Press "Enter" to skip to content

Sədəqə verməyin əhəmiyyəti

“Bir ağacdan yeyilən və ya oğurlanan şeylər, o ağacı əkən üçün sədəqə olar.” (Müslim)

Məntiqi məsələlər/Suallar

-Təcili olaraq bura gəlin. Həyat yoldaşınız qətlə yetirilib. Bir müddət keçdikdən sonra kişi gəlir, qadına baxır və deyir:

-Əzizim, səninlə nə baş verib?!

Bu zaman polis hadisə yerinə yaxınlaşır. Şerlok barmağı ilə kişini göstərərək deyir:

-Bu kişini həbs edin. Qatil odur. Sual: Şerlok Holms nəyə görə belə düşünürdü?

3. Atın digər atın üzərindən atladığı hadisə harada baş verir?

4. Masanın üzərində bir banka var. Onun yarısı masanın üzərində, yarısı isə havadadır. Yarım saatdan sonra bankanın yerə düşəcəyini nəzərə alsaq, onun içərisindəki nədir? Və nəyə görə?

5. Bir kişi dənizdə fırtınaya düşür və fırtına onu yalnız qadınların yaşadığı adaya aparır. O səhər ayıldıqda kəndirlərlə bərk-bərk bağlandığını görür və tezliklə onu öldürəcəklərini anlayır. O son sözünü demək haqqını tələb edir. O son sözünü dedikdən sonra qadınlar onu sərbəst buraxır, ona qayıq, qida və su verərək yola salırlar. O nə demişdi?

6. Hündürlüyü 3 metr, uzunluğu 20 metr, çəkisi isə 3 ton olan beton divar var. Heç bir köməkçi vasitə və alət olmadan həmin divarı necə yıxmaq olar?

7. Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun üzərində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və oğullar digər sahilə necə gedə bilərlər?

8. Kanalizasiya lyukları niyə dairəvidir?

9. Qapısı bağlı otaqda 3 lampa, dəhlizdə isə 3 elektrik açarı var. Qapını ən azı neçə dəfə açıb örtmək lazımdır ki, hansı elektrik açarının hansı lampanı yandırmaq üçün nəzərdə tutulduğunu müəyyən etmək mümkün olsun?

10. Tortu üç dəfə doğramaqla necə 8 bərabər hissələrə bölmək olar?

11. Tarlanın ortasında əlində kibrit olan ölü insan tapılıb və heç bir izə rast gəlinməyib. O, nə üçün və hansı şəraitdə dünyasını dəyişmişdir?

12. Avtobusa nə qədər top yerləşə bilər?

13. Həkim xəstəyə iki növdə hərəsindən iki dənə olmaqla olan 4 həb verdi, onları xarici görünüşünə görə bir-birində fərqləndirmək mümkün deyil.

Həbləri 2 dəfəyə içmək lazımdır: səhər hər növdən bir həb qəbul edilməlidi; bu, eynilə axşam da təkrarlanır. Əgər doza pozulsa, və ya həb qəbul edilməsə xəstə öləcək. Belə alındı ki, həblər qarışıq düşdü. Müalicə kursunu necə keçmək olar ki, həm də sağ qalasan?

14. Qədim zamanlarda qadınlar kipriklərinin üzərindən ipək parça salardılar. İndi, bu ipək parçaları nə əvəz edir?

15. Kişi ilə qadın. Kişi qadını qucaqlayır və “özümü o qədər xoşbəxt hiss edirəm ki” – dedi. Qadın isə “mənim ürəyim bulanır” – deyə cavab verdi. Amma kişi onu qucaqlamadan əvvəl qadın özünü çox yaxşı hiss edirdi. Buna baxmayaraq kişi qadından incimədi. Qadın niyə elə dedi?

16. David yuxudan durub, paltarını geyib, səhər yeməyini yeyib evdən çıxaraq maşına oturdu. 300 mil getdikdən sonra maşından çıxıb, evə girib yeməyini yeyib yatdı. Yenə də öz evində. Amma 300 mil David düz yol gedib geri qayıtmayıb. Bu necə ola bilər?

