Uşaq bağı üçün necə ödəyə bilərəm
Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. “Elə təkcə bu statistika düşünməyə, çözüm yolları axtarmağa kifayət edir. Digər işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir”.
SON DƏQİQƏ: Azərbaycanda uşaq pulu bərpa edilir: aylıq 80 manat
Uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərimizi də artıq hökumətə təqdim etmişik.
BiG.AZ xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) zaman-zaman müxtəlif mövzularda hökümətə təkliflər təqdim edir və onların bir qisminə müsbət rəy verilib.
“Hazırda ölkəmizdə 17 yaşınadək olan uşqların sayı 2 milyon 614 min nəfərdir. Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.
Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.
Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir”.
Ekspert bildirib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir:
“Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görsənə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları və xərci qarşılaya bilər. Bunun belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğull proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”.
Uşaq bağı üçün necə ödəyə bilərəm?
01.07.2015 | 23:10
Oxunma sayı: 5471
Qanunda bir çoxumuzun bilmədiyi təfərrüatlar öz əksini tapıb.
Bəzi valideynlər sürücülər ilə mübahisədən qaçmaq üçün yaşından asılı olmayaraq, övladının da gediş haqqını ödəyirlər. Bəs “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları haqqında” qanuna görə, hansı yaş qrupunda olan uşaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər?
Son xəbərlər
- 09:20 | Mərkəzi Nəbatat Bağında monitorinq keçirildi – Fotolar
- 09:04 | Dizel supsidiyasi kəsildi, sərnisindaşımada vəziyyət daha da ağırlaşdı
- 09:01 | Paytaxt yeni həftəyə də tıxacla başladı
- 21.05.2023 23:47 | Bayden ona qarşı sanksiyaları ləğv edir
- 21.05.2023 23:10 | Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı – Fotolar
- 21.05.2023 22:45 | Türkiyə xaricində səs verənlərin sayı 1 milyonu ötdü
- 21.05.2023 22:19 | Ukrayna Baxmutun bir sıra mövqelərini geri qaytardı
- 21.05.2023 21:47 | İsveçrə səfiri İran XİN-ə çağırıldı
- 21.05.2023 20:52 | Mehriban Əliyeva gimnastlarımızı təbrik etdi
- 21.05.2023 20:39 | Adil Əliyev Naxçıvandakı “N” saylı hərbi hissəni ziyarət etdi – Fotolar
- 21.05.2023 19:55 | Azərbaycanın bədii gimnastika üzrə komandası Avropa çempionu oldu
- 21.05.2023 19:23 | Şüvəlanda azyaşlı su anbarına düşərək öldü
- 21.05.2023 19:17 | Prezident və xanımı Litvaya rəsmi səfərə getdi
- 21.05.2023 19:13 | Əhməd Obalı və oğlunu ABŞ-də ölümcül döydülər – Video+Yenilənib
- 21.05.2023 19:10 | Ağstafada naməlum kişi meyiti aşkarlandı
- 21.05.2023 18:38 | II ixtisas qrupu üzrə test tapşırıqlarının düzgün cavabları açıqlandı
- 21.05.2023 18:05 | Putin Baxmuta görə onları təbrik etdi
- 21.05.2023 17:35 | “Azerçay” Beynəlxaq Çay Günü münasibətilə silsilə tədbirlər həyata keçirir
- 21.05.2023 17:08 | “Baxmutun azad edilməsi başa çatıb” – Rusiya MN
- 21.05.2023 16:32 | Vaksin olunanların sayı açıqlandı
- 21.05.2023 16:31 | Yoluxanların sayı açıqlandı
- 21.05.2023 16:25 | Sahibkarlarla növbəti görüş Qax rayonunda keçiriləcək
- 21.05.2023 16:20 | Kafeyə qumbara atan şəxs Bakıda gizləndiyi evdə zərərsizləşdirildi – Video
- 21.05.2023 16:16 | Zelenski bu məsələdə Baydenə söz verdi
- 21.05.2023 16:01 | Müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır
- 21.05.2023 15:55 | Sülh formulu sammiti bu tarixdə baş tuta bilər
- 21.05.2023 15:05 | Bu abituriyentlər yay qəbul imtahanlarına buraxılmayacaq
- 21.05.2023 14:52 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – 17 nəfər təxliyə edildi+Video
- 21.05.2023 14:45 | Naxçıvanda ağır qəza – Ölənlər var
- 21.05.2023 14:32 | Bu beş tərəvəz xərçəng riskini azaldır
- 21.05.2023 14:14 | Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
- 21.05.2023 13:48 | G7 sammiti başa çatdı
- 21.05.2023 13:25 | İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı verdi
- 21.05.2023 13:01 | Sabah 27 dərəcə isti olacaq
- 21.05.2023 12:46 | Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə 4 medal qazandı
- 21.05.2023 12:12 | “Georgian Airways” Gürcüstan Prezidentini təyyarəyə buraxmayacaq
- 21.05.2023 11:55 | Rusiyanın təhsil nazirinin müavini səfərdən qayıdarkən öldü
- 21.05.2023 11:43 | El Salvadorda stadionun girişində izdiham – Ölən və yaralananlar var
- 21.05.2023 11:11 | Ukrayna Prezident Ofisi Baxmutun ələ keçirildiyini təkzib etdi – Yenilənib
- 21.05.2023 11:02 | Tovuzda 13 yaşlı qız itkin düşdü
- 21.05.2023 10:45 | Bayden və Zelenski görüşdü
- 21.05.2023 10:31 | Türkiyədə zəlzələ oldu
- 21.05.2023 10:17 | Celal Şengörü həyat yoldaşına şikayət etdi – Bakıda maraqlı anlar
- 21.05.2023 09:49 | “Bunu etmək Fransa üçün şərəf məsələsi idi”
- 21.05.2023 09:09 | Bu gün imtahan var
- 20.05.2023 23:48 | Sudanda toqquşmalar zamanı ölənlərin sayı 1000-ə yaxınlaşır
- 20.05.2023 23:19 | “Mançester Siti” İngiltərə Premyer Liqasının qalibi oldu
- 20.05.2023 22:45 | “Baxmut tam nəzarətə götürüldü” – Priqojin
- 20.05.2023 22:28 | Dua Lipa 14 yaş böyük sevgilisi ilə Kann Festivalında – Fotolar
- 20.05.2023 21:55 | Baxmutda vəziyyətin kritik olduğu bildirildi
Uşaq bağçaları necə olmalıdır? – Dünya ölkələri ilə müqayisəli təhlil
Uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağçadan, məktəbdən asılıdır. Azərbaycanda uşaq bağçaları ilə bağlı qəribə bir hal yaşanır. Bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibindədir. Həmin qurumun əlçatmaz olması isə hamıya məlumdur. Bir problem yarananda Təhsil Nazirliyi BŞİH-in, BŞİH Təhsil Nazirliyinin üstünə atır.
Günü-gündən bağçaya olan tələbatların artması yeni bağçaların tikilməsi əvəzinə mövcud bağçalarda geniş otaqların ikiyə bölünməsi hesabına yeni qrupların yaradılması ilə nəticələnir. Məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Normal bağçalarda idman zalı, musiqi, məşğələ otağı, həyət olmalıdır. Bu günləri isə istər özəl, istərsə də dövlət bağçalarının əksəriyyətində otaqlar iç-içə, havasızdır. Yataq otaqlarında isə uşaqlar burun-buruna yatır. Hətta bir yataqda ayaq-baş iki uşağın yatma hallarına belə rast gəlinir.
Dünyada uşaq bağçaları necədir?
ABŞ-da valideynlər öz övladlarını evdə, uşaq bağçalarının yardımı olmadan tərbiyə etməyə çalışır. Bağçalar ancaq işləyən ailələr üçün aktualdır. Ailələr üçün müxtəlif zövqə və maddi duruma uyğun bağça tapmaq çətin məsələ deyil.
Amma hər bağça bir sahə üzrə ixtisaslaşıb:biri uşaqların rəsm qabiliyyətini inkişaf etdirir, digəri intellektual inkişafı üçün səfərbər olur. Elə bağçalar var ki, orada yalnız cizgi filmləri göstərirlər. Uşaq bağçası valideynə 1000 dollara başa gəlir.
Nəzərə alaq ki, Amerikada orta aylıq məvacib 3.7 min dollardır. Aylıq bağça pulunun 150-200 dolları bağçadakı bəzi dərnəklərə sərf olunur. Bütün bağçalar üçün vahid bir qayda var: bir pedaqoq uşaqla 2,6 yaşdan 5 yaşa qədər məşğul olur və qrupda 5-dən artıq uşaq olmamalıdır. Kiçik qruplarda isə 2 körpəyə 1 müəllimə ayrılıb.
Amerika bağçalarında isə uşaqların oynaması üçün qum meydançası bir qayda olaraq yoxdur. Səbəb bağça rəhbərliyinin həmin meydançanın və dolayısı ilə bağçanın təmizliyi üçün əlavə ştat ayırmaq istəməməsidir.
Yaponiyada uşaq bağçasına düşmək çətindir. Orada uşaq bağçaları ilə birbaşa meriya məşğul olur. Bağçada keçirilən hansısa bayram üçün valideynlər müxtəlif məbləğ ödəyir: 20 dollardan 400 dollara qədər. Bu, ailənin maddi gəlirindən asılı olan durumdur. Qruplarda 20 uşaq və bir müəllimə olur. 3 yaşdan böyük uşaqlar üçün bağçada idman və rəqs dərnəkləri olur, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənirlər. Yaponiyanın bağçalarında uşaq oyuncaqları olmur, orda uşaqlar yatmırlar. Uşaqları bağçadan günorta saat 2-də götürürlər. Bağça müddətini uzatmaq istəyənlər bunun üçün ayrıca pul ödəyirlər.
Naharı isə bağça vermir, valideyn evdən gətirir. O ki qaldı, uşaqların şəxsiyyət kimi formalaşdırılmasına, burada da ilginc nüanslar var.
Yaponlar uşaqların bağçada fərqləndirilməsinə imkan vermirlər. Hansısa uşaq lider xüsusiyyətlərini nümayiş etdirmək istəyirsə, ona “sən digərlərindən heç də yaxşı deyilsən” deyilir.
Yaponiyada iki cür bağça var: 1. xoikuen – bu, bir qayda olaraq dövlət bağçasıdır və 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. 2. Etien – özəl bağçalardır və 3 yaşdan böyükləri nəzərdə tutur.
Əhalisinin sayı çox olan rayonlarda dövlət bağçasına uşaq yazdırmaq Azərbaycanda olduğu kimi, olduqca çətindir. Ona görə də uşaqların yerləşdirilməsi ilə daha çox meriya məşğul olur. Məhz meriyada valideynin bağça üçün ödəyəcəyi aylıq ödəniş müəyyənləşdirilir. Hər valideyn öz aylıq məvacibinə uyğun olaraq ödəmə həyata keçirir. Bağçanın aylıq qiyməyi 2000 yen (20$) də, 40000 yen (400$) və hətta daha çox olar bilər. Orta hesabla yaponlar bağçaya ayda 300 dollar ödəyir.
Qonşu Türkiyədə isə uşaqları bağçaya 3 yaşından etibarən götürürlər. Orada əsas diqqət uşaqların açıqca, şəkillər hazırlamasına ayrılır. Bağçalarda təhsilə daha az önəm verilir, əsasən əyləncəli məşğələlər keçirilir.
Valideynlər yeməyi evdən qoyur. Dövlət bağçalarında aylıq ödəniş 60-200 dollar, özəl bağçalarda isə – 350-800 dollardır. Türkiyə bağçalarında uşaqların gündəliyi də olur ki, müəllimə uşağın durumu, davranışı ilə bağlı ora qiymətləndirmə edir.
Azərbaycanda bəs?
Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. “Elə təkcə bu statistika düşünməyə, çözüm yolları axtarmağa kifayət edir. Digər işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir”.
Azərbaycanda bağçaya gedən uşaqların sayı 2012-cü ildə 30 faiz idisə, indi bu rəqəm 17 faizə düşüb.
“Ölkədə uşaq bağçalarında çalışmaq üçün mütəxəssislər əsasən pedaqoji universitetlərdə və bir sıra texnikumlarda hazırlanır. Ancaq kadrların hazırkı hazırlıq səviyyəsi beynəlxalq standartlara cavab vermir”.
Azərbaycanın təhsil sahəsində problemlərin həll edilməsi üçün müxtəlif islahatlar həyata keçirilir. Bəzi şöbələr ləğv edilir, bəzi qurumlar birləşdirilir. Guman edək ki, məktəblərdə həyata keçirilən islahatlar bağçalara da siraət ediləcək. Çünki uşaqlar bağçadan sonra məktəb həyatına qədəm qoyurlar.
Comments are closed, but trackbacks and pingbacks are open.