ərzində lirə dollarla müqayisədə dəyərinin 72,5 faizini itirib.

Qarşıdakı iki həftədə gözlənilən növbəti tarixlər, həssas iqtisadi vəziyyətdə bazarlar üçün xüsusi əhəmiyyət daşıyacaq.

3 sentyabr, bazar ertəsi: İnflyasiya səviyyəsi

İyul ayında 15,85 faizlə son 14 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya göstəricilərinin avqust ayında da yüksək səviyyədə qalması gözlənilir.

Türkiyə Statistika Qurumunun bazar ertəsi günü açıqlayacağı avqust inflyasiya səviyyəsi bazarlar üçün mühüm göstəricilərdən biri olacaq. Bloomberq təşkilatı avqust ayında inflyasiyanın daha da yüksələrək 18,7 faiz olacağını proqnozlaşdırıb.

Avqust ayında Türk lirəsi ABŞ dollarına qarşı dəyərinin 31 faizini itirib və bu dəyişikliyin inflyasiyaya da təsir göstərəcəyi gözlənilir.

Bəzi təhlilçilər Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini artıracağını ehtimal edirlər.

4 sentyabr, çərşənbə axşamı günü: Mərkəzi Bankın inflyasiya qiymətləndirməsi

Türkiyənin Mərkəzi Bankı hər ay inflyasiya göstəricilərini qiymətləndirərək, nəticələrini bəyan edir.

İnvestorlar bu qiymətləndirməni diqqətlə oxuyub, Mərkəzi Bankın ata biləcəyi addımlara dair ipucu axtaracaqlar.

Prezident Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə görüşəcək

7 sentyabr, cümə: Tehran zirvə görüşü

Cümə günü İranın paytaxtı Tehranda Suriyanın siyasi gələcəyinə dair zirvə görüşü keçiriləcək.

Prezident Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə zirvə görüşündə əsas mövzunun Suriyanın İdlib vilayətinin gələcəyi olacağı ehtimal olunur.

Son bir neçə həftə ərzində, Rusiyanın dəstəklədiyi Suriya dövlət qoşunlarının hazırda 3 milyon əhalisi olduğu ehtimal olunan İdlib vilayətini ələ keçirməyi planlaşdırdığına dair xəbərlər yayılıb.

Türkiyə isə bu halda baş verəcək kütləvi əhali axınından narhatdır və bu problemin diplomatik həllini əldə etməyə cəhd edir.

BMT ehtimal edir ki, İdlibə hücum olduğu təqdirdə, təxminən 1 milyon insan Türkiyə sərhədini keçməyə cəhd edə bilər.

Bu isə Türkiyə iqtisadiyyatına böyük təsir göstərə bilər və nəticədə, Tehran görüşünün gedişatı bazarlar üçün vacib hadisə olacaq.

13 sentyabr, cümə axşamı günü: Mərkəzi Bankın faiz qərarı

Mərkəzi Bankın Monetar Siyasət Şurası sentyabrın 13-ü bir araya gələrək Mərkəzi Bankın faiz dərəcəsinə dair qərarını verəcək.

Hazırda Mərkəzi Bank beynəlxalq bazarların təzyiqi altındadır ki, lirənin faiz dərəcəsini endirsin.

Lakin Prezident Erdoğan buna qarşıdır.

Hər hansı bir qərarın bazarlar və investorlara ciddi təsir göstərə biləcəyi üçün bu məsələ xüsusi diqqətlə izlənəcək.

Milli.Az

Türkiyə iqtisadiyyatı

Türkiyə iqtisadiyyatı, Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən inkişaf edən bazar olaraq təyin olunan bir iqtisadiyyattır. Türkiyə, dünyanın sənayeləşən ölkələr arasında görülür. The World Factbook’a görə Türkiyə böyük ölçüdə inkişaf etmiş bir iktisada malikdir. Kənd təsərrüfatı məhsullarının, tekstil, motorlu nəqliyyat vasitələri, gəmilər və digər nəqliyyat avadanlıqları, tikinti materialları, istehlakçı elektronikası və ağ əşya kimi sektorlarda dünyanın lider üreticilerindendir. Dövlətin sənaye, bankçılıq, nəqliyyat və rabitə sektorlarında hələ də əhəmiyyətli bir rol boynuna götürməsini baxmayaraq son illərdə xüsusi sektörde də sürətli bir inkişaf təmin etmişdir.

