Yerli özünüidarəetmə
Yerli özünüidarəetmənin anlayışı: Müasir dövlətlərin çoxunda yerlərdə yaranan məsələlər yerli özünüidarəetmə sisteminin vasitəsilə həll edilir. Yerli özünüidarəetmə hüququ dövlətin həyatında mühüm rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan respublikasının Konstitusiyası yerli özünü idarəetmənin təşkilinin əsaslarını müəyyənləşdirir (Konstitusiyanın IV bölməsi).
Yerli özünüidarəetmə qeyri-dövlət sistemidir. Onu dövlət hakimiyyəti, dövlət idarəetməsi hesab etmək olmaz. Qeyd etmək lazımdır ki, yerli özünüidarəetmə də hakimiyyətdir, lakin dövlət hakimiyyəti deyildir. Yerli özünüidarəetmə ictimai-kütləvi hakimiyyətdir. Bu cür hakimiyyət cəmiyyətin idarə olunmasında vətəndaşların iştirak forması olub, xalq hakimiyyətini ifadə edir. O, yerlərdə xalq hakimiyyətinin forması sayılır.
Yerli özünüidarəetmə dedikdə, vətəndaşlarınfəaliyyətinin elə bir qeyri-dövlət sistemi başa düşülür ki, bu sistemin vasitəsi ilə onlar qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri və sərbəst surətdə həll edirlər.
Yerli özünüidarəetmənin formaları: Yerli özünüidarəetmə müxtəlif formalarda həyata keçirilir. Yerli rəy sorğusu bu formalardan biridir. Həmin forma vasitəsi ilə vətəndaşların yerli əhəmiyyətli məsələlər barəsində rəyi öyrənilir. Bununla onlar öz iradələrini birbaşa ifadə edirlər. Seçki hüququ olan bütün vətəndaşlar yerli rəy sorğusunda iştirak edə bilərlər. Onların iştirakı könüllülük prinsipinə əsaslanır.
Yerli rəy sorğusu səsvermə yolu ilə keçirilir. Səsvermə həm açıq, həm də gizli keçirilə bilər. Səsvermə zamanı vətəndaşların öz iradələrini ifadə etmələriüzərində hər hansı bir dövlət orqanının və ya vəzifəli şəxsin nəzarəti istisna olunur. Belə nəzarətə yol verilmir.
Yerli rəy sorğusu zamanı vətəndaşlar öz iradələrini birbaşa ifadə edirlər. Digər tərəfdən vətəndaşlar yerli rəy sorğusunda bilavasitə iştirak edirlər. Buna görə də yerli özünüidarəetmənin bu forması bilavasitə demokratiyanı ifadə edir.
Bələdiyyə və bələdiyyə orqanları: Bələdiyyə dedikdə, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması başa düşülür. Bu elə formadır ki, onun mülkiyyəti və yerli büdcəsi olur. Bunlar bələdiyyənin qarşısında duraqn vəzifələrin yerinə yetirilməsi üçün maddi baza rolunu oynayır. Yerli özünüidarə məhz bələdiyyə vasitəsilə keçirilir.
Bələdiyyə özünün orqanlarını yaradır. Yerli əhəmiyyətli məsələlər məhz bu orqanların vasitəsilə həll olunur. Onlar bələdiyyə orqanları adlanır. Bələdiyyə orqanları dövlət hakimiyyəti orqanları sisteminə aid edilmir.
Yerli özünüidarə də məhz həmin nümayəndələr tərəfindən həyata keçirilir. Nümayəndələr vətəndaşlardan bilavasitə mandat və səlahiyyət alan şəxslərdir. Onlar vətəndaşları təmsil edirlər. Bunlar onu sübut edirk ki, bələdiyyələr xalq nümayəndəliyinin seçkili (kollegial) orqanıdır. Onların həyata keçirdiyi yerli özünüidarəetmə isə nümayəndəli (vasitəli) demokratiya formasıdır.
Bələdiyyələrə seçkilər təyin edilməsi məsələsini Azərbaycan Respublikasının prezidenti müəyyən edir. Seçkilər günü 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ vardır (aktiv seçki hüququ).
Bələdiyyələrin səlahiyyəti müddəti 5 ildir. Bu müddət həm də bələdiyyə üzvünün səlahiyyəti müddəti ifadə edir, yəni bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir. Bələdiyyənin yeni tərkibinin işə başladığı gün onun səlahiyyəti qurtarır. Bununla bələdiyyə üzvünün səlahiyyəti ləğv edilir.