17. Kişi birinci dəfə gördüyü qadının yanına gəlib, köynəyinin yaxasını açıb, alt paltarını çıxararaq qadını özüylə apardı. Qadının əri isə bütün bunları görsə də, sakitcə durub baxdı. Əri niyə belə reaksiya verdi?

18. Çayın sahilinə 2 balıqtutan gəlir. Sahildə 1 dənə qayıq olur və ancaq 1 nəfər minə bilər qayığa. Buna baxmayaraq hər iki balıqtutan sahili keçir. Necə?

19. Mart ayında həkimlərə çoxlu paraşütçülər gətirilir. Hətta yay vaxtı onların sayı bu qədər çox olmur. Paraşütçülərə xidmət gösətərən həkimlərə nə deyirlər?

20. XIX əsrdə Kanada pullarının üstündə şamanların və cadügarların cadusu yazılırdı. Niyə?

Sədəqə verməyin əhəmiyyəti

CAVAB: Allah rizası üçün edilən maddi və mənəvi hər yaxşılığa, sədəqə deyilir. Şeytan mane olsa da sədəqə vermək lazımdır. Bir ayəti-kərimə məali belədir:

“Şeytan kasıblaşarsınız deyə qorxudub sizə xəsisliyi, pis şeyləri əmr edər, sədəqə verdirmək istəməz. Allah isə öz lütfündən sizə məğfirət və bol nemət vəd edir. Allahın ehsanı genişdir, hər şeyi haqqıyla biləndir.” (Bəqərə, 268)

Sədəqənin faydaları haqqında, hədisi-şəriflərdə buyuruldu ki:

“Xəstələrinizi sədəqə ilə müalicə edin. Sədəqə, hər xəstəliyi və bəlanı dəf edər.”(Beyhəqı)

“Elmi olan elmindən, malı olan malından sədəqə versin.” (İbni Sünni)

“Yaxşılıq ömrü uzadar, sədəqə günahları aparar və pis ölümdən qoruyar.” (Tabərani)

“Sədəqə kibri yox edər.” (Tirmizi)

“Sədəqə verənin ruzisi artar və duası qəbul olar!” (İbni Macə)

“Sədəqə verməyə mane olana, lənət olsun.” (İsfəhani)

“Sədəqə, qəbir əzabından qoruyar. Qiyamətdə də himayə altına alar.” (Bəyhəki)

“Çətinliklərinizi sədəqə ilə önləyin.” (Deyləmi)

“Suyun atəşi söndürdüyü kimi, sədəqə də günahları yox edər.” (Tirmizi)

“Vallah, sədəqə verməklə mal azalmaz. O halda sədəqə verin!” (İ. Əhməd)

“Sədəqə malı artırar. Elə isə sədəqə verin.” (İbni Əbiddünya)

“Sədəqə 70 növ bəlanı önləyər. Bunların ən yüngülü cüzam və barasdır (dəri xəstəliyi).”(Hatib)

“Sədəqə şeytanın belini qırar.” (Deyləmi)

“Gizli verilən sədəqə, Allahın qəzəbini söndürər.” (Beyhəki)

“Sadəcə Allah rizası üçün sədəqə verənə, qiyamətdə Allahu təala, “Ey qulum, sən mənim rizamı istədin, mən də səni alçaq etmərəm və bədənini Cəhənnəmə haram qılaram. Hadi, Cənnətə istədiyin qapıdan gir” buyurar.” (Deyləmi)

“Az da olsa sədəqə verin. Pulu saxlayıb verməyənə, Allah da ehsanını kəsər.” (Müslim)

“Ruzisinin bol olmasını istəyən sədəqə versin.” (Deyləmi)

“Sədəqə verərək ruzinizi bollaşdırın.” (Beyhəqı)

“Sədəqə malı çoxaldar.” (İbni Adiy)

“Sədəqə verməkdə tələsin, çünki bəla sədəqəni keçə bilməz.” (Tabərani, Beyhəqı)