Mündəricat

  • 1 Energetika
  • 2 Böyük şirkətlər
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Energetika

Türkiyə 2018-ci il ən çox Rusiya, İran və İraqdan neft idxal edib. Türkiyənin neft və neft məhsulları idxalı 2018-ci il əvvəlki ilə görə 9,2 faiz azalaraq 38 milyon 711 min ton olub. İl ərzində xam neft idxalı isə 18,61 azalaraq 20,9 milyon tona geriləyib. 2018-ci il Türkiyənin neft və neft məhsulları ixracı 8,87 milyon ton olub. Türkiyə 2017-ci ildə 42,7 milyon ton, 2016-cı ildə 40 milyon ton, 2015-ci ildə 39,6 milyon ton, 2014-cü ildə 32,6 milyon ton və 2013-cü ildə isə 18,6 milyon ton neft və neft məhsulları idxal etmişdi. [1]

Böyük şirkətlər

Dünya sıralaması Şirkət Sənaye gəlir
(milyard $)
Mənfəət
(milyard $)
Aktivlər
(milyard $)
Bazar dəyəri
(milyard $)
274 Türkiye İş Bankası Banking 14.58 2.32 114.27 9.92
288 Garanti Bankası Banking 9.53 1.87 101.34 14.93
321 Koç Holding Conglomerate 34.72 1.41 27.36 10.65
343 Akbank Banking 7.93 1.69 90.38 13.24
414 Sabancı Holding Conglomerate 12.96 0.91 96.15 8.1
534 Halk Bankası Banking 6.42 1.57 61.1 7.94
609 Vakıfbank Banking 6.27 0.88 62.94 4.85
666 Turkcell Telecommunications 5.96 1.23 9.97 12.48
683 Türk Telekom Telecommunications 6.92 0.68 8.49 9.91
934 Enka İnşaat Construction 6.54 0.65 8.47 9.65
1507 Efes Grup Beverage 4.83 1.37 10.41 6.75
1872 Türk Hava Yolları Transportation 9.87 0.36 11.82 4.29