Yerli özünüidarəetmənin təşkili və bələdiyyə orqanları

Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Published by minfakt
AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax
İyun 8, 2012
Cavab qoy Cavabı ləğv et
axtar
kateqoriya
- AMİ Zaqatala filialı
- Ana dili
- Ümumi
- Bürclər
- Cebr
- Coğrafiya
- Azərbaycan coğrafiyası
- Coğrafiyanın tədrisi metodikası
- Landşaftşünaslıq
- Materiklər coğrafiyası
- Meteorologiya
- Okeanların fiziki coğrafiyası
- Regionların soial-iqtisadi coğrafiyası
- Toponimika
- Yerşünaslıq
- İqtisadi coğrafiya
- Artistlər
- Bilirsinizmi .
- Mahnı sözləri
- Şəxsiyyətlər
- Arxeologiya
- Asiya tarixi
- Azərbaycan tarixi
- Konstitusiya
- Mənbəşünaslıq
- Qafqaz xalqlarının tarixi
- Türk xalqlarının tarixi
Yerli özünüidarəetmə
Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır.
Müxtəlif dövlətlərdə yerli özünü idarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.
Yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər. Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli əhəmiyyətli proqramlar həyata keçirir.
Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünü idarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.
Bələdiyyə orqanları dövlət orqanları sisteminə daxil deyil. Bələdiyyə hüququ yerli özünüidarəetmə ilə bağlı məsələləri tənzimləyən hüquqi normalar sistemidir. Bələdiyyə mülkiyyəti mülkiyyət hüququ əsasında şəhər və kənd ərazilərinə, həmçinin digər bələdiyyə qurumlarına mənsub olan əmlakdır.
Yerli özünüidarə haqda ilk beynəlxalq sənəd 1985 il oktyabrın 15 Avropa yerli və regional hakimiyyət orqanlarının daimi konfransı tərəfindən Strasburqda qəbul edilmiş “Yerli özünüidarə haqqında Avropa Xartiyası”dır. Xartiyanın əsas məqsədi yerli özünü idarə orqanlarının hüquqlarının təmin olunması və müdafiəsidir. Xartiyanın əsas istiqaməti yerli özünü idarə orqanlarının muxtariyyət dərəcəsinin demokratiyanın əsas meyarı olmasını göstərməkdir. Azərbaycan Avropa Xartiyasına 2001 il dekabrın 12 qoşulmuşdur.
Azərbaycanda yerli özünü idarə orqanları bələdiyyələrdir. Bələdiyyələr çoxmandatlı seçki hüquq əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999 il dekabrın 12 keçirilmişdir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə işinin təşkili “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Konstitusiyanın 143 maddəsi Bələdiyyələrin işinin təşkilinə həsr olunmuşdur. Bələdiyyələrin fəaliyyətinin 2 forması var:
– İclaslar
– Komissiyalar ( daimi və başqa komissiyalar)Bələdiyyə iclasları bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. İclaslar ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.
Bələdiyyələrin daimi və başqa komissiyalarının fəaliyyəti bu prinsiplər əsasında həyata keçirilir: fikir müxtəlifliyi, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi, ictimai rəyi nəzərə almaqla komissiya üzvlərinin təşəbbüskarlığıTürkiyədə yerli özünü idarəetmə
Yerli özünüidarəetmə orqanları vətəndaş cəmiyyəti quruculuğunun vacib atributu kimi
13:24 24-11-2015
KRİMİNAL
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun vacib atributlarından biri də yerli özünüidarəetmə orqanlarıdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna doğru uğurla addımlayan Azərbaycanın bu sahədə də nailiyyətləri kifayət qədərdir.
İlk olaraq onu qeyd etmək yerinə düşər ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrin hüquqi statusu ilk dəfə Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi.
Xalq hakimiyyətinin yaradılması, onun sərbəst və müstəqil öz müqqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək, suverenliyi təmin edən xalqın ən əsas hüquqlarından biridir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir. Konstitusiyamızın 55-ci və 56-cı maddələrinə əsasən insanlara dövlətin idarə olunmasında və seçkilərdə iştirak etmək- seçmək və seçilmək hüququ verilmişdir.
Bu gün isə bələdiyyələr cəmiyyətimizdə mühüm funksiyalar həyata keçirməklə özünün mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
İlk öncə yerli özünüidarəetmə orqanları haqda qısa məlumat verməyə çalışaq. Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır. Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır. Yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər.
Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər.Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli əhəmiyyətli proqramlar həyata keçirir. Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.
Bələdiyyə orqanları dövlət orqanları sisteminə daxil deyil. Bələdiyyə hüququ yerli özünüidarəetmə ilə bağlı məsələləri tənzimləyən hüquqi normalar sistemidir. Bələdiyyə mülkiyyəti mülkiyyət hüququ əsasında şəhər və kənd ərazilərinə, həmçinin digər bələdiyyə qurumlarına mənsub olan əmlakdır.