“Sədəqə verin. Çünki sədəqə Cəhənnəmdən xilas olmanıza səbəb olar.” (Tabərani)

“Bir xurma dənəsi də olsa, sədəqə olaraq verin, çünki o, az da olsa aclığı aparar və suyun atəşi söndürdüyü kimi günahları yox edər.” (İbni Mübarək)

“Günə başlayarkən sədəqə vermək fəlakətləri önləyər.” ( Deyləmi)

“Sədəqə, nafilə oruc tutmaqdan daha fəzilətlidir.” (Beyhəqı)

“Savabı Müsəlman ana atasına niyyət edilərək verilən sədəqənin savabı, onlara da gedər, öz savabından da bir şey azalmaz.” (Tabərani)

“Sədəqə olaraq verilən bir parça çörək, Allah qatında Uhud dağı qədər böyüyər.”(Tabərani)

Sədəqə vermək

Sual: Hər gün sədəqə vermək lazım imiş. Tapa bilməyən nə edər?

CAVAB

Rəsulullah əfəndimiz ilə Əshabı-kiram arasında belə bir söhbət keçir. Peyğəmbər əfəndimiz buyurur ki:

Hər Müsəlmanın sədəqə verməsi lazımdır.

– Ya Rəsulullah, heç bir şey tapa bilməyən kimsə nə edər?

– Çalışar, qazanar və sədəqə verər.

– Çalışacaq bir iş tapa bilməzsə nə edər?

Ehtiyacı olan bir kimsəyə hər hansı bir şəkildə kömək edər.

– Kömək ediləcək bir kimsə də tapa bilməzsə?

Hər hansı yaxşı bir iş etməsi (malım olsaydı mən də verərdim deməsi, birinə yol göstərməsi, yoldakı çətinlik verən bir şeyi qaldırması, ölümü xatırlaması, zərəri toxunmaqdan çəkinməsi, elm öyrənməsi və öyrətməsi kimi xüsuslar) da onun üçün sədəqədir. (Buxari, Müslim, Nəsai)

Kimə vermək lazımdır

Elm təhsili edilən yerlərə, ya zəkat, fitrə, əhd və əqiq, ya da sədəqə şəklində edilən kömək insanı qəzalardan bəlalardan qoruyar. Dünyada səhhət və afiyət içində bir ömür sürməyə səbəb olar. Ayrıca fərz olan cihad və elmin yayma savabına qovuşular. Beləcə kömək edən adam, həm dünyada həm də axirətdə çox böyük nemətlərə qovuşmuş olar. Elm yaymağın savabını Peyğəmbər əfəndimiz belə ifadə buyurur:

“Bütün ibadətlərə verilən savab Allah yolunda cihada verilən savaba görə, dəniz yanında bir damcı su kimidir. Cihad savabı da, əmri-maruf və nəhyi-anilmünkər savabı(dinin əmr və qadağanlarını öyrətmə) yanında, dənizə nisbətlə bir damcı su kimidir.” (Deyləmi)

Nələr sədəqədir?

Sual: Nələri etmək sədəqə olar?

CAVAB

Allah rizası üçün edilən hər yaxşılıq, sədəqədir. Hədisi şəriflərdə buyuruldu ki:

“Özünə və uşaqlarına xərclədiklərin birər sədəqədir.” (Beyhəqı)

“Hər yaxşılıq sədəqədir.” (Tirmizi)

“Gözəl söz sədəqədir.” (İ.Əhməd)

“Gülər üzlə salam vermək sədəqədir.” (Beyhəqı)

“Din qardaşına gülər üz göstərmək sədəqədir.” (Tirmizi)

“Bir ağacdan yeyilən və ya oğurlanan şeylər, o ağacı əkən üçün sədəqə olar.” (Müslim)

“Birinə yaxşı şeylər öyrətmək, pislik etməsini önləmək, soruşana yol göstərmək, küçədəki zərərli şeyləri təmizləmək, hamısı sədəqədir.” (Tirmizi)