Həmçinin bax

İstinadlar

  1. ↑ Türkiyə keçən il ən çox Rusiya, İran və İraqdan neft alıb

Avqust 29, 2021
Ən son məqalələr

CRM

CSS

CS Dinamo Buxarest QVK

CS Stiinta Bacau QVK

CS Stiinta Bacau VK

CS Volei 2004 Tomis Konstansa

CTOL

CUDA

CXP

Coğazçay

Ən çox oxunan

Əbdülhüseyn xan Teymurtaş

Əbdülhüseyn Əmini

Əbdülhəmid

Əbdülhəmid İbnü ət-Türki əl-Gili

Əbdülhəmid Əbu Süleyman

türkiyə, iqtisadiyyatı, beynəlxalq, valyuta, fondu, tərəfindən, inkişaf, edən, bazar, olaraq, təyin, olunan, iqtisadiyyattır, türkiyə, dünyanın, sənayeləşən, ölkələr, arasında, görülür, world, factbook, görə, türkiyə, böyük, ölçüdə, inkişaf, etmiş, iktisada, m. Turkiye iqtisadiyyati Beynelxalq Valyuta Fondu IMF terefinden inkisaf eden bazar olaraq teyin olunan bir iqtisadiyyattir Turkiye dunyanin senayelesen olkeler arasinda gorulur The World Factbook a gore Turkiye boyuk olcude inkisaf etmis bir iktisada malikdir Kend teserrufati mehsullarinin tekstil motorlu neqliyyat vasiteleri gemiler ve diger neqliyyat avadanliqlari tikinti materiallari istehlakci elektronikasi ve ag esya kimi sektorlarda dunyanin lider ureticilerindendir Dovletin senaye bankciliq neqliyyat ve rabite sektorlarinda hele de ehemiyyetli bir rol boynuna goturmesini baxmayaraq son illerde xususi sektorde de suretli bir inkisaf temin etmisdir Turkiye iqtisadiyyatiTurkiyenin esas iqtisadi merkezlerinden biri olan Levent IstanbulValyuta Turkiye liresi TRY Budce ili Teqvim iliTicaret teskilatlari G 20 OECD UTT ECO BSEC AIIB D 8 Avropa Birliyi Gomruk IttifaqiStatistikaUDM 743 708 milyard UDM siralamasi 19 cu siradaAdambasina dusen UDM 9 346 Adambasina dusen UDM siralamasi 70 ci siradaSektorlarina gore UDM Kend teserrufati 8 1 senaye 27 7 xidmet sahesi 64 2 Inflyasiya IQI 7 7 2015 Yoxsulluq heddinden asagi olan ehali 21 9 2015 Cini indeksi 43 0 orta 2017 Issizlik seviyyesi 14 7 2019 Orta ayliq gelir TRY 2 850 473 573Xarici ticaretIxrac 166 2 milyard 30 cu Ixrac mehsullari Geyim erzaq parca metallurgiya neqliyyatIxrac terefdaslari Almaniya 9 6 Boyuk Britaniya 6 1 BEE 5 9 Iraq 5 8 ABS 5 5 Italiya 5 4 Fransa 4 2 Ispaniya 4 2017 Idxal 225 1 milyard 35 ci Idxal mehsullari Masin kimyevi madde yanacaq neqliyyatIdxal terefdaslari CXR 10 Almaniya 9 1 Rusiya 8 4 ABS 5 1 ItaliyaCari hesab UDM nin 33 5 iDovlet maliyyesiGelirler 175 4 milyard 2015 Xercler 187 4 milyard 2015 Xarici ehtiyatlar 107 7 milyard 31 dekabr 2017 Esas menbe CIA World FactBookEksi qeyd olunmayibsa butun melumatlar ABS dollari iledir Mundericat 1 Energetika 2 Boyuk sirketler 3 Hemcinin bax 4 IstinadlarEnergetika RedakteTurkiye 2018 ci il en cox Rusiya Iran ve Iraqdan neft idxal edib Turkiyenin neft ve neft mehsullari idxali 2018 ci il evvelki ile gore 9 2 faiz azalaraq 38 milyon 711 min ton olub Il erzinde xam neft idxali ise 18 61 azalaraq 20 9 milyon tona gerileyib 2018 ci il Turkiyenin neft ve neft mehsullari ixraci 8 87 milyon ton olub Turkiye 2017 ci ilde 42 7 milyon ton 2016 ci ilde 40 milyon ton 2015 ci ilde 39 6 milyon ton 2014 cu ilde 32 6 milyon ton ve 2013 cu ilde ise 18 6 milyon ton neft ve neft mehsullari idxal etmisdi 1 Boyuk sirketler RedakteDunya siralamasi Sirket Senaye gelir milyard Menfeet milyard Aktivler milyard Bazar deyeri milyard 274 Turkiye Is Bankasi Banking 14 58 2 32 114 27 9 92288 Garanti Bankasi Banking 9 53 1 87 101 34 14 93321 Koc Holding Conglomerate 34 72 1 41 27 36 10 65343 Akbank Banking 7 93 1 69 90 38 13 24414 Sabanci Holding Conglomerate 12 96 0 91 96 15 8 1534 Halk Bankasi Banking 6 42 1 57 61 1 7 94609 Vakifbank Banking 6 27 0 88 62 94 4 85666 Turkcell Telecommunications 5 96 1 23 9 97 12 48683 Turk Telekom Telecommunications 6 92 0 68 8 49 9 91934 Enka Insaat Construction 6 54 0 65 8 47 9 651507 Efes Grup Beverage 4 83 1 37 10 41 6 751872 Turk Hava Yollari Transportation 9 87 0 36 11 82 4 29Hemcinin bax RedakteTurk liresiIstinadlar Redakte Turkiye kecen il en cox Rusiya Iran ve Iraqdan neft alibMenbe https az wikipedia org w index php title Turkiye iqtisadiyyati amp oldid 6104420, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.