Vətəndaş cəmiyyətinə nəzəri baxımdan müxtəlif dövrlərdə müxtəlif yanaşma tərzləri olubsa da, son nəticədə həmin cəmiyyət haqqında yekdil fikirlər formalaşmışdır. Belə ki, bu cəmiyyət dövlətin monopolyasından kənarda ayrı-ayrı insanların, insan toplumunun bir-birindən asılı olmayan, lakin əlaqədə olan son dərəcə sosial əhəmiyyətli ictimai sistemdir.
Qeyd olunmalıdır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesində mühüm həlqələrdən biri də yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin inkişaf etdirilməsidir.
Bu gün respublikada demokratiyanı özündə əks etdirən əlamətlər təşkilatlar, vətəndaş cəmiyyəti, onu formalaşdıran mexanizmlər, o cümlədən, bələdiyyələr fəaliyyat göstərir və inkişaf edir.
Məlumdur ki, konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması demokratik- hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Xatırladaq ki, ulu öndər Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını, ilk növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusiyalı quruluşun əsaslarından biri hesab edirdi. “Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyası”nın 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik – idarəetmə sistemini müəyyənləşdirir.
Azərbaycanda yerli özünüidarəetmənin əsas prinsiplərinin tədqiqi də aktual məsələlərdəndir. Yerli özünüidarəetmə dedikdə, yerli əhalinin idarəetmədə birbaşa müstəqil rolu başa düşülür. Eyni zamanda bu, üfüqü müstəvidə hakimiyyəti təmsil edir. Bilavasitə dövlət-cəmiyyət münasibətlərinə işıq salır və tənzimləyir. Yerli özünüidarəetmənin prinsipləri dedikdə, onun orqanlarının təşkili və fəaliyyətinin əsasında duran, onun təbiətiylə şərtləşən ilkin struktur və funksiyalar başa düşülür. Qeyd edək ki, bu prinsiplərdə yerli hakimiyyətin spesifik göstəricilərlə obyektiv qanunauyğunluqları və dinamik inkişaf ənənələri öz əksini tapır.
“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində isə bildirilir ki, Bələdiyyələr insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar.
Hal- hazırda Azərbaycan Bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Belə ki, Bələdiyyələrə üzv seçməklə vətəndaşların yerli özünüidarəetmədə iştirakı tükənmir. İnkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində Bələdiyyə-Vətəndaş tərəfdaşlığıdır. Bu mənada, Bələdiyyələrin xalqla ünsiyyətini daha da asanlaşdıran yol Vətəndaş İştirakı Hüququ əsasını təşkil olunan Məhəllə Komitələrinin yaradılmasından keçir. İştirak və idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir vasitədir. Məhəllə Komitələri Bələdiyyələrin Statusu haqqında Qanunun 31-ci maddəsinə uyğun şəkildə formalaşdırılan və fəaliyyət göstərən qurumlardır. Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün Nümunəvi Əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-ci il tarixli Qanun həmin dövrdən qüvvədədir. Burada qeyd edilir ki, Məhəllə Komitələri “Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir”.
Bələdiyyələrin insan hüquqlarının təminatında rolunu əks etdirən yerli ekoloji proqramların yerinə
yetirilməsi də aktual mövzulardandır. Konstitusiyamızın 39-cu maddəsində qeyd olunduğu kimi, əsas insan hüquqları və azadlıqları kimi vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 78-ci maddədə isə deyilir ki ətraf mühitin qorunması hər bir şəxsin borcudur. “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə görə yerli ekoloji proqramların əsas məqsədi dövlətin həyata keçirtdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, Bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın və torpağın hər cür çirklənmədən qorunması, birgə ekoloji tədbirlərin və layihələrin həyata keçirilməsi və s.
Bələdiyyələr yoxsulluğu aradan qaldıran səbəbləri yerlərdə öyrənərək, sosial cəhətdən yoxsul qrupları və onların ehtiyaclarını müəyyənləşdirməlidirlər. Bu işin nəticələri ictimayyətin nəzərinə çatdırılmalıdır. Belə etməklə yerli demokratik idarəetmənin səmərəliliyi artacaq və yoxsulluğun azaldılması strategiyaları və məqsədləri daha yaxşı inteqrasiya olunacaq.
Bələdiyyələrin fəaliyyətinin əsas istiqamətlərindən biri də insanların məşğuliyyətini artırmaq üçün şəraitin yaradılmasıdır. Bu gün Bələdiyyələr yerli biznesin inkişafı üçün şərait yaratmalıdırlar.
Comments are closed, but trackbacks and pingbacks are open.