Press "Enter" to skip to content

Uşaqların uşaq bağçasında pulsuz nahar etməsini necə təşkil edə bilərəm?

Oyunda uşaqlar xüsusi olaraq yaradılan şəraitdə yaşlıların fəaliyyətinin və onlrın arasındakı münasibəti təsvir edirlər.

Uşaqlarda onurğa sütununun əyrilikləri. SƏBƏBLƏR, PROFİLAKTİKA

5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur.

Həkimlər qeyd etdiyinə görə, hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə – “sağlam onurğa – sağlam insan deməkdir” ifadəsini işlətmirlər. Profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.

Müayinə zamanı uşağınızın onurğa sütununda hər hansı bir patoloji əyrilik aşkar edilərsə, onu tezliklə müalicə etmək məsləhət görülür.

Onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Erkən yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox təsadüf edilən səbəblərindən biri hesab edilir. Körpələrdə raxitin profilaktikası – düzgün (yaxşı olar ki, təbii) qidalanma, günəş vannaları, müalicəvi idman və masajdan ibarətdir. Raxit xəstəliyinin əsas əlamətləri – tərləmə (uşaqda əsasən baş hissə çox tərləyir), uşaqda olan narahatlıq hissi və s. Bu əlamətlər olduğu halda, müayinə və müalicə təyin edilməsi məqsədi ilə mütləq pediatra müraciət etmək lazımdır. Raxitin müalicəsi vaxtında başlanarsa, sümük və əzələlərdə struktur dəyişiklikləri baş verməyəcək.

Kiçik yaşlı uşaqlarla onurğa sütununun sağa və sola əyilməsi bir çox digər hallarda da baş verə bilər. Məsələn, uşağı həmişə qucağınızda eyni tərəfdə gəzdirirsinizsə, uşaq hələ sərbəst oturmağı bacarmadığı zaman onu yasdıqlara söykədib otuzdurursunuzsa, uşağı erkən olaraq ayaq üstə dayandıraraq onu gəzdirməyə çalışırsınızsa, gəzinti zamanı hər dəfə onun eyni əlindən tutursunuzsa, yumşaq yataqda yatızdırırsınızsa və s. hallarda.

Xüsusilə zəifləmiş (vaxtından qabaq doğulmuş, tez-tez və uzun müddət xəstələnən) uşaqlarda göstərilən hallarda onurğa sütunu daha asanlıqla əyilir. Təəssüf ki, müasir uşaqların əksəriyyəti, demək olar ki, iməkləmir, oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin məhz iməkləmə bel əzələlərini çox yaxşı möhkəmləndirərək iri yaşlarda onurğa sütununun əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna ğörə də valideynlər hər vasitə ilə uşağı iməkləməyə meylləndirməlidirlər.

Məktəb yaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Əksər hallarda onlar çiyinlərini sallayaraq, ayağını sağrısının altına qoyaraq çanağın bir tərəfini qaldıraraq, bəziləri əllərini stulun arxasına keçirərək, bədənini yana çevirərək və s. düzgün hesab edilməyən vəziyyətlərdə otururlar. Bütün bunlar qeyri-düzgün oturaq vəziyyətləri hesab edilərək onurğa sütununun əyriliyinə gətirib çıxara bilər.

Uşağın qeyri-düzgün vəziyyətdə oturmasına səbəb, məsələn, xeyli meylli şəkildə sağa və ya sola qoyulmuş dəftər ola bilər. Ona görə də dəftərin düzgün istiqamətdə qoyulmasına da fikir verin. Yazı yazarkən qollar dirsəyə qədər stolun üstündə olmalıdır.