“Hər kəsin oynaq qədər sədəqə verməsi lazımdır. Sübhanallah, Əlhəmdülillah, La ilahə illəllah və ya Allahu əkbər demək, sədəqədir. Yaxşılığı tövsiyə etmək, pisliyin qarşısını almağa çalışmaq sədəqədir. İki rükət quşluq namazı qılmaq isə bütün bunları qarşılayar.” (Müslim)

“Əmri-maruf, nəhyi-münkər etmək sədəqədir.” (Müslim)

“Gülər üz göstərmək sədəqədir.” (Deyləmi)

“Xəstənin nəfəs alıb verməsi sədəqədir.” (Hatib)

Məscidə gedərkən atılan hər addım da bir sədəqədir.” (İ. Əhməd)

“Ölümü xatırlamaq sədəqədir.” (Deyləmi)

“Borclu kasıba ödəməsi üçün möhlət verənin hər günü bir sədəqə olar.” (Tabərani)

“Yolunu itirmiş isə yol göstərmək bir sədəqədir.” (C.Saqir)

“Zövcünə qulluq sədəqədir.” (Deyləmi)

“Kəbinlisiylə birlikdə olmaq sədəqədir.” (Müslim)

“Haramdan çəkinənlə məsləhətləşmək sədəqədir.” (Deyləmi)

“Pislik etməkdən çəkinmək bir sədəqədir.” (İbni Əbiddünya)

“Borc vermək bir sədəqədir.” (Tabərani)

“Salam vermək sədəqədir.” (Buxari)

Verməkdən qorxmamaq lazımdır

Sual: Sədəqə verməkdə çətinliyin səbəbi nə ola bilər?

CAVAB

Bu xəsislikdən irəli gəlir. Xəsislik isə iman zəifliyindən və elmsizlikdən qaynaqlanır. Xeyrə verdiyi pulun boşa getdiyini zənn edər. Halbuki ona qat-qat mükafat verildiyini düşünə bilməz. Şeytan, insana gələr, xeyrə mane olmaq üçün vəsvəsə verər.

Peyğəmbər əfəndimiz, “And içirəm ki, sədəqə verməklə mal azalmaz, elə isə sədəqə verin!” buyurur. (İ. Əhməd)

Sədəqə verənin malının bərəkəti artar. Az malı çox iş görər. Hədisi-şərifdə, “Gizli, açıq çox sədəqə verin ki, ruziniz bollaşsın, köməyə məzhər olasınız və duanız qəbul edilsin” buyurulur. (İbni Macə)

Biz verdikcə Allah da bizə qat-qat artıq verər. Biz qısarsaq Allah da bizə verməyi azaldar.

Həzrəti Əbu Bəkirin qızı Əsma radiyallahu anhənin, “Ya Rəsulullah, ərim Zübeyrin verdiyi mehrdən başqa malım yoxdur. Sədəqə verimmi?” sualına Rəsulullah Əfəndimiz belə cavab verdi:

“Gücün nisbətində sədəqə ver, kisənin ağzını sıxma! Allah da sənin ruzini sıxar.” (Buxari)

Sidikdə qan

Sidikdə qan narahatlıq yaradan siqnaldır. Bir çox halda bu vəziyyəti törədən səbəblər zərərsiz olur. Ancaq bəzən hemoturiya, yəni sidikdə qan ciddi xəstəliklərin əlaməti sayılır.

Sidikdə qan – əsas əlamətlər

Hematuriya sidikdə eritrositlərin (qırmızı qan hüceyrələrinin) olması hesabına onun açıq çəhrayı, qonur, qırmızı rəng alması ilə təzahür edir. Adətən qanaxma ağrısız keçir. Az miqdarda qan sidiyi qırmızıya boyaya bilər. Qan laxta şəklində olduqda, ağrı hissi meydana çıxır. Sidikdə qan çox vaxt digər simptomlar olmadan müşahidə edilir.

Sidikdə qan necə əmələ gəlir?

Hematuriya zamanı böyrəklər və sidik yolları qan hüceyrələrinin sidiyə keçməsinə şərait yaradır. Bu problemi müxtəlif patologiyalar törədə bilər:

  • Sidik yollarının infeksiyası. Bakteriyaların sidik kanalından qalxan yolla keçməsi və kisədə bölünməsi ilə baş verir. Bu zaman yalançı çağırışlar, sidik ifrazı zamanı göynəmə, diskomfort hissi və qoxulu sidik müşahidə olunur.
  • Böyrəklərin iltihabı (pielonefrit). Bakteriyaların qan dövranı ilə və ya sidik axarından böyrəyə düşməsi nəticəsində əmələ gəlir. Simptomları sistit əlamətlərinə çox bənzəyir. Əlavə olaraq qızdırma və böyrək ağrısı da izlənilir.
  • Sidik kisəsi və ya böyrək daşı. Qatı sidiyin içindəki minerallar bəzən böyrək və ya sidik kisəsi divarlarında kristallar əmələ gətirir. Zamanla kristallar kiçik ölçülü sərt daşlara çevrilir. Daşlar bir qayda olaraq ağrı ilə müşayiət edilmir. Buna görə də kanalın tutulmadığı müddətdə insan onlardan xəbərsiz qalır. Daş böyrəkdən sidik axarına və ya axardan kisəyə keçdikdə mikroskopik və ya güclü qanaxma baş verə bilər.
  • Prostatın böyüməsi.Prostat vəzi sidik kisəsindən bir qədər yuxarıda yerləşir və sidik kanalının yuxarı hissəsini əhatə edir. Orta yaşlarda kişilərdə vəzin ölçüləri böyüyür. Sonra o, sidik kanalını sıxaraq, sidik axarını hissəvi şəkildə qapayır. Prostat hiperplaziyasının (böyüməsinin) əlamətlərinə sidik ifrazının çətinləşməsi, imperativ çağırışlar, sidikdə qan aiddir. Prostat vəzin infeksiyası (prostatit) da eyni əlamətlərə zəmin yaradır.
  • Böyrək xəstəlikləri. Mikroskopik hematuriya qlomerulonefritin ən xarakterik simptomudur. Qlomerulonefrit böyrəyin filtrasiya sisteminin iltihabıdır. Şəkərli diabet, virus, streptokokk infeksiyası, vaskulit, immun problemlər, nefropatiya kimi patologiyalar qlomerulonefritə səbəb olur.
  • Xərçəng. Sidikdə gözlə görünən qan böyrək və ya prostat xərçənginin əlaməti kimi meydana çıxa bilər. Təəssüflər olsun ki, bu xəstəliklərin erkən mərhələrdə tipik əlaməti yoxdur. Sidikdə qan xəstəliyin çox irəlilədiyindən xəbər verir.
  • Genetik pozğunlar. Oraqvari anemiya eritrositlərdəki hemoqlobinin defektidir. Bu zaman mikroskopik və ya bəlli səviyyədə hematuriya qeydə alınır.
  • Böyrəklərin travması. Böyrəklərdə hər hansı zərbə və ya zədələnmə sidikdə qan əmələ gətirə bilər.
  • Dərman preparatları. Xərçəngəleyhinə dərman olan siklofosfamid, penisillin qrupundan olan antibiotiklər, aspirin, heparin kimi antikoaqulyantların qəbulu hematuriyaya gətirib çıxara bilər.

Sidikdə qana rast gəlindikdə həkimə müraciət edilməlidir?

Qanlı sidik gördüyünüz vaxt həkim qəbuluna yazılmaq zəruridir. Bəzi preparatlar və qida məhsulları, məsələn çuğundur, giləmeyvələr sidiyin rəngini qırmızımtıl edir. Sidiyin rənginin qida, fiziki hərəkətlər və dərman preparatlarından dəyişməsi bir neçə gün ərzində öz-özünə keçib gedir.

Qanlı sidik isə tamam ayrı vəziyyətdir. İnsan onun fərqini adi gözlə seçə bilmir. Belə hallarda həkimlə məsləhətləşmək lazımdır.

Xülasə

Sidikdə qan görsəniz səbəbindən asılı olmayaraq mütləq uroloqa getməli və müayinələrdən keçməlisiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.