Üç dəniz arxasına səyahət
istifadə edirdilər. Xüsusilə Volqa, Dnepr, Qərbi Dvina və onların qolları yayda gəmilər və sallarla, qışda isə xizəklə
Üç dəniz arxasına səyahət
Azərbaycan insanların qədimdən məskunlaşdığı ərazilərdən biridir. Onun ərazisində tarixən mövcud olmuş dövlətlərdə elmin, sənətin, təsərrüfatın inkişafına, ətraf ölkələrlə ticarət əlaqələrinin qurulmasına mühüm əhəmiyyət verilmişdir. Bunlar isə ölkənin və qonşuların daim öyrənilməsi ilə mümkün ola bilərdi.
Azərbaycan haqqında ilk yazılı məlumat verən qədim yunan alimi Strabon olmuşdur. Eramızın əvvəllərində yaşamış alimin “Coğrafiya” adlı kitabında Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumatlara rast gəlinir. Strabonun verdiyi məlumatlara görə Kür-Araz ovalığının məhsuldar torpaqlarından istifadə etmək üçün suvarma kanalları çəkilmişdir.
Eratosfenin xəritəsində Xəzər dənizi, Qafqaz dağları, Kür çayı təsvir olunur. K.Ptolomeyin xəritəsində isə bu obyektlərlə yanaşı, mövcud olan şəhərlər də göstərilir. Burada Xəzər dənizi qapalı
su hövzəsi kimi verildiyindən dəqiq xəritə hesab oluna bilər.
Ərəb səyyahları və coğrafiyaşünaslarının əsərlərində də Azərbaycan ərazisi, əhalisi, təsərrüfatı və şəhərləri haqqında zəngin məlumatlar vardır.
Nəsirəddin Tusi 1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur. Burada o, məlum olan məntəqələrin koordinatlarını müəyyən etmiş, astronomik hesablamalar aparmış, Yerin fırlanmasını sübut etmişdir.
XV əsrin 60-70-ci illərində rus taciri Afanasi Nikitin Rusiyadan Hindistana səyahəti zamanı Qafqazda olmuş, Bakı, Şamaxı və digər yaşayış məntəqələri haqqında məlumatlar toplamışdır. Onun “Üç dəniz arxasına səyahət” əsərinin əlyazmaları ölümündən sonra yoldaşları tərəfindən Moskvaya çatdırılmışdır.
Orta əsrlərdə yaşamış coğrafiyaçı alimlər arasında Əbdürrəşid Bakuvinin (XIV əsrin sonu-XV əsrin əvvəli) də adını
AZƏRBAYCAN – “şəhərlər və qalalar” ölkəsidir. Burada təsərrüfat sahələri, ticarət və sənətkarlıq yaxşı inkişaf etmişdir. İpəkçilik geniş yayılmış, onun emalının iri mərkəzləri vardır. İpəklə yanaşı ölkədə müxtəlif növ parçalar toxunur, zərxanalar fəaliyyət göstərir.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri
səbəblər Qrenlandiyada olan koloniyaların sönməsinə gətirib çıxarmışdı.
Deməli, X.Kolumbdan beş əsr əvvəl normanların Şimali Amerikada məskənlərinin olması bir faktdır. Həm də
normanlar materikin içərilərinə – Böyük göllər rayonuna, Missisipinin yuxarı axınlarına qədər gedib çıxmışlar.
Bunu XI-XIII-əsrlərə qədər Qrenlandiya sahillərində mövcud olan 50 yaşayış məskəni və 12 kilsə qalıqları sübut
edirdi. Normanlar suiti, morjlar, ağ ayı, müşk öküzü və balıq ovu ilə məşğul olurdular. O zamanlar yaşıllar ölkəsində
(Qrenlandiya belə adlanır) iqlim xeyli yumşaq idi. Çətin inana bilirsən ki, ilk kolonistlər Amerikada əkinçiliklə,
atçılıq və qoyunçuluqla məşğul olublar. Onlar hətta alma yetişdirirdilər. Təəccüb olursan ki, Normanların belə
cəsarətli kəşfləri alimlərin diqqətini cəlb etmədi və faktiki olaraq coğrafi təsəvvürlərin sonrakı inkişafına heç bir
təsir göstərə bilmədi.
2.4 Orta əsr Rusiyasında coğrafi biliklər
Artıq XII əsrdə Kiyev Rusiyasının salnaməçisi olmuş Nester tərəfindən qələmə alınan «İqor polku haqqında
dastandan» görünür ki, o dövrdə rusların coğrafi anlayışları xeyli geniş olmuşdur. Bu da onların Avropa və Asiyanın
qovşağında yerləşməsi ilə bağlı idi. Salnamədə Baltik dənizindən Karpata, Qafqaza, Qara və Xəzər dənizlərinə
qədər uzanan geniş Rusiya düzənliyinin təsviri verilirdi. Burada məskunlaşan Slavyan xalqlarının coğrafiyası,
təsərrüfat sahələrində məşğuliyyəti və eləcə də «Varyaqlardan yunanlara» və Volqadan Xəzərə gedən qədim Rusiya
ticarət yolları haqqında ətraflı danışılırdı.
Hələ o zamanlardan Volqa və Orta Asiya, Hindistan və Ərəbistan, Qərbi Avropa, Atlantika və Aralıq dənizi
sahilləri, Böyük Britaniya və Skandinaviyanın cənubu, Afrika və Kiçik Asiyanın dəniz sahilləri ruslara artıq məlum
Şərqi Avropada yayılmış slavyan xalqları (slovenlər, dreqoviçlər, drevlyanlar, kriviçlər, vyatiçilər və b.) öz
aralarında və qonşuları ilə əlaqələrində yeni ərazilərin mənimsənilməsində hərəkət vasitəsi kimi çaylardan geniş
istifadə edirdilər. Xüsusilə Volqa, Dnepr, Qərbi Dvina və onların qolları yayda gəmilər və sallarla, qışda isə xizəklə
hərəkət etmək üçün istifadə olunurdu. Bu çayların yuxarı axınları İlmen gölü və Valday yüksəkliyində biri-birinə
xeyli Yaxınlaşdığına görə gəmiləri bir çaydan sürükləyib digərlərinə keçirməyi asanlaşdırırdı. Belə ki, çayların
mənbələrinin biri-birinə yaxınlaşan yerlərində voloklar-sürükləmələr yaradılırdı, yəni gəmilər girdə ağacların üstü
ilə sürüşdürülərək bir çay sistemindən digərlərinə keçilirdi. Vışnıy-Voloçok, Volokalamsk və b. şəhərlər həmin
sürükləmə yerlərində salınmışlar.
Sonralar yeni ərazilərin – Avropa Şimalının, Sibir və Uzaq Şərqin mənimsənilməsində, qədim ticarət yollarının
salınmasında ruslar belə üsullardan geniş istifadə etmişdilər.
Eramızın VI-XI əsrlərində Şərqi Avropanın ərazisində əhalinin üç istiqamətdə kütləvi yerdəyişməsi baş verir: bu
axınlardan biri aşağı Dunay və Balkanlar istiqamətində; ikincisi şimal və şimal şərq – Belorusiya və Volqa-Oka
çayarası istiqamətinə; üçüncüsü cənub çöl rayonlarına yönəlmişdir.
Slavyanların məskunlaşması bu yerlərin toponimikasında da öz əksini tapmişdır. Belə ki, onlar yeni
məskunlaşdıqları ərazilərdə olan kiçik çaylara slavyan adları verirdilər. İri çaylar isə daha qədim xalqların onlara
verdiyi köhnə adlarını saxlayırdılar. Belə toponimlərə Şərqi Avropanın hər yerində rast gəlinir.
Cənub çöl zonasının mənimsənilməsində peçeneqlər və qıpçaqların rolu böyük olmuşdur. Azov sahilləri və Aşağı
Volqada məskunlaşan köçəri peçeneq və qıpçaq tayfaları VII əsrdə Xəzər xaqanlığının təsiri altında parçalandı.
Onların bir hissəsi Bessarabiyaya, aşağı Dunaya köçüb getdilər. Digərləri isə Orta Volqa və Kamaya gələrək burada
yerli uqro-fin tayfaları ilə birləşib X əsrdə Volqa-Kama Bulqariyasını yaratdılar. Bu dövlət birliyi türkdilli dövlət
idi, onun mərkəzi hazırkı Kazan şəhəri olmuşdur. Eramızın X əsrinə yaxın Avrasiyanı qədimdən mövcud olan iki
böyük Rus ticarət yolları kəsib keçirdi (şəkil 3). Onlardan biri «Varyaqlardan yunanlara» gedən tarixi yol idi. Bu yol
Baltik dənizindən Qərbi Dvina çayına oradan Dneprə keçirdi və bu çayla Pont dənizinə (Qara dənizə) və
Yunanıstana gedib. İkinci istiqamətlə Qərbi Dvina çayından İlmen gölünə və oradan gəmiləri sürükləyib Valday
yüksəkliyindən başlayan Volqaya (həm də Oka qoluna) keçirdilər və bu çayla Xvalın (Xəzər) dənizinə çıxırdılar. Bu
yolla həm ruslar və həm də Volqa-Kama Bulqarları şərq ölkələri ilə intensiv ticarət əlaqələri həyata keçirirdilər, elə
Afanasi Nikitin də Hindistana bu yolla getmişdir.
Baltik dənizindən Volqa su yoluna həm də Neva çayı, Ladoqa və Oneqa çay-göl sistemi ilə çıxırdılar. Göstərilən bu
böyük ticarət yolları ilə şimaldan cənuba meşə materialları xəz-dəri, bal, kətan parça, mum, cənubdan isə bahalı ipək
parça, silah, ikon, kitablar, meyvə və tərəvəz, şərab, ədviyyat və s. gətirilirdi.
Vikinq mənşəli olan Rusiya knyazları xaricdəki qohumluq xətti ilə Avropa və xristian dininin tarixi mərkəzləri
hesab olunan Roma, Qüds və Konstantinopolla daimi əlaqələr saxlayırdılar. Özü də belə səyahətlər zamanı
getdikləri yollar və ölkələr haqqında salnamələr («Xojdenie») yazılması ilə müşaiyət olunmalı idi. Belə ki, Rusiyada
qəbul olunmuş dövlət qaydalarına görə səfirlər, nümayəndələr xaricdən qayıtdıqdan sonra mütləq ezamiyyət
hesabatı verməli idilər. Belə hesabatlarda olduqları ölkələr, onların şəhərləri, əhalisinin adət-ənənəsi və s. haqqında
müfəssəl məlumatlar verilirdi. Məsələn, 1389-cu ildə Konstantinopola yola düşən moskvalı Pimeninin və
Florensiyada olmuş (XV əsrin 30-cu illərində) mitropolit İsidorun apardıqları yol qeydləri qiymətli coğrafi
məlumatlarla zəngin idi. Beləliklə, bu qaydalarla Rusiya özü üçün orta əsr Avropasını kəşf edirdi.
Tver taciri Afanasi Nikitin 1466-1472-ci illərdə Hindistanda olmuş ilk rus səyyahıdır (şəkil 4). Tverdə olan
Şirvanşah tacirlərinə qoşulan A.Nikitin Volqa çayı ilə Həştərxana, oradan Xəzər dənizi Azərbaycana (Şamaxı və
Bakı) və İrana gedir, Elbrus sıra dağlarını aşaraq İran körfəzi sahillərindəki Hörmüz şəhərinə gəlir və oradan gəmi
ilə Hindistana – Kambeyndən cənubi şərqdə yerləşən Çuala şəhərinə gedir.
O, Portuqaliyalı Vasko da Qamadan 30 il əvvəl Hindistanın qərb sahillərini başdan-başa gəzmiş, Dekan yaylasının
lap içərilərinə doğru girmiş və bu ölkə haqqında doğru dürüst məlumat verən ilk avropalı olmuşdur. Vətəninə
qayıtmağa can atan Afanasi Nikitin Hindistanın Dabulu limanından yola düşür, Hind okeanı ilə hətta Afrika
sahillərinə gedib çıxır və sonradan Hörmüzə qayıdır. Oradan isə quru yolla Maskat, Şiraz, Təbriz və Şərqi
Anadoludan keçərək Trabzona və Qara dəniz vasitəsilə Kafa (Feodesiya) şəhərinə gəlib çıxır. Burada bütün qışı
özünün yol qeydləri üzərində işləyərək «Üç dəniz arxasına səyahət» əsərinin əlyazmasını tamamlayır. Oradan
Moskva tacirlərinə qoşularaq Rusiyaya yola düşən Afanasi Nikitin Smolensk yaxınlığında xəstələnir və vəfat edir.
Yol yoldaşları onun əlyazmasını Moskvaya çatdırırlar və bununla da Afanasi Nikitinin Hindistana səfəri haqqında
xəbər yayılır. Beləliklə, Afanasi Nikitin üç qitədə – Avropa, Asiya və Afrikada olmuş və üç dəniz – Xəzər
(Xvalınski), Ərəbistan (Hind) və Qara (İstanbul) dənizləri arxasına, səyahət etmişdir.
Rusiya tədricən öz ərazilərini şimala Pomoryeyə və Şərqə–Sibirə doğru genişləndirirdi. Əhalinin qədimdən
məskunlaşdığı şimal-şərqi Rusiya ərazilərindəki çaylar üzərində və keçid məntəqələrində çoxlu şəhərlər salınırdı.
On ikinci əsrdə belə şəhər toplusuna: Kiyev, Pereyaslav, Çerniqov, Rostov-Suzdal, Polotsk-Smolensk, Qalisiya-
Volın və Ryazan torpaqlarında daha çox rast gəlinirdi. Bu dövrdə Rusiya torpaqlarında 268-ə qədər şəhər
Monqol hücumlarından Rusiyanın şəhərləri, kənd təsərrüfatı və sənətkarlığı qismən zərər çəkdi. Xüsusilə, cənub çöl
zonasında kənd təsərrüfatı fəaliyyəti demək olar ki, tamamilə dayandırılmışdır. Okadan cənubda orta Dneprdən orta
Volqaya qədər uzanan və heç kim yaşamayan belə geniş ərazilər «Vəhşi çöl» adlanırdı. Bununla belə, məhz Qızıl
Ordanın himayəsi altında Rusiyada ticarət və yollar inkişaf etdirildi və İvan Kalitə (Moskva Knyazı) kimi pul
toplayan tacirlər peyda olurdu. Rusiyanı Qafqaz və Orta Asiya ilə birləşdirən qədim ticarət yolları türk tacirlərinin
köməyi ilə dirçəlməyə başlayır. XIII əsrin ikinci yarısından başlayaraq Baltik və Qara dənizləri birləşdirən və Polşa
və Qalisiya-Volın torpaqlarından keçən Visla-Qərbi-Buq-Dnestr xarici ticarət yollarının əhəmiyyəti artdı.
Sibirin öyrənilməsində xidmət adamlarının (drujinniklər) hazırladıqları hesabatlar böyük rol oynamışdır. «Böyük
xəritənin təsviri kitabı» adı ilə 1627-ci ildə çap olunan kitabda Rusiyanın bütün çayları, yolları şəhərləri ətraflı təsvir
Novqorodun xidmət adamları XI əsrdə Peçora çayı ilə yuxarı qalxaraq onun Şuqor qoluna, oradan isə Şimali Uralı
keçərək Ob çayi sisteminə aid olan Sosva çayına keçirdilər. Uralın o tərəfindəki Ob çayının voqunlar (mansılar)
yaşayan aşağı axınlarındakı ərazilər xəz-dərili heyvanlarla zəngin idi.
Moskva voyevodaları 1438-ci ildə Orta Uraldan Tavya çayına oradan isə İrtışa çıxdılar və Sibiri mənimsəməyə
başladılar. «Sibir» sözü artıq burada geniş yayılmış ad kimi səslənirdi. L.Qumilyova görə «Sibir» adına iki türk
xanının: Sibi-xan və Şibi-xan» titullarında rast gəlinir». İlk dəfə 1375-ci ildə Qərbi Avropa xəritələrində peyda olan
«Sebur» bütün ehtimallara görə müsəlman mənbələrindən götürülmüşdür.
Artıq XV əsrdə yazılan hesabatlarda, tərtib olunan Moskva xəritələrində Şimali və Orta Uralın, Avropa şimalının,
Qərbi Sibirin böyük hissəsinin torpaqları, çayları, əhalisinin məşğuliyyəti, yaşayış yerləri haqqında geniş məlumatlar
toplanmışdır. XII-XIII əsrlərdə rus pomorları xəz dərili heyvanlar və suitilərini ovlamaq məqsədilə Qara dəniz
sahilləri ilə Şərq istiqamətində hərəkət edərək Yamal yarımadası və Ob qubasına çıxırlar. Obun qolu olan Taz çayı
ilə yuxarı qalxan ovçular burada bir sıra ticarət məntəqələri salırlar və yerli xantı və mansılarla alver edirlər Taz
çayının Yeniseyə yaxınlaşan yuxarı hissəsində yerli əhali ilə rus tacirlərinin xəz dəri alveri etdikləri məşhur
Manqaziya yerləşirdi. Buradan Yeniseyə və «Böyük çay» adlanan Lenaya keçid mövcud idi. Ruslar burada
Manqazeya (Turuxansk) ostroqunu (möhkəmləndirilmiş qala) yaradırlar və sonrakı əsrlərdə Sibir və Uzaq Şərqə
hərəkət etmək üçün yolüstü çoxlu belə ostroqlar salırlar. Bu ostroqların çoxu («Yeniseysk, Tomsk, Tobolsk və s.)
sonralar iri şəhərlərə çevrilmişdir.
Erkən orta əsrdə (b.e. VII əsrdə) Şimali Qafqazın şərqində, Aşağı Volqada mürəkkəb etnik tərkibli güclü Xəzər
xaqanlığı yaranır. Onun təsiri daha geniş ərazilərə – Uraldan Karpat dağlarına qədər uzanan Şərqi Avropada
yayılmışdır. Xaqanlığın özəyini Aşağı Volqa və orada xaqanlığın paytaxtı İtil şəhəri təşkil edirdi (şəkil 5). Əldə
olunmuş tarixi mənbələrə görə, ölkə ərazisi az yağıntı alır, çayları balıqla boldur və münbit torpaqları vardır.
Tarlaları, üzüm və meyvə bağları çay suları ilə suvarılır. Aşağı Donda qara üzüm növlərinin və qırmızı şərab
istehsalının yayılması bu ölkənin Qafqaz Albaniyası ilə sıx əlaqələrinin olduğunu göstərirdi. Onun İtil,
Semiqaraqoru, Sarkel, Bələncər, Səməndər və s. adlı şəhər və qalaları vardır.
Volqa, Don, Kuban Terek çaylarının və çayarası ərazilərin ilk kəşf olunma tarixi məhz Xəzər dövlətinin taleyi ilə
2.5 Marko Polo və onun «Kitabı» haqqında
XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri
Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya
tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi
sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və
dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır (şəkil 6). Marko Polo
Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu
qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini
qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır. Marko
Polonun 14 gəmidən ibarət donanması 1292-ci ildə Zeytun (hazırkı Tyançjou) limanından yola çıxır. Hər yerdə
Asiyanın şərq və cənub sahillərinə yaxın üzərək Hind-Çinin və Şri-Lankanın yanından keçib Hörmüzə gəlirlər.
Yalnız 1295-ci ildə Polonun ailəsi böyük varidatla Venesiyaya qayıdır. Onun səyahət təfərrüatları 1298-ci ildə
«Marko Polonun kitabı» adı altında nəşr olunmuşdur. Bu kitab Markonun gəzdiyi ölkələrin coğrafiyası,
etnoqrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı surətdə genişləndirdi,
ordan-burdan eşitdikləri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi
olmayan, lakin yana bilən qara daşların (kömürün) hasilatı haqqında verdiyi məlumatlara ilk zamanlar hətta inana
bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi.
Geniş fikirli coğraflar Marko Polonun kitabından ən etibarlı mənbə kimi istifadə edərək şərqin adları çəkilən yeni-
yeni ölkə və şəhərləri tərtib etdikləri xəritələrdə göstərirdilər. İlk dəfə 1375-ci ildə düzəldilmiş dünyanın atlasında
Polonun məlumatlarında geniş istifadə olunmuşdur.
Marko Polonun müxtəlif avropa dillərinə tərcümə olunan kitabı XIV-XVI əsrlərin dəniz səyyahlarına, o cümlədən
X.Kolumba dərin təsir göstərmişdir. Sonralar nəinki tacirlər, həm də xristian dininin təbliğatçıları – missionerlər də
Şərq ölkələrinə səyahətlərində coğrafi məlumatlar toplamağa çalışırdılar. Onların sırasında Papa səfirliyi ilə birgə
1289-1330-cu illərdə Çinə səyahət etmiş C.Montekorvinonun adını çəkmək olar.
Beləliklə, ortaəsrli Avropada zəif də olsa coğrafi fikirlər yaranmışdır. Bununla belə, o zaman coğrafiya yenə də
müstəqil elm kimi deyil, tətbiqi elm kimi başa düşülürdü. Əvvəlki kimi coğrafi fikirlər fəlsəfəyə, astronomiyaya,
tarixə aid əsərlərin içərisində şərh edilirdi.
Şərq ölkələrinin səyyahları xeyli məlumatlar toplasalar da, bu materialları ümumiləşdirib sistemə salmaq və nəzəri
cəhətdən təhlil etmək tam şəkildə mümkün olmamışdır.
2.6 Böyük İpək Yolu
Qədim zamanlardan başlayaraq fəaliyyət göstərən «Böyük İpək yolu» Marko Polonun adı ilə sıx bağlı olmuşdur və
o, həmin yolla Çinə gedib çıxmışdır. Böyük İpək yolu – qədimdən Avrasiyanın qərb və şərqini birləşdirən ticarət-
karvan yolları şəbəkəsinə deyilirdi. E.ə. II əsrdən yaranaraq XVI əsrdə qədər fəaliyyət göstərən bu yol Orta
Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləşdirirdi. Bu yolla müxtəlif istiqamətlərdə ipək
parçalar, ədviyyat, xalça, silah, zinət malları, pambıq, və s. daşınırdı.
Şaxəli şəkildə şərqdən qərbə uzanan tarixi İpək yolu Sakit okeanın Çin sahillərində yerləşən Sinan şəhərlərindən
başlayaraq Lançjoudan keçib Dunxuana uzanırdı (şəkil 7). Dunxuan böyük və şanlı mənasında olub e.ə. 111-ci ildə
Çinin xan sülalələri tərəfindən ölkənin qərbində möhkəmləndirilmiş qala kimi bina edilmişdir. Göründüyü kimi
sonralar bu şəhər həm Çinin qərbi ilə şərqini əlaqələndirir və həm də tarixi Böyük İpək Yolunun başlanğıcına
Böyük İpək Yolu Çin kimi qədim və qüdrətli bir ölkədən başlasa da bu dövlətin özü heç də həmişə ticarətə böyük
həvəs göstərmirdi. Xan sülalələri ölkəni qapalı saxlamağa, onun ipək, saxsı qablar və s. məhsullarının hazırlanması
sirlərini qorumağa çalışırdılar. Tacirlər isə o zaman qiymətli ipəyi müxtəlif yollarla əldə edə bilirdilər.
Dunxuandan iki yerə haçalanan Böyük İpək Yolunun şimal qolu Turfan çökəkliyindən və Alay vadisindən keçərək
Orta Asiyanın iri mərkəzləri olan Səmərqənd və Buxara şəhərlərinə daxil olur və oradan isə qərbə istiqamətlənərək
Mərv şəhərində əsas yolla birləşirdi.
İpək Yolunun təsiri altında baramaçılıq üçün əlverişli təbii şəraiti olan Orta Asiya vadiləri iri ipək istehsalçılarına
çevrilirdilər. Burada istehsal olunan keyfiyyətli ipəklər nəinki Avropaya, həm də Səmərqənd-Sır-Dərya vadisi
Muqocari dağları istiqamətində Volqa (İtil) su yolu vasitəsilə Rusiyaya göndərilirdi. Məhz ipək ticarəti nəticəsində
şimali Qafqaza, Don çayına, Krıma və Balkanlara qədər uzanan yollar gedirdi.
Böyük İpək Yolunun Dunxuandan ayrılan cənub qolu Təklə-Məkan səhrasının kənarı ilə Xotana, Yarkəndə və
Pamir dağlarının vadilərindən keçərək Mərv şəhərində əsas yola çıxırdı. İpək Yolunun bu iki istiqamətinin
Yarkənd-Kaşqar arasında birindən digərinə keçid var idi. Bundan başqa, İpək Yolunun üzərindəki Bəlx şəhərindən
cənuba-Hindistana böyük bir qol ayrılırdı.
Mərv şəhərində birləşərək qərbə uzanan İpək Yolu Nisa-Ekbatan-Knesifon-Bağdad-Nsibin və Aralıq dənizi
sahilində yerləşən Suriyanın Antioxiya limanına gəlib çıxırdı. Oradan isə dəniz yolu ilə Venesiya, Genuya və Qərbi
İpək Yolu ilə aparılan, ticarəti əldə saxlamaq uğrunda hələ lap qədimlərdən Roma və Parfiya imperiyası arasında
qızğın mübarizə getmişdir. Ərəb xilafəti yaranana qədər bu ticarət yolu əsasən İran və Soqdiana tacirlərinin əlində
olmuşdur. Karvan yolları ilə Orta Asiyadan, Azərbaycandan, Çindən çoxlu vasitəçilərlə Avropaya ipək parçalar,
metal əşyaları, saxsı qablar, zərgərlik məmulatları aparılırdı. Çinə dəvə karvanları ilə qiymətli daşlar, şüşə
məmulatları, ətir və s. gətirilirdi.
İpək Yolunun böyük hissəsini öz nəzarətində saxlayan monqol-türk xanlarının yanına Avropadan çoxlu elçilər
gəlirdi. Bu elçilərin gəldikləri və qayıtdıqları yollar üzərində yerləşən ölkələr, şəhərlər, xalqlar, o cümlədən Şamaxı,
Təbriz, Xəzər dənizi və s. haqqında çoxlu biliklər toplanır, xəritə təsvirləri verilirdi. Deməli, uzun tarixi kəsim
daxilində fəaliyyət göstərən Böyük İpək Yolu coğrafiyanın tarixində də dərin izlər qoymuşdur.
İpək Yolunu Azərbaycanla ərazilərini əlaqələndirən şəxsi yol Ekbatandan Təbrizə, Xəzər sahilindən isə Ərəş, Şirvan
və Bərdəyə gedirdi. Şimal istiqamətində gedən İpək Yolunun bir qolu Dərbəndə və Volqaya çıxırdı. Bərdədən Tiflis
və Batumi istiqamətində qərbə çıxan qolu da var idi.
Bərdə və Ərəş mahallarından başlayan İpək Yolunun mühüm bir istiqaməti Araz boyunca Naxçıvana və Culfaya
qədər uzanırdı, oradan isə Təbrizə və Yenə də Qərbə yönəlirdi. Culfada iri ipək anbarları yaradılmışdır və buraya
Azərbaycanın hər yerindən xam ipək gətirilirdi.
Bütün bu geniş şaxəli İpək yollarının köməyi və həmçinin əlverişli təbii şəraiti nəticəsində Azərbaycan uzun illər
dünyanın iri ipək istehsalçısı və ticarəti mərkəzi rolunu oynamışdır.
Böyük İpək Yolunun qovşağında yerləşən Təbriz şəhəri o zamanlar Asiya-Avropa ticarətini tənzimləyirdi.
Təbrizdən keçən ticarət karvanları Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, Dəməşq və s. kimi o dövrün ticarət
mərkəzləri ilə əlaqələndirirdi.
Asiya və Avropa tacirləri və onların gətirdikləri malların tez-tez göründüyü bu ticarət mərkəzində Qərb ölkələrindən
gələn tacirlər müxtəlif Şərq mallarını, xüsusən Hindistan ədviyyatlarını, nadir boyaları, qiymətli daş-qaşı, xam ipəyi
və ipək parçaları alırdılar.
Bu ticarət yolu ilə avropalıların ən çox alıb apardıqları Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yüksək
keyfiyyətli xam ipəyin əsas alıcıları isə İtaliya tacirləri, xüsusən venesiyalılar idi. Bu da səbəbsiz deyildi. Qərbi
Avropanın bütün saraylarını ipək parça ilə təchiz edən Venesiya öz manufakturalarını sürətlə inkişaf etdirirdi.
Onların təmin edilməsində Karvan yolları ilə Azərbaycan və digər Şərq ölkələrindən gətirilən xam ipək başlıca rol
Öz əhəmiyyətini təxminən XVI əsrdə itirən Böyük İpək Yolu XX əsrin 90-cı illərinə yaxın yenidən bərpa olunmağa
başlandı. Avropa-Qafqaz-Asiya (TRASEKA) dəhlizi adı altında bərpa olunan bu tarixi yolun mərkəzində yerləşən
Azərbaycan iqtisadi və geosiyasi cəhətdən yenidən böyük üstünlüklər qazanmaqdadır.
Coğrafiya tarixi,
Tapdıq Həsənov,
Əbdürrəhim Hacızadə
YENİ DÖVRÜN COĞRAFİYASI (XV-XIX)
3.1 Böyük coqrafi kəşflər dövrü (XV-XVII əsrlər)
Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli
yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və əmtəə istehsalı genişlənirdi, istehsal
edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar
– qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər
gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və səyyahların
söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu. Yuxarıda göstərilən malları və Şərqin var-dövlətini əldə etmək
ümidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı. Bu məqsədlə Avropanın bir sıra ölkələrindən (İtaliya,
Portuqaliya, Fransa, Hollandiya və s.) şərqə, Rusiyaya, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı.
Bu ekspedisiyaların göndərilməsi ilə Qərbi Avropa tacirləri Avropadan Hindistana və Şərqi Asiyaya gedən yeni
ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə, yuxarıda
göstərilən amillərin təsiri altında Böyük Coğrafi kəşflər dövrü başlanır. Bu dövr XV əsrin ortalarından XVI əsrin
ortalarına qədər olan tarixi dövrü əhatə edir.
Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların
irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların
inkişafına güclü təsir göstərmişdir. Məhz bu dialektik əlaqə baxımından Böyük coğrafi kəşflərin əsas məqamlarının
tarixinə daha geniş yer verilmişdir.
Böyük coğrafi kəşflər həm bəşəriyyətin və həm də coğrafiyanın tarixində önəmli rol oynamışdır. Həqiqətən də
“Böyük” adına layiq görülən bu kəşflər planetimizdə bəşəriyyətin bütün inkişaf tarixi boyu baş vermişdir. Heç bir
dövrün coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dünyanın müqəddəratında belə fövqəladə əhəmiyyət kəsb
etməmişdir. Bir neçə dənizçi və səyyahlar nəslinin ciddi cəhdlərilə oykumenin (məlum olan torpaqlar) sərhədləri
genişləndirildi: dünya özünün yeni rənglərlə bərq vuran bütün müxtəlifliyi ilə göz önündə canlandı (şəkil 8).
Böyük coğrafi kəşflərə qədər avropalıların təsəvvürlərində dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi ilə
məhdudlaşırdı ki, bu da bütün qurunun cəmi 1/4 hissəsini əhatə edirdi. Bu dövrdə insanlar yaşayan bütün
materiklərin konturları müəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri
istisna edilməklə), dəniz səthinin geniş sahələri tədqiq edilir: hərçənd ki, Amerika, Afrika, Asiya və xüsusilə
Avstraliyanın daxili rayonları hələlik öyrənilməmiş qalırdı. Məhz Böyük coğrafi kəşflər sayəsində Avropaya indi
hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tütün gətirilmişdir.
Avropada gedən sosial proseslərə də bu kəşflərin təsiri xeyli güclü olmuşdur. Ticarət yolları təcili surətdə Aralıq
dənizindən Atlantik okeanına doğru yerini dəyişirdi. Nəticədə bir ölkə sönürdü, digərləri isə tarixin ön sahəsinə
çıxırdı. Kəşflər həmçinin vahid dünya bazarının yaradılmasına köməklik göstərdi. Müstəmləkələrin amansız
istismarı gələcəkdə bir sıra ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının daha sürətlə yüksəlməsinə şərait
Böyük coğrafi kəşflərin həyata keçirilməsi elm və texnikanın inkişafı sayəsində mümkün oldu. Belə ki, okeanda
üzmək üçün kifayət qədər möhkəm olan yelkənli karavellər yaradıldı, kompas və dəniz xəritələri təkmilləşdirildi.
Yerin kürə formasında olması ideyasının get-gedə daha çox qüvvəyə minməsi Böyük coğrafi kəşflər üçün elmi
nəzəri baza oldu. Atlantik okeanından keçərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının mövcud olması
haqqındakı düşüncələr həmin ideya ilə bağlı idi. Böyük kəşflər üçün Şərq xalqlarının coğrafi biliklər və dənizçiliyin
inkişafı sahəsindəki nailiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur.
Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son
qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin
əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer
haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit
okean öz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya
elminin inkişafı üçün münbit şərait yarandı. Böyük coğrafi kəşflər elmin bir çox digər sahələri (botanika, zoologiya,
etnoqrafiya və s.) üçün zəngin material verdi.
Coğrafiya tarixində XV əsrə (daha dəqiq desək 1415-1420-ci illərdən başlayaraq 1492-ci ilədək olan dövr) erkən
orta əsrdən Böyük coğrafi kəşflərə hazırlıq dövrü kimi baxılır. Məhz bu dövrdə Amerika və Hindistana dəniz
yollarının açılması üçün tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya
inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə çıxmaq təcrübəsi toplanırdı.
Üç dəniz arxasına səyahət
Hind xalqının adət-ənənəsi, tarixi taleyi, mədəni keçmişi benqal, hindi, urdu, pəncab, marat, qucarat, tamil və s. xalqlarla bağlıdır. Qədim hind ədəbiyyatı özündə dini külliyyatları qoruyur. Bunlar Vedalarda, epopeyalarda (“Mahabharata”, “Ramayana”, “Pançatantra”), qədim müəlliflərin (Şudrak və Kalidasa) dramlarında əks olunub. 648-ci ildə hind torpaqlarını birləşdirən Xarşinin ölümündən sonra dövlət feodal knyazlıqlara bölündü. Kastalar yaranmağa başladı. Bu kasta quruluşu haqqında Afanasi Nikitin (XV əsr) “Üç dəniz arxasına səyahət” əsərində yazırdı: “Hindistanda 84 inam var idi, hərəsi bir bütə inanırdı, onlar yemir, içmir, öz aralarında evlənmirdilər”. Onların başında brəhmən kahinlər dururdu. Ərəb yürüşlərindən sonra ölkədə islam görüşləri də yayılmağa başladı. Ərəblərin (VII-VIII əsrlərdə), Mahmud Qəznəvinin (XI əsr), sultan Şihabəddinin yürüşləri (XII əsrdə) xüsusilə təhlükəli idi. Onlara müqavimət göstərmək əbəs idi. XIII əsrin əvvəllərində Hindistan türk və əfqan feodallarının əlində idi. 1206-cı ildə paytaxtı Dehli olan müsəlman dövləti yarandı. Bu dövlət Gurlu sülaləsinin Şimali Hindistanı işğal etməsi nəticəsində meydana gəlmişdi. Belə ki, Gurlu sərkərdəsi və canişini Qütbəddin Aybək 1206-cı ildə özünü Şimali Hindistanda sultan elan etdi (1206-1210). Aybəkdən sonra hakimiyyətə kürəkəni Eltutmuş xan gəldi. O, Pəncabın böyük hissəsini, Multanı, Lahoru, Qəznəyə qədər bütün hind torpaqlarını bu sultanlığın ərazisinə qatdı. XII-XIII əsrlərdə Hindistanda siyasi pərakəndəlik idi. Bu da Dehli sultanlığının hakimiyyətinin möhkəmlənməsinə şərait yaratdı. Məmlükləri əvəz edən Xalaçlar sülaləsinin hakimiyyəti dövründə Əlaəddin Məhəmməd şah Hilci (1296-1316) Dehli sultanlığının ərazisini 3 milyon 890 min kv.km-ə çatdırmışdı. XIV əsrdə Dehli sultanlığının ərazisi Kəşmir və Əssam da daxil olmaqla Şimali Hindistanı əhatə etdi. Ölkənin cənub sərhədləri sultan Əlaəddin Hilcinin dövründə Kaveri çayına qədər uzandı.
Tarixdə ilk dəfə olaraq Əlaəddin Məhəmməd şah bütün Hindistanı vahid dövlət kimi birləşdirə bilmişdi. Dehli sultanlığı Teymurun yürüşü ilə öz ərazisini bir qədər itirmiş oldu. 1526-cı ildə Babur şah Dehli sultanlığının varlığına son qoydu. XVII əsrin əvvəllərində Hindistan ərazisində orta əsrlərin ən qüdrətli türk dövlətlərindən biri olan Böyük Moğol imperiyası yarandı. Bu dövlətin əsasını Babur qoymuşdu. Zahirəddin Mahmud Babur 1485-ci ildə Fərqanədə anadan olmuşdu. Atası Ömər Şeyx Mirzə Teymurun nəvəsi idi. Atası öldükdən sonra Fərqanə hakimliyi 12 yaşlı Babura çatdı. Kiçikyaşlı Fərqanə hökmdarı uzun illər hakimiyyətə göz dikmiş əmi və dayıları ilə mübarizə aparmışdı. Özbək xanı Şeybani xanla döyüşdə məğlub olmuşdu. Babur özbəklərə qarşı Şah İsmayıl Xətayi ilə birləşmiş və bu, nəticə vermədiyindən Hindiquş dağlarını aşaraq Əfqanıstana daxil olmuş, Kabil şəhərini tutmuşdu. O, 1504-cü ildə Kabili dövlətin paytaxtı etmişdi, 1507-ci ildə özünü Əmir Teymurun varisi elan edib ələ keçirdiyi torpaqları köhnə silahdaşları arasında bölüşdürmüşdü. Babur 1519-cu ildə Sind çayını keçərək Pəncab ətrafını işğal etdi. 1522-ci ildə artıq Sind və Bəlucustan arasındakı ərazi onun hakimiyyəti altında idi. Baburun bu yürüşləri Dehli sultanlığı üçün böyük təhlükə idi. Dehli sultanı İbrahim Ludi 100 minlik ordu və 1000 döyüş fili ilə onun üzərinə yeridi. 1526-cı il iyunun 29-da Ponipad şəhəri yaxınlığında Babur şahla sultan İbrahim Ludi arasında qanlı döyüş oldu. Baburun 13500 nəfərlik ordusu və ağır topları var idi. Bu döyüş yarım gün oldu və toplar həlledici rol oynadı. Top atəşləri altında hind qoşunu və fillər pərən-pərən düşdü. İbrahim Ludi və onun 40 min döyüşçüsü həlak oldu. Babur şah Dehliyə daxil oldu. Babur şah Aqra şəhərinə hücum edib 10 may 1526-cı ildə oranı tutdu və Böyük Moğol imperiyasının əsasını qoydu. Babur şah həm də incə təbiətli şair idi. O, cığatay ləhcəsində türkcə şeirlər yazırdı. “Baburnamə” onun bu dildə yazdığı ən güclü əsəri idi. Bu əsərində Babur şah öz soykökünü bütün incəlikləri ilə araşdırır, yürüş etdiyi ölkələri təsvir edir, bir çox qəhrəmanların və dövlət xadimlərinin yaşadığı dövrü qələmə alırdı. Buna görə də “Baburnamə” həm də qiymətli tarixi mənbə kimi mühüm rol oynayır. Babur şah eyni zamanda gözəl xətlə yazmağı bacaran mahir xəttat idi. “Baburi” adlanan xətt növü onun adı ilə bağlıdır.
1530-cu ildə Babur şah vəfat etdi, oğlu Humayun şah elan edildi. Lakin o, hakimiyyətdə duruş gətirə bilmədi. Ölkədə üsyanlar baş verirdi. Humayun şah qəflətən vəfat etdi. Vəliəhd Əkbər Əfqanıstandakı üsyanı yatırmağa getmişdi. Sarayda qonaq olan Osmanlı imperiyası əmirlərindən Seyid Ali Rəis Vəliəhdin məsləhəti ilə Əkbər şah gələnə qədər Humayun şahın ölüm xəbəri gizlədildi. Əkbər şah (1556 – 1605) öz fəaliyyətinə dövləti daxildən möhkəmləndirməklə başladı. Babası Babur şahın ağıllı vəziri Bayram xan yenidən vəzir təyin edildi. Əkbər şahın hakimiyyətinin son illərində Böyük Moğol imperiyasının ərazisi Şimali Hindistandan, Qucaratdan Benqaliyayadək uzanır, Şərqi Əfqanıstanı və Dekan yaylasını əhatə edirdi. Əkbər şahın dövründə Səfəvilər və Osmanlılarla diplomatik əlaqələr və mehriban qonşuluq münasibətləri yaranmışdı. III-XII əsrlərdə ölkənin cənubunda bhakta (Allaha sadiqlik) hərəkatı başladı və XIV- XVII əsrlərdə Şimali Hindistanı da əhatə etdi. O dövr üçün bhakta hərəkatı demokratik idi. Bu hərəkatı yayanlar Allah qarşısında hamının bərabər olduğunu deyir, kastalardakı ən kiçik adamlardan tutmuş brəhmənə qədər hamının bərabər olduğunu söyləyirdilər.
Bu “Müsəlman yürüşləri”ndən sonra Hindistanda farsdilli ədəbiyyat, sonralar urdu ədəbiyyatı yaranmağa başladı. Hətta fars dili saraylarda işlənməyə başladı. Dehli sarayına məşhur fars və tacik şairləri dəvət olundu. Hindistanda farsdilli ədəbiyyat yaranmağa başladı. Hindistanın farsdilli şairlərindən Əmir Xosrov Dəhləvi, Həsən Dəhləvi, Nəxşabi, Bedil kimi şairlər məşhurlaşdı.
E.ə. birinci minilliyin əvvəlləri – II minilliyin sonlarında sanskrit dilində də ədəbiyyat yaranmışdı. Kökü qədimlərə çıxan tamil və urdu ədəbiyyatı da yaranmaqda idi. Bu ədəbiyyatların kökündə şifahi xalq yaradıcılığı dururdu; əmək nəğmələri, kult, mərasim və məhəbbət nəğmələri də qədim inanclarla bağlı olub, XII əsrə qədərki ədəbiyyatın özülünü təşkil edirdi. Təqvim nəğmələri də bu qəbildəndir. Hind xalqları dil və mənşəcə yaxın olduqlarından bəzi müəllifləri bir neçə ədəbiyyata şamil etmək olar (Namdev, Vidyapati Txakur, Mirabai və b.). Orta əsrlərdə hind ədəbiyyatına məxsus mövzular, süjetlər, təlimlər əsasən brac, avadxi dillərində yayılmışdı. Brac dili Qanq və Camna çaylarının yuxarı mənsəbində yaşayan əhalinin danışıq dili idi. Bu canlı dillərdəki ədəbiyyatın yaradıcılıq forması nəzm idi. Hinduizmə inanan xalqların yaradıcılığı sanskrit dilində, müsəlmanlığa inananların yaradıcılığı isə fars dilində idi. Hind ədəbiyyatında baxılan bu dövrdə – feodal quruluşunda iki istiqamət var idi: xalq və feodal ədəbiyyatı. Bu da hind ədəbiyyatına, mədəniyyəti tarixinə baxmağa imkan verir.
Sanskrit ədəbiyyatı dövrü orta əsrlərdə dinin möhkəmlənməsinə xidmət edən müqəddəs əlyazmalar da daxil olmaqla seçilmiş əsərləri əhatə edirdi. Belə əsərlərə XII əsrdə yaşamış Cayadevin “Qitaqovinda” poemasını daxil etmək olar. Orta əsrlər ədəbiyyatına Xaribxadrın “Kələkbaz haqqında hekayət” əsəri də aiddir (praktit variantı VII- VIII əsrlərdə, sanskritcəsi XIV əsrdə yazılıb). Bu əsərdə alimlərin disputu təsvir olunur, onlar “elmi” titullar almaq uğrunda yarışırlar. Hindistanın cənubunda XI-XIII əsrlərdə ortodoksal hinduizmdə Şiva allahına səcdə etmək qəbul olunmuşdu. Kult səviyyəsində ədəbiyyatda da Şiva kultuna səcdə öz bədii həllini tapırdı. Teluq ədəbiyyatında həmin təlimi həyata keçirən Palkuriki Somanatxa (1160-1240) idi. O, Şivaya həsr olunan poemaların müəllifi idi. XII əsrdə əlyazma şəklində yazılmış Benqaldakı erkən buddist və hinduist sektalarının əsərləri 120 il bundan əvvəl Nepalda tapılmışdı. Maxaraştrda Maxanubxav sektasında Qucarat Çakradxar (XIII əsr) adlı şair özündən sonra qiymətli əsərlər qoymuşdu. Maxanubxavlar könüllü olaraq sanskriti rədd edir, öz təlimlərində ondan istifadə etmirdilər. XIV-XVII əsrlərdə sekta hərəkatı Hindistanı bürümüşdü.
Hindistan ədəbiyyatının çiçəklənmə dövrü XV-XVI əsrlər sayılır. Bu dövrdə güclü şairlər yetişmişdi: benqal Çondidaş (XV əsr), Krittibaş Ocxa (XV əsr), Mukundoram Çokroborti (XVI əsr), Mithildən Vidyapati Txakur, hind ədəbiyyatının nümayəndələri Kabir (XV əsr), Cayasi, Surdas, Tulsi Das (1532-1624), Pəncabdan Nanak (1469-1539), Maratxidən Namdev (XIV əsr) və Eknatx (XVI əsr), Quceratdan Narasinx Mexta (XV əsr) və başqaları. Dirçəliş dövrünün ən böyük şairi Kabir idi (1440-1518). O, azadlıq sevən sərbəst düşüncəli şair idi. Dirçəlişin ikinci budamına Mühəmməd Cayasi başçılıq edirdi. Bu budaqda krişna poeziyası üstünlük təşkil edirdi. Bu poeziya sufi görüşlərinə də yaxın idi. Dirçəlişin üçüncü budağı ramayana poeziyası idi. Burada da utopik xəyallar, insanın xoşbəxtliyi, humanizmi yer alırdı – Mukundoram Çokroborti bu budağa aiddir.
Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru
- 24 Mart 15:51
- 756
Kukla Teatrının bölgələrə qastrolu davam edir Mədəniyyət
- 23 Mart 12:27
- 1 309
Xabarovskda diaspor üzvlərinin iştirakı ilə Novruz bayramı qeyd olunub Mədəniyyət
- 23 Mart 12:26
- 1 239
Comments are closed, but trackbacks and pingbacks are open.