Bəzən uşağın ev tapşırığı yazarkən stol arxasında düzgün oturmamasına səbəb mebelin onun boyuna uyğun gəlməməsi də ola bilər. Boyu 130-139 sm olan məktəbli üçün stolun hündürlüyü 62 sm, stulun hündürlüyü isə 38 sm olmalıdır. Məktəblinin boyu 140-149 sm olarsa, stolun hündürlüyü 68 sm, stulun hündürlüyü isə 41 sm olmalıdır. Əgər stol uşağa görə çox hündürdürsə, stulun üstünə qalın taxta parçası, ayaqlarının altına isə kiçik taburet qoyulmalıdır.

Uşağın qolları dirsəyə qədər onun üzərində rahatlıqla yerləşə bilməsi üçün, stol kifayət qədər geniş olmalıdır.

Yazı yazarkən otağın kifayət qədər işıqlı olmaması səbəbindən də uşaq dəftər üzərinə daha çox əyilə bilər. Uşağın rahatlığı üçün ona 40-50 vt gücündə lampası olan abajurlu stolüstü lampa (yaşıl rəngdə olması daha məsləhətdir) almaq daha yaxşı olar. İşığın soldan düşməsinə də şərait yaratmaq lazımdır.

Əgər stol və stulun ölçülərinin uşağın boyuna uyğun olması və işıqlanmanın da normal şəkildə verilməsinə baxmayaraq, uşaq oxuyarkən və ya yazı yazarkən yenə də qabağa xeyli əyilirsə, onu mütləq göz həkiminə göstərin. Həkim uşaqda görmə qabiliyyətini müayinə edərək, yazı yazarkən və ya oxuyarkən qabağa əyilmənin səbəbinin yaxıngörmə – miopiya olub-olmamasını yoxlaya bilər. Görmə qabiliyyəti çatışmazlıqlarının vaxtında aradan qaldırılması gələcəkdə bel donqarı baş verməsinin qarşısını almış olar.

Uşaq yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət etmək lazımdır. Düzgün vəziyyətdə döş və qarın hissələr sıxılmamalı, ayaqlar düzbucaq altında bükülməli, pəncələr döşəməyə və ya kiçik taburetə, uşağın düz vəziyyətdə saxlanmış bədəni isə stulun söykənəcəyinə dayadılmalıdır. Stul da stola yaxın olmalıdır.

Uşağın onurğa sütunu və döş qəfəsi formalarının dəyışılməməsi, deformasiya olunmaması üçün onun ayaq üstə olarkən də düzgün duruşuna diqqət yetirmək lazımdır. Bəzi uşaqlar bir ayağını kənara çəkib dizini qatlayaraq o biri ayağının üzərində durur, bəziləri isə qarnını irəli verməklə onurğasını əyir. Qızlar isə bir çox hallarda çiyinlərini qabağa verib bədənlərini önə doğru əyirlər.

Uşağın düzgün fiziki inkişafı – onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.

Su da möcüzələr etməyə qadirdir. Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır.

Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar.

Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir.

Bədən tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı tapşırıqlarını növbələşdimək lazımdır. Məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə yetirilən tapşırıqlar arasında uşağa müəyyən fasilələr vermək də xeyirli hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsini yerinə yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını davam etdirməlidir.

Uşağın yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.

Saglamolun.Az

Erkən Uşaqlıq Dövründə İnkişaf

Portal BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Erkən uşaqlıq dövründə inkişaf” (EUDİ) layihəsi çərçivəsində hazırlanıb.

Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili

Uşaqların şəxsiyyət kimi formalaşmasında oyun,təlim və əməkdə tərbiyəsi mühüm əhəmiyyət daşıyır.Məktəbəqədər yaşlı uşaqların ilkin fəaliyyəti oyunla bağlı olub onların bu prosesdə həyati dərk etmək,cisim və hadisələrlə tanış olmaq,materialların xassələrini,rəngini,formasını,canlı və cansız aləmlə bağlı biliklər qazanmaq imkanı öyrənmədə əldə edirlər.Makarenkonun yaxşı oyunu həmişə iş səyi olması fikri məntiqi cəhətdən əhəmiyyət kəsb edərək onların (oyun-əmək) heç də eyni mahiyyət daşıması qənaətində olmamışdır.Oyun və əmək öz xarakteri,məzmunu,yaranma səbəbləri və maraqlara görə fərqli olmuşdur.

Oyunda uşaqlar xüsusi olaraq yaradılan şəraitdə yaşlıların fəaliyyətinin və onlrın arasındakı münasibəti təsvir edirlər.

Əmək prosesində işə həmişə qarşıya məqsəd qoyulur.Buna görə müəyyən vasitələr axtarılır,hərəkətlərin ardıcıllığı düşünülür,sonda nəticə əldə olunur.Burada güman olunan situasiya yoxdur,uşağın hər bir addımı real xarakter daşıyır.Çünki uşaq qarşıya qoyduğu məqsədyönlü fəaliyyətə uyğun olaraq hər hansı materialı dəyişmək üçün konkret əşyalarla iş görür.

Oyun uşaqlara da çox sevinc bəxş etsə də,heç bir zahiri nəticə vermir.Bundan başqa oyun və əmək prosesində tərbiyəçinin uşaqlar arasında qarşılıqlı münasibətin formalaşmasında keyfiyyət baxımdan müxtəliflik vardır.Uşaq üçün oyun bir fəaliyyət növü olub,onu daim özü inkişaf etdirir.Tərbiyəçi əsasən müşahidə rolunda olub,uşaqların təklifləri ilə daim hesablaşır,çox vaxt sadəcə iştirakçı olmur.Oyun fərdi və ya başqa uşaqlarla ünsiyyətdə həyata keçirilir.Oyun özünün hər hnsı inkişaf mərhələsində başa çatdırıla bilər.bu hç dəoyunun əhəmiyyətinə xələl gətirməz.Çünki istənilən vaxt həmin oyuna yenidən qayıtmaq mümkündür.

Oyundan fərqli olaraq əməyin əsas mənası isə həmişə son nəticəyə malik olmasıdır.M.Qorki qeyd edir ki,”Oyun uşaqların yaşadıqları və dəyişməli olduqları aləmi dərketmə yoludur”.

Oyun və əmək uşaqlarda fiziki və əqli inkişafını,psixoloji xüsusiyyətlərini formalaşdıraraq,onlarda fikir fəallığı iradi səy reallaşdırır.Problemlə əlaqədar olaraq tədqiqat aparan alimlər (L.Ş.Veqotski,A.N.Leontev,T.L.Faradkina,A.P.Usova,A.İ.Sorokina,Ə.Həşimov,İ.Ağayev,Ş.Ağayev,İ.Musayev və s) tərəfindən oyunun uşaq şəxsiyyətində rolu müəyyənləşdirilmişdir.Oyun və əmək uşaqlar üçün fəallıq,yaradıcılıq,məqsədyönlü fəaliyyət kimi şərtləndirilərək tərbiyədə başlıca vasitədir.

Uşaq oyunları rəngarəngliyinə məzmununa,təşkilinə,xarakterinə və görə bir çox cəhətinə müxtəlif növlərə bölünür.

Pedaqoji ədəbiyyatda məktəbəqədər yaş dövrü üçün oyunları yaradıcı və qaydalı olmaqla iki qrupa bölüblər.

Yaradıcı oyunları adətən uşaqlar öz təfəkkürləri nəticəsində düşünülərək həyata keçirilir.Uşaqlar həyat hadisələri,müşahidələri düşünərək ona uyğun şəkildə oyuna gətirirlər.Tərbiyəçi belə oyunlarda müvafiq rol verməklə təqlid etmələrinə şərait yaradır.

Qaydalı oyunlar tərbiyəçi tərəfindən keçirilir.Oyunun məzmunun və qaydalarının mürəkkəbliyindən asılı olaraq yaşa uyğun prinsipi əsasında qaydalı oyunlar qruplaşdırılır.Xalq oyunları da bu qəbildəndir.

Qaydalı oyunlarda öz nöbəsində mütəhərrik və didaktik olur.

Mütəhərrik oyunlarda əsasən hərəkilik üstünlük təşkil edir:tutmaq,atmaq,qaçmaq və s.

Didaktik oyunlarda əsas tələb təlim məqsədilə bağlı oynayanın qarşısında əqli vəzifə qoymaqdır.Bu zaman baş verən dəyişikliklərdə səbəb və nəticəni bildirən bilikləri aşılamaqla öyrədici (təhsildə) xarakter daşıyır.Tədqiqatçıların fikrinə görə uşaq hər şeyi təlim fəaliyyəti əl ilə yoxlamalı,onu iyləməli,on dəfələrlə onu nəzərdən keçirməli və on dəfələrlə onun adını təkrar etməlidir.

Didaktik oyunun mühüm xüsusiyyəti qaydalı olmasındadır.Yəni,planlı,mütərəkkil,məqsədyönlü həyata keçirilməlidir.Qaydalar müxtəlif olur.Onlardan biri oyun fəaliyyətini və ardıcıllığını təmin edirsə,digər qayda oyuncaqlara uşaqların münasibətini tənzimləyir.

Xarakterinə görə didaktik oyunlar üç qrupa bölünür:

1.Oyuncaqlarla oyunlar;

2.Stolüstü çap oyunları;

3.Şifahi oyunlar.

Oyuncaqlarla oyunlar uşaqların həmin əşyalarla bağlı xüsusiyyətləri qavramaqdan ibarətdir.Stolüstü oyunlar əyanilik prinsipinə əsaslanır.Məsələn:İlin fəsilləri” oyunu uşaqları təbiət hadisələri,fəsillərin xüsusiyyətləri ilə tanış edir.Şifahi oyunlarda uşaqlar öz təsəvvürlərindən istifadə edirlər.Bu oyunlarda məktəbəhazırlıq qrupların uşaqları iştirak edirlər.Belə oyunların motivi verilən suallara müvafiq olaraq sürətlə cavabların verilməsidir.

Tapmacalar şifahi oyunlar üçün xarakterikdir.

Didaktik oyunlara verilən pedaqoji tələblərdə yaşauyğunluq,qarşıya qoyulan vəzifələrin tədricən mürəkkəbləşdirilməsi cisim və hadisələrdə eyni,oxşar və fərqli cəhətlərin,müqayisənin aparılması,nəticənin çıxarılmasına bacarmaq,əlamətlərə görə ayırmağı bacarmaq və s.

Didaktik oyunların keçirilməsi üçün müvafiq metodik yanaşmanın xüsusiyyətləri nəzərə alınmalıdır.

Şən əhvalın yaradılması,bütün uşaqların iştirakını təmin etmək.

Yaradıcı oyun süjütli,rollu,dramlaşdırılmış oyunu və tikinti quraşdırıcı (konstruktor) oyunu əhatə edir.Oyunun quruluşu çox cəhətlidir.Oyunun təsiri ilə uşaqlarda xarakterik xüsusiyyətlər keyfiyyətcə inkişaf edir.bura daxildir:məqsəd qoymaq,onu həyata keçirmək əzmi,motiv,planlı hərəkət etmək,nəticədən sevinmək (və ya kədərlənmək) kimi hallar onları düşünməyə,dərk etməyə sövq etdirir.

Əmək prosesi məqsədyönlü olduğu üçün məşğələlərin imkanlarından istifadə etmək zərurəti yaranır.Məsələn:süfrə salmaq,təbiətdəki müxtəlif əmək prosesləri,şitilin,toxumların əkilməsi məşğələ formasında həyata keçirilir.Əmək məşğələləri idrak məzmunu daşımalı,uşaqlar tərbiyəçinin tapşırıqlarını dəqiq icra etməli,onlara görüləcək işlər göstərməli və izah edilməlidir.

Uşaqların məşğələlərindəki təlim ilə əmək arasında müəyyən fərq mövcuddur.Məşğələlərdə uşaqların fəaliyyəti bütovlükdə tərbiyəçi tərəfindən istiqamətləndirilir.Əmək prosesində tərbiyəçi uşaqları öyrədir.ancaq fəaliyyət zamanı əməkdaşlıq yaranmır.Məsələn:Beş yaşlı uşaqlar noxud əkirlər,tərbiyəçi əvvəlcədən uşaqların sayına görə ləklərdə çubuqlar basdırır.Uşaqlar əmələ gəlmiş çuxurlara noxud dənəsi qoyub,torpaqla örtürlər (torpağın necə tökülməsi uşaqlara göstərilir).Bundan sonra noxud dənəsi əkilən yeri suvarırlar.İşin fərdi təşkili zamanı hər uşaq bir noxud dənəsi əkir,bu proses bir neçə saniyə çəkdiyi üçün uşağın səyi lazım gəlmir.

Məşğələlərdə əmək tərbiyəsi zamanı uşaqlar yaşlıların fəaliyyəti ilə tanış edilir.

Pedaqoji və psixoloji tədqiqatlar göstərir ki,uşaqlara biliklər müəyyən ardıcıllıqla verildikdə,gerçəkliyin və ya hadisələrinin əsas qanunauyğunluqları onlar üçün asan,anlaşıqlı şəkildə aydınlaşdırdıqda onların mənəvi və əqli inkişafında ciddi dəyişikliklər baş verir.Məktəbəqədər müəssisələrdə uşaqların əməyi bir fəaliyyət kimi təşkil edilir.Tədricən nəticə ilə tamamlanan fəaliyyət oyundan ayrılır.Bu fəaliyyət məşğələlərdən seçilir və müstəqil əhəmiyyət daşıyır.Məktəb təliminə hazırlıq üçün bu iradi keyfiyyətin müstəqil fəaliyyətin uşağın gələcəkdə gücü daxilində öhdəsinə düşən vəzifələrin müntəzəm yerinə yetirmə qabiliyyətinin tərbiyəsində mühüm şərtdir.Bununla da uşaq məktəbin onun qarşısına qoyduğu daha çətin işlərin icrasında dözüm nümayiş etdirməyə hazır olduğunu nümayiş etdirmiş olur.

Məktəbəqədər kiçik yaşda uşaqların əməyin əsas məzmunu gündəlik həyatda özünəxidmətdən ibarətdir.Uşaq kiçik yaşlarından özünəxidmət vərdişlərinə yiyələnməklə özünü müstəqil etməklə,yaşlılardan asılılığı olmur.Özünəxidmət üçün səy və fikrin cəmləşdirilməsi tələbi uşaqlar üçün çətinlik törədir.Bəzən bu yaşda uşaqlar əməkdən daha çox özünəxidmət prosesində oyun obrazı maraqlandırır.Oyun vasitəsilə uşaqlar vərdişə yiyələnir hərəkətlərində inam yaranır.Formalaşan vərdişlər imkan verir ki,uşaq müstəqil olaraq əl-üzünü yusun,geyinsin,xörəyini yesin.Qeyd olinan yanaşma özünəxidmət vərdişlərinin formalaşmasında məqbul variant deyil.Çünki burada proses hər hansı nəticə verməyən oyun priyomlarına gətirib çıxara bilər.Düzgün təlim uşağın gündəlik olaraq özünəxidmətlə əlaqədar olan ilk əmək vərdişlərinin formalaşması prosesində hərəkətin göstərilməsinə,müstəqil surətdə geyinmək,əl-üz yumaq təşəbbüsnün həvəsləndirilməsinə,onların büyün,ən kiçik uğurlarının qryd edilməsinə diqqətin artırılması vacibdir.

Məktəbəqədər orta yaşda uşaqların müstəqil əmək fəaliyyətini axıra qədər davam etdirə bilbirlər.Bir çox hallarda əməyin məzmunu onları oyun fəaliyyətinə gətirir.Bu yaşda olan uşaqların oyununda əmək prosesi epizodik xarakter daşıyaraq,onların şəxsi təşəbbüsü ilə yaranır.Nə qədər ki,uşaqlarda əmək alətlərdən istifadə etmək qabiliyyəti formalaşmır,onlarda oyun fəaliyyəti üstünlük təşkil etmış olar.Biz aləətləri müvafiq materialları uşaqlara təqdim edərkən onlar prosedual xarakterli iş göməyə başlayırlar.Yəni çəkicdən məqsədəuyğun olaraq nəyi isə mıxlamaq deyil stola çırparaq ritmik səslər almaqla ondan oyun vasitəsi kimi faydalanmağa üstünlük verirlər.Bu cür yanaşma qanunauyğun sayılmalıdır.Çünki uşaqlar alət və materialların xassə və keyfiyyətləri ilə əlaqədar müvafiq biliyə malik olmadıqları üçün maraqlarına uyğun olan oyun fəaliyyətinə sövq edirlər.Uşaqlar alətlərlə işləmə vərdişlərini aşıladıqca və materiallardan praktik şıkildə isrifadə etməyi öyrəndikcə prosessual oyun hərəkətləri tədricən az müşahidə edilir.Nəticədə oyun və əməyin əməyin qarşılıqlı münasibəti dəyişir.Əmək üstünlük təşkil etməyi olur.Tərbiyəçi qeyd olunan dəyişikliyi daim diqqətdə saxlamalıdır.Əgər uşaq əmək alətindən yalnız oynayırsa,demək müvafiq vərdişə yiyələnməmişdir.Onda tərbiyəçi lazımi bacarıq aşılamaq üçün səmərəli yollar axtarmalıdır.Məsələn:Uşaqlara əriştə düzəltmək üçün qayçı ilə kağız zolaqalrını kəsmək təklif olunur.Təkrarlanan bu hərəkət öz nəticəsini verir.Yəni uşaqlar qayçını tutmaq,açıb-bağlamaq,kəsmə vərdişlərinə yiyələnirlər.

Tərbiyəçi uşaqları ruhlandıraraq deyir:gör nə qədər əriştə var,ondan oyunda istifadə etmək xörək bişirmək,gəlincikləri qonaq çağırmaq olar.Demək hər hansı vərdişin mənimsənilməsini tərbiyə etmək üçün eyni hərəkətlərini dəfələrlə təkrar olunmalıdır.Brlə hərəkətlərə oyun xarakteri verməklə gözlənilən nəticə hasil olur.

Əmək və oyunun qarşılıqlı əlaqəsi mühüm vasitə kimi uşaqları əməyə maraq yaratmağa təhrik edir.Məsələn:Oyuncaq düzəltdikdə (əmək) uşaqlar oyun üçün lazım olan əşyaları seçmək istəyi ilə məqsədli fəaliyyətə maraq göstərirlər.Məktəbə hazırlıq qrupunun uşaqları nazik kartondan kiçik vaqonlar düzəldərək onlara təkər yapışdırıb oynamağa başlayırlar.Burada yaradıcı əməyin nəticəsi olan hazırlanan oyuncaqları düzəltməyə şagirdlərin marağı onlardan istifadə edib tez bir zamanda oynamaqadır.

Uşaqlar düzəltdikləri əşyaların sosial əhəmiyyətini dərk etdikdən sonra öz əmək məhsullarına ciddi yanaşmalı olurlar.Buna baxmayaraq düzəltdikləri oyuncaqları öz gələcək oyunların üçün lazım olduğunu da dərk edirